Azərbaycanşünas alim, görkəmli şərqşünas Mirzə Rəhimov

09:21 / 14.10.2018

Nazim Nəsrəddinov

Azərbaycan Respublikasının əməkdar müəllimi

Azərbaycanşünas alim, görkəmli şərqşünas Mirzə Rəhimov və yaxud dörd il bundan  əvvəl  yazdığım yazıının  (15 Dekabr 2014.Strategiya.az) həzin xatırlamaları
 
   Hörmətli Mirzə müəllim, salam. Gözlədim ki, dekabr ayının  15-i gəlsin. Gəldi də.  Çoxdan söyləmək istədiyim sözləri söyləmək istəyirəm. Bu gün Sizin ad gününüzdür. Siz mənalı həyat yaşayırsınız.Belə həyat tərzi hamıya nəsib olmur. 85 yaşınızı təbrik edirəm.
  85 yaş nədir ki... Hələ nə qədər elmi işləriniz, gənclərə dəyərli məsləhətləriniz olacaq...
  Mirzə müəllim,  icazənizlə qısa şəkildə də olsa, maraqlı , alimlərə də, alim olmayanlara da  nümunə olan həyat səhifələrinizi vərəqləyək.  
                                                            ***
 Mirzə Şıxəli oğlu Rəhimov 1929-cu il dekabrın 15-də Astarada anadan olub. Astaranın o vaxt şəhər, yoxsa qəsəbə  olduğunu deyə bilmirəm, amma bircə onu deyə bilərəm ki,tanınmış  məkan olub, bir sıra  sakinlərinin adı tarixin səhifələrinə  düşüb.
 Mirzə Rəhimov 1937-1947-ci illərdə Astaradakı Sabir adına məktıəbdə oxuyub.Deməli, 10 yaşından M.Ə.Sabiri tanıyıb. Məktəbə M.Ə.Sabirin adı nə vaxt verilib, bax onu müəyyənləşdirə bilmədim. Hər halda  28 yaşında elmlər namizədi olan  astaralı Mirzə Rəhimov Sabiri də, onun müəllimi Seyid Əzim Şirvanini də, onların hər ikisinin  müəllimi olan Nizami Gəncəvini də, Məhəmməd Füzulini də yaxşı tanıyıb.
  Mirzə Rəhimov Azərbaycan Dövlət Universitetinin  filolofiya məktəbinin məzunudur.-şərqşünaslıq fakültəsinin fars dili şöbəsini bitirib,Moskvada aspirantura təhsili alıb.  Elmi yaradıcılığa  Azərbaycan dilinin  tarixinə müraciətlə başlayıb: "Azərbaycan dilinin XIV-XVIII əsrlərə aid yazlı abidələrində felin indiki və gələcək zamanlarının ifadə formaları" mövzusunda maraqlı elmi iş yazıb. O da maraqlıdır ki  elmi mövzunun təsdiqi zamanı  nə üçün felin keçmiş zamanını digər zamanlardan ayırıblar? Bunu  yazını çapa  hazırlayarkən telefonla Mirzə müəllimdən soruşmaq istədim, ancaq nədənsə ehtiyat etdim. İstədim ki, Mirzə müəllimin digər aspirantlarından soruşum, buna da ehtiyat etdim, sürpriz hazırlamaq istəyim bu sorğuya  üstün gəldi. Mirzə müəllimin  həm namizıədlik, həm də doktorluq dissertasiyaları  ədəbiyyatla ilgilidir. Burada Həsənoğlu da var, " Dastani-Əhməd  Hərami " də, Xətayi də, Füzuli də,Vidadi də, Vaqif də.
 Məncə, bütün dövrlərdə ədəbiyyata dil baxımından baxılmalıdır, zorla hər bir bədii əsərdə ideya axtarmaq düzgün deyil. Əslində, ideya müəllifinin özü ideyasız,cəmiyyətə ziyanlı adam ola bilər.
"Dastani-Əhməd Hərami " poemasının (məsnəvisinin) qəhrəmanı həramidir,quldurdur,yolkəsəndir, deməli,dələduzun biridir, bəlkə də lap yekəsidir, amma Əhməd ağıllı müsahibdir, bağlı qapıları aça bilir, hətta  ağlı və kamalı ilə ətrafındakılardan çox-çox fərqlənən sultanın belə saqqızını oğurlaya bilir: Bağdad sultanı yeganə qızı Güləndamı ona ərə verməyə özü elçi düşür...
  Mirzə müəllim hər bir dil faktını mənalandıra bilir, ədəbiyyatı dilin quluna çevirməyi bacarır. Onun istifadə etdiyi dil nümunələrinin əksəriyyəti şeirdir,nəzmdir,nizamlı misralardır. 
  Biz hələ " Kitabi-Dədə Qorqud "un janrını müəyyənləşdirə bilməmişik. Nəsrdir bu,bilmirik,nəzmdir bu, yenə də bilmirik.Amma vəziyyətdən çıxa bilirik:  "Dədə Qorqud "un  dili    qafiyəli nəsrdir.  Onda bəs bu şeirlərin janrı nədir?  Bax bunu bilmirik, bəlkə də heç vaxt bilməyəcəyik. 
  Mirzə müəllm  "Dədə Qorqud"dan nümunə gətirir:
"Baban dedi, keyikləri qovsun gətirsün,...oğlumun at səgirdişin,qılınc çalışın, ox atışın görəyim,sevinəyim,qıvanayım,güvənəyim". 
  Bax bu, dildir-Azərbaycan dilidir. Qoy başqa türk qardaşlarımız öz babalarının qoşduqlarını tapsın.  Dədə Qorquddan gətirilən bu sözləri hər bir azərbaycanlı başa düşür,anlayır,qavrayır. Özbək,qazax,qırğız, tatar bunları çətin ki qavrasın.
  Mirzə müəllim ən çox Nəsimidən misal gətirir: " Qulağ tutgil sənə edim hekayət ; 

