Xalq poeziyasında forma və məzmun dialektikası

09:00 / 24.10.2018

FƏXRƏDDİN QULİYEV
Heydər Əliyev adına
Azərbaycan Ali Hərbi məktəbi

Xalq poeziyası hər bir milli mədəniyyətin əsas daşıyıcısı, etnik, dini, etik dəyərlər sisteminin, dünyabaxışlarının ən etibarlı ifadəçisidir. Xalq poeziyası nümunələrinin təhlili xalq təfəkküründə poeziyanın ideya, məzmun və forma, struktur məsələlərinə etnik konseptual münasibətlərin formalaşdığını aşkar edir.
Forma və məzmun kateqoriyaları fəlsəfənin ilk və çoxaspektli kateqoriyalarındandır, fəlsəfi ensiklopediyalarda müxtəlif aspektlərdən şərh edilir.
Forma və məzmun təbii və sosial reallığın iki tərəfinin qarşılıqlı əlaqəsini əks etdirir: məzmun predmet və ya hadisələri yaradan element və proseslərin müəyyən qayda ilə nizamlanmış, sıralanmış məcmusu, forma məzmunun mövcudiyyət və ifadə üsulu, onun müxtəlif modifikasiyalarıdır. Başqa sözlə, məzmun tamın müəyyənedici tərəfi olaraq predmetin tərkib hissələrinin öz aralarında və digər predmetlərlə münasibətləri məcmusudur, forma məzmunun daxili təşkilidir. Məzmun gerçəklik haqqında təsəvvürlərimizin genişlənməsi və biliklərimizin inkişafını əks edirir, tamın dəyişkən, dinamik tərəfidir, forma isə hissəciklər arasında dayanıqlı əlaqələr sistemini əhatə edir, məzmuna nisbətən dəyişməyə davamlı, mühafizəkardır. [21, s. 383]. Daha ümumi şəkildə desək məzmun və forma gerçəkliyin müxtəlif obyektlərinin vəziyyət xarakteristika-sıdır, məzmun predmet, hadisə və ya prosesi təşkil edən hissə, əlaqə və xassələrin vəhdətini ifadə edir, forma isə məzmunun daxili təşkili sistemi, həmin hissələrin əlaqə, nizamlama üsuludur.
Forma və məzmun münasibətləri analoji mahiyyət və hadisə, sistem və struktur münasibətləri ilə birlikdə tədqiq edilir.
Mahiyyət predmetin varlığının çoxsaylı və ziddiyyətli formaları ilə vəhdətdə onun daxili məzmunu, hadisə isə predmet mövcudiyyətinin xarici formasıdır. Mahiyyət zərurətlə bağlı olduğu halda, hadisədə təsadüflərin rolu qeyd olunmalıdır. Hadisə mahiyyətin və özünün, spesifik məzmununun daşıyıcısıdır. Hadisə buna görə heç vaxt tamamilə mahiyyətlə uyğun gəlmir və onu təhrif edir. Hadisə məzmundan zəngindir, obyektin əhəmiyyətli əlaqələrindən başqa təsadüfi münasibətləri də əhatə edir[18, s.682]. Mahiyyət ümumi, xüsusi və təkdə ən əhəmiyyətli, dəruni olandır, müəyyənedicidir, hadisə onların bilavasitə xarici ifadəsidir.
Məzmun eyni zamanda tərkib hissələrinin vəhdətindən ibarət sistem anlayışıdır, “sistem bir-biri ilə əlaqə və münasibətlərdə olan və müəyyən bütövlük və vəhdət yaradan elementlərin məcmusudur” [22, s.552]. Struktur daxili nizamlılıqdır, məzmunun zəruri komponentidir, “müxtəlif daxili və xarici dəyişmələrdə obyektin əsas xassələrini saxlamağı təmin edən dayanıqlı əlaqələr məcmusu, sistemin əsas xarakteristikası, onun invariant aspektidir“[22, s.629]. Struktur sistemin elementləri arasındakı rabitə formalarının mürəkkəbliyi və ierarxiyasını, daxili təşkili, anatomiyası və mövcudiyyət qaydalarını əks etdirir. Strukturun xassələri onu təşkil edən elementlərin xassələri ilə təyin edilir. Sistemin funksional elementləri struktura, strukturun elementləri isə sistemə təsir edir. Strukturun dəyişməsiylə obyektin məzmunu əhəmiyyətli dərəcədə dəyişir.
Poeziya gerçəkliyin qədim və effektiv inikas vasitələrindən biridir. Bu kontekstdə forma və məzmunun idrak nəzəriyyəsi kontekstində definisiyası poeziyanın eyni adlı problemlərinə aydınlıq gətirir.
