Səid Əfəndi Ünsizadə və türk dünyası

09:25 / 12.11.2018

Nazim Nəsrəddinov

Azərbaycan Respublikasının əməkdar müəllimi

Azərbayanın məktəb və maarifçilik tarixində özünə şərəfli yer tutan, Türkiyə aydınları ilə geniş yaradıcılıq əlaqələri olan ziyalılarından biri də Səid Əfəndi Əbdürrəhman Əfəndi oğlu Ünsizadədir.

”Ünsizadə”- Səid Əfəndinin türklər demişkən “takma” soyadıdır. (Atası “Ünsi” təxəllüsü ilə şeir yazdığından oğlanları “Ünsizadə” soyadını qəbul etmişlər). S.Ünsizadə 1825-ci ildə Şamaxıda anadan olmuşdur. Burada atasından və şəhərin adlı-sanlı müəllim və müdərrislərindən yaxşı təhsil alan Səid elm dalınca dünya elminə dərindən yiyələnmək üçün Şərqin yüksək ali dini məktəblərində oxumağa gedir. Bəzi mənbələrdə onun Misirdə oxuduğu iddia edils də, bunu təsdiq edən heç bir sənəd yoxdur. S.Ünsizadə təhsilini başa vurub, Şamaxıya qayıdır. O, burada məktəbdarlıq etməyi qərara alır, tezliklə savadlı müdərris olduğunu öz fəaliyyəti ilə sübut edir.

S.Ünsizadə 1873-cü ilin əvvəllərində o vaxt, ölkə paytaxtı Bakıya köçəndən sonra, hələ də Şamaxıda fəaliyyət göstərən Bakı Quberniya Əhli-Təsənni İdarəsinə üzv seçilir. S.Ünsizadə bir neçə aydan sonra -1873-cü ilin dekabrında Bakı qubernatoru D.S.Staroselskinin əmri ilə ruhani idarəsinin sədri təyin olunur. Bu vəzifədə bir sıra maarifçilik işləri görür: ruhani məclisinin himayədarlığı ilə Azərbaycan məktəbi tarixində “Məclis məktəbi” adı ilə məşhur olan təhsil ocağı yaradır, müəllimlərin elmi və metodiki hazırlığını yüksəlmək üçün əməli yollar arayır.

S.Ünsizadə 1876-cı ildə mühüm dövlət işi ilə əlaqədar — Zaqafqaziya dini idarələrinin fəaliyyətini yoxlayan komissiyanın üzvü kimi, Tiflisə ezam olunur. Yeri gəlmişkən qeyd edək k, o zamanlar Zaqafqaziyanın şeyxülislamı Əhməd bəy Hüseynzadə, müftisi Əbdülhəmid Əfəndi Mustafa Əfəndizadə idi. Onların hər ikisi XIX əsrin ən tanınmış ziyalıları idi: dini vəzifə ilə yanaşı, məktəb və maarif məsələləri ilə də ciddi məşğul olurdu. Ə.Hüseynzadə məktəb şagirdləri üçün fars dilində bir neçə dərslik yazmış, Ə.Əfəndizadə isə ikidilli lüğət hazırlamışdır. Belə adamların iş fəaliyyətini yoxlamaq S.Ünsizadəyə göstərilən böyük etimad idi.

Tiflisə ezamiyyətə gələn S.Ünsizadə ezamiyyə müddəti qurtarandan sonra burada dövlət nəzarətində olan işlə təmin olunur: müəyyən sınaq müddətindən sonra Zaqafqaziya Əhli -Təsənni İdarəsinin üzvü təyin olunur və vəzifə səlahiyyətləri çərçivəsində geniş və hərtərəfli maarifçilik fəaliyyətinə başlayır.O, 1878 -ci ildə Tiflisdə Azərbaycan dilində çap məhsulları ilə məşğul olan basmaxana (litoqrafiya ) yaradır. Basmaxananın avadanlıqları İstanbuldan gətirilir. S.Ünsizadə mətbəədə işləmək üçün bir neçə gənc qohum-əqrəbasını mətbəə peşələrini öyrənmək üçün İstanbula göndərir.S.Ünsisadənin Türkiyə ilə işgüzar münasibətləri sistemli şəkildə məhz bu dövrdən başlanır.

