Azərbaycan torpaqlarının ermənilər tərəfindən zəbt edilməsi tarixindən

11:20 / 27.03.2018

İbrahim Əliyev

Tarix üzrə fəlsəfə doktoru, dosent

XIX-XX əsrlərdə Şimali Azərbaycan torpaqlarının tutulması və oraya yad millətlərin, xüsusən ermənilərin köçürülməsi tarixinin araşdırılması böyük aktuallıq kəsb edir. Azərbaycanın müstəqilliyini bərpa etməsindən sonra onun öz tarixinə, mədəniyyətinə, torpaqlarına sahib çıxması, itirilmiş ərazilərin qaytarılması məsələsinin qaldırılması qanunauyğun bir proses­dir. Bu mənada Prezident İlham Əliyevin Yeni Azərbaycan Partiyasının VI Qurultayında Ermənistan tərəfindən son yüzilliklər dövründə zəbt edilmiş torpaqlarının Azərbaycan xalqına məxsus olması faktını qeyd etməsi və Azərbaycan xalqının əvvəl-axır öz torpaqlarına qayıtmaq iradəsini ifadə etməsi fərqli reaksiyalara səbəb olmuşdur. (1) Ermənilər isə həmin faktdan hay-küs salmaq, Azərbaycanı günahlandırmaq istiqamətində qarayaxma kampaniyasına başlayıblar. Onların bu faktlara belə reaksiya verməsinin özü onların haqsızlığından və həqiqət qarşısında acizliklərindən xəbər verir.
Azərbaycan torpaqlarının ermənilər tərəfindən zəbt edilməsi uzun bir tarixə malikdir. Onlar ənənəvi olaraq həmişə özlərinə havadarlar tapmış, regionda yad qüvvələrin maraqlarına qulluq edərək, qonşularını satmış, bunun müqabilində isə özlərinə müxtəlif mükafatlar, xidmət müzdü almışlar. Tarixin bütün dərinliyinə diqqət yönəltdikdə onların xəyanətkar və satqın xarakterlərini və buna müvafiq olan əməllərini müşahidə etmək mümkündür. Öz qərəzli məqsədləri xatirinə istənilən xəyanətə qol qoymaq, tarixi saxtalaşdırmaq bu müllətin öndə gedənlərinin ən səciyyəvi cəhətidir. Regiona tamah salan hər bir yadellinin qulluğunda canbaşla durmaq onların peşəkar cəhəti kimi özünü daim büruzə vermişdir. Bu əməllərin müqabilində isə aldıqları yüksək mənsəblər, yeni-yeni ərazilər, var-dövlət olmuşdur.
Regiona can atan yadellilər bu buyruq qullarını dərhal müşahidə etmiş, onların xidmətindən geniş istifadə etmişlər. Onlar hələ XVIII əsrin əvvəllərində Cənubi Qafqaza can atan Rusiya hökmdarı I Pyotrun da diqqətindən yayınmır. (2) Öz göstərişlərində ermənilərdən Rusiya hakimiyyətinin dayaqlarının yaradılması və möhkəmləndirilməsində ermənilərdən geniş istifadə etməyi tövsiyə etmişdi. Sonradan XVIII əsrin axırı-XIX əsrin əvvəllərində Cənubi Qafqazı işğal etmək arzusunu reallaşdıran Rusiya imperiyasının yeritdiyi siyasətdə erməni amili özünəməxsus yer tutur. Məhz həmin dövrdən başlayaraq bizim dövrümüzə qədər Sovet dövləti də daxil olmaqla erməni amilinin istifadəsində heç bir dəyişiklik baş verməmiş, onlardan dövlətin regionda yeritdiyi qərəzli siyasətdə istifadə olunmuşdur. Bütün bu köçürmələr tarixi mənbələrdə, xüsusən dövlət sənədlərində öz əksini tapmışdır və onların inkar edilməsı qeyri mümkündür. Buna baxmayaraq, bunun barəsində uzun tarix boyu tədqiqatlar aparılmış, çoxsaylı məqalələr, kitablar yazılmışdır. Lakin elmi sübutların ziddinə olaraq həmişə ermənilər əzabkeş bir xalq kimi qələmə verilərək onların əsassız iddiaları dəstəklənmiş, zaman-zaman Azərbaycan torpaqları hissə-hissə onlara verilmişdir. Bunun başlıca səbəbi isə əzabkeş erməni xalqına kömək etmək, onun haqqını təmin etmək deyil, böyük dövlətlərin, xüsusən də Rusiya imperiyasının və Sovet Rusiyasının maraqlarına xidmət edən mühitin yaradılması, göstərilən “xidmət” müqabilində ermənilərə güzəştlərin edilməsi, mükafatların verilməsi olmuşdur. Tarixi Azərbaycan torpaqlarının ermənilərə verilməsi, ermənilərin bu ərazilərin sahibi olması haqqında uydurulmuş əfsanə erməni xalqının haqqının təmin olunmasına deyil, mövcud imperiyanın müstəmləkə hakimiyyətinin təhlükəsizliyinin təmin edilməsinə, onun dayaqlarının möhkəmləndirilməsinə və ömrünün uzadılmasına xidmət etmişdir. Ermənilərin bu siyasətdən aldıqları isə xidmət muzdundan başqa bir şey deyildir.
