Müasir dövr sosial sahələrə investisiya qoyuluşunun yeni formaları (sağlamlıq sektoru timsalında)

09:37 / 25.05.2018

İlk olaraq qeyd etmək istəyirəm ki, dünya iqtisadiyyatında sağlamlıq sektorundakı inkişaf 2013-2017-ci illərdəki digər sahələrlə müqayisədə daha effektlidir. Dünyada xarici turistlərin adam başına sağlamlıq sektorunda sərf etdikləri vəsait əgər 2008-ci ildə 1154 ABŞ dolları idisə, 2017-ci ildə bu rəqəm 1620 dollar olmuşdur. Əgər yeni başlayan sahibkarsınızsa, onda çox biznes “akulası” françayzinq təklif edəcək. Belə olduqda bir az rahat ola bilərsiniz-hazır işə qoyulan investisiya baxımından. Məsələn, əgər sağlamlıq həyat tərzi ilə əlaqəli sektorda fəaliyyət göstərmək istəsəniz ilk öncə fitnesin tələblərinə uyğun bir məkan, ərazi təşkil edilməlidir. Bir franchise mağazasını açmaq təşəbbüsü də pis ideya deyil. Satacağınız (əşyalar) mallar sağlamlığın qorunması ilə əlaqələndirilməlidir. (müxtəlif bioloji əlavələr, ev üçün trenajorlar və s.) [5].
Dünya və qonşu ölkələrin statistikalarını təhlil etsək sağlamlıq sektorundakı inkişaf tendensiyası heç də ürək açan deyil. Belə ki qardaş və qonşu Türkiyədə 2014-cü ildə sağlamlıq sektorunda cəmi 714.159 nəfər fəaliyyət göstərmişdir [7]. Əgər səhiyyədən danışsaq, klinikanın alınması və ya tikilib hazırlanması ilə də məşğul olmaq məqsədəuyğun hesab edilir. Françayzinq yolu ilə minimal xərclə xəstəxana yaradılması da əlverişli bir işdir. Bu klinikanın da təchizatı baş kompaniya tərəfindən həyata keçiriləcək və əlavə olaraq burada çalışan həkimlər isə öz ixtisaslarını artırmaq şansı əldə edəcəklər.
İnvestor həmçinin tibb sahəsində və sağlam həyat tərzinə aid olan müxtəlif istiqamətli reabilitasiya obyektlərinin də seçimini nəzərdən keçirə bilər. Bu mərkəzlər rayon xəstəxanalarına əlavə və yaxud alternativ ola bilər. Belə ki, adətən bu tip xəstəxanalar uzun zaman ərzində xəstə saxlamaq imkanlarına malik olmurlar. Tibbi xidmətlər sahəsində françayzinqin əldə edilməsinin əsas üstünlüyü ondadır ki, həmişə müxtəlif müasir, tibbi texnologiyaların müəlliflərindən və ya peşəkarlarından istifadə edə bilərsiniz. Yəni gənc mütəxəssislərin daha təcrübəli və adlı-sanlı peşəkarlardan məlumat alma imkanları baş ofisin hesabına həyata keçirilir [3, s.41-45].
Amma ən vacib olan cəmiyyət üçün real fayda, yəni zəruri olanlara tibbi yardım göstərilməsidir.
Yəgin ki, investorlar üçün sanatoriya-kurort ən diqqətdən uzaq sahədir. Lakin son zamanlar bu sahədə vəziyyətin dəyişməsi müşahidə edilir. Ənənəvi sanatoriya-kurort təşkilatları yalnız xəstələr və yaşlılar üçün müalicə yeri olmayacaq. Onlar artıq geniş auditoriya üçün nəzərdə tutulmuş çoxfunksiyalı mərkəzlər halına salınırlar. Tibbi və təbii ehtiyatlar sanatoriyalara xidmətlərin satışını inkişaf etditməyə kömək edən əsas amildir. Müalicə və təbii resurslar- bu tip müəssisələrin inkişafının əsas faktorlarıdır. Müalicə tam olaraq:
•Mineral sulardan
•Müalicəvi palçıqlardan
•Müalicəvi hava
•Təbii landşafta əsaslanır.

