Bir daha Dövlət Himnimizin mətninin müəllifi haqqında...

09:33 / 07.11.2018

Nazim Nəsrəddinov

Azərbaycan Respublikasının əməkdar müəllimi

Bu günlərdə mətbuatda maraqlı bir məlumata rast gəldim. Əslində bu material mənə tanış idi. Amma sensasiya naminə yenidən gündəmə gətiriləm mövzu oxuculara tapıntı kimi təqdim olunurdu. Məlumatı olduğu kimi təqdim edirik.

"Mərkəzi Elmi Kitabxanada 1919-cu ilə aid “Milli nəğmələr” kitabı saxlanılır.

AMEA Mərkəzi Elmi Kitabxanasında (MEK) tərcüməçi, naşir Ağa Həsən Mirzəzadənin (Kitabın üz qabığında ancaq soyad yazılb-N.N.) topladığı “Milli nəğmələr” kitabı saxlanılır. Kitab 1919-cu ildə Bakıda İran Elektrik mətbəəsində çap olunub. Kitabda A.Səhhət, M.Ə.Sabir, M.Hadi, H.B.Zərdabi və digər ədiblərin şeirləri yer alıb. Onların içərisində sözlərini istiqlal şairi Əhməd Cavadın yazdığı Azərbaycan himni də var. Himnin sözləri kitabda “Vətən marşı” və "CAMO bəy" (Cavad Axundzadə Məhəmmədəli Oğlu) imzası ilə verilib. Azərbaycan dövlət himninin mətn müəllifi ilə bağlı fərqli fikirlər mövcuddur. Alimlər arasında müzakirə doğuran məsələyə müxtəlif yanaşmalar var. Bu kitabın mövcudluğu – himnin mətn müəllifinin Əhməd Cavad olması mövqeyindən çıxış edənlərin fikrini təsdiq edir.

Ərəb qrafikalı əlifba ilə yazılmış kitab Mərkəzi Elmi Kitabxananın Şərq ədəbiyyatı fondunda mühafizə olunur. Kitab MEK-in elektron kataloquna salınıb və rəqəmsallaşdırılaraq Milli Rəqəmsal Yaddaş bazasına daxil edilib". Xəbərdə "Milli nəğmələr" kitabının üz qabığı da, 1919-cu ildə təb' olunmuş bu kitabın 22-ci səhifəsindəki bir şeirin təqdimatı da diqqəti cəlb edir. Kitabın üz qabığını verilmiş şəkildən diqqətlə oxuyuruq.

Milli nəğmələr Came (toplayanı və cəm edıəni-N.N.) və naşıri Mirzəzadə

Qiyməti ( ? -şəkildə oxunmur-N.N.) manat

Bakı 1919

 

Xəlq təbii məfhuzdır (Xalq təbii qoruyub saxlayandır-N.N.)

 

İran elektriq mətbəsində təb' olundu

 ***

Milli nəğmələr kitabından bir şeir...

VƏTƏN MARŞI 

Azərbaycan, Azərbaycan...

Ey qəhrəman övladın şanlı vətəni.(2)

Səndən ötrü can verməyə cümlə hazırız.

Səndən ötrü qan tökməyə cümlə qadiriz.

Üçrəngli bayrağınla məsud yaşa. (2)

Binlərlə can qurban oldu,

Sinən hərbə meydan oldu,

Hüququn dərk edən əfrad

Hərə bir qəhrəman oldu.

Sən olasan gülüstan, sənə hər dəm can qurban.

Sənə bir çox məhəbbət sinəmdə tutmuş məkan.

Namusunu hifz etməyə, bayrağını yüksəltməyə

Cümlə gənclər müştaqdır.

Şanlı vətən.

 


Cəmo bək

***

 


Mən sakit tonla,heç kəsi qınamadan,heç kəsi acılamadan məsələyə aydınlıq gətirmək istəyirəm.

 Yadıma iki il bundan əvvəl-25.3.2016-cı ildə  "Sənət.az" saytının "Ustad" jurnalında çap olunmuş bir yazı düşdü.İnternetdə bir az axtarandan sonra tapdım. Bu yazıi əslində mənim mətbuatda dərc olunmuş "Tarixdə izi və sözü qalanlar" adlı yazımla ilgili materiallardan biri idi. Mən öz yazımda görkəmli alim,metodist, pedaqoji hekayələr müəllifi, "Cəmo bəy" imzası ilə şeirlər yazan

Cəmo Adil oğlu Cəbrayılbəylinin (19.01.1887,Şamaxı-30.07.1965,Şamaxı, Çuxuryurd kəndi) həyat və fəaliyyətini işıqlandırmış,söz içində onun siyasi lirikasından bəhs etmiş, pedaqoji ictimaiyyəti görkəmli maarifçinin 130 illik təvəllüdünü təntənə ilə geniş şəkildə qeyd etməyə çağırırdım.
Yazıya müəllifin Bakıda çap olunan "Yeni yıldız" jurnalının 1922-ci ildəki 1-ci nömrəsində

"CƏMO  C" imzası ilə dərc olunmuş dörd bəndli bir dördlüyünü də əlavə etmişdim.

