Doğma Kəlbəcərin əvəzolunmaz tərənnümçüsü

12:51 / 04.04.2018

Cavid QƏDİR

Bugünlərdə yurdumuzun səfalı guşələrindən olan Kəlbəcərin işğalının 25-ci ildönümünü hüznlə, ağrıyla qeyd edirik.
 
Kəlbəcər Azərbaycan ədəbi-mədəni mühitinə böyük imzalar, şəxsiyyətlər qazandırıb. Belə imzalardan biri də mərhum şair, alim və tərcüməçi, filologiya elmləri namizədi Ənvər Rza idi. 

Ənvər Rza 1939-cu ildə Kəlbəcər rayonunun Aşağı Ayrım (Binə) kəndində anadan olub. Orta məktəbi gümüş medalla bitirən gələcək şair Azərbaycan Dövlət Pedaqoji Xarici Dillər İnstitutunun İngilis dili fakültəsində təhsil alıb (1957-1962). Mirzə Fətəli Axundov adına Azərbaycan Dövlət Pedaqoji Xarici Dillər İnstitutunda İngilis dili leksikası kafedrasında müəllim (1962-1967), baş müəllim (1967-1972), kafedra müdiri (1972-1979), dosent (1979-1987) işləyib.

Ədəbi yaradıcılığının başlanğıcı hesab olunan "Göz işığı" adlı ilk şeiri 1962-ci ildə "Ədəbiyyat və incəsənət" qəzetində dərc edilib. O vaxtdan başlayaraq dövri mətbuatda şeirlər və bədii tərcümələrilə çıxış etməyə başlayıb. 

Tərcümə yaradıcılığının şah əsərləri Corc Bayron və Uilyam Şekspirin poemaları hesab olunur. 

Oxucular ana dilimizdə Bayronun "Şilyon məhbusu", "Mazepa", "Parizina" poemalarıyla məhz Ənvər Rzanın usta qələmi vasitəsilə tanış olublar.

Vaxtsız ölüm Ə.Rzanın Səməd Vurğunun "Vaqif" dramını ingilis dilinə, Bayronun "Çayıld Haroldun səyahəti" poemasını Azərbaycan dilinə tam tərcümə etməsinə imkan verməyib. Hər iki iş yarımçıq qalıb. 

Ədib "İngilis poeziyasının Azərbaycan dilinə tərcümə məsələləri" mövzusunda namizədlik dissertasiyası müdafiə edib.

Bütün yaradıcılığında, şeirlərində, poemalarında oxucularına Kəlbəcərin gözəl təbiətini, şaqraq çaylarını, buz bulaqlarını, uca dağlarını gəzdirir Ənvər Rza. Şeirlərində təbiət təsvirləri elə parlaq boyalarla təsvir edilib ki, oxuduqca o mühitdəymişsən kimi hiss yaranır. Oxucu misraları içinə hopdurur, misralar da süngər kimi oxucunu özünə çəkir, vaxtdan-zamandan, olduğu məkandan qoparır, şeir vaxtına, Ənvər Rza məkanına götürür:

Dağlar elsiz, çöl tütəksiz, çəmən lal,
Mən bu dərdi oxlamağa gəlmişəm.
Yazda nə var, yaylaqların payızda,
Vəfasını yoxlamağa gəlmişəm.
Susuz yurdum tək məcməyi, tək sini,
Şair kimi sözlə hörüb köksünü.
Gözlə çəkib bu dağların əksini,
Ürəyimdə saxlamağa gəlmişəm.
Göy təpələr sarı örpək bürünür, 
Duman, çiskin ayağıma sürünür.
Ata yurdu, qardaş yeri görünür, - 
Bir doyunca ağlamağa gəlmişəm.
Naxış olur biçinçinin hər vəri,
Qızıl payız ilhamımın sərvəri. 
Xəzan vaxtı bahar bilin Ənvəri, -
Dağ çayıyam, çağlamağa gəlmişəm. 

