Unudulmaz müəllim, görkəmli türkoloq və şərqşünas alim Mirzə Şıxəli oğlu Rəhimov (1929-2015)

09:20 / 16.12.2019

Nazim Nəsrəddinov

Azərbaycan Respublikasının Əməkdar müəllimi

Mirzə müəllim, mənim unudulmaz müəllimlərimdəndir. Əsas iş yeri Azərbaycan SSR EA Nəsimi adına Dilçilik İnstitutu idi. Bacarıqlı dil mütəxəssisi kimi bizə  saat hesabı ilə Azərbaycan dili tarixindən dərs deyirdi. Mühazirələri elə  maraqlı keçirdi ki, tələbələrin böyük əksəriyyəti yuxarı kurslarda dil ixtisası seçiminə üstünlük verməyi qərqra almışdı. Mühazirələrinin seminarlarını onun gənc aspirantları Əvəz Sadıqov və Şaməddin Xəlilov aparırdı. Biz bu iki gənc elm  araşdırıcılarını da həmişə maraqla dinləyir, onların hər gün Mirzə müəllimdən dərs aldıqlarına həsəd aparırdıq.          Mirzə Şıxəli oğlu Rəhimov 1929-cu il dekabrın 15-də Astarada anadan olub. Astaranın o vaxt şəhər, yoxsa qəsəbə  olduğunu deyə bilmirəm, amma bircə onu deyə bilərəm ki, tanınmış  məkan olub, bir sıra  sakinlərinin adı tarixin səhifələrinə  düşüb.
 Mirzə Rəhimov 1937-1947-ci illərdə Astaradakı Sabir adına məktəbdə oxuyub. Deməli, 10 yaşından görkəmli Azərbaycan şairi M.Ə.Sabiri (1862-1911) tanıyıb. Məktəbə M.Ə.Sabirin adı nə vaxt verilib, bax onu müəyyənləşdirə bilmədim. Hər halda 28 yaşında elmlər namizədi olan  Astaralı Mirzə Rəhimov Sabiri də, onun müəllimi Seyid Əzim Şirvanini (1835-1888)də, onların hər ikisinin  müəllimi olan Nizami Gəncəvini də (XII əsr), Məhəmməd Füzulini (XVI əsr) də yaxşı tanıyıb. 
Mirzə Rəhimov Azərbaycan Dövlət Universitetinin  filolofiya məktəbinin məzunudur. Şərqşünaslıq fakültəsinin fars dili şöbəsini bitirib, Moskvada aspirantura təhsili alıb. Elmi yaradıcılığa  Azərbaycan dilinin  tarixinə müraciətlə başlayıb: "Azərbaycan dilinin XIV-XVIII əsrlərə aid yazlı abidələrində felin indiki və gələcək zamanlarının ifadə formaları" mövzusunda maraqlı elmi iş yazıb. O da maraqlıdır ki  elmi mövzunun təsdiqi zamanı  nə üçün felin keçmiş zamanını digər zamanlardan ayırıblar? Bunu  2014-cü ilin dekabrında  Mirzə müəllim haqqında ilk dəfə iri həcmli yazlı hazırlayanda telefonla müəllimimdən soruşmaq istədim, ancaq nədənsə ehtiyat etdim. İstədim ki, Mirzə müəllimin digər aspirantlarından soruşum, buna da ehtiyat etdim, sürpriz hazırlamaq istəyim bu sorğuya  üstün gəldi.
Mirzə müəllimin  həm namizıədlik, həm də doktorluq dissertasiyaları  ədəbiyyatla ilgilidir. Burada Həsənoğlu da var, " Dastani-Əhməd  Hərami " də, Xətayi də, Füzuli də,Vidadi də, Vaqif də.