Ermənilər həmişə türk torpaqlarına can atmışlar. Fürsət düşəndə isə bu arzularını həyata keçirməyə başlamışlar. Rusiya imperiyasının Cənubi Qafqaza ekspansiyası zamanı ermənilərin diqqət çəkməsi təsadüfi deyildi. Rusiyanın Cənubi Qafqazda möhkəmlənmək məqsədlərində erməni amilinə üstünlük verməsi onların kütləvi şəkildə buraya köçürülməsi və Azərbaycan torpaqlarında kök salması üçün əlverişli şərait yaratdı. XIX əsrin əvvəllərində Şimali Azərbaycanın Rusiya imperiyası tərəfindən işğalı ilə ermənilərin fasiləsiz olaraq Cənubi Qafqaza köçürülməsi prosesi başlandı və burada onların sayının süni şəkildə artmasının əsası qoyuldu. (3 )
Bu köçürmə prosesinin miqyasını və dağıdıcı nəticələrini daha əyani şəkildə təsəvvür etmək üçün iki yerə bölünmüş Azərbaycanda son yüzilliklərdə ermənilərin yerləşməsi baxımından müqayisəsi maraqlı mənzərə yaradır. (4, s.39-40; 5, s.59-61) Azərbaycanın hər iki hissəsində təbii coğrafi şəraitin elə bir ciddi fərqi yoxdur. Lakin erməni əhalisinin Şimali və Cənubi Azərbaycanda yayılma reallığı ciddi şəkildə fərqlənir. Onların regionda təbii məskunlaşması halında bu fərq o qədər də gözəçarpan olmamalı idi. Lakin Rusiya imperiyasının işğal etdiyi ərazidə məqsədyönlü şəkildə erməniləri məskunlaşdırması qeyd olunan ciddi fərqlərin yaranmasına gətirib çıxarmışdır.
Statistikaya müraciət etmək kifayət edər ki, bu vəziyyəti əyani şəkildə canlandırmaq mümkün olsun. XIX əsrin əvvəllərində Rusiyanın Şimali Azərbaycanı işğal etməsinə qədər ermənilər əhalinin ümumi sayının kiçik bir faizini təşkil etmişdir. Yalnız məqsədyönlü şəkildə həyata keçirilən intensiv köçürmə siyasəti sayəsində onların sayı artmış, Azərbaycan əhalisi ilə müqayisə edilə biləcək həddə gəlib çıxmışdır. Rus müəllifləri özləri etiraf edirdilər ki, erməniləri Cənubi Qafqaza konkret məqsədlərlə köçürərək onlardan imperiya maraqları üçün istifadə etmişlər. (5, s.59-61; 6, s.267-268; 7, s.121-122; 8, s.3)
Rusiyanın dövlət xadimlərinin, müxtəlif tədqiqatılarının açıq-aşkar şəkildə bildirdikləri, çoxsaylı mənbə və statistik materiallarla təsdiq edilmiş həqiqətlər haqqında dəfələrlə yazılsa da, yalan ayaq tutub yeriyir. Yüzlərlə dəfə sübut olunmuş həqiqətiləri təkrar-təkrar sübut etmək lazım olur. Görünür bu həqiqətə qarşı uydurulmuş yalanlar dünya siyasətində hegemonluq edən qüvvələrə sərf edir. Erməni amilini Cənubi Qafqazda təşkil edənlər və ondan öz imperiya məqsədləri üçün istifadə edən hegemon dövlətlərin dəstəyi yüzilliklər boyu avantüralara söykənən erməni fitnəsinin yeni-yeni faciələr törəməsinə münbit şərait yaradır. Ermənilərin avantürası əslində son dövrlərdə dəstəklənən terror ocaqlarından yalnız daha mütəşəkkil, daha məkrli, demokratik dəyərlər və insan haqları pərdəsi altında təzahür etməsindədir. Ermənistanın Azərbaycana və Türkiyəyə qarşı yeritdiyi siyasət dövlət səviyyəsində aparılan terrorizmdən başqa bir şey deyildir. Ermənistan dövlətinin terrorçu mahiyyəti özünü həm də onda ifadə edir ki, onun təşkil edilməsi də, dövlət kimi formalaşdırılması da daxili qüvvəyə, daxili inkişaf qanunlarına, daxili iqtisadiyyata deyil kənardan olunan dəstəklərə söykənir. Onun özünün müstəqil dövlət kimi fəaliyyət göstərmək iqtidarı yoxdur. Onu