DÜNƏN "ZIYA"NIN 139 YAŞI TAMAM OLDU VƏ YAXUD TÜRK DÜNYASININ TİFLİSDƏN BOYLANAN GÜNƏŞİ

09:20 / 26.01.2018

Nazim Nəsrəddinov

Azərbaycan Respublikasının əməkdar müəllimi

«Ziya» qəzeti Türk Dünyasının tarixində şərəfli yer tutan, özünə və dediyi sözə, işarə etdiyi fikrə hörmət qazandıran, türk ellərini maarif ziyası ilə işıqlandıran və isindirən mətbu orqanlarından biridir. İlk sayı 1879-cu ilin yanvarında Tiflisdə Azərbaycan dilində işıq üzü görmüşdür. Qəzetin ilk iki sayı tapılmadığından ayın tarixini dəqiq yazmaqda çətinlik çəkirik. Bəzi tədqiqatçılar ilk sayın yanvarın 16-də çıxdığını yazsalar da, miladi tarix faktı olmadığına görə bu fikri qəti şəkildə söyləmək olmur. "Ziya"nın ilk nömrəsi haqqında qəzetin 19.11.1879-cu il tarixli 44-cü nömrəsindəki bir yazıdan məlum olur ki, "Ziya" islam tarixi ilə 1296-cı ilin SƏFƏR ayının 16-da işıq üzü görmüşdür ki, bu da bizim hesabımızla miladi tarixin 1879-cu il yanvarın 25-nə təsadüf edir. 1879-cu ildə islam təqvimi ilə yeni il dekabın əvvəlindən başlayır. Bununla əlaqədar olaraq, «Ziya» qəzetinin sayları yenilənir: dekabırın 6, 13, 20 və 27-də çıxan saylar yeni ilə uyğun olaraq, 1, 2, 3, 4  kimi sıralarnır. 1880-ci iln ilk sayı yanvarın 3-də 5-ci nömrə kimi təqdim olunur. Bu qayda ilə 1881-ci və 1882-ci ilin ilk nömrələri də miladi təqvimlə 5 yanvar 1881-ci il və 7 yanvar 1882-ci il kimi göstətilir. 

Hicri-qəməri ilinin ayları

Ay Azərbaycanca İngiliscə Ərəbcə Gün Müxtəsər
Birinci ay Məhərrəm Muharram ul Haram محرم 30 M
İkinci ay Səfər Safar ul Muzaffar صفر 29 S
Üçüncü ay Rəbiüləvvəl Rabi' al-awwal ربيع الأول 30 Ra
Dördüncü ay Rəbiülaxır Rabi' al-thani ربيع الثاني 29 R
Beşinci ay Cəmadiyələvvəl Jumada al-awwal جمادى الأولى 30 Ca
Altıncı ay Cəmadiyəlaxır Jumada al-thani جمادى الثانية 29 C
Yeddinci ay Rəcəb Rajab رجب 30 B
Səkkizinci ay Şaban Sha'aban شعبان 29 Ş
Doqquzuncu ay Ramazan Ramadan رمضان 30 N
Onuncu ay Şəvval Shawwal شوال 29 L
Onbirinci ay Zilqədə Dhū al-Qaʿda ذو القعدة 30 Za
Onikinci ay Zilhiccə Dhū al-Hijjah ذو الحجة 29 ya da 30 Z

Ay Azərbaycanca İngiliscə Ərəbcə Gün Müxtəsər
Birinci ay Məhərrəm Muharram ul Haram محرم 30 M
İkinci ay Səfər Safar ul Muzaffar صفر 29 S
Üçüncü ay Rəbiüləvvəl Rabi' al-awwal ربيع الأول 30 Ra
Dördüncü ay Rəbiülaxır Rabi' al-thani ربيع الثاني 29 R
Beşinci ay Cəmadiyələvvəl Jumada al-awwal جمادى الأولى 30 Ca
Altıncı ay Cəmadiyəlaxır Jumada al-thani جمادى الثانية 29 C
Yeddinci ay Rəcəb Rajab رجب 30 B
Səkkizinci ay Şaban Sha'aban شعبان 29 Ş
Doqquzuncu ay Ramazan Ramadan رمضان 30 N
Onuncu ay Şəvval Shawwal شوال 29 L
Onbirinci ay Zilqədə Dhū al-Qaʿda ذو القعدة 30 Za
Onikinci ay Zilhiccə Dhū al-Hijjah ذو الحجة 29 ya da 30 Z

