Hunlar və Azərbaycan

08:00 / 15.07.2018

Qafqaz regionunda mütləq üstünlüyə malik olan Azərbaycan türkləri, indiki Dağıstan, Gürcüstan, Cənubi Azərbaycan və indiki Ermənistan adlanan tarixi Azərbaycan torpaqlarında əhəmiyyətli dərəcədə məskunlaşmışdır. Azərbaycan türklərinin belə bir geniş ərazidə yayılması təsadüfi deyil və tarixi köklərə bağlıdır.
Əhalisinin böyük əksəriyyətini türklər təşkil edən Azərbaycan qədim dövrlərdən başlayaraq türklərlə yanaşı, bir çox Qafqaz və irandilli xalqların da ümumi Vətəni olmuşdur. Onlar burada əsrlər boyu birlikdə yaşamış, oxşar tarixə və ortaq dəyərlərə malik olmuşlar. Bu gün Azərbaycan türklərinin həyatını uzun müddət birlikdə yaşadıqları həmin xalqlarsız təsəvvür etmək belə mümkün deyildir. Lakin təəssüflər olsun ki, XIX-XX əsrlərdə tarixi ədəbiyyatda Azərbaycanın özünəməxsus bu etnik mənzərəsini təhrif edərək onu öz bildikləri kimi təqdim etmək cəhdləri olmuşdur.
Erkən orta əsrlər dövründə Azərbaycan xalqının formalaşmasında yaxından iştirak etmiş türkdilli tayfalardan biri də hunlardır. Hunların, eləcə də sabirlərin və xəzərlərin Azərbaycanın şimal torpaqlarında – Arranda (Albaniyada) məskunlaşmasını araşdırmadan Azərbaycan türklərinin təşəkkülü ilə bağlı problemləri əsaslı şəkildə öyrənmək mümkün deyildir.
Hunlar erkən orta əsrlərdə Azərbaycan ərazisinə gələn və burada əvvəlki dövrlərdən yaşayan yerli, türk adlanan xalqla təmasda olan ilk köçəri türkmənşəli tayfalardan biri sayılır. Azərbaycan xalqının erkən orta əsrlər tarixi müəyyən dərəcədə hunların tarixi ilə sıx şəkildə bağlı olduğuna görə, hunların tarixi ilə bağlı məsələlər tarixşünaslığımızda həmişə xüsusi maraq obyekti olmuşdur. Bir sıra Vətən və xarici ölkə tarixçilərinin əsərlərində erkən orta əsrlər Azərbaycan tarixinin müxtəlif problemləri araşdırılarkən hunlarla bağlı məsələlərə də toxunulmuşdur. Bu sahədə Y.R.Cəfərovun tədqiqatları, xüsusilə qeyd edilməlidir.
Türklərin Azərbaycana ikinci böyük axını məhz hunlarla bağlıdır. Hunların III-IV əsrlərdə böyük dəstələrlə şərqdən qərbə, Asiyadan Avropaya doğru hərəkət etməsi və Cənubi Qafqazda önəmli faktora çevrilməsi ilkin yazılı qaynaqlarda öz əksini tapmışdır. Hunların Şərqi Avropada və Qafqaz bölgəsində məskunlaşması etnik proseslərdə, tarixin hadisələrin inkişafında kəskin dəyişikliklər yaratdı. Bəhs edilən bölgələrdə hunların təsirlərini yer adlarında, məişət həyatında görmək mümkündür (4, 35).
Hunların Azərbaycan xalqının etnogenezinə təsirinə toxunarkən qısa şəkildə onların tarix səhnəsində oynadığı rola baxmaq lazımdır. Hun istilahı və onun mənası ilə bağlı müxtəlif fikirlər mövcuddur. Mənbələrdə rast gəlinən “hun” etnoniminin özü də iki mənada təqdim edilir: 1) Yalnız türkdilli hunlara və hun boyları sayılan tayfalara aid edilir; 2) Hunların başçılığı ilə yaradılan konfederasiyaya daxil olan bütün tayfalara (türk və qeyri-türk) münasibətdə işlədilir (1, 76-77).