Ədibin təbiət təsvirləri təkcə peyzaj deyil, ətraf aləmin, mühitin fəlsəfəsini açmağa çalışmaqdır. Təbiət-insan münasibətlərini açığa çıxarmaq, ona yeni don geydirmək, yeni məna çalarları qazandırmaqdır.

Bundan başqa, Ənvər Rza yaradıcılığı nə qədər incə işçilik olsa da, xalq yaradıcılığından xali deyil, hətta folklorla, gündəlik həyat məişətlə iç-içədir. Ənvər Rza özü, yaradıcılığı boyda Azərbaycandır:

Deyəsən, canımda buz qızır, dayan!
Deyəsən, oduma buz sızır, dayan.
Sinəmdə arıtək bu sızıldayan
Bilirmi, görəsən, nə simdi Tərtər?..

Yaxud bu bayatı dadında misrlara nəzər salaq:

Arxaca,
Sürüm dönməz arxaca.
Arxımı sel aparıb,
Arxam yoxdu arx aça.
Açarı, 
Kirpiyin bəxt açarı.
Dodağın ballı pətək
Dodaqlarım - ac arı.
Yastığında,
Xəncərin yastı qında.
Xəyalıma yer elə,
Uyusun yastığında.

Bütün bunlarla yanaşı, şair sanki gələcəkdə baş verəcək faciələri də görür, onlarla bağlı xəbərdarlıq etməyə çalışırmış:

Dağlar oğlu, dağa qoyma yağını,
Aldatdılar uzqaq sandıq yaxını.
Əritmişəm ürəyimin yağını -
Ay batanda çıraq olum dağlara.


Ənvərin torpağına, xüsusən, Kəlbəcərə bağlılığını mərhum şair Məmməd Aslan belə xatırlayır: "Onun üçün Amerika da Kəlbəcərdi, London da, elə Bakının özü də. Bir dəfə mənə həsr etdiyi şeirində doğma yurdundan min ildi ayrılmış kimi necə inləyirdi: "Müxtəsəri Kəlbəcərsən. Bu şəhərdə mənim üçün, - "deyirdi".

Ənvər Rzanın özünəməxsusluğunun daha bir nümunəsi sözə "xəsis" yanaşmasıdır. Uzun-uzadılıqdan qaçır, qamçı effekti verən misralarıyla gedişatı tənzimləyir, az qala hər şeirini novellavari sonluqla tamamlayır.
 
Ənvər Rzanın poeziyası bütövlükdə Kəlbəcər deməkdir. Hər misrası, hər bəndindən Kəlbəcərin ətri gəlir. 
Oxuduqca anlaşılır ki, bu misraların sahibi dediklərini yaşamasa, görməsə bu qədər canlı, koloritli qələmə ala bilməz. 

Ölümündən 25 il sonra çap olunmuş "Kəlbəcərə gedən yollar" kitabında şairin sağlığında nəşr edilməyən bütün şeir, poema və ingilis dilindən tərcümələri toplanıb.

Bəzi şeirlərində qanlı-qadalı illəri, müharibə dövrünü xatırladır. O günlərin ağrılı işarələrini qələmə alır:

Kəndimizdə ev də var -
Kəndimin kədəridir. 
Kəndimizdə ev də var 
Neçə ildən bəridir 
Bacaları tüstüsüz, 
Qapıları bağlıdır 
Çalın-çarpaz dağlıdır.
Hərbin uğursuz yeli, 
Üzərindən əsibdir, 
Cəbhələrdə partlayan 
Bombaların tüstüsü 
Tüstüsünü kəsibdir...

Ənvər Rzanın indiyədək "Sənsiz" (1969), "Könlümə bahar düşüb" (1970), "Nə yaxşı görüşdük" (1985), "Bəxtəvər dustaq" (şeirlər və poemalar, 1994) və "Kəlbəcərə gedən yollar" (2010) nəşr edilib. Sözügedən kitabların son ikisini görmək şairə qismət olmayıb. 