                                                                  Surəti,hüsni-cəmalı cümlə zibadır anın,
                                                                  Hüsnünə qurban olayım belin sər ta pasinə".

Mən Azərbaycan SSR Elmlər Akademyasının Nəsimi adına Dilçilik İnstitutunun aspiranturasına qəbul olunanda Mirzə müəllim İnstitutun direktor müavini idi.Mirzə müəllim mənim  elmi rəhbərim oldu. İlk tapşırığı Nəsiminin 1926-cı ildə Bakıda nəşr olunan kitabından istifadə etmək şərti  ilə  "Nəsiminin dilində sözlərin məna qrupları" mövzusunda  referat hazırlamaq tapşırığı oldu. Referatın bu mənbədən istifadəsi əski yazımızı-ərəbdilli əlifbamızı  yaxşı    öyrənmək məqsədi daşıyırmış.  Mirzə müəllimin tapşırığı ilə onun şərqşünas dostu -Əlyazmalar İnstitutunun   direktoru Cahangir Qəhrəmanovdan(1927-1995) Nəsiminin 1926-cı nəşrini aldım. Kitabxana qaydasına görə pasportumu cibimdən  çıxaranda  Cahangir müəllim mənə  tərs-tərs baxıb,başını yellədi. Sonralar məlum oldu ki, onların hər ikisi SSRİ EA Dilçilik İnstitutunun aspiranturasında bir vaxtlarda oxuyublarmış.
Mirzə müəllim mənə kitablarla işləməyi öyrətdi. Mənə bir torba kartoçka  ( qeydlər üçün qalın vərəq )  verdi,  bədii əsərlərdən, qəzet və jurnallardan materrial toplamağın yolunu,üsulunu öyrətdi.
 1975-ci ildə Mirzə müəllim iş yerini dəyişdi;Akademiydan yuxarıda yerləşən Azərbaycan Dövlət Universitetinin Şərqşünaslıq fakültəsinə təyinat aldı. Bu qərarla görə Mirzə müəllimin tədqiqat sahəsi də dəyişildi, Azərbaycan dilinin tarixçisi tələbə vaxtı universitetdə aldığı ixtisas üzrə-fars dilinin tədrisi ilə məşğul olmaa başladı.O vaxtın yeganə universiteti  də Mirzə müəllim   üçün doğma idi.O,Akademiyada işləyəndə də burada- o vaxtkı ADU-da saat hesabı  ilə dərs deyirdi.  Mirzə müəllim universitetdə  bizə dil tarixindən mühazirələr oxuyurdu. Savadlı aspirantları var idi, Şaməddin, Sevil, Əvəz... Dərsləri çox maraqlı keçirdi, özünü şair hesab edən  filoloq tələbələr,adətən, ədəbiyyat dərslərinə üstünlük verirdilər. Mirzə müəllimin dərsləri onları bu fikirdən daşındırdı. Mən BDU-da iki nəfərdən "iki" almışam.Onlardan biridil metodisti  Kənan Mikayılov, digəri Mirzə Rəhimov idi. Kənan müəllimin bu "iki"si hələ də mənə  aydın deyil. Dekana şikayətdən sonra  o, bu "iki"ni nəyə görə verdiyini özü də başa düşmürdü.  Mirzə müəllimin "iki"si isə dekanlığın əməkdaşı Paplı xanımın texniki səhvi imiş.  Mirzə müəllim tələbələrini yaxşı tanıyırdı.Mən kəsirdən ötrü Dilçilik İnstitutuna gedəndə Mirzə müəllim  bu "iki"yə təəccübləndi, heç nə soruşmadan halalca məqbulumu yazdı.
  Mirzə müəllimi  ensiklopedik nəşrlərdə   şərqşünas alim kimi tanıdırlar. Bu, onun son  40 ildəki elmi və elmi pedaqoji fəaliyyəti ilə ilgilidir.Mirzə müəllimin elmi tədqiqat sahəsini də fars dilçiliyi, fars dilinin nəzəri qrammatikası, fars dilinin leksikologiyası, fars dialektologiyası, fars dilinin tarixi morfologiyası adı ilə tanıdırlar. Bəli, bunlar faktdır. Bu da faktdır ki, onun  1965-ci ildə Bakıda  çap olunmuş "Azərbaycan dilində fel  ( 2013-cü ildən  bu söz yeni orfoqrfiya lüğətinə görə  feil şəklində yazılır-N.N.) şəkillərinin formalaşması tarixi "monoqrafiyası dünya türkologiyasının ən sanballı  nümunələrindəndir. Bu, birnəfəsə oxunan elmi əsərlərdəndir.