“Hun” istilahı və onun mənası ilə bağlı müxtəlif fikirlər mövcuddur. Məsələyə münasibət bildirən R.Fray yazır ki, “hun” etnonimi, onun “syun” etnonimi ilə eyni olub-olmaması ilə bağlı bəzi məsələlər tədqiqatçılar üçün xeyli çətinlik törədir. Lakin Çin mənbələrinin onları “barbar şimal syunları” adlandırması inkaredilməz faktdır. Bəzi ehtimallara görə, “hun” adının mənası türk və monqol dillərində “insan”, “şəxs” deməkdir. Lakin R. Frayın yazdığına görə, bəzi lüğətlərdə bu ad “düşmən” kimi izah olunur. Macar türkoloqu Q. Nemetə görə, “hun” adı türk dilində “xalq”, alman alimi F. Altheimə görə isə “güc və qüvvət” mənasındadır (1, 74-75).
Bəzi tədqiqatçılara görə, hun siyasi birliyinin dəqiq tarixini yalnız е.ə. IV əsrdən еtibarən izləmək mümkündür. Hunlarla bağlı hələlik ilk tarixi mənbə, е.ə.318-ci ilə aid Çin-Hun sazişini əks еtdirən bir tarixi sənəddir ( 6, 147).
Tariximizdə bu mövzuya ilk dəfə fundamental olaraq Y.Cəfərov özünün “Hunlar və Azərbaycan” əsərində toxunmuşdur. Müəllif burada “Albaniya torpaqlarında ilk türkdilli tayfaların hunlar olması” fikrini irəli sürür, hunlara qədərki türkdilli tayfaların (skif-sak) türkdilli olmasının təsdiqini tapa bilmədiyini yazır. Yusif Cəfərov fikrini sübut etmək üçün Azərbaycan ərazisində hunlara qədər türklərə məxsus hər hansı qəbir abidələri və yaşayış məskənlərinin olmamasını vurğulayır.
Yazılı mənbələr II-IV əsrlər Qafqazın hərbi siyasi tarixində hunların önəmli rola sahib olduğunu göstərir. Hunlar haqqında ilkin məlumatlara antik mənbələrdə rast gəlinir. Dionisi Periget və Klavdi Ptolomey II əsrdə, Ammian Marselin IV əsrdə yazdığı əsərlər bu baxımdan əhəmiyyətlidir. Bu mövzu ilə bağlı Bizans tarixçiləri, erməni dilində yazılmış əsərlər, Musa Kalankatlının “Albaniya tarixi” əsəri, hətta erkən ərəbdilli mənbələr böyük əhəmiyyət kəsb edir.
Hunlar haqında dolğun məlumat ilk dəfə Dionisi Periyeqet və Klavdi Ptolomeyin əsərlərində öz əksini tapmışdır. Hər iki müəllif hunların yerləşmə arealını Aral gölü və Xəzər dənizi arası, Volqa ilə Xəzər arası kimi göstərir. Dionisi Periyeqeyt hun tayfalarının Xəzər dənizi ətrafında, əsasən də şimal-qərb tərəfdə üstünlük təşkil etdiyini yazır. Müəllif qeyd edir ki, cənubdan qərbə doğru Kaspi boyunca “unnlar”, kaspilər, kadusilər, albanlar, mardlar və tapirlər yaşayır. O, qeyd edir ki, eranın II əsrindətəxminən 160-cı illərdə hun adlanan etnik toplumlar Volqadan keçib Xəzər şimal-qərbinə doğru hərəkət etdi.
Aqafangel öz əsərində hunların Qafqazda varlığı haqqında məlumat verir (1, 13). Aqafangel və Moisey Xorenli III Tridatla bağlı məlumat verərkən hunlara da toxunur. Moisey Xorenli Aqafangelə nisbətən hunlar haqqında daha ətraflı məlumat verir. Bu məlumatların əhəmiyyəti ondadır ki, Albaniyada məhz bu dövrdə (təxminən III əsrin birinci rübündə) hunların yaşadağını təsdiqləyir (3, 14-15).
Barsillər haqda tarixi qaynaqlarda çox az məlumata rast gəlinir. Moisey Xorenlinin barsillər Cənubi Qafqazda olmasını təsdiq edən məlumatlar bu baxımdan çox dəyərlidir. Barsillərin hun-bulqar etnik birliyinə məxsus olması hazırda da elmi ədəbiyyatda müzakirə mövzusudur. Xorenli yazır: “Xəzər və barsil tayfaları birləşib Dərbənd keçidini keçərək Vnesep Surxepin başçılığı altında Kürə çatıb, burada məskunlaşdılar”. Rus tədiqaqatçısı M.İ.Artamanov isə bu zaman xəzərlərin adının çəkilməsini anaxronizm adlandırır.
