Demokratiya və insan inkişafının qarşılıqlı əlaqəsi

08:00 / 13.07.2018

Dünya təcrübəsi göstərir ki, dövlət ilk baxışda mütərəqqi bir siyasi qurum olsa da, hər bir iqtisadi sistemin müvəffəqiyyətli fəaliyyətinin təmin edilməsində kifayət qədər güclü rol oynayır. Dövlət çoxfunksiyalı sistem olmaqla vətəndaşlarla, təşkilatlarla cəmiyyətdə mövcud olan müxtəlif təyinatlı qurumlar arasında münasibətlərin bütöv bir kompleksinin inikasıdır.
Dövlət siyasi sistemin ən vacib institutu olmaqla, ərazi və həmin sərhədlər çərçivəsində daimi məskunlaşmış əhali dövlətin yaranması və mövcudluğu üçün zəruri maddi şərt kimi çıxış edir. Siyasi sistemin normal fəaliyyəti, özünü mühafizəsi və mövcud şəraitə uyğunlaşması da əsasən dövlətdən asılıdır.
Dövlətin yaranmasını izah edən aparıcı nəzəriyyələrdən biri olan “ictimai müqavilə”yə əsasən, insanlar öz aralarında qarşılıqlı düşmənçiliyi aradan qaldırmaq və onlar arasındakı münasibəti nizama salmaq üçün dövlət yaradaraq, öz təbii hüquqlarının bir qismini ictimai müqavilə əsasında ona həvalə etmiş və öz azadlıqlarını müdafiə etməyi ona etibar etmişlər.
Hazırda dünyada 200-dən bir qədər çox (Dünya Bankının hesabatına əsasən 210) dövlət mövcuddur. Beynəlxalq münasibətlər baxımından onların hər biri müəyyən daxili və xarici siyasətə sahibdir. Bu yürüdülən siyasət isə kompleks kimi götürüldükdə dövlətin müsbət imicinin formalaşdırılmasına xidmət edir. Sözü gedən əsasın yaradılması isə müəyyən idarəetmə formasından xəbər verir.
Məlum olduğu kimi, əvvəllər hakimiyyət quruluşunu ifadə etməkdən ötrü başqa anlayışlardan: “polis”, “respublica”, “civitasregnum”, “imperium”, “reich” və s. istifadə edilmişdir. O vaxtlar həmin terminlər, birinci növbədə, hökmdarların vəziyyətini, onların əzəmətini göstərmək üçün işlədilirdi. Anlayışların özləri isə öz müstəqil mənalarında çox az hallarda işlədilirdi. Buna görə də həmin dövrdə dövlətə mənfi baxışlar da mövcud idi. Məsələn, T.Mor höküməti varlıların yoxsullara zülmü kimi xarakterizə edir, U.Qodvin isə bəla kimi səciyyələndirirdi. (1, s.138-143) Burjua inqilabları vasitəsilə monarxiyanı respublika əvəzlədiyi dövrlərdə artıq demokratiya hakimiyyətin yerini «boş» elan etdi və bu əsnada fransız siyasi elminin klassiki Corc Byurdo yazırdı ki, bir qrup insanlar dövləti ona görə yaratdılar ki, başqa insanlara tabe olmasınlar. Bu mənada vaxt ötdükcə hökmdarlar insanların nəzərində dövləti idarə edən agentlərə (müvəkkillərə, menecerlərə) çevrilir, hakimiyyət isə keçici xarakter daşıyırdı. (2, s.194-223) Daha sonralar isə bu anlayış daha da deformasiyaya uğrayaraq, hazırki dövlət idarəetməsinə gəlib çatdı.
XX əsrin tanınmış simalarından biri, Böyük Britaniyanın iki dəfə baş naziri olmuş Uinston Çörçill qeyd etmişdir ki, kifayət qədər qüsurlarının olmasına baxmayaraq, bəşər tarixində demokratiyadan gözəl idarəetmə forması yaradılmamışdır.
Bildiyimiz kimi, demokratiya “xalq hakimiyyəti” mənasını verir. Forma və keyfiyyətcə müxtəlif xarakterli olsa da, bütün demokratiyaların əsas məzmunu xalq hakimiyyəti üzərində qurulması və beəliklə də, insan hüquq və azadlıqlarının təmin olunması ilə sıx bağlıdır.
Demokratiya, xalqın hakimiyyətə olan münasibətinin məcmusu, hakimiyyətin xalqın vahid ruhu ilə formalaşdırılması prosesi, xalqın siyasi baxımdan özünü dərk etməsi, dövlətlə xalqı bir-birinə sıx bağlayan siyasi-mədəni tandemin göstəricisi olmaqla, birbaşa insan inkişafı ilə əlaqəli olduğunu göstərmiş olur. Qərb siyasi elminin alimi Robert Dahl qeyd etmişdir ki, yalnız demokratik hökumət mənəvi məsuliyyətin üzə çıxması üçün maksimum imkanlar açır. Demokratiya insan inkişafını digər istənilən sistemdən daha çox həvəsləndirir.(5)
Dövlət idarəetməsi dövlətin sosial-siyasi funksiyası olub, ictimai həyatın bütün sferalarının tənzimlənməsində, davamlı inkişafın, rifah və məmnunluq səviyyəsinin təmin olunmasında, peşəkar, təkmil və müvəffəq idarəçiliyin formalaşdırılmasında mühüm əhəmiyyət kəsb edir. Tarixi təcrübədən də irəli gələrək söyləmək olar ki, ictimai-iqtisadi formasiyanı qeyri-sabitlik, qarşıdurma və iğtişaşlarsız keçirmək üçün ölkənin və xalqın taleyində həlledici addımların atılması, onun gələcək perspektivlərinin seçilməsi də məhz uğurlu dövlət idarəçiliyindən asılıdır. Genezisinə görə spesifik fəaliyyət növü olan idarəetmə tələbatların və fəaliyyət formalarının uzlaşdırılması vasitəsilə inkişaf proseslərinin tənzimlənməsinə yönələn xüsusi sosial funksiya kimi hər dövrün öz obyektiv zərurətindən irəli gələn modellər və metodlar əsasında həyata keçirilir.(6) Buradan belə nəticə çıxır ki, idarəetmə formasının effektivliyinin təminatı demokratiyadan çox asılıdır. Demokratiya və demokratik rejim insan inkişafının davamlı şəkil almasına ciddi təminatdır.(9)
