İlham Əliyev: uğurlu liderə tam etimad!

08:42 / 09.04.2018

Azərbaycan növbəti prezident seçkisi ərəfəsindədir. Namizədlər çoxdur. Konstitusiya hər bir Azərbaycan vətəndaşına ölkəyə başçılıq etmək iddiasında olmaq hüququ verir. Lakin onların sırasında yeganə real namizəd vardır – İlham Əliyev! Azərbaycanın hazırkı Prezidenti dövlətə rəhbərlik etdiyi 15 ildə çox böyük uğurlar əldə edib. Bütün sahələr üzrə inkişaf müşahidə edilir. Müstəqil dövlət quruculuğu kursu uğurla aparılmaqdadır. Azərbaycanda indi güclü dövlət və güclü cəmiyyət quruculuğu bir-biri ilə harmoniyada həyata keçirilir. Bunu təsdiq edən faktlar kifayət qədərdir. Bunlarla yanaşı, İlham Əliyev bir siyasətçi kimi yeni əməkdaşlıq formatlarının təşəbbüskarı olaraq dünyada nüfuz qazanıb. İndi Azərbaycan rəhbərinin təşəbbüsü ilə üçtərəfli və dördtərəfli əməkdaşlıq formatları reallaşdırılır. Bu, həm regional, həm də qlobal miqyasda dövlətlər arasında əlaqələrin inkişafı və təhlükəsizliyin təmini üçün son dərəcə səmərəli bir addım kimi qəbul edilir. İlham Əliyevin fəaliyyətinə sistemli yanaşdıqda, meydana bir sıra aktual faktorlar çıxır ki, onların üzərində geniş dayanmağa ehtiyac duyuruq.

Dövlət quruculuğu kursu: Ulu Öndərdən sonra

Müstəqil və demokratik dövlət quruculuğu mürəkkəb prosesdir. Böyük dövlətlərin geosiyasi maraqlarının kəsişdiyi məkanda yerləşən ölkələr üçün isə bu, ikiqat çətin işdir. Tarix dəfələrlə bunu təsdiq edib. O cümlədən Cənubi Qafqazda yerləşən ölkələrin müstəqil dövlət kimi formalaşması yolunda meydana çıxan ziddiyyətli məsələlər haqqında kifayət qədər yazılıb. Keçən əsrin əvvəllərində müsəlman Şərqində ilk dəfə olaraq demokratik respublika Azərbaycanda yarandı. O zaman digər heç bir müsəlman ölkəsi bu dövlətçilik zirvəsinə yüksələ bilməmişdi. Ancaq bu dövləti uzun müddət yaşatmaq mümkün olmadı – sovetlər işğal etdi.

Deməli, müstəqilliyi bəyan etmək hələ müstəqil olmaq demək deyil. Bütün maneələri dəf edərək milli və suveren dövlət qurmaq xüsusi bacarıq tələb edir. Müasir mərhələdə belə bu məsələ aktuallığını itirməyib. Deyək ki, bir sıra erməni mütəxəssisləri Ermənistanın müstəqil dövlət kimi formalaşdığına böyük şübhə ilə yanaşırlar. Erməni rəhbərliyinin kənardan tam asılı siyasət yeritməsi onu vassala çevirib. Ermənistanın beynəlxalq aləmdə nüfuzu yoxdur. İndi o, müstəqil dövlət yox, öz havadarlarının himayəsinə sığınan forpost ölkədir.

Azərbaycan dövlətçiliyi isə tamamilə başqa müstəvidə bərqərar olub. Ulu Öndər Heydər Əliyev xalq tərəfindən yenidən hakimiyyətə gətiriləndən sonra Azərbaycan mütəmadi olaraq uğurlar qazanır. Müstəqil dövlətçiliyin müdrik memarı dövlət quruculuğunun bütün incəliklərini işləyib. Onun Azərbaycan üçün ən böyük xidmətlərindən biri də siyasi varisliyi təmin etməsi olub. 2003-cü ildən Azərbaycana rəhbərlik edən İlham Əliyev yüksək səviyyədə dövlətçiliyin qoruyucusu və inkişafetdiricisi olduğunu əməlləri ilə sübut edir. Azərbaycan xalqı da daim öz liderinə dəstək verib, ona inanıb və liderinin arxasınca gedib.