Ənvər Rzanın yaradıcılığında ana obrazı xüsusi yer tutur. Şair anasını itirməkdən, onun ölümündən çox qorxurmuş. Ömrünün son illərində də Kəlbəcərə tez-tez gedirmiş. Anası ağır xəstə olduğundan hər kəlməbaşı deyirmiş ki, oğlumun çiynində qəbrə getsəm, dərdim olmaz. Amma tale bu istəyi onun gözündə qoydu. Ənvər Rza daha əvvəl o dünyaya üz tutdu. 

Tanınmış şair-tərcüməçi Kəlbəcər ədəbi mühitiylə yaxından maraqlanır, yaradıcılıqlarını dərindən öyrənirdi. Xüsusən, Dədə Şəmşir kimi tanınan Aşıq Şəmşirin yaradıcılığının heyranı idi. Kəlbəcərə hər səfərində görkəmli sənətkarla görüşür, ondan nələrsə əxz etməyə çalışırdı. Hətta Dədə Şəmşir haqqında bir neçə şeir də qələmə alıb:

Fərhad olub

(Aşıq Şəmşirə)

Çətin olur nəğmə qoşmaq nəğməyə
Bir nəğmədir, el qəlbındən qopub o.
Bəxtəvərlər bəxtəvəri-ustadı,
Düz yolunu çoxdan seçib, tapıb o.
Ürək cavan, yaş əl atıb səksənə,
Dağlar deyir: "Sinəm üstə səksənə!"
Qıy vuranda lal qayalar səksənər
Fərhad olub, söz dağını çapıb o.
Səksənində saqqal qara, qaş qara;
Tay-tuş olub Dəlidağa, Qoşqara.
Söz atını vurub selə, daşqıra,
Tapdaq yoldan üz döndərib, sapıb o.
Qoşmaları həm mənalı, həm şirin,
Ləhcəsində fərəh şirin, qəm şirin;
Hər ürəkdə məskəni var Şəmşirin -
El canına, el qanına hopub o.

1980-ci ildə Dədə Şəmşirin vəfatı Ənvər Rzaya ağır təsir etmiş, bu hadisə yaradıcılığından da yan keçməmişdi. 

Dədə Şəmşirsiz 

Bu sinə dağlarda sinəmin dağı
Dünyaya sığmayan bir dağ kimidir.
Əcəl girələdi Dədə Şəmşiri,
Ölümün caynağı qarmaq kimidir.
Qocalmaq bilmədi eşqi, həvəsi;
Qaldı qartallara zil zənguləsi,
Getməz bu dağlardan aşığın səsi,
O coşub çağlayan irmaq kimidir.
Həsrətdən dağların zirvəsi bəyaz,
Üşüdür gül üstə arını ayaz.
O Dədə Şəmşirsiz Kəlbəcər bu yaz
Bülbülü gəlməyən bir bağ kimidir.
Dəlidağ çəkidə, qəlbilikdə o.
Həm canda yaşayır, həm ilikdə o.
Paklıqda, hörmətdə, ülvilikdə o
Bu vətən kimidir, torpaq kimidir.
Getməsin dumanı Murovun, dursun.
Ay ovçu, bəri gəl, qoy ovun dursun.
Ənvəri Şəmşirsiz kim ovundursun? -
Şairdir, ürəyi yarpaq kimidir.

1981

Heç əllicə il də yaşaya bilməyən ədib öz xəstəliyindən xəbər tutanda:

Bel bükən bu xəbəri
Kaş yalana yozalar 


- yazmışdı.

Ənvər Rzanın Moskvada onkoloji xəstəxanada yazdığı son şeirində bu misralar da vardı: 

Yanğın düşmüş gur meşəyəm,
Çiliklənmiş bir şüşəyəm.
Boynubükük bənövşəyəm -
Gödək oldu ömrüm mənim.


Müalicə üçün getdiyi xəstəxanadan cəmi bir ay sonra tabutu vətəninə yola salındı. Vəsiyyətinə uyğun olaraq doğma kəndi - Kəlbəcərin Aşağı Ayrım (Binə) kəndində torpağa tapşırıldı. 6 il sonrasa erməni silahlı qüvvələri tərəfindən Kəlbəcər rayonu işğal olundu. Mərhum şairin yaradıcılığında həmişə boy göstərən intizarı daha da artdı. İndi Ənvər Rzanın məzarı düşmən işğalındadır. O böyük günü - məzarının da, torpaqlarımızı da azad ediləcəyi günü gözləyir.