Düşüncənin məzmun və forması idrak nəzəriyyəsinin fundamental anlayışlarıdır, bunların konkret mənası ilk nəzəri mücərrədlik və ideallaşdırmanın məcmusuyla təyin edilir. İnikas nəzəriyyəsinə görə düşüncənin məzmunu gerçəkliyin mücərrəd modeli, forması isə onun kateqorial strukturu, konseptual və əməliyyat sxemləridir. Belə ki, düşüncə obyektiv gerçəkliyi məzmun və formaca inikas edir, düşüncənin məzmunu bəşəriyyətin ümumi mənəvi mədəniyyətində təbiət və sosial hadisələrinin inikasıdır, yəni ictimai subyekt tərəfindəndən mənimsənilən ideallaşdırılmış təbiət və sosial reallıqdır. Düşüncənin məzmununa gerçəkliyin müxtəlif definasiyaları, yəni gerçəkliyin ümumi-mücərrəd əlaqə və münasibətləri daxildir, sonuncular müəyyən şəraitdə məxsusi məntiqi funksiyalar kimi düşüncənin formasına çevrilir [21, s.385].
Poeziya söz sənətidir, poeziayanın ontologiya və qnoseologiyası sözdə vəhdət halını alır, “söz və adda varlığın bütün mümkün olan və ağla gələn layları qovuşur, ad fizioloji, psixi, fenomenoloji, məntiqi, ontoloji sferaların mərkəzidir[17, s.44].
Hegel poziyada, ümumən incəsənətdə forma və məzmun dialektikasını müfəssəl tədqiq etmişdir. Hegelə görə poetik fantaziya diqqəti varlığın daxili və mahiyyət tərəfinə yönəldir, bu mayiyyəti formalaşdırır və obrazlarda ifadə edir [13, s. 189-190], poeziya insanı idarə edən qüvvələr haqqında biliyi ilkin mahiyyət formasında ifadə edir [14, s.170], xarici mövcud olanı daxili prinsipə uyğunlaşdırır [ 16 , s. 190].
İncəsənətin məzmunu ideya, forması isə hissi, obrazlı təcəssümdür. Bu iki tərəfin vasitəli ifadə olunması, sərbəst, ölçülüb-biçilmiş vəhdətdə birləşdirilməsi incəsənətin məqsədidir[12, s.75].
Beləliklə, məzmun formanın məzmuna keçidi, forma isə məzmunun formaya keçidindən ibarətdir [15, s.224]. Başqa sözlə, predmet və hadisələr onların əks tərəflərini təmsil edən öz məzmunu və formasına malikdir.
Yuxarıda təhlil olunan məzmun və forma münasibətləri Azərbaycan poeziyasında xüsusi bir mövzudur. Dahi Azərbaycan alimi Nəsirəddin Tusi şeir və qafiyə haqqında bu gün də əhəmiyyətini itirməyən elmi fikirlər söyləmişdir:Həqiqi şeir seçilmiş ahəngdar sözlərə deyilir. Əvvəli qarışıq sözlərdən ibarət olan bu kəlam yer, məna və sayına görə düzülür. Şeirdə hər bir qafiyənin özünəməxsus mövqeyi vardır. Şeirin cövhəri sözdür, siması isə, son dövr alimlərinin fikrincə vəzn və qafiyədir. Qafiyə ... mənanın surətini daha da çoxaldır. Məntiq alimlərinə görə şeirin mahiyyəti təxəyyüldür[11, s.182-183]. Tusi sözün misrada yeri, yəni indiki inversiya qanunu, ritmik vurğu yaratmaq üçün qrammatik qanunun pozulması, sözün sayı, yəni şeirin vəzni, mənaya görə isə ilk növbədə qafiyənin semantik mərkəz rolu oynaması kimi nəzəri məsələləri hələ XIII əsrdə göstərmişdir. O, eyni zamanda qeyd edir ki, şeir yalnız ilham deyil, həm də təxəyyülün, idrak proseslərinin məhsuludur.
Dahi şairimiz Füzuli yaradıcılığında bu mövzu nəzəri və praktik cəhətdən geniş işlənmişdir, “Füzuli təkcə məzmun və forma məfhumlarının ifadəsində yüzdən çox qoşa istilahdan istifadə etmişdir” [ 5 , s. 55]. Şeirin məzmunu və onun məxsusi bir elm sahəsi olmasını dahi Füzuli belə ifadə edir: Elmsiz şeir əsası yox divar olur və əsassız divar ğayətdə bietibar olur [8 , 43], “Bil ki, şeir fəziləti də ayrı bir elmdir və kamal növlərindən mötəbər bir növdür”[9, s.17].
Forma və məzmun münasibətlərində sözü dürrə bənzədən böyük şair məzmunun ifadəsində söz düzümünün xüsusi əhəmiyyətini qeyd edir, forma və məzmunu cism və canla müqayisə edir: “Kəlam(söz) necə bir nazik sapdır ki, o xəzinənin dürrləri dənə-dənə bu sapa elə bir nizamla düzülmüşdür ki, heç bir məna onsuz surət ala bilmir:


