Yenə də "Türkische Lesestoffe....Leipziq. 1916" türkdilli latın qrafikalı kitabından söz açırıq ki, bilməyənlər də nəyisə bilsinlər

09:56 / 18.03.2018

Nazim Nəsrəddinov

Azərbaycan Respublikasının Əməkdar müəllimi

Açar sözlər-pedaqoji və psixoloji tədqiqatlar, alman təhsili, tərbiyə doktoru, ordu marşı, Canaqqala məktubu, pedaqoji mətbuat,Bakı və Şəki nəşriyyatları, sovet rejimi, rəy, təqriz, portret oçerkləri,Hans Stumme .....
 

Görkəmli türk pedaqoqu, keçən əsrin 20-ci illərindən başlayaraq, əsərlərini “tərbiyə doktoru  Halil Fikret”  kimi imzalayan Halil Fıikret (1892-1974 ) və onun yaradıcılığı haqqında elmi araşdırmalar apararkən hər dəfə maraqlı və çox böyük elmi əhəmiyyəti olan faktlarla, dəyərli materiallarla rastlaşanda onları elmi ictimaiyyətlə bölüşməyə tələsirəm.

1916-cı ildə Almaniyanın Leipziq şəhərində çap olunan 31 səhifəlik bir kitabın üz qabığında onun adını dünyanın ən məşhur pedaqoqlqrından biri, alman afrikanşünası və şərqşünası Hans Stumme (1864-1936) ilə yanaşı gördükdə isə nədənsə tələsmədim, faktları diqqətlə araşdırmağa başladım.

Yox, səhv etməmişdim. Leipziq Universitetinin son kurs tələbəsi oxuduğu ali təhsil ocağının professoru ilə birgə elmi əməkdaşlıq etmişdir. Bəri başdan deyim ki, əsər 1915- ci ilin sonlarında tamamlanmış, 1916-cı ilin yanvarında Leipziqdəki “Otto Harrassowitz” nəşriyyatı tərəfindən latın qrafikası ilə  dünyanın türkdilli oxucularına çatdırılmışdır. Bu,o vaxtlar idi ki, türkdilli ölkələrdə, o cümlədən Türkiyədə də, Azərbaycanda da ərəb qrafikalı yazıdan istifadə olunurdu. Doğrudur, ayrı-ayrı ziyalılar 1878-ci ildə dünyasını dəyişən M. F. Axunzadənin latın qrafikalı əlifba çağırışı hələ də unuda bilmirdilər. Bu yolda M. Şahtaxtlının xidmətləri  ziyalılara daha qabarıq şəkildə çatdırılırdı.


1879-1884-ci illərdə Tiflisdə Azərbaycan dilində çap olunan "Ziya"   qəzetində ana dili və onun mübtədi (ibtidai -N.N.) məktəblərdə tədrisi üsulları  haaqqında maraqlı mülahizələr söylənilmişdir. Qəzetin redaksiya heyəti ərəb əlifbasının islahı və dəyişdirilməsi ətrafında uzun illər boyu aparılan mübahisələri fikir mübadiləsini genişləndirmək məqsədilə gündəmə gətirirdi. Əslində  "Ziya" qəzetinin naşiri Səid Ünsizadə də, baş mühərriri Cəlal Ünsizadə də ərəb əlifbasının tərəfdarları idi; onlar əlifbanın dəyişdirilməsinin törədəcəyi çətinlikləri görür, məktəblərdə dilin tədris üsullarını yaxşılaşdırmağı daha vacib sayırdılar.

1296-cı hicri-qəməri ilində (miladi təqvimi ilə 1879-cu ildə) İstanbulda  "Şirkəti-İraniyyə" mətbəəsində İranın Tiflisdəki konsulxanasında tərcüməçi işləyən Mirzə Rza xan Daniş latın və rus əlfbaları əsasında düzəltdiyi "Risaleyi-Rüşdiyyə" kitabçasını nəşr etdirir. Bu kitabça tanışlıq və rəy üçün işin içində olan bir sıra ziyalılara göndərilir. İstanbulda fars dilində nəşr olunan "Əxtər" qəzeti öz səhifələrində geniş müzakirə açır. Həmin müzakirə materialları operativ şəkildə "Ziya" qəzetində də çap edilir. Müzakirələrdə Zaqafqaziyanın şeyxülislamı Əhməd bəy Hüseynzadə, müfti Əbdülhəmid Əfəndizadə, atası fransız, anası alman olan rus şərqşünası Adolf Berje və başqaları çıxış edirlər.