Görünür, bu yazı bəzi tədqiqatçıların dedikləri ilə üst-üstə düşmədiyindən kimlərisə qıcıqlandırmışdı. Qəzetlərin birində hətta məni dialoqa çağıran bir professorun yazısına da rast gədim. Mən yaxşı niyyətlə yazdığım yazıya inandığıma görə məsələni dərinləşdirmədim və dialoqa getmədim. 2 ildən sonra "Ustad" jurnalında çap olunan məqaləni oxuyanda təmkinimi pozmadan mənə məlum olan faktları yenidən gündəmə gətirməli oldum.

Məqalə müəllifi polemik bir sualla oxuculardan soruşur:

Əhməd Cavad Dövlət Himnimizin müəllifi deyil?

Maraqlı sualdır.İndi çoxlarının demədiyi maraqlı bir materialla tanış olmaq məqsədilə yazını oxumağa məcbur oldum.Yazının müəllifi qiyabi tanıdığım professor Alxan Bayramoğludur.Məqalə və monoqrfiyaları ilə tanışam. Kitabları kitab şkafımın yaxşı görünən , asan tapılan yerindədir.

Müəllif narahatdır. Narahatdır, ona görə ki, himnimizin mətn müəllifi inssanlara düzgün tanıdılmır. Məth müəllifi,onun fikrincə,Cəmo bəy Hacınskidir.

Professorun yazısından məlum olur ki, 1992-ci ildə himnin mətn müəllifi səhv göstərilib. Bu məsələ Azərbaycan Milli Elmlər Akademiyasında da müzakirə edilib, lakin bu geniş müzakirənin atribusiya məsələsini dügün həll etməyə gücü çatmayıb.

 


Bəzi tədqiqatçıların fikrincə,  CAMO bəy

(Cəmo bəy Axundov Məhəmmədəli Oğlu kimi düşünənlər-N.N.) təxəlüsü ilə şeirlər yazan istiqlal şairimiz Əhməd Cavaddır.

Bu fikri bəyənməyənlər artıq bir neçə ildir ki,qınaq obyektinə çevrilmişlər.(Mən çox təəssüf edirəm ki,biz hələ də  mübahisəli elmi məsələlərə yanaşmada  nə M.F.Axubdzadəyə, nə də Avropalı həmkarlarımıza çatmamışıq)

 


A.Bayramoğlu himnin mətn müəllifi kimi Əhməd Cavadı inkar edir.Bu,arxivlərdə ciddi araşdırmalar aparan dostumuzun öz işidir. Onun  ilk baxışdan maraqlı görünən yazısında- himnimizin  mətn müəllifinin müəyyənləşdiriməsi yolundakı tədqiqatında  maraql incələmələr, paralelr gətirilmişdir. Lakin, təəssüf ki,, müəllif  bu yazısında mətnin müəllifliyi haqqında öz ikrini  aydınlaşdırmağa çətinlik çəkmişdir.

Onun Cəmo Cəbrayılbəyli haqqında dediyi sözlər də həqiqəti əks etdirmir.Müəllif yazırdı:

 

"C.Cəbrayılbəyliyə gəlincə, o nə belə şeirlər yazıb, nə də “Cəmo bəy” imzasından istifadə edib".

 


Məsələ burasındadır ki, Cəmo Adil bəy oğlu Cəbrayılbəyli həm "CƏMO  C", həm də  "Cəmo bək" imzası ilə şeirlər  yazıb.  Onun  "Yeni yıldız" jurnalının 1922-ci ildəki 1-ci nömrəsində dərc olunan "Sənsən" adlı dörd bəndlik dördlüyü  "Cəmo C" imzası ilə möhürlənib.

Maraqlıdır ki, bu nömrədə  Cəmo bəy Cəbrayıbəylini  "Cəmo C"imzasından başqa,  adının və soyadının tam göstərildiyi bir elmi-publisistik məqaləsi də var.

Alxan müəllim məzkur (haqqında söz açılan) şeirin - "Vətən marşı"nın  Hacınski Cəmo bəy Süleyman oğluna aid olduğunu qətiyyətlə bildirir və fikrinin doğruluğunu sübut etmək üçün  AXC Ensiklopediyasına da əsaslanmğı vacib sayır.