Artıq 2018-ci ildir. İlham Əliyev ölkəyə rəhbərlik etdiyi müddətdə sistemli, ardıcıl, düşünülmüş və konkret hədəfləri olan fəaliyyəti ilə şəksiz lider olduğunu tam sübuta yetirib. Bu ildə xalqın İlham Əliyevə etimad edəcəyinə qətiyyən şübhə yoxdur. Yeri gəlmişkən, keçirilən rəy sorğuları da bunu təsdiq edir. Amerika Birləşmiş Ştatlarının "AJF&Associates Inc." təşkilatının və Vətəndaşların Əmək Hüquqlarını Müdafiə Liqasının, Fransanın "OpinionWay" Sosioloji Tədqiqatlar İnstitutunun və "Vətəndaş Cəmiyyəti Uğrunda" Müstəqil Məsləhət və Yardım Mərkəzinin keçirdikləri rəy sorğularının nəticələrinə görə, respondentlərin müvafiq olaraq 82,9 və 83,4 faizi İlham Əliyevin namizədliyinə səs verəcəyini bildirib.

Fikir verin, bu sosioloji tədqiqat mərkəzləri Qərbin ən demokratik sayılan iki ölkəsini – ABŞ və Fransanı təmsil edirlər. Yəni, onların tədqiqatlarının obyektivliyinə və demokratikliyinə qətiyyən şübhə ola bilməz. Əgər bu sorğularda İlham Əliyev 83-84 faiz arasında səs toplayırsa, bu, bütövlükdə cəmiyyətin onu dəstəkləməsi anlamına gəlir. Siyasi nüfuz baxımından İlham Əliyevin faktiki olaraq alternativi yoxdur.

Bolqarıstanın Azad və Demokratik Seçkilər Uğrunda Vətəndaş Təşəbbüsü (GİSDİ) təşkilatı isə aralıq hesabatında bəyan edib ki, Azərbaycanda seçkiqabağı şərait və qanunverici baza ədalətlidir. Bu, demokratik seçkilərin keçirilməsini təmin edir. Bundan başqa, "ELS-Müstəqil Araşdırmalar Mərkəzi" İctimai Birliyinin keçirdiyi sorğuda rəyi soruşulanların 84,1 faizi İlham Əliyevə üstünlük verib.

Təbii ki, bütün bunlar təsadüfi deyil. İlham Əliyev ölkəyə rəhbərlik etdiyi müddətdə daxili və xarici siyasəti elə bir dinamikada və səmərəli müstəvidə inkişaf etdirib ki, əldə olunan nəticələri qısa təhlil etsək belə Prezidentin xidmətləri aydın görünər. Bütövlükdə baxdıqda, son 15 ildə modernləşmə Azərbaycanın inkişafının fərqləndirici özəlliyinə çevrilib. Azərbaycanda çox əlverişli investisiya mühiti yaradılıb. Xarici şirkətlər çəkinmədən buraya sərmayə yatırırlar. Bu proses o dərəcədə yüksək tempdədir ki, Gürcüstan və Ermənistana yatırılan ümumi sərmayədən belə dəfələrlə çoxdur. Azərbaycan dünyada etibarlı investorlardan biridir. Ölkə iqtisadiyyatına son 15 ildə qoyulan sərmayənin həcmi 231 milyard ABŞ dollarıdır! İndi Azərbaycanın valyuta ehtiyatları 44 milyard ABŞ dolları miqdarındadır. Bu rəqəm 2003-cü ildə 1,8 milyard dollar idi. Dövlət büdcəsi hazırda 20 milyard manatı təşkil edir. 2003-cü ildə isə, büdcədə 6 milyard manat vardı.