  «Ziya»nın sayları illər üzrə belə  görünür:

1879-cu ildə «Ziyanın 48 sayı çap olunmuşdur.
N 1 —  (25.01.1879-cu il)  — N 46  (29 .11.1879-cu il);

İslam təqvimi ilə dekabrda qəzetin sayları yenilənmişdir. 1296-cı mahi-məhərrəmdə «Ziyanın 4 nömrəsi çıxmışdır. Bu  tarix qəzetdə miladi təqvimlə belə göstərilmişdir.
N1 (06.12.1879)
N2 (13.12.1879)
N3 (20.12.1879)
N4 (27.12.1879)

1880-ci ilin ilk sayı dekabrdakı sayların davamı kimi başlayır.

N 5 (03.01.1880)
N 6 (10.01.1880)….
N 30 (26.06.1880)

6 aylıq mətbəə hazırlığı ilə əlaqədar olaraq bir neçə ay «Ziya» oxucuların görüşünə gəlməyib. «Ziya» 6 aydan sonra «Ziyayi-Qafqasiyyə» adı ilə  —  təzə qiyafədə meydana çıxır. 09 dekabr 1880-ci ildə «Ziyayi-Qafqasiyyə»nin birinci sayı çıxır.  2-ci sayı 13 günlük fasilədən sonra  — dekabrın 22-də nəşr olunur.

1881-ci ildə «Ziyayi-Qafqasiyyə»nin 33 nömrəsi çıxmışdır.
N 3 (5 yanvar 1881-ci  il)- N 31  (21oktyabr 1881-ci il);
Hicri-qəməri ilinin gəlişi ilə əlaqədar olaraq, 6 noyabr 1881-ci ildə saylar yenilənmişdir:
N1 (26.noyabr 1881-ci il) — N 4 (24 dekabr 1881-ci il).

1881-ci il dekabrın 10-da beyninə qan sızması nəticəsində dünyasını dəyişən Zaqafqaziya müftisi Hacı Əbdülhəmid Əfəndi Mustafa Əfəndizadənin matəm mərasimi ilə əlaqədar olaraq, «Ziya» qəzeti bir həftə ləngimə ilə çıxmışdır. «Ziyayi-Qafqasiyyə»nin («Ziya»nın)  1882-ci ildəki ilk sayı 5-ci say işarəsi ilə yanvarın 7-də çap edilmişdir.

N 5- (7 yanvar 1882- ci il )  —  N 31 — (16 dekabr 1882-ci il).

«Ziyayi-Qafqasiyyə»nin1883-cü ildə 31  sayı çıxmışdır :
N 1- (03.01.1883-cü il- N 31 — (22 dekabr 1883-cü il )

«Ziyayi-Qafqasiyyə»nin («Ziya»nın)1884-cü ildə cəmi 11 sayı çıxmışdır.
N 1 (15 yanvar 1884-cü il) —  N 11 (26 iyun  1884-cü il).


Bəzi tədqiqatçılar «Ziya»nın son 11 sayının Şamaxı şəhərində — Səid Ünsizadənin xidməti işi ilə əlaqədar olaraq köçdüyü ata yurduna çap olunduğunu yazırlar. Bu, faktlara əsaslanmayan fikirdir. Elmi fikir faktlarla təsdiq olunanda inandırıcı olur . Qəzetin son 11 sayının hamısının 4-cü -sonuncu səhifəsində onun (qəzetin) senzuradan keçən gün  «Ziya»mətbəəsində çap olunduğu rus və Azərbaycan dillərində açıq-aydın göstərilmişdir. Məsələn: » ДОЗВОЛЕНО ЦЕНЗУРОЮ ТиФЛИСЪ  26   İюня 1884  года.  (Çapına 26 iyun  1884-cü ildə Tiflisdə  senzura tərəfindən icazə verilmişdir-N.N.). Daha sonra ərəb əlifbası ilə  «Ziyayi (Ziyayi -Qafqasiyyə-N.N.) mətbəəsində təb olunmuşdur» sözləri yazılmışdır. Qəzetin birinci səhifəsində də  çap olunma tarixi kimi senzuranın icazə tarixi göstərilmişdir.