Əlifba qalmaqallarının səngimədiyi, gündəmdən düşmədiyi  bir vaxtda-1916-cı ildə Almaniyanın Leipziq şəhərindəki iri mətbəələrinin  birində - OTTO HARRASSOWİTZ-də latın qrafikası ilə “Türkische Lesestoffe handschriftlich im  Rуka- Charakter und umschrieben mit lateinischen Buchstaben,unter Beifügung einer einführenden Darstellu des türkischen Alphabets im Rукa-Charakter” adlı 31 səhifəlik bir kitab çap edilir.

Halil Fikret 1923-26-cı illərdə babalarımıza Bakı Ali Pedaqoji İnstitutunda psixologiya və pedaqogika tarixindən dərs deyən tərbiyə doktorudur. O, Azərbaycan Respublikasının elmi-ictimai həyatında əhəmiyyətli yeri olan türk qardaşlarımızdan biridir. Bakıya ali təhsil müəssisələrində işləməyə dəvət edilmiş, Azərbaycan Xalq Maarif Komissarlığında məktəbəqədər tərbiyə şöbəsinin müdirı vəzifəsində işləmişdir. Halil Fikret Bakıda müxtəlif elmi jurnallarda, respublika və əyalət mətbu orqanlarında maarifçilik məsələlərinə aid onlarla elmi, elmi-metodiki, bədii- publisistik məqalə yazmışdır.

 

Professor, tərbiyə doktoru Halil Fikretin Bakıda S. M. Qənizadə, A. Şaiq, H. Cavid, M. S. Ordubadi, Q. R. Mirzəzadə, M. Mahmudbəyov, Ə. Cəfərov, A. İsrafilbəyov, C. Cəbrayılbəyli, Ə. Haqverdiyev kimi çoxlu əqidə və məslək dostları var idi.

 

 Halil Fikret 1926- cı ildə Bakıdakı ən birinci dövlət nəşriyyatında - Azərnəşrdə “Tərbiyə və tədris tarixi”adlı ilk iri həcmli- 600 səhifəlik , 2 hissədən ibarət olan dərsliyini çap etdirmişdir.

Halil Fikrət  o dövrün bir çox mətbuat orqanlarında yüzə qədər yazı-rəy, elmi-metodik məqalə,esse, 
dunyanın bir neçə ünlü psixoloq və pedaqoqları haqqında portret oçerklərini çap etdirmişdir.

Təəssüf ki,bu yazılar haqqında uzun müddət söz açılmamışdır.Mənim bu stiqamətdəki yazılarım da türk ədəbi və elmi ictimaiyyətinə çatdırılmamışdır.Halbuki bu yazıların bəzisi Türkiyədə -Haldun Cezayiroğlunun Kolleksiyonunda yayımlanmışdır.

Halil Fikrətin Bakı bə Şəki nəşriyyatlarındakı  yazılarının hamısı Azərbaycan ədəbi dilininən yaxşı nümunələri kimi diqqəti cəlb edir. O,Azərbaycandakı bütün yazılarını Halil adı ilə yox,Xəlil Fikrət adı ilə imzalamışdır.Maraqlıdır ki,İnqilab və mədıniyyət yirnalındakı  fəlsəfi yazılarınında  imzasının şəkli də verilmişdir.

 ADPİ-nun 5 illiyinə   1926-cı ildə Bakıda nəşr olunan həsr olunmuş kitabda-"Beş yıl"da Halil FiKətin pedaqoji görüşləri haqqında maraqlı bir məqaləsi türk-Azərbaycan pedaqoji əlaqələriniöyrənmək baxımndançox əhəmiyyətli ,proqram xarakterli, manifest  səviyyəli  yazıdır.Məqalə "Yeni müəllim arqadaşlarıma tövsiyələr"adlandırılmışdır.

