Akademik Mehdi Mehdizadənin tələbə yoldaşlarını tanıyırsınızmı? və yaxud Ünsiyyət mədəniyyəti ümumi mədəniyyətin başlıca şərtlərindəndir

09:22 / 06.12.2018

Nazim Nