İran İslam Respublikasının Qafqaz siyasəti Rusiya və Türkiyə münasibətləri kotekstində

12:00 / 31.03.2018

 

Beynəlxalq münasibətlər sistemində 1990-cı illərin əvvəlində köklü dəyişik-liklərin baş verməsi beynəlxalq siyasətin “yeni dünya nizamı” adı altında formalaşdırılmasına zəmin yaratmışdır. Bu da öz növbəsində dövlətlərin ikitərəfli və çoxtərəfli münasibətlərini yeni çağırışlara görə formalaşdırılması zərurətini ortaya çıxarmışdır. Postsovet məkanının geosiyasi mərkəzində yerləşən Qafqaz- Xəzər regionu 1990-cı illərdən bəri dünya siyasətində klassik qaydalar üzrə aparılan yeni böyük oyunun ayrılmaz tərkib hissəsinə çevrilmişdir.
Bu baxımdan Cənubi Qafqaz dövlətlərinin müstəqilliklərini bərpa etmələri və “köhnə sistemdən” yeni dünya nizamının formalaşmasına keçid alması Azərbaycan və Gürcüstanın timsalında müharibə, Ermənistanın timsalında isə bütövlükdə regionda sabitliyin bərqərar olmasına əngəl törədən qüvvənin meydana gəlməsi ilə nəticələnmişdir. (1, s.132)
Müstəqillik əldə edən Zaqafqaziya ölkələri isə, rus imperializminin qalıntılarından xilas olmaq üçün regionu “Cənubi Qafqaz” adlandırmağa başladılar. Cənubi Qafqaz ifadəsi elə “Zaqafqaziya” kimi də geosiyasi xarakter daşıyır, yəni Rusiyadan asılı olmayan Qafqaz. Cənubi Qafqaz Zaqafqaziyadan fərqli olaraq Qərb dünyası üçün açıq bir regiona çevirildi. Məhz bu zamandan Qafqaz inteqrasiyası problemi yenidən gündəmə gəldi. Ötən əsrin 20-ci illərində olduğu kimi, Ermənistan Azərbaycana qarşı ərazi iddiası irəli sürdü və iki ölkə arasında Dağlıq Qarabağ münaqişəsi başladı. Bu münaqişə regionun inteqrasiya prosesində maneə olduğu kimi, nə qədər paradoksal səslənsə, elə regionun birləşməsi barədə mülahizələrin irəli sürülməsinə də səbəb oldu. (2,s.1)
Qərbin Cənubi Qafqazı Rusiya təsir dairəsindən tamailə çıxarması üçün regional iqtisadi layihələr kifayət deyildi. Birincisi, Dağlıq Qarabağ münaqişəsi regionla layihələrə maneçilik törədir. İkincisi, Azərbaycan və Gürcüstandan fərqli olaraq Ermənistanın rusyönlü siyasət aparması Qərbin bu regionu tam nəzarətinə keçirməsinə imkan vermirdi. Burada bir maraqlı hadisəni xatırlamaq yerinə düşərdi. Birinci dünya müharibəsi başa çatanda Qafqaz dövlətləri Paris Sülh Konfransında müstəqilliklərinin tanınmasını tələb edirdilər. ABŞ prezidenti Vudro Vilson isə regionda üç xırda ölkə əvəzinə vahid Zaqafqaziya dövlətinin yaradılmasını təklif etmişdi.
Sovetlərin dağılmasından sonra da Qərb vahid Qafqaz ideyalarını gündəmə gətirdi. Bununla həm Qarabağ münaqişəsi əhəmiyyətini itirmiş olardı, həm iqtisadi planların uğurla həyata keçirilməsi üçün stabillik yaranardı, həm də Qafqaz regionuna daxil olan Rusiya, İran və Türkiyə vilayətlərinə təsir mexanizmləri əldə olunardı. Mərkəzi Qafqaz, göründüyü kimi, günümüzdə “Qafqaz” anlayışı daha geniş əraziyə şamil olunmağa başlayır. XXI əsrdə siyasi proseslər sürətlə cərəyan etməyə başladı.(3, s.1)
Qərb Cənubi Qafqazı tamamilə təsir dairəsinə keçirə bilmədi, İran regional superdövlət kimi təsdiqləndi, Rusiya imepriya ənənəsini bərpa etməyə başladı, Türkiyə öz xarici-siyasi prioritetlərini yenidən dəyərləndirməli oldu. Bu baxımdan Qafqaz anlayışını keyfiyyətcə dəyişmək zərurəti yarandı: artıq Qafqazı İran və Türkiyəsiz təsəvvür etmək olmaz.
Coğrafi cəhətdən Qafqaz dağları Rusiya, Azərbaycan, Ermənistan, Gürcüstan, Türkiyə və İran ərazilərində yerləşir. Bu vaxta qədər Qafqazın yalnız ruslara məxsus olduğunu bəyan etmək üçün Türkiyə ilə İranın Qafqazla coğrafi bağlılığı müzakirə edilmirdi. Ancaq Türkiyənin Ardahan, Artvin, İğdır, Ağrı, Van və Qars elləri, İranın Şərqi Azərbaycan (Təbriz), Qərbi Azərbaycan (Urmiya), Həmədan, Ərdəbil, Zəncan, Qəzvin və Gilan ostanları Kiçik Qafqaz ərazisinə daxildirlər. Deməli, Cənubi Qafqaz dedikdə İran və Türkiyənin Qafqaz vilayətləri nəzərdə tutulmalıdır. Bizim isə yerləşdiyimiz ərazi Mərkəzi Qafqaz olmalıdır. Son zamanlar elmi dairələrdə Azərbaycan, Gürcüstan və Ermənistanın məhz Mərkəzi Qafqaz ölkələri adlandırılması da təsadüfi deyil. (4,s.10-11)