Azərbaycan hələ tibbi turizmin inkişafı üçün imkanlarından tam istifadə edə bilmir-bu sahəyə hələ effektli kapital qoyuluşlarına ehtiyacı var. Tibbi və sağlamlıq turizminin potensialına malik Naftalan, Qalaaltı, Naxçıvan və digər yerlərdə beş ulduzlu mehmanxana ilə yanaşı, büdcə hesabına yeni 3 ulduz kateqoriyalı sağlamlıq mərkəzləri yaratmaq lazımdır. Bu daha çox turist cəlb etməyə imkan yaradar.
Hal-hazırda dövlətin sahibkarlarla tərəfdaşlığının modeli-investisiya fəaliyyətinin maliyyələşdirilməsi üçün müasir maliyyələşdirmə mexanizmlərindən istifadə etmədən sağlamlıq probleminin müasirləşdirilməsi və inkişafı mümkün deyildir. Azərbaycan iqtisadiyyatında sosial sahələrin iqtisadi inkişafının hazırki mərhələsindəki ən aktual vəzifələrdən biri müsbət investisiya dinamikasının tempinin artırılmasıdır. Sektor səviyyəsində struktur və investisiya sahəsindəki bu deformasiyalar investorların infrastruktura sərmayə qoymalarında motivasiya olmaması ən açıq şəkildə ortaya çıxır. Dövlət-özəl iqtisadiyyatı tərəfdaşlığına əsaslanan inkişafın investisiya formasına keçid yüksək səviyyədə təşkili olmasaydı səhiyyənin dayanıqlı və effektiv inkişafı mümkünsüz olardı. Əsas meyarlar aşağıdakılardır:
• İnvestisiya həcmi sektorun dövriyyəsinin 20-25%-ni təşkil etməlidir;
• Birbaşa xarici investisiyaların payı ümumi investisiya həcminin 15-17%-i;
• əsas fondların (vəsaitlərin) amortizasiya dərəcəsi 30-35%-dən çox olmamalıdır [6].