Altı il ( 25.01.1879 -cu il- 26.VI.1884-cü il ) ərzində Tiflisdə nəşr olunan «Ziya» qəzetinin (09.12.1880-ci ildən» Ziyayi-Qafqasiyyə — N.N.) 187 sayı  çap olunmuşdur. Qəzet əvvəllər Səid Əfəndi Ünsizadənin öz şəxsi basmaxanasında (litoqrafiyasında) basılmış, sonralar isə «Ziya» mətbəəsində təb edilmişdir.
***

«Ziya» qəzetinin yaradıcısı əslən Şamaxı şəhərindən olan Səid Əfəndi Əbdürrəhman oğlu Ünsizadə (1825-1905) XIX əsrin II yarısında və XX əsrin ilk illərində maarifçilik hərəkatında işıqlı əməllərinə görə yaxşı tanınan ziyalılardan biridir. İlk təhsilini Azərbaycanın o vaxtkı mədəni mərkəzlərindən olan Şamaxıda almış, sonralar Şərqin tanınmış ali dini təhsil ocaqlarında oxumuşdur. Bir neçə Şərq dilini şeir yazmaq dərəcəsində öyrənmişdir. Şərq ölkələrində təhsilini başa vurandan sonra Şamaxıya qayıtmış, müəllimlik fəaliyyəti ilə məşğul olmuşdur. Bakı qubernatoru D.S.Staroselskinin (15.05.1832-11.03.1884) əmri ilə mərkəzi idarəsi 1859-cu il zəlzələsindən  sonra hələ də Şamaxıda yerləşən Bakı Quberniya Əhli-Təsənni  İdarəsinə  — sünni məzhəb əhalinin ruhani idarəsinə qazi təyin olunur. Yeri gəlmişkən qeyd edək ki, D.S.Staroselski 1872-ci ildə Terek vilayət rəisi müavinliyindən Bakı quberniyasına qubernator təyin olunur. Bakıda qubernator işləyərkən  quberniyada bir çox islahatlar aparır. «Ziyayi-Qafqasiyyə» qəzetinin yazdığına görə, Qafqaz və bəlkə Rusiya nisbətən  əvvəlimci islam qəzetəsi «Əkinçi» onun (D.S .Staroselskinin — N.N.) müvafiqəti (razılıq verməsi — N.N.) ilə ehdas (meydana gətirmə, təsis — N.N.) olundu. Məzkur qəzetənin sahibi Məlikzadə Həsən bəy cənabları onun icazəsi ilə  İSTANBULDAN  islam hürufatı gətirdi və Baküyə bir islam mətbəəsi verdi» ( N 5,1884-cü il).
S.Ünsizadənin Şamaxıdan Tiflisə  —  o vaxtın iri inzibati mərkəzi olan bir şəhərə köçüb getməsi də, çox güman ki, D.S.Staroselski ilə razılaşdırılmışdır. Belə ki, D.S.Staroselski Bakı qubernatoru olanda Şamaxıda  bir çox layihələrin reallaşdırılmasında Səid Ünsizadəyə köməklik və qayğı göstərmişdir. Bu sırada birinci yerdə  S.Ünsizadənin rəhbərliyi,  ruhani məclislərinin yardımı ilə 1874-cü ildə Şamaxıda yaradılan «Məclis məktəbi»dir.Bu məktəb Azərbaycanın təhsil sistemində yenilik idi. Sonralar  Tiflisdə Azərbaycan dilində  mətbu orqan — «Kəşkül» adlı jurnal (31 yanvar 1883-cü ildə — N.N.) yaradılan  Cəlal Ünsizadənin (S.Ünsizadənin ortancı qardaşı — N.N.) geniş müəllimlik fəaliyyəti  «Məclis məktəbi»ndə formalaşmışdır. Azərbaycanda Füzuli şeir məktəbinin layiqli davamçısı, filoloq-alim səviyyəli təzkirə tərtibçisi, məşhur türk şairi Güvahi  ədəbi yaradıcılığının müntəzəm təbliğçisi S.Ə.Şirvani də bu məktəbdə işləmiş, keçdiyi dərslərin konspekti əsasında «Rəbiül-ətfal» adlı dərslik-müntəxəbat hazırlamışdır.
«Ziya» qəzeti də məhz D.S.Staroselskinin qayğısı ilə meydana çıxmışdı. D.S.Staroselski 1876- cı ildə Qafqaz Canişinliyi Baş İdarəsinə departament müdiri təyin olunur. Bir ildən sonra onun vəzifəsi daha da böyüdülür: eks-qubernator Qafqaz Canişinliyinin  Baş divanxanasına  rəis təyin olunur.