Ensiklopediyada oxuyuruq:

HACINSKİ Camo bəy Süleyman oğlu (14.6.1888, Quba - 1942, Rusiya, Kirov vil., Vyatka) - ictimai-siyasi xadim, publisist, teatr tənqidçisi, sənətşünas. Mehdi bəy Hacınskinin qardaşıdır. Peterburq Universitetinin hüquq fakültəsini bitirmişdir (1912). 1907-15 illərdə "Kaspi" qəzetinin müxbiri və əməkdaşı olmuşdur. 1915-17 illərdə Batum vilayətində və Dənizkənarı rayonda Birinci dünya müharibəsi (1914-18) dövründə zərər çəkənlərə yardım edən müsəlman qaçqın komitəsinin müvəkkili işləmişdir. " Nicat" mədəni-maarif cəmiyyətinin işində iştirak etmiş, müsəlman dram cəmiyyətinin (1916) və Azərbaycan arxeoloji cəmiyyətinin (1917) yaradıcılarından olmuşdur. (Səh. 440). 1917-ci ilin iyulunda Cənubi Qafqaz Kəndli Deputatları Şurası İcraiyyə Komitəsi sədrinin müavini seçilmiş, oradan nümayəndə kimi Rusiya Müəssislər məclisinə seçkilər üzrə Cənubi Qafqaz mərkəzi komissiyasının sədri vəzifəsinə təyin edilmişdir. Zaqafqaziya seyminin Müsəlman fraksiyasının, seym buraxıldıqdan (1918, 26 may) sonra isə yeni yaradılmış Azərbaycan Milli Şurasının (1918, 27 may) üzvü olmuşdur.

Hacınski Milli Şuranın Azərbaycanın istiqlal bəyannaməsini qəbul edən 26 üzvündən biri idi. Azərbaycan Milli Şurasının "Azərbaycan Məclisi Məbusanının təsisi haqqında qanun"una (1918, 19 noyabr) əsasən Azərbaycan Cümhuriyyəti Parlamentinə daxil edilmişdi. 
O, 4-cü və 5-ci hökumət kabinələrində (1919 aprel -20 mart) poçt və teleqraf naziri vəzifəsində

çalışmış, Respublikada rabitə sahəsinin inkişafında xüsusi xidməti olmuşdur.
Hacınski "Türk yurdu" cəmiyyətində Azərbaycan incəsənətindən mühazirələr oxumuş (1918), Azərbaycan və s. mətbuatında "Qubalı" imzası ilə çıxış etmişdir. Üzeyir Hacıbəylinin əsərlərinin tamaşaları, həmçinin Nəcəf bəy Vəzirov və b. haqqında məqalə və resenziyalar yazmışdır. ―Milli nəğmələr" kitabçalarında (1919-20) şeirləri dərc olumuşdur".

Maraqlıdır ki, bu mətbu orqanlarda C.M.Hacinskinin "Cəmo bəy" təxəllüsü ilə şeirlər yazdığı göstərilmir. Halbuki AXC Ensiklopediyasında ( I cild,səh.303) himimizim sözlərinin müəllifi kimi Cəmo bəy Hacinski deyil,Cəmo bəy Cəbrayılbəyli olduğu açıq şəkildə yazılmşdır.

Cəmı Cəbrayılbəyli haqqında həmin söz-lüğəti ensiklopediyadan oxuculara olduğu kimi  çatdırırıq:

 


"CƏBRAYILBƏYLĠ Cəmo Adil oğlu (29.1.1887, Şamaxı - 30.7.1965, Şamaxı rayonunun Çuxuryurd k.) -maarifçi, pedaqoq, metodist, publisist, yazıçı, şair. Şamaxı şəhər məktəbini bitirmişdir (1901). 1908-ci ildən pedaqoji fəaliytə başlamış, Şamaxı (1908-14) və Bakı (1914 ildən) məktəblərində müəllimlik etmişdir. Cəbrayılbəyli və Zülfüqar bəy Hacıbəyli Şamaxıda "Nicat" maarif cəmiyyətinin şöbəsini açmaq məqsədilə 1915 ilin yayında Üzeyir bəy Hacıbəylinin "Arşın mal alan" musiqili komediyasını tamaşaya qoymuşlar Bakı mətbuatında, əsasən, "Məktəb" jurnalında uşaq pyesləri, hekayələr,şeirlərdərc etdirmişdir. Ağalı bəy Naseh, Mirzə Ələkbər Sabir və Abbas Səhhətlə yaxın dost olmuşdur. "Cəmo" imzasıyla şeirlər yazmışdır