Halil Fikrətin bu yazısı sonralar Türkiyədə cüzi əlavələrlə çap olunmuş,pedaqoji ictimaiyyət tərəfindən maraqla qarmılanmışdır. Bu yazının şapından bir müddət sonra sovet rejimi tərəfindən hər addimı diqqətlə izlənilən H.Fikrət Bakıdan uzaqlaşmışdır. O,Bakıdan  Almaniyaya gedir, çox qısa bir müddətdən sonra - 1927-ci ildə vətənə qayıdır, Konyada açılan Qazi Orta Müəllim Məktəbində müəllimlik edir. Bir müddətdən sonra bu məktəb Ankaraya köçürülür.

Halil Fikrətin təşəbbüsü ilə burada pedaqojı bölüm yaradılır və o, bu bölümdə işləyir.


 

1927-ci ildə Halil Fikrətin Ankarada ilk kitabı –”Coğrafiyanın tədris üculu” çap olunur. “Coğrafiyanın tədris üsulu” kitabının materialları Azərbaycanda toplanmış və Türkiyəyə çapa hazır vəziyyətə gətirilmişdi. Bu kitabın yazılmasında Halil Fikretdən əvvəl türk dünyasında bir neçə coğrafiya dərsliyi ilə tanınan   şamaxılı Qafur Rəşad Mirzəzadənin güclü təsiri olmuşdur.Qafur Rəşad Mirzəzadənin kitabı ilə Halil Fikrətin coğrafiyaya aid metodiki əsərinin  ciddi təhlili ,çox güman ki,maraqlı paralelləri ortaya çıxara bilər.

..Mövzunun aydınlığı naminə deyilən bu qeydlərdən məlum olur ki, alman alimi Hans Stumme ilə  şərikli yazdığı "Türkische Lesestoffe…” (“Türkiyə antologiyası ”)  kitabı məşhur Leipziq Universitetinin tələbəsi Halil Fikretin ilk  юэкшлдш əsəri deyil. Halil Fikretin 1916-cı ildən sonra da Hans Stumme ilə əməkdaşlıq etməsi güman edilir.Onun 1927 -ci ilin əvvəllərində Bakıdan birbaşa Türkiyəyə yox, Almaniyaya qayıtması da bu fikrə rəvac verir.


Alman alimi Hans Stumme və türk aydını Halil Fikretin birgə yazdıqları “Türkische Lesestoffe” (“Türkiyə almanaxı”) kitabı haqqında indiyədək bu sətirlərin müəllifi və Haldun Cezayirlioğlundan başqa, türkologiyada tutalı bir söz deyilməmişdir. (Bəlkə də Almaniya və Türkiyə arxivlərində hələ də qatı açılmamış sənədlər var. Hər halda bu, ədəbi və elmi ictimaiyyətə məlum deyil).

Əsərin birinci səhifəsində alman dilində yazılmış ön sözdən -  “Vorbemerkunq”dan – giriş və izahat xarakterli yazıdan məlum olur ki, müəlliflər kitabın yazılması və araya-ərsəyə gətirilməsində zəngin ədəbi və elmi mənbələrdən istifadə etmiş, faktları diqqətlə araşdıraraq, türk dili və ədəbiyyatını öyrənmək istəyən avropalılara çox gözəl bir hədiyyə bağışlamışlar.

2 -ci və 3-cü səhifələrdə o vaxtlar türk yazısında işlənən ərəb əlifbasının yazı sistemi, iki və dörd cür yazılan hərflərin yazı nümunələri və ayrı- ayrı səslərin qrafik işarəsi, hərflərin adı (elif,be, re, te, se, ğim, ha, dal, re, ze, sim… sad, zad, lam, mim, nun, vav, je, lam-elif…, cəmi – 34) əyani şəkildə oxucuların diqqətinə çatdırılmışdır.