D.S.Staroselski Bakı quberniyasında birgə iş  məqamından yaxşı tanıdığı , qələminə, elm və mərifətinə inandığı və güvəndiyi bir sıra ziyalıları Qafqazın baş şəhərinə -Tiflisə   işləməyə dəvət edir. Belə  dəvəti alanlardan biri də  S.Ünsizadə olur.  S.Ünsizadə əvvəlcə Zaqafqaziya Dini İdarələrini təftiş edən komissiyada işləməyə  ezam olunur. Dəfələrlə ezamiyyə müddəti artırılır. Bir neçə ildən sonra  o, sərıştəli mütəxəssis kimi  Zaqafqaziya Əhli-Təsənni İdarəsinə üzv seçilir. S.Ünsizadə Ruhani İdarəsində məktəb və maarif məsələlərinə aid  işlərin qüvvətləndirilməsinə çalışırdı. O, bu məqsədlə  müntəzəm olaraq yerlərə ezam olunurdu. S.Ünsizadə  12 oktyabr 1878-ci ildə — hələ ezamiyyətdə olanda  Qafqaz Canişinliyinin Baş dəftərxanasına  müraciət edərək, Tiflisdə Azərbaycan dilində «Ziya» adlı qəzet çıxarmaq barədə icazə istəyir.
Cəmi bir aydan sonra onun xahişinə icazə verilir. O, yaxın qohum-əqrabalarını-ortancı qardaşı Cəlalı, oğulları Əbdürrəman və Ağanı, bacısı oğulları — Rəhim və Seyfullanı da  mühərrirlik və ixtisaslı mətbəə fəhləliyi işlərinə cəlb edir. İşin çətini  mətbəə kadrları hazırlığı olduğuna görə gəncləri İstanbula oxumağa göndərir. Onların İstanbulun Bab-Ali caddəsindəki bir müəssisədə təlim keçdikləri ağlabatan görünür. Belə ki, keçən əsrin  sonlarında  mətbuat işığı axtaran azərbaycanlılar bu məkana üz tuturdular.  S.Ünsizadəni hələ Zaqafqaziya  Müəllimlər Seminariyasında oxuyarkən tanıyan Rəşid bəy Əfəndizadə «Uşaq bağçası»  dərsliyini 1898-ci ildə  İstanbulda  çap etdirmişdir. Maraqlıdır ki, Bab-Ali  caddəsində çap  edilən bu dərsliyin redaktoru da, korrektoru da  R.Əfəndizadənin özü olmuşdur.
1879-cu ilin yanvarında «Ziya»  nömrəsi çap olunur. «Əkinci» qəzeti öz işini dayandırmağa məcbur olandan bəri mətbu sözə tamarzı olan  türkdilli oxucular «Ziya»nı razılıqla qarşıladılar. Qəzet  öz ətrafına onlarla  müxbir toplaya bildi. Moskvadan  Nəcəf bəy Vəzirov, Əlisəfa, Əlizadə (Əliyev),  İstanbuldan Şirniçioğlu, Münif Əfəndi,  Bağçasaray Şəhər Məclisindən  İsmayıl  Mirza  (Qasprinski), Spasskdan  Mirzə Həsən Əlqədari, Şuşadan  Ağamirzadə (M.M.Nəvvab),  Şamaxıdan Seyid Əzim Şirvani,  Bixud, Müşfiq Xakisar  ibn Məşhədi Məhəmməd, Bakıdan və Zərdabdan Həsən bəy Məlikzadə, Göyçaydan İsmayıl bəy Nazirzadə,  Nuxadan İsmi Sədrəddinbəyov, Naxçıvandan  Molla Abdulla, Salyandan Yəqub Əlizadə, Tiflisdən  Əbdülhəmid Əfəndi Mustafa Əfəndizadə, Əhməd Hüseynzadə, Məhəmmədağa Şahtaxtinski, Adolf Petpoviç Berje, Yanovski, Qoridən A.O.Çernyayevski, S.Vəlivəyov,  Ə.Axundzadə, Dərbənddən Məhbus Dərbəndi (Qumri), Semipalatinskdən «C», Yaltadan «H. C» «Ziya» qəzetinə maraqlı yazılar göndərir, mətbu sözdən rupor kimi istifadə edərək, xalqın maariflənməsi yolunda büyük işlər görürdülər. Qəzetdə  risalə, məqalə, əhvalat, xülasə, teleqraf xəbərləri, felyeton, nekroloq, yol qeydləri, reklam,  silsilə elmi risalələr, rəsmi sənədlərin tərcüməsi, lətaiflər, qəzəl, qəsidə, məktub, məzhəkə, atalar   sözü və  məsəllər, öyüd və nəsihətlər, zərifələr, təmsillər, hikmətli sözlər bə s. janrlardan istifadə olunurdu. «Ziya» qəzetindəki  janr rəngarəngliyi və müxtəlifliyi burada nitqin ən mükəmməl forması olan ədəbi dilin müxtəlif üslublarından  danışmağa imkan verir.