Ölkələr və onların tərkibinə daxil olan ərazilər öz inkişaf səviyyələrinə görə fərqlidirlər və yaxud fərqli ola bilərlər. Bu, bir faktdır və o da bəllidir ki, bəzi hallarda müxtəlif ölkələr, ərazilər və yaxud bu yerlərdə məskunlaşan əhali qruplarının inkişaf səviyyələrində müşahidə edilən fərqlər çox kəskin ola bilir. Beynəlxalq statistik təhlillərə əsasən ölkələr arasında iqtisadi inkişafın səviyyəsinə görə fərqlər bəzi hallarda 40 dəfə və ondan da çox ola bilər.(3, s.7)
Tarixən dövlətlərin inkişafı, çiçəklənməsi və güclənməsifonunda bütün bu proseslərə təsir göstərən ən güclü amil məhz insan potensialı olmuşdur. Dünya inkişaf etsə belə, bu tendensiya öz gücünü itirməmişdir. Çünki ən azından əhali, demoqrafik potensial hər bir dövlətin bir nömrəli gücü sayılır. Bu arqumentimizin heç də yanlış olmadığını sübut etmək üçün dünya səviyyəsində BMT-nin də bu məsələlərə xüsusi önəm verdiyinə diqqət çəkə bilərik. Belə ki, 2000-ci ildə BMT-nin təşəbbüsü ilə dünya sammitinin keçirilməsi və Minilliyin İnkişaf Məqsədləri adlı sənədin qəbul edilməsi buna əyani faktdır. Sənəddə həllini tapmayan məqsədlərin də olmasına baxmayaraq, qarşıya qoyulan hədəflərin hər biri məhz bəşəriyyətin, insanların inkişafını prioritet kimi saxlayırdı.(8) Vurğulandığı kimi adı çəkilən sənəddə əks olunmuş məqsədlərin tam yekunlaşdırılmaması üzündən 2015-ci ildə BMT-nin 70-ci Yubiley Sessiyasında aparılan müzakirələr və qəbul edilmiş qərar və tövsiyələr davamlı insan potensialına əsaslanan inkişafın planlaşdırılması və idarə olunmasına həsr edilmişdir. Bu sessiyada ötən 15 ilin müzakirəsi aparılmaqla bərabər, növbəti 15 il üçün, 2015-2030-cu illəri əhatə edən qlobal çağırışlar, risklər müəyyən edilmiş və bu mövzu ətrafında diskussiyalar aparılmışdır. Yekun nəticədə isə Sammitdə müzakirə edilən hədəflər insan potensialına əsaslanan davamlı inkişafın təmin edilməsinə yönəldilmişdir.(3, s.8)
Göründüyü kimi “insan inkişafı” anlayışı elmdə yenidir və XX əsrin termini olmaqla, BMT-nin təşəbbüsü ilə dövriyyəyə gətirilmişdir. Səbəb ondan ibarət idi ki, həmin dövrə qədər iqtisadi artım hər bir cəmiyyətin, dövlətin əsas göstəricisi kimi qəbul edilirdi, lakin yeni minillik və yeni əsr bunun heç də bu cür olmadığını diktə edirdi. Ona görə də insan inkişafı nəzəriyyəsi təklif edirdi ki, iqtisadi potensial yalnız çağdaş tələblərə cavab verməklə yanaşı, gələcək nəsillərin düşünülməsi hesabına istifadə olunmalıdır. Bununla da, iqtisadiyyatın, iqtisadi və təbii resursların davamlı istifadəsi və inkişafına və bilavasitə davamlı insan inkişafına nail olunacaqdı.(7)
Qeyd edilməlidir ki, inkişafın mahiyyəti ilə bağlı baxışlar da dəyişilib. Artıq iqtisadi imkanların yüksəlməsi və sosial göstəricilərin artmasının əks etdirən orta göstəricilər inkişafın mütləq təzahürü kimi qəbul olunmur. Hazırda inkişaf, onun uğurlu olması daha çox insanların imkanlarının genişləndirilməsi prosesi kimi dəyərləndirilir. Başqa sözlə, inkişafın məqsədi istehsalın genişləndirilməsi və iqtisadi göstəricilərin artması deyil, insanlara seçim üçün geniş imkanlar yaradılmasıdır.(3, s.45) Bu geniş imkanların yaradılması, hər bir insanın qarşısında sonsuz üfüqlərin açılması isə birbaşa dövlət idarəetməsindən, yəni siyasi rejimdən asılıdır. Çünki, insan inkişafı anlayışı azadlıq deməkdir. Yəni, daha məzmunlu, yaradıcı və məhsuldar fəaliyyət göstərmək, uzun, sağlam və dolğun həyat sürmək, bir sözlə, insan üçün mövcud olan və yaradılan və geniş imkanlı həyat tərzi məhz azadlığın ölçülməsi üçün ən ümdə göstəricilərdir. Azadlığın ən yüksək təminatı sözsüz ki, demokratik rejimin, demokratiyanın mövcudluğu şəraitində ola bilər. Demokratik idarəetmə isə uğurlu insan potensialına əsaslanan inkişafın planlaşdırılması, idarə edilməsi və monitorinqi sahəsində müvafiq bilik və bacarıqlara əsaslanmalıdır.