da qeyd etmək lazımdır ki, ermənilərin siyasi elitasının, müstəqillik dövründə isə hakimiyyətdə olan qüvvələrin ictimai həyatın bütün sahələrində yeritdiyi siyasətin birinci qurbanı elə müllətçilik, düşmənçilik, özündən razılıq zəhəri ilə zəhərlənmiş erməni xalqıdır. Ermənistan xalqının ən böyük günahı onların milli maraqlarından çox-çox uzaq olan kənar qüvvələrin məqsədlərinə xidmət edən sifarişləri yerinə yetirmələri, böyük siyasətin ən çirkli və şərəfsiz işlərini görmələri, hakimiyyətdə olan və kənar qüvvələrin sifarişlərini icra etməklə özünə var-dövlət qazanan xəyanətkar dəstəsinin alətinə çevrilmələridir.
XIX əsrin əvvəlində Cənubi Qafqazın Rusiya imperiyasına birləşdirildiyi gündən əgər müsəlman əhalinin yaşadığı ərazilər işğalın obyekti idisə, bu ərazilərə köçürülmüş ermənilər işğalçı siyasətin həyata keçirilməsi üçün vasitə idilər. Onlar bu xəyanətkar missiyanı həmişə yüksək canfəşanlıqla həyata keçirmiş, onun hesabına yaşamış, var-dövlət sahibi olmuş, mülklər əldə etmiş, dövlət vəzifələri tutmuşlar. Əhali həm dövlət qurumları, həm kilsə tərəfindən millətçilik ruhunda, azərbaycanlı əhaliyə nifrət ruhuhda ideoloji təbliğatla əhatə olunur, vaxtaşırı etnik zəmində münaqişələrə cəlb olunurdular.
XX əsrin əvvəllərində erməni-azərbaycanlı qarşıdurması daha intensiv xarakter alır, vaxtaşırı silahlı toqquşmalara gətirib çıxarırdı. Bu qarşıdurmanın mahiyyətini ona yalnız bütöv yanaşmaq və bu tarixi ardıcıl izləmək yolu ilə müşahidə etmək mümkündür. Belə bir qanunauyğunluğu qeyd etmək istərdik. Gündəlik qaşıdurma, ziddiyyətlər fasiləsiz olaraq davam edirdi. Silahlı toqquşmaların baş verdiyi zaman isə onun daha qlobal problemlə bağlı olduğunu görməmək mümkün deyildir. 1905-ci ildə başlamış erməni-müsəlman qırğını Rusiyanı bürümüş inqilab dalğasının Cənubi Qafqaza, xüsusən Bakıya gəlməsinin qarşısını almaq üçün Rusiya hakimiyyəti tərəfindən hazırlanması və törədilməsi bütün dövlət sənədlərində, tarixi tədqiqatlarda sübut edilmişdir. (9)
Erməni avantürasının yeni mərhələsi yeni inqilab dalğasının başladığı 1917-20-ci illəri əhatə edir. İmperiya hakimiyyəti özünə lazım olan məqamlarda erməni amilini işə salmış, Cənubi Qafqazın öz çərçivəsində saxlamaq üçün qırğınlar törətmişdir. Təsadüfi deyildir ki, 1918-ci ildə Azərbaycanın azadlıq iradəsini sındırmaq, bu ölkənin sərvətlərini, o cümlədən neftini əldən verməmək üçün törədilən mart soyqırımının icraçıları ermənilər idisə, onun sifarişçiləri bolşevik Rusiyası idi. (10, s.120-125; 11)
Dərindən diqqət yetirdikdə görmək olar ki, bu dövrdə törədilən qırğınlarda ermənilərin məqsədi o qədər də aydın deyildi və mücərrəd xarakter daşıyırdı. Məsələn, tarixin ən qanlı qırğınlarından biri olan 1918-ci il Mart soyqırımını törədən ermənilərin məqsədi nə idi. Onlar Bakını tutmaq, onun neftinə sahib olmaq, müsəlman əhalisindən tam təmizləmək istəyirdilər. Lakin bu məqsədlər qeyri-real idi. Bu soyqırımın əsl törədicilərinin məqsədləri və ona çatmaq yolları daha aşkar və real idi. Bolşeviklərsiz ehmənilər həmin hadisələrdə davamlı heç bir şeyə nail olmaq iqtidarında deyildilər. Onlar yalnız dağıda bilirdilər, qonşusuna xəyanət edərək arxadan zərbə vurmağı bacarırdılar. Konstruktiv quruculuq işi ilə məşğul olmaq, müstəqil siyasi hakimiyyət yaratmaq onlarlıq deyildi. Göründüyü kimi onların 1918-ci ilin yazında Cənubi Qafqaz regionunda müstəqil dövlətin yaranması məqamında oynadıqları xəyanətkar rolu görməmək mümkün deyil. Mart soyqırımı onların əli ilə həyata keçirildi. Düzdür, belə cinayətlərdə bütöv bir