 Məncə, bütün dövrlərdə ədəbiyyata dil baxımından baxılmalıdır, zorla hər bir bədii əsərdə ideya axtarmaq düzgün deyil. Əslində, ideya müəllifinin özü ideyasız,cəmiyyətə ziyanlı adam ola bilər. "Dastai-Əhməd Hərami " poemasının (məsnəvisinin) qəhrəmanı həramidir, quldurdur, yolkəsəndir, deməli, dələduzun biridir, bəlkə də lap yekəsidir, amma Əhməd ağıllı müsahibdir, bağlı qapıları aça bilir, hətta  ağlı və kamalı ilə ətrafındakılardan çox-çox fərqlənən sultanın belə saqqızını oğurlaya bilir: 
Bağdad sultanı yeganə qızı Güləndamı ona ərə verməyə özü elçi düşür... 
Mirzə müəllim hər bir dil faktını mənalandıra bilir, ədəbiyyatı dilin quluna çevirməyi bacarırdı. Onun istifadə etdiyi dil nümunələrinin əksəriyyəti şeirdir,nəzmdir,nizamlı misralardır.  
Biz hələ " Kitabi-Dədə Qorqud "un janrını müəyyənləşdirə bilməmişik. Nəsrdir bu, bilmirik, nəzmdir bu, yenə də bilmirik.Amma vəziyyətdən çıxa bilirik:
 "Dədə Qorqud "un  dili qafiyəli nəsrdir.  Onda bəs bu şeirlərin janrı,biçimi  nədir?  Bax bunu bilmirik, bəlkə də heç vaxt bilməyəcəyik.  
Mirzə müəllm  "Dədə Qorqud"dan nümunə gətirir:"Baban dedi, keyikləri qovsun gətirsün,oğlumun at səgirdişin,qılınc çalışın, ox atışın görəyim,sevinəyim, qıvanayım,güvənəyim". 
  Bax bu, dildir-Azərbaycan dilidir. Qoy başqa türk qardaşlarımız öz babalarının qoşduqlarını tapsın.  Dədə Qorquddan gətirilən bu sözləri hər bir azərbaycanlı başa düşür,anlayır,qavrayır. Özbək,qazax,qırğız, tatar bunları çətin ki qavrasın. 
Mirzə müəllim ən çox Nəsimidən misal gətirir:
" Qulağ tutgil sənə edim hekayət ; 
 Dədimin dərmanı sənsən,  çarə kimdən istəyim?;
Güzgüsü ari degildir, çarə qılsın başınə;
Nəsiminin kəlamından eşidin;
Surəti,hüsni-camalı cümlə zibadır anın,                                                                   
 Hüsnünə qurban olayım belin sər ta pasinə"...Mən Azərbaycan SSR Elmlər Akademyasının Nəsimi adına Dilçilik İnstitutunun aspiranturasına qəbul olunanda Mirzə müəllim İnstitutun direktor müavini idi.Mirzə müəllim mənim  elmi rəhbərim oldu.
Elmi mövzumun  adı "Ziya" ("Ziyayi-Qafqasiyyə") (1879-1884) qəzetinin dili" idi.
İlk tapşırığı Nəsiminin 1926-cı ildə Bakıda nəşr olunan kitabından istifadə etmək şərti  ilə  "Nəsiminin dilində sözlərin məna qrupları" mövzusunda  referat hazırlamaq tapşırığı oldu. Referatın bu mənbədən istifadəsi əski yazımızı-ərəbdilli əlifbamızı  yaxşı    öyrənmək məqsədi daşıyırmış.  Mirzə müəllimin tapşırığı ilə onun şərqşünas dostu -Əlyazmalar İnstitutunun   ovaxrkı   direktoru nəsimişünas dilçi alim Cahangir Qəhrəmanovdan (1927-1995) Nəsiminin 1926-cı nəşrini aldım. Kitabxana qaydasına görə pasportumu cibimdən  çıxaranda  Cahangir müəllim mənə  tərs-tərs baxıb,başını yellədi. Sonralar məlum oldu ki, onların hər ikisi- Cahangir müəllim də,Mirzə müəllim də  SSRİ EA Dilçilik İnstitutunun aspiranturasında bir vaxtlarda oxuyublarmış.