Ümumiyyətlə, insanın inkişafı dedikdə bir neçə məzmun nəzərdə tutula bilər. Belə ki, dünyada ilk insanın yaranmasından bu günə kimi keçilmiş tarixi təkamül yolu inkişafın bioloji tərəfini, bütün tarix boyu bir-birini əvəz etmiş formasiyalarda insanlara verilən qiymətin və insanla insanlığın mövqeyinin, dəyərinin dəyişməsi insanın ideya-mənəvi tərəfini, istehsal vasitələrinin təkmilləşməsi ilə daha yüksək qazancların əldə edilməsi, elmi-texniki tərəqqiyə nail olma isə inkişafın iqtisadi tərəfini əks etdirir. Lakin insan inkişafı və yaxud insan potensialının inkişafı anlayışı özündə tamamilə fərqli məzmun daşımaqla, hər bir fərdiq son nəticədə daha uğurlu olmasına şəraitin yaradılmasını ehtiva edir.(3, s.47)
Ümumdünya Səhiyyə Təşkilatının hesabatlarına nəzər salsaq, görərik ki, gözlənilən və orta ömür müddətinin, eləcə də, əhalinin yaş, cins strukturunun, sosial, iqtisadi, tibbi göstəricilərinin müqayisəsi əsasında insan inkişafının əsas qayəsi olan uzun, dolğun və yaradıcı yaşamaq prinsipi əksər hallarda demokratik rejimin olduğu ölkələrə xasdır. Bu sahədə lider dövlətlər Yaponiya, Skandinaviya, Qərbi Avropa və digərləridir. Siyahıda dünya ölkələrinin əksəriyyəti yer aldığından bütün məlumatlarla tanış olmaq mümkündür. Yekunda isə belə qənaətə gəlmək olar ki, yerli xüsusiyyətləri və iqlim amilini çıxmaq şərti ilə ən az orta və gözlənilən ömür müddəti məhz keçmiş totalitar və müstəmləkə tipli dövlətlərdə müşahidə edilir.(10)
XX əsrin əvvəllərində sosializmin Rusiyada bərqərar olması və SSRİ-nin yaranması sosialist inqilabının rəhbəri V.İ.Leninin düşüncələrinə görə bütün dünyaya yayılmalı idi və bütün dünya proletariatı öz hakimiyyətini qlobal miqyasda qurmalı idi. Lakin bu ideya SSRİ-nin yaradılması və qismən Şərqi Avropaya, eləcə də, bir neçə digər ölkəyə yayılması fonunda davam etdi, son nəticədə isə süquta məruz qaldı. İdeyanın labüd fiaskoya uğramasının başlıca səbəbi isə II Dünya müharibəsindən sonra hazırda aparıcı sayılan dünya dövlətlərinin rəhbərliyinə sosial-demokratların gəlməsi idi. Belə ki, sosial-demokratlar ölkədə demokratik mühitin qurulması fonunda əsas diqqəti sosial problemlərin həllinə yönəltmişdilər. Sosial problemlərin həlli isə istənilən halda narazılıqların olmaması və beləliklə də, ilkin baxışda daha səmərəli görünən ideologiyaya marağın azalmasına səbəb oldu. Göstərilən şərt də təsdiq edir ki, insan inkişafı məhz demokratik mühitdə aparıla bilər. Çünki məhz bu zaman insan hüquq və azadlıqlarına maksimum səviyyədə təminat verilir və insana şərait yaradılır ki, o özünə layiqli həyat şəraiti qursun, dövlət isə bu hüququn təminatçısı qismində çıxış etsin.
İnsan inkişafı ilə demokratiyanın əlaqəsini qloballaşma aspektindən də nəzərdən keçirmək mümkündür. Ümumiyyətlə, demokratiya qlobal prosesdir və bir çox tədqiqatçıların fikrincə bütün dünyanı hazırda demokratikləşmə tendensiyası əhatə edir. Samuel Hantinqtonun 1991-ci ildə çap olunmuş “Üçüncü dalğa: XX əsrin sonunda demokratikləşmə” adlı kitabında da qeyd olunur ki, bəzən antidemokratik meyl müşahidə olunsa da, lakin, ümumən, demokratiya bütün dünyalara yayılır və deməli, bu, qlobal bir fenomendir.
Yuxarıda da qeyd etdiyimiz kimi, demokratiya insan inkişafının təşəkkül tapması üçün başlıca zəmin yaradır və davamlı insan inkişafına hərtərəfli dəstək olur. Lakin antiqlobalistlərin fikrincə, qloballaşma sırf antidemokratik qüvvələrin, transmilli korporasiyaların, bir sözlə, inkişaf etmiş Qərbin məhsuludur. Onlar belə hesab edirlər ki, bu proses özü-özlüyündə antidemokratik, elitar, bir çox hallarda dağıdıcı xarakter daşımaqla ayrı-ayrı ölkələri və insanlığı davamlı inkişafdan məhrum edir. Beynəlxalq təşkilatların və institutların funksiyalarını artırmaqla qloballaşma milli dövlətləri zəiflədir və xalqların suveren hüquqlarını məhdudlaşdırır. (4, s.288-289)
Ümumiyyətlə, qloballaşma kontesktindən yanaşdıqda, əgər demokratikləşməninəsas tendensiyalardan biri kimi çıxış etdiyini vurğulayırıqsa və demokratiyanın, demokratik mühitin insan inkişafına xeyli müsbət təsir göstərdiyini iddia ediriksə, o zaman sərhədlərin aradan qalxması, ümumi beynəlxalq məkanın yaranması, kommunikasiya vasitələrinin əlçatanlığı və imkanlarının genişlənməsi insan qarşısında hüdudsuz üfüqlər açır və hər bir insanın uzun, dolğun və yaradıcı ömür sürməsinə hərtərəfli yardımçı olur, hansı ki, insan inkişafı məhz bu prinsipi özünə prioritet hesab edir.