İlham Əliyev ölkə infrastrukturunun köklü islahatlarına böyük diqqət yetirib. Budur, 12 min 300 kilometr uzunluğunda müasir yol inşa olunub. İndi ölkənin bütün bölgələrinə uzanan rahat və geniş asfalt yollar vardır. 443 körpü və yolqovşağı salınıb. Qazlaşdırma 93 faizə çatdırılıb. Əhalinin içməli su ilə təminatı 67 faizə yüksəlib. Son 14 ildə ölkə iqtisadiyyatı 3,2 dəfə, qeyri-neft sektoru 2,8 dəfə, qeyri-neft ixracı isə 4,1 dəfə artıb. Ölkədə 7 beynəlxalq hava limanı yenidən qurulub. 30 elektrik stansiyası inşa olunub. 4 su anbarı – Taxtakörpü, Şəmkirçay, Göytəpə, Tovuzçay su anbarları tikilərək istifadəyə verilib. Sahibkarlara diqqət həmişə yüksək olub. Onlara 2 milyard manatdan çox güzəştli şərtlərlə kreditlər verilib.

Prezidentin Azərbaycanda apardığı sistemli sosial siyasət də öz bəhrələrini verib. Keçən müddətdə yoxsulluq 50 faizdən 5 faizə enib. Açılan iş yerlərinin sayı isə 1 milyon 900 mindir. Pensiyalar 8 dəfə artırılıb və bu proses davam edir. Əmək haqlarının artımı orta hesabla 5 dəfə təşkil edir. Ölkə rəhbərliyi sosial-mədəni inkişafa böyük qayğı göstərib, o cümlədən təhsil müəssislərinin tikintisi və əsaslı təmirinə xüsusi diqqət yetirib. Belə ki, son 15 ildə 3100 məktəb tikilib və əsaslı təmir edilib. Səhiyyəyə göstərilən xüsusi diqqət nəticəsində 642 xəstəxana qurularaq istifadəyə verilib.

Əhalinin sağlamlığı məsələsi ən çox qayğı göstərilən sferalardandır. Gənclərin fiziki sağlamlığı Prezidentin xüsusi diqqət mərkəzindədir. Bu bağlılıqda son 15 ildə 43 idman kompleksinin yaradılması yüksək nəticədir.

İlham Əliyev öz yurdlarından məcburi köçürülmüş insanları heç zaman unutmayıb. Onlar üçün 92 yaşayış kompleksi tikilib, 245 məcburi köçkün müasir mənzillərlə təmin edilib. İndi Azərbaycan uğurlu sosial dövlət adlandırıla bilər.

Bütün bunlar ilk növbədə ölkə əhalisinin rifahı üçündür. Vətəndaşlar öz Prezidentlərindən razıdır və onun həyata keçirdiyi siyasətə tam dəstək verirlər. Daxildə İlham Əliyevin qazandığı bu yüksək etimad həm də beynəlxalq aləmdə ölkənin nüfuzunun yüksəlməsi fonunda böyük əhəmiyyət kəsb edir. Bu baxımdan Azərbaycanda sosial-iqtisadi inkişafa beynəlxalq təşkilatlar tərəfindən verilən qiymətlər də maraqlıdır.

Hazırda ölkə "Qlobal Rəqabətlilik Hesabatı"nda 35-ci yeri tutur. "Doing Business 2018" hesabatında 57-ci yerdə göstərilib. Azərbaycan Avropa və Mərkəzi Asiya regionu üzrə ən islahatçı 3 ölkədən biridir. Ölkəmiz vacib qiymətləndirmə olan və faktiki olaraq iqtidarın legitimliyinə aid edilən "Siyasətçilərə ictimai etimad" kateqoriyasında 20-ci pillədə bərqərar olub. Dünyanın nüfuzlu nəşrləri Azərbaycan haqqında yüksək qiymət verilən yazılar dərc edib. Onlarda Azərbaycan "Şərqin İsveçrəsi", Bakı isə "Şərqin Parisi" adlandırılıb.