S.Ünsizadə 1878-ci ilin dekabrında Tiflisdə Azərbaycan dilində “Ziya” adlı həftəlik qəzetin nəşrinə icazə alır. Qəzetin ilk nömrəsi 1879-cu il yanvarin 14-də çıxır. “Ziya”nın ilk üç nömrəsi tədqiqatçılara məlum deyil. Türkiyə arxivlərində ciddi axtarışlar ararılsa, bəlkə onları burada tapmaq olar.”Ziya”nın Türkiyədə onlarla oxucusu var idi. Türkiyədə gedən ictimai -siyasi hadisələr qəzetdə həm birbaşa, həm də üstüörtülü şəkildə –ezop manerası ilə işıqlandırılırdı.

1879-cu ildə Mirzə Rza xan Danişin (1853-1937) hazırladığı əlifba layihəsinə aid təqrizlərin (RƏYLƏRİN) bəzisinin İstanbulda fars dilində çıxan “Əxtər” qəzetindən götürülərək cəmi bir həftədən sonra”Ziya”da çap olunması elmi əlaqələrimizin öyrənilməsi baxımından diqqəti cəlb edir.

“Ziya”da “Ey bülbül” rədifli qəzəl mövzusunda nəzirə müsabiqəsi açılması və burada Münif Paşanın iştirakı da maraq doğurur. Əslində bu, şeir müsabiqəsi deyildi: söz içində söz demək idi. Münif Paşa Türkiyədə bü mövzuda keçilrilən müsabiqənin mükafatçılarından birı kimi Səid Ünsizadənin maarif məsələlərinə həsr olunmuş layihələrinin birinə qoşularaq, “Ziya” qəzetinin düşdüyü çətinliklərdə ona kömək etmək istəyirdi.

Mən bu məsələ haqqında Bakıda görkəmli jurnalist Malik Rəcəbin redaktorluğu ilə nəşr olunan “Təhsil problemləri” qəzetinin 01-07 avqust 2010-cu il tarixli nömrəsində ayrıca bir yazı çap etdirmişəm.

1879-cu ildə “Ziya” qəzetinə Türkiyədən məktub göndərənlərdən biri əslən Şəki şəhərindən olan Şahin Əfəndi idi. Təəssüf ki, onun haqqıda ətraflı məlumatımız yoxdur. Adı təkcə bir yerdə— “Ziya”ya kömək edənlərin sırasında verilmişdir.

Haşiyə. Müəllifin sonrakı qeydləri .

"Sonrakı araşdırmalarımızda Şahin Əfəndinin adını M.F.Axundzadənin məktublarında gördük. 
M.F.Axundovun 1865-ci ildə yazdığı bir məktubunda Şahin Əfəndinin Türkiyə Sədr-Əzəminin adyutantı olması faktı üzə çıxdı. "Ziya"qəzetinə maddi kömək edən Şahin Əfəndi Türkiyə Sədr-Əzəminin yaxşı tanıdığı Şirvanlı Ömər bəy Şahpələngin bacısı oğlu imiş-N.N.)"


1880-ci ilin dekabr ayından başlayaraq, bir neçə aylıq fasilədən sonra “Ziya” “Ziyayi-Qafqasiyyə”adı ilə çıxmışdır. Bu fasilə Türkiyədə yeni mətbəə şriftlərinin axtarışı ilə əlaqədar idi.Belə ki əvvəlki mətbəə şriftləri narın və rizə olduğu üçün oxucuları qane etmirdi: S.Ünsisadə onların narazılığını başa düşərək öz əməkdaşlarını mətbəə şrifti almaq üçün İstanbula göndərmişdi.

1883- cü ilin sonlarında S,Ünsizadə Şamaxıya qazı təyin olunduğuna görə Tiflisı–yaradıcılıq imkanlarına yaxşı şəraiti olan paytaxtıi tərk edib, doğma şəhərinə-Şamaxıya qayıdır.”Ziyayi- Qafqasiyyə”nin nəşrininin Tiflislə bağlı məsələlərini damadı advokat ( vəkil) Şilyanskiyə həvalə edir. Şamaxıda redaktə olunaraq Tiflisdə çap olunan qəzetin 1884-cü ildə cəmi 11 nömrəsi çıxır. Görünür, sonuncu nömrədəki məqalələrin birində

”SƏİD ÜNSİZADƏNİN MƏQSƏDİ RUS MÜSƏLMANLARINI YUXUDAN OYATMAQDIR” fikri rus məmurlarından kiminsə xoşuna gəlməmişdi.