Səhiyyə sahəsinə sərmayə qoyuluşu aşağıdakı amillərin və şərtlərin qarşılıqlı təsiri ilə müəyyən edilir:
- Azərbaycan Respublikasında əlverişli və ya əlverişsiz ümumi investisiya mühitinin yaradılması ilə əlaqədar investisiya motivasiyalarının effektivliyini və davamlılığını ölçmək;
- Potensial investorların kredit, vergi, siyasi, qanunvericilik, lisenziyalaşdırma, kadr və gömrük siyasəti tədbirlərinə bazarın reaksiyası, tibbi xidmətlər üçün effektiv tələbin səviyyəsi, dövlətin və bələdiyyələrin sifarişlərinin icrası üçün tibbi xidməti istehsalçılarının təminatı potensialı; sağlamlıq strukturları üçün xüsusi fərdi investisiya üsulunun yaradılması.
Qeyd etmək lazımdır ki, sağlamlıq sahəsində investisiyanın stimullaşdırılması tədbirləri ölkədə sosial inkişafın əsas faktorlarından biridir. Səhiyyə sahəsində investisiya fəaliyyətinə dövlətin müdaxiləsi motivasiyanın yüksəldilməsi ilə şərtlənir. Bu isə fərdi investorların aktivləşməsinə şərait yaradır, bütün konstitusional müəyyən edilmiş səhiyyə sistemlərinin, maliyyə, investisiya və innovasiya potensialının uyğunlaşdırılmasına imkan yaradır. Əlverişli investisiya mühiti sağlamlığa şərait yaradır, səhiyyə investisiyaya açıq olur və tibbi xidmət yaradıcılarına istehsal potensialının yenilənməsi imkanları meydana gəlməyə başlayır. İnvestisiya mühitinin əhəmiyyətli dərəcədə yaxşılaşdırılması üçün yeni investisiya inkişafı strategiyası işlənməlidir. Təəsüf ki, dövlətin investisiya siyasəti bir istiqamətli xarakterlidir. “Sağlamlıq” mili layihəsinin geniş miqyasda maliyyələşdirilməsi çərçivəsində, bu sahədə dövlət və yerli idarəetmə sistemində inkişaf nəzərdə tutulur. Vətəndaşların sağlamlığının qorunması sistemində Azərbaycan Konstitusiyasında nəzərdə tutulan bərabər səviyyəli iştirak xüsusi bir sistem olsa da inkişaf tapmadı.
Müasir dövrdə, ölkənin sosial yönümlü iqtisadiyyatının formalaşması ilə bağlı əsas məsələ millətin sağlamlığının tanınmasıdır və səhiyyə sektoruna investisiyanın effektivliyini qiymətləndirməkdədir. Əhalinin sağlamlığının qorunması problemi, tibbi təsir vasitələrini tamamilə tənzimləmək çətinliyi deyil, ödənişli tibbi xidmətlərin inkişafına səbəb olan həll yoluna inteqrasiya olunmuş yanaşma, marketinq analizi tələb edir.
Səhiyyə sistemində marketinq iqtisadiyyatın digər sahələrində marketinqdən fərqlənən öz spesifik xüsusiyyətlərinə malikdir. Öz növbəsində səhiyyə sahəsinin marketinqi öz müxtəlifliyi ilə fərqlənir. Ona görə də ödənişli tibbi xidmətlərin marketinq təhlili tibb sahəsinin digər xidmətlərinin marketinqindən fərqlənir, məsələn dünya təcrübəsində həyata keçirilən məcburi tibbi sığorta üçün ilkin qiymət müştərilərin ehtiyacları ilə deyil, sığorta təşkilatlarının tələblərini ödəyən formada həyata keçirilir. Qeydə etmək lazımdır ki, tibbi xidmət, bir məhsul kimi informasiya-analitik marketinq sisteminin formalaşmasına təsir göstərən fərqli xüsusiyyətlərə malikdir [3, s.83].
Eyni tipli xidmətin tamamilə geniş sərhədlər daxilində kimə, nə vaxt və harada xidmətin təklif edilməsində asılı olaraq təklif edilmə şəkli dəyişir. Məsələn, bəzi tibb işçiləri müxtəlif müştərilərə eyni cür yanaşma tapır, uşaqlarla yaxşı davranır, digəri isə kobud və səbirsizdir. Cərrahların bir hissəsi müəyyən növ əməliyyatlarla müvəffəqiyyətlə davranır, digəri isə geniş profilli mütəxəssisdir. Ümumiyyətlə beynəlxalq təcrübədə xidməti saxlamaq olmaz. Belə ki, bəzi həkimlər buraxılmış müalicə seansı üçün xəstəyə göstərmədiyi xidmətin son nəticədə xidmət dəyərinə təsir etməyəcəyini nəzərə almır. Xidmətlərin saxlanması imkazsızlığı, müştərilərin sayının müəyyən edilməsi problemi olmadıqda, sabit tələb şərtlərində əhəmiyyətsizdir. Mürəkkəblik bazarda olunan xidmətə tələbatın əhəmiyyətli dətəcədə dəyişməsi halında qarşıya çıxır. Tibbi xidmətlərin marketinq təhlili aşağıdakı mərhələləri əhatə edir:
- Bazarın öyrənilməsi;
- Tibb müəssisələrinin müştərilərin ehtiyyaclarını ödəmək qabiliyyəti;
- Ödənişli tibbi xidmətlərin araşdırılması;
- Tibb müəssisəsinin bazar tələblərinə cavab verməsini təmin etmək məqsədilə həyata keçirdiyi tədbirlər;
- Pullu tibbi xidmətə tələbatın formalaşdırılması və onun bazarda təşviqi;
Ödənişli tibbi xidmətlər bazarı aşağıdakı əsas xüsusiyyətlərə malikdir:
- Ödənişli və pulsuz tibbi xidmət sahəsinin paralel mövcudluğu bu xidmətlərin müəyyən növləri üçün pulsuz xidmət göstərilməsini nəzərdə tutur, bu da ödənişli tibbi xidmətlərin həyata keçirilməsi imkanlarını azaldır;
- Büdcədən və ya məcburi tibbi sığorta fondlarından ödənilən tibbi xidmətlərə tələbat məhduddur;
- Ödənişli və pulsuz xidmət bazarları arasında səhiyyə xidmətlərinin qeyri-müntəzəm bölüşdürülməsi, tez-tez qiymət fərqinə gətirir, bu isə bir tərəfdən ödənişli tibbi xidmətlər üçün yüksək qiymətlər pulsuz xidmətlərin əldə edilməsini çətinləşdirir və ya onu mümkünsüz edir;
- Tibbi xidmət istehlakçılarının təklif olunan xidmətlərə görə tələbatlarının daim artması;
- Tibbi xidmət bazarının seqmentləşdirilməsi onun vəziyyətini, imkanlarını, dolğunluğunu, tutumunu üzə çıxarır və xidmətlərin yeni növlərinin təqdim edilməsilə həcminin dəyişdirilməsinə imkan yaradır.
Ödəniş tibbi xidmətlər bazarının seqmentləşdirilməsinin vacib parametrlərini aşağıdakı kimi bölüşdürmək olar:
- Tibb xidmətinin növləri (stasionar, ambulator, profilaktik, diaqnostik, müalicə, reabilitasiya);
- Eyni xidmətlərin göstərilməsi (istifadə edilən avadanlıq, üsullar). Məsələn, xəstəliyin gedişinin təbiətinə, həmçinin müalicə edən həkimə üstünlük verildiyinə görə, həm cərrahi, həm də terapevtik üsullardan istifadə edilə bilər. Öz növbəsində, bir əməliyyatın həyata keçirilməsi yolları da çox müxtəlif ola bilər;
- Təcililik dərəcəsi (təcili və planlı);
- Xidmətin təşkili və raharlığı (normal şərait, rahatlıq, lüks otaqlar və s.);
- Tibbi xidmətlərin obyektiv dəyəri (bahalı xidmətlər-orqanların transplantasiyası və s., adi xidmətlər və ucuz olanlar-qan təzyiqinin ölçülməsi və s.);
- Xidmətlər üçün müəyyən edilmiş qiymətlər (yüksək, orta, aşağı qiymət);
- Təmin edilən xidmət həcmi;
- Satış kanalları (birbaşa, təşkilatlarla müqavilələr, könüllü tibbi sığorta).