xalqı günahlandırmaq fikrində deyilik, lakin onların bu iyrənc sifarişləri yerinə yetirməyə razılıq verməsi, belə cinayətlərə etiraz etməməsi çox mətləblərdən xəbər verir. Belə bir icraçının müştəriləri də həmişə kifayət qədər idi. Təsadüfi deyildi ki, onların başlıca himayədarları Rusiya imperiyasının və onların davamçıları olan bolşeviklərinin başı özlərinə qarışıq olanda onlar dəstəksiz qalmadılar. Məhz kənar qüvvələrə göstərdikləri “xidmət” sayəsində Qərb ölkələrinin dəstəyi ilə Azərbaycan ərazilərində öz dövlətlərini yarada bildilər.
1918-20-ci illərdə müstəqillik məqamında Ermənistanın regional münasibətlər sahəsində tutduğu ziddiyyətli mövqe və oynadığı dağıdıcı rol hadisələrin gedişində öz neqativ nəticəsini verdi. Bu əməllərin sırasını tam vermək olar. Bütövlükdə isə qeyd etmək lazımdır ki, bütün müstəqillik dövründə onlar münaqişə törətmiş, ənənəvi olaraq regionda gedən təsir dairəsi uğrunda mübarizədə yad qüvvələrin və dövlətlərin marağına xidmət etmişlər. 1919-cu ilin iyununda Cənubi Qafqaz Denikin işğalı təhlükəsi ilə üşləşəndə Azərbaycan və Gürcüstanın birləşərək müqavimət göstərmək təkliflərini rədd edərək, Denikinlə gizli danışıqlara getmişdi.
Özü formal olaraq bolşeviklərə müxalif mövqedə duran və müstəqil dövlət kimi çıxış etsə də, XI Qırmızı Ordunun Azərbaycana hücumunu təmin etmək üçün Azərbaycanın müxtəlif yerlərində qiyamlar təşkil edərək, bu işğala “xidmət” göstərmişdilər. Bütün bu “xidmət”lərin müqabilində isə Azərbaycanın yeni-yeni ərazilərini əldə etmiş, böyük dövlət mənsəblərinə sahib olmuşlar.
Ermənistan Azərbaycandan bir qədər sonra – 1920-ci ilin noyabrında sovetləşsə də bu gecikmə formal xarakter daşıyırdı. Erməniistan bir dövlət olaraq Rusiyadan kənarda mövcud olmaq iqtidarında deyildi. Onlar əvvəl-axır öz havadarlarının yanında yer tutmalı idilər ki, bu da tezliklə baş verdi. Dəyişən siyasi rejimlər ermənilərin regionda oynadıqları rolda, onların bu sahədə göstərdikləri xidmətin xarakterində heç nə dəyişmirdi. Onlar eyni canıyananılıq və sədaqətlə Rusiya imperiyasına, onun yerində yarana biləcək istənilən rejimə - Kolçaka, Denikinə, Bolşevilklərə ənənəvi xidmətlərini göstərməyə hazır olduqlarını dəfələrlə sübut etmişdilər. Əvəzində isə onlara əvvəlcədən vəd verilənləri tam ala bilmədikdə, öz narazılıqlarını daim bildirir, tələb edirdilər.
Sovet dövləti proletar beynəlmiləlçiliyi, xalqlar dostluğu, xalqların öz müqqəddəratını təyin etmək hüququ şüarları ilə çıxış etmələrinə baxmayaraq, milli münasibətlər sahəsində imperiya Rusiyasının siyasətindən uzağa getməmişdi. Xüsusən müsəlman xalqlarına münasibətdə yeridilən siyasətdə köhnə siyasət dəyişməmişdi. Eyni zamanda bu xalqlara qarşı işlədilər vasitələr, amillər üstüörtülü şəkildə istifadə olunmaqda davam edirdi. Erməni amili əvvəlki kimi köhnə yerində, köhnə statusunda qalmaqda və fəaliyyət göstərməkdə davam edirdi. Sovet hakimiyyətinin ilk dövrlərində müsəlman respublikalarının hüququnun müxtəlif vasitələrlə kölgəyə salınması, onlarda fəaliyyət göstərən milli kadrların fəaliyyətinin məhdudlaşdırılması, respublikada vacib postlarda qeyri müsəlmanların yerləşdirilməsi bu qəbildən idi. So­vet hakimiyyəti illərində Azərbaycan xalqı əleyhinə törədilmiş bütün cinayətlərdə ermənilərdən istifadəni müşahidə etməmək mümkün deyildir. Sovet hakimiyyətinin qurulduğu gündən Azərbaycan xalqına qarşı həyata keçirilən repressiyalarda ermənilər geniş fəaliyyət göstərmişlər.
