"İşığ"ın işığı və yaxud İ.A.Krılovdan tərcümə: "Durnabalığı və Pişik"təmsili

09:20 / 21.11.2018

Nazim Nəsrəddinov

Azərbaycan Respublikasının Əməkdar müəllimi

"Ziya" qəzetinin dili" (1879-1884) mövzusunda dissertasiya işi yazanda milli mətbuatımızın bir çox dəyərli nümunələrini də araşdırmalı olurdum. Mən əmin idim ki, bu materiallar elmi işimi daha da sanballı edəcək, bu mövzuda yazılanlardan fərqli bir iş görüləcəkdir. Oxuduğum hər bir ərəb əlifbalı mətbu orqan çox-çox nəsnələrdən xəbər verirdi. Qəzet və jurnallardakı, arxiv sənədlərindəki bir sıra materiallar ədəbi dilimizin formalaşması yollarının tədqiqində yeni-yeni istiqamətləri meydana çıxarırdı. Bəzən öz əsas elmi işimi unudub, tapdığım materiallar əsasında elmi və elmi-publisistik yazılar yazıb çap etdirirdim. Qəzet və jurnalların yaxşı qonorar verdiyi vaxtlarda bu həm də gündəlik zərurətə çevrilmişdi. Bir faktı dəqiqləşdirmək üçün o vaxtkı ölkənin - SSRİ-nin baş şəhərlərindəki arxiv və kitabxanalarda işləmək üçün həvəslə işləməyə gedirdim. Topladığım materiallardan hələ də istifadə edirəm.

Mən "Ziya" və "Ziyayi-Qafqasiyyə"ni, "Kəşkül"ü ilk dəfə Leninqradda və Tiflisdə oxumuşam. 

 Sonralar oxuduğum ən maraqlı qəzet 1911-1912-ci illərdə Bakıda Azərbaycan dilində çap olunan "İşıq" qəzetidir. Bu qəzeti oxuyanlar az, tənqid edənlər isə çox idi. Sonralar məlum oldu ki, tənqid edənlərin çoxu bu qəzeti görmədikləri üçün onu  hətta jurnal hesab edirmiş. Tarix dərsliklərinə də "İşıq" şagird və tələbələrə jurnal kimi təqdim olunurdu. Halbuki "İşığ"ın elə  birinci səhifəsində  onun "еженедельная газета" -həftəlik qəzet olması iri şriftlərlə göstərilirdi. "İşığ"ın redaktoru Xədicə  xanım Əlibəyova milliyyətcə tatar olsa da, Azərbaycan dilində  danışmağı və yazmağı çox gözəl bilir, tibbə aid yazılarını, eləcə də baş məqalələri məhz bu dildə, həyat yoldaşı şəkili Mustafa bəy Əlibəyovun ana dilində- Azərbaycan dilində  yazırdı.

Qəzetin 8 oktyabr 1911-ci il tarixli  9-cu nömrəsində dərc olunmuş "İdarədən ixtar" (bildiriş-N.N.) yazısı redaktorun Azərbaycan dilinə yüksək qiymət verməsi hər bir insanda yüksək qürur hissi yaradır: "Qəzetəmizə xəbər və məqalə yazanlardan razılıq edib, artıq təveqqe eləyirük ki, yazılarını hökmən mümkün olduğu qədər öz ana dilimizdə yazub, ərəb və fars, osmanlu ləfzləri işlətməsünlər, çünki oxucularımızın çoxi ğəzetəmizin dilindən şikayət edürlər və vərəqlərin hər iki üzi yazılmaməlidir. Ana dilində yazılmayan məqalələr hərgiz dərc olunmməyəcəkdir". 

Jurnalda bəzən rus dilində də materiallar verilirdi. Bu materialların da Xədicə xanım tərəfindən yazıldığını güman edirik. Belə ki, onun təhsil dili rus dili idi. O həm ibtidai məktəbdə, həm də Tiflisdəki Olqa Mamalıq  (mama-ginekoloq)  İnstitutunda rus dilində təhsil almışdı.