Tibbi xidmətlərin göstərilməsi xüsusiyyətlərinin təsnifatı
Qeyd edək ki, tibbi xidmətlərin göstərilməsi prosesi həm (müştərilər) xəstələr , həm də tibb işçiləri üçün risk dərəcəsinə malikdir. Buna görə də bu xidmətlərin göstərilməsində bu və ya digər risklərin yaranma ehtimalı onların idarə edilməsini zəruri edir. Çox vaxt bu, təşkilati-texniki profilaktik tədbirlərin həyata keçirilməsi, zərər və itkiləri kompensasiya etmək üçün sığorta ehtiyyatlarının yaradılması ilə təmin edilir.
Bu sahədə risklər dörd qrupa bölünür. Marketinq təhlili apararkən, səhiyyə sahəsində sosial siyasətin həyata keçirilməsi üçün informasiya-analitik sistemin formalaşmasının qiymətləndirilməsinə xüsusi diqqət yetirilməlidir. Ödənişli tibbi xidmət sisteminin inkişafına informasiya-analitik dəstəyə təsir edən faktorları müəyyənləşdirmək məqsədəuyğun sayılır. Xəstələrin seqmentləşdirilməsinin əsas məqsədi onların tələbatlarının öyrənilməsidir. Xüsusilə, tibb müəssisəsinə əhalinin hansı kontinqentin müştəri olacağını bilmək zəruridir, onlara hansı xidmətlərin göstərilməsinə üstünlük veriləcək, göstərilən xidmətlərin həcmi və xərcləri baxımından ən perspektivli qrupları, müraciətin əsas motivi, hansı tələbatın ödənilməsi və s. kimi məlumatlar əldə edilməlidir.
Bazarda xidmətin həyata keçirilməsinin ən mühüm məsələlərindən biri qiymət strategiyasıdır. Qiymətlərə asanlıqla təsir edən tibb müəssisəsi bazara öz xidmətlərini təklif edə bilər, gəlirinin artması yollarını tapar. Tibbi tədqiqatların və prosedurların icra edilməsi üçün, birbaşa xərclərin yüksək olmadığı tibb müəssisələri əldə edilmiş sabit-şərtli xərclərə qənaət etməklə aşağı qiymətlə bağlı siyasətin həyata keçirilməsinə üstünlük verir və bununla yüksək həcmdə xidmətə nail olurlar.
Ödənişli tibbi xidmətlərin (diş müalicəsi, protezləşdirmə, sürücülərin tibbi komissiyası və s.) ən geniş yayılmış növlərinin monitorinqinə xüsusi əhəmiyyət verilir.