 Stolüstü kitablarla yanaşı, mənim stolüstü jurnallarım da var.  (Yəqin ki iş stolumun səliqəsini hiss edirsiniz). Bunlardan biri  "Sovetskaya  türkologiya"  jurnalıdır.Mən bu jurnalın ilk nömrələrini oxuyanda zavodda tokar işləyirdim.Universitetdə qiyabi oxuyurdum. Jurnalın 1972-ci ildəki 2-ci nömrəsi  Mahmud Kaşğarinin "Divani-lüğət-it-türk "(Türk dilləri lüğətinin divanı)  əsərinin  900  illik  tarixinə həsr olunmuşdur.  Nömrədəki yazılar  7-9  oktyabr  1971-ci ildə Fərqanədə keçirilmiş  Ümumittifaq Türkologiya Konfransında səslənən   materiallarıdır. Bu nömrədə Mirzə Rəhimovun "Дивану лугат--ит -тюрк" Махмуда Кашкари и древнетюркские  элементы  в диалектах и говорах Азербайджанского языка"  məqaləsi elmi  meyarlarına, dilçilik təfəkkürünə görə ən dəyərli yazılardan biridir. Məqalədə dil faktlarının elmi müqayisəsi  göstərir ki, Kaşğarinin əsəri təkcə bir türk dilinə aid deyil.
   M.Rəhimovun bu məqaləsi  proqram xarakterli   pedaqoji təmayüllü  bütün ali məktəblərdə   öyrənilməlidir.

  Bakı Dövlət Universitetinin  90 illik yubileyi ilə əlaqədar olaraq, Azərbaycan Respublikasının  Prezidenti  İlham Əliyevin  2009-cu ildə imzaladığı Sərəncamla  Azərbaycanda təhsilin və elmin inkişafındakı xidmətlərinə görə Mirzə Şıxəli oğlu  Rəhimova Azərbaycan Respublikasının əməkdar müəllimi fəxri adı verilmişdir. 
 Mən o vaxt bu münasibətlə telefonla Mirzə müəllimi təbrik etmişdim. Bu gün Mirzə müəllimi təbrik edənlərin sayı daha çox olacaqdır. Axı o, 58 ildir ki,elmə xidmət edir.
 Ad gününüz mübarək, Mirzə müəllim!
 Ad gününüz mübarək,professor!

 

 
P.S.Bu yazının çapından bir neçə ay sonra - 2015-ci ilin oktyabr ayında  Mirzə Rəhimov dünyasını dəyişdi. Azərbaycan 86 yaşlı professor oğlu Mirzə Rəhimovla hörmət və ehtiramla vidalaşdı.
Allah sənə rəhmət eləsin,Mirzə müəllim.

Etiket:

Strategiya.az

Xəbərlər
13.11.2018

Futbolçular və azarkeşlər hakimin çənəsini sındırdılar

13.11.2018

Gündüz saatlarında hava yağmursuz keçəcək

13.11.2018

"Azərişıq": Qış aylarında elektrik enerjisi ilə təchizatda heç bir problem olmayacaq 

13.11.2018

Tramp Təhlükəsizlik nazirini istefaya göndərir

13.11.2018

Marko Alvera: TAP-ın inşası 2020-ci ildə başa çatacaq

13.11.2018

Cəbhə xəttində monitorinq keçiriləcək

13.11.2018

Gürcüstandan Azərbaycana 61 mobil telefonun qanunsuz keçirilməsinin qarşısı alınıb

