BAKI "ƏKİNÇİ"SİNİN TİFLİSLİ GÜRCÜ QARDAŞI-"QUTNIS DEDA" QƏZETİ

09:47 / 22.11.2018

Nazim Nəsrəddinov

Azərbaycan Respublikasının əməkdar müəllimi

MİLLİ MƏTBUATIMIZIN BANİSİ HƏSƏN BƏY MƏLİKOVUN (ZƏRDABİNİN) YARATDIĞI «ƏKİNÇİ» QƏZETİNİN (1875-1877) ÖZÜNDƏN 14 YAŞ BÖYÜK, 1861-Cİ İL TƏVƏLLÜDLÜ GÜRCÜ QARDAŞI VAR İMİŞ....

Mən bu xəbəri 26 il əvvəl «Bərəkət» qəzetinin (əvvəllər «Covet kəndi» adı ilə çıxmışdır — N.N.) 01.09.1992-ci il tarixli 87(7756) - ci nömrəsində  oxucularla bölüşmüşdüm. Tədqiqatçı alimlərin reaksiyasını görmədiyimə görə  bir neçə dəfə yenidən bu maraqlı məsələyə qayıtmaq fikrinə düşmüşəm.
«Kaвказский календарь» məcmuəsinin 1877-ci ildə çıxan sayındakı (səh.244) «Qafqaz Kənd Təsərrüfatı Cəmiyyəti» adlı məqalədə ölkədə kənd təsərrüfatına aid elmi məlumatları yaymaq üçün Tiflisdə buraxılan mətbuat orqanlarından da söz açılmışdır. Gürcü dilində ƏKİNÇİ mənasını verən  "Qutnis Deda"nın adına da ilk dəfə burada rast gəldim.

 Tiflisdəki mətbuat orqanlarında dövrünün müxtəlif millətlərə mənsub olan  adlı-sanlı ziyalıları iştirak edirdilər.

Onlardan biri görkəmli zooloq, botanik, aqronom Sitovski Nikolay Prokofyeviç (09.06.1829-05.04.1890) idi. O, 22 il (1854-1876) Qafqaz Canişinliyində (Namestnikliyində) işləmiş, kənd təsərrüfatının elmi şəkildə təşkilində əhəmiyyətli işlər görmüşdür.

N.P.Sitovskinin həyat və  elmi fəaliyyətinin dərindən öyrənilməsi bir müddət Tiflisdə yaşayan Azərbaycan ziyalılarından M.F.Axundov, H.Məlikov (Zərdabi), eləcə də general Xasay xan Usmiyev haqqında maraqlı materialları ortaya çıxara bilər.

XIX əsrin ikinci yarısında Tiflisdə yaşayan bir sıra digər diqqətdən kənarda qalan Azəbaycanlı ziyalıların  da elmi yaradıcılıq işlərinin öyrənilməsində, ictimai fikir tariximizin bir çox məsələlərinin düzgün araşdırılmasında N.P.Sitovskinin əsərlərinin və arxivinin  əhəmiyyətli rol oynaya biləcəyini  güman edirik.

N.P.Sitovski dövri mətbuatda "Baş Əfəndi Hakim ağa", "Proxor dayı", "Hakim bəy" imzaları ilə çıxış edir, rusdilli mətbuat vasitəsilə maariflənmə işinə böyük önəm verirdi.

Kənd təsərrüfatında yeni qayda və qanunlarla, elmi əsaslarla iş görmək XIX əsr ziyalılarını düşündürən, narahat edən məsələlərdən idi. Bu məsələ bir neçə istiqamətdə araşdırılr, ziyalılar yeni ideyalarla çıxış edirdilər. Ədəbiyyatımızda bu kimi qəhrəmanların görünməsi xalqın gözünü açır, onları yeni həyat tərzinə həvəsləndirirdi.
M.Axundov Müsyö Jordanı Qarabağa gətirdi, N.Vəzirovun Fəxrəddini Almaniya texnologiyasını Azərbaycana tanıtdı.
Avropanı Azərbaycana tanıdan ilk böyük ziyalılardan biri Həsən bəy Məlikov kimi tanıdığımız Moskva Universitetinin 1865-ci il məzunu, Bakı gimnaziyasının təbiət tarixi müəllimi Məlikzadə Həsən oldu. O, M.F.Axundovun, A.P.Berjenin, D.Staroselskinin, N.P.Sitovskinin açdıqları cığırla inamla irəliləyərək, «Əkinçi» adı ilə nəşr etdirdiyi qəzeti türk dünyasının  oxucuların ixtiyarına verdı. Hərə bu qəzetdən öz payını götürürdü.