«Ziya»  qəzeti tərcümə sənətimizi öyrənmək baxımından da maraqlı görünür. Qəzetdə Azərbaycan dilinin zəngin frazeoloji vahidlərindən,  sözlərin məna qruplarına daxil olan dil vahidlərindən — sinonim, antonim və omonimlərdən  yerində və səmərəli şəkildə istifadə edilmişdir.  Rus dili və rus dili vasitəsilə  dilimizə daxil olan sözlərin  izahında  «yəni» aydınlaşdırma bağlayıcısına müracətə  daha geniş yer verilmişdir. Oxunması çətinlik törədə biləcək bəzi sözlər  həm ərəb, həm də rus qrafikası ilə verilmişdir ki,bu da  sözün  orfoqrafik   və orfoepik variantını müəyyənləşdirmək üçün maraqlı yanaşma üsulu kimi yaxşı görünür.
«Ziya» qəzetinin lüğət tərkibində alınma leksika əsas yer tutsa da  aparıcı, dominant söz və ifadələr əsl  Azərbaycan sözləridir.
«Ziya» qəzetində  söz içində söz demək, üstü örtülü danışmaq, ezop dilindən istifadə  əsas üslubi xüsusiyyətlərdən biri kimi  diqqəti cəlb edir. Bu xüsusiyyətlərə S.Ə.Şirvanin qəzetdə çap olunan  şeirlərində və müxbir məktublarında , tərcümə materiallarında daha çox təsadüf olunur.
«Ziya»nın əsas mövzusu maarifçilikdir. Qəzet  elə ilk saylarından təhsilin faydasından söz açır, uşaqların mütaliə mədəniyyəti barədə oxucuları polemikaya dəvət edir. Qəzetin  səhifələrində özünə, əsasən  baş məqalə mövqeyində yer tapan   «Oxumaq və yazmaq barəsində» (N3,08.02.1879), «Uşaqlarımıza təlim və tərbiyə vermək barəsində» (N 4, 15.02.1879) ; «Təklifati-mədəniyyət» (N5, 22 mart 1879); «Yanpolski Şamaxıda» ( N38,11 oktyabr 1879), «Padşahlıq mədrəsələri» (N 40,41,42, 1979) kimi  yazılar onun məram və məqsədinin  xoş niyyətli olmasından söz açır.
«Ziya»dakı materialların çoxu  S.Ünsizadənin dərslik və müntəxəbatları, oxu kitabları üçün baza rolunu oynayırdı. S.Ünsizadənin  nəzmlə yazdığı «Məktəb uşaqlarımız üçün əqaid və nəsayih»(Tiflis, 1882) nəsrlə yazdığı «Təlimül-ətfal,təhzibül -əxlaq » (Tiflis,1883) dərsliklərdən  uzun müddət  türk dili anlaşılan yerlərdə  oxu kitabı kimi  istifadə olunmuşdur.