Kəlbəcərə gedən yollar

Kəlbəcərə gedən yollar
Yazda əriş-arğac olur
Kəlbəcərə gedə yollar.
Köçdə örüş, arxac olur
Cürət yeyib, tər üyüdür;
Dağ nənnisi, yürüyüdür.
Dəlidağın hörüyüdür
Kəlbəcərə gedən yollar.
Tələsəni salar bəndə,
Haçalanar neçə kəndə.
Düşməni azdırar çəndə
Kəlbəcərə gedən yollar.
Bu nə əsrar, bu nə fənddir?
Göy üzündə daş kəmənddir.
Şəmşir yazan qıfılbənddir
Kəlbəcərə gedən yollar.
Min bulaqdan içib gedir,
Qayaları biçib gedir.
Ürəyimdən keçib gedir
Kəlbəcərə gedən yollar.

lll

Karvan-karvan boz buludlar axında,
Yaşıl xal var zirvələrin ağında.
Dəlidağın yayın qızmar çağında
Yazına bax, yazına bax, yazına!
Bayatımı o tütəkdən qopan ün?
Ünvanını ürəyimdə tapan ün.
Yumaq kimi çözələnən sürünün
Tozuna bax, tozuna bax, tozuna!
O babanın nuru boldur gözünün,
O babanın ağ tükü var dizinin.
Yüzü keçib, söhbətinin, sözünün
Duzuna bax, duzuna bax, duzuna.
Dağlar ötüb buludları boyda ki!
Öz səsindən xumarlanıb çay da ki!
Baldırğanlı bulaqların yaydakı
Buzuna bax, buzuna bax, buzuna.
Bəxti vurub bura meyl salanın,
Ay oğlanlar, gəlin oda qalanın
O acıqlı qaşqabaqlı xalanın
Qızına bax, qızına bax, qızına.
Yalayaram bu daşları duz kimi,
Yanar qəlbim sərinləyər buz kimi.
Qantəpərin, gülxətminin qız kimi
 Nazına bax, nazına bax, nazına.
Gözəllikdən ağlım çaşıb bu yerdə,
Səyyar xəyal çox dolaşıb bu yerdə.
Dədə Şəmşir qayalaşıb bu yerdə 
Şəlalədən sazına bax, sazına!

525.az


Etiket:

Strategiya.az

Xəbərlər
20.01.2019

Xunta rejiminin süqutu: erməni rəhbərliyi konstruktiv mövqeyə gələcəkmi?

20.01.2019

DİN bu gün Şəhidlər Xiyabanında baş vermiş insidentə münasibət bildirib

20.01.2019

Yoldan çıxan "Qazel" "06"nın üzərinə aşdı: ölən və yaralananlar var

20.01.2019

Alimlər tarixi binaların birində ümumi dəyəri milyon dollardan çox olan qədim xəzinə tapıblar

20.01.2019

"Milli Şura" Şəhidlər xiyabanında qarşıdurma yaratdı - 20 nəfər saxlanıldı

20.01.2019

Azərbaycan xalqı 20 Yanvar şəhidlərinin xatirəsini ehtiramla anır

20.01.2019

Bakıda minik avtomobili yanıb

20.01.2019

Qara dənizdə içində azərbaycanlı kapitanın cəsədi olan qayıq tapıldı

20.01.2019

Sabahın hava proqnozu açıqlanıb

20.01.2019

Ötən il Bakı-Novorossiysk kəməri ilə 1,3 milyon tonadək neft nəql olunub

20.01.2019

Sükut dəqiqəsi

20.01.2019

Elçin Əhmədov: “XX əsrin sonunda Sovet qoşunlarının Bakıya hərbi müdaxiləsini Qarabağdakı erməni təcavüzündən ayrıca təhlil etmək mümkün deyil”