1875-ci il iyulun 22-də Bakıda nəşr olunan «Əkinçi»nin ilk sayı türk dıli anlaşılan obalara , ellərə göndərildi. Milli mətbuat yolunda fədakarcasına çalışan Həsən bəy Məlikzadə Zərdabi «Əkinçi»nin 56 sayını çap etdirdi.
57-ci nəmrəni çapa hazırladı.

Həsən bəy Məlikzadə Zərdabi 1877-ci il oktyabrın əvvəllərində qəzetin 57-ci sayını çıxarmaq istəsə də, bu iş alınmadı; sası dinli çuğulçu mürəttib (o vaxtlar hələ öz milli mürəttiblərimiz, mətbəə kadrlarımız yetişməmişdi-N.N.) çuğulçuluq edib, çapa hazırlanan, yığılan nömrədə dövlət üçün təhlükəli materialın verildiyini hakim dairələrin diqqətinə çatdırmışdı.

Həsən Məlikzadəyə həmin materialın başqası ilə dəyişdirilməsi təklif olunsa da, o, bu təklifi qəbul etmir. Maraqlıdır ki, Zərdabişünaslar indiyədək Həsən bəy Məlikzadənin qadağan olunmuş məqaləsinin izinə düşə bilməmişlər.
«Əkinçi»  faktiki qapanmadan sonra hökumət sənədlərində düz iki il fəaliyyəti qadağan olunmayan mətbu orqan kimi göstərilmişdir . Deməli, bu illər ərzində H.Məlikzadə senzorun yoxlamasından sonra «Əkinçi»nin təzə nömrəsini çap edə bilərdi.
«Əkinçi»ni elə əvvəldən «Əkinçi» kimi ( qəzeti «Əkinçi» adı ilə çap etmək ) düşünülmüşdü.
«Əkinçi» kənd təsərrüfatına - əkinə, biçinə aid qəzet kimi düşünülsə də H.Məlikzadə onu istədiyi səmtə yönəldə bilmişdi.
Zaqafqaziyada Bakı «Əkinçi»ndən əvvəl də gürcü dilində bu istiqaməttli , gürcü dilində «əkinçi «mənasını verən qəzet var idi . İlk sayı Tiflisdə 1861-ci ildə çıxan bu qəzet «QUTNİS DEDA» adlanırdı. Qəzetin redaktoru A.P.Purseladze (1839-1913) idi.
A.P.Purseladze «Marta»,»Kitesa» kimi romanların, «Georgi Saakadze və onun dövrü» adlı tarixi monoqrafiyanın müəllifidir.

«QUTNİS DEDA» qəzeti 1876-cı ilə qədər fəaliyyət göstərmişdir. Bir müddət sonra «Qutnis deda» Georgi Seretelinin «Sasoplo qazeti»(«Kənd qəzeti») adlı mətbuat orqanı ilə birləşdirilmişdir.
«Qafqaz» qəzetinin 28 noyabr 1871-ci il tarixli 140-cı sayında bir yazıdan bəlli olur ki, Sereteli Azərbaycan dilində də kənd təsərrüfatına aid qəzet çıxarmaq niyyətində imiş. Lakin onun bu münasibətlə hökumət dairələrinə müraciəti nəticəsiz qalmışdır. Çox güman ki, Seretelinin bu niyyətindən M.F.Axundovun da xəbəri var imiş. Hər halda bu məsələ araşdırılmalı, deyilən söz faktlara əsasnlanandan sonra ucadan səsləndirilməlidir.

Mən artıq bir neçə ildir ki, gürcü "Əkinçi"sinin - "Qutnis Deda" qəzetinin axtarışına çıxmışam. Amma hələ də  bu mətbu orqanın  bircə sayını belə tapmamışam. Yazdıqlarım bu mövzuda yazılanlardan və arxiv sənədlərindən qaynaqlanır.

İnanıram ki, Gürcüstanlı gürcü dostlarım da, orada yaşayan Azərbaycanlı araşdırıcıları da, nəhayət ki,  səsimə səs verəcək, mətbuat tarixçilərimiz ictimai fikir tariximizin açılmamış,  hələ də qaranlıqda və alatoranlıqda qalmış səhifələrində maraqlı faktların izinə düşə biləcəklər.