Mirzə müəllim mənə kitablarla işləməyi öyrətdi. Mənə bir torba kartoçka  ( qeydlər üçün qalın vərəq )  verdi,  bədii əsərlərdən, qəzet və jurnallardan materrial toplamağın yolunu,üsulunu öyrətdi.
 1975-ci ildə Mirzə müəllim iş yerini dəyişdi;Akademiydan yuxarıda yerləşən Azərbaycan Dövlət Universitetinin Şərqşünaslıq fakültəsinə təyinat aldı. Bu qərarla görə Mirzə müəllimin tədqiqat sahəsi də dəyişildi, Azərbaycan dilinin tarixçisi tələbə vaxtı universitetdə aldığı ixtisas üzrə-fars dilinin tədrisi ilə məşğul olmaa başladı.O vaxtın yeganə universiteti  də Mirzə müəllim   üçün doğma idi.O,Akademiyada işləyəndə də burada - o vaxtkı ADU-da saat hesabı böyük maraq və həvəslə   dərs deyirdi.
 Mirzə müəllim universitetdə  bizə dil tarixcisi olsa da,dərslərində müqayisəli qrammatika məsələlərindən ustalıqla istifadə edir,yeri düşdükcə həm ərəb,həm ingilis,hən də fars dillərindən maraqlı nümunələr gətirirdi.Onun bu xüsusiyyətləri  savadlı aspirantları olan  Şaməddinə də,, Sevilə də, , Əvəzə də keçmişdi.
 Mirzə müəllimin hər dərsi öyrədici idi, mövzular Azərbaycan dilinə vurğunluqla tədrs edilirdi.
  Mən ADU-da  oxuyanda  zaçotlarda iki müəllimdən  "iki" almışam.Bu ikilərin səbəbkarlarından biri  biri Azərbaycan dili  tədrisinin metodikası  kafedrasının dosenti   Kənan Mikayılov, digəri isə dil tarixi mütəxəssisi,professor Mirzə Rəhimov idi.Hər iki texniki səhv ucbatından yaranmışdı.
Kənan müəllimin bu "iki"si hələ də mənə  aydın deyil. Dekana şikayətdən sonra  Kənan müəllim bu "iki"ni  mənə  nəyə görə verdiyini özü də başa düşmədi.  
Mirzə müəllimin "iki"si isə dekanlığın əməkdaşı Paplı xanımın texniki səhvi imiş.  
Mirzə müəllim tələbələrini yaxşı tanıyırdı.Mən kəsiri düzəltməkdən ötrü   bir tələbə dostumla-səhv etmirəmsə,Ələkbər Əliyevlə Mirzə  müəllimin əsas iş yerinə- Nəsimi adına Dilçilik İnstitutuna gedəndə Mirzə müəllim  bu "iki"yə təəccübləndi, heç nə soruşmadan halalca məqbulumu yazdı və bizi təbəssümlə yola saldı.