13.11.2018

Cinayət törətməkdə şübhəli bilinən 25 nəfər saxlanılıb

13.11.2018

“Azeri Light”ın bir barrelinin qiyməti 72 dolları keçib

13.11.2018

Şəhid vərəsələrinə ödəmələrin verilməsinə başlanıldı

13.11.2018

Karateçilərimiz dünya çempionatını üç medalla başa vurublar

13.11.2018

Alleqri A Seriyasının ən yaxşısıdır - 4-cü dəfə

13.11.2018

Salyanda ağır qəza: ölən və yaralananlar var

13.11.2018

Dollarla bağlı mühüm proqnozlar

13.11.2018

Ukrayna və ABŞ arasında strateji enerji dialoqunun başlanmasına dair razılıq əldə edilib

13.11.2018

Ronaldo hamını qabaqladı - 88 zərbə ilə

13.11.2018

Noyabrın 13-də xarici valyutaların manata qarşı məzənnələri

13.11.2018

Ağcabədidə 3 otaqlı yaşayış olan tikili yanıb

13.11.2018

Atəşkəs 24 dəfə pozulub

13.11.2018

Sürücülərin nəzərinə: Müddət bitir

13.11.2018

Nəzmiyyə Brumendfard: Azərbaycanda qripə qarşı pulsuz peyvəndin edilməsi məqsədəuyğun sayılmır

13.11.2018

Kaliforniyada meşə yanğınları nəticəsində ölənlərin sayı 44 nəfərə çatıb

13.11.2018

Moskvada ermənilərlə azərbaycanlılar arasında qarşıdurma baş verib

13.11.2018

Azərbaycan Respublikası Prezidentinin Sərəncamı - Fövqəladə və səlahiyyətli səfirin vəzifəsindən geri çağırılması ilə bağlı

13.11.2018

Şahmat üzrə dünya çempionu adı uğrunda üçüncü partiya da heç-heçə nəticələnib

13.11.2018

Dövlət İmtahan Mərkəzi hazırlıq kurslarına başlayır -kursda iştirak haqqı da məlumdur - VİDEO

13.11.2018

Tereza Mey: “Brexit” müzakirələri son mərhələyə çatıb

13.11.2018

Şəkidə yanğın

13.11.2018

Terrorçuların dəhşətli təcavüz olayları - QANDONDURAN İFADƏLƏR

12.11.2018

Qəzza zolağından İsrail ərazisinə 200 raket buraxılıb

12.11.2018

Kürdəmir rayonunda bədbəxt hadisə 

12.11.2018

Qazaxda maskalı şəxs qadının evinə basqın etdi 

12.11.2018

Hillari Klinton 2020-ci ildə ABŞ prezidentliyinə namizədliyini irəli sürə bilər

12.11.2018

Əvvəlkindən çox fərqlənir

12.11.2018

Prezident İlham Əliyev və birinci xanım Mehriban Əliyeva Bakıda Elektron Hökumətin İnkişafı Mərkəzinin inzibati binasının açılışında iştirak ediblər

12.11.2018

Azərbaycan Respublikası Prezidentinin Sərəncamı

12.11.2018

Dayanıqlı və Operativ Sosial Təminat Agentliyinin fəaliyyətinin təmin edilməsi üçün 3,5 milyon manat ayrılıb

12.11.2018

“Vikipediya”da Milli Qəhrəman Rövşən Əliyev haqqında ingilis dilində məqalə yaradılıb

12.11.2018

Nazirlik: Daha 4 vərəsəyə sığorta ödənişi aldıqlarına dair sənədlər təqdim edilib

12.11.2018

DİN-dən sosial şəbəkələrdə saxta səhifə yaradanlara xəbərdarlıq

12.11.2018

Əliyar Ağayev UEFA kursunda

12.11.2018

ABŞ-ın pilotsuz təyyarələri Pakistanda 2 mindən çox mülki şəxsin ölümünə səbəb olub

12.11.2018

Bakıda piyadanı vurub qaçan sürücü saxlanılıb

12.11.2018

“Cinçıxarma”da iştirak edənlərin ŞOK ETİRAFLARI: “40 dəfə çubuqla vurub müalicə edirdi, dözməyib öldü” – VİDEO

12.11.2018

83 dövlət əmlakı özəlləşdirilir - VAXT açıqlandı

12.11.2018

Bu “moyka”lar cərimələnəcək – VİDEO

12.11.2018

Qəbələdə dağdan yıxılan şəxsin meyiti tapılıb

12.11.2018

“Aşağı liqaya düşəcəyimizə inanmıram” - Mourinyo

12.11.2018

Ötən gün ərzində 89 cinayət faktı qeydə alınıb

12.11.2018

FHN: Lənkəranda 4 kənd yağış suları ilə dolub, 63 nəfər təxliyə edilib