MÜSLÜMÜN -GÜL CAMALLI BADİGÜLCAMALI

08:19 / 29.05.2018

 

Badigülcamal. Bu nə ad? Görən kim qoymuşdu bu adı ona? Gül camalına, sərv boyuna, ala gözlərinə, şux qamətinə necə də yaraşırdı bu ad. Elə bu gül camallı Məcnun etməmişdimi 18 yaşlı Müslümü?..
“Bu sevda baş tutmaz. Mən səndən dörd yaş böyüyəm. Özü də ərdə olmuşam” –deyə Badigülcamal ilk dəfə Müslümə yox cavabı versə də, gözü-könlü hələ də onda idi. Elə Müslümün məhəbbəti qəlbində onu başqasına ərə verdilər.
Taleyinmi qisməti idi, ya Badigülcamalın gecələr xəlvətcə xısın-xısın tökdüyü göz yaşlarınınmı?. O, cəmi bir neçə ayın gəlini oldu. Əri vəfat edən Badigülcamal qara libasda ata evinə döndü…
Müslümsə hələ də qəlbində bu sevdanı yaşadır və bir gün ona qovuşmaq arzusu ilə yaşayırdı.
***
Badigülcamal Tiflisdə məşhur Terequ1ovların ailəsində döğulub, boya-başa catmışdı. “Rus-tatar” məktəbindən sonra Birinci Qızlar Seminariyasında oxuyan Badigülcamal seminariyada təkcə yaxşı oxumağı ilə deyil, gözəlliyi ilə də çoxlarının diqqətini cəlb etmişdir. Mehriban, şən, hazırcavab olan Badigülcamal qardaşı Əlinin seminariya yoldaşlarının da sevimlisi idi.
…1904-cü ilin əvvəlləri. Müslüm Maqomayev əziz dostu Üzeyr Hacıbəyovla bir necə aydan sonra Seminariyanı bitirəcək. Çoxları buna sevinsə də nə Müslüm, nə də Üzeyir bəy sevinmirdi. Çünki hər ikisinin ilk sevdası burada Tiflisdə idi. Sevdiyindən ayrılmaq hər ikisi üçün çox cətin idi. Amma getməli idilər. Seminariyanın qayda-qanunu belə idi, hara göndərsəydi orada da işləməli idilər.
5 avqust 1904-cü ildə Qafqaz Tədris İdarəsindən Müslümə belə bir məktub gəlir ki: “Müəllim Əbdül Müslüm Maqomayev- Siz 1904-cü il sentyabrın 1-dən Bekovic kəndindəki Prixod məktəbinə müəllim təyin edilirsiniz”.
Müslüm bunu istəməsə də Bekovic də çox könülsüz fəaliyyətə başlayır. Bir il burada cətinliklə qalan Müslüm ərizə yazıb Azərbaycana köçürülməsini xahiş edir. Xoşbəxtlikdən onu Lənkərana üç sinifli məktəbə müəllim təyin edirlər. 1905-ci ilin sentyabrından burada müəllimliyə başlayan Müslüm yenə də rahatlığını tapmırki-tapmır. Sevgi dolu ürəyi, duyğuları, düşüncələri, ilhamı qalır Tiflisdə-Badigülcamalın yanında. Bir müddət cavabsız qalan mətublarına sonda cavab gəlir. Çox xəsisliklə yazılan məktub cəmi iki-üç cümlədən ibarətdir. “Aldım məktubunuzu. Sağ olun. Tiflisdə havalar pis keçmir. Vaxtınız olnada yazın”. Bu son cümlə Müslümü ruhlandırdı, qanadlandırdı, qəlbində qəribə bir inam yaratdı. Yenə Tiflisə məktub yağışı başladı. Sonra isə Müslüm “qanadlanıb uçur” Tiflisə doğru. “Görünür dünyada talelərin cazibəsi deyilən bir sehr var imiş”.
