BAŞA DÜŞMƏDİ

09:19 / 17.05.2018

 

Keçənlərdə idarəmizə Yevropadan bir nəfər adam uçub gəlmişdi. Söhbət arasında dedi ki, bizim Yevropada böyük bir həyəcan və qorxu vardır. Dedim: – Səbəbi nədir? Dedi: – Səbəbi odur ki, Yevropaya çox həyəcanlı xəbərlər gəlir ki, müsəlmanlar böyük bir surətlə tərəqqi edirlər… Dedim:–Təəccübdür, bizim tərəqqimiz sizi qorxudurmu? Dedi: – Bilirsiniz, insaniyyət nöqteyi-nəzərincə çox şad eyləyir. Biz sevinirik ki, bizim növimiz yavaş-yavaş zillətdən qurtarır. Amma o biri tərəfdən, bilirsiniz, bu əyyam bir əsri – mubarizəyi-həyatiyyə əsridir. Yəni dirilik üçün dava eyləyir. Onun üçün biz istəməzdik ki, dirilik üçün dava edənlər bizim kimi elm quvvətilə güclü olsunlar. Məsələn, bu gün elm və mədəniyyət qüvvətilə yaraqlanmış olan İspaniya, Fars ərəblərlə dirilik üçün dava eyləyir. Onun üçün İspaniyanın firənglərə çox bərk acığı tutubdur. Deyir ki, axı sən nə üçün bu vəhşilərə mədəniyyət ucunu göstərib tüfəng atmaq öyrədin ki, onlar da bizə tüfəng atırlar. Bütün aləm də bunu boynuna alır ki, əgər Fas ərəbləri Yevropa mədəniyyətini öyrənsələr İspaniyanı beş- on gün içində darbadağın edib, əvvəlcə də mədəniyyət gücü ilə İspaniyanı öz mülkü etdiyi kimi, bu səfər də oyləcə edər. (Çünkü o zaman ki, Yevropa mədəniyyətdən məhrum idi ərəblər ən şəşəəli bir mədəniyyətə malik idilər, yəni bütün elm və fənnlər aralarında getdikcə tərəqqi edirdi! İspaniyanı ərəblər alıb islam dövlətinin bir vilayəti etmişdilər!.. Amma sonradan… əşi, allah mollalara insaf versin). Mən yevropalıya dedim ki, əzizim, bizi bağışlayın, sizin qorxunuz bizim tərəqqimizə mane ola bilməz. İstər sizin qorxudan ürəyiniz getsin biz genə tərəqqimizi əldən buraxmayacayıq. Dedi: – Bircə onu de görüm indiyə qədər çoxmu tərəqqi eyləyibsiniz?  Dedim: – Çox eləmişik! Dedi: – Olmazmı, öz tərəqqinizdən mənə nümunə göstə- rəsiniz? Dedim: – Olar, çıxaq bayıra! Bayıra çıxdıq, yevropalıya dedim tamaşa elə. Dedi: – Baxıram. —Gördünmü? —Nəyi? —Tərəqqini? —Hanı? Heç bir şey görmədim! —Bəs görmədinmi ki, buradan bir nəfər saqqalı mü- səlman keçdi ki, ayağına çəkmə geymişdi. Onun ayağına çəkmə geyməyi çox böyük tərəqqidir. Dedi: – Anlamıram nə deyirsən. Dedim: – Belə beş-altı il bundan irəli hər kəs ayağıma başmaqdan başqa özgə bir şey geysə idi, ona salam vermək əvəzində allah saxlasın demək lazım gəlirdi. Amma tərəqqimiz bu gün o dərəcəyə çatıbdır ki, çəkmənin başmaqdan rahat olduğunu hamımız boynumuza almışıq. Dedi: – Heç başa düşmürəm nə deyirsən? Bir az ora-bura göz gəzdirdim: Bax, bax, müsəlman arvadları faytona minibdirlər! Dedi: – Nə olsun? Dedim – Paho! Bir neçə il bundan irəli nəinki arvad, hətta kişi cürət edib faytona minsəydi həmandəm faytonun çərxləri bir tuqi-lənət olub onun boynuna keçərdi! Dedi: – Sözün doğrusu, heç qanmıram nə deyirsən? Dedim: – Bir ora bax, iki nəfər müsəlman bir-birinin yanından keçdi və heç bir şey olmadı. Dedi: – Nə olsun? Dedim: – Pa! Bir iki ay bundan irəli onlar bir-birinin yanından keçsə idilər, həmandəm atışıb bir-birini öldürmüşdülər. Halbuki indi, heç bir zad olmadı. Bundan artıq nə tərəqqi?  Dedi: – O sizin tərəqqi deyildir, Martınovun qorxusu-dur! Sən bircə mənə de görüm realnidə, gimnaziyada, universitetlərdə oxuyan uşaqlarınız çoxdurmu? Dedim: – Vallah onlar çox olardı, hərgah bir məsələ ümum müsəlmanların qabağını kəsməsə idi. Dedi: – Nə məsələdir? (Əyilib qulağıma dedi.) Hökumət qoymayır? Dedim: – Xeyr, onun bir sözu yoxdur, bu məsələ başqa məsələdir. Dedi: – Bir de görək nə məsələdir? Dedim: – Şalvar məsələsidir? —Necə şalvar? —Adam geyən şalvar! Dedi: – Canım, sən müəmma ilə danışırsan, açıq de görüm nə demək istəyirsən! Dedim: – Qoçaq, bundan açıq söz olmaz, işkola girən uşaqlar dar şalvar geyirlər və dar şalvar da bizlərdə çox pis şeydir. İndi həmin məsələ bizim qabağımızı kəsdiyinə görə işkolaya uşaq qoymaqa cürət eləmirik. Bu sözlərdən sonra əcnəbi əvvəlcə çox güldü, amma sonra bir qədər fikirə gedib birdən başladı uşaq kimi ağlamağa və ağlaya-ağlaya bu sözləri dedi: – Biz elm sayəsində havada quş kimi uçuruq, amma bunlar hələ şalvar məsələsinə məşquldurlar… (dedi və uçub getdi.)…