  Mirzə müəllimi  ensiklopedik nəşrlərdə   şərqşünas alim kimi tanıdırlar. Bu, onun son  40 ildəki elmi və elmi pedaqoji fəaliyyəti ilə ilgilidir.Mirzə müəllimin elmi tədqiqat sahəsini də fars dilçiliyi, fars dilinin nəzəri qrammatikası, fars dilinin leksikologiyası, fars dialektologiyası, fars dilinin tarixi morfologiyası adı ilə tanıdırlar. Bəli, bunlar faktdır. Bu da faktdır ki, onun  1965-ci ildə Bakıda  çap olunmuş "Azərbaycan dilində fel    ( 2013-cü ildən  "fel" sözü  yeni orfoqrafiya lüğətinə görə  "feil" şəklində yazılır-N.N.) şəkillərinin formalaşması tarixi "monoqrafiyası dünya türkologiyasının ən sanballı  nümunələrindəndir. Bu, birnəfəsə oxunan elmi əsərlərdəndir.268 səhifəlik monoqrafiyada çapdan sonra aşkar olunan 4 səhv də düzəldilmiş və bu düzəliş oxucuya hörmət əlaməti kimi kitabın son qabığının içərisinə yapışdırılmışdır. (səh.42,102,233,266). Bəlkə də,bu düzəliş indiki müəlliflərə qəribə gələcəkdir.Amma bu,Türkiyədə təhsil almış şair və dramaturq  Hüseyn Caviudin 1913-cü ildə "Keçmiş günlər" kitabındakı  bir neçə texniki səhvə gərə etirafının nümunəsi idi:adi texniki səhv də elmi əsərə nözsandır.
 Stolüstü kitablarla yanaşı, mənim stolüstü jurnallarım da var.  (Yəqin ki iş stolumun səliqəsini hiss edirsiniz). Bunlardan biri  "Sovetskaya  türkologiya"  jurnalıdır.Mən bu jurnalın ilk nömrələrini oxuyanda zavodda tokar işləyirdim.Universitetdə qiyabi oxuyurdum. Jurnalın 1972-ci ildəki 2-ci nömrəsi  Mahmud Kaşğarinin "Divani-lüğət-it-türk "(Türk dilləri lüğətinin divanı)  əsərinin  900  illik  tarixinə həsr olunmuşdur.  Nömrədəki yazılar  7-9  oktyabr  1971-ci ildə Fərqanədə keçirilmiş  Ümumittifaq Türkologiya Konfransında səslənən   materiallarıdır. Bu nömrədə Mirzə Rəhimovun "Дивану лугат--ит -тюрк" Махмуда Кашкари и древнетюркские  элементы  в диалектах и говорах Азербайджанского языка"  məqaləsi elmi  meyarlarına, dilçilik təfəkkürünə görə ən dəyərli yazılardan biridir. Məqalədə dil faktlarının elmi müqayisəsi  göstərir ki, Kaşğarinin əsəri təkcə bir türk dilinə aid deyil.
   M.Rəhimovun proqram xarakterli  bu  məqaləsi,məncə,  pedaqoji təmayüllü  bütün ali məktəblərdə   öyrənilməlidir.
  Bakı Dövlət Universitetinin  90 illik yubileyi ilə əlaqədar olaraq, Azərbaycan Respublikasının  Prezidenti  İlham Əliyevin  2009-cu ildə imzaladığı Sərəncamla  Azərbaycanda təhsilin və elmin inkişafındakı xidmətlərinə görə Mirzə Şıxəli oğlu  Rəhimova Azərbaycan Respublikasının əməkdar müəllimi fəxri adı verilmişdir.
O vaxt M.Rəhimovun 80 yaşının tamamına bir neçə ay qalırdı.
 Mən o vaxt bu münasibətlə telefonla Mirzə müəllimi təbrik etmişdim.  Mirzə müəllim təbrikimə çox sevindi . Mən qocaman alimin sevincini  telefon dəstəyində aydın-açıq hiss eirdim.