Sovet hakimiyyətinin mövcud olduğu dövrdə Azərbaycan ərazilər də , xüsusən Ermənistan SSR-də azərbaycanlılara məxsus torpaqlarda ermənilərin yerləşdirilməsi prosesi davam etdirilmişdir. SSRİ sərhədlərinin hamı üçün qapalı olduğu halda, ermənilərin xarici ölkələrdən kütləvi şəkildə SSRİ-yə köçürülməsi, onların Ermənistanın azərbaycanlılar yaşayan yaşayış məskənlərində məskunlaşdırılması prosesi fasiləsiz olaraq davam etdirilmişdir. 1948-52-ci illərdə qəbul olunmuş partiya və dövlət sənədlərində azərbaycanlıların Ermənistandan deportasiya edilməsinin arqumentlərindən biri xaricdən köçürülən ermənilərin yerləşdirilməsi üçün yerlərin boşaldılması göstərilir. (12)
Sovet dövlətinin xalqlar dostluğunun və proletar internasionalizminin təbliği, xalqların yeni tarixi birliyi olan “sovet xalqının” formalaşması, milli münasibətlər sahəsində problemlərin tam həll edilməsi kimi ideoloji təbliğatın pərdəsi arxasında ermənilərin mühüm rol oynadığı siyasətin yeridilməsini sübut edən göstəricilərdən biri də, qondarma “erməni soyqırımı” ideyasının dəstəklənməsi, ona xüsusi bir abidənin ucaldılması idi. Elə bu cür təbliğatın və qərəzli siyasətin əyani təzahürü kimi zaman-zaman Azərbaycanın bu və ya digət torpaqları ermənilərə bəxşiş edilməsini göstərmək olar.
Sovet dovlətinin dağılması anında SSRİ-nin müxtəlif yerlərində qəsdən münaqişə ocaqlarının yaradılması da uzun illər boyu aparılan siyasətin məntiqi davamı idi. Onların ən dəhşətlisi isə erməni amilinin mərkəzi rol oynadığı Dağlıq Qarabağ münaqişəsidir ki, o da bu gün də təkcə Azərbaycanın deyil, bütün regionun həyatında başlıca maneə rolunu oynayır. Əməllərinə görə heç vaxt məsuliyyət daşımamış Ermənistan cinayətlərini davam etdirir. Nə vaxtsa ondan bu cinayətlərinin hesabının soruşulmayacağına arxayındır. Buna görə də münaqişənin həlli prosesində qeyri-konstruktiv mövqe tutaraq, həmişə olduğu kimi, bu qayda ilə istəklərinə nail olacağına ümid edir. Buna görə də Azərbaycanın ermənilər tərəfində tarix boyu zəbt etdiyi ərazilərin gündəmə gətirilməsini böyük qorxu və həyəcanla qarşılayır, bu faktdan Azərbaycana yeni böhtanlar atmaq üçün istifadə edir. Onlar İrəvanın, Zəngəzurun, Göyçə mahalının və digər ərazilərin Azərbaycanın tarixi torpaqları olduğunu gözəl bilir və dərk edirlər. Bu gün həmin faktların dövlət səviyyəsində qaldırılmasını özləri üçün təhlükə kimi qəbul edirlər. Çünki bunun həqiqət olduğunu bilirlər. Həmin torpaqlarda ədalətin öz yerini tutması zamanın məsələsidir.
Azərbaycan xalqının obyektiv və subyektiv səbəblər üzündən itirdiyi torpaqlarına sahib durması labüddür. Qeyd olunduğu kimi, həmin torpaqların Azərbaycana məxsus olması açıq, şübhə edilməsi mümkün olmayan bir faktdır. Ermənilər isə həmin əraziləri havadarlarının hesabına əldə etdikdən sonra onlar haqqında əfsanələr, həqiqətdən uzaq yalanlar uydurmaq yolu ilə orada öz hökmranlıqlarını əbədiləşdirmək istəyirlər. Həmin faktların qaldırılması, Azərbaycanın o torpaqlardan imtina etmədiyini eşidəndə isə bu reallığı qorxu və təlaşla qəbul edirlər.
Müstəqil Azərbaycan dövləti işğal olunmuş ərazilərinə münasibətdə möhkəm mövqeyi və qəti iradə nümayiş etdirərək ermənilərin işğalçı simasını dünyaya sübut edir. Artıq dünyanın əksər dövlətləri və nüfuzlu beynəlxalq təşkilatları tərəfindən Azərbaycan torpaqlarının xeyli hissəsinin ermənilər tərəfindən zəbt etməsi faktını qəbul edirlər. Lakin onların çoxunun Qarabağ probleminə qərəzli yanaşması, ədalətin bərqərar olunması yolunda ardıcıl olmamaları üzündən işğal reallığı davam edir. Azərbaycan dövləti öz mövqeyində qətidir və öz torpaqlarını bütün vasitələrlə azad etməyə hazırdır.