Müəlliflər oxucuların oxu prosesindəki işini asanlaşdırmaq üçün cüt səhifələrdə (2, 4, 6, 8 ,10, 12,14,16,18 və s) ərəb əlifbasından, təklərdə isə latın qrafikasından istifadə etmişlər. Ərəb qrafikalı xətlər, şübhəsiz ki, Halil Fikrətə məxsusdur). 4-cü səhifədə 16 cərgədə sözlərin hərflərlə ifadəsi göstərilmişdir. Buradakı 139 sözün hamısının  latın qrafikalı yazılış forması sonrakı səhifədə- 5-ci səhifədə yeni əlifba ilə təqdim olunmuşdur.Mənfəətdən xali olmadığı üçün onların bəzilərini sadalayırıq-baba, pak, tütün, tarla, baş, vadi, kartal, kar, yağ, bağ, corab, havi (əhatə edən- N.N.), padişah, topal, toparlaq, sora, fani, qatı, bulut, lale, lüle, mal, madam, maşa..

6-cı səhifədə qafiyə, omonim, paronim,sinonim kimi işlənə bilən sözlər 16 nömrə altında toplanmışdır. 7-ci səhifədə həmin sözlər latın qrafikası ilə təkrarlanmışdır. 8 və 9-cu səhifələrdə də leksik materialların ərəb və latın qrafikalı təqdimatı verilmişdir.

Kitabın 10-cu səhifəsində “Zurub-i emsal” (zərbi məsəl- N.N. ) başlığı altında 16 nümunə verilmişdir.Bunların hamısı türk xalqları arasında geniş yayılmış, həyatın çətin sınaqlarından keçmiş nümunələrdir: “At ilə eşşək yarışamaz”, Adam odur ki, ikrarından dönməyə, “Az söyləmək çox söyləməkdən evladır” (daha yaxşıdır-N.N.), ”Azı bilməyən çoxu heç bilməz”, “Yorğanına görə ayağını uzat”, “Dilin kemiyi (sümüyü-N.N.) yoxdur, amma kemiyi kırar”, “Yeməksiz qalmaq borc ilə kalmakdan eyidir” , Ya dəvə , ya dəvəçi” və s.11-ci səhifədə bu materiallarin latın qrafikalı variantı verilmişdir.

Kitabın12-18-ci səhifələrində “Müxləlif lətifələr” başlığı altında müxtəlif yazılı və şifahi məxəzlərdən seçilmiş lətifələr toplanmışdır. Müəllilər daha çox əsl adı Əhməd olan tanınmış türk yazarı, şairi, egitimi, qəzetəçisi və xəttatı Faik Rəşadın (26 iyul 1851- 1914 ) 1328-cı ildə (hicri) Konstantinopolda çap etdirdiyi “Külliyyat-i - lətaif” əsərindən və Hoca Nəsrəddin lətifələrindən istifadə etmişlər. Təsəvvür yaratmaqdan ötrü onlardan bir neçəsini təqdim edirik:

*Hastanın biri kendisini eyi eden bir doktora der ki, “doktor efendi, beni az zemanda eyi etdiyiniz içün size okadar medyun-i -şükranim ki, yaşadıkce oni bir dürlü ödeyemeyeceyim”. Hekim cevab olarak: “ödeyemeyeyek gibi deyil, efendim; hepsi yüz quruş-dur!” demiş.

*Bir hasta adam karısına bir gün der ki: “aman, karı, odama , reca edirim, senden başka kimse girmesin, zira hastalığım sari ( yoluxucu-N.N.) və tehlikelidir”.

* Bir odada yatan iki arkadaş şu yolda bir muhawerede (danışıq, söhbət -N.N.) bulunmuşlar:

Birinci arkadaş:yahu,bana bak”–İkinci: “ne var?”

Birinci:uyuyormusun?” –Ikinci: “neden sordun?”

Birinci:” bir para ödünc isteyecekdim!”—İkinci: (yorğanı başına çekerek): ”uyuyorum,dostum!” cewabında bulunmuş.