Sovet İttifaqının süqutu Cənubi Qafqaz regionu ilə tarixi və mədəni baxımdan dərin bağlılığı olan İran İslam Respublikası (İİR) üçün yeni fürsətlər və praqmatik xarici siyasət həyata keçirmək imkanları yaratmışdır. 1979-cu ildə baş vermiş islam inqilabının qələbəsindən sonra Qərbin təcridi ilə üzləşən rəsmi Tehran üçün bu şans islam inqilabı ideologiyasına uyğun olaraq siyasətini keçmiş SSRİ-nin müsəlman respublikalarına doğru istiqamətləndirməsinə imkan qazandırmışdır. Geosiyasi reallıqda keçən əsrin 90-cı illərinin bu yeni siyasi mühiti İrana yeni imkanlar verdiyi halda, Cənubi Qafqaz ölkələrini daha çətin sınaq qarşısında qoymuşdu. Bu, Azərbaycanın timsalında tarixi bağlılıqdan istifadə etmək baxımından yeni fürsətlər və eyni zamanda, çətinliklər doğururdu. “Yeni dünya nizamı”nda Cənubi Qafqaz regionunun müstəqilliklərini bərpa edən dövlətlərində xarici siyasət və müttəfiqlik münasibətlərini müəyyənləşdirərkən mədəni, irqi və tarixi yaxınlığın əsas alınacağı fikri hakim idi. Bu yanaşmada Qafqaz regionu Sovet İttifaqının dağılmasından sonra təbii müttəfiqi olacaq dövlətlərdən biri də İran olmalı idi. Bunu İranın xarici siyasət maraqları və geosiyasi reallıq tələb edirdi.(5,s.1)
Bu gün İranın regional qüdrət olması inkarolunmaz bir faktdır. İslam inqilabı ideyalarının buradan region ölkələrinə ötürülməsi Qərbdə narahaqlıq doğurursa, demək İranın bölgədə kifayət qədər nüfuzu var. Bu nüfuzdan lazımınca istifadə edən Tehran artıq “şiə hilalı”nın yaranmasına nail olub. Əgər “şiə hilalı”na qabaqlar Livan, Suriya və İran daxil idisə, hazırda İraq, Fələstin, Bəhreyn və Küveyt də bu dairəyə daxil olmaqdadırlar. Nüvə texnologiyaları sahəsində uzun illər apardığı araşdırmalar nəhayət öz bəhrəsini verməkdədir. Nüvə qrupuna daxil olan İİR Yaxın Şərqdə lider dövlətdir.
Son zamanlar İranın gücü barədə yeridilən mülahizələr olduqca maraqlıdır. Bəzi politoloqların fikrincə, ABŞ-ın Əfqanıstan və İraqa qarşı hərbi təcavüzü əslində İrana qarşı planın tərkib hissəsidir. Hətta, İsrail-Livan müharibəsini ABŞ-la İran arasında kiçik müharibə adlandırıblar. Bütün bunlar İranın bölgədəki təsirindən xəbər verir.(6,s.132-133)
Digər cəhətdən İran artıq qlobal siyasətə daxil olur. Belə ki, İran Rusiya, Çin, Hindistan və Pakistanla strateji əməkdaşlıq qurur. Artıq o, Afrikada baş verən proseslərdə yaxından iştirak etmək cəhdləri göstərir. Avropanın enerji təchizatında mühüm yeri olan İran Avropa Birliyinə təsir mexanizminə malikdir. Öz xarici ticarətini dollarla deyil, avro ilə aparacağını elan edən rəsmi Tehran artıq ABŞ iqtisadiyyatına zərbə vurmaq iqtidarında olduğunu da nümayiş etdirib. Uzun illər faktiki blokadada yaşayan bir ölkə bu qədər nailiyyətlər əldə edibsə, blokadadan çıxandan sonra nəyə nail olacağını təsəvvür etmək olar.
İranın güclənməsi və regional qüdrətə çevrilməsi o deməkdir ki, Yaxın Şərq və Orta Asiya Tehranın təsir dairəsinə düşür. Əlbəttə, Qərb bununla heç cür razılaşa bilməz. Çünki İran Qərb “liberal-demokratiya”sına zidd islamçı mövqeyində durur. Bu baxımdan ABŞ İranı əhatə edən ölkələri təsiri altına salaraq İranı özü üçün zərərsizləşdirmək istəyir. İraq və Əfqanıstanda vəziyyətin gərginliyi həqiqətən də İrana həm daxili, həm xarici siyasətdə ciddi əngəl törədir. İraqda stabilliyin olmaması ərəb ölkələri ilə, Əfqanıstandakı xaos isə Şərqi və Cənubi Asiya ilə münasibətlərin inkişafına maneçilik yaradır. İranın dünyaya çıxışı üçün qalan digər vacib region – Cənubi Qafqazdır.(7,s. 11-18)
İran rəhbərliyi regional təhlükəsizlik sisteminə dair yeni formula (3+3), yəni Cənubi Qafqaz respublikaları + Rusiya, İran və Türkiyə formulunu irəli sürdü. ABŞ-ın regiona gəlişini əngəlləmək üçün, İran hətta Vaşinqtonun müttəfiqi və Tehranın əsrlər boyu bölgədə rəqibi olan Türkiyə ilə əməkdaşlığa hazır olduğunu nümayiş etdirdi. Rəsmi Tehran bu sistem daxilində 6 dövlətin təhlükəsizlik şuralarının katibləri, parlament sədrləri, həmçinin iqtisadiyyat və maliyyə nazirləri səviyyəsində görüşlərin keçirilməsini və ümumi baxışların formalaşdırılmasını təklif edirdi. Lakin bu təşəbbüs də region dövlətlərinin dəstəyini qazanmadı. Bu bir daha göstərir ki, İranın regional təhlükəsizlik məsələlərinə baxışı digər regional ölkələrin mövqeyi ilə üst-üstə düşmür. İranın regional təhlükəsizlik sisteminə dair bir təklifi 2003-cü ilin aprelində gündəmə gətirildi. İranın xarici işlər naziri Kamal Xərrazinin regionun birgə təhlükəsizlik qüvvələrinin yaradılması təşəbbüsü yenə bölgə dövlətlərinin dəstəyini qazanmadı. (8, s.17-22)
Tədqiq olunan dövrdə İranın bölgədəki geostrateji məqsədləri aşağıdakı kimi nəzərdə tutulur:
– kənar qüvvələrin (ABŞ və Avropa İttifaqı) Cənubi Qafqazda iştirakını mümkün qədər məhdudlaşdırmaq, onların İran sərhədlərinə yaxınlaşmasına imkan verməmək;
– regional problemləri yalnız məntəqədəki dövlətlərin birgə səyləriylə həll etmək;
– Xəzər hövzəsi və Güney Qafqaz ölkələrinin birtərəfli addımlarını maksimum neytrallaşdırmaq və proseslərdə birgə iştiraka nail olmaq üçün mexanizm tapmaq;
