Evinizdə izahlı lüğət varmı və yaxud yenə də mədəni həyatımızda izahlı lüğətlərin vacibliyindən danışırıq  

09:59 / 03.11.2018

Nazim Nəsrəddinov

Azərbaycan Respublikasının əməkdar müəllimi

Təxminən 25  ilin söhbətidir. Orta məktəb dərsliklərinin birində ilanı Seyid Əhməd əli ilə tutmaq istəyən bir müəllifdərsliyinlüğətlərdən bəhs edən yerində uşaqlardan ( 9-cu sinif şagirdlərindən) soruşurdu ki, "evinizdə Azərbaycan dilinin izahlı lüğəti varmi? "Və bundan sonra öz hökmünü (qəti və təntənəli sözünü) bildirirdi: "Azərbaycan dilinin izahlı lüğəti hər bir mədəni ailədə olmalıdır. Yoxunuzdursa, xahiş edin, valideynləriniz tapsınlar".   
Dərslikdən bu sözləri oxuyan uşaq, təbii ki, mədəni ailədə yaşamaq istəyi ilə  atasını  qəflət  yuxusundan oyadıb, deyəcəkdi: Ata,ata, dur ayağa,  get, mənə bir kitab al -

                                          Dilimizin izahatlı lüğəti.  

                                          Müəllimin tələbidir,                 

                                          Etiraza yox kimsənin cürəti.

   Ata da, yəqin ki, ürəyində müəllimi danlaya-danlaya düşürmüş mağazaların canına.O vaxtlar bu kitabları mağazalarda axtarmaq qızların arzusunda olduqları "Evdarlıq" kitabını axtarmağa bərabər idi. 

Qısa bir dilçilik arayışı 

Lüğətlərin əsasən 2 növü var:

         1)filoloji lüğətlər (bunlara linqvistik lüğətlər də deyirlər)

         2) ensiklopedik lüğətlər

    Filoloji lüğətlərin növləri: orfoqpafiya lüğətləri,orfoepiya lüğətləri, tərcümə lüğətləri, çətin sözlər lüğətləri, alınma sözlər lüğətləri, İZAHLI LÜĞƏTLƏR və s. (Mövzumuza aid olduğu üçün axırıncını fərqli şriftlə yazdım-N.N.)

    Ensiklopedik lüğətlərdə və ya ensiklopediualarda əşya, hadisə, yaxud anlayış hərtərəfli aydınlaşdırılır. Burada müxtəlif şəkillərdən, xəritə, diaqram, sxem və düsturlardan da istifadə edilir. Tarixi qədimdir. Çoxlarının "Qırmızı kitab" kimi tanıdığı 10 cilddən ibarət olan "Azərbaycan sovet ensiklopediyası" ilk cildi 1976-cı ildə çap olunmuşdur. İlk cild Rəsul Rzanın rəhbərliyi altında nəşrə hazırlansa da, kitabda bu, öz əksini tapmayıb.

    Kitab çapa gedən vaxtlarda P.Rza "yersiz danışığa görə" işdən çıxarımışdı. Bu cəzadan bir neçə il sonra ona "Sosialist  Əməyi Qəhrəmanı" adı verildi. Azərbaycan Sovet Ensiklopediyasının 10 cildində 50 mindən artıq məqalə verilmişdir. İndi keçək əsas məsələyə. Sualı təkrar edirik: 

 "Evinizdə" Azərbaycan dilinin izahlı lüğəti varmı?

  Bu söhbət başlayanda bizim evdə Azərbaycan, inğilis və rus dillərində 5000 mindən artıq bədii, filoloji və tibbi kitablar, lüğətlər, müxtəlif sahə ensiklopediyaları olsa da, Azərbaycan dilinin izahlı lüğəti"nin cəmi 2 cildi vardı (deməli, mədənilik əlamətinin faizi 50 idi). Sonralar əlim əsə-əsə III cildi də aldım. IV cildi almağa cəsarət etmədim: evdə uşaqların kitablarına yer yox idi.

  Azərbaycan dilinə dair izahlı lüğət tərtibinə 1945-1946-ci illərdə başlanmışdır.  İzahlı lüğətin materiallarının nəşrinə isə 1949-cu ildən başlanmışdır.

  Azərbaycan dilinin izahlı lüğətinin rus qrafikası ilə mükəmməl nəşrinin I cildi 1964-cü ildə (üz qabığında 1965) çap olunmuşdur.

II cild - 1980,  III cild -1983-cü ildə çap olunmuşdur. Son cild 1987-ci ildə nəşr olunmuşdur. Dörd cilddə 57 min söz aydınlaşdırılmışdır. Latın qrafikalı son nəşrlərdə sözlərim sayı daha çoxdur.

