Türkoloq professor Fərhad Zeynalov və yaxud ilin ən uzun və ən işıqlı gününün ən ziyalı ziyalısı

13:17 / 16.10.2018

Nazim Nəsrəddinov

Azərbaycan Respublikasının əməkdar müəllimi

Bu gün görkəmli türkoloq Fərhad Ramazan oğlu Zeynalovun (22.06.1929-16.10.1984) ANIM günüdür.


Fərhad müəllim   bizə dərs deyəndə 37 yaşı var idi . Biz Azərbaycanın o vaxtkı yeganə universitetini qurtaranda   türkoloq  Fərhad  Zeynalovun yaşı  40- ı   keçmişdi.   O, bu dünyaya 1929-cu iln ən uzun və ən ışıqlı günündə -  iyunun 22-də gəlib.Yaşasaydı indi 84 yaşı olacaqdı.(Söhbət 2013-cü ilə aiddir-N.N.)

  Fərhad müəllim cəmi 55 il yaşadı,  ömrünü  elinə, obasına , yurduna,  yuvasına təmənnasız xidmətə  həsr etdi. 55 yaşlı azərbaycanlı türkoloq alimin 20-yə yaxın monoqrafiyası və onlarla elmi məqaləsinin    dünya türkoloqlarının  hər gün müraciət etdikləri  dəyərli elmi mənbə olması heç kəsdə şübhə doğurmur.

 Fərhad müəllim təşəbbüskar alim idi.  Başqalarına adi görünən işi Fərhad müəllim  mənalandıra bilirdi.  Sovetlərin ayıq vaxtında Azərbaycanda türkoloji mərkəz yaratmışdı,türk dillərinin müqayisəli şəkildə öyrənilməsində böyük nəzəri  və əməli işlər  görülmüşdü.

  Fərhad müəllim ətrafına inandığı və güvəndiyi gənc kadrları toplaua bilmişdi. Gəncləri  öyrədirdi və  onlardan öyrənməyi   də bacarırdı və bunu özünə ar bilmirdi.

  Biz  onun   məşhur tələbələrini yaxşı tanıyırdıq.Rus dilində türk sözlərindən danışanda Qüdrətin adını çəkirdi,onun "İqor polku dastanı"ndan tapıb üzə çıxardığı  türk mənşəli sözlərdən  Fərhad müəllim  elə danışırdı ki, elə bil  tələbəsi Mendeleyevin tapmadığı elementi tapmışdı.

   Fərhad müəllim Kamil Vəliyevin tədqiqatlarından söz açırdı, Elburus Əhmədovun dil tarixinə, dialektologiyaya marağını və bu elmi maraqdan süzülüb gələn elmi  nəticələri ilə öyünürdü.

   Fərhad müəllim Moskvada görkəmli rus türkoloqu N.A. Baskakovun aspirantı olmuşdu.  O, Moskva türkoloji məktəbinin ənənələrini Bakıda davam etdirirdi. Biz ,  Fərhad müəllimin  tələbələri - onun dərslərini səbirsizliklə gözləyən tələbələri,  Fərhad müəllimdən müəllimliyi öyrənmişik.   Doğrusu, Fərhad müəllimin   rusca   necə danışdığını  bilmirdik, ancaq rusdilli  türkoloqlarla  onun elmi polemikasını,mübahisə mədəniyyətini  çox yüksək   qiymətləndirirdik.

  Fərhad müəllim zəhmli adam idi, amma qorxulu deyildi.  O, hamını dinləyə bilirdi , hamını başa düşüdü.

Bizə kurs işi vermişdi.Səhv etmirəmsə, mənə köməkçi nitq hissələrinə aid mövzu düşmüşdü.  Bu,  Fərhad Zeynalova  doğma mövzu idi: o, müasir türk dillərində köməkçi nitq hissələrinin türkologiyada ən yaxşı tədqiqatçısı idi.   Mən bunu bilə-bilə,   kurs işimdə onunla polemikaya  cəhd etmək  fikrinə düşdüm, Fərhad müəllimlə   razılaşmadığım yerlərdə ,  elmi qənaətimi  adımın və soyadımın baş hərfləri ilə göstərirdim -  ( ....-N.N.). Yataqxanada otaq yoldaşlarımdan biri , məndən bir kurs yuxarı  kursda   oxuan Mədinəyev Ələddin" Gürcüstan ləhcəsi ilə  "ayə, ay Allahın qara yəlsin, bu "N.N." lər  evini yıxajax,sən kimnən vurşeyrsən"  deyə-deyə məni  təsəvvür  və  güman   etdiyim mübahisədən çəkindirmək istəyirdi.  Mən də tərsliyimdə israrlı idim, elə bilirdim ki, mənim elmi qənaətim daha düzdür.(Çox sonralar başa düşdüm ki, nə qədər kobud səhv etmişəmmiş).