20.01.2019

20 YANVAR FACİƏSİ VƏ ONA BEYNƏLXLAQ SİYASİ-HÜQUQİ QİYMƏTİN VERİLMƏSİ PROBLEMİ

20.01.2019

20 YANVAR FACİƏSİ :  MÜASİR TARİXİMİZİN ŞƏRƏF VƏ QƏHRƏMANLIQ  SALNAMƏSİ

20.01.2019

Ağstafada yanğın baş verib

20.01.2019

Prezident İlham Əliyev və birinci xanım Mehriban Əliyeva 20 Yanvar şəhidlərinin əziz xatirəsini yad ediblər

20.01.2019

Ağsuda zəlzələ olub

20.01.2019

"Real Madrid" "Sevilya"nı məğlub etdi

20.01.2019

Bu gün “Tata Steel Masters-2019” şahmat turnirinin səkkizinci turunun oyunlarına start veriləcək

20.01.2019

Atəşkəs 26 dəfə pozulub

20.01.2019

Lənkəranda tank əleyhinə iki mina aşkarlanıb

20.01.2019

Bu gün bu küçələrdə hərəkət TAM məhdudlaşdırılır

20.01.2019

Azərbaycanda 20 Yanvar faciəsinin 29-cu ildönümü qeyd olunur

19.01.2019

Abşeronda yanacaqdoldurma məntəqəsinə SİLAHLI BASQIN - VİDEO

19.01.2019

Bərdədə 20 Yanvar hadisələrinin qurbanları yad olunub

19.01.2019

Azərbaycan Respublikası Prezidentinin Fərmanı

19.01.2019

Şirvanda avtoqəzada yaralanmış sürücü xəstəxanada öldü 

19.01.2019

Elçin Əhmədov: Azərbaycan əleyhinə sifarişlə hazırlanmış bu cür “qətnamələr” gərəksiz kağız parçalarıdır

19.01.2019

Bakı Şəhər Baş Polis İdarəsi "Milli Şura"nın mitinqi ilə bağlı məlumat yayıb

19.01.2019

Zimbabve Prezidentinin Azərbaycana işgüzar səfəri başa çatdı

19.01.2019

Avropa İttifaqı Dağlıq Qarabağ münaqişəsinin nizama salınması üzrə danışıqların konkret nəticələrini səbirsizliklə gözləyir

19.01.2019

Nazirlik: 20 Yanvar əlillərinə birdəfəlik maddi yardım edilib

19.01.2019

Dünya Kubokunun iştirakçılarının adları açıqlanıb

19.01.2019

Prezident İlham Əliyev: "Bu, tarixi səfərdir"

19.01.2019

AFFA üç millini ləğv etdi

19.01.2019

Mnatsakanyan rəsmən xarici işlər naziri oldu

19.01.2019

Sabah bəzi avtobusların hərəkət trayektoriyası dəyişdiriləcək

19.01.2019

DİN rəsmisi: Nazirlik öz funksiyalarının icrasını davam etdirəcək

19.01.2019

Gecə Bakıda şaxta olacaq

19.01.2019

Gömrükdə Gürcüstan vətəndaşının avtomobilindən marixuana çıxdı

19.01.2019

Quba-Xınalıq yolu qardan tam təmizlənib

19.01.2019

Cinayət törətməkdə şübhəli bilinən 23 nəfər saxlanılıb

19.01.2019

Şamaxı təfərə yolu düşən sürücülərin DİQQƏTİNƏ! EHTİYYATLI OLUN! - VİDEO

19.01.2019

Balakən sakinlərinin qanunsuz saxladıqları silahlar götürülüb

19.01.2019

Naxçıvanda bir ildə 51 milyona yaxın kredit verilib

19.01.2019

Məmmədyarov Karlsenə məğlub oldu

19.01.2019

Cavid Nəcəfov  saxlanılıb

19.01.2019

Saxta əlillik alanlara ödənilən pul geri qaytarılacaq

19.01.2019

FETÖ-nün "alman ablası" Avropanı "Azərbaycanın qolları arasından" necə xilas edir? -Taleh Şahsuvarlı yazır

19.01.2019

ASAN mərkəzləri bir gün işləməyəcək