 


( Bu yazı yazılandan bir müddət sonra Azərbaycan dilinin izahlı lüğətnin latın qrafikası ilə yeni nəşrləri işıq üzü gördü-N.N.)

                                                         ****

İzahlı lüğətlərərdə sözün bütün mənaları aydınlaşdırılır. Sözün hansı mənada, hansı sahədə və nə məqsədlə işləndiyi göstərilir. Professor Afad Qurbanov dünya dilçilərinin fikrinə şərik olaraq yazır ki, "izahlı  lüğətin əsas məqsədi  dilin lüğət tərkibindəki  hər bir sözün  mövcud mənasını, məna variantlarını,müxtəlif məna incəliklərini  izah etmək,onun zəngin,nə kimi lüğəvi imkanlara malik olduğunu  aydınlaşdırmaqdır,yazılı və şifahi dildə leksik vahidlərin yerinə görə düzgün işlədilməsinə və bunun da əsasında ədəbi dilin hərtərəfli inkişaf etdirilməsinə, zənginləşdirilməsinə xidmət etməkdir".

     (Afad Qurbanov. Müasir Azərbaycan ədəbi dili, I cild, B.,2003, səh.395-396).

V sinin Azərbaycan dili dərsliyində (Əziz Əfəndizadə, Bəşir Əhmədov. "Azərbaycan dili" dərsliyi, V sinif, Bakı, 1994, səh. 54) linqvistik (dilçilik, filoloji)i lüğətlərdən  məlumat verilən səhifədə bu fikir daha aydın izah olunur:  

" izahlı lüğətlərdə sözlərün leksik mənaları izah olunur".

  Biz hansı sözlərin mənasını bilmirik. Şəxsən mən "intellektual" sözünün mənasını  1972-ci ildə öyrənmişəm. Səhv eləmirəsə, bu sözü Ağamusa Axunddovun "Kommunist" qəzetindəki bir yazısından oxumuşdum."Diletant" sözünü  hətərən-pətərən danışan bir alimə   deyiləndə öyrənmişdim. "Mentalitet " sözünü də çox gec oyrənmişəm.   Mən oxuyan kənd müəllimləri inciməsinlər, onlar biz oxuyan illərdə   lüğətlərdən çox nadir hallarda istifadə edirdılər.

   90 -cı illərin əvvələri idi.  Bakıda bir rus dili müəllimi var idi.Rus dilindən dərs desə də, rus dilini yaxşı bilmirdi.  Direktor Filankəs Filankəsovna yola verirdi. Çətin vaxtlar idi: başını ağrıtmaq istəmirdi.  Rus dili müəllimi yaxın dostum idi.Yavaşca başa saldım ki,  oxumaq heç vaxt  gec deyil.   Qırx yaş nədir ki...   hər gün  həm  rus dilinin ,həm də Azərbaycan dilinin izahlı lüğətindən 5-6 söz öyrənsin.   İncəvara , sözümü yerə salmadı.  Uşaqlarını da bu öyrənmə  prosesinə qoşdu.   İndi  qızı da, oğlu da məsul vəzifə sahibləridir.

    "İncəvara" sözünü bilmirsiniz? Narahat olmayın.Lüğətə  baxmışam : nitq hissəsinə görə  modal söz, sintaksisdə-ara sözdür, məhəlli sözdür. "Yaxşı ki", "xoşbəxtlikdən" mənasına uyğundur.

     Mübahisə etməyin.Mübahisə etməyin ki, "təfəkkür" və "məfkurə"  sözlərini ünü hamı bilir.Şəxsən mən bu sözü 1991-92-ci illərdə öyrənmişəm.

Çapayev ( indiki Təbriz) küçəsi ilə qırmızı tramvayların şütüyəm vaxtları idi. Dəmir yolu işçiləri hazırlanan texniki -peşə məktəbinin   ikimərtəbəli  binasında bir  universitet açmışdılar. Yaxşı bir ad da tapmışdılar-TƏFƏKKÜR UNİVERSİTETİ. Bu sözü qoca da öyrənməyə başladı, cavan da. (Tramvay "Təfəkkür"ə gedir?  "Təfəkkür"də saxla, ay bala.).Deməli, "təfəkkür" sözünün hamı tətəfindən işlənməyə  başlanması   elə o vaxtlardan başlayır.

     Bəlkə də, cavan jurnalistlərdən  biri bu yazını oxuyandan sonra   əlində mikrofon  "təfəkkür" sözünün  mənasını  Təbriz küçəsi,19-un qənşərində   kimlərdənsə soruşacaq.  100% əminəm ki, 10 adamdan beşi bu sözü bilməyəcək. İzahlı lüğətə baxanların isə, təbii ki,problemləri olmayacaq.