Ədəbiyyat
1. Əfəndiyev M.Ə. “Politologiya”. Dərslik. Bakı, 2011. 492 səh.
2. Əfəndiyev M. “Siyasi və hüquqi təlimlər tarixi”. Bakı, “Elm”, 2012. 626 səh.
3. Ələkbərov U., “İnsan inkişafının əsasları”. Ali məktəblər üçün dərslik. Bakı, “Aspoliqraf”, 2016. 280 səh.
4. “İnsan inkişafı”. BMT-nin İnkişaf Proqramı, tədris vəsaiti. Bakı, 2014. 395 səh.
5. Ömərov V. “Azərbaycanda demokratiya insanların hüquq və azadlıqlarının etibarlı zəmanətçisidir”//“Səs” qəzeti. 2017, 20 iyun. Səh. 13.
http://anl.az/down/meqale/ses/2017/iyun/547818.htm(19.04.2018)
6. www.asan.gov.az/az/content/view/265/2374 (01.04.2018)
7. Məhərrəmova Ş. “Dünyanın gələcək taleyi və dayanıqlı inkişaf hədəfləri”
http://www.1news.az/az/news/d-nyan-n-g-l-c-k-taleyi-v-dayan-ql-inki-af-h-d-fl-ri (19.04.2018)
8. “Minilliyin Inkişaf Məqsədləri istiqamətində tərəqqi olsa da, kasıb təbəqə kənarda qalır”
https://www.amerikaninsesi.org/a/minilliyin-inkiaf-mqsdlri-istiqamtind-trqqi-olsa-da-kasb-tbq-knarda-qalr-125148339/723024.html
9. “The Relationship between Democracy and Sustainable Development”
http://www.fdsd.org/site/wp-content/uploads/2015/06/The-relationship-between-democracy-and-sustainable-development.pdf
10. Global Health Observatory (GHO) data> Country statistics
http://www.who.int/gho/countries/en/

