Ermənistanın siyasi səhnəsinin ziddiyyətləri: qarşıdurmalar güclənir

19:21 / 24.08.2018

Rəsmi İrəvanın yarıtmaz daxili və xarici siyasəti Ermənistanın qarşısına daha ciddi geosiyasi, hərbi və iqtisadi problemlər çıxarmaqdadır.

Strategiya.az newtimes.az-a istinadən xəbər verir ki, ekspertlər bununla bağlı apardıqları analizlərində maraqlı tezislər irəli sürürlər. Onların hər biri üçün xarakterik olan cəhət Cənubi Qafqazın müstəqilliyi sırf simvolik xarakter daşıyan, faktiki olaraq kənardan idarə olunan bu forpost ölkəsində siyasi ziddiyyətlərin yeni səviyyəyə yüksəlməsi ilə bağlıdır. Əsl səbəbkar kimi Nikol Paşinyanın hakimiyyətə gəlişi zamanı verdiyi vədlərlə əməlləri arasında uçurumun yaranması göstərilir. Məsələn, korrupsiya ilə mübarizə, Dağlıq Qarabağ münaqişəsinin həlli, siyasi opponentlərə qarşı qərəzli davranmama, Rusiya ilə əlaqələrə zərər verməmə və s. kimi sözlərə əməl edilmir. Əvəzində, Ermənistanın siyasi səhnəsində yerliçilik meylləri daha da güclənir. Klanlar arasında mübarizə kəskinləşir. Siyasi mövqeyinə görə adamları həbsə atırlar. Bütün bunlar iqtisadi durumun daha da ağırlaşması və xarici siyasətdə fiaskoların artması ilə müşayiət olunur. Bu cür gedişat Ermənistanın siyasi mühitini hansı istiqamətlərə apara bilər? Bu məsələ üzərində geniş dayanmağa ehtiyac görürük.

Parçalanma: "inqilab"dan sonrakı uçurum

Nikol Paşinyanın hakimiyyətə gəlməsinin Ermənistanda siyasi böhranı daha da dərinləşdirdiyini artıq ekspertlər açıq etiraf edirlər. Öncə "erməni məxməri inqilabı" ifadəsini işlədənlər indi baş verən hadisələrin əsl mahiyyəti barədə baş sındırırlar. Onlar daha çox erməni siyasi mühitində meydana çıxan parçalanmanın məzmununu müəyyənləşdirməyə çalışırlar. Bir qayda olaraq belə nəticə alınır ki, Ermənistanda yeni siyasi mərhələ başlayıb. Onun başlıca xüsusiyyəti ziddiyyətlərin kəskinləşməyə doğru getməsi və bunun fonunda elektoratın monolitliyinin birdəfəlik pozulmasından ibarətdir. Hazırda Ermənistan üçün elə bir məsələ yoxdur ki, cəmiyyət yekdil fikirdə olsun. Bir problemdən başqa - Dağlıq Qarabağ münaqişəsinin həllində rəsmi İrəvanın fəaliyyəti yarıtmazdır.

Münaqişənin həllinə yanaşmada da fərqlər getdikcə özünü daha çox göstərir. Bir qrup Azərbaycanla dil tapmağın zəruriliyini anlayır. Digərləri isə qətiyyətlə buna qarşı çıxırlar. Hələlik barışmaz mövqedə olanlar çoxluq təşkil edir. Ancaq Ermənistanın dövlət olaraq tənəzzülə uğraması və sonu görünməyən hakimiyyət uğrunda mübarizə isteriyası tamamilə fərqli psixoloji şərait yarada bilər. İndi siyasi səhnədə müşahidə edilən proseslərin analizi bu qənaətin doğruluğuna dəlalət edir.

Ekspertlər hesab edirlər ki, "cəmiyyət üçün gizli təhlükələr yüksək səviyyədədir" və "siyasi böhranın bərpa edilməsi çoxlu sayda faktorlara görə baş verə bilər" (bax: Дмитрий Офицеров-Бельский. Внутриполитические волнения в Армении: что дальше? / РСМД, 21 avqust 2018). Həmin faktorlar sırasında aşağıdakılar vurğulanır:

Birincisi, növbədənkənar seçkilərə hazırlıq siyasi mübahisələr olmadan keçməyəcək ki, bu da seçkinin nəticələri elan olunduqdan sonra münaqişəyə çevrilmə şansına malikdir.

İkincisi, katolikos II Qareginin şəxsiyyəti ilə bağlı yaranmış münaqişəli situasiya təhlükə yaradır. Keşişin istefasını "Yeni Ermənistan - yeni patriarx" hərəkatının nümayəndələri tələb edirlər.