Bizans tarixçiləri Barsilya adlı toponimi Şimali Dağıstan ərazisi, Xəzər dənizinin şimal hissəsi ilə eyniləşdirir. Feofan və Nikiforun tədqiqatlarında Barsil ərazisi xəzərlərin vətəni kimi qeyd olunmuşdur: “Xəzərlər sarmatlarla qonşuluqda yaşayır, onların ölkəsi Barsilya adlanır”. Barsillərin dili xəzərlərin və bulqarların danışıq dili ilə çox oxşar olmuşdur, bu dil təxmini olaraq türk dilləri qrupunun qərb qoluna daxildir (3, 15).
Mənbələrdən məlum olur ki, təxminən 215-216–cı illərdə xəzərlər və barsillər Dərbənd səddini aşaraq Albaniyaya çatırlar. On il sonra 225-ci ildə yenə də hunlar (xəzər-barsil tayfaları) Cənubi Qafqazda yenidən göründü. Sonrakı 80 il ərzində Şimali Qafqaza onların gəlişi haqda məlumat tarixi mənbələrdə yoxdur. Bunu alimlər öncə gələn qrupların Şimali Dağıstanda məskunlaşması ilə əlaqələndirirlər. Bu areal mənbələrdə Barsiliya adlandırılır və hun torpaqları kimi qeyd olunur (3, 19). Qeyd etmək lazımdır ki, Barsiliyanın dəqiq yeri haqqında müxtəlif fikirlər mövcuddur. Son dövrlərdə elmi ədəbiyyatda bu istiqamətdə yeni fikirlər səsləndirilmişdir (1, 67-68).
V əsrdə yaşamış naməlum erməni tarixçisi II əsrin əvvəllərində Xəzərin qərbində məskunlaşan hunların Sasani dövləti ərazisində baş verən siyasi proseslərdə aktiv rol oynadıqlarını vurğulayır (4, 173). IV əsrin ilk rübündə Xəzərin qərb sahillərində məskunlaşdığı şübhə doğurmayan hunların Azərbaycan ərazisində Mil düzünə qədər gəlib çıxması məlumdur.
Gürcü salnaməsinin verdiyi məlumata əsasən hunlar IV əsrin 30-cu illərində İberiya ilə ittifaq quraraq həm də Qafqazda Sasanilərin hücumlarının qarşısını alınmasında müəyyən rol oynamışlar. IV əsrin ilk yarısında Kartli çarı III Marian Dərbənd yaxınlığında Qafqazdakı tayfalara yardım edən xəzərlərlə savaşmışdır. Burada xəzərlər kimi göstərilən etnik toplum yəqin ki, hunlardır. Çünki xəzərlərin Dərbənd sərhəddində görünmələri sonrakı əsrlərə aiddir (4, 921; 7, 131)
IV əsrin ikinci yarısındakı hadisələri qələmə alan Favstos Buzandın əsərində “Maskut padşahı Sanesanın bərk qəzəblənərək qoşunlarının hamısını – hunları, paxları, tavasparları, xeçmatakları, ijmaxları, qotları, qluarları, quqarları, şiçbləri, gilbləri, balasaciləri, yegersvanları və saysız-hesabsız köçəri tayfaları toplayaraq Kür çayını keçməsindən” bəhs olunur (2, 172). Məskətlər (massagetlər) eranın ilk əsrlərində Müşkür düzündə öz dövlətlərini qurmuşlar (4, 921-922).
Musa Kalankatlının “Albaniya tarixi” əsərində hunların adı Azərbaycan ərazisinə yürüşlər edən şimal tayfaları sırasında dəfələrlə çəkilir, lakin onların ilk hücumlarının dəqiq vaxtı göstərilmir ( 1, 77).
Mənbələrdə hunların yaşadıqları ərazi haqqında məlumatlar da var. Bunlara əsasən, hunların Dərbənddən cənuba, Beşbarmaq dağı sərhəddinə doğru uzanan ərazilərdə yaşadıqlarını anlamaq mümkündür. İstər yazılı mənbələr, istərsə də arxeoloji tapıntılar hunların IV əsrdən etibarən Azərbaycanın şimal-şərqində yaşadıqlarını sübut etməkdədir.