"İşıq" uşaqların tərbiyəsinə, ədəbiyyata, təbabət və evdarlığa dair XANIMLAR qəzetəsi olsa da, burada qadınlarla yanaşı, zükur(erkək) müxbirlər də var idi. Zükur  müxbirlərdən biri Bakı rüşdiyyə (реальная школа) məktəbininn şagirdi Əli Yusifzadə idi. O, qəzetdə tərcüməçi-şair kimi fəaliyyət göstərirdi. Ə.Yusifzadənin ilk yazlsı qəzetin 5 fevral 1911-cui il tarixli 3-cü nömrəsində dərc olunmuşdu. Qəzetdə "İkinci kotan" adlı təmsilin İ.Krılovdan tərcümə olunduğu göstərilsə də, əslində, bu, K.D.Uşinskinin "Detskiy mir" dərsliyindən götürülmüşdür.

Ə.Yusifzadənin qeydsiz çap etdirdiyi "Balıq və Pişik" təmsili (N 15;  30.04.1911) İ.A.Krılovun məşhur  "Durnabalığı və Pişik" əsərinin təcüməsi idi. Yeri gəlmişkən qeyd edək ki, H.Qaradaği, A.Şaiq, R.Əfəndizadədən sonra rüşdiyyə məktəbi tələbəsinin bu mövzuya müdaxiləsi  böyük cəsarət idi. Mən də 24 il bundan əvvəl İ.A.Krılovun bu təmsilini tərcümə etməyi qərara aldım. Tərcüməm "Günəş" jurnalının o vaxtkı məsul katibi hörmətli dostumuz Vasif Quliyevin köməyi və qayğısı ilə "Günəş" jurnalının 1993-cü ildəki 5-7-ci nömrəsində çap olundu. Jurnalın redaktoru rəhmətlik Nəriman Qoca oğlu Süleymanov (15.08.1930-15.04.1995) da tərcüməni bəyənmişdi.

Kiçik redaktə ilə həmin şeiri  oxuculara ünvanlayıram.

Mənfəətdən xali olmadığı üçün  onu da bildirirəm ki,təmsildəki Durnabalığı surətinin nprototipi məşhur dəniz admiralı Çiçaqov Pavel Vasilyeviç (1767-1849 ), Pişiyin prototipi isə  general-feldmarşal  Qolenişev-_Kutuzov Mixail İllarionoviçdir.

(5(16).09.1747-   16(28).04.1813).

  Şeirin əsas ideyası budur ki,insan bacardığı işdən yapışmalı,çörək çörəkçiyə verilməlidir.Başqa sözlə,həyatda  insanın yeri səhv düşəndə o, öz  mənliyini itirir, xalq şairi Qabilin təbirincə desək,müsibət oluruq biz,gərəksiz oluruq  biz,  korşalırıq biz.

 

           ************

             İvan Krılov (1768-1884)

"Durnabalığı və Pişik" (1813) təmsili
 
           Rus dilindən tərcümə edən - Nazim Nəsrəddinov


Çəkməçinin çörəkçi,
Çörəkçinin çəkməçi
Olması nə yamandır! 
Sınanılıb min dəfə,
Demirəm sözgəlişi,
Getmə belə gedişi.
Əl çalarlar, gülərlər,
Səni dəli bilərlər.
Aqillərə qulaq as.
Məslətətin, öyüdün
Hikmətinə söz olmaz.
***
Bir gün Durnabalığı 
İstədi ömür sürsün
Dostu Məstan sayağı.
Xahiş etdi Məstandan
Onu ova aparsın.
O da kəsəyənlərin
Ürəyini qoparsın.
 
Görən, Durnabalığı
Niyə düşüb bu fikrə?
Başa düşmək çətindi,
Paxıllıqmı,həsədmi?
Ayırd elə gəl indi.
Bəlkə balıq yeməkdən,
Ürəyi bulanırdı.
Nəsə... Durnbalığı
Özünə güvənirdi,
Özünə inanırdı.
 