Azərbaycan Respublikasının hazırkı himninin mətninin müəllifinin Cəmo Cəbrayılbəyliyə məxsus olması fikri də var; belə ki, 1919-cu ildə Bakıda dərc edilən "Nəğmələr" kitabındakı "Vətən marşı"şerinin mətni indiki himnin sözləri ilə eynidir (Əslində eyni deyil.Müasir mətndə bir sıra redaktələr,fərqli yanaşmalar var-N.N.) Şerin sonunda isə "Cəmo bəy" imzası qeyd olunmuşdur. Cəbrayılbəyli 1922-ci  ildə orta məktəb müəllimləri hazırlayan ali pedaqoji kursları bitirmiş, "Zükur" (Oğlanlar məktəbi-N.N)darülmüəlliminə (pedaqoji texnikumuna) müəllim, sonralar dərs hissə müdiri təyin edilmişdir (1922-31).1931-ci  ildə Azərbaycan Pedaqoji İnstitutuun biologiya fakültəsini bitirmiş, 1932-37-ci  illərdə Sənaye Akademiyasında (Bakı), Bakı Müəllimləri Təkmilləşdirmə İnstitutunda, 1938-64-cü illərdə Azərbaycan Elmi-Tədqiqat İnstitutunda işləmişdir. 1942-ci  ildə namizədlik dissertasiyası müdafiəedərək, pedaqoji elmlər namizədi, dosent adı almış, elə həmin il Azərbaycanın əməkdar müəllimi adına layiq görülmüşdür. Cəbrayılbəyli Azərbaycanda pedaqoji kadrların hazırlanmasına və tərbiyə olunmasına böyük əmək sərf etmişdir. O, bir sıra dərsliklərin ("Təbiətə ilk addım", Müxtəsər nəbatat", "Heyvanat dərsləri" və s.), 30-dan çox elmi-metodik kitab və kitabçanın müəllifidir. "Şərəf nişanı" ordeni və bir çox medallarla təltif edilmişdir. 1964-cü ildə fərdi təqaüdə çıxmışdır. Şamaxıda "Şahixəndan" qəbiristanlığında M.Ə.Sabirin qəbri yanında dəfn edilmişdir".

 


O ki qaldı Cəmonu "Camo" ( "Cavad Axundov Məhəmmədəli oğlu" kimi oxuyanlara ),burada məsələ bir az qəlizləşır.Ərəb əlifbalı yazıda CAMO kimi yazılış forması yoxdur.Bu söz üç hərflə yazılır-cim,mim,əlif-CƏMO.

Təbii ki Əhməd Cavad soyadını ƏXUNDOV yazmazdı.

Mən də professor Alxan Bayramoğlu kimi o fikirdəyəm ki,himnimizin sözlərinin müəllifi düzgün göstərilməlidir.

Alxan Bayramoğlundan fərqli olaraq, mən himnimizim mətn müəllifinin Cəmo bəy Cəbrayılbəyli olduğunu düzgün hesab edirəm. Bunun bir sıra inandırıcı və düşündürücü məqamları da var. Cəmo Cəbrayılbəyli həm AXC dövründə, həm də sonralar "Milli nəğmələr" kitabının camesi (cəmləyəni,tərtibçisi-N.N.) və naşıri Mirzəzadə ilə, eləcə də Azərbaycan Xalq Maarif Komissarlığınnın xətti ilə dərslik və uşaq mətbuat orqanlarında milli təhsil və milli mətbuat sahəsində çalışanlarla uğurlu əməkdaşlıq etmişdir.



Strategiya.az

Xəbərlər
19.03.2019

Ermənistanda saxlanılan Qazax sakini ilə bağlı məlumat

19.03.2019

Nursultan Nazarbayev istefa verib

19.03.2019

Sabunçu sakininin evində narkotik aşkarlanıb

19.03.2019

Dünyanın ən bahalı şəhərlərinin adları açıqlanıb

19.03.2019

ABŞ prezidentliyinə namizəd Beto O’Rurk ilk 24 saat ərzində 6,1 milyon dollardan artıq vəsait toplayıb

19.03.2019

AFFA üç klubu cərimələdi - Deviçə bir oyunluq cəza

19.03.2019

Bakıda əcnəbi vətəndaşın pulunu oğurlayan qadın saxlanılıb

19.03.2019

Novruz qarı: Ləzədə 17, Qırızda 11 santimetr

19.03.2019

Ləzədə 17, Qırızda 11 santimetr

19.03.2019

Bakıda əcnəbi vətəndaşın pulunu oğurlayan qadın saxlanılıb

19.03.2019

Avstraliyanın Baş naziri G20 liderlərini sosial şəbəkələrə nəzarəti gücləndirməyə çağırıb