  Sessiya başlananda özümü çox naqolay hiss etdim.Fərhad müəllimdən gizlənmək istəyirdim, üzünə baxmağa qorxurdum. Dərs ilinin ilk dərslərinin   birində   Fərhad müəllim kurs işlərini özü ilə gətirmişdi. Birinci sualı bu oldu:  Bayraməli Aslanov kimdir? Lerikli uca boylu Bayraməli qorxa-qorxa ayağa qalxdı. Fərhad müəllim onun üzünə belə baxmadan "otur, yaxşı yazmısan" deyib,  Cəlilabadlı Əliyev Dilavəri tanımaq istədi. Onu da təriflədi.  Mən hələ də başımı yuxarı qaldırmırdım.Cəzamı və yekəxanalığımın  cavabını gözləyirdım. Fərhad müəllim hələ auditoriyaya göz gəzdirirdi. Birdən adımı və soyadımı eşitdim.Tərəddüd və qorxu ilə, dizlərim əsə-əsə ayağa qalxdım. Fərhad müəllim" Ən yaxıı sən yazmısan, diplom işini türkologiya kafedrasından götürərsən"- dedi. Bunula da söhbət bitdi,Ələddinin sözləri yadıma düşdü. Amma iş işdən keçmişdi, "N.N."lərə görə Fərhad müəllimə cavab verməli idim.

  Fərhad müəllim mənə "Müasir türk dillərində rus və rus dili vasitəsilə başqa dillərdən alınmış  sözlərdən əmələ gələn feİllər" mövzusunu verdi. Hər fəsli diqqətlə oxudu, evindən rus dilində yazılmış qalın-qalın kitablar gətirdi,razılaşmadığı fikirləri  başa saldı,  Sovet İttifaqı Kommunist Partiyasının  XXII qurultayında Azərbaycan Kommunist Partiyasının Mərkəzi Komitəsinin birinci katibi, atamın  tələbə  dostu Vəli Axundovun çıxışından gətirdiyim  dil haqqında sitatın üstündən çalın-çarpaz xətt çəkdi.

   Nə isə...Fərhad müəllim məni diplom işimi  tamalamaq üçün Moskva və Leninqrad arxivlərinə göndərdi.  "SSRİ-də qardaşlıq ailəsində  yaşayan" türk xalqlarının ədəbi  və elmi ədəbiyyatından, mətbuatından seçilmiş materiallar  əsasında diplom işimi qurtardım.

  İyunun 30-u idi.  Müdafiə uğurlu  oldu.  Filologiya fakültəsinin  elmi şurası  250  tələbənin  sırasından təkcə mənə  Elmlər Akademiyasının  aspiranturasında oxumağa  zəmanət verdi.  Görünür, Fərhad müəllim  imtahan komissiyasınin üzvlərini - Muxtar Hüseynzadə, Tofiq Hacıyev,  Ağamusa Axundov  və   imtahan komissiyasının sədri, sonralar akademik olan Bəkir Nəbiyevi inandıra bilmişdi.

  Onda 1972-ci ilin iyun ayı idi: Fərhad müəllim bundan  sonra da qayğı və  sayğısını inandığı və güvəndiyi adamlardan əsirgəmirdi.

  Fərhad müəlimlə mübahisə etmək asan deyildi, amma maraqlı idi.  Bir dəfə,  əgər səhv etmirəmsə,  İtaliyadan elmi məzuniyyətdən qayıtmışdı.Elmi konfransdakı fikirləri bizlə bölüşmək istəyirdi.  Sevinclə "Nizaminin  Azərbaycan dilində bir qəzəlini tapmışam" deyəndə hamımız bu tapıntıya sevindik.Fərhad müəllim xeyli danışdı, müqayisələr apardı, fikrinin döğruluğuna hamımızı inandırmaq istədi. Mən yavaşca, sanki özüm-özümə "bəlkə də bu  heç Nizaminin deyil" deyəndə Fərhad müəllim əslində ona ünvanlanmayan bu sözləri eşitdi, yenidən izahatını davam etdirdi.