Strategiya.az

Xəbərlər
26.05.2019

Peruda 8 bal gücündə zəlzələ baş verib

26.05.2019

Azərbaycan boksçuları Çexiya Qran-prisində bir qızıl və bir bürünc medal qazanıblar

26.05.2019

İranlı general gizli silaha malik olduqlarını açıqlayıb

26.05.2019

Sabahın hava proqnozu - əsasən yağmursuz

26.05.2019

Rusiyalı gimnast Bakıda aerobika gimnastikası üzrə 11-ci Avropa Çempionatında gənclər arasında fərdi proqramda qızıl medal qazanıb

26.05.2019

Kann festivalının “Qızıl Palma” mükafatının qalibi bəlli olub

26.05.2019

Fatih Terim daha 5 il "Qalatasaray"da - rəsmi

26.05.2019

Nəsimi rayonunda mənzildə 60 yaşlı kişinin meyiti tapılıb

26.05.2019

Donald Tramp bazar günü Şinzo Abe ilə qolf oynayacaq, sumo turnirinə qatılacaq

26.05.2019

Bu gün 21 ölkədə Avropa Parlamentinə seçkilər keçirilir

26.05.2019

Fuad Poladovun heç yerdə görmədiyiniz fotoları

26.05.2019

Atəşkəs rejimi 19 dəfə pozulub

26.05.2019

"Şərq tərəfdaşlığı"nın yubiley sammiti: Azərbaycanla bağlı yalan informasiyaların mənbəyi

26.05.2019

"Bavariya" Almaniya kubokunun qalibi olub

26.05.2019

Bu gün rus bölməsi "Azərbaycan dili" fənnindən imtahan verir

26.05.2019

Güclü külək Qubada və Qusarda ciddi fəsadlar törədib

26.05.2019

Atletika üzrə paytaxt birinciliyinə yekun vurulub

26.05.2019

Bu gün magistraturaya qəbul imtahanının növbəti mərhələsi keçirilir

26.05.2019

Ramazanın 21-ci günü: dua, imsak və iftar vaxtı

26.05.2019

Əli Həsənov: “Azərbaycan-İsrail strateji münasibətləri bütün regionda sülhə və təhlükəsizliyə xidmət edir”

25.05.2019

“Qadın güldür, bacarsan güldür” 

25.05.2019

Heydər Əliyev Fondu son anda şəhid atasının harayına çatdı

25.05.2019

Mayın 25-30-da bu şəxslər ictimai nəqliyyatdan ödənişsiz istifadə edəcək

25.05.2019

XƏBƏRDARLIQ! Azərbaycanın bəzi ərazilərinə yenidən dolu düşəcək

25.05.2019

 Azərbaycan Respublikası Prezidentinin Sərəncamı

25.05.2019

İstanbulda 28 May Respublika günü və Azərbaycan XİN-in 100 illiyi qeyd olunub

25.05.2019

Heydər Əliyev Mərkəzində “Tarixin şah əsərləri” sərgisi açılacaq

25.05.2019

“Azeri Light”ın bir barreli 70,95 dollara satılır

25.05.2019

Salyanda yol-nəqliyyat hadisəsi nəticəsində iki nəfər xəsarət alıb

25.05.2019

Cinayət törətməkdə şübhəli bilinən 42 nəfər saxlanılıb

25.05.2019

Bakıda kafe sahibi qətlə yetirildi

25.05.2019

Avtomobili olanlar DİQQƏTLİ OLUN: Etibarnamə qaydası elə olacaq

25.05.2019

Bakıda binanın zirzəmisində öldürülmüş kişi meyiti tapılıb

25.05.2019

Xərçəngin geniş yayılmasının səbəbi tapıldı

25.05.2019

Neftin qiyməti bahalaşıb

25.05.2019

İsmayıllıda avtomobil ustaları emalatxanalarında heroinlə tutuldular

25.05.2019

Türkiyədə 4 terrorçu zərərsizləşdirilib

25.05.2019

Heydər Əliyev Fondu növbəti iftar süfrəsini Ağsuda açıb

25.05.2019

Qardaşlaşan məktəblər və yaxud Məclis Məktəbinin işıqları

25.05.2019

Birinci Dünya müharibəsinə aid qəbiristanlıqda motokros yarışları üçün salınan yol narazılıq yaradıb

25.05.2019

UEFA prezidentindən Bakıdakı finala dəstək

25.05.2019

Binəqədidə doqquzmərtəbəli yaşayış binası yanıb

25.05.2019

Cəbhədə son vəziyyət

25.05.2019

"Qafqazda Azərbaycan və erməni məsələsi" kitabının müzakirəsi keçirilib

25.05.2019

Dollar 3 gün bu qiymətə olacaq 

25.05.2019

Lyonda partlayış nəticəsində yaralananların sayı 13-ə çatıb

25.05.2019

Avtomobilin salonunda 3 yandırılmış meyit tapılıb

25.05.2019

Şenol Günəş "Beşiktaş"dan ayrıldı

25.05.2019

AZƏRBAYCANIN SƏNAYE MÜƏSSİSƏLƏRİNDƏ MARKALAŞMA PROSESİNİN MÖVCUD VƏZİYYƏTİ VƏ ONUN TƏKMİLLƏŞDİRİLMƏSİ İSTİQAMƏTLƏRİ

24.05.2019

Ramazanın 20-ci gününün duası, imsak və iftar vaxtı