– Qərbyönümlü siyasət yeridən region dövlətləri ilə münasibətləri yüksək səviyyədə quraraq, onlara təsir mexanizmlərini müəyyənləşdirmək;
– geostrateji maraqları İranla üst-üstə düşən region ölkələrilə əməkdaşlığı daha da möhkəmləndirmək.(9, s. 154-160)
İranın Cənubi Qafqaz ölkələri ilə geosiyasi, hərbi-siyasi, iqtisadi və mədəni əlaqələri dərin tarixi kökə malikdir. İran regional qüdrət olaraq həmişə Qafqaza öz təsir dairəsi kimi yanaşıb. İslam İnqilabına kimi yarımmüstəmləkə vəziyyətində mövcud olan İran, əlbəttə ki, Rusiya ilə Qafqazda rəqabət apara bilməzdi. SSRİ-nin süqutundan sonra İran üçün, demək olar ki, bütün qapılar açıldı. Qafqazın strateji əhəmiyyətini anlayan Qərb İran və Rusiya ilə yanaşı regionda öz siyasətini yeritməyə başladı. Beləliklə Qafqaz nəinki regional, həmçinin planetar miqyasda güclü dövlətlərin savaş meydanına çevrildi.
Bu şəraitdə İran olduqca çətin vəziyyətə düşüb. Öz regional siyasətinin strategiyasını müəyyənləşdirən İslam Respublikası ilkin mərhələdə əsas diqqəti təhlükəsizlik məsələlərinə yetirib. İİR, Rusiya və Qafqaz üçlüyü ittifaqı formulasından çıxış edən İran daha sonra fikrini dəyişərək Türkiyənin də bu sıraya daxil olmasını istədi. Dəyişilməz olaraq bir amil qaldı: qeyri-regional qüvvələr bölgə siyasətindən uzaqlaşdırılmalıdır. 2003-cü ildə İİR xarici işlər naziri Xərrazinin bölgə turnesi zamanı bu barədə fikirlər söylənilsə də, rəsmi olaraq Qafqaz ölkələri İranın təklifini cavabsız qoydu. İranın cavabını almadığı digər məsələ də etnik münaqişələrin həllində vasitəçilik etmək təklifidir. Rəsmi Tehran mövcud konfliktlərin həlli prosesində öz vasitəçiliyini təklif etsə də, Gürcüstanla Azərbaycan problemin Qərbin vasitəsilə çözülməsinin tərəfdarlarıdır.(10,s.67)
Burada onun qarşısında duran əsas maneələr Qərb, Türkiyə və Rusiyanın maraqları idi. Rusiya ümumiyyətlə Qafqazda yalnız özünü bir qüdrət kimi görür. Rusiya son illər iqtisadi əməkdaşlığa üstünlük verdiyindən Qafqazda müəyyən qədər uğurlara nail olub. Hazırda İran da bölgədə iqtisadi əlaqələrin genişlənməsinə böyük önəm verir.
Vahid Qafqaz konsepsiyası nə qədər cəlbedici görsənsə də, bu ideyanın
reallaşması olduqca çətindir. Birincisi, Qafqaza daxil olan ərazilərin hamısı suveren deyillər: Azərbaycan, Gürcüstan və Ermənistan müstəqil dövlətlər, Şimali Qafqaz ölkələri federativ dövlət tərkibində muxtar respublikalar, İran və Türkiyə vilayətləri isə unitar dövlətlərin inzibati əraziləridir. Yəni regiona daxil olan ərazilərin əksəriyyəti müstəqil siyasi iradəyə malik deyillər. İkincisi, istənilən inteqrasiya prosesinə qoşulan xalqlar arasında mədəniyyət baxımından uyğunluq olmalıdır. Hantinqtonun sivilizasiyalar konsepsiyasını xatırlasaq, görərik ki, amrikalı strateq tamamilə düzgün bir fikir söyləyib: müasir dövrdə inteqrasiya proseslərinin qarşısını alan yeganə amil cəmiyyətlərin mədəniyyət və dəyərlər sistemi baxımından bir-birindən fərqli olmasıdır. Xalqların inteqrasiya prosesi o zaman uğurlu olar ki, onlar vahid sivilizasiyaya mənsub olsunlar.
Ən bariz nümunə liberal-demokratik dəyərlər və qərbi-xristian mədəniyyəti əsasında formalaşmış Avropa İttifaqıdır. Bunun tam əksi olaraq Qafqaz xalqları Xristian və İslam sivilizasiyalarına mənsubdurlar. Özüdə burada Xristian sivilizasiyası da iki mədəniyyətlə - erməni-qriqorian və gürcü-pravoslav, İslam sivilizasiyası da iki - türk-İslam və İran-İslam mədəniyyətləri ilə təmsil olunur. Son illərdə isə ərəb-İslam subsivilizasiyası da regionda yayılmışdır.(11,s. 1)
Vahid Qafqazın yaranmasında üçüncü maneə burada yerləşən dövlətlərin bir-biri ilə siyasi prioritetlər, siyasi sistemlər və dövlətçilik konsepsiyaları baxımından bir-birindən fərqlənməsidir. Azərbaycan balanslaşdırılmış siyasət apardığı zaman, Gürcüstan qərbyönlü, Ermənistan isə rusiyayönlü xarici-siyasi kurs tutblar. Rusiya dünyamiqyaslı superdövlət ambisiyalaından əl çəkərək, Avrasiya imperiyası ənənlərini bərpa edir, bununla da ətrafında yerləşən region dövlətlərini öz təsir dairəsinə salmaq istəyir. İran teokratiyası Qərblə qarşıdurma səbəbindən, ətrafında yerləşən dövlətlərin Qərbin təsirindən çıxmasında maraqlıdır, bunun üçün isə ən optimal variant Qafqazın Rusiyanın siyasi orbitinə daxil olmasıdır.
Həmçinin bununla İran qlobal miqyasda qüvvələr balansı yaratmış olur: Qərbin müqabilində İran Rusiya kimi müttəfiq əldə edir. Rusiyanın coğrafi mövqeyi onun təsirini yuxarıda qeyd olunan Hartlənd ərazisinə yayır. Bu isə o deməkdir ki, Hartləndə tam sahib çıxa biləcək Rusiya dünya liderliyini də ələ keçirə biləcək.(12,s.1)