Üzeyir bəy Hacıbəyov


Etiket:

Strategiya.az

Xəbərlər
20.11.2018

ABŞ daha bir ölkəni "QARA SİYAHI"sına salır

20.11.2018

Çexiyada hökumətə etimadsızlıq votumu təyin edilib

20.11.2018

İrandan qayıdan Azərbaycan vətəndaşının ayaqqabısında narkotik vasitə aşkar edilib 

20.11.2018

Putin: Dünyada vəziyyət pisləşir

20.11.2018

Bakıda bu marşrutun fəaliyyəti dayandırılır

20.11.2018

Gürcüstandan gələn Azərbaycan vətəndaşında boş giliz və güllə aşkarlanıb

20.11.2018

“İçəridə ana və oğlu “bizi qurtarın” deyirdi” - Gəncədəki dəhşətli partlayışın ŞAHİDLƏRİ - VİDEO

20.11.2018

Dahi bəstəkar Üzeyir Hacıbəylinin xatirəsi yad olunacaq

20.11.2018

Moskvada MDB-yə üzv dövlətlərin təhlükəsizlik şuraları katiblərinin VI görüşü keçiriləcək

20.11.2018

Ötən gün yol qəzalarında 5 piyada dünyasını dəyişib

20.11.2018

Azərbaycan və Türkiyə Baş Qərargah rəislərinin görüşü keçirilib

20.11.2018

Prezident İlham Əliyev Rusiyanın Jurnalistlər İttifaqının sədrini qəbul edib

20.11.2018

Prezident İlham Əliyev: Azərbaycan və Türkiyə arasında hərbi sahədə əməkdaşlığın genişlənməsində birgə hərbi təlimlər böyük önəm daşıyır

20.11.2018

Bakı metrosunda qadınlara qarşı soyğunçuluq və oğurluq - İki nəfər tutuldu

20.11.2018

Bugünkü hərracda manatın ortaçəkili məzənnəsi 1,7000 səviyyəsində formalaşıb

20.11.2018

XƏBƏRDARLIQ! 