Söz mənadan asılıdır, məna sözdən hər zaman,
Bir-birindən asılıdır necə ki, cism ilə can. [9 , 15].


Xalq poeziyası məzmun və forma arasındakı ziddiyyətləri, qarşılıqlı təsiri, formanın məzmuna əks təsirini daha qabarıq şəkildə əks etdirir.
Xalq poeziyası formaları ritm və metr kimi kriteriyalarla yaradılır. Ritm şeirin əsası, dayağı, zamana görə ardıcıllıq, prosesin müəyyən xarakteristikasının bərabər zaman intervallarında təkrarıdır. İntellektual, emosional ritmlər mövcuddur, emosional gərginliyin artması, azalması şəklində təzahür edir. Ritmik vahidlər ierarxiyası söz, söz birləşmələri, misra, bənd və bütöv şeir çərçivəsindəir.
Metr misradakı hecaların sayı, mütənasiblik, tarazlıq və əndazədir, formalaşan strukturun hüdudlarını, fəaliyyət konturlarını cızır. Metr statikdir, məhdudiyyətlər sistemi kimi onun üz qabığıdır, invariant sxemdir. Metr mətnin eyni ritmik elementlərinin, sillabik şeirdə vurğulu və vurğusuz hesaların bir-birini əvəzləməsidir.
Poeziyada sözlərin düzümü, nizamlığı əsas motivin adekvat, daha əhatəli ifadəsi üçün zəruridir. İnversiya açıq şəkildə göstərir ki, "sözlər zamana görə deyil, makanda öz yerini tutur, onlar makanda öz ilk mövqeyini əldə edə, yerini dəyişdirə, özü özlərinə müraciət edə və öz hərəkət əyrisini yavaş-yavaş inkişaf etdirə bilir" [23, s. 177]. İnversiya qəbul edilmiş normalardan yayınmadır, stilistik effekt, epitetləri seçmək, sözlər arasında yeni semantik əlaqə yaratmaq, cümlənin köməkçi üzvlərinin yerinin dəyişdirilməsidir[19, 260-277]. Poetik nitqdə inversiya söz və söz birləşmələrinə ifadəlilik gətirir, poetik mətndə formayaradıcı rol oynayır.
Xalq poeziyasının tədqiqinə bayatılardan başlamaq daha məqsədəuyğundur, bayatılarda etnosun bütün həyatı, sevinci, kədəri, mübarizəsi, insan, cəmiyyət, təbiət və kainat haqqında fikirləri öz əksini tapır. Bayatılar vasitəsi ilə etnosun həyat və təfəkkür tərzini öyrənmək olar. Bayatılar eyni zamanda xalq şeiri formalarının invarıant əsasıdır, xalq şeiri formaları bayatılardan törəmələrdir. Dörd misra, yeddi hecadan ibarət bayatıların müxtəlif formaları mövcuddur: 1.üçüncü misradan başqa qalan misralar qafiyə ilə tamamlanır. 2. bayatı təcnisin qafiyələri cinas sistemindən ibarətdir. 3.misralarda həm qafiyə, həm də rədif olur. 4. bayatıda qafiyə ilə tərkibli cinasın qarışığından istifadə olunur.
Qafiyə və rədif assosiasiyanın oyadıcısı, poetik fikrin katalizatorudur, konstruktiv, sintetik və yaradıcıdır, sеmаntik mərkəz, yəni attraktordur. Bayatıların topoloji strukturunun əyani təsvirində bu xassələr əsas götürülür.
Qeyd olunan bayatıların topoloji strukturları aşağıdakı kimidir:

1.Sular gəlir lilinən,
Bülbül oynar gülünən,
Bir söz dedim, küsdü yar,
Könlün aldım dilinən. [ 5, 118].

2. Əzizim, harayçı mən,
Carçı mən, harayçı mən,
Yar bu gün seyrə çıxıb,
Haray gül, haray çəmən. [ 5, 118].


- attraktor nöqtəsi, - misra
Şəkil 1. 1 -ci və 2-ci variantların topoloji strukturu.
I struktur

3.Kəklik daşda nə gəzər?
Qələm qaşda nə gəzər?
Sən tək yarı olanın
Ağlı başda nə gəzər? [ 5, 145].

Şəkil 2. 3-cü variantın topoloji strukturu.
II struktur

Gəraylı, qoşma, müxəmməs və divaninin(misraların sayını nəzərə almaq və kiçik modifikasiya ilə) ikinci bəndindən başlayaraq qalan bəndləri II strukturu təkrar edir.

4.Sən yaxşı, mən də yaxşı,
Su gəlir bəndə yaxşı,
İmran dilli Aşiqi,
Salubdur bəndə Yaxşı. [6, 93].

Şəkil 3. 4-cü variantın topoloji strukturu
III struktur

Bu bayatıda mən də qafiyə, bəndə və yaxşı sözləri müxtəlif mənalarda cinas kimi işlənmişdir, bəndə yaxşı, bəndə Yaxşı tərkibli cinaslardır.
Mövcud topoloji strukturların müqayisəsi göstərir ki, kiçik həcmli bayatıda iki səviyyəli ierarxik struktur yaratmaq mümkündür(II və III strukturlar).
Yazılı ədəbiyyatdan aşıq poeziyasına keçmiş müxəmməs və divaninin də strukturunun nüvəsi bayatıdır.
Yuxarıda qeyd edildiyi kimi qafiyə və rədif şeirdə ritm yaradır, belə ki, poetik nitq baxımından yanaşdıqda adətən əsas sintaqma vurğusunun qafiyə üzərinə düşməsinə rast gəlirik. Qafiyə həm də xüsusi məna daşıdığından şeir sətri, başqa amillərlə yanaşı, fasilədən əvvəlki vurğu ilə də seçilir [1 , 24].
Bayatılar və bayatılardan yaranan xalq poeziyası rekursiv prinsiplə, yəni ritm və metrin diktə etdiyi təməl prinsiplərinin təkrarı tətbiqi ilə formalaşır. Rekursivlik əlyetərlilikdir, öz-özünü təkrarı yaratmaqla öz mahiyyətini açır, öz inkişafını təmin edir, strukturunu formalaşdırıb tamamlayır. Qeyd edildiyi kimi rekursiyanın təməlində təkrarlar dayanır. Təkrarlar hadisə və proseslərin ardıcıllığını yaradır, eyni əməliyyatların zəncirvari davam etməsi ilə daxili əksliklərin mübarizəsini, yəni inkarı inkarla özünü inkişaf etdirmədir.
İdrak nəsəriyyəsi baxımından rekursivlik maddi və mənəvi aləmdə obyekt və proseslərin böyük bir sinfinin fundamental xəssəsidir, məhz rekursivlik şeirin maddi və mənəvi dünyanı adekvat inikas etməyini təmin edir.
Bununla yanaşı qeyd etmək lazımdır ki, “türk xalq şeirinin strukturu bütövlükdə paralelizm prinsipləri əsasında formalaşır”[20]. Paralelizm eyni qrammatik strukturların misra daxilində və qonşu misralarda təkrarıdır, xalq poeziyasında daha çox təbiət hadisələri ilə insan həyatı arasında paralellər şəklində ifadə edilir.
Bəzirganlar yük bağlamaz, gər xiridar olmasa,
Naməşhur qalmaz dünyada zatında zar olmasa.
Səng ilə xanə yapasan bir biyaban səhrada,
Tapasan qəflət yuxusun, əgər şahmar olmasa. [4, 195].