İranın Qafqaza yanaşması:
İranın Qafqaza marağı uzunmüddətlidir və tarixi xarakter daşıyır. Sovet İttifaqının dağılması və yeni müstəqil respublikaların yaranması vəziyyəti kəskin olaraq dəyişmiş, İranın milli maraqları və xarici siyasəti üçün xeyli çətinliklər yaratmışdır. İran tərəfindən bu hər halda, enerji regionun inkişafında, o cümlədən region ölkələri arasında əlaqələrin qurulmasında daha böyük rol oynamağa başlayır. Bu müsbət dəyişiklik region daxilində enerji sahəsində əməkdaşlığın üstünlüklərinin dərk edilməsinin göstəricisidir və daha geniş mənada, regionda fəal olan tərəflərin siyasi yanaşmasının dəyişməsindən xəbər verir. Regiona qarşı 1991-ci ildən etibarən aparılan fəal xarici siyasət bir tərəfdən regionun İran üçün önəmini əks etdirir, digər tərəfdən isə İranın zənn etdiyi milli maraqlarını qorumaq imkanlarını və iradəsini göstərir. İran İslam Respublikası üçün Qafqazın əhəmiyyəti üç cür amildən doğur:
1. Mədəni-tarixi amillər. Qafqazda məskunlaşan etnik qruplar və İran arasında dərin tarixi, mədəni əlaqələr sovet dövründəki yetmiş illik fasiləyə baxmayaraq, İranın xarici siyasətində bu regiona və onun işlərinə xüsusi yer ayırır. Sovet dövrü başa çatan kimi İranın əzəldən sıx olan mədəni əlaqələri bərpa etmək marağı üzə çıxdı və ölkənin xarici siyasətində mühüm yer tutdu.
2. İqtisadi amillər. Qafqaz tarixən İranı Rusiyaya və Avropaya birləşdirən ən önəmli yollardan olmuşdur. İran tacirləri və onların regiondakı tərəfdaşları arasında ticarət əlaqələrinin əsrlərlə tarixi vardır. Sovetlərin süqutundan sonra enerji məsələsi, onun region ölkələri arasında və iri miqyasda əməkdaşlığı genişləndirmək imkanları daha böyük əhəmiyyət kəsb etməyə başladı və beləliklə, İran və onun xarici siyasəti üçün regionun iqtisadi əhəmiyyəti də artdı.
3. Siyasi və təhlükəsizlik amilləri. İranın Qafqaza yaxınlığı onu regiondakı siyasi və təhlükəsizlik dəyişikliklərinin təsirinə məruz qoymaya bilməzdi. Buna görə 1991-ci ildən etibarən regionun siyasi və təhlükəsizlik vəziyyətinin konsolidasiyası və qeyri təhlükəsizliyinin qarşısının alınmasında İranın güclü marağı əlbəttə ki, başa düsüləndir. (13,s.1)