Tibbi xidmətlərin göstərilməsi prosesində yaranan risklər
1. Sosial-siyasi:
- əhaliyə tibbi yardımın təşkilinin formaları və metodları haqqında qanunvericiliyin dəyişdirilməsi;
- səhiyyənin maliyyələşdirilməsi sistemində dəyişikliklər edilməsi;
- tibbi sığorta sisteminin təşkili və yenidən təşkili;
- səhiyyə müəssisələrinin özəlləşdirilməsi və milliləşdirilməsi;
- xəstələrin (müştərilərin) və tibb işçilərinin arbitraj hüquqlarının və hüquqların müdafiəsindəı dəyişikliklərin edilməsi və qorunması.
2. İdarəetmə ilə bağlı risklər:
- Sağlamlıq və tibb hüququ üzrə idarəetmə mütəxəssislərinin hazırlanması sisteminin olmaması;
- Menecerlərin uyğunsuzluğu;
- Peşəkar hazırlığın aşağı səviyyədə olması;
- əməyin mühafizəsi və təhlükəsizlik texnikası fəaliyyətinə laqeydlik.
3. Mülki məsuliyyətlə əlaqəli peşə riskləri:
- Müvəqqəti tibbi və diaqnostik müdaxilə riskləri;
- Vaxtsız müalicə-diaqnostik müdaxilə riskləri (belə risklər qarşısının alınması üzrə işin olmaması və qeyri-kafi olması ilə bağlı üzə çıxır);
- Müasir tələblərə cavab verməyən tibbi-sosial sistemin olmaması səbəbindən baş verən risklər.
4. Səhiyyə işçilərinin sağlamlığına təhlükə ilə əlaqəli risklər:
- Xüsusi infeksiyalı xəstələrdən;
- Psixi xəstələrdən;
- Narkoman və cinayətkar müştərilərdən yaranan risklər.
5. Ödənişli tibbi xidmətlər sisteminin inkişafına informasiya-analitik dəstək faktorları qrupunun xüsusiyyətləri:
- Tarixi-psixoji: dövlətə güvənmə vərdişi xalqın sosial riskləri baş verənə qədər görməməsinə gətirib çıxarır;
- əhalinin biliklərinin azlığı, habelə tibbi məqsədlər üçün yığım və sığorta fondlarının təcrübəsinin az olması;
- tibbi heyətin yeni üsulla sosial xidmət göstərmək sisteminə hazır olmaması
6. Siyasi:
- dövlətin sosial sahədə statusunun müəyyən edilməsində aydınlığın olmaması;
- sosial sahənin inkişafına dair vahid konsepsiyanın olmaması;
- müxtəlif fəaliyyət sahələri arasında qarşılıqlı əlaqələri haqqında qərarların işlənilməməsi.
7. Maliyyə:
- Sosial xidmətlərin əsas istehlakçıları olan təqaudçülərin, ödəmə etmək üçün maliyyə imkanlarına malik olmaması;
- Vergi yükünün azaldılmasına yönəldilmiş tədbirlər, büdcə və büdcədənkənar fondların gəlir hissəsinin artımının zəifləməsinə gətirib çıxarması.
8. İnstitusional:
- Sovet dövründən miras qalan tibb müəssisələrinin büdcə şəbəkəsi, bütövlükdə sosial təminat üçün nəzərdə tutulmuş büdcə resurslarının əhəmiyyətli bir hissəsinin istehlak edir;
- Sosial sahənin hələ də ekstensiv yolla inkişaf edən dövlət sektoru olaraq qalması:
a) Xərclərin, qiymətin əsasını təşkil etməsi;
b) Xidmət tələbatı və onun elastikliyi;
c) Xidmət keyfiyyəti.
Aparılan təhlillər göstərir ki, Azərbaycanda ödənişli tibbi xidmətin çəkisi dəfələrlə artmışdır. Müasir dövrdə ödənişli tibb xidməti kifayət qədər səmərəlidir.


Ədəbİyyat
1. Yrd. Doç. Dr. Ali Coşkun , Yrd. Doç. Dr. Ahmet Akın “Sağlık İşletmeleri Yönetim Rehberi”, Nisan 2009 / 1. Baskı / 470 səhifə
2. Aslan Gülcü - Hasan Tutar - Cavit Yeşilyurt, “Sağlık Sektöründe Veri Zarflama Analizi Yöntemi ile Göreceli Verimlilik Analizi, 2005, 288 səhifə
3. Котлер Ф. Мененджмент и маркетинг/ М.2002
4. Кучеренко В.З., Гришин В.В. Основы медицинского маркетинга. М.2008.
5. https://www.igeme.com.tr/saglik-sektoru-ve-yatirimlar-icin-kucuk-bir-ipucu/
6. http://www.todaie.edu.tr/resimler/ekler/dafcedea10a4ab5_ek.pdf?dergi=Amme%20Idaresi%20Dergisi
7. http://www.uis.gov.tr/media/1315/saglik_sektoru_ikinci_idk.pdf
Açar sözlər: sosial investisiya, sağlamlıq sektoru, tibbi xidmətlər, investisiya modelləri.