***
1906-cı ilin 4 avqustu.Tiflisdə sünni məscidində Qroznı şəhərinin sakini Əbdül Müslüm Maqomed oğlu Maqomayevlə tiflisli Badigülcamal Həsən qızının qanuni nigaha girən günü. XOŞBƏXT bir ailənin təməl daşının qoyulduğu gün. 31 il qoşa ömür sürməyi qismət edəcək gün. Sonra amansız ölüm Müslümü canı qədər sevdiyi Badigülcamalından alaraq, onu 25 il Müslümsüz qoyacaq…
İndi isə onların xoşbəxt günləridir. Müslüm musiqi ilə daha mükəmməl məşğul olmaq üçün Bakıya can atır. Bunun üçün üz tutur Qafqaz Tədris İdarəsinə. “Bu şəhadətnamə verilir Rusiya İmperiyasının təəbəsi Əbdül Müslüm Maqomayevə. O, Bakı şəhər gimnaziyasında evdə dərs deyəcək müəllim kimi yoxlanılmış, yazı və çoğrafiyadan şifahi imtahanlarda yaxşı bilik göstərmişdi. Buna görə də Əbdül Müslüm Maqomayevə yalnız öz həmdinlərinin evlərində coğrafiya dərsi demək şərti ilə ev müəllimi rütbəsi götürməyə icazə verilir.
Tiflis, 24 iyun 1909-cu il”.
Beləliklə, 1911-ci ildə Müslüm ailəsilə birlikdə köçür Bakıya. Bakıda Sabunçuda “Səadət” məktəbində işləyən Müslümü cəmi bir il sonra “Nicat” cəmiyyəti Türk operasına dirijor dəvət edir. Bir necə il kecir qəzetlər, jurnallar Müslümdən yazır, teatrlarda operaları bir-birini əvəz edir…
Tale ikinci dəfə Badigülcamalın üzünə gülmüşdü. Müslümlə, övladları Cəmaləddin və Maqo¬med¬-lə çox xoşbəxt idi. Müslümün evcanlılığı, ailəyə bağlılığı ona daha xoş gəlirdi. İşləri nə qədər çox olsa da Badigülcamala, uşaqlara qayğısını, diqqətini hər an büruzə verirdi, onların ən kicik istəyini yerinə yetirməyə can atırdı. Axı indi Müslüm çox hörmətli, məşhur bir adam idi. Hər yerdə hamı onu hörmətlə, izzətlə qarşılayırdı. Bütün bunlar Badigülcamalın icində bir rahatlıq yaradırdı.
***
…18 sentyabr həm Müslümün, həm də Üzeyir bəyin doğum günü. Badigülcamal bu günü gözəl qeyd etmək üçün az qala bir ay əvvəl hazırlıqlara başlardı. Bu ziyafət əvvəl böyük bacanaq Müslümgildə, sonra isə Üzeyir bəyin evində davam edərdi. Necə xoşbəxt günlər idi. Badigülcamal pərvanə kimi frlanardı Müslümün başına, hər bir istəyini həmən yerinə yetirərdi…
1937-ci ilin dəhşətli bir yay günü. Ağır və uzun sürən xəstəlik VƏRƏM böyük bəstəkar, sevimli ömür-gün yoldaşı, mehriban ata -Müslümü əbədi olaraq gülcamallı sevgilisindən, əziz övladlarından, mehriban qohumlarından, dostlarından ayırdı.
1903-cü ildə 18 yaşında Müslüm Badigülcamala yazdığı məktubun sonunda belə bir cümlə yazıb: “Əzizim, bağışlayın ki, qala bilmədim”. Onda Badigülcamal hələ Maqomayeva deyildi- Terequlova idi. Onda Müslümün Badigülcamalın yanında qala bilməməsi onu bu qədər yandırıb-yaxmamışdı. İndi isə Badigülcamal üçün həyat donmuşdu. Çünki, o, hər şeyini, sevgi dolu xoş günlərini, gönül dünyasını itirmişdi!//www.jurnalistika.info

