Psevdodemokratlar və "beşinci kolon": antiazərbaycan kampaniyasının bir özəlliyi haqqında

08:41 / 26.05.2018

Azərbaycana qarşı qarayaxma kampaniyasının müxtəlif dairələr tərəfindən aparıldığı çoxdan məlumdur. Avropa Şurası Parlament Assambleyası və ABŞ Konqresinin Helsinki Komissiyası da onların oyuncağına çevrilməkdədirlər. Əslində, söhbət, ümumiyyətlə, ikili standartlar siyasətinin dünya dövlətlərinə vurduğu zərərdən gedir. O cümlədən Qərbin bir sıra dairələrinin düçar olduqları islamofobiya getdikcə daha ağır nəticələr verməkdədir. Azərbaycan əleyhinə kampaniyalar bunun işığında kifayət qədər düşündürücü görünür. Xüsusən də ona görə ki, bu prosesdə bir sıra Azərbaycan vətəndaşı da iştirak edir. Helsinki Komissiyasında qərəzli dinləmələr bunun nümunələrindən biridir. AŞPA-nın da bəzi iclaslarında eyni ssenari özünü göstərdi. Bu təşkilatın müstəqil araşdırma qurumunun hazırladığı "hesabat"da korrupsiya faktı ilə bağlı ölkəmizin adının hallandırılması həmin oyunun bir fraqmentidir. Məqsəd aydındır: Azərbaycanı gözdən salmaq, onun antidemokratik obrazını formalaşdırmaq və inkişafına əngəl yaratmaq. Ermənilər və onların havadarları Ermənistanın inkişafına nail ola bilmirlər və əlacları Azərbaycanın qarşısını kəsməyə qalıb. Bəs "beşinci kolon"un dərdi nədir? Bu kimi məsələlərlə bağlı təhlil aparılmasına ehtiyac duyduq.

Oyun davam edir: iftira prosesinin yeni səhnəsi

Qərb yalançı demokratiya oyununu davam etdirir. Onun bir sıra müstəqil siyasət yeridən dövlətlərə qarşı təxribatları ara vermir. O cümlədən müsəlman ölkələrinin inkişafına olan qısqanclıq yeni-yeni formalarda özünü göstərməkdədir. Bunu daha çox sürətlə inkişaf edən və kənar təzyiqlərə boyun əyməyən müsəlman dövlətlərinin nümunəsində görmək mümkündür. Bu siyahıda Türkiyə və Azərbaycan da var. Xüsusilə sürətli inkişafı ilə Cənubi Qafqazın lideri səviyyəsinə yüksəlmiş Azərbaycana qarşı çirkin kampaniyalar fərqli məzmun və intensivliklə aparılır. Həmin əlamətləri Avropa Şurası Parlament Assambleyası (AŞPA) və ABŞ Konqresinin Helsinki Komissiyasının fəaliyyətində bir daha gördük.

AŞPA əslində Avropada demokratiya, sülh, barış və davamlı inkişafla yanaşı, ədalətin də bərqərar olmasına xidmət etməlidir. Hər bir halda, onu yaradarkən, məhz bu kimi məqsədlərdən bəhs edilirdi. Ancaq xüsusilə son illər bu təşkilatın göstərdiyi fəaliyyət bütün bunların kağız üzərində yazılmış və reallaşmayan gəlişigözəl sözlər olduğunu təsdiqləməkdədir. AŞPA müəyyən dairələrin islamofob duyğularının at oynatdığı bir quruma çevrilib. İkili standartlar onun əsas fəaliyyət prinsipi səviyyəsinə qaldırılıb.

AŞPA əməlli-başlı kimlərinsə əlində təzyiq aləti halına gəlib. Bu qüvvələr siyasətləri maraqlarına uyğun gəlməyən ölkələrin ünvanına elə hədyanlar yağdırırlar ki, təşkilatın Avropanı deyil, Afrikanın cəngəlliklərindəki tayfaları təmsil etdiyi təsəvvürü yaranır. Məsələn, Azərbaycan hansısa mötəbər beynəlxalq tədbir keçirir, deyək ki, "Avroviziya" musiqi yarışmasını təşkil edir, dərhal həngamə başlayır: Azərbaycanda itlərin və pişiklərin hüquqları pozulur! Hətta qonşu İrandan olan jurnalist burnunu kanalizasiyaya soxaraq, heyvan haqqı axtarır! Avropalılar isə daha əcaib oyunlardan çıxırlar. Bütün gücləri ilə göstərməyə çalışırlar ki, Avropanın musiqi yarışı vəhşi bir ölkədə keçirilir! Lakin Azərbaycan rəhbərliyi və xalqı hər dəfə bu məkrli niyyətləri puç edir, qərəzli dairələrin bütün planlarını pozur. O cümlədən "Avroviziya" elə yüksək səviyyədə keçirildi ki, dünya heyran oldu. Yəni Azərbaycan daim əməldə yüksək mədəniyyətə, sivil düşüncəyə, sürətli inkişaf edən iqtisadi sistemə, yeni dəyərlər yaradan siyasi elitaya malik olduğunu sübut edir.