Divaninin birincə bəndində bayatının I strukturu təkrar olunur(şəkil 1.), qalan bəndlər qoşmada olduğu kimidir.

Qoşayarpaq qoşma
Çox çəkmişəm cəfa, gəl bir insafa,
And olsun müshəfa, olmam bivəfa,
Gəlmişəm təvafa, verəsən şəfa,
Ələsgır xəstədi, ocağa düşdü. [2, 153].

Şəkil 4. Qoşayarpaq qoşmanın topoloji strukturu
Qoşayarpaq qoşmanın strukturu II strukturun təkrarıdır (şəkil 2.).
Çox çəkmişəm cəfa, gəl bir insafa, olmam bivəfa, gəlmişəm təvafa, verəsən şəfa inversiyalardır, mübtəda ilə xəbərin yeri dəyişmişdir. Bənddə altı qoşa qafiyə, bir qoşma qafiyəsi, bir rədif var.
Müxəmməsin birinci bəndi.
Yüz mahi-münəvvər ola, könlüm səni istər,
Yüz şəmsi-müdəvvər ola, könlüm səni istər,
Yüz sərvi-sənubər ola, könlüm səni istər,
Yüs saqiyi-kövsər ola, könlüm səni istər,
Yüz qaməti-ər-ər ola, könlüm səni istər. [4 , 212].

Şəkil 5. Müxəmməsin birinci bəndinin topoloji strukturu.
Divaninin birinci bəndində kiçik modifikasiya ilə II struktur təkrar olunur(şəkil 2).
Xalq poeziyası formaları içərisində istər struktur universallığı, istərsə də poetik fikrin daha əhatəli ifadəsi baxımından təcnisi, məxsusi olaraq cığalı təcnisi ayrıca qeyd etmək lazımdır.
Cığaların yaranma mənşəyini aşıqların yeni-yeni ifa tərzi[10, 279], gəraylı və cığalı gəraylı, əsasən, xalq mahnıları ilə, cığalı qoşma, təcnis və cığalı təcnis qoşma ilə, divani, müxəmməs və cığalı müxəmməsi isə qəzəllə əlaqələndirirlər[10, 310].
Cığalı təcnis on bir hecalı təcnislə yeddi hecalı bayatı təcnisin üzvi sintezidir, belə ki, istər təcnisin bəndləri, istərsə də bayatı təcnislər müstəqildir, ayrılıqda bitgindir. Ancaq cinas qafiyələri ətrafında üzvi surətdə birləşərək vahid bir sistem yaratmışdır. Mərkəzdə yerləşən bayatı təcnis nüvə rolunu oynayır, əsas motivi lakonik şəkildə ifadə edir və cığalı təcnisin strukturuna simmetriklik gətirir.
Birinci bənddə təcnisin cinasları beş dəfə, qalan iki bənddə bir dəfə istifadə edilir. Birinci bənddə mövzu əsasən əhatə olunur. Qalan bəndlərdə mövzu daha geniş şərh olunur.
Könül sеvdi gözəllərin xаsını,
Qаsidin əlində nаmə lim olа.
Qаrşıdа nаməlum,
Hicrаn çəkdim, nə məlum?
Xoryаd, еvin yıxılsın,
Yurdun olsun nаməlum!
Bir еyvаn otаqdа sürəm səfаsın,
Аğ tər sinəsindən nəm əlim olа. [3 , 310]