* Bir odada yatan iki arkadaş şu yolda bir muhawerede (danışıq, söhbət -N.N.) bulunmuşlar:

Birinci arkadaş:yahu,bana bak”–İkinci: “ne var?”

Birinci:uyuyormusun?” –Ikinci: “neden sordun?”

Birinci:” bir para ödünc isteyecekdim!”—İkinci: (yorğanı başına çekerek):”uyuyorum,dostum!” cewabında bulunmuş.

* Bir deyirmenci eşeyini önünə katmış gider imiş.Yolda köylünün biri buna rast gelüb: “böylə ikiniz nereye gidiyorsunuz?” deyince, degirmenci parmağıyle köylüyü göstererek:”üçümüz içün saman almağa gediyoruz “cevabını vermiş.


12,14,16 və 18-ciı səhifələrdə ərəb əlifbası ilə yazılmış lətifələrin latın qrafikalı variantı verilmişdir.

Kitabın 18-23-cü səhifələrində “Türkce şeirlər ” ümumi başlığı altında 1908-ci ildə yazılmış “Ordu marşı”, 10 mani və “Yabanda bulunurum ” adlı  32 misralıq iki hissəli bir şeir verilmişdir.

Kitabdakı “Ordu marşı”nı müasir mətnlərlə müqayisə etmək üçün oxucu və tədqiqatçıların nəzərinə çatdırırıq.

                   Ordu marşı

1.Qrdumuz etdi yemin,

titredi hak ü zemin,

milleti etdi emin,

açıldl rah-i-nevin.

( Nakarat )

sancağımız,şanımız,

osmanlı ünvanımız,

vatan bizim canımız,–javascript:void(0);

feda olsun kanımız!

 

2. terki-i-aram eylədik,

cahd ü ikdam eyledik,

neşr-i-meram eyledik,

haqle kiyam eyledik.

( Nakarat )

 

3. osmanlı ahfadıyız ,(neveleriyik-N.N.)

biz vatan evladıyız,

milletin efradıyız,

hürriyet eşhadıyız.

“Manilər”dəki 10 şeirin hamısı klassik, ənənəvi bayatıarı xatırladır. Bunların bəzisinin müəllifli bayatı olması şübhəsizdir.Anlaşıqlı olmaq üçün bir neçəsini nümunə göstəririk:

Bağa gitdim nar içün,

gül kopardım yar içün;

analar kız doğurmuş,

deli-kanlılar içün.

 

***

sabahdan sen kalkarsın,

mektebe sen gidersin;

meramın mekteb deyil;

sen çapkınlık edersin!

***

hey, güzel kız, gelmezler,
seni bana vermezler;
eyil bir yol öpeyim,
karanlıkdır,gürmezler.

İki hissədə–1 və 2 nömrə ilə verilmiş “Yabanda bulunurum” şeirində “Memleketimdən uzağım, yabanda bulunurum” misraları 32 misralıq bu əsərdə 3 dəfə təkrar olunur. Şeir türk ədəbiyyatında “Qürbət türkiləri” adı ilə tanınan janrın ən gözəl nümunələrindən biri kimi qiymətləndirilə bilər:

Ah , o kızıl güllerinin

kokusu bana esse,-

ah, beyaz camilerinin

buhuru (ətri- N.N. ) bana gelse!

lakin buraya gelemez

senden ol şirin koku,

zira denizlere sürer

ruzgarların ordusu.                            
Əsərin 24-cü səhifəsində gənc bir çocuğun dilindən söylənilən “Tərbiyəli bir qitə” adlı həyat proqramı–manifest səpkili maraqlı bir yazı yerləşdirilmişdir. Ərəb əlifbalı səhifədə başlıq göstərilməsə də , 25-ci səhifədə –latın qrafikalı variantda bu, aydın yazılmışdır.” Tərbiyəli bir qitə”nin müəllifi əsl adı Ömər olan,  “Tərcümani-həqiqət”, “Səadət”, “Bakıt” qəzetlərində müxbirlik,Qalatasaray Liseyində və “Məktəb-i-hüquq”da ədəbiyyat müəllimi işləyən, türk ədəbiyyatında Müəllim Naci (1850-1893) kimi tanınan söz ustasıdır.   Şair Müəllim Naci “Ateşpare”,”Şerare”,”Füruzan” və sair şeir kitablarının müəllifidir. O, ərəb,fars və frasız dillərindən çoxlu tərcümələr etmişdir.Ölümündən sonra “Yadigar-i-Naci” kitabı çap edilmişdir. Onun “Ömərin çocuqluğu” kitabı avtobioqrafik səciyyə daşıyır. Kitabda Ömərin çocuqluq həyatının ağrılı- acılı səkkiz ili  öz əksini tapmışdır.