Ключевые слова: социальная инвестиция, сектор здравоохранения, медицинские услуги, инвестиционные модели.

Key words: social investment, healthcare, medical services, investment models.


Новые формы инвестиционных вложений
в социальные сферы в современном мире
(на примере сектора здравоохранения)
Резюме
Плохая экологическая ситуация, сложившаяся в мире, еще больше заставляет каждого из нас думать о благосостоянии общества. Эти мысли сопровождаются развитием сектора здравоохранения, а также анализом и применением новых моделей. В Европе с этой целью были созданы новые клиники и медицинские центры. Многие люди для сохранения своего здоровья готовы вложить большую сумму в эту сферу. Если 5 лет назад в фитнес-центры ходило считанное количество людей, то сейчас их количество гораздо больше. Растет численность сети магазинов, предлагающих различные продукты для сохранения здоровья. Если вы хотите, но не можете определится в какой сфере создать свой бизнес, без сомнений, можете выбрать сферу здравоохранения, так как в настоящее время данной сфере дается огромное преимущество. В статье были исследованы инвестиционные модели в сфере здравоохранения как в Азербайджане, так и во всем мире.

Innovative investment forms for social spheres
in the modern era (case of health sector)
SUMMARY
The worst environmental situation in the world can lead to more think over people welfare. These thoughts were reflected on the development of the health sector and the research and implementation of new models. The long-standing enormous medical centers in Europe have been created by this way. Some people are ready to invest hundreds of thousands to protect their precious health. If nearly five years ago there were not that somebody had gone to the fitness centers, today we can see dynamic changes. The chain of stores that offer different products to maintain health continues to grow every day. İf you want to lunch your own business during such preference, but you can not define it, then without hesitation you can choose the health care sector. In the study the new health sector investment models have been analyzed in the world and in Azerbaijan.

 

Anar Eminov
İqtisad üzrə fəlsəfə doktoru

 

"GEOSTRATEGİYA" jurnalı №02 (44) MART-APREL 2018



Etiket:

Strategiya.az

Xəbərlər
27.01.2021

Aydın Kərimov Prezidentin Şuşa rayonunda xüsusi nümayəndəsi təyin edildi - Sərəncam

27.01.2021

Yoluxma aşkarlanan məktəblər distant təhsilə keçəcək

27.01.2021

Bakı, Sumqayıt və Abşeronda ibtidai siniflərdə dərslər həftədə 3 dəfə olmaqla bərpa olunacaq

27.01.2021

Ermənistan silahlı qüvvələrinin minaladığı ərazilər Dövlət Sərhəd Xidmətinin mühəndis-istehkam bölmələri tərəfindən təmizlənilir

27.01.2021

İşğaldan azad edilmiş ərazilərdə yaşıl enerji zonasının yaradılması üçün investorlarla müzakirələr aparılır

27.01.2021

AŞPA Ermənistanın qətnaməyə düzəlişlərini rədd etdi

27.01.2021

Rusiya-Türkiyə Birgə Monitorinq Mərkəzi fəaliyyətə başlayır

27.01.2021

Xarici muzdluların Qarabağda Azərbaycan tərəfdən iştirakına dair heç bir dəlil yoxdur - Almaniya XİN

26.01.2021

Rusiyanın Bakıdakı səfirliyinin müvəqqəti işlər vəkili XİN-ə çağırılıb

26.01.2021

Ramin Quluzadə yeni vəzifəyə təyin olundu - SƏRƏNCAM

26.01.2021

Azərbaycan Prezidenti: Müharibə bir çoxlarına Azərbaycanın potensialının nədən ibarət olduğunu göstərmişdir

26.01.2021

Prezident: Biz texnoloji inkişaf sahəsində daim qabağa hədəflənməli, hərbi sahədə yenilikləri Azərbaycana gətirməliyik

26.01.2021

Prezident: Həm müharibə dövründə, həm müharibədən sonrakı dövrdə peyklərdən istifadə bizə çox böyük üstünlük təmin etdi