Məşhur Azərbaycan şairi S.Ə Şirvaninin Səid Əfəndiyə həsr etdiyi qəsidədən öyrənirik ki, quberniyanın dini rəhbəri kimi S.Ünsizadə Şamaxıda universitet açmaq, məktəb şəbəkəsini genişləndirmək,mətbəə yaradaraq burada kitab çapı məsələlərini canlandırmaq istəyirmiş. Təəssüf k., onun bu məqsədi kimlərdəsə paxıllıq, bədxahlıq hisləri yaradırdı; haqqında dövlət orqanlarına yalan məlumatlar verilir,o, rüşvətxorluqda, dini vəzifədən sui-istifadə etməkdə təqsirləndirilirdi. Lakin bunların heç biri təsdiq olunmur.

Geniş maarifçıilik fəaliyyəti üçün Azərbaycanda yer tapmayan Səid Ünsizadə1889-cu ilin fevral ayının 20-də öz ərizəsi ilə işdən çıxır,1990-cı ilin əvvəlində  türk dünyasının baş şəhərinə—İstanbula üz tutur. Burada maarif sistemində işləyir , “Quran “ın türk dilində təfsirini yazır, Azərbaycandan Türkiyəyə iş dalınca gedənlərə qayğı göstərir.

Səid Əfəndinin kiçik qardaşı Cəlaləddin Əfəndi Ünsizadə də 1883-cü ildən redaktorluq etdiyi “Kəşkül ” (əvvəl jurnal,bir müddətdən sonra qəzet kimi nəşr edilmişdir-N.N.) adlı mətbu orqanı 1891-ci ildə bağlanandan sonra, İstanbula-qardaşının yanına təşrif aparır.

“Molla Nəsrəddin” jurnalının 1907 -ci ildəki 43-cü nömrəsindəki bir yazıdan Cəlal Əfəndinin Türkiyə sultanı Əbdülhəmidin sarayında kitabxana müdiri işlədiyini öyrənirik. Cəlal Əfəndi Ünsizadənin 1920- ci illərdə Türkiyə Cümhuriyyətinin Xarici İşlər Nazirliyində tərcüməçi işləməsi də güman edilir.

Bakıda nəşr olunan “Həyat” qəzetinin 1905-ci ilin iyun aynda dərc olunan nömrəsindəki nekroloqdan öyrənirik ki,  “türk dünyasının fazil şəxslərindən biri olan Səid Əfəndi Ünsizadə ömrünün 80 sinnində İstanbulda vəfat etmişdir”.

“Həyat” qəzeti S.Ünsizadə haqqında yazı yazmaq istəyənlərin yazısını məmnuniyyətlə dərc edəcəyini söyləməklə maarif tariximizdə böyük xidmətləri olan bu işıqlı fikir adamını yüksək qiymətləndirir.

Səid Ünsizadənin İstanbulda hansı qəbirstanlıqda dəfn olunduğu əvvəllər bizə məlum deyildi. Biz bunu öyrənməyi  istanbulda- Şirvanlılar məhəlləcində yaşayan azərbaycanlılardan xahiş etmişdk. 

Yenə də haşıyə.

Sonrakı araşdırmalar. 2017-ci ildə Səid Ünsizadənin şəkli də, qəbri də tapılmışdır. O, Fateh Camii qəbirstanığında dəfn olmuşdur..

Ünsizadələrin Ünsi Arkun soyadlı vəfat etmiş qohumları isə Üsküdarda açıq muzey kimi tanınan KARAKAƏHMƏD qəbirstanlığında dəfn olunmuşlar.



Strategiya.az

Xəbərlər
11.12.2018

Akademiyanı bitirən 39 məzun diplomsuz qalıb- Video

11.12.2018

Berlində keçirilən anım tədbirində ulu öndər Heydər Əliyevin Azərbaycan xalqı qarşısındakı xidmətlərindən danışılıb

11.12.2018

Səbaildə əl qumbaraları tapılıb 

11.12.2018

Maliyyə Nazirliyinin istiqrazlarının yerləşdirilməsi üzrə hərrac keçirilib

11.12.2018

İlhamə Quliyevanın oğlundan xəbər var 

11.12.2018

Bakının prospektləri arasında əlaqə genişləndirilir -63 yeni yol salınacaq

11.12.2018

Akademik -"Heydər Əliyev dövrü Azərbaycanın çoxəsrlik tarixinin şərəfli bir mərhələsidir"

11.12.2018

Prezident İlham Əliyev NATO Müttəfiq Qüvvələrinin Avropadakı Baş komandanının rəhbərlik etdiyi nümayəndə heyətini qəbul edib