Məstan dedi:--Özünü
Salma çətin işə  sən.
Hər işin --öz ustası..
Düşmə dilə-dişə sən...
...Nə isə...Çox danışıb,
Bir-birini yordular.
Axırda razılaşıb,
Siçan  ovlamaq üçün
Zirzəmiyə vardılar.
Məstan üçün zirzəmi
Göydəndüşmə kimiydi.
O,buranın yiyəsi, 
Mütləq hakimi idi.
 
...Bəli, hərə bir yanda 
Ovunu gözləyirdi.
Məstan adəti üzrə 
Pusquda dayanaraq, 
Siçanı izləyirdi....
 
Uğurlu keçdi ovu,
Neçə-neçə siçana
Çəkdi yaman dağ Məstan.
Baş çəkməkçün dostuna,
Qaçdı onun yanına
Kef-damağı çağ Məstan.
Birdən gözü sataşdı
Heydən düşmüş dostuna.
Miyoldadı Məsməsi:
--Aman ,  nə olub buna?
Məstanı çox qorxutdu
Peşəsini dəyişən
Dostunun  əsməcəsi.
--Aman! Durnabalığı,
Hanı sənin başına 
Bu oyunu açanlar!
Bu nə halət,bu nə hal,
Səni belə sürüyüb,
Quyruğunu kim yeyib?
 
Var gücünü toplayıb,
Zərərdidə dilləndi:
 --Bu oyunu açanlar
 Siçanlardır, siçanlar....
Bığlarını buraraq,
Çox fikrə getdi Məstan.
 Dedi --Saxla yadında,
Meymundan dülgər olmaz,
Balıqdan siçantutan...
Qayıt, qayıt sulara,
Sən hara, siçan hara....
Məstan dostun aparıb,
Atdı yenə nohura.


 Ədəbiyyat
1.İ.Krılov.Təmsillər.Bakı.Şərq-Qərb,2006.-144səh.
2.Əfəndiyev Rəşid bəy.Seçilmiş əsərləri.Bakı.Şərq-Qərb .2006.-120 səh.
3."Günəş" jurnalı, N 5-7, 1993.  Səh.18.
 
 
Etiket: "Durnabalığı və pişik"təmsili,"Ziya" qəzeti, İ.Krılov, "İşıq" qəzeti,Rəşid bəy Əfəndiyev


Etiket:

Strategiya.az

Xəbərlər
20.07.2022

Xarici valyutaların manata qarşı bugünkü məzənnəsi

20.07.2022

Ceyhun Bayramov ölkəmizin Avropanın enerji təhlükəsizliyində mühüm rol oynadığını bildirib

20.07.2022

İmtahanın nəticələri ilə əlaqədar müraciətlərə baxılması üçün Apellyasiya Şurasına ərizə qəbuluna başlanılıb

20.07.2022

Xarici işlər naziri Ceyhun Bayramov NATO-nun Baş katibi Yens Stoltenberq ilə görüşüb

20.07.2022

Avropa İttifaqı münaqişədən sonrakı dövrdə mühüm rol oynayır - Ceyhun Bayramov

20.07.2022

"Qarabağ" İsveçrə çempionuna qalib gəldi

20.07.2022

Tehranda Rusiya və Türkiyə prezidentlərinin görüşü olub

16.07.2022

Ceyhun Bayramov Gürcüstanın Baş naziri ilə bölgədə sülh prosesini müzakirə edib

16.07.2022

Mikayıl Cabbarov: Sənaye zonalarında istehsal 53 faiz, ixrac isə 2 dəfə artıb

16.07.2022

Ağalı kəndinə köçürülən ailələrin tibbi müayinələrinə başlanılıb

16.07.2022

Prezident İlham Əliyev: Bizim Xəzər dənizi kimi çox nəhəng bir enerji mənbəyimiz var