19.03.2019

Elxan Süleymanov şamaxılı Qarabağ şəhidlərinin ailələrini Novruz münasibətilə təbrik etdi

19.03.2019

Yaz fəsli Azərbaycana martın 21-i saat 01.58-də daxil olacaq

19.03.2019

ETSN: Qızılğac Milli Parkında 3000-4000 flaminqo qışlayır

19.03.2019

Bayram günü hava yağışlı və qarlı olacaq

19.03.2019

Varan "Real"dan ayrılmaq istəyir

19.03.2019

Əli Həsənov: Bob Woodwardın "Fear: Trump in the White House" kitabında yayılan məlumat yalan və saxtadır

19.03.2019

Akademik Nərgiz Paşayeva Oksford Universitetiniin Bodleyn Kitabxanasının banisinin şərəfinə təşkil olunan təntənəli tədbirdə iştirak edib

19.03.2019

Bakıda yeniyetmə qızı döyən Ağstafa sakini saxlanılıb

19.03.2019

Sumqayıtda faciə: Kişi daşların altında qalaraq öldü

19.03.2019

"Arsenal" Suaresi "Barselona"ya qaytarır

19.03.2019

Bakıda avtomobillərdən oğurluq edənlər saxlanılıblar

19.03.2019

Şahmat üzrə Avropa çempionatının ikinci turunun oyunları keçirilir

19.03.2019

Gürcüstandan Azərbaycana qanunsuz yolla gətirilən spirtli içkilər və siqaretlər aşkarlanıb

19.03.2019

Türkiyə sahillərində 54 qaçqın saxlanılıb

19.03.2019

Prezident İlham Əliyev və birinci xanım Mehriban Əliyeva Novruz bayramı münasibətilə ümumxalq şənliyində iştirak edirlər

19.03.2019

Mərkəzi Bank 350 milyon manat cəlb edir

19.03.2019

Baş Prokurorluğunun Mətbuat Xidmətində kadr dəyişikliyi olub

19.03.2019

Cinayət törətməkdə şübhəli bilinən 39 nəfər saxlanılıb

19.03.2019

Yeni informasiya dövründə ənənəvi mətbuat və yeni media: perspektiv hansı sahədə olacaq?

19.03.2019

Keyfiyyətsiz və saxta dərman gətirənlərin işi çətinləşir

19.03.2019

Zakir Həsənov Azərbaycan Ordusunun şəxsi heyətini təbrik edib

19.03.2019

Daşınmaz əmlakla bağlı dövlət reyestrindən çıxarışlar yalnız elektron qaydada veriləcək

19.03.2019

Silsilə oğurluq edən əvvəllər məhkum olunmuş şəxslər saxlanılıb

19.03.2019

"Real"ın Hazard üçün təklifi rədd edildi

19.03.2019

Atəşkəs 21 dəfə pozulub

19.03.2019

I sinfə sənəd qəbulu sistemi bayram günlərində işləməyəcək

19.03.2019

Martın 19-da xarici valyutaların manata qarşı məzənnələri

19.03.2019

Bakıda bir sıra yollarda avtomobillərin hərəkət istiqaməti dəyişdirilib

19.03.2019

Dembele və Menye Rusiyaya qarşı oynamayacaq

19.03.2019

Azərbaycan ədəbiyyatında işlənmiş alınma lirik şeir janrlarından biri-sonet

19.03.2019

BÖHRAN ŞƏRAİTİNDƏ SIĞORTA ŞİRKƏTLƏRİNİN MALİYYƏ SABİTLİYİNİN TƏMİN EDİLMƏSİ STRATEGİYASI

19.03.2019

Ordubad rayonunun tunc və ilk dəmir dövrü arxeoloji abidələrinə həsr edilən tədqiqat əsəri nəşr olunub

19.03.2019

Əlcəzair hava məkanında “Boeing 737 MAX” təyyarələrinin uçuşuna qadağa qoyub

19.03.2019

“Osmanlı imperiyasında erməni məsələsi problemi”

19.03.2019

Bakıda bu qəbiristanlıqlar zibilxanaya çevrilib - VİDEO

19.03.2019

Qaxda reyd keçirilib - VİDEO

19.03.2019

Dünyanın ən təhlükəsiz ölkəsi

19.03.2019

 “Laçında xalq oyunları və meydan tamaşaları”   

19.03.2019

Bu gün ilaxır – Torpaq çərşənbəsidir