Xalq və dövlət naminə: bütün istiqamətlərdə uğurlar

Başqa misallar da göstərə bilərik. Onların sayı çoxdur. Lakin yuxarıda vurğulanan rəqəmlər və göstəricilər də ümumi mənzərəni əks etdirmək üçün yetərlidir. Əsas məqam odur ki, İlham Əliyevin dövlət başçısı və siyasi lider kimi daxili siyasətdə həyata keçirdiyi proqramlar yüksək səmərə verib və verməkdədir. Total miqyasda aparılan modernləşmə insanların həyatının bütün sferalarını əhatə edib. Azərbaycan vətəndaşlarının rifah halı durmadan yaxşılaşıb.

Daxili siyasətdə ictimai mühitin sabitliyi ayrıca yer tutub. Bunu mütəxəssislər də yüksək qiymətləndirirlər. Çünki sabitlik və sülh olmayan cəmiyyətdə inkişaf paradiqmasına yer yoxdur. Belə cəmiyyətlər adətən daxili ziddiyyətlərin girdabında boğulur, ixtilafların girovuna çevrilirlər. Azərbaycanda isə elə bir mühit yaradılıb ki, Prezidentin ifadə etdiyi kimi, heç bir daxili təhlükə mövcud deyil. Buna nail olmaqda, şübhəsiz, sosial-iqtisadi islahatların ayrıca rolu vardır. Bunlarla yanaşı, Azərbaycanda multikulturalizmin dövlət siyasəti səviyyəsinə yüksəldilməsi son dərəcə vacib məqamı təşkil edir.

Multikulturalizmin önəmi şübhə doğurmur. Müasir cəmiyyətlərdə çoxsaylı millətlər, xalqlar və etnik qruplar yanaşı yaşamalıdırlar. Onların birgə yaşamaları üçün lazımi mühit formalaşdırılmalıdır. Azərbaycan bu sahədə dünya üçün nümunə ola biləcək model ortaya qoyub. Tanınmış siyasətçilər dəfələrlə bunu vurğulayıblar. İndi ölkədə bütün insanlar eyni hüquqlara sahibdir, şəxsiyyətin formalaşması üçün tam şərait yaradılıb. Fərqli dinlərə mənsub olan insanlar dinc surətdə yanaşı yaşayır, Azərbaycan naminə çalışırlar. Bu şəraiti məhz İlham Əliyev yaradıb. Özü də fərqli din və mədəniyyət sahiblərinin qarşılıqlı etimad əsasında dinc yaşaması kursu yalnız daxili siyasətlə məhdudlaşmayıb.

Azərbaycanda hər bir vətəndaşın hüquq və azadlığı qanunun aliliyi prinsipi üzrə təmin edilir. Prezident İlham Əliyevin Sərəncamı ilə 2006-cı il dekabrın 28-də "İnsan hüquqlarının müdafiəsi üzrə Milli Fəaliyyət Planı" təsdiq edilib. Bu, insan hüquqlarının təmin edilməsi prosesinin keyfiyyətcə yeni müstəviyə keçməsi istiqamətində atılmış ciddi addım idi. Prezident İlham Əliyevin 18 iyun 2007-ci il tarixli Sərəncamına əsasən, 18 iyun Azərbaycanda "İnsan hüquqları günü" elan edilib. 2011-ci il dekabrın 27-də Prezident İlham Əliyevin təsdiq etdiyi yeni proqram isə insan hüquq və azadlıqlarının müdafiəsinin səmərəliliyinin artırılmasına yönəlib.

Biz buradan daxili siyasətdən xarici siyasətə maraqlı bir keçid etmək imkanı əldə edirik. Doğrudan da, İlham Əliyev sivilizasiyalar, mədəniyyətlər və dinlər arasında dialoqun reallaşması üçün böyük işlər görüb. Məhz Azərbaycan Prezidentinin təşəbbüsü ilə Bakıda müxtəlif mötəbər tədbirlər təşkil edilib. Tarixə "Bakı prosesi" adı ilə daxil olmuş tədbirlər silsiləsində dünyanın çoxlu sayda ölkəsini təmsil edən insanlar sivilizasiyalar, mədəniyyətlər və dinlər arasında dialoq imkanlarını müzakirə edirlər. Artıq Qlobal Bakı Forumu və Humanitar Forum adı ilə həyata keçirilən silsilə tədbirlər dünyada nüfuz qazanıb. Bu tədbirlərin hər birinin təşəbbüskarı İlham Əliyevdir.