        Haqqında geniş söhbət açılan kitabdakı “Tərbiyəli bir qitə”  “Ön söz”də yazıldığına görə Müəllim Nacinin “Təlimlül-qiraət” (oxu təlimi-N.N.) əsərindəndir. “Oxu təlimi ” kitabınıın Türkiyədə necə təbliğ olunmasını öyrənmək çox maraqlı görünür.

“Tərbiyəli bir qitə”nin mütaliəsi elmə, təhsilə, ətraf mühitin öyrənilməsinə can atan çocuğun işıqlı fikirləri kimi çox maraqlıdır: “Derslerimi dıkkatla okursam, hatırımda kalır,unutmam. Okuduklarımı belledikce fikrim açılır, gitddikceməlumatım artar. Tenbel, itaetsiz olan çocuklar hiç bir şey öyrenemezler, cahil kalırlar. Ben oyle tenbel, itaetsiz çocuqlardan deyilim.Ben çalışacağım, öyreneceyim, cahil kalmayacağım”.

Əsərinin sonuncu materialı 27-31-ci səhifələrində çap olunan “Çanak-kaladan bir türk askerinin mektubu”dur.

 

Bu, epistolyar üslubda yazılmış, dünya ədəbiyyatında, bəlkə də, analoqu olmayan bədii nəsr nümunəsidir. Məktub Birinci Cahan müharibəsində Çanaqqala uğrunda ölüm-dirim vuruşunda Vətənin müstəqilliyi uğrunda mübarizə aparan Mustafa adlı bir gəncin 18 kanun evvəl 1915-ci ildə Anafortadan anasına yazdığı təsirli bir məktubdur. Burada müharibə səhnələrinin bir sıra dəhşətli məqamlarından söz açılır.

 

Məktubda anasının, karısının, oğlu Osmanın həyatı naminə özünü fəda eməyə hazır olan, ölümü gözləri ilə görən, yağı düşmənin ağır zərbəsini dadan, hələ həyatdan doymayan vətən əsgərinin düşmənlə barışmazlığı,ölümü ilə yaxınlarını ağladacaq və ağrıdacaq məqamlar göz önünə gətirilir. Mustafa onunla bir cəbhədə işğalçı düşmənə qarşı vuruşan , dostluqda sədaqətli və dəyanətli olan bir alman əsgərinin təmənnasız köməyi ilə sağ qalır.

Gənc türk əskəri Mıstafanın harayı, müharibələrə dərin nifrəti əsərdə ustalıqla qələmə alınmışdır. İstanbul xəstəxanasında müalicədən sonra yenidən cəbhəyə gedəcəyini qəti qərara alan Mustafa anasına məktubunu bu sözlərlə qurtarir:

 

“Şayəd ileride şehid olursam, karımı, oğlum Osmanı ve seni Allaha emanet ediyorum.Benim içün hiç ğam yemeyiniz. Vatanımızı,milletimizi və dinimizi kurtarmak içün burada şan və namus meydanında düşmenle çarpışmak ve icab ederse (lazım gələrsə N.N. ), ölmek sen da bilirsin ki, bizim içün en mukaddes bir vazifedir. Ve Allah-i-təala bunu bize Kuran-i-kerimde bir çok defa emr eylemişdir.Bu defalık senin ellerinden ve karımım,oğlumun da gözlerinden öperim, sevgili anacığım! Oğlun Mustafa”.

