Azərbaycanın ilk üsuli-cədid məktəbi

10:21 / 18.11.2018

Nazim Nəsrəddinov

Azərbaycan Respublikasının əməkdar müəllimi

"Üsuli-cədid" məktəbləri təlimi yeni üsularla aparılan məktəblərdir.Belə məktəblərdən biri İsmayıl bəy ibn Mustafanın əqidə və məslək dostu
Hacı Səid Əfəndi Ünsizadə (1825,Şamaxı--1905,İstanbul) tərəfindən 
1874-cü ildə Şamaxıda yaradılmışdır. Yaradılan ilk illərdə məktəbə Şamaxıdakı sünni və şiə məclisləri maddi kömək göstərirdilər.
1859-cu il səlzələsindən sonraquberniya mərkəzi Şamaxıdan Bakıya köçürülsə də, bir sıra idarələr,o cümlədən Quberniya Əhli-Təsənni İdarəsi Şamaxıda saxlanılmışdı. İdarənin başçısı, quberniya qazısı Hacı Səid Əfəndi Abdurrahman oğlu Ünsizadə idi.Onun yeni üsullu məktəb açmaq ideyasına Bakı qubernatoru D.Staroselski icazə vermişdi.Bu,hər nəsnədən əvvəl S.Ünsizadənin tapşırılan dövlət işinə ləyaqətli münasibəti ilə ilgilidir. Dini məclislərin maddi köməyini nəzərə alaraq, Şamaxının yeni təhsil ocağını -yeni  üsullu ibtidai təhsil ocağını   "MƏCLİS MƏKTƏBİ" adlandırmışdılar. Burada dərslər yeni təlim üsulları ilə keçirilir,şagirdlər mollaxana məktəblərindən fərqli olaraq, quru yerdə yox, şəhərdəki rusdilli qəza məktəbində olduğu kimi, partada əyləşir,
yazı  və qrammatik tapşırıq işlərində, lövhə və tabaşirdən istifadə edirdilər. Məktəbdə əsas əsas fənləri şəhərin rusdilli  qəza məktəbinin müəllimləri- S.Ə.Şirvani və C.A.Ünsizadə deyirdilər. Sası dinli E.Pirbudaqov bir müddət bu məktəbdə rus dilini tədris etsə də, sonralar  türkdilli məktəbdə müdir olmaq xəyalına düşür.Lakin onun məkrli arzusu baş tutmur, o, rusdilli mətbuatda iştirak etmək niyyətilə Tiflisə köçür. Səid Ünsizadə  və onun ortancıl qardaşı,şəhər rus məktəbinin məzunu, məzunluqdan sonralar Məclis Məktəbində işləməklə ynaşı,elə qəza məktəbində  Avropadan dəvət olunmuş pedaqoqlarla bir yerdə müəllim işləyən  Cəlaləddin Ünsizadə, 1870-ci illərin axılarında daha böyük maarifçilik işləri görmək üçün Zaqafqaziyanın inzibati  mərkəzinə -Tiflisə gedirlər. Məclis Məktəbinin bütün ağırlığı burada müəllim işləyəngörkəmli şair, dərslik müəllifi, təzkirəçi Azərbaycan mətbuatının ilk müxbirlərindən biri Seyid Əzim Şirvaninin (Məmmədzadənin ) öhdəsinə düşür. Məktəbə kömək edən bir neçə maarifpərvərsərmayə sahibinin  Şamaxıda köçmələri də Məclis Məktəbin maddi vəziyyətini çətinləşdirir. Məktəbə əvvəllər göstərilən yardım getdikcə azalır, müəllim çatışmazlığı tədrisin səviyyəsini
hiss olunacaq dərəcədə aşağı salır. Məclis Məktəbinin ağır günlərində bu yeni təhsil ocağına kömək üçün türkdilli ziyalılara müraciət edilir. Lakin müraciət şəhərin  bəzi pul və sərmayə sahibləri tərəfindən soyuqqanlılıqla qarşılanır. S.Ə.Şirvani "Əkinçi" qəzetinin redaktoru H.Məlikova (Zərdabiyə) və sonralar "Ziya" qəzetinin imtiyaz sahibinə-Məclis Məktəbinin yaradıcısı Səid Əfəndiyə də  dəfələrlə  öz müxbir məktublarıvasitəsilə  dəfələrlə müraciət edir. Təəssüf ki nə Zərdabi, nə də Səid Ünsizadə uzaqlardan  Şamaxıda yaratdılan  ibtidai təhsil
ocağına  kömək edə bilmirlər.  Məclis Məktəbinin düşdüyü çətinlikləri ürək ağrısı ilə qələmə alan S.Ə.Şirvaninin  Bakıya-"Əkinçi" qəzetinin redaktoru,Moskva Universitetinin məzunu H.Zərdabiyə müraciəti Məclis Məktəbinin tarixini öyrənmək baxımından  böyük maraq doğurur.  S.Ə.Şirvaninin  sonralar orta məktəblərdə  şagirdlərə  "Qafqaz müsəlmanlarına xitab" adı ilə təqdim edilən məsnəvisi türk dünyasının XIX əsrdəki ən məşhur ibtidai məktəblərdən birinə - Şamaxı Məslis Məktəbininə  göstərilən seyrçi münasibət çox ciddi şəkildə,təəssüflə  pislənilir.  S.Ə.Şirvani H.Zərdabidən məsələnin həlli üçün   özünün əqidə və məslək dostu Həsən bəy Məlikovdan (Zərdabidən) xahiş edir ki,  o , yəni səlahiyyətli və böyük məclislərdə sözü eşidilən Həsən bəy Məlikov -  Məclis Məktəbinin düşdüyü çətinlikləri Zaqafqaziya şeyxülislamının və müftisinin diqqətinə çatdırsın. Yeri gəmişlən qeyd edək ki, o vaxtlar Zaqafqaziyanın müftisi Əbdülhəmid Əfəndi Mustafa Əfəndizadə (15.04.1812, Şamaxı-10.12.1881,Tiflis ) idi. O, müftilik vəzifəsinə təyin olunana kimi Şamaxının Əhli-Təsnni İdaəsinin sədri, quberniya qazısı idi. Mükəmməl dini təhsili var idi. O, Şamaxı Mədrəsəsində işləyərkən  bu şəhərdə müəllimlik edən Avropalı əcnəbi pedaqoqlardan  rus və fransız dillərini qibtəediləcək dərəcədə  yaxşı öyrənmişdi. Ə.Əfəndizadə ömrünün son 7 ilini rusca -türkcə  tərcümə lüğətinin tərtibinə həsr etsə də,vaxtsız ölüm bu işi başa çatdırmağa imkan verməmişdi.