Bəzi tədqiqatlarda S.Ünsizadənin «Hümayunnamə» adlı kitabından da söz açırlar. Bu, Şərq ədəbiyyatında çöx geniş yayılmış «Kəlilə və Dimnə «əsərinin tərcüməsidir. Bu kitaba daxil olması güman edilən 3 təmsil 1884-cü ildə «Ziyayi-Qafqasiyyə» qəzetində dərc  olunmuşdur.
S.Ünsizadənin imtiyaz sahibi olduğu «Ziya» qəzeti 1884-cü il iyunun 26-da öz nəşrini dayandırmışdır. Bunun əsas səbəbi Alibekov soyadlı bir nəfərin yazısının tərcüməsindəki  hökumət üçün qorxulu olan  bir cümlə olmuşdur:«Səid Ünsizadənin  dər-öhdə aldığı əmr ( iş-N.N.) və niyyət mətbuat vasuitəsilə rus müsəlmanlarını yuxudan oyatmaqdır».
Beləliklə, «Ziya » bağlanır.
S.Ünsizadənin 1890-cı ildə «Ziya»nı yenidən çap etmək arzusu biganəliklə qarşılanır. Odur ki, İstanbula mühacirət edir. İstanbulda  Münif Əfəndinin köməyi ilə  maarif sahəsində çalışır.

Türk dünyasının fazillərindən biri olan Səid Ünsizadə 1905-ci ilin iyun ayında ömrünün 80 sinnində İstanbulda vəfat edir. Bu acı xəbəri Bakıya çatdıran Səid Ünsizadəni yaxşı tanıyan S.Atamalıbəyov idi.

  (Bakı. "Həyat" qəzeti, 05.07.1905, N 27)


Etiket:

Strategiya.az

Xəbərlər
24.06.2019

Gələn aydan özünüməşğulluq proqramı iştirakçılarına mal və materialların verilməsinə başlanacaq

24.06.2019

Bidzina İvanişvili: Kütləvi iğtişaşlar törədənlər və səlahiyyətlərini aşanlar cəzalandırılmalıdır

24.06.2019

Penitensiar xidmət və polis tərəfindən birgə ƏMƏLİYYAT - məhkumun gizlətdiyi silah və güllələr aşkarlandı

24.06.2019

Bill Geyts ən böyük səhvini açıqladı

24.06.2019

Azərbaycanın Birinci vitse-prezidenti Mehriban Əliyeva BMT-nin xüsusi mükafatına layiq görülüb

24.06.2019

Dövlət İmtahan Mərkəzində psixoloji xidmət fəaliyyətə başlayıb

24.06.2019

Mərkəzi Bankın qısamüddətli notlarının yerləşdirilməsi üzrə hərrac keçiriləcək

24.06.2019

Cüdoçularımız “Minsk 2019”un dördüncü gününə qələbələrlə başlayıblar

24.06.2019

Sabah hava isti olacaq - PROQNOZ

24.06.2019

Azərbaycanda ilk dəfə olaraq minimum əmək haqqı yaşayış minimumunu üstələyir

24.06.2019

Vəsaitlərin cəlb edilməsi üzrə depozit hərracının nəticələri açıqlanıb

24.06.2019

Dövlət Gömrük Komitəsinin rəhbərliyi Gəncə şəhərində, Göygöl, Daşkəsən rayonlarında vətəndaşları qəbul edib

24.06.2019

AMEA-nın magistraturasına qəbul olan bakalavrların nəzərinə!