Şəkil 6. Cığalı təcnisin birinci bəndinin topoloji strukturu.
Yuxarıda qeyd olunanlar belə bir qənaətə gəlməyə əsas verir ki, bayatının nüvə funksiyası xalq şeiri formalarını vahid bir sistem halına gətirir. Bu sistemin daxili bütövlüyü xalq şeiri formalarının üzvi vəhdəti, həmçinin bir şeir formasından digər şeir formasına keçid üçün zəruri və kafi şərtdir.
Bir söz sənəti kimi xalq poeziyasında sözün rolu dominantdır, şeirin forma və strukturu əsas rol oynayır. Rədif şeirin adıdır, qafiyələr rədifdəki məna çaıarlarını açmağa xidmət edir, bu mənada poeziya əsərinin bütövlüyü, məzmun əhatəliliyi bilavasitə qafiyə və rədifin - attraktorların ustalıqla seçilməsindən asılıdır.
Əsərin bədii forma xüsusiyyətlərinin onun poetik məzmununa uyğunluğu bədii formanın və incəsənət əsərinin bütövlüyünün əsas meyarıdır. Bu uyğunluğun təməlində rekursiya prinsipi, fraktallıq və heterogenlik xassələri dayanır.
Rekursiya prinsipi həm idrak proseslərinin, həm də xalq şeirinin formalaşmasının əsas prinsipidir.
Düşüncə və söz sənətinin strukturuna heterogenlik xasdır, belə ki, düşüncə və sözdə rasionalla irrasional, məntiqlə intuisiya, distretlə kontinuum vəhdət halındadır.
Fraktallıq əsərdə leytmotivin mikromotivlər şəklində açılışında, misra, bənd və bütöv şeirin struktur izomorfluğunda təcəssüm olunur.

 

Ədəbiyyat
1. Ağayeva F., Azərbaycan dilinin intonasiyası, Bakı:APİ-nin nəşri, 1978, 92 s.
2. Aşıq Ələsgər, əsərləri, dastan-rəvayətlər, xatirələr..., Bakı:Şərq-Qərb, 1999, 578 s.
3. Aşıq Hüseyn Bozalqanlı, seçilmiş əsərləri, Bakı: Vətən, 2015, 316 s.
4. Azərbaycan aşıqları və el şairləri, 375 s. Bakı:Elm, 1983, 375 s.
5. Bayatılar, Bakı: Azərbaycan Dövlət Nəşriyyatı, 1956, 582 s.
6. Bayatılar, Bakı:Elm,1977, 328 s.
7. Əliyev Sabir, Füzuli, Bakı:Azərbaycan dövlət nəşriyyatı, 1996, 316 s.
8. Məhəmməd Füzuli, əsərləri, I cild, Bakı:Azərbaycan SSR Elmlər Akademiyası nəşriyyatı, . 1958, 466 s.
9. Məhəmməd Füzuli, əsərləri, III cild, Bakı:Azərbaycan SSR Elmlər Akademiyası nəşriyyatı, 1958, 466 s.
10. Paşa (Paşayev) Sədnik Pirsultanlı, Azərbaycan şifahi xalq şeiri və heca vəzninin inkişaf tarixi, Bakı: Təknur, 2013, 482 s.
11. Tusi N., «Ritorika adlandırılan şeir haqqında, Azərbaysan jurnalı, Bakl:Kommunist nəşriyyatı, 1984, №11, 192 s.
12. Гегель, Лекции по эстетике: в 4-х т., т. I., М:Искусство, 1968, 312 с.
13. Гегель, Работы разных лет, в двух томах. Т.2., М.: Мысль, 1971, 630с.
14. Гегель, Сочинения, том II.Москва-Ленинград: Соцэкгиз 1934, 683 с.
15. Гегель, Сочинения, том I, Москва - Ленинград Государственное издательство 1929, 368 с.
16. Гегель, сочинения, том, ХIV, М.: Издательство социально-экономической литературы, 1958. 440 с.
17. Лосев А.Ф. Философия имени / Самое само: Сочинения, М.: ЭКСМО-Пресс, 1999, 1024 с.
18. Новая философская энциклопедия, Т. 3, М.: Мысль, 2010, 692 с.
19. Томашевский Б.В., Стилистика, Л.: ИЗД. ЛГУ, 1983, 288 стр.
20. Трубецкой Н. C., О туранском элементе в русской культуре www.hrono.ru/statii/turan_ru.html
21. Философская энциклопедия в 5-ти томах, том V, М: Советская энциклопедия, 1970, c.140-144, 740 c. Структура,
22. Философский энциклопедический словарь, M.: Советская энциклопедия, 1989, 725.
23. Фуко М. Слова и вещи. Археология гуманитарных наук. СПб: A-cad, 1994, 408 с.