O vaxtlar Zaqafqaziyanın şeyxülislamı  əslən Salyandan olan,klassik Şəraq ədəbiyyatını, ana dili ilə yanaşı, ərəb və fars dillərini mükəmməl bilən  Əhməd Hüseynzadə (1812,Salyan-1887,Tiflis) idi.
Ə.Hüseynzadə də dini vəzidfə çərçivəsində maarifçilik məsələlərinin təbliğində  yorulmadan çalışan ziyalılardan idi. Onun fars dilində yazdığı "Dilguşə" adlı dərsliyi uzun müddət Azərbaycan və Türkiyə  məktəblərində şagirdlərin istifadəsinə yönəldilmişdir. Əhməd Hüseynzadə (1812,Salyan-1887,Tiflis) Əli bəy Hüseynzadənin ana babasıdır. Deməli, S.Ə.Şirvani Məclis Məktəbinin tərəqqisinə kimlərin daha çox xeyir verə biləcəyini yaxçı başa düşürdü.
Təəssüf ki,bu iki din xadiminin S.Ə.Şirvaninin MƏSNƏVİsinə  münasibəti haqqında məlumatımız yoxdur. Amma bu,danılmaz faktdır ki, 1884-cü ilin yanvarında Səid Ünsizadə yenidən Tiflisdən Şamaxıya Əhli -Təsənni İdarəsinə sədr təyin olunduqdan sonra Məclis Məktəbinin işində əsaslı dönüş yaranmış, məktəb ilk illərindəki şöhrəti  maarifçilik tariximizdə yenidən bərpa olunmuşdur. Mənfəətdən xali olmadığı üçünS.Ə.Şirvaninin MƏSNƏVİnin son beytlərini orta məktəb dərsliyindəkindən fərqli olaraq, ixtisar etmədən oxucuların diqqətinə çatdırırıq.

 


...İndi Şirvanda açmışıq məktəb, 
Dərsimiz rusü türkü farsü ərəb.


Zəhmətim çoxdu, hiç nəfim yox, 
Leyk həqqə ümidvarəm çox- .