Üçüncüsü, hakimiyyətdə olan koalisiya çox dayanıqsızdır. Haqik Sarukyanın əldə olunan razılığa yenidən baxmağa hazırlaşması praktiki olaraq şübhə doğurmur.

Dördüncüsü, Ermənistanda situasiyanı sabitlikdən çıxaran məsələ Dağlıq Qarabağda hərbi vəziyyətin kəskinləşməsi ola bilər (bax: əvvəlki mənbəyə).

Bu cür daxili ziddiyyətlərin fonunda ölkədə siyasi güclərin palitrası və onlar arasındakı münasibətlərin məzmunu gərginliyin artması ehtimalını xeyli yüksəldir Maraqlıdır ki, N.Paşinyanın hakimiyyətə gəlişi ilə sürətlə erməni siyasi mühiti həm parçalandı, həm də ziddiyyətlərin sayı artdı. Bu ona dəlalət edir ki, cəmiyyətdə uzun müddət siyasi ziddiyyətlər mövcud olub və onları yalnız süni yolla ört-basdır etməyə çalışıblar. Əslində isə erməni cəmiyyəti fərqli siyasi düşərgələrə bölünüb.

 
 

İndiki mərhələdə siyasi qüvvələrin başlıca olaraq respublikaçılar, hazırkı prezidentin tərəfdarları, H.Sarukyanı müdafiə edənlər və N.Paşinyanın tərəfdarları kimi qruplara bölündüyündən bəhs edirlər (bax: əvvəlki mənbəyə). Bunların hər birinin siyasi gözləntiləri də fərqlidir. Respublikaçılar və prezident tərəfdarları ölkədə daha aydın siyasi dinamikanın yaranmasına ümid edirlər. H.Sarukyanın tərəfdarları daxil olduqları komandaya sadiqlik nümayiş etdirirlər. N.Paşinyanın qrupu isə özünü sığortalamağa və başqa siyasi qüvvələr arasında tərəfdar tapmağa çalışır.

Radikalların aqibəti: qapalı dairə

Daha çox maraq doğuran Nikol Paşinyanın ehtiyatlanması və özünə siyasi tərəfdaş axtarışında olmasıdır. Görünür, N.Paşinyan öz hakimiyyətini saxlamaq və sərt addımlar atmaq üçün xalqın etimadını qazanmaq məsələsindən çəkinir. O, son anda cəmiyyətin bu kimi qeyri-populyar addımları dəstəkləyəcəyinə inanmır. Buna görə də əlavə siyasi baza yaratmağa çalışır.

Başqa səbəb qismində N.Paşinyanın komandasının monolit olmamasını göstərirlər. Əksinə, onlar öz liderləri ətrafında rəqabət mühiti yaradıblar. Belə çıxır ki, N.Paşinyanın öz qrupu arasında qeyri-sağlam rəqabət mühiti yaranıb ki, bunun da hansı nəticələr verə biləcəyi bəlli deyil. Məsələn, artıq məlumdur ki, N.Paşinyan bir sıra tərəfdarları ilə yollarını ayırmaq niyyətindədir. Buna görədir ki, baş nazirin ətrafında olanlardan bəziləri H.Sarukyanla yaxınlaşmağa cəhd edirlər. Deyək ki, S.Mikaelyan "Sarukyan" bloku ilə birlikdə kriminal avtoritet A.Banduryanın həbs cəzasının ləğv edilməsi üçün məhkəməyə müraciət edib.

N.Paşinyanın tərəfdarları sırasında prezident Armen Sarkisyana meyl edənlər də vardır. Onlardan daha çox Təhlükəsizlik Şurasının katibi Armen Qriqoryanın adı çəkilir (bax: əvvəlki mənbəyə). Ondan başqa, xarici işlər naziri Zöhrab Mnatsakanyanın da prezidentə daha çox yaxın olduğundan yazırlar. A.Sarkisyanın, ümumiyyətlə, erməni diplomatları arasında nüfuzunun yüksək olduğu vurğulanır. Təbii ki, Serj Sarkisyana meyl edən "paşinyançılar"ı müdafiə edənlər də az deyil. Bu səbəbdən deyə bilərik ki, prezident tərəfə keçmək istəyənlərin sayı daha çoxdur.

N.Paşinyanın qrupunda müşahidə edilən bu cür "mərkəzdənqaçma" tendensiyasına səbəb nə ola bilər? Şübhəsiz, burada başlıca səbəb N.Paşinyanın uğursuz daxili və xarici siyasətidir. O, hakimiyyətə gələndə verdiyi sözlərə əməl edə bilmir. Cəmiyyət artıq əmindir ki, N.Paşinyan korrupsiyaya qarşı səmimi mübarizə aparmır. Bu, daha çox simvolik xarakter daşıyır, bir çox hallarda isə uğursuz olur.