ƏDƏBİYYAT
1. Akdevelioğlu, Atay, “İran İslam Cumhuriyeti’nin Orta Asya ve Azerbaycan Politikaları”, Uluslararası İlişkiler, Cilt 1, Sayı 2 (Yaz 2004),
2. Qafqaz geosiyasəti salaminfo.az on 21/04/2010/
3. Новые геоэкономические тенденции на Южном Кавказе2010, http://geopolitika.ru/Articles
4. The Caucasus approaches of Iran: main priorities and challenges. Research Institute for European and American Studies. 01 JUNE 2009.
5. Tensions in Iran’s National Security Strategy http://reut-institute.org/en/Publication.aspx?PublicationId=1769
6. Поллак К. Как сделать Персидский залив безопасным? // Россия в глобальной политике. 2003, № 4, Том 1,
7. Coddling the Caucasus: Iran’s Strategic Relationship with Azerbaijan and Armenia .From Vol. 1 (1) - Winter 2006
8. "Iran's Role in the South Caucasus and Caspian Region: Diverging Views of the U.S. and Europe" Stiftung Wissenschaft und Politik (German Institute for International and Security Affairs), 2003.
9. Talıblı S.Ə. İranın Cənubi Qafqaz siyasətində Gürcüstanın yeri (1991-2006-cı illər) // Tarix və onun problemləri. Bakı: BDU, 2007, № 2,
10. Al-Sharq al-Awsat, 27 January 2000, cited in RFE/RL Iran Report 3, no. 6 (7 February 2000).
11. The South Caucasus and the Russia-Turkey-Iran geopolitical triangle http://en.rian.ru/analysis/20100906/160488263.html
12. Caucasus: www.reliefweb.int
13. Central Asia and Caucasus: Blind Spots of Iran's Foreign Policy www.iranreview.org