Eyni fikri Azərbaycanın hər bir uğuruna, məsələn, yüksək səviyyədə keçirdiyi seçkiyə Qərbin müəyyən dairələrinin verdiyi reaksiyalar haqqında da deyə bilərik. Son olaraq bu il Azərbaycanda tam demokratik şəraitdə keçirilmiş prezident seçkisi ilə əlaqədar bir sıra dairələrin başladığı ləkələmə kampaniyasını vurğulaya bilərik. Bu xüsusda bir özəlliyi də demək istərdik. Nə yazıq ki, Azərbaycanda və onun sərhədlərindən kənarda yaşayan elə vətəndaşlar tapılır ki, qərəzli dairələrin əlində siyasi-təbliğat oyuncağına çevrilib öz dövləti, milləti, xalqı və cəmiyyəti əleyhinə işləyirlər. Bunu AŞPA-da da müşahidə etdik, Helsinki Komissiyasında da gördük.

Avropa və ABŞ-da yaşayan bəzi Azərbaycan vətəndaşları öz dövlətlərinin əleyhinə elə sözlər işlədirlər ki, sağlam düşüncə onları heç qəbul etməz. Onlar ayrı-ayrı xarici siyasi və iqtisadi antiazərbaycan mərkəzlərindən aldıqları ianələr və qrantların əvəzi olaraq xəyanət missiyasını boyunlarına götürüblər. Çünki müzakirələrdə çıxışları zamanı nəinki sadəcə siyasi opponentlik edirlər, əksinə, daha uzağa gedərək mənsub olduqları millətin mədəniyyətini, dinini və dövlətin kimliyini şübhə altına almaqdan belə çəkinmirlər. İnsan haqları adı altında bütövlükdə xalqa böhtan atırlar. Özü də bunları erməni diasporu nümayəndələrinin qarşısında ərz edirlər.

Vətəndaş məsuliyyəti və şəxsi maraqlar: natamamlıq kompleksinin bəzi fəsadları

Kimlərinsə, yaxud hansısa dairələrin siyasi müxalifət olmaq istəyini başa düşmək olar. Lakin siyasi bacarıqsızlığı, ümumiyyətlə, millətin və dövlətin qüsuru kimi təqdim etmək başadüşülən deyil. Azərbaycanda qalıb, sivil siyasi mübarizə aparmaq əvəzinə, gedib haradasa 3-5 qəpiyə hər şeyi satmağın adı nədir, çətindir demək. Bunlara "beşinci kolon" da deyirlər. Nə adlansa da, mahiyyət aydındır: öz milli kimliyinə qarşı çıxan manqurtluqdur! Təkrar edirik: məsələnin siyasi opponentlik sərhədinə toxunmuruq, söhbət bütövlükdə xalqa və onun rəhbərliyinə atılan siyasət xaricində olan iftiralardan gedir.

Helsinki Komissiyası həmişə olduğu kimi, yenə də bu kimi məsələlərdə fəallığını nümayiş etdirib. Onun rəhbəri Kris Smitin Azərbaycana münasibəti çoxdan məlumdur. Bu adam "erməni soyqırımı"ndan ağızdolusu danışan, hər fürsətdə Azərbaycanda insan haqları pozuntusu axtaran və siyasi məhbus oyunu quran kəslərdəndir. İndi də həmin zat prezident seçkisində "qanun pozuntuları" tapır və Qərbin aparıcı dövlətlərinin rəhbərlərini tənqid edir ki, niyə Azərbaycanın dövlət başçısı ilə danışıqlar aparırlar. Baxın, onları narahat edən Azərbaycanın uğurlu xarici siyasətinin əldə etdiyi nailiyyətlərdir.

Bu dairələr Azərbaycan tərəfi Londonda əhəmiyyətli neft sazişi imzalayandan sonra fəallaşıblar. Onlara züy tutan sapı özümüzdən olan baltalar da şəxsi maraq izində olmaqla Azərbaycan dövlətini yaddan çıxararaq ağızlarını açıb gözlərini yumurlar. Düşmənlər təşvişə düşürlər ki, Azərbaycan yenə də uğurlu siyasət aparır və güclənir. Burada sabitlik və inkişaf vardır. Ona əngəl olmaq lazımdır. Milli dönüklər, antimilli ünsürlər isə arada nəsə əldə etməyi düşünür və çalışırlar ki, iftira kampaniyasında daha yaxından iştirak etsinlər. Onların qafalarını yalançı demokratiya ilə doldurublar ki, arxa planda düşmən maraqlarına xidmət edirlər.