Bunlar onu göstərir ki, İlham Əliyev daxili və xarici siyasəti mahiyyət və məzmunca tam uyğunlaşdırmağı bacarır. O, ardıcıl, düşünülmüş və strateji aspektdə üst-üstə düşən prinsiplər əsasında siyasət həyata keçirir. Daxili siyasətin prioritetləri ilə xarici siyasətin prioritetləri bu məqamda bir-birlərini tamamlayır.

Son 15 ildə xarici siyasətin bütün istiqamətləri üzrə Azərbaycan diplomatiyası böyük uğurlar əldə edib. Bu məsələyə iki səviyyədə baxmaq olar. Birincisi, Azərbaycan diplomatiyası ölkənin ərazi bütövlüyünün bərpa edilməsinə xidmət edən böyük işlər görüb. Beynəlxalq təşkilatlarda bununla bağlı 2003-cü ildən bu yana əhəmiyyətli addımlar atılıb. İndi həmin təşkilatların qəbul etdikləri sənədlərdə Azərbaycanın ərazi bütövlüyünün təmini məsələsi birmənalı olaraq qoyulur. BMT, ATƏT, Avropa Şurası, Avropa İttifaqı, İslam Əməkdaşlıq Təşkilatı, Qoşulmama Hərəkatı və başqa qurumlar Ermənistanın işğalçı olduğunu təsdiqləyir və Azərbaycan ərazisindən çıxmağı tələb edirlər.

Azərbaycana qarşı ikili standartlar siyasətinin yeridildiyini nəzərə alsaq, buna nail olmaq üçün İlham Əliyevin necə böyük zəhmət sərf etdiyini qəbul etməliyik. İndi də Azərbaycanın ərazi bütövlüyünün bərpası xarici siyasətin çox mühüm aspektini təşkil edir. Məlum Aprel döyüşləri də göstərdi ki, təcavüzkar Ermənistanın manevr imkanları minimuma enib. Azərbaycan həm diplomatiya, həm də hərbi sahədə düşməni diz çökdürməyə tam qadirdir. Bu, məhz İlham Əliyevin birbaşa xidmətidir.

İkincisi, Azərbaycan əməkdaşlıq formatlarının təşəbbüskarı kimi həm əməkdaşlıq, həm də təhlükəsizliyin təmini üzrə dünya siyasətində mövqeyini daha da gücləndirməkdədir. Onun təsdiqlərindən biri ölkəmizin BMT TŞ-yə üzv seçilməsi oldu. İlham Əliyev haqlı olaraq bu hadisəni böyük və tarixi diplomatik uğur adlandırıb. Özü də bu qələbə bir neçə ölkə ilə rəqabətdə əldə edilib. Digər mühüm addım enerji layihələrinin reallaşdırılması istiqamətində atılıb. TAP, TANAP, "Cənub Qaz Dəhlizi" kimi proyektlər regional və qlobal enerji təhlükəsizliyində ciddi rol oynayır. Bununla bağlı ABŞ və Aİ-nin yüksək səviyyəli rəsmi şəxsləri dəfələrlə öz fikirlərini ifadə ediblər.

Yeni təşəbbüslər: növbəti mərhələyə doğru

Bu kontekstdə nəqliyyat layihələrinin əhəmiyyətini ayrıca vurğulamaq gərəkdir. "Şimal-Cənub", "Şərq-Qərb" və "Cənub-Qərb" nəqliyyat dəhlizləri böyük bir geosiyasi məkanın xəritəsini dəyişmək qüdrətindədir. Bu nəqliyyat marşrutları Uzaq Şərqlə Avropa və Afrikanı birləşdirir. Özü də həmin layihələrdə 10-larla dövlət iştirak edir. İlham Əliyevin güclü siyasəti nəticəsində Azərbaycan hər üç istiqamətdə nəqliyyat və geosiyasi qovşaq rolunu oynamaq statusu qazanıb. Bu baxımdan Çinin təşəbbüsü ilə həyata keçirilən "Bir qurşaq, bir yol" layihəsində Azərbaycanın yeri və rolu xüsusidir.