Kim, bu zəhmətlər olmaya zaye, 
Bəlkə bu macəra ola şaye.


Şeyxül-islamü müftiyi-islam 
İkisi bir olub, edə əncam.


Çünki bunlar rəisi-millətdir, 
Mədəni-lütfii kani-qeyrətdir.


Necə kim, ol müəllimi-əvvəl, 
Ona Tiflisdir məqami-məhəl,


"Qafqazski uçebni"nin miri, 
Hikmətin canı, elmin iksiri,


Mahi-fevralda ol səfaxanə, 
Mənə yazmışdı bir rizanamə.


Sizi tari, bir eyləyin insaf, 
Gövhəri-mətləbə olun sərraf!


Gör necə xeyirxah kəslər var, (I;səh.120)

Eyləyin qeyrət, ey ülül-əbsar! 
Bavücudi ki, rusdur o cənab, 
Şad olur elm kəsb edə tüllab.


Ol bu əmrə görün, olur dilşad— 
Ki, müsəlmanlar olsun əhli-səvad.


Seyyida, bəsdi, nəzmi qıl kutah, 
Xatirin cəm qıl ki, inşallah,


Şeyxül-islamü müftiyi-xoşnam 
Uşqola əmrinə edər əncam!(I;səh.121)

 


Bu gün həmin məktəbin-Məslis Məktəbinin işini ŞAMAXI AVROPA LİSEYİ
davam erdirir.(Liseyin direktoru təhsil tariximizi qiymətləndirməyi bacaran ixtisasca tarixçi olan Məzahir Məmmədovdur). 2014-cü ilin dekabrında MƏCLİS MƏKTƏBİnin 140 illik yubileyi rayon səviyyəsində
böyük təntənə ilə keçirilmişdir.


Təəssüf ki,məktəbin 140 illik yubileyini respublika səviyyəsində təntənə ilə keçirmək hələ də unudulur,bir sıra ytədqiaqtlarda Məclis Məktəbinin yaradıcısı kimi məşhur şairimiz S.Ə.Şirvaninin adı çəkilir.
Halbuki S.Ə.Şirvani "Ziya"qəzetinə   göndərdiyi müxbir məktublarındabu təhsil ocağının yaradıcısı kimi  dostu Səid Ünsizadəynin adını  "Siz Şamaxıda olarkən binagüzarlıq etdiyiniz məktəb"  sözləri ilə  hörmət və fəxarətlə səsləndirir.


Ədəbiyyat.


1.S.Ə.Şirvani.Seçilmiş əsərləri, 3cilddə. 2-ci cild.səh 117-121
Bakı,2005, "Avrasiya PRESS"nəşriyyatı. 
2.NəsrəddinovN.  Müfti Əbdülhəmid Əfəndi  və yamaarifə həsr olunmuş həyat."Azərbaycan müəllimi" qəzeti,04.10.1991. N 75(7213)
3..Əliyev S.H., Abbaslı B.B.Ədəbiyyat.8-ci sinif üçün  ƏDƏVİYYATdərsliyi.
Bakı, "Təhsil" nəşriyyatı, 2000-ci il. səh.52-63.
4. Ziyayi-Qafqasiyyə qəzeti.N 4, 1881-ci il,24 dekabr.



Strategiya.az

Xəbərlər
26.05.2019

Rusiyalı gimnast Bakıda aerobika gimnastikası üzrə 11-ci Avropa Çempionatında gənclər arasında fərdi proqramda qızıl medal qazanıb

26.05.2019

Kann festivalının “Qızıl Palma” mükafatının qalibi bəlli olub

26.05.2019

Fatih Terim daha 5 il "Qalatasaray"da - rəsmi

26.05.2019

Nəsimi rayonunda mənzildə 60 yaşlı kişinin meyiti tapılıb

26.05.2019

Donald Tramp bazar günü Şinzo Abe ilə qolf oynayacaq, sumo turnirinə qatılacaq

26.05.2019

Bu gün 21 ölkədə Avropa Parlamentinə seçkilər keçirilir

26.05.2019

Fuad Poladovun heç yerdə görmədiyiniz fotoları

26.05.2019

Atəşkəs rejimi 19 dəfə pozulub

26.05.2019

"Şərq tərəfdaşlığı"nın yubiley sammiti: Azərbaycanla bağlı yalan informasiyaların mənbəyi