Caucasian politics of the Iranian Islamic Republic in the context of Russia and Turkey relations
İİR plays one of dominating roles in the major region of a planet - the Western Asia where enters Near and Middle East, caucasus, a zone of Caspian sea, the Central Asia. Iran occupies the major strategic position, being simultaneously both Middle Eastern, and Caucasian, both central-Asian, and the Caspian country, the country washed by waters of the Persian and Omansky gulfs of Indian ocean. All painful points of region, anyhow, are interfaced to Iran. Especially internal problems of separate parts of region all, apparently, whether it be ethnic or religious, military or economic, a refugee problem and narcobusiness, a terrorism and separatism problem can dare effectively only with assistance of Islamic Republic Iran.

Кавказская политика иранской исламской республики в контексте отношений России и Турции
ИРИ играет одну из доминирующих ролей в важнейшем регионе планеты - Западной Азии, куда входит Ближний и Средний Восток, Кавказ, зона Каспийского моря, Центральная Азия. Иран занимает важнейшее военно-стратегическое положение, являясь одновременно и средневосточной, и кавказской, и центрально-азиатской, и каспийской страной, страной, омываемой водами Персидского и Оманского заливов Индийского океана. Все болевые точки региона, так или иначе, сопряжены с Ираном. Все, казалось бы, сугубо внутренние проблемы отдельных частей региона, будь то этнические или религиозные, военные или экономические, проблемы беженцев и наркобизнеса, проблемы терроризма и сепаратизма могут эффективно решаться только при содействии Исламской Республики Иран.