   Sonralar məlum oldu ki, doğrudan da, bu qəzəl  XII əsr Azərbaycan şairi Nizami Gəncəvinin yox, eyni təxəllüslü orta əsrlərdə   yazıb yaratmış  bir türk şairinin imiş. Amma Fərhad müəllimin elmi məzuniyyəti  zamanı topladığı  digər materiallar -"Kitabi-Dədə Qorqud" eposu,  "Dastani-Əhəd Hərami" poeması  ilə ilgili zəngin materiallarla yadda qaldı.

    Fərhad müəllim  həmişə tələsirdi.Nə  isə yazmaq,elmi zənginləşdirmək, türkologiya kafedrasının xətti ilə  sanballı elmi tədqiqatların sayını çoxaltmaq istəyirdi. O, dilçi idi,türkoloq idi .Fərhad müəllim həm də mətnşünas idi,  ədəbiyyat tədqiqatçısı idi.  O, dilçiliyi ədəbiyyatla, tarixlə inteqrasiya edə bilirdi.  Fərhad müəllim bütün türkoloqlara  nümunə idi.  Başçılıq etdiyi  türkologiya kafedrasının əməkdaşları -  onun əqidə və məslək dostları  idi.

  1987-ci ildə Fərhad müəllimin ən sədaqətli  dostlarından biri - filologiya elmləri doktoru ,hamının  özünə doğma sandığı  Samət Əlizadə ərəb əlifbası ilə yazılmış  "Əmsali-Məhəmmədəli", yaxud "Məcməül-əmsali - Məhəmmədəli" adlı atalar sözü  və məsəllər  əlyazmasını  28000 tirajla  çar etdirib  oxuculara ünvanladı.  "Oğuznamə" adı ilə cap olunan bu kitabın işıq üzü görməsinə hamı sevinirdi.  Təkcə bir nəfər- bu kitabın araya ərsəyə çatmasında xidmətləri olan, Leninqrad Dövlət Universiteti  şərq fakültəsinin kitabxanasında saxlanılan  ədəbi dilimizin, bədii fikir tariximizin incilərindən biri olan bu əlyazmanın  surətinin Azərbaycanda elmi tədqiqata cəlb olunmasına şərait yaradan, fədakarlıq göstərən  professor Fərhad  Zeynalov,   elmi yaradıcılığının aşıb-daşdığı  bir dövrdə  dünyadan  vaxtsız köçdüyünə görə  "Oğuznamə"nin   doğurduğu təəssüratı duya bilmədi.

 Fərhad müəllimin  əqidə və məslək dostu Samət  Əlizadə  (1938-2002)  də bir neçə  ildir  ki, dünyasını dəyişib.Yaxşı ki  hələ  dünyada Fərhad müəllim kimi,   Samət müəllim  kimi  hamının yaxşı tanıdığı   yaxşı adamlar çoxdur.

 Yaxşılar yad edilir, xatırlanır, işıqlı əməlləri yolumuzu işıqlandırır.


Etiket:

Strategiya.az

Xəbərlər
18.11.2018

Gələn il ölkəmizdə gimnastika növləri üzrə 3 dünya kuboku, 2 Avropa və 1 dünya çempionatı keçiriləcək

18.11.2018

Sabaha olan hava proqnozu açıqlanıb

18.11.2018

Tatlısəsi azərbaycanlı həkim sağaltdı

18.11.2018

Gəncədə 17 yaşlı qız itkin düşdü

18.11.2018

Pensiyaçılar üçün “staj amnistiyası” - Kimlərə şamil olunacaq?

18.11.2018

Falkao "Monako"nu "Real"a dəyişir?