26.01.2021

Yeni nəqliyyat, rabitə və yüksək texnologiyalar naziri təyin edildi - SƏRƏNCAM

26.01.2021

Ramin Quluzadə vəzifəsindən azad edildi

26.01.2021

Hikmət Hacıyev: Qarabağda yaşayan ermənilər Azərbaycan Konstitusiyasının aliliyini qəbul etməyə borcludurlar

26.01.2021

Dövlət Xidmətindən sahibkarlara XƏBƏRDARLIQ

26.01.2021

Neft ucuzlaşıb

26.01.2021

Dünyada COVID-19 infeksiyasına yoluxanların sayı 100 milyon nəfəri ötüb

26.01.2021

Prezidentin köməkçisi: ABŞ Azərbaycan və Ermənistan arasında sülh quruculuğu prosesinə töhfə verə bilər

26.01.2021

Yer kürəsi iqlim dəyişiklikləri nəticəsində 28 trilyon ton buz itirib

25.01.2021

Nazirlər Kabineti Prezidentin tapşırıqları əsasında 2021-ci il üçün prioritetləri müəyyənləşdirib

25.01.2021

Birinci vitse-prezident Mehriban Əliyeva yenidən Azərbaycan Gimnastika Federasiyasının prezidenti seçilib

25.01.2021

Ceyhun Bayramov İranın xarici işlər naziri ilə görüşüb

25.01.2021

Prezident İlham Əliyev müharibə əlilləri və şəhid ailələrinin evlə təmin olunması ilə bağlı sərəncam imzalayıb

25.01.2021

Prezident İlham Əliyev İranın xarici işlər nazirini qəbul edib - YENİLƏNİB

25.01.2021

“İlham Əliyev. İnkişaf - məqsədimizdir” çoxcildliyinin 105-ci kitabı çapdan çıxıb

25.01.2021

Baş Prokurorluqda 62 cinayət işi üzrə 21 şəxs barəsində axtarış elan edilib

25.01.2021

Xəzərdə suyun enməsi prosesi daha da intensivləşib

25.01.2021

Ombudsman Ermənistanın əsir və girovlarla rəftarı ilə bağlı beynəlxalq təşkilatlara hesabat göndərib

25.01.2021

Türkiyə Prezidenti girov götürülən dənizçilərin xilası üçün səylərin davam etdiyini bildirib

25.01.2021

Bu gündən bərbərxana və gözəllik salonları açılır

25.01.2021

5 şəhər və 12 rayona giriş-çıxış bərpa olunub

24.01.2021

DİN Şəmkir polisi haqqında yayılan iddialara aydınlıq gətirdi

24.01.2021

Almaniyalı alim Ermənistan cəmiyyətinə qisas barədə fikirlərdən əl çəkməyi məsləhət görür

24.01.2021

Dəniz quldurları basqına məruz qalan gəminin kabel və texniki hissəsinə ciddi zərər vurublar

24.01.2021

Ceyhun Bayramov Türkiyə gəmisinə edilən hücumla bağlı Mövlud Çavuşoğlu ilə telefon danışığı aparıb

23.01.2021

Azərbaycan nefti 56 dollardan baha satılır

23.01.2021

“Keşikçidağ”da tunc dövrünə aid insan qalıqları aşkar edilib

23.01.2021

Ostinin Pentaqon rəhbəri vəzifəsinə namizədliyi təsdiqlənib

23.01.2021

AMEA-da direktor və direktor müavini nöqsanlara görə işdən azad edilib

23.01.2021

Azərbaycanda bu şəxslərə də hərbi xidmətdən möhlət veriləcək

22.01.2021

500 manatlıq əskinasla bağlı RƏSMİ AÇIQLAMA

22.01.2021

İqtisadi Zonaların İnkişafı Agentliyi yaradılır - Fərman

22.01.2021

Bütün təhsil müəssisələrində əyani tədris mərhələli şəkildə bərpa olunacaq - Nazir

22.01.2021

Nazirlər kabineti təhsil müəssisələri ilə bağlı qərar verdi

22.01.2021

Şuşada yeni yarimstansiya tikilir 

22.01.2021

Xəzərin səviyyəsinin aşağı düşəcəyi barədə proqnozlara rəsmi aydınlıq gətirilib

22.01.2021

Bakıda yol buz bağladı, hər iki istiqamətdə zəncirvari qəza oldu 

22.01.2021

İşğaldan azad edilmiş ərazilər minalardan təmizlənir