Açar sözlər: dövlət idarəetməsi, demokratik idarəetmə, davamlı inkişaf.
Ключевые слова: государственное управление, демократическое управление, устойчивое развитие.
Key words: public administration, democratic governance, sustainable development.

Резюме
Государство является ведущим институтом политической системы. С этой точки зрения государственная администрация играет важную роль в жизни всего общества. Согласно элементам управления, демократическое управление воспринимается как самая высшая форма в мире. Демократическое руководство придает большое значение правам и свободам человека, и считается, что в этом контексте человеческое развитие находится на более высоком уровне. Концепция человеческого развития впервые в отчетности и дебатах ООН, а теперь и глобализированная концепция, лидирует в политике государств.

Summary
The state is the leading institute of political system. From this point of view, public administration plays an important role in the life of the whole society. According to the management features, democratic governance is perceived as the world’s most superior form. Democratic governance attaches great importance to human rights and freedoms, and it is believed that human development is at a higher level in this context. The concept of human development for the first time in the UN reporting and debate, and now being a globalized concept, takes the lead in the policy of states.

 

Bəxtim Qarayev

Azərbaycan Respublikasının Prezidenti yanında Dövlət İdarəçilik Akademiyası



"GEOSTRATEGİYA" jurnalı №03 (45) MAY-İYUN 2018


Etiket:

Strategiya.az

Xəbərlər
20.07.2022

Xarici valyutaların manata qarşı bugünkü məzənnəsi

20.07.2022

Ceyhun Bayramov ölkəmizin Avropanın enerji təhlükəsizliyində mühüm rol oynadığını bildirib

20.07.2022

İmtahanın nəticələri ilə əlaqədar müraciətlərə baxılması üçün Apellyasiya Şurasına ərizə qəbuluna başlanılıb

20.07.2022

Xarici işlər naziri Ceyhun Bayramov NATO-nun Baş katibi Yens Stoltenberq ilə görüşüb

20.07.2022

Avropa İttifaqı münaqişədən sonrakı dövrdə mühüm rol oynayır - Ceyhun Bayramov

20.07.2022

"Qarabağ" İsveçrə çempionuna qalib gəldi

20.07.2022

Tehranda Rusiya və Türkiyə prezidentlərinin görüşü olub

16.07.2022

Ceyhun Bayramov Gürcüstanın Baş naziri ilə bölgədə sülh prosesini müzakirə edib

16.07.2022

Mikayıl Cabbarov: Sənaye zonalarında istehsal 53 faiz, ixrac isə 2 dəfə artıb

16.07.2022

Ağalı kəndinə köçürülən ailələrin tibbi müayinələrinə başlanılıb

16.07.2022

Prezident İlham Əliyev: Bizim Xəzər dənizi kimi çox nəhəng bir enerji mənbəyimiz var