Ədəbiyyat
1. https://azertag.az/xeber/Bakida_Yeni_Azerbaycan_Partiyasinin_VI_qurultayi_kechirilib_YENILANIB_3-1135123
2. http://novosti.az/history/4319.html
3. http://www.hist.msu.ru/ER/Etext/FOREIGN/turkman.htm
4. Григорьев В. «Статистическое описание Нахичеванской провинции». Санкт-Петербург: СПб, 1833
5. Шавров Н. Новая угроза русскому делу в Закавказье. СПб, 1911
6. Грибоедов А. С. Записка о переселении армян из Персии в наши области. // Грибоедов А. С. Полное собрание сочинений: [В 3 т.]. — Пг.: Изд. Разряда изящной словесности Акад. наук, 1911—1917. — Т. 3. — 1917
7. Величко В.Л. Кавказ. Русское дело и междуплеменные вопросы, «Элм», 1990
8. Кавказский календарь Российской империи 1897 г., LXIII - Елизаветпольская губерния. СПб, 1904, с.3.
9. “Xalq qəzeti”, 31.03.2009
10. Адыгезалов Г. Из истории расселения армян на Кавказе “Литературный Азербайджан”.-2015.-№ 4
11. İskəndərov A.1918-ci il Mart qırğınının tarixşünaslığı. Bakı, 1997
12. http://1905.az/1948-1953-cu-illər-deportasiyasi/