Enerji və nəqliyyat layihələri bir yerdə qlobal enerji və nəqliyyat təhlükəsizliyinin təminində prinsipial rol oynayır. Bunun əhəmiyyətini bütün dünya dərindən anlamağa başlayıb. Həmin bağlılıqda Azərbaycan Prezidentinin təklif etdiyi üçtərəfli və dördtərəfli əməkdaşlıq formatları olduqca vacib addımlardan biri kimi qiymətləndirilməlidir. Belə ki, həmin formatlar kifayət qədər səmərəli nəticələr verir və ölkələri bir-birinə yaxınlaşdırır. Artıq regional əməkdaşlıq və təhlükəsizlik üçün Azərbaycan-Türkiyə-Gürcüstan, Azərbaycan-İran-Rusiya, Azərbaycan-Türkiyə-İran kimi əməkdaşlıq formatları konkret nəticələr verir. Son olaraq bunlara Azərbaycan-Türkiyə-İran-Gürcüstan dördtərəfli əməkdaşlıq formatı da əlavə olunub. Bu da "Cənub-Qərb" nəqliyyat dəhlizini yaratmağa imkan verib.

Təbii ki, üçtərəfli və dördtərəfli əməkdaşlıq formatları Azərbaycanın beynəlxalq təşkilatlardakı fəaliyyətini və ikitərəfli əməkdaşlığı arxa plana atmayıb. Azərbaycan Prezidenti bu iki istiqamətə həmişə böyük önəm verib. İkitərəfli qaydada ABŞ, Aİ, İran, Rusiya, Türkiyə, Çin və digər ölkələrlə əlaqələr dinamik inkişaf etdirilib. Beynəlxalq təşkilatlar çərçivəsində də fəallıq yüksəldilib. BMT və İƏT-də aparılan diplomatik işlər buna nümunədir. Azərbaycan hazırda İslam həmrəyliyi ideyasını çox aktiv həyata keçirən ölkələrdəndir. Bakının BMT-nin bütün vacib tədbirlərində göstərdiyi fəallıq da inkaredilməzdir.

Bütün bunlar İlham Əliyevin müstəqil Azərbaycanın demokratik dövlət quruculuğunda atdığı addımların nə dərəcədə əhəmiyyətli olduğunu bir daha nümayiş etdirir. Həyata keçirilən siyasət sistemliliyi, ardıcıllığı və strateji hədəflərə dönmədən çatmağı ifadə edir. Burada daxili sosial-iqtisadi inkişafla qlobal dəyişikliklər arasında uyğunluq yaratmaqla milli təhlükəsizliyin təmini istiqamətində planlı işlərin aparılması diqqəti çəkir.

Nəticədə, bir neçə punkt üzrə ciddi uğurlar əldə edildiyini söyləyə bilərik. Onların sırasında Azərbaycanın Cənubi Qafqazda ən böyük istehsal və intellektual potensiala malik ölkə olmasını, onun regionun enerji, nəqliyyat, logistika, humanitar dialoq mərkəzinə çevrilməsini göstərə bilərik. Daha bir faktor Avropanın enerji təhlükəsizliyinin təmin edilməsində, qlobal iqtisadiyyatda və maliyyə məsələlərində Azərbaycanın rolunun ildən-ilə möhkəmlənməsi ilə əlaqəlidir. Başqa bir məqam kimi Azərbaycanın xarici siyasət strategiyasında yaradıcı əməkdaşlıq yolu ilə milli maraqların təmin olunmasının bir araya gətirilməsini göstərə bilərik. Konkret desək, Azərbaycan dünyəvi, demokratik və hüquqi dövlət quruculuğu yolu ilə inamla irəliləyir.