Mirzə müəllim 2015-ci ilin oktyabr ayında   dünyasını dəyişmişdir.
Azərbaycan - 86 yaşlı professor oğlu Mirzə Rəhimovla hörmət və ehtiramla vidalaşdı.
Allah sənə rəhmət eləsin,Mirzə müəllim...


Etiket:

Strategiya.az

Xəbərlər
18.01.2020

20 Yanvar – tariximizin qanlı və şanlı səhifəsi

17.01.2020

Azərbaycan və Ermənistan XİN rəhbərlərinin növbəti görüşünün VAXTI məlum oldu

17.01.2020

ABŞ konqresmeni 20 Yanvar faciəsinin 30 illiyi ilə bağlı bəyanat yayıb

16.01.2020

Deputatlığa namizədlərin qeydə alınması prosesi başa çatdı

16.01.2020

Azərbaycan Respublikası Prezidentinin Sərəncamı

16.01.2020

Zakir Həsənov tikintisi yekunlaşmaq üzrə olan hərbi obyektlərə baxış keçirib

16.01.2020

QMİ 20 Yanvar faciəsinin 30-cu ildönümü münasibətilə bəyanat yayıb

10.01.2020

Ağsu dolaylarında sürüşmə aktivləşdi - VİDEO

10.01.2020

Sabahın havası: Duman, çiskin, yağış

10.01.2020

Respublika fənn olimpiadalarının birinci mərhələsi başlayır - Tarix açıqlandı

10.01.2020

Nərminin qətlinə görə atasının sinif yoldaşı saxlanılıb - Əmisi danışdı

10.01.2020

KİV: Gürcüstanın Baş Naziri dəyişə bilər

10.01.2020

İrandan gələn Azərbaycan vətəndaşında beşbarmaq və narkotik aşkarlandı

10.01.2020

Valverde istefaya göndərilir? – “Barselona” rəhbərliyindən açıqlama

10.01.2020

Vaşinqtonda ABŞ bayrağını tərs tutaraq küçələrə çıxdılar - SƏBƏB

10.01.2020

Əmək və Əhalinin Sosial Müdafiəsi naziri və müavinləri vətəndaşlarla görüşəcək

10.01.2020

İran Ukrayna təyyarəsinin raketlə vurulması ilə bağlı iddiaları təkzib edib

10.01.2020

Qızıl fond - Elza İbrahimova

10.01.2020

Daxili İşlər nazirindən yeni TƏYİNAT

10.01.2020

Polşadan Azərbaycana diri quş və quş məhsullarının gətirilməsinə məhdudiyyət qoyulub

10.01.2020

"Azeri Light" nefti ucuzlaşıb

10.01.2020

İran ABŞ-ı təyyarə qəzasını araşdırmağa dəvət etdi

10.01.2020

Bakıda əcnəbi qızların ölümü ilə bağlı cinayət işi başlandı

10.01.2020

ETSN: Badamdar sürüşmə sahəsindəki çatlarda gözlə görünən artımlar müşahidə olunur

10.01.2020

Deputatlığa namizədlər üçün SON gün

10.01.2020

Azərbaycan əsilli - Gəncəli Türkiyə alimi Abdülbaki Gölpinarlı - (12.01.1900-25.10.1982)

10.01.2020

Atəşkəs rejimi 22 dəfə pozulub

10.01.2020

ABŞ-ı 2040-cı ilə qədər “Tramp klanı” idarə edəcək - Jirinovski

10.01.2020

DİM doktorantura və dissertanturaya qəbul olmaq istəyən namizədlərə müraciət edib

10.01.2020

Yanvarın 10-da xarici valyutaların manata qarşı məzənnələri

10.01.2020

Lavrov ABŞ-ın Yaxın Şərqdəki hərbi fəaliyyətini beynəlxalq hüquqa zidd adlandırıb

10.01.2020

Kanadanın baş naziri: İran istəmədən Ukrayna təyyarəsini vurub

10.01.2020

Xarici siyasət: Azərbaycan yeni mərhələdə

10.01.2020

Dünya bazarlarında neft ucuzlaşıb

10.01.2020

"Atletiko" "Barselona"ya qalib gəldi - "Real"a rəqib oldu

10.01.2020

 Ramiz Hüseynov işdən qovuldu - VİDEO

10.01.2020

Böyük Britaniya Parlamenti Brexit sazişini təsdiqləyib

10.01.2020

"Qalatasaray" 23 yaşlı futbolçunu TRANSFER ETDİ

10.01.2020

İrandan dünyanı ŞOKA SALAN AÇIQLAMA - Hədəf amerikalı hərbçilər olmayıb

10.01.2020

Danimarka vətəndaşı Türkiyə-Suriya sərhədində saxlanılıb

10.01.2020

Sabirabadda 2 ədəd əl qumbarası aşkar edilib

10.01.2020

İkimərtəbəli yaşayış binasında baş vermiş yanğın nəticəsində üç nəfər tüstüdən boğularaq ölüb

09.01.2020

Rəşadət Babayev işdən çıxarılıb

09.01.2020

Leyla Abdullayeva: Azərbaycan tərəfi Avropa Parlamentinə dəvət ünvanlamayıb ki, o da bu dəvətdən imtina etsin

09.01.2020

AMEA-da yeni kadr təyinatları: Zoologiya İnstitutunun direktoru vəzifəsindən azad edilib

09.01.2020

Baş prokuror: Tovuzdakı azyaşlının öldürülməsi dövlət başçısının xüsusi nəzarətindədir

09.01.2020

Badamdar-Bayıl yolu hələ çar Rusiyası dövründən...

09.01.2020

Heydər Əliyev Fondunun dəstəyi ilə Oqtay Gulalıyev yenidən əməliyyat olunacaq

09.01.2020

Mövlud Çavuşoğlu: Türkiyə İraqın ərazi bütövlüyünün qorunmasını dəstəkləyir

09.01.2020

Azərbaycan Respublikası Prezidentinin Sərəncamı