   "Əhmədin qoyunlarının ağılı da var, tövləsi də".  Yox, çaşmadım.  Bizim  başımızla bağlı "ağıl" sözümüz bizim deyil, ərəbdən gəlmədir, "əql", "aqil" sözləri ilə eyniköklüdür. O ki qakdı o biri "ağıl"a, hə, o bizim  öz sözümüzdür,    türk   mənşəlidir,.Məsələn: Böyük ağıla doldurulmuş quzular uzaqdan gələn sürünü görüb, mələşirdilər.

  Türk mənşəli "ağıl" sözü  "Dədə Qorqud"da işlənən yaxşı sözlərdəndir. "Dədə Qorqud" a  ortaq çıxan qardaşlarımız, hətta  "Dədə Qorqud"un  Bakıda keçirilən 800 illik  yubileyində Dədə Qorqud   haqqında rus dilində odlu-alovlu çıxış edən  Nazarbayev bu sözün mənasını bilirmi? Şübhə edirəm.  Bəlkə elə bizim çoxumuz bilmir ki, "Dədə Qorqud"dakı "ağıl" - "içərisində mal-qara, qoyun saxlamaq üçün  ətrafı tikan və ya ağac ilə hasarlanmış üstü açıq yer" mənasındadır. İnanmıram ki, "Dədə Qorqud"a iddiası olan qardaşlarımız "Qaraca Çovan qara qayğılı yuxu görəndən sonra diksinib, ayağa qalxdı, qoyunların ağılını bərkitdi" cümləsini rus dilinə tərcümə edə bilələr.

Rus leksikoqrafları hər il rus dilinə daxil olan səzlərin lüğətini nəşr edirlər. Bizcə, Azərbaycan dilinə də ildə yüzlərlə söz daxil olur. O sözlərin də lüğətini hazırlamaq gərəkli görünür.

Biz  bildiyimiz hansı sözlərin mənasını bilmirik?

   Bahalı bir maşının yanında iki qadın və imtahandan təzəcə çıxdığı hiss olunan iki  oğlan hamının eişdə biləcəyi tərzdə mübahisə edirdi. Sən demə, rusdilli bu  analardan birinin oğlu imtahanda "ecazkar" sözündə çaşıb qalıbmış....

   Biz bəzən bildiyimiz sözün mənasını bilmirik. "Ecaz" elə bu sözlərdəndir. "Ecazkar" kimi deyəndə sözü bilirik. Elə ki sözü kökə və şəkilçiyə ayırırıq, iş elə bil çətinləşir. Yenə də izahlı lüğətə baxaq. Baxaq da...

    Ecaz-isimdir. Ərəb mənşəlidir. Möcüzə, misli görünməmiş şey, xariqə mənasını  verir. Məsələn: Onun işi ecazdır, ecaz.(Ə.Haqverdiyev).

    Dünyada sənətin yeddi ecazından biri olan "Tac-Mahal" məqbərəsi buradadır. (M.İbrahimov).

      Ecazlar yaradır, hünər göstərir.(M.Rahim).

 

                              Bilmədiyimiz bir neçə  söz

   Tüllab -tələbə oğlanlar

   Təfəkkür- fikir sözündəndir

   Təxəyyül- xəyal sözü ilə eyni kökdəndir

   Məntiq- nitq ilə ilgilidir

   Mədrəsə-dərs prosesi iləəlaqəlidir

   Nazim- nəzm

   Mənsur-nəsr

  Ovdan-su qabı

  Nigah - fars nənşəliir; baxış, nəzər

  Nikah- ərəb mənşəlidir; evlənmə,izdivac

 


  Sözün sonu. Bu  izahlı lüğət  ki  var, çətin məsələdir ... Amma oxumalıyıq.Dilimizi  yaxşı öyrənməliyik.


Etiket:

Strategiya.az

Xəbərlər
20.01.2019

DİN bu gün Şəhidlər Xiyabanında baş vermiş insidentə münasibət bildirib

20.01.2019

Yoldan çıxan "Qazel" "06"nın üzərinə aşdı: ölən və yaralananlar var

20.01.2019

Alimlər tarixi binaların birində ümumi dəyəri milyon dollardan çox olan qədim xəzinə tapıblar