Anaya müraciətlə başlayan məktub Məhəmməd Peyğəmbərin müqəddəs adlarından biri ilə qurtarır.

P.S.Yazını hazırlayarkən texniki cəhətdən mənə kömək etdikləri üçün psixoloq, indi  ADA-da işləyən   Zöhrə Cahangirovaya,  şagirdlərə ingilis dilini ingilisdən yaxşı öyrədən Aysel müəllimə, fizika müəlimi Kəmalə xanıma, ixtisasca riyaziyyatçı olan şahmat ustası Rəhim müəllimə öz dərin təşəkkürlərimi bildirirəm. Sağ olsunlar, var olsunlar.”

İstifadə olunmuş ədəbiyyat:

1.Hans Stumme, Halil Fikret “Türkische Lesestoffe Handschrift im Ryka -Charakter...” Leipziq, OTTO Harrassowitz.1916.
2.Nazim Nasreddinov. Dr.Halil Fikret ten; Türkçe okuma Parçaları.04 aralık 2011. "Haldun Cezayirlioğlu   Koleksyonu".

3.Haldun Cezayirlioğlu. Türkçe, LatınHarfleriyle ilk kez 1916 Yılında mı yazıldı?   06 aralık  2011. "Haldun Cezayirlioğlu Koleksiyonu ".

4.Nazim Nasreddinov. Yenə də Halil Fikret,yene de Türkische Lesestoffe,yene  de Hans Stumme. 07 aralık 2011.  "Haldun Cezayirlioğlu Koleksiyonu".

5.Nazim Nəsrəddinov. Kim kimdir? (Türk dünyasınınilk psixologiya doktoru Xəlil Fikrət və yaxud babalarımızın müəllimi).

"Strategiya. az" saytı, 20.11.2012.

6. "Ziya"(1879-1884)  qəzeti .

7.Beş yıl. ADPİ-nun beş illiyinə həsr olunmuş kitab. Bakı,926. səh.31-33.

8.Rasim Tağıyev."Azərbaycan" jurnalı və Azərbaycan sovet ədəbiyyatının

        aktual problemləri.Bakı,1977.236 səh.


       Bakı, 
       20.11.2011-17.03.2018. 


Etiket:

Strategiya.az

Xəbərlər
20.07.2022

Xarici valyutaların manata qarşı bugünkü məzənnəsi

20.07.2022

Ceyhun Bayramov ölkəmizin Avropanın enerji təhlükəsizliyində mühüm rol oynadığını bildirib

20.07.2022

İmtahanın nəticələri ilə əlaqədar müraciətlərə baxılması üçün Apellyasiya Şurasına ərizə qəbuluna başlanılıb

20.07.2022

Xarici işlər naziri Ceyhun Bayramov NATO-nun Baş katibi Yens Stoltenberq ilə görüşüb

20.07.2022

Avropa İttifaqı münaqişədən sonrakı dövrdə mühüm rol oynayır - Ceyhun Bayramov

20.07.2022

"Qarabağ" İsveçrə çempionuna qalib gəldi

20.07.2022

Tehranda Rusiya və Türkiyə prezidentlərinin görüşü olub

16.07.2022

Ceyhun Bayramov Gürcüstanın Baş naziri ilə bölgədə sülh prosesini müzakirə edib

16.07.2022

Mikayıl Cabbarov: Sənaye zonalarında istehsal 53 faiz, ixrac isə 2 dəfə artıb

16.07.2022

Ağalı kəndinə köçürülən ailələrin tibbi müayinələrinə başlanılıb

16.07.2022

Prezident İlham Əliyev: Bizim Xəzər dənizi kimi çox nəhəng bir enerji mənbəyimiz var