26.05.2019

"Bavariya" Almaniya kubokunun qalibi olub

26.05.2019

Bu gün rus bölməsi "Azərbaycan dili" fənnindən imtahan verir

26.05.2019

Güclü külək Qubada və Qusarda ciddi fəsadlar törədib

26.05.2019

Atletika üzrə paytaxt birinciliyinə yekun vurulub

26.05.2019

Bu gün magistraturaya qəbul imtahanının növbəti mərhələsi keçirilir

26.05.2019

Ramazanın 21-ci günü: dua, imsak və iftar vaxtı

26.05.2019

Əli Həsənov: “Azərbaycan-İsrail strateji münasibətləri bütün regionda sülhə və təhlükəsizliyə xidmət edir”

25.05.2019

“Qadın güldür, bacarsan güldür” 

25.05.2019

Heydər Əliyev Fondu son anda şəhid atasının harayına çatdı

25.05.2019

Mayın 25-30-da bu şəxslər ictimai nəqliyyatdan ödənişsiz istifadə edəcək

25.05.2019

XƏBƏRDARLIQ! Azərbaycanın bəzi ərazilərinə yenidən dolu düşəcək

25.05.2019

 Azərbaycan Respublikası Prezidentinin Sərəncamı

25.05.2019

İstanbulda 28 May Respublika günü və Azərbaycan XİN-in 100 illiyi qeyd olunub

25.05.2019

Heydər Əliyev Mərkəzində “Tarixin şah əsərləri” sərgisi açılacaq

25.05.2019

“Azeri Light”ın bir barreli 70,95 dollara satılır

25.05.2019

Salyanda yol-nəqliyyat hadisəsi nəticəsində iki nəfər xəsarət alıb

25.05.2019

Cinayət törətməkdə şübhəli bilinən 42 nəfər saxlanılıb

25.05.2019

Bakıda kafe sahibi qətlə yetirildi

25.05.2019

Avtomobili olanlar DİQQƏTLİ OLUN: Etibarnamə qaydası elə olacaq

25.05.2019

Bakıda binanın zirzəmisində öldürülmüş kişi meyiti tapılıb

25.05.2019

Xərçəngin geniş yayılmasının səbəbi tapıldı

25.05.2019

Neftin qiyməti bahalaşıb

25.05.2019

İsmayıllıda avtomobil ustaları emalatxanalarında heroinlə tutuldular

25.05.2019

Türkiyədə 4 terrorçu zərərsizləşdirilib

25.05.2019

Heydər Əliyev Fondu növbəti iftar süfrəsini Ağsuda açıb

25.05.2019

Qardaşlaşan məktəblər və yaxud Məclis Məktəbinin işıqları

25.05.2019

Birinci Dünya müharibəsinə aid qəbiristanlıqda motokros yarışları üçün salınan yol narazılıq yaradıb

25.05.2019

UEFA prezidentindən Bakıdakı finala dəstək

25.05.2019

Binəqədidə doqquzmərtəbəli yaşayış binası yanıb

25.05.2019

Cəbhədə son vəziyyət

25.05.2019

"Qafqazda Azərbaycan və erməni məsələsi" kitabının müzakirəsi keçirilib

25.05.2019

Dollar 3 gün bu qiymətə olacaq 

25.05.2019

Lyonda partlayış nəticəsində yaralananların sayı 13-ə çatıb

25.05.2019

Avtomobilin salonunda 3 yandırılmış meyit tapılıb

25.05.2019

Şenol Günəş "Beşiktaş"dan ayrıldı

25.05.2019

AZƏRBAYCANIN SƏNAYE MÜƏSSİSƏLƏRİNDƏ MARKALAŞMA PROSESİNİN MÖVCUD VƏZİYYƏTİ VƏ ONUN TƏKMİLLƏŞDİRİLMƏSİ İSTİQAMƏTLƏRİ

24.05.2019

Ramazanın 20-ci gününün duası, imsak və iftar vaxtı

24.05.2019

Bakıda 2 dost küçədə tanışları tərəfindən qarət olundu

24.05.2019

Azərbaycanın BMT yanında daimi nümayəndəsi Təhlükəsizlik Şurasında silahlı münaqişələr zamanı  mülki şəxslərin müdafiəsindən danışıb

24.05.2019

QAYĞIKEŞ HƏKİM VƏ MÜƏLLİMİN ÖMÜR YOLU . . .

24.05.2019

Silahlı Qüvvələrin genişmiqyaslı əməliyyat-taktiki təlimlərinin yekunları müzakirə olunub