 

Ləman Qocayeva
Azərbaycan Turizm və
Menecment Universiteti

 

"GEOSTRATEGİYA" jurnalı №01 (43) YANVAR-FEVRAL 2018


Etiket:

Strategiya.az

Xəbərlər
22.09.2020

Prezident İlham Əliyev və birinci xanım Mehriban Əliyeva Azərbaycana yeni gətirilən təcili tibbi yardım avtomobilləri ilə tanış olublar

22.09.2020

Birjalarda neftin qiyməti

22.09.2020

Müdafiə Nazirliyi cəbhədəki son vəziyyətlə bağlı məlumat yaydı

22.09.2020

Qazaxıstanda koronavirusa daha 67 nəfər yoluxub

22.09.2020

Rəcəb Tayyib Ərdoğanın sədrliyi ilə Türkiyə hökumətinin növbəti iclası keçirilib

21.09.2020

Azərbaycan Prezidenti: Nasizmin şöhrətləndirilməsi Ermənistanın dövlət siyasətidir

21.09.2020

Prezident İlham Əliyev: Təcavüzkar ritorika və təxribatlar Ermənistanın Azərbaycana qarşı yeni təcavüzə hazırlaşdığını nümayiş etdirir

21.09.2020

BDU Qazax Milli Universiteti ilə ikili diplom proqramı üzrə müqavilə imzalayıb

21.09.2020

Əmək müqaviləsinə xitam verilmiş şəxslər üçün sığorta stajı azaldıldı - FƏRMAN

21.09.2020

Dərslikdə erməni bayrağının rənglərinin olması iddiasına dair Təhsil Nazirliyindən açıqlama

21.09.2020

Şəhid çavuş dəfn edilir

21.09.2020

Tovuzda növbəti erməni təxribatı ilə bağlı cinayət işi başlandı

21.09.2020

Müdafiə Nazirliyi bəyanat yaydı

21.09.2020

Azərbaycan koronavirusa qarşı vaksinin gətirilməsi ilə bağlı saziş imzalayıb

21.09.2020

XİN: Ermənistan rəhbərliyinin məsuliyyətsiz və təhrikçi davranışı bölgədə gərginliyi alovlandırır

21.09.2020

İctimai nəqliyyatın hərəkəti bərpa olundu

21.09.2020

MN: Ermənistana məxsus növbəti taktiki PUA məhv edilib

20.09.2020

Prezident İlham Əliyevin rəsmi "Facebook" səhifəsində Neftçilər günü ilə bağlı paylaşım edilib (FOTO)