Hazırkı vəziyyətin daha bir özəlliyi var. Böyük dövlətlər arasında nüfuz uğrunda mübarizə kəskinləşdikcə, onun digər ölkələrə təsiri artır. Bunun nəticəsində getdikcə daha çox ölkə özü də istəmədən siyasi, ideoloji, hərbi, informasiya mübarizəsinə qoşulur. Bu prosesdən salamat çıxmaq üçün ümumən cəmiyyətin birləşməsi, dövlət-xalq münasibətlərinin harmoniyası və milli birlik lazımdır. Çünki mübarizə hər tərəfdə aparılır. Müxtəlif üsullarla insanları çaşdırır, onları öz ölkələrinə qarşı qoymağa çalışırlar.

Bu o deməkdir ki, hər bir fərdin fəaliyyəti əhəmiyyət kəsb edir. Həmin səbəbdəndir ki, xaricdən Azərbaycan əleyhinə nəsə deyən hər hansı şəxs öz vicdanı, milləti və dövləti qarşısında məsuliyyət daşıyır. Hər bir vətəndaş öz mövqeyini dəqiq müəyyənləşdirməli və yerini düzgün seçməlidir.

Şübhə yoxdur ki, mübarizə bundan sonra da davam edəcək. Azərbaycan müstəqil və güclü dövlət kimi öz siyasətini daha da inkişaf etdirəcək. Prezident İlham Əliyevin təmkinli, ölçülü-biçili və milli xarakterli siyasəti yeni zirvələr fəth edəcək. Bu siyasət başqa mənfi hallarla yanaşı, erməni təxribatlarını da neytrallaşdıracaq. Azərbaycan mütləq tam qalib gələcək və müstəqil dövlət kimi yüksək inkişafa nail olacaq. Çünki Azərbaycan haqlıdır! Onun özünü müstəqil dövlət kimi inkişaf etdirməkdən başqa məqsədi yoxdur, kimsənin torpağına, yaxud sərvətinə göz dikməyib.

Ancaq bu gün düşmənlə bir sırada duran vətəndaşların taleyinin necə olacağı məlum deyil. Onların gələcək nəsillərin üzünə necə baxacaqları qaranlıqdır. Bu barədə də düşünmək gərəkdir. Siyasi mübarizə Vətəni, milləti və dövləti aşağılamaqla bir araya sığmır. Bu yolla gedən heç bir kəs hələ şərəf qazana bilməyib. Onların hamısının aqibəti eynidir: oyuncağa çevrilmək!

AŞPA və Helsinki Komissiyası kimi təşkilatlar isə öz etibarlarını itirirlər. İndi bir sıra ölkələr AŞPA-da fəaliyyət göstərməyin mənasızlığından bəhs edir, ikili standartlardan şikayətlidirlər. Deməli, vesternizasiya küləyi də zəifləyir. Avropa həqiqi mənada dünyanın demokratik lokomotivi ola bilmədi. Onun beynəlxalq aləmdə iddia etdiyi geosiyasi funksiyası ciddi zərərlər görməkdədir. Bu proses davam edərsə, Avropa tamamilə öz nüfuzunu itirmiş olacaq. Yəni bu gün iftira Azərbaycana atılırsa, sabah bu, Avropanın öz nüfuzuna bumeranq kimi qayıdacaq. Dünyada mövcud olma qaydası belədir!

Newtimes.az


Etiket:

Strategiya.az

Xəbərlər
20.07.2022

Xarici valyutaların manata qarşı bugünkü məzənnəsi

20.07.2022

Ceyhun Bayramov ölkəmizin Avropanın enerji təhlükəsizliyində mühüm rol oynadığını bildirib

20.07.2022

İmtahanın nəticələri ilə əlaqədar müraciətlərə baxılması üçün Apellyasiya Şurasına ərizə qəbuluna başlanılıb

20.07.2022

Xarici işlər naziri Ceyhun Bayramov NATO-nun Baş katibi Yens Stoltenberq ilə görüşüb

20.07.2022

Avropa İttifaqı münaqişədən sonrakı dövrdə mühüm rol oynayır - Ceyhun Bayramov

20.07.2022

"Qarabağ" İsveçrə çempionuna qalib gəldi

20.07.2022

Tehranda Rusiya və Türkiyə prezidentlərinin görüşü olub

16.07.2022

Ceyhun Bayramov Gürcüstanın Baş naziri ilə bölgədə sülh prosesini müzakirə edib

16.07.2022

Mikayıl Cabbarov: Sənaye zonalarında istehsal 53 faiz, ixrac isə 2 dəfə artıb

16.07.2022

Ağalı kəndinə köçürülən ailələrin tibbi müayinələrinə başlanılıb

16.07.2022

Prezident İlham Əliyev: Bizim Xəzər dənizi kimi çox nəhəng bir enerji mənbəyimiz var