Bu kimi nailiyyətlər idarəçiliyin daim təkmilləşdirilməsi və siyasi islahatların aparılması fonunda əldə edilib. 2016-cı ildə isə ümumxalq səsverməsi yoluyla Konstitusiyaya əlavə və dəyişikliklərin edilməsi ilə yeni idarəetmə modelinə keçid təmin edildi. Bu, həm dövlət idarəçiliyinin təkmilləşdirilməsi, həm də cəmiyyətdə şəffaflığın yeni səviyyəyə yüksəldilməsi aspektlərində çox mühüm məqam idi. Bu sırada vitse-prezidentlik institutunun təsis edilməsi vacib addım oldu. Bütövlükdə isə səmərəli və çevik dövlət idarəçiliyi mexanizmi formalaşdırıldı, icra hakimiyyəti şaqulisi və icra intizamı möhkəmləndirildi, qanunvericilik hakimiyyətinin fəaliyyəti ilə bağlı yeni tələblər müəyyən edildi.

Azərbaycan qarşısında növbəti taleyüklü seçim prosedurunun dayandığı bir zamanda bu məqamların dərk edilməsi dövlətçilik baxımından çox vacibdir. Bütün dünyada sürətli dəyişikliklər baş verir, meydana yeni təhlükələr çıxır. Bir sıra böyük dövlətlər öz maraqları naminə risklər yaradan addımlar atırlar. Bunlar Azərbaycan kimi dövlətlərin suverenliyi və müstəqilliyinin təmin edilməsi zərurətini bir daha ortaya qoyur. Deyilənlərin fonunda builki prezident seçkisində xalqın məsuliyyətli olmasının əhəmiyyəti göz önündədir. İlham Əliyevin qazandığı uğurlar onu göstərir ki, real qalib namizəd odur! Azərbaycan xalqının bu dəfə də çox düzgün seçim edəcəyinə qətiyyən şübhə yoxdur!

Newtimes.az


Etiket:

Strategiya.az

Xəbərlər
20.07.2022

Xarici valyutaların manata qarşı bugünkü məzənnəsi

20.07.2022

Ceyhun Bayramov ölkəmizin Avropanın enerji təhlükəsizliyində mühüm rol oynadığını bildirib

20.07.2022

İmtahanın nəticələri ilə əlaqədar müraciətlərə baxılması üçün Apellyasiya Şurasına ərizə qəbuluna başlanılıb

20.07.2022

Xarici işlər naziri Ceyhun Bayramov NATO-nun Baş katibi Yens Stoltenberq ilə görüşüb

20.07.2022

Avropa İttifaqı münaqişədən sonrakı dövrdə mühüm rol oynayır - Ceyhun Bayramov

20.07.2022

"Qarabağ" İsveçrə çempionuna qalib gəldi

20.07.2022

Tehranda Rusiya və Türkiyə prezidentlərinin görüşü olub

16.07.2022

Ceyhun Bayramov Gürcüstanın Baş naziri ilə bölgədə sülh prosesini müzakirə edib

16.07.2022

Mikayıl Cabbarov: Sənaye zonalarında istehsal 53 faiz, ixrac isə 2 dəfə artıb

16.07.2022

Ağalı kəndinə köçürülən ailələrin tibbi müayinələrinə başlanılıb

16.07.2022

Prezident İlham Əliyev: Bizim Xəzər dənizi kimi çox nəhəng bir enerji mənbəyimiz var

16.07.2022

Qubada içərisində 125 min manat olan seyf oğurlanıb

14.07.2022

İrəvan Dövlət Azərbaycan Dram Teatrının 140 illiyi qeyd edilləcək - SƏRƏNCAM

14.07.2022

Azərbaycan tarixinin şanlı səhifələrindən biri - 14 iyul 1969-cu il

14.07.2022

Şuşada Vaqif Poeziya Günləri başlayıb

14.07.2022

Təhsil Nazirliyi: 204 məktəbdə elektron jurnal və gündəlik sistemi tətbiq edilib

14.07.2022

Təhsil Nazirliyi məlumat yaydı

14.07.2022

FHN: Zəngilan rayonunda ağaclıq ərazidə baş verən yanğının tam söndürülməsi istiqamətində tədbirlər görülür