Bunun əvəzində açıq görünür ki, N.Paşinyan hakimiyyətinə təhlükə ola biləcək siyasi fiqurları zərərsizləşdirməyə çalışır. Onların sırasında keçmiş prezident Robert Koçaryan da var. Eyni zamanda, S.Sarkisyanın tərəfdarlarının həbsi davam edir. Bu proses R.Koçaryanın siyasi fəaliyyətə qayıtmasına təkan verməkdədir. Artıq Ermənistanda onun tərəfdarları bu barədə danışırlar. Bütün bunlar Ermənistan cəmiyyətində "Qarabağ klanı" ilə mübarizə adı altında dərk edilir. Yəni cəmiyyət faktiki olaraq yerliçilik prinsipi üzrə iki düşərgəyə bölünüb.

N.Paşinyanın mövqeyini laxladan digər faktor xarici siyasətdə getdikcə daha çox hiss edilən qeyri-müəyyənlikdir. Moskva yeni hakimiyyətdən narazıdır. Rusiyalı ekspertlər bunu açıq ifadə edirlər. İki ölkə rəhbərliyinin görüşündən Kremlin məmnun olmadığı vurğulanır (bax: məs., əvvəlki mənbəyə). Digər tərəfdən, ekspertlər Fransanın Ermənistanın siyasi həyatında daha çox təsirə malik ola biləcəyi barədə danışırlar. Payızda Fransa prezidenti Emmanuel Makronun İrəvana səfəri bu səbəbdən maraq doğurur. Eyni zamanda, Fransa bütövlükdə qlobal geosiyasi proseslərdə fəallığını artırmağa çalışır. Təbii ki, Moskva özünün ənənəvi nüfuz məkanında başqa bir güclü oyunçunu görmək istəməz.

Bundan qaynaqlanan ziddiyyət Ermənistanın siyasi mühitinə təsir edir. Bir sıra siyasətçilər ondan uzaqlaşmağa və ənənəvi Moskva xəttini tutmağa meyllənirlər. Bu proses Rusiyanın Ermənistana təsir rıçaqlarının çox olması fonunda normal görünür. Burada KTMT-nin baş katibi Yuri Xaçaturova qarşı Ermənistanın hazırkı rəhbərliyinin davranışını da unutmaq olmaz. Moskva bu addımı hərbi blokun nüfuzdan salınması kimi qəbul edib.

Bütün bunlardan aydın olur ki, Ermənistanın siyasi səhnəsi qarşıdurmalarla zəngindir. Belə proqnozlaşdırılır ki, seçkidən sonra bütün bu məqamlar daha kəskin şəkildə özünü göstərə bilər. Bu zaman N.Paşinyan öz hakimiyyətini legitimləşdirsə, koalisiya və prezidentlə münasibətləri balanslaşdırsa belə, o, çoxlu sayda güzəştlərə getməlidir. Ancaq N.Paşinyan buna hazırdırmı? Və onun siyasi güzəşt sərhədi haradan keçir? Rusiya nə dərəcədə erməni hakimiyyətinə sərbəstlik verəcək? Bu sualların heç birinin cavabı aydın deyil. Geosiyasi mübarizənin daha da gücləndiyi bir mərhələdə belə bir vəziyyət Ermənistana ciddi problemlər yarada bilər.


Etiket:

Strategiya.az

Xəbərlər
24.06.2019

Yaqub Mahmudov: Azərbaycan tarixçilərinin əsas məqsədi real tariximizi dünya ictimaiyyətinə çatdırmaqdır

24.06.2019

Müdafiə Nazirliyinin hərbi qulluqçuları təltif edilib

24.06.2019

Gələn aydan özünüməşğulluq proqramı iştirakçılarına mal və materialların verilməsinə başlanacaq

24.06.2019

Bidzina İvanişvili: Kütləvi iğtişaşlar törədənlər və səlahiyyətlərini aşanlar cəzalandırılmalıdır

24.06.2019

Penitensiar xidmət və polis tərəfindən birgə ƏMƏLİYYAT - məhkumun gizlətdiyi silah və güllələr aşkarlandı

24.06.2019

Bill Geyts ən böyük səhvini açıqladı

24.06.2019

Azərbaycanın Birinci vitse-prezidenti Mehriban Əliyeva BMT-nin xüsusi mükafatına layiq görülüb