20.01.2019

"Milli Şura" Şəhidlər xiyabanında qarşıdurma yaratdı - 20 nəfər saxlanıldı

20.01.2019

Azərbaycan xalqı 20 Yanvar şəhidlərinin xatirəsini ehtiramla anır

20.01.2019

Bakıda minik avtomobili yanıb

20.01.2019

Qara dənizdə içində azərbaycanlı kapitanın cəsədi olan qayıq tapıldı

20.01.2019

Sabahın hava proqnozu açıqlanıb

20.01.2019

Ötən il Bakı-Novorossiysk kəməri ilə 1,3 milyon tonadək neft nəql olunub

20.01.2019

Sükut dəqiqəsi

20.01.2019

Elçin Əhmədov: “XX əsrin sonunda Sovet qoşunlarının Bakıya hərbi müdaxiləsini Qarabağdakı erməni təcavüzündən ayrıca təhlil etmək mümkün deyil”

20.01.2019

20 YANVAR FACİƏSİ VƏ ONA BEYNƏLXLAQ SİYASİ-HÜQUQİ QİYMƏTİN VERİLMƏSİ PROBLEMİ

20.01.2019

20 YANVAR FACİƏSİ :  MÜASİR TARİXİMİZİN ŞƏRƏF VƏ QƏHRƏMANLIQ  SALNAMƏSİ

20.01.2019

Ağstafada yanğın baş verib

20.01.2019

Prezident İlham Əliyev və birinci xanım Mehriban Əliyeva 20 Yanvar şəhidlərinin əziz xatirəsini yad ediblər

20.01.2019

Ağsuda zəlzələ olub

20.01.2019

"Real Madrid" "Sevilya"nı məğlub etdi

20.01.2019

Bu gün “Tata Steel Masters-2019” şahmat turnirinin səkkizinci turunun oyunlarına start veriləcək

20.01.2019

Atəşkəs 26 dəfə pozulub

20.01.2019

Lənkəranda tank əleyhinə iki mina aşkarlanıb

20.01.2019

Bu gün bu küçələrdə hərəkət TAM məhdudlaşdırılır

20.01.2019

Azərbaycanda 20 Yanvar faciəsinin 29-cu ildönümü qeyd olunur

19.01.2019

Abşeronda yanacaqdoldurma məntəqəsinə SİLAHLI BASQIN - VİDEO

19.01.2019

Bərdədə 20 Yanvar hadisələrinin qurbanları yad olunub

19.01.2019

Azərbaycan Respublikası Prezidentinin Fərmanı

19.01.2019

Şirvanda avtoqəzada yaralanmış sürücü xəstəxanada öldü 

19.01.2019

Elçin Əhmədov: Azərbaycan əleyhinə sifarişlə hazırlanmış bu cür “qətnamələr” gərəksiz kağız parçalarıdır

19.01.2019

Bakı Şəhər Baş Polis İdarəsi "Milli Şura"nın mitinqi ilə bağlı məlumat yayıb

19.01.2019

Zimbabve Prezidentinin Azərbaycana işgüzar səfəri başa çatdı

19.01.2019

Avropa İttifaqı Dağlıq Qarabağ münaqişəsinin nizama salınması üzrə danışıqların konkret nəticələrini səbirsizliklə gözləyir

19.01.2019

Nazirlik: 20 Yanvar əlillərinə birdəfəlik maddi yardım edilib

19.01.2019

Dünya Kubokunun iştirakçılarının adları açıqlanıb

19.01.2019

Prezident İlham Əliyev: "Bu, tarixi səfərdir"

19.01.2019

AFFA üç millini ləğv etdi

19.01.2019

Mnatsakanyan rəsmən xarici işlər naziri oldu

19.01.2019

Sabah bəzi avtobusların hərəkət trayektoriyası dəyişdiriləcək

19.01.2019

DİN rəsmisi: Nazirlik öz funksiyalarının icrasını davam etdirəcək

19.01.2019

Gecə Bakıda şaxta olacaq

19.01.2019

Gömrükdə Gürcüstan vətəndaşının avtomobilindən marixuana çıxdı

19.01.2019

Quba-Xınalıq yolu qardan tam təmizlənib

19.01.2019

Cinayət törətməkdə şübhəli bilinən 23 nəfər saxlanılıb

19.01.2019

Şamaxı təfərə yolu düşən sürücülərin DİQQƏTİNƏ! EHTİYYATLI OLUN! - VİDEO

19.01.2019

Balakən sakinlərinin qanunsuz saxladıqları silahlar götürülüb

19.01.2019

Naxçıvanda bir ildə 51 milyona yaxın kredit verilib

19.01.2019

Məmmədyarov Karlsenə məğlub oldu

19.01.2019

Cavid Nəcəfov  saxlanılıb

19.01.2019

Saxta əlillik alanlara ödənilən pul geri qaytarılacaq

19.01.2019

FETÖ-nün "alman ablası" Avropanı "Azərbaycanın qolları arasından" necə xilas edir? -Taleh Şahsuvarlı yazır

19.01.2019

ASAN mərkəzləri bir gün işləməyəcək

19.01.2019

Birjalarda neftin qiyməti