Açar sözlər: Köçürmə siyasəti; İrəvan; Zəngəzur; milli siyasət, Rusiya imperiyası

Ключевые слова: Переселенческая политика, Ереван, Зангезур, национальная политика, Российская империя

Keywords: Resettlement policy, Yerevan, Zangezur, national policy, Russian empire

Резюме
Из истории захвата азербайджанских земел армянами
В статье просматривается процесс переселения армян на территорию Северного Азербайджана в течении последних столетий, анализируется его динамика, цели, причины, последствия. Отмечается, что осуществляемая имперской Россией и ее наследником - советской властью политика с целью укрепления основ империи и держать под контролем мусульманское населениев Южном Кавказе проводилась беспрерывно в течении всего этого времени.Логическим продолжением этой политики стало провоцируемый Нагорно-Карабахский конфликт, направленный против Азербайджана. Поэтому постановка сегодня независимой Азербайджанской Республикой вопросане только оккупированных в ходе последнего конфликта земель, но и территорий. захваченных в прежные годы является закономерным.

Summary
From the history of the seizure of
Azerbaijani lands by Armenians
The article reviews the process of resettlement of Armenians to the territory of Northern Azerbaijan during the last centuries, analyzes its dynamics, goals, causes, consequences. It is noted that the policy pursued by the imperial Russia and its successor - the Soviet government with the aim of strengthening thefoundations of the empire and keeping the Muslim population under control in the South Caucasus was carried out continuously throughout this time. The logical continuation of this policy was the provoked Nagorno-Karabakh conflict, directed against Azerbaijan. Therefore, today the establishment of the issue of not only lands occupied during the last conflict, but also territories seized in former years by the independent AzerbaijanRepublic, is natural.

 

"GEOSTRATEGİYA" jurnalı №01 (43) YANVAR-FEVRAL 2018


Etiket:

Strategiya.az

Xəbərlər
20.07.2022

Xarici valyutaların manata qarşı bugünkü məzənnəsi

20.07.2022

Ceyhun Bayramov ölkəmizin Avropanın enerji təhlükəsizliyində mühüm rol oynadığını bildirib

20.07.2022

İmtahanın nəticələri ilə əlaqədar müraciətlərə baxılması üçün Apellyasiya Şurasına ərizə qəbuluna başlanılıb

20.07.2022

Xarici işlər naziri Ceyhun Bayramov NATO-nun Baş katibi Yens Stoltenberq ilə görüşüb

20.07.2022

Avropa İttifaqı münaqişədən sonrakı dövrdə mühüm rol oynayır - Ceyhun Bayramov

20.07.2022

"Qarabağ" İsveçrə çempionuna qalib gəldi

20.07.2022

Tehranda Rusiya və Türkiyə prezidentlərinin görüşü olub

16.07.2022

Ceyhun Bayramov Gürcüstanın Baş naziri ilə bölgədə sülh prosesini müzakirə edib

16.07.2022

Mikayıl Cabbarov: Sənaye zonalarında istehsal 53 faiz, ixrac isə 2 dəfə artıb

16.07.2022

Ağalı kəndinə köçürülən ailələrin tibbi müayinələrinə başlanılıb

16.07.2022

Prezident İlham Əliyev: Bizim Xəzər dənizi kimi çox nəhəng bir enerji mənbəyimiz var