24.06.2019

Dövlət İmtahan Mərkəzində psixoloji xidmət fəaliyyətə başlayıb

24.06.2019

Mərkəzi Bankın qısamüddətli notlarının yerləşdirilməsi üzrə hərrac keçiriləcək

24.06.2019

Cüdoçularımız “Minsk 2019”un dördüncü gününə qələbələrlə başlayıblar

24.06.2019

Sabah hava isti olacaq - PROQNOZ

24.06.2019

Azərbaycanda ilk dəfə olaraq minimum əmək haqqı yaşayış minimumunu üstələyir

24.06.2019

Vəsaitlərin cəlb edilməsi üzrə depozit hərracının nəticələri açıqlanıb

24.06.2019

Dövlət Gömrük Komitəsinin rəhbərliyi Gəncə şəhərində, Göygöl, Daşkəsən rayonlarında vətəndaşları qəbul edib

24.06.2019

AMEA-nın magistraturasına qəbul olan bakalavrların nəzərinə!

24.06.2019

Nizami rayonunda baş verən yanğınla bağlı RƏSMİ

24.06.2019

Tramp milyonlarla qeyri-leqal miqrantın deportasiyasını təxirə salmaq barədə sərəncam verib

24.06.2019

Məleykə Abbaszadə dövlət qulluğuna qəbulda baş tutmayan müsahibələr barədə: Namizədlər bu işə məsuliyyətsiz yanaşıb

24.06.2019

“Dedilər ki, tutulana qədər özünü öldür” – 2-ci əri ilə bibisinin evini soyan məhkum qadın - VİDEO

24.06.2019

Birinci vitse-prezident Mehriban Əliyeva BMT Baş katibinin müavini Liu Cenmin ilə görüşüb

24.06.2019

DİN: Yol qəzalarında 11 nəfər ölüb, 4 nəfər xəsarət alıb

24.06.2019

Təhsil Nazirliyindən dərsliklərlə bağlı ÇAĞIRIŞ

24.06.2019

Təmas xəttində növbəti monitorinq keçiriləcək

24.06.2019

Birinci vitse-prezident Mehriban Əliyeva BMT-nin Dövlət Xidmətləri Forumunun açılış mərasimində iştirak edib

24.06.2019

Kosmik hava durumu və proqnozu

24.06.2019

Sumqayıtda dəhşətli qəza - Maşın piyadanın üstünə aşdı

24.06.2019

Şəkidə 5 tondan artıq narkotik tərkibli bitki məhv edilib

24.06.2019

Cəbhədən son xəbər 

24.06.2019

Dövlət qulluqçularının nəzərinə!

24.06.2019

Neftin qiyməti bahalaşır

24.06.2019

Müəllimlərin işə qəbulu üzrə müsabiqə başlayır

24.06.2019

İyunun 24-də xarici valyutaların manata qarşı məzənnələri

24.06.2019

"Qarabağ"ın yaxşı komanda olduğunu bilirəm" - portuqaliyalı hücumçu

24.06.2019

Rezidenturaya qəbul üzrə sınaq imtahanı keçiriləcək

24.06.2019

Xüsusi qabiliyyət tələb edən ixtisaslar üzrə qeydiyyat başlayır

24.06.2019

Bu gün havanın temperaturu 40 dərəcəyə qədər artacaq

24.06.2019

Generallardan birinin hücum nəticəsində təxminən 150 insan həlak olacağını deməsindən sonra Tramp qərarını dəyişib

24.06.2019

Tbilisidə kütləvi etiraz aksiyaları DİN-in binası qarşısında davam edəcək

24.06.2019

Suriya tərəfindən Türkiyəyə keçən dörd terrorçu həbs olunub

24.06.2019

Monteneqronun Baş naziri Azərbaycana rəsmi səfərə gəlib

24.06.2019

Sərbəst güləş üzrə yığmamız Avropa ikincisi olub

23.06.2019

Türkiyə Prezidenti: Seçkiləri qazanan Əkrəm İmamoğlunu təbrik edirəm

23.06.2019

Binəli Yıldırım: hazırda Əkrəm İmamoğlu irəlidədir rəqibimi təbrik edirəm

23.06.2019

İstanbulda səsvermənin ilkin nəticələri açıqlanıb

23.06.2019

İstanbulda səsvermə başa çatıb

23.06.2019

Hidayət Heydərov Karapetyanı məğlub edib

23.06.2019

“Minsk 2019”: Daha bir idmançımız ən azı gümüş medalı təmin edib

23.06.2019

Daşkənddə standartlaşdırma üzrə beynəlxalq seminar-treninq keçirilib

23.06.2019

Sabahın hava proqnozu

23.06.2019

Qara Qarayev prospektindəki yanğın tıxaca səbəb olub