20.09.2020

“Əsrin müqaviləsi”nin imzalanmasından 26 il keçir

20.09.2020

Ermənistan sutka ərzində atəşkəs rejimini 30 dəfə pozub

19.09.2020

Azərbaycan Prezidenti: Ermənistan o ölkədir ki, islamofobiya onların dövlət siyasətidir

19.09.2020

Prezident İlham Əliyev: Bu gün Azərbaycan bütün reytinqlərdə ən qabaqcıl yerlərdədir

19.09.2020

Bakı Dövlət Universiteti beynəlxalq əlaqələrini genişləndirir

19.09.2020

Məzunlara qızıl və gümüş medallar verildi - Siyahı

19.09.2020

DTX bəzi internet saytlarında və sosial şəbəkələrdə yayılan siyahı ilə bağlı iddialara aydınlıq gətirdi

19.09.2020

Birjalarda neftin qiyməti

19.09.2020

Ermənistan iriçaplı pulemyotlardan və snayper tüfənglərindən atəşkəsi 36 dəfə pozub

19.09.2020

COVID-19: Fransada 24 saat ərzində 13215 yeni yoluxma, 123 ölüm faktı qeydə alınıb

18.09.2020

Milli Musiqi Gününə layiqli töhfə - Fotolar

18.09.2020

Əli Həsənov 2009-cu ildə gülənçilərə necə xəbərdarlıq etmişdir?

18.09.2020

Baş Prokurorluq nəzarətə götürdü

18.09.2020

Birinci vitse-prezident Mehriban Əliyevanın rəsmi "İnstagram" səhifəsində Milli Musiqi Günü ilə bağlı paylaşım edilib (FOTO)

18.09.2020

Azərbaycan-Türkiyə həmrəyliyi və strateji tərəfdaşlığı həm dünya üçün nümunə, həm də regional təhlükəsizlik baxımından əhəmiyyətlidir

18.09.2020

Tovuz təxribatı Ermənistanın "yeni ərazi – yeni müharibə" formuluna keçdiyinə dəlalət edir

18.09.2020

Şəkidə koronavirusa kütləvi yoluxma olan bazar 3 günlük bağlandı - Operativ Qərargah

18.09.2020

DTX əməliyyat keçirdi: “Ceyşullah” və digər qanunsuz silahlı dəstələrin tərkibində vuruşmuş şəxs tutuldu

17.09.2020

Şəkidə "Bazar" adlanan ərazidə ...

17.09.2020

Rektor Enactus Azərbaycan Milli Yarışının qalib komandası ilə görüşüb

17.09.2020

Ermənistanın terrorçu və faşist mahiyyəti dəyişməz olaraq qalır, bunu hər kəs və bütün dünya bilməlidir

17.09.2020

Azərbaycan-Türkiyə qardaşlıq nümunəsi: Qafqaz İslam Ordusunun xilaskarlıq missiyası

17.09.2020

Nazirlər Kabineti iki qərarını ləğv etdi

17.09.2020

Azərbaycan-İran sərhədində atışma olub, 1 nəfər ölüb

17.09.2020

Səfirlik Rusiyada saxlanılan vətəndaşlarımızla bağlı məlumat yaydı

17.09.2020

Kaspi Abituriyent Kursları əyani və onlayn fəaliyyətdə

17.09.2020

Azərbaycanın illik su təsərrüfatı balansı təsdiqlənib

17.09.2020

Pensiya sistemində yeni təkmilləşdirmələr aparılacaq

17.09.2020

Qurban Məmmədov saxlanıldı - Türkiyədə

17.09.2020

“Azeri Light” neftinin bir barrelinin qiyməti 42 dolları ötüb

16.09.2020

BDU-dan cavab: Jurnalist kadrların hazırlığında hər zaman ana dilinin tədrisi böyük əhəmiyyət kəsb edir

16.09.2020

“Heydər Əliyevin portretinin yanında Gülənin şəkli asılmamalıdır” — Əli Həsənovdan ETİRAZ