Hunlar da Məsqət şahlığının hərbi, siyasi və mədəni həyatında önəmli rol oynamışlar. Məsqət şahlığının əsas mərkəzlərindən birinin qalıqlarının Müşkür düzündə tapılması və çevrəsindəki ondan artıq təpədən birini yerli xalqın “Huna Tepe” olaraq adlandırması hunların bu bölgədə yaşadıqlarına dair daha bir sübutdur. Bu ərazi Müşkür düzünün ən böyük ticarət və mədəniyyət mərkəzinə çevrilmişdir.
Hunların Cənubi Qafqaza ən böyük yürüşlərindən biri 395-ci ildə baş vermişdirr. Həmin dövrün hadisələrini təsvir edən Prisk yazır ki, hunlar on beş günlük yoldan sonra hansısa gölü (Azov) keçərək, hansısa dağı (Qafqaz) aşaraq Midiyaya gəlib çatdı. Bu zamandan etibarən həmin gələn hun tayfaları Qafqazda bilavasitə önəmli rol oynamağa başladı (3, 36).
Y.Cəfərovun tədqiqatlarına əsasən belə qənaətə gəlmək olar ki, 395-466-cı illərdə hunların Qafqazdakı fəaliyyəti onoqurların daha ön plana çıxması ilə səciyyələnir.
V əsrdə yaşamış erməni tarixçisi Yegişe əsərində hunların Qafqazdakı fəaliyyətlərinə aid məlumatlar verir. O, əsərində hun-bulqar tayfalarını “haylandur” adlandırır (4, 921-922). Erməni müəllif hun boylarının məskunlaşdıqları Xəzər boyu əraziləri “hunların vilayəti”, “haylandurların torpaqları” adlandırır, Dərbənd istehkamlarından isə “hun qapıları” kimi təqdim edir (4, 923).
Bəzi məlumatlara görə, Şərqi Avropadakı hunların bir qismi 445-ci ildə, yəni Atilla hələ sağ ikən Şimali Qafqazı keçərək Azərbaycanın Muğan tərəflərinə gəlib yerləşirlər (8, 187). Z.V.Toğan belə ehtimal edir ki, Muğan ərazisindəki Ağhun şəhərini ərəblər Balasakan adlandırırdılar ki, bu da Mərkəzi Asiyadakı Balasaqun şəhərinin adı ilə bağlı ola bilərdi (8, 170).
Hunların və digər türk tayfalarının Sasanilərin nüfuz dairəsində olan əraziləri ələ keçirəcəyindən ehtiyat edən Sasanilər imperiyanın şimal sərhədlərinin qorunmasına xüsusi diqqət yetirirdilər. Onlar bu məqsədlə həm əvvəlki müdafiə istehkamlarını bərpa etdirir, həm də bir sıra yeni sədlər və müdafiə tipli qalalar tikdirirdilər. Sasani şahları həmin sədlərin və qalaların mühafizəsini həyata keçirmək üçün bir sıra tədbirlər görürdülər. Bu tədbirlərdən biri də digər ərazilərdən Sasanilərə sadiq olan tayfaların Azərbaycanın sərhəd bölgələrinə, o cümlədən Dərbənd və ona yaxın olan Xəzərsahili ərazilərə köçürülməsi idi. Məsələn, şimaldan gələn yeni-yeni türkdilli tayfaların Cənibi Qafqazda sürətlə yayılmasından və onların Sasanilərə tabe olan torpaqları tuta biləcəklərindən narahat olan I Xosrov Ənuşirvan həmin tayfaların təsirini azaltmaq üçün burada etibarlı Sasani qarnizonları yerləşdirdi (1, 163).
V əsrin 60-cı illərində Şimali Qafqazın hərbi-siyasi və etnik vəziyyətində əsaslı dəyişikliklər meydana gəlmişdir. Avarların sıxışdırdıqları sabirlər Qafqaza köç etdilər. Onlar burada digər türk boyları, sarıqur və onoqurlarla qarşılaşdılar (3, 22).