16.07.2022

Qubada içərisində 125 min manat olan seyf oğurlanıb

14.07.2022

İrəvan Dövlət Azərbaycan Dram Teatrının 140 illiyi qeyd edilləcək - SƏRƏNCAM

14.07.2022

Azərbaycan tarixinin şanlı səhifələrindən biri - 14 iyul 1969-cu il

14.07.2022

Şuşada Vaqif Poeziya Günləri başlayıb

14.07.2022

Təhsil Nazirliyi: 204 məktəbdə elektron jurnal və gündəlik sistemi tətbiq edilib

14.07.2022

Təhsil Nazirliyi məlumat yaydı

14.07.2022

FHN: Zəngilan rayonunda ağaclıq ərazidə baş verən yanğının tam söndürülməsi istiqamətində tədbirlər görülür

14.07.2022

Azərbaycan neftinin qiyməti 114 dolları ötüb

14.07.2022

Azərbaycan Ordusunun əsgəri həlak olub

14.07.2022

Baş Prokurorluq rəis müavininin intiharı ilə bağlı məlumat yaydı

13.07.2022

Respublika üzrə pensiyaların iyulun 15-də tam ödənilərək yekunlaşdırılması nəzərdə tutulub

13.07.2022

Qızıl təpə abidəsində arxeoloji tədqiqatlar davam edir

13.07.2022

Azərbaycan neftinin bir bareli 113,91 dollara satılır

13.07.2022

Bakı-Tbilisi-Ceyhan neft boru kəmərinin tam istismara verilməsindən 16 il ötür

12.07.2022

Partlayış zamanı “Baktelecom”un rabitə infrastrukturuna ziyan dəyməyib

12.07.2022

Dünyada "Premium Euro-95" benzinin bahalaşması gözlənilir - Azərbaycana necə təsir edəcək?

12.07.2022

Azərbaycan nefti ucuzlaşıb

12.07.2022

Böyük Britaniyanın yeni baş nazirinin adı sentyabrın əvvəlində açıqlanacaq

12.07.2022

Tovuz döyüşlərindən iki il ötür

12.07.2022

Bakının mərkəzində partlayış baş verib

12.07.2022

Cüdoçularımız Xorvatiyada Qran-Pri turnirində iştirak edəcəklər

12.07.2022

Ərdoğan yaxın zamanda Venesuelaya səfər edəcək - Maduro

11.07.2022

Türkiyə və Ukrayna prezidentləri arasında telefon danışığı olub

11.07.2022

Xaçmazdakı meşə yanğınının söndürülməsinə iki helikopter və amfibiya tipli təyyarə cəlb olunub 

11.07.2022

Ərdoğan və Paşinyan arasında telefon danışığı olub

11.07.2022

Saatlı stansiyası yaxınlığında qəzaya uğrayan qatar Gürcüstana məxsusdur - ADY

11.07.2022

FHN Xaçmazdakı meşə yanğınları ilə bağlı məlumat yayıb

11.07.2022

Vahid əlaqələndirmə mərkəzlərində 41 min şəxsə xidmətlər göstərilib

11.07.2022

Kino Agentliyi Mədəniyyət Nazirliyinin tabeliyində olan qurumların siyahısına əlavə edilib

09.07.2022

Gələn ilin sonunda Şuşa ilk sakinlərini qəbul edəcək - Aydın Kərimov

09.07.2022

Azərbaycan Ordusunun hərbçisi həlak olub

09.07.2022

DİN: Ötən gün ölkə ərazisində qeydə alınan cinayətlərdən 52-nin açılması təmin olunub

09.07.2022

Xocavənd rayonu ərazisində yeni hərbi hissənin açılışı olub

09.07.2022

Birinci vitse-prezident Mehriban Əliyeva Qurban bayramı münasibətilə xalqımızı təbrik edib

09.07.2022

Abeyə atəş açan şəxs əməlinin səbəbini açıqlayıb

09.07.2022

Zakir Həsənov Qurban bayramı münasibətilə Azərbaycan Ordusunun şəxsi heyətini təbrik edib

09.07.2022

XİN Azərbaycanın diplomatik xidmət orqanlarının əməkdaşlarını peşə bayramı münasibətilə təbrik edib

09.07.2022

Bu gün Azərbaycanda Qurban bayramı qeyd edilir

08.07.2022

Bərdədə avtomobil yolunun tikintisi ilə bağlı 3,1 milyon manat ayrıldı - SƏRƏNCAM