14.07.2022

Azərbaycan neftinin qiyməti 114 dolları ötüb

14.07.2022

Azərbaycan Ordusunun əsgəri həlak olub

14.07.2022

Baş Prokurorluq rəis müavininin intiharı ilə bağlı məlumat yaydı

13.07.2022

Respublika üzrə pensiyaların iyulun 15-də tam ödənilərək yekunlaşdırılması nəzərdə tutulub

13.07.2022

Qızıl təpə abidəsində arxeoloji tədqiqatlar davam edir

13.07.2022

Azərbaycan neftinin bir bareli 113,91 dollara satılır

13.07.2022

Bakı-Tbilisi-Ceyhan neft boru kəmərinin tam istismara verilməsindən 16 il ötür

12.07.2022

Partlayış zamanı “Baktelecom”un rabitə infrastrukturuna ziyan dəyməyib

12.07.2022

Dünyada "Premium Euro-95" benzinin bahalaşması gözlənilir - Azərbaycana necə təsir edəcək?

12.07.2022

Azərbaycan nefti ucuzlaşıb

12.07.2022

Böyük Britaniyanın yeni baş nazirinin adı sentyabrın əvvəlində açıqlanacaq

12.07.2022

Tovuz döyüşlərindən iki il ötür

12.07.2022

Bakının mərkəzində partlayış baş verib

12.07.2022

Cüdoçularımız Xorvatiyada Qran-Pri turnirində iştirak edəcəklər

12.07.2022

Ərdoğan yaxın zamanda Venesuelaya səfər edəcək - Maduro

11.07.2022

Türkiyə və Ukrayna prezidentləri arasında telefon danışığı olub

11.07.2022

Xaçmazdakı meşə yanğınının söndürülməsinə iki helikopter və amfibiya tipli təyyarə cəlb olunub 

11.07.2022

Ərdoğan və Paşinyan arasında telefon danışığı olub

11.07.2022

Saatlı stansiyası yaxınlığında qəzaya uğrayan qatar Gürcüstana məxsusdur - ADY

11.07.2022

FHN Xaçmazdakı meşə yanğınları ilə bağlı məlumat yayıb

11.07.2022

Vahid əlaqələndirmə mərkəzlərində 41 min şəxsə xidmətlər göstərilib

11.07.2022

Kino Agentliyi Mədəniyyət Nazirliyinin tabeliyində olan qurumların siyahısına əlavə edilib

09.07.2022

Gələn ilin sonunda Şuşa ilk sakinlərini qəbul edəcək - Aydın Kərimov

09.07.2022

Azərbaycan Ordusunun hərbçisi həlak olub

09.07.2022

DİN: Ötən gün ölkə ərazisində qeydə alınan cinayətlərdən 52-nin açılması təmin olunub

09.07.2022

Xocavənd rayonu ərazisində yeni hərbi hissənin açılışı olub

09.07.2022

Birinci vitse-prezident Mehriban Əliyeva Qurban bayramı münasibətilə xalqımızı təbrik edib

09.07.2022

Abeyə atəş açan şəxs əməlinin səbəbini açıqlayıb

09.07.2022

Zakir Həsənov Qurban bayramı münasibətilə Azərbaycan Ordusunun şəxsi heyətini təbrik edib

09.07.2022

XİN Azərbaycanın diplomatik xidmət orqanlarının əməkdaşlarını peşə bayramı münasibətilə təbrik edib

09.07.2022

Bu gün Azərbaycanda Qurban bayramı qeyd edilir

08.07.2022

Bərdədə avtomobil yolunun tikintisi ilə bağlı 3,1 milyon manat ayrıldı - SƏRƏNCAM