VI əsrin ortalarında, I Xosrov Ənuşirvanın (531-579) hakimiyyəti dövründə Sasanilərlə Bizans arasında bağlanmış bir sıra müqavilələr (555-ci, 556-cı, 561-ci illərdə) hər iki dövlətin hunlara qarşı birbirinə yardım etməsini nəzərdə tuturdu (1, 78). Məhz I Xosrov Ənuşirvanın dövründə hunların Azərbaycan torpaqlarına yürüşlərinə əsasən son qoyulmuşdur. Lakin bəzi ehtimallar görə, hunların IV Hörmüzün (579-590) dövründə də Azərbaycan torpaqlarına yürüşü olmuşdur. Ancaq bu fakt özünün tam təsdiqini tapmamışdır. Hunlar haqqında son məlumatlardan biri VI əsrin 50-ci illərinə təsadüf edir. Bu zaman Şimali Qafqazda avarlarla müharibədə iştirak edən xalqlar sırasında hunların adına da rast gəlinir (1, 78-79).
VI əsrin ortalarından etibarən hunların rəhbərlik etdiyi konfederasiya dağılmağa başlamış, onların Azərbaycan torpaqlarına hücumları kəsilmiş, digər şimal tayfalarının, yəni sabirlərin və xəzərlərin hücumları isə güclənmişdir. Bununla belə, VII əsrin əvvəlinə aid anonim mənbədə Cənubi Dağıstanda, Şirvanda və Xəzər dənizinin qərb sahillərində məskunlaşmış tayfalar sırasında xəzərlərlə birlikdə hunların da adı çəkilir (3, 23).
Sasani şahları Azərbaycanın Xəzər boyu bölgəsində türk xalqlarının etnik məskunlaşmasına hər nə qədər maneə törətməyə çalışsalar da, bunu bacara bilməmişlər və Azərbaycanın şimal-şərq bölgəsinin müəyyən bir müddət hun hökmdarının rəhbərliyi altında olduğunu göstərir.
Azərbaycanın Xəzər boyu ərazilərinin mürəkkəb etnik proseslərə səhnə olduğunu göz önünə alaraq çox millətli bir bölgə olduğunu və burada türk ünsürünün, xüsusilə hun boylarının (onogurlar və sabirlər) əhəmiyyətli rol oynadıqlarını deyə bilərik (4, 923-924).
Hunların dilinə gəldikdə isə demək olar ki, bütün tədqiqatçılar bu dilin qədim türk dili olduğu qənaətindədirlər. Onun xəzər dili kimi çuvaşların dilinə yaxın olması haqqında fikirlər də mövcuddur (1, 82).
Şimali Qafqazda və Azərbaycan torpaqlarında məskən salan hunların dini görüşləri haqqında məlumatlar olduqca ziddiyyətlidir. Belə ehtimal etmək olar ki, Şimali Qafqazda məskən salan və oradan Albaniyaya daxil olan hunlar qədim dini etiqadlarını əsasən saxlayırdılar. Onların arasında əvvəllər olduğu kimi çoxallahlılıq, bütpərəstliklə bağlı dini inanclar mövcud idi. Musa Kalankatlı isə hunların xristianlığı qəbul etdiyini bildirır. O yazır ki, Çola yepiskopu həm də hunların yepiskopu idi (5, 172-174).
V-VI əsrlərdə Azərbaycan torpaqlarında məskunlaşmış hunların sayının artması nəticəsində Kür və Araz çayları arasındakı yerlərdə “hunlar ölkəsi” yaranmışdı (2,172). Hunların uzun müddət Azərbaycanda qalmasını bugünədək ölkəmiz ərazisində qalmaqda olan toponimik materiallar da sübut edir.
Beləliklə, aparılan araşdırma nəticəsində belə bir qənaətə gəlmək olar ki, hunlar eramızın ilk əsrlərindən başlayaraq tarixi Azərbaycan torpaqlarında məskunlaşmağa başlamış və Azərbaycan türk xalqının formalaşmasında mühüm rol oynamışlar. Bu xalqımızın səlcuqların gəlişi ilə türkləşməsi konsepsiyasını əsassız olduğunu söyləməyə imkan verir.