Qərənfil Dünyamin qızı


Etiket:

Strategiya.az

Xəbərlər
21.03.2019

Qaradağda 2 otaqlı evdə yanğın olub

21.03.2019

Ukraynaya AĞIR ZƏRBƏ: Rusiya tarixi açıqladı

21.03.2019

Quba-Xınalıq yolu qar uçqunları səbəbindən bağlanıb

21.03.2019

SON DƏQİQƏ: Türkiyədə daha bir zəlzələ

21.03.2019

AÇ-2020-nin seçmə mərhələsi başlayır

21.03.2019

Birinci vitse-prezident Mehriban Əliyeva Dariqa Nazarbayevanı təbrik edib

21.03.2019

Əfqanıstanda Novruz şənliyində partlayış baş verib, ölənlər var

21.03.2019

Corc Mayklın sənət kolleksiyası 10 milyon avroya satılıb

21.03.2019

İnsan kapitalının iqtisadi səmərəliliyinin yaxşılaşdırılması

21.03.2019

Azərbaycanın daha 2 idmançısı dopingə görə cəzalandırıldı

21.03.2019

Ermənistan silahlıları atəşkəs rejimini 30 dəfə pozub

21.03.2019

Bakıda sərnişin avtobusu yanıb

21.03.2019

Xorvatiyanın ən yaxşı futbolçusu seçilib

21.03.2019

“Avro 2020”: Bu gün Azərbaycan millisi ilk oyununa çıxacaq

21.03.2019

“BÖYÜK QAFQAZ SƏDDİ”NİN TARİXİ VƏ KATEX ABİDƏLƏRİ

21.03.2019

31 yaşlı Lənkəran sakininin faciəvi ölümü

21.03.2019

Benzin alarkən diqqətli olun! - VİDEO

21.03.2019

Qazaxıstan vilayətlərində mərkəzi küçələrə Nursultan Nazarbayevin adı verilib

21.03.2019

Daha bir canavar hücumu - VİDEO

21.03.2019

Xəzərdə birmərtəbəli evdə yanğın baş verib

21.03.2019

Elmar Məmmədyarov: Ermənistanın hərbi işğalına son qoyulacağı təqdirdə, Azərbaycan Cənub-Cənub əməkdaşlığına daha fəal töhfə verə biləcək

21.03.2019

Azərbaycan-Litva oyununun hakimləri müəyyənləşib

21.03.2019

Azərbaycanda dövlət hesabına dərmanla təmin edilən xəstələrin sayı açıqlanıb

20.03.2019

Dariqa Nazarbayeva Qazaxıstan parlamenti Senatının sədri seçilib

20.03.2019

Azərbaycan hərbçiləri Pakistanda paradda iştirak edəcəklər

20.03.2019

"Karyeramı "Portu"da bitirəcəyəm" - Kasilyas

20.03.2019

Sabah hava dəyişkən buludlu olacaq

20.03.2019

Türkiyədə çox sayda PKK mənsubu həbs olunub

20.03.2019

Kasım-Jomart Tokayev and içərək Qazaxıstan prezidenti vəzifəsinin icrasına başlayıb

20.03.2019

Ana və azyaşlı qızını vurub hadisə yerindən qaçan sürücü ələ keçdi

20.03.2019

Prezident İlham Əliyevin Novruz bayramı münasibətilə Azərbaycan xalqına təbriki

20.03.2019

"Nargilə dairəsi"nə avtomobillərin girişi azalacaq

20.03.2019

Əhalinin banklardakı pulları 8 milyard manatı keçib

20.03.2019

TÜRKİYƏ-İSRAİL ARASINDA İQTİSADİ-TİCARƏT SAHƏSİNDƏ ƏMƏKDAŞLIQ VƏ ONUN ƏSAS İSTİQAMƏTLƏRİ

20.03.2019

Ermənistan silahlıları atəşkəs rejimini 29 dəfə pozub

20.03.2019

BMT-nin Əhali Fondu: Dünyada urbanizasiya prosesi artan xətlə davam edir

20.03.2019

Nəsimi rayonunda kafedə yanğın: 12 nəfər təxliyə olunub

20.03.2019

"Bavariya"dan 23 yaşlı futbolçu üçün 80 milyon avro

20.03.2019

"Dövlət büdcəsinin tərtibi və icrası Qaydaları"nda dəyişiklik edilib

20.03.2019

DÖVLƏTİN İNNOVASİYA SİYASƏTİ VƏ İNNNOVASİYA PROSESLƏRİNİN FORMALAŞMASINA STRATEJİ YANAŞMALAR

20.03.2019

İqtisadiyyat Nazirliyinin strukturuna daxil olmayan tabeliyindəki qurumların sayı artıb

20.03.2019

UNESCO-nun mənzil-qərargahında Novruz bayramı qeyd olunub

20.03.2019

Yeni Zelandiyada hər kəs məsciddə terrorçunun qarşısını kəsən Əbdül Əzizin qəhrəmanlığından danışır

20.03.2019

Yaponiyada yeni İmperatorun taxta çıxması mərasiminə 195 ölkədən nümayəndələr dəvət ediləcək

20.03.2019

Rezidentura təhsilində ixtisasların sayı artırılıb, bəzilərinin adı dəyişdirilib

20.03.2019

Ərdoğan: Yeni Zelandiyada terror aktlarının təşkilatçıları və İŞİD arasında fərq yoxdur

20.03.2019

Dani Alveş PSJ-də qalır

20.03.2019

Azərbaycanda Novruz bayramı qeyd edilir

20.03.2019

Tehran aeroportunda təyyarədə baş verən yanğınla əlaqədar sərnişinlər təxliyə edilib

20.03.2019

AÇ-2020-nin seçmə mərhələsinin topu təqdim olundu