20.11.2018

Sabahın hava proqnozu açıqlanıb

20.11.2018

Bakıda kanalizasiyadan heyvan başları çıxarıldı - VİDEO

20.11.2018

Bank hesabından oğurluq etməkdə şübhəli bilinən şəxs saxlanılıb

20.11.2018

Bakıda Kənar dairəvi yolda qəza baş verib

20.11.2018

“Nə varsa, götürürdüm” - 20 yaşlı oğrunun gecə 2-dən sonrakı “məharət”i - VİDEO

20.11.2018

Yumşaq ifadələr, incə deyimlər, başqa sözlə, nüktələr...

20.11.2018

Fövqəladə hallar naziri Gəncədə qəza baş vermiş əraziyə gəlib

20.11.2018

İrandan Azərbaycana narkotik keçirilməsinin qarşısı alınıb

20.11.2018

KTMT-nin Ermənistan problemi: Azərbaycan-Belarus əməkdaşlığına rəsmi İrəvanın qısqanclığı

20.11.2018

Xızıda “KamAZ”la minik avtomobilinin toqquşması nəticəsində 2 nəfər ölüb, 2 nəfər yaralanıb

20.11.2018

Birjalarda neftin qiyməti

20.11.2018

Bakı Beynəlxalq Dəniz Ticarət Limanı açıq müsabiqə elan edir

20.11.2018

Azərbaycan nefti ucuzlaşıb

20.11.2018

Gəncədə partlayışda ölən və xəsarət alan şəxslərin adları açıqlandı

20.11.2018

Axtarışda olan 35 nəfər saxlanılıb

20.11.2018

Millimiz həlledici oyuna çıxır 

20.11.2018

Zakir Həsənov Türkiyə və Gürcüstan SQ Baş Qərargah rəisləri ilə üçtərəfli görüş keçirəcək

20.11.2018

Noyabrın 20-də xarici valyutaların manata qarşı məzənnələri

20.11.2018

Atəşkəs 30 dəfə pozulub

20.11.2018

“Mehdi Hüseynzadə xalqın igid oğludur”

20.11.2018

Yasamal rayonunun oxucuları “SEHİRLİ DÜNYA”nın qonağı oldular

20.11.2018

“Dialoqa sadiqlik: Qarşısıalınma və davamlı sülh naminə əməkdaşlıq

20.11.2018

Qarakənd faciəsindən 27 il ötür

20.11.2018

Bakıda 74 yol kəsişməsində sarı tor çəkiləcək

20.11.2018

Qaradağda yük maşını ilə minik maşını toqquşub

20.11.2018

UEFA Millətlər Liqası: Altıncı turda doqquz qarşılaşma keçirilib

20.11.2018

Gəncədə yaşayış binasında partlayış baş verib

20.11.2018

Bakıda liftdə bədbəxt hadisə

20.11.2018

Bertrand Sorre: Fransa “Dağlıq Qarabağ hökumətini” tanımır

19.11.2018

Rüşvətdə təqsirləndirilən müdir: Aldığım pulu axşam məndən götürürdülər

19.11.2018

II Qareginin ofisinə hücum çəkdilər - Ermənistanda ara qarışdı - VİDEO

19.11.2018

Moskvada Nəsiminin büstünün təntənəli açılış mərasimi olub

19.11.2018

Prezident İlham Əliyevin bəyanatı

19.11.2018

Lukaşenko: "Belarus və Azərbaycan həmişə etibarlı və strateji tərəfdaş olaraq qalacaqlar."