16.07.2022

Qubada içərisində 125 min manat olan seyf oğurlanıb

14.07.2022

İrəvan Dövlət Azərbaycan Dram Teatrının 140 illiyi qeyd edilləcək - SƏRƏNCAM

14.07.2022

Azərbaycan tarixinin şanlı səhifələrindən biri - 14 iyul 1969-cu il

14.07.2022

Şuşada Vaqif Poeziya Günləri başlayıb

14.07.2022

Təhsil Nazirliyi: 204 məktəbdə elektron jurnal və gündəlik sistemi tətbiq edilib

14.07.2022

Təhsil Nazirliyi məlumat yaydı

14.07.2022

FHN: Zəngilan rayonunda ağaclıq ərazidə baş verən yanğının tam söndürülməsi istiqamətində tədbirlər görülür

14.07.2022

Azərbaycan neftinin qiyməti 114 dolları ötüb

14.07.2022

Azərbaycan Ordusunun əsgəri həlak olub

14.07.2022

Baş Prokurorluq rəis müavininin intiharı ilə bağlı məlumat yaydı

13.07.2022

Respublika üzrə pensiyaların iyulun 15-də tam ödənilərək yekunlaşdırılması nəzərdə tutulub

13.07.2022

Qızıl təpə abidəsində arxeoloji tədqiqatlar davam edir

13.07.2022

Azərbaycan neftinin bir bareli 113,91 dollara satılır

13.07.2022

Bakı-Tbilisi-Ceyhan neft boru kəmərinin tam istismara verilməsindən 16 il ötür

12.07.2022

Partlayış zamanı “Baktelecom”un rabitə infrastrukturuna ziyan dəyməyib

12.07.2022

Dünyada "Premium Euro-95" benzinin bahalaşması gözlənilir - Azərbaycana necə təsir edəcək?

12.07.2022

Azərbaycan nefti ucuzlaşıb

12.07.2022

Böyük Britaniyanın yeni baş nazirinin adı sentyabrın əvvəlində açıqlanacaq

12.07.2022

Tovuz döyüşlərindən iki il ötür

12.07.2022

Bakının mərkəzində partlayış baş verib

12.07.2022

Cüdoçularımız Xorvatiyada Qran-Pri turnirində iştirak edəcəklər

12.07.2022

Ərdoğan yaxın zamanda Venesuelaya səfər edəcək - Maduro

11.07.2022

Türkiyə və Ukrayna prezidentləri arasında telefon danışığı olub

11.07.2022

Xaçmazdakı meşə yanğınının söndürülməsinə iki helikopter və amfibiya tipli təyyarə cəlb olunub 

11.07.2022

Ərdoğan və Paşinyan arasında telefon danışığı olub

11.07.2022

Saatlı stansiyası yaxınlığında qəzaya uğrayan qatar Gürcüstana məxsusdur - ADY

11.07.2022

FHN Xaçmazdakı meşə yanğınları ilə bağlı məlumat yayıb

11.07.2022

Vahid əlaqələndirmə mərkəzlərində 41 min şəxsə xidmətlər göstərilib

11.07.2022

Kino Agentliyi Mədəniyyət Nazirliyinin tabeliyində olan qurumların siyahısına əlavə edilib

09.07.2022

Gələn ilin sonunda Şuşa ilk sakinlərini qəbul edəcək - Aydın Kərimov

09.07.2022

Azərbaycan Ordusunun hərbçisi həlak olub

09.07.2022

DİN: Ötən gün ölkə ərazisində qeydə alınan cinayətlərdən 52-nin açılması təmin olunub

09.07.2022

Xocavənd rayonu ərazisində yeni hərbi hissənin açılışı olub

09.07.2022

Birinci vitse-prezident Mehriban Əliyeva Qurban bayramı münasibətilə xalqımızı təbrik edib

09.07.2022

Abeyə atəş açan şəxs əməlinin səbəbini açıqlayıb

09.07.2022

Zakir Həsənov Qurban bayramı münasibətilə Azərbaycan Ordusunun şəxsi heyətini təbrik edib

09.07.2022

XİN Azərbaycanın diplomatik xidmət orqanlarının əməkdaşlarını peşə bayramı münasibətilə təbrik edib

09.07.2022

Bu gün Azərbaycanda Qurban bayramı qeyd edilir

08.07.2022

Bərdədə avtomobil yolunun tikintisi ilə bağlı 3,1 milyon manat ayrıldı - SƏRƏNCAM