24.06.2019

Nizami rayonunda baş verən yanğınla bağlı RƏSMİ

24.06.2019

Tramp milyonlarla qeyri-leqal miqrantın deportasiyasını təxirə salmaq barədə sərəncam verib

24.06.2019

Məleykə Abbaszadə dövlət qulluğuna qəbulda baş tutmayan müsahibələr barədə: Namizədlər bu işə məsuliyyətsiz yanaşıb

24.06.2019

“Dedilər ki, tutulana qədər özünü öldür” – 2-ci əri ilə bibisinin evini soyan məhkum qadın - VİDEO

24.06.2019

Birinci vitse-prezident Mehriban Əliyeva BMT Baş katibinin müavini Liu Cenmin ilə görüşüb

24.06.2019

DİN: Yol qəzalarında 11 nəfər ölüb, 4 nəfər xəsarət alıb

24.06.2019

Təhsil Nazirliyindən dərsliklərlə bağlı ÇAĞIRIŞ

24.06.2019

Təmas xəttində növbəti monitorinq keçiriləcək

24.06.2019

Birinci vitse-prezident Mehriban Əliyeva BMT-nin Dövlət Xidmətləri Forumunun açılış mərasimində iştirak edib

24.06.2019

Kosmik hava durumu və proqnozu

24.06.2019

Sumqayıtda dəhşətli qəza - Maşın piyadanın üstünə aşdı

24.06.2019

Şəkidə 5 tondan artıq narkotik tərkibli bitki məhv edilib

24.06.2019

Cəbhədən son xəbər 

24.06.2019

Dövlət qulluqçularının nəzərinə!

24.06.2019

Neftin qiyməti bahalaşır

24.06.2019

Müəllimlərin işə qəbulu üzrə müsabiqə başlayır

24.06.2019

İyunun 24-də xarici valyutaların manata qarşı məzənnələri

24.06.2019

"Qarabağ"ın yaxşı komanda olduğunu bilirəm" - portuqaliyalı hücumçu

24.06.2019

Rezidenturaya qəbul üzrə sınaq imtahanı keçiriləcək

24.06.2019

Xüsusi qabiliyyət tələb edən ixtisaslar üzrə qeydiyyat başlayır

24.06.2019

Bu gün havanın temperaturu 40 dərəcəyə qədər artacaq

24.06.2019

Generallardan birinin hücum nəticəsində təxminən 150 insan həlak olacağını deməsindən sonra Tramp qərarını dəyişib

24.06.2019

Tbilisidə kütləvi etiraz aksiyaları DİN-in binası qarşısında davam edəcək

24.06.2019

Suriya tərəfindən Türkiyəyə keçən dörd terrorçu həbs olunub

24.06.2019

Monteneqronun Baş naziri Azərbaycana rəsmi səfərə gəlib

24.06.2019

Sərbəst güləş üzrə yığmamız Avropa ikincisi olub

23.06.2019

Türkiyə Prezidenti: Seçkiləri qazanan Əkrəm İmamoğlunu təbrik edirəm

23.06.2019

Binəli Yıldırım: hazırda Əkrəm İmamoğlu irəlidədir rəqibimi təbrik edirəm

23.06.2019

İstanbulda səsvermənin ilkin nəticələri açıqlanıb

23.06.2019

İstanbulda səsvermə başa çatıb

23.06.2019

Hidayət Heydərov Karapetyanı məğlub edib

23.06.2019

“Minsk 2019”: Daha bir idmançımız ən azı gümüş medalı təmin edib

23.06.2019

Daşkənddə standartlaşdırma üzrə beynəlxalq seminar-treninq keçirilib

23.06.2019

Sabahın hava proqnozu

23.06.2019

Qara Qarayev prospektindəki yanğın tıxaca səbəb olub

23.06.2019

“Traktor Sazi”nin adı dəyişdirildi

23.06.2019

Kaspi Liseyinin şagirdləri böyük uğura imza atıblar - VİDEO