18.11.2018

Türkiyə 35 azad ticarət zonası yaratmağı hədəfləyir

18.11.2018

Kaliforniyada meşə yanğınları: 76 nəfər ölüb, 1276 nəfər itkin düşüb  

18.11.2018

Rumıniya polisi Buxarestdə üç mənzildə 15 min miqrantı qeydiyyatdan keçirən cinayətkar qrupları müəyyənləşdirib

18.11.2018

Azərbaycanın ilk üsuli-cədid məktəbi

18.11.2018

Qırğızıstanın Batken vilayətinin prokuroru qətlə yetirilib

18.11.2018

DİQQƏT! Plastik qapı-pəncərələr TƏHLÜKƏLİDİR - VİDEO

18.11.2018

İngiltərə Xorvatiyaya, İsveçrə Belçikaya qarşı

18.11.2018

Ermənistan silahlı qüvvələri atəşkəsi 29 dəfə pozub

18.11.2018

Rusiyadan Ermənistana gedən magistralda 600-ə yaxın avtomobil qalıb

18.11.2018

Xəzərdə zəlzələ qeydə alınıb

18.11.2018

Qaradağda idman edərkən köməksiz qalan şəxs xilas edilib

18.11.2018

Azərbaycanın U-19 millisi gürcüstanlı həmyaşıdlarını məğlub edib

18.11.2018

Çaylarda suyun səviyyəsi dəyişib

18.11.2018

Bakı-Tbilisi-Ceyhan: Şərq-Qərb enerji dəhlizinin əsasını təşkil edən layihə

18.11.2018

Afinada 22 nəfər saxlanılıb

18.11.2018

Nuşirəvan Məhərrəmli: Sona Vəliyeva öz ərizəsi ilə MTRŞ üzvlüyündən çıxıb

17.11.2018

Tramp: Fətullah Gülənin ekstradisiyası məsələsi hələlik müzakirə olunmur

17.11.2018

Tərtərdə “Sağlamlıq imkanları məhdud uşaqların I Regional Forumu keçirilib

17.11.2018

Direktor vəzifəsinə işə qəbul üzrə müsabiqənin imtahan mərhələsi başlayır

17.11.2018

Çeçenistanda naməlum qadın özünü partladıb

17.11.2018

Azərbaycan Respublikası Prezidentinin Sərəncamı

17.11.2018

Jan-Lük Retser: Fransanın BMT Təhlükəsizlik Şurasının qətnamələrinə və qüvvədə olan qaydalara riayət etməsi vacibdir

17.11.2018

Bakıda akrobatika gimnastikası üzrə Dünya Kubokunun açılış mərasimi keçirilib

17.11.2018

Azərbaycanda DƏHŞƏT: Ana doğduğu körpəsini öldürdü

17.11.2018

Palata Vergilər Departamentini yoxlayıb

17.11.2018

Bazar gününə HAVA PROQNOZU

17.11.2018

Fransa XİN: Rəsmi Paris özünü respublika elan etmiş Dağlıq Qarabağı tanımır

17.11.2018

Kürdəxanıda yolu keçən piyadanı maşın vurdu

17.11.2018

Heydər Əliyev Fondunun daha bir layihəsi – “Yeddi gözəl” sərgisi Moskvada açılır

17.11.2018

Məleykə Abbaszadə 11-ci sinif şagirdləri və valideynlərə müraciət etdi

17.11.2018

Bakının bu rayonu susuz qalacaq

17.11.2018

Kaliforniyada meşə yanğınları nəticəsində mindən çox insan itkin düşüb

17.11.2018

Rəsmi Bakı: Belə qərəzli addımlar Fransanın Minsk qrupunun həmsədri kimi üzərinə götürdüyü öhdəliklərlə bir araya sığmır 

17.11.2018

Polşadakı ermənilərdən təxribat: Azərbaycan diaspor təşkilatı hərəkətə keçdi

17.11.2018

Bakıda restoran yandı

17.11.2018

Sumqayıtda avtomobilləri qarət edən şəxslər saxlanılıb

17.11.2018

"Onlar status-kvonun qorunması üçün hər şeyi edirlər" - Hikmət Hacıyev

17.11.2018

Məhkum qardaşına narkotik keçirmək cəhdi baş tutmadı 

17.11.2018

Bakıda Azərbaycanın işğal olunmuş ərazilərində qeyri-qanuni fəaliyyətlərlə bağlı beynəlxalq konfrans keçirilir

17.11.2018

“İmtahanlarda ciddi dəyişikliklər olacaq” - Məleykə Abbaszadə

17.11.2018

On ayda dövlət büdcəsinin gəlirləri 18196,9 milyon manat, xərcləri 17769,9 milyon manat olub

17.11.2018

On ayda Bakı–Tbilisi–Ceyhan kəməri ilə 28,2 milyon ton neft göndərilib

17.11.2018

Ölkədə bir gündə 117 cinayət baş verib

17.11.2018

Neftin qiyməti bahalaşır