16.07.2022

Qubada içərisində 125 min manat olan seyf oğurlanıb

14.07.2022

İrəvan Dövlət Azərbaycan Dram Teatrının 140 illiyi qeyd edilləcək - SƏRƏNCAM

14.07.2022

Azərbaycan tarixinin şanlı səhifələrindən biri - 14 iyul 1969-cu il

14.07.2022

Şuşada Vaqif Poeziya Günləri başlayıb

14.07.2022

Təhsil Nazirliyi: 204 məktəbdə elektron jurnal və gündəlik sistemi tətbiq edilib

14.07.2022

Təhsil Nazirliyi məlumat yaydı

14.07.2022

FHN: Zəngilan rayonunda ağaclıq ərazidə baş verən yanğının tam söndürülməsi istiqamətində tədbirlər görülür

14.07.2022

Azərbaycan neftinin qiyməti 114 dolları ötüb

14.07.2022

Azərbaycan Ordusunun əsgəri həlak olub

14.07.2022

Baş Prokurorluq rəis müavininin intiharı ilə bağlı məlumat yaydı

13.07.2022

Respublika üzrə pensiyaların iyulun 15-də tam ödənilərək yekunlaşdırılması nəzərdə tutulub

13.07.2022

Qızıl təpə abidəsində arxeoloji tədqiqatlar davam edir

13.07.2022

Azərbaycan neftinin bir bareli 113,91 dollara satılır

13.07.2022

Bakı-Tbilisi-Ceyhan neft boru kəmərinin tam istismara verilməsindən 16 il ötür

12.07.2022

Partlayış zamanı “Baktelecom”un rabitə infrastrukturuna ziyan dəyməyib

12.07.2022

Dünyada "Premium Euro-95" benzinin bahalaşması gözlənilir - Azərbaycana necə təsir edəcək?

12.07.2022

Azərbaycan nefti ucuzlaşıb

12.07.2022

Böyük Britaniyanın yeni baş nazirinin adı sentyabrın əvvəlində açıqlanacaq

12.07.2022

Tovuz döyüşlərindən iki il ötür

12.07.2022

Bakının mərkəzində partlayış baş verib

12.07.2022

Cüdoçularımız Xorvatiyada Qran-Pri turnirində iştirak edəcəklər

12.07.2022

Ərdoğan yaxın zamanda Venesuelaya səfər edəcək - Maduro

11.07.2022

Türkiyə və Ukrayna prezidentləri arasında telefon danışığı olub

11.07.2022

Xaçmazdakı meşə yanğınının söndürülməsinə iki helikopter və amfibiya tipli təyyarə cəlb olunub 

11.07.2022

Ərdoğan və Paşinyan arasında telefon danışığı olub

11.07.2022

Saatlı stansiyası yaxınlığında qəzaya uğrayan qatar Gürcüstana məxsusdur - ADY

11.07.2022

FHN Xaçmazdakı meşə yanğınları ilə bağlı məlumat yayıb

11.07.2022

Vahid əlaqələndirmə mərkəzlərində 41 min şəxsə xidmətlər göstərilib

11.07.2022

Kino Agentliyi Mədəniyyət Nazirliyinin tabeliyində olan qurumların siyahısına əlavə edilib

09.07.2022

Gələn ilin sonunda Şuşa ilk sakinlərini qəbul edəcək - Aydın Kərimov

09.07.2022

Azərbaycan Ordusunun hərbçisi həlak olub

09.07.2022

DİN: Ötən gün ölkə ərazisində qeydə alınan cinayətlərdən 52-nin açılması təmin olunub

09.07.2022

Xocavənd rayonu ərazisində yeni hərbi hissənin açılışı olub

09.07.2022

Birinci vitse-prezident Mehriban Əliyeva Qurban bayramı münasibətilə xalqımızı təbrik edib

09.07.2022

Abeyə atəş açan şəxs əməlinin səbəbini açıqlayıb

09.07.2022

Zakir Həsənov Qurban bayramı münasibətilə Azərbaycan Ordusunun şəxsi heyətini təbrik edib

09.07.2022

XİN Azərbaycanın diplomatik xidmət orqanlarının əməkdaşlarını peşə bayramı münasibətilə təbrik edib

09.07.2022

Bu gün Azərbaycanda Qurban bayramı qeyd edilir

08.07.2022

Bərdədə avtomobil yolunun tikintisi ilə bağlı 3,1 milyon manat ayrıldı - SƏRƏNCAM