Açar sözlər: forma, məzmun, rekursiya, fraktallıq, heterogenlik.

Ключевые слова: форма, содержание, рекурсия, фрактальность, гетерогенность.

Key words: form, content, fractality, recursiveness, heterogeneity.

 

Ф.А.Кулиев
Диалектика формы и содержания в народной поэзии.
Резюме
Статья посвящена исследованию диалектики формы и содержания в народной поэзии. Народная поэзия создана на основе закономерности ритма, метра и параллелизма. По мере развития знания этноса о природе, обществе, вселенной и поэтическом искусстве рождаются новые темы, которые получают свое поэтическое выражение в новых формах стихотворения. Принцип рекурсии формирует фрактальную структуру народной поэзии. Взаимопереход между формой и содержания происходит с помощью свойств фрактальности, рекурсивности и гетерогенности.

F.A. Quliyev
Dialectics of form and content in folk poetry.
Summary
The article is devoted to the study of dialectics of form and content in folk poetry. Folk poetry is created on the basis of the regularity of rhythm, meter and parallelism. As the knowledge of the ethnos develops about nature, society, the universe and poetic art, new themes are born, which receive their poetic expression in new forms of the poem. The principle of recursion forms the fractal structure of folk poetry. The mutual transition between form and content occurs through the properties of fractality, recursiveness and heterogeneity.

 

"GEOSTRATEGİYA" jurnalı №04 (46) İYUL-AVQUST 2018



Strategiya.az

Xəbərlər
20.07.2022

Xarici valyutaların manata qarşı bugünkü məzənnəsi

20.07.2022

Ceyhun Bayramov ölkəmizin Avropanın enerji təhlükəsizliyində mühüm rol oynadığını bildirib

20.07.2022

İmtahanın nəticələri ilə əlaqədar müraciətlərə baxılması üçün Apellyasiya Şurasına ərizə qəbuluna başlanılıb

20.07.2022

Xarici işlər naziri Ceyhun Bayramov NATO-nun Baş katibi Yens Stoltenberq ilə görüşüb

20.07.2022

Avropa İttifaqı münaqişədən sonrakı dövrdə mühüm rol oynayır - Ceyhun Bayramov

20.07.2022

"Qarabağ" İsveçrə çempionuna qalib gəldi

20.07.2022

Tehranda Rusiya və Türkiyə prezidentlərinin görüşü olub

16.07.2022

Ceyhun Bayramov Gürcüstanın Baş naziri ilə bölgədə sülh prosesini müzakirə edib

16.07.2022

Mikayıl Cabbarov: Sənaye zonalarında istehsal 53 faiz, ixrac isə 2 dəfə artıb

16.07.2022

Ağalı kəndinə köçürülən ailələrin tibbi müayinələrinə başlanılıb

16.07.2022

Prezident İlham Əliyev: Bizim Xəzər dənizi kimi çox nəhəng bir enerji mənbəyimiz var