11.12.2018

Velosipedçimiz Portuqaliyada 3-cü oldu

11.12.2018

Qabırğa altındakı kəskin ağrılar - Bir çox təhlükədən xəbər verir

11.12.2018

“Fənərbaxça”da qalmaqal – futbolçular prezidentə qarşı

11.12.2018

Avtobuslardan istifadə edənlərin NƏZƏRİNƏ: Bu xəbəri mütləq OXUYUN - VİDEO

11.12.2018

DOST Agentliyinin fəaliyyəti üçün əsas hüquqi platforma təmin edilib

11.12.2018

Xorvatiya - Azərbaycan oyununun stadionu müəyyənləşdi

11.12.2018

Respublika çaylarında biogen maddələrin miqdarının normadan artıq olduğu müşahidə edilib

11.12.2018

Qasım Rzayi: İran Azərbaycanın ərazi bütövlüyünü və ədalətli mövqeyini dəstəkləyir

11.12.2018

“Future Stars 2018” IX Beynəlxalq Klassik Musiqi Festivalının qalibləri mükafatlandırılıb

11.12.2018

46 mənzil və 3 qeyri-yaşayış obyektinin icazəsiz sökülməsinə görə cinayət işi başlanıb

11.12.2018

Qaçaqmalçılıq üçün əyninə çadra geyinən qadın və həyat yoldaşı ifşa olundu

11.12.2018

Bugünkü hərracda manatın ortaçəkili məzənnəsi 1,7000 səviyyəsində formalaşıb

11.12.2018

XƏBƏRDARLIQ! - Külək güclənəcək, yağış, qar...

11.12.2018

Sabahkı hava şəraiti açıqlanıb

11.12.2018

“Moody's”: Neftin qiyməti 50-70 dollar/barrel arasında dəyişəcək

11.12.2018

Rusiyadan Azərbaycana gələn avtomobildə 75 ədəd güllə aşkarlanıb 

11.12.2018

Polkovnik Eray Guçlüer: Paşinyanın Türkiyə ilə əlaqələr qurmaq barədə dedikləri təcavüzkar dövlətin əsl xislətini əks etdirir

11.12.2018

Qurban Qurbanovdan şok addım - təzminatdan imtina etdi

11.12.2018

"Məcmueyi-Şüəra" və "Vahid" ədəbi məclislərinin üzvləri Ulu öndəri yad etdilər

11.12.2018

“Bir nəfər hamı üçün, yaxud Mixaylonun qisası” kitabı təqdim olundu

11.12.2018

Çayda batan şəxsin meyiti tapılıb

11.12.2018

Karateçilərimiz İtaliyada Gənclər liqası turnirində iştirak edəcək

11.12.2018

Türkiyə Qara dənizdə yeni hərbi-dəniz bazası yaradır

11.12.2018

Noyabrda Azərbaycanda sutkada 801 min barrel neft çıxarılıb

11.12.2018

Keçirilən reydlər nəticəsində...

11.12.2018

Əfqanıstanda kamikadze minalanmış avtomobillə hərbi karvana hücum edib

11.12.2018

Bakıda 2 maddə ilə axtarışda olan qadın saxlanılıb

11.12.2018

Hava Hücumundan Müdafiə bölmələri həyəcan siqnalı ilə qaldırılıb

11.12.2018

Neymar "Srvena Zvezda"ya qarşı oynayacaq?

11.12.2018

Yaxın Şərqdə yeni ixtilafa doğru: Ər-Riyadla Əbu-Dabinin təhlükəli oyunu?

11.12.2018

Sabah bəzi marşrut xətlərinin trayektoriyası dəyişdiriləcək

11.12.2018

Gürcüstandan gələn avtomobildə pirotexniki vasitələr aşkarlanıb

11.12.2018

“Məni buna o vadar etdi” – Bacanağına olan acığını heyvanlardan çıxdı - VİDEO

11.12.2018

“Azeri Light”ın bir barreli 62,73 dollara satılır

11.12.2018

Neftin qiyməti bahalaşır

11.12.2018

Qubada 19 yaşlı gənc itkin düşüb

11.12.2018

Prezident İlham Əliyev İranın Sərhəd Qoşunları komandanını qəbul edib

11.12.2018

Narkotik qəbul etdi, arvadını 5-ci mərtəbədən atdı

11.12.2018

Ulu öndər Heydər Əliyevin anım günü ilə əlaqədar bu yollarda hərəkət məhdudlaşdırılacaq

11.12.2018

Makron Fransada fövqəladə vəziyyət elan etdi

11.12.2018

"Lazarev klubu": "qara piar" kampaniyasında yeni həlqə

11.12.2018

Yeni qərar verildi: Artıq marketlərə zənbillə gedəcəksiniz