16.07.2022

Qubada içərisində 125 min manat olan seyf oğurlanıb

14.07.2022

İrəvan Dövlət Azərbaycan Dram Teatrının 140 illiyi qeyd edilləcək - SƏRƏNCAM

14.07.2022

Azərbaycan tarixinin şanlı səhifələrindən biri - 14 iyul 1969-cu il

14.07.2022

Şuşada Vaqif Poeziya Günləri başlayıb

14.07.2022

Təhsil Nazirliyi: 204 məktəbdə elektron jurnal və gündəlik sistemi tətbiq edilib

14.07.2022

Təhsil Nazirliyi məlumat yaydı

14.07.2022

FHN: Zəngilan rayonunda ağaclıq ərazidə baş verən yanğının tam söndürülməsi istiqamətində tədbirlər görülür

14.07.2022

Azərbaycan neftinin qiyməti 114 dolları ötüb

14.07.2022

Azərbaycan Ordusunun əsgəri həlak olub

14.07.2022

Baş Prokurorluq rəis müavininin intiharı ilə bağlı məlumat yaydı

13.07.2022

Respublika üzrə pensiyaların iyulun 15-də tam ödənilərək yekunlaşdırılması nəzərdə tutulub

13.07.2022

Qızıl təpə abidəsində arxeoloji tədqiqatlar davam edir

13.07.2022

Azərbaycan neftinin bir bareli 113,91 dollara satılır

13.07.2022

Bakı-Tbilisi-Ceyhan neft boru kəmərinin tam istismara verilməsindən 16 il ötür

12.07.2022

Partlayış zamanı “Baktelecom”un rabitə infrastrukturuna ziyan dəyməyib

12.07.2022

Dünyada "Premium Euro-95" benzinin bahalaşması gözlənilir - Azərbaycana necə təsir edəcək?

12.07.2022

Azərbaycan nefti ucuzlaşıb

12.07.2022

Böyük Britaniyanın yeni baş nazirinin adı sentyabrın əvvəlində açıqlanacaq

12.07.2022

Tovuz döyüşlərindən iki il ötür

12.07.2022

Bakının mərkəzində partlayış baş verib

12.07.2022

Cüdoçularımız Xorvatiyada Qran-Pri turnirində iştirak edəcəklər

12.07.2022

Ərdoğan yaxın zamanda Venesuelaya səfər edəcək - Maduro

11.07.2022

Türkiyə və Ukrayna prezidentləri arasında telefon danışığı olub

11.07.2022

Xaçmazdakı meşə yanğınının söndürülməsinə iki helikopter və amfibiya tipli təyyarə cəlb olunub 

11.07.2022

Ərdoğan və Paşinyan arasında telefon danışığı olub

11.07.2022

Saatlı stansiyası yaxınlığında qəzaya uğrayan qatar Gürcüstana məxsusdur - ADY

11.07.2022

FHN Xaçmazdakı meşə yanğınları ilə bağlı məlumat yayıb

11.07.2022

Vahid əlaqələndirmə mərkəzlərində 41 min şəxsə xidmətlər göstərilib

11.07.2022

Kino Agentliyi Mədəniyyət Nazirliyinin tabeliyində olan qurumların siyahısına əlavə edilib

09.07.2022

Gələn ilin sonunda Şuşa ilk sakinlərini qəbul edəcək - Aydın Kərimov

09.07.2022

Azərbaycan Ordusunun hərbçisi həlak olub

09.07.2022

DİN: Ötən gün ölkə ərazisində qeydə alınan cinayətlərdən 52-nin açılması təmin olunub

09.07.2022

Xocavənd rayonu ərazisində yeni hərbi hissənin açılışı olub

09.07.2022

Birinci vitse-prezident Mehriban Əliyeva Qurban bayramı münasibətilə xalqımızı təbrik edib

09.07.2022

Abeyə atəş açan şəxs əməlinin səbəbini açıqlayıb

09.07.2022

Zakir Həsənov Qurban bayramı münasibətilə Azərbaycan Ordusunun şəxsi heyətini təbrik edib

09.07.2022

XİN Azərbaycanın diplomatik xidmət orqanlarının əməkdaşlarını peşə bayramı münasibətilə təbrik edib

09.07.2022

Bu gün Azərbaycanda Qurban bayramı qeyd edilir

08.07.2022

Bərdədə avtomobil yolunun tikintisi ilə bağlı 3,1 milyon manat ayrıldı - SƏRƏNCAM