 

 

Ədəbİyyat
1. Ağayev R.Ə. Ərəb xilafəti dövründə Azərbaycan əhalisi. Bakı, 2017.
2. Bünyadov Z.M. Azərbaycan VII –IX əsrlərdə. Bakı, Elm, 1989.
3. Cəfərov Y. Гуны и Азербайджан. Baku,1993.
4. Dostıyev T. Kafkasya’da Hunlar. Türkler, Yeni Türkiye Yayınları, İstanbul,1993.
5. Kalankatlı M. Alban tarixi. Bakı, Avrasiya, 2006 .
6. Qasımlı A. Türklər (Tarixi oçerklər). Bakı, 2012.
7. Qumilyov L.N. Hazar Çevresinde Bin Yıl. Birleşik Yayınları, İstanbul, 2000.
8. Togan Z.V. Ümumi türk tarihine giriş. I cild. İstanbul, 1981
9. Z.V Togan. “Azərbaycan tarixi coğrafiyası”, Azerbaycan Yurt Bilgisi, 1932, №5.

Açar sözlər: Azərbaycan, hunlar, xəzərlər, əhali, etnoqenez.
Ключевые словa: Азербайджан, гунны, хазары, население , этногенез.
Key words: Azerbaijan, The Huns, The Khazars, population, ethnic origin.

The Huns and Azerbaijan
Summary
The article has been devoted to the problems connected with the ethnic origin, language and religious faiths of the Huns and there role in the formation of Azerbaijani people.
The etymology of the name of Huns has not been completely determined yet. The Huns always had connections with the Sabirs, the Khazars and other Turkic people. The closest of Turkic peoples to the Huns were the Sabirs.
A group of authors suppose that Hunnic language may have been a member of, or related to the Turkic language family

Гунны и Азербайджан
Резюме
Статья посвящена этническому происхождению гуннов и их роли в формировании азербайджанского народа.
Этимология слова «гунны» до сих пор остается объектом жарких научных споров. Савиры, хазары и другие племена были в тесной взаимосвязи с племенным союзом гуннов. Наиболее близкими к гуннам были савиры (сабиры).
Религиозные верования гуннов проявлялись в общетюркских языческих ритуалах. Благодаря географическому положению в гуннскую среду проникало и христианское виляние.
По оценкам многих исследователей, гуннский язык относился к тюркской семье языков.

 

Zərövşən Hüseynli

AMEA Tarix İnstitutu

 

"GEOSTRATEGİYA" jurnalı №03 (45) MAY-İYUN 2018


Etiket:

Strategiya.az

Xəbərlər
20.07.2022

Xarici valyutaların manata qarşı bugünkü məzənnəsi

20.07.2022

Ceyhun Bayramov ölkəmizin Avropanın enerji təhlükəsizliyində mühüm rol oynadığını bildirib

20.07.2022

İmtahanın nəticələri ilə əlaqədar müraciətlərə baxılması üçün Apellyasiya Şurasına ərizə qəbuluna başlanılıb

20.07.2022

Xarici işlər naziri Ceyhun Bayramov NATO-nun Baş katibi Yens Stoltenberq ilə görüşüb

20.07.2022

Avropa İttifaqı münaqişədən sonrakı dövrdə mühüm rol oynayır - Ceyhun Bayramov

20.07.2022

"Qarabağ" İsveçrə çempionuna qalib gəldi

20.07.2022

Tehranda Rusiya və Türkiyə prezidentlərinin görüşü olub

16.07.2022

Ceyhun Bayramov Gürcüstanın Baş naziri ilə bölgədə sülh prosesini müzakirə edib

16.07.2022

Mikayıl Cabbarov: Sənaye zonalarında istehsal 53 faiz, ixrac isə 2 dəfə artıb

16.07.2022

Ağalı kəndinə köçürülən ailələrin tibbi müayinələrinə başlanılıb

16.07.2022

Prezident İlham Əliyev: Bizim Xəzər dənizi kimi çox nəhəng bir enerji mənbəyimiz var