16.07.2022

Qubada içərisində 125 min manat olan seyf oğurlanıb

14.07.2022

İrəvan Dövlət Azərbaycan Dram Teatrının 140 illiyi qeyd edilləcək - SƏRƏNCAM

14.07.2022

Azərbaycan tarixinin şanlı səhifələrindən biri - 14 iyul 1969-cu il

14.07.2022

Şuşada Vaqif Poeziya Günləri başlayıb

14.07.2022

Təhsil Nazirliyi: 204 məktəbdə elektron jurnal və gündəlik sistemi tətbiq edilib

14.07.2022

Təhsil Nazirliyi məlumat yaydı

14.07.2022

FHN: Zəngilan rayonunda ağaclıq ərazidə baş verən yanğının tam söndürülməsi istiqamətində tədbirlər görülür

14.07.2022

Azərbaycan neftinin qiyməti 114 dolları ötüb

14.07.2022

Azərbaycan Ordusunun əsgəri həlak olub

14.07.2022

Baş Prokurorluq rəis müavininin intiharı ilə bağlı məlumat yaydı

13.07.2022

Respublika üzrə pensiyaların iyulun 15-də tam ödənilərək yekunlaşdırılması nəzərdə tutulub

13.07.2022

Qızıl təpə abidəsində arxeoloji tədqiqatlar davam edir

13.07.2022

Azərbaycan neftinin bir bareli 113,91 dollara satılır

13.07.2022

Bakı-Tbilisi-Ceyhan neft boru kəmərinin tam istismara verilməsindən 16 il ötür

12.07.2022

Partlayış zamanı “Baktelecom”un rabitə infrastrukturuna ziyan dəyməyib

12.07.2022

Dünyada "Premium Euro-95" benzinin bahalaşması gözlənilir - Azərbaycana necə təsir edəcək?

12.07.2022

Azərbaycan nefti ucuzlaşıb

12.07.2022

Böyük Britaniyanın yeni baş nazirinin adı sentyabrın əvvəlində açıqlanacaq

12.07.2022

Tovuz döyüşlərindən iki il ötür

12.07.2022

Bakının mərkəzində partlayış baş verib

12.07.2022

Cüdoçularımız Xorvatiyada Qran-Pri turnirində iştirak edəcəklər

12.07.2022

Ərdoğan yaxın zamanda Venesuelaya səfər edəcək - Maduro

11.07.2022

Türkiyə və Ukrayna prezidentləri arasında telefon danışığı olub

11.07.2022

Xaçmazdakı meşə yanğınının söndürülməsinə iki helikopter və amfibiya tipli təyyarə cəlb olunub 

11.07.2022

Ərdoğan və Paşinyan arasında telefon danışığı olub

11.07.2022

Saatlı stansiyası yaxınlığında qəzaya uğrayan qatar Gürcüstana məxsusdur - ADY

11.07.2022

FHN Xaçmazdakı meşə yanğınları ilə bağlı məlumat yayıb

11.07.2022

Vahid əlaqələndirmə mərkəzlərində 41 min şəxsə xidmətlər göstərilib

11.07.2022

Kino Agentliyi Mədəniyyət Nazirliyinin tabeliyində olan qurumların siyahısına əlavə edilib

09.07.2022

Gələn ilin sonunda Şuşa ilk sakinlərini qəbul edəcək - Aydın Kərimov

09.07.2022

Azərbaycan Ordusunun hərbçisi həlak olub

09.07.2022

DİN: Ötən gün ölkə ərazisində qeydə alınan cinayətlərdən 52-nin açılması təmin olunub

09.07.2022

Xocavənd rayonu ərazisində yeni hərbi hissənin açılışı olub

09.07.2022

Birinci vitse-prezident Mehriban Əliyeva Qurban bayramı münasibətilə xalqımızı təbrik edib

09.07.2022

Abeyə atəş açan şəxs əməlinin səbəbini açıqlayıb

09.07.2022

Zakir Həsənov Qurban bayramı münasibətilə Azərbaycan Ordusunun şəxsi heyətini təbrik edib

09.07.2022

XİN Azərbaycanın diplomatik xidmət orqanlarının əməkdaşlarını peşə bayramı münasibətilə təbrik edib

09.07.2022

Bu gün Azərbaycanda Qurban bayramı qeyd edilir

08.07.2022

Bərdədə avtomobil yolunun tikintisi ilə bağlı 3,1 milyon manat ayrıldı - SƏRƏNCAM