16.07.2022

Qubada içərisində 125 min manat olan seyf oğurlanıb

14.07.2022

İrəvan Dövlət Azərbaycan Dram Teatrının 140 illiyi qeyd edilləcək - SƏRƏNCAM

14.07.2022

Azərbaycan tarixinin şanlı səhifələrindən biri - 14 iyul 1969-cu il

14.07.2022

Şuşada Vaqif Poeziya Günləri başlayıb

14.07.2022

Təhsil Nazirliyi: 204 məktəbdə elektron jurnal və gündəlik sistemi tətbiq edilib

14.07.2022

Təhsil Nazirliyi məlumat yaydı

14.07.2022

FHN: Zəngilan rayonunda ağaclıq ərazidə baş verən yanğının tam söndürülməsi istiqamətində tədbirlər görülür

14.07.2022

Azərbaycan neftinin qiyməti 114 dolları ötüb

14.07.2022

Azərbaycan Ordusunun əsgəri həlak olub

14.07.2022

Baş Prokurorluq rəis müavininin intiharı ilə bağlı məlumat yaydı

13.07.2022

Respublika üzrə pensiyaların iyulun 15-də tam ödənilərək yekunlaşdırılması nəzərdə tutulub

13.07.2022

Qızıl təpə abidəsində arxeoloji tədqiqatlar davam edir

13.07.2022

Azərbaycan neftinin bir bareli 113,91 dollara satılır

13.07.2022

Bakı-Tbilisi-Ceyhan neft boru kəmərinin tam istismara verilməsindən 16 il ötür

12.07.2022

Partlayış zamanı “Baktelecom”un rabitə infrastrukturuna ziyan dəyməyib

12.07.2022

Dünyada "Premium Euro-95" benzinin bahalaşması gözlənilir - Azərbaycana necə təsir edəcək?

12.07.2022

Azərbaycan nefti ucuzlaşıb

12.07.2022

Böyük Britaniyanın yeni baş nazirinin adı sentyabrın əvvəlində açıqlanacaq

12.07.2022

Tovuz döyüşlərindən iki il ötür

12.07.2022

Bakının mərkəzində partlayış baş verib

12.07.2022

Cüdoçularımız Xorvatiyada Qran-Pri turnirində iştirak edəcəklər

12.07.2022

Ərdoğan yaxın zamanda Venesuelaya səfər edəcək - Maduro

11.07.2022

Türkiyə və Ukrayna prezidentləri arasında telefon danışığı olub

11.07.2022

Xaçmazdakı meşə yanğınının söndürülməsinə iki helikopter və amfibiya tipli təyyarə cəlb olunub 

11.07.2022

Ərdoğan və Paşinyan arasında telefon danışığı olub

11.07.2022

Saatlı stansiyası yaxınlığında qəzaya uğrayan qatar Gürcüstana məxsusdur - ADY

11.07.2022

FHN Xaçmazdakı meşə yanğınları ilə bağlı məlumat yayıb

11.07.2022

Vahid əlaqələndirmə mərkəzlərində 41 min şəxsə xidmətlər göstərilib

11.07.2022

Kino Agentliyi Mədəniyyət Nazirliyinin tabeliyində olan qurumların siyahısına əlavə edilib

09.07.2022

Gələn ilin sonunda Şuşa ilk sakinlərini qəbul edəcək - Aydın Kərimov

09.07.2022

Azərbaycan Ordusunun hərbçisi həlak olub

09.07.2022

DİN: Ötən gün ölkə ərazisində qeydə alınan cinayətlərdən 52-nin açılması təmin olunub

09.07.2022

Xocavənd rayonu ərazisində yeni hərbi hissənin açılışı olub

09.07.2022

Birinci vitse-prezident Mehriban Əliyeva Qurban bayramı münasibətilə xalqımızı təbrik edib

09.07.2022

Abeyə atəş açan şəxs əməlinin səbəbini açıqlayıb

09.07.2022

Zakir Həsənov Qurban bayramı münasibətilə Azərbaycan Ordusunun şəxsi heyətini təbrik edib

09.07.2022

XİN Azərbaycanın diplomatik xidmət orqanlarının əməkdaşlarını peşə bayramı münasibətilə təbrik edib

09.07.2022

Bu gün Azərbaycanda Qurban bayramı qeyd edilir

08.07.2022

Bərdədə avtomobil yolunun tikintisi ilə bağlı 3,1 milyon manat ayrıldı - SƏRƏNCAM