16.07.2022

Qubada içərisində 125 min manat olan seyf oğurlanıb

14.07.2022

İrəvan Dövlət Azərbaycan Dram Teatrının 140 illiyi qeyd edilləcək - SƏRƏNCAM

14.07.2022

Azərbaycan tarixinin şanlı səhifələrindən biri - 14 iyul 1969-cu il

14.07.2022

Şuşada Vaqif Poeziya Günləri başlayıb

14.07.2022

Təhsil Nazirliyi: 204 məktəbdə elektron jurnal və gündəlik sistemi tətbiq edilib

14.07.2022

Təhsil Nazirliyi məlumat yaydı

14.07.2022

FHN: Zəngilan rayonunda ağaclıq ərazidə baş verən yanğının tam söndürülməsi istiqamətində tədbirlər görülür

14.07.2022

Azərbaycan neftinin qiyməti 114 dolları ötüb

14.07.2022

Azərbaycan Ordusunun əsgəri həlak olub

14.07.2022

Baş Prokurorluq rəis müavininin intiharı ilə bağlı məlumat yaydı

13.07.2022

Respublika üzrə pensiyaların iyulun 15-də tam ödənilərək yekunlaşdırılması nəzərdə tutulub

13.07.2022

Qızıl təpə abidəsində arxeoloji tədqiqatlar davam edir

13.07.2022

Azərbaycan neftinin bir bareli 113,91 dollara satılır

13.07.2022

Bakı-Tbilisi-Ceyhan neft boru kəmərinin tam istismara verilməsindən 16 il ötür

12.07.2022

Partlayış zamanı “Baktelecom”un rabitə infrastrukturuna ziyan dəyməyib

12.07.2022

Dünyada "Premium Euro-95" benzinin bahalaşması gözlənilir - Azərbaycana necə təsir edəcək?

12.07.2022

Azərbaycan nefti ucuzlaşıb

12.07.2022

Böyük Britaniyanın yeni baş nazirinin adı sentyabrın əvvəlində açıqlanacaq

12.07.2022

Tovuz döyüşlərindən iki il ötür

12.07.2022

Bakının mərkəzində partlayış baş verib

12.07.2022

Cüdoçularımız Xorvatiyada Qran-Pri turnirində iştirak edəcəklər

12.07.2022

Ərdoğan yaxın zamanda Venesuelaya səfər edəcək - Maduro

11.07.2022

Türkiyə və Ukrayna prezidentləri arasında telefon danışığı olub

11.07.2022

Xaçmazdakı meşə yanğınının söndürülməsinə iki helikopter və amfibiya tipli təyyarə cəlb olunub 

11.07.2022

Ərdoğan və Paşinyan arasında telefon danışığı olub

11.07.2022

Saatlı stansiyası yaxınlığında qəzaya uğrayan qatar Gürcüstana məxsusdur - ADY

11.07.2022

FHN Xaçmazdakı meşə yanğınları ilə bağlı məlumat yayıb

11.07.2022

Vahid əlaqələndirmə mərkəzlərində 41 min şəxsə xidmətlər göstərilib

11.07.2022

Kino Agentliyi Mədəniyyət Nazirliyinin tabeliyində olan qurumların siyahısına əlavə edilib

09.07.2022

Gələn ilin sonunda Şuşa ilk sakinlərini qəbul edəcək - Aydın Kərimov

09.07.2022

Azərbaycan Ordusunun hərbçisi həlak olub

09.07.2022

DİN: Ötən gün ölkə ərazisində qeydə alınan cinayətlərdən 52-nin açılması təmin olunub

09.07.2022

Xocavənd rayonu ərazisində yeni hərbi hissənin açılışı olub

09.07.2022

Birinci vitse-prezident Mehriban Əliyeva Qurban bayramı münasibətilə xalqımızı təbrik edib

09.07.2022

Abeyə atəş açan şəxs əməlinin səbəbini açıqlayıb

09.07.2022

Zakir Həsənov Qurban bayramı münasibətilə Azərbaycan Ordusunun şəxsi heyətini təbrik edib

09.07.2022

XİN Azərbaycanın diplomatik xidmət orqanlarının əməkdaşlarını peşə bayramı münasibətilə təbrik edib

09.07.2022

Bu gün Azərbaycanda Qurban bayramı qeyd edilir

08.07.2022

Bərdədə avtomobil yolunun tikintisi ilə bağlı 3,1 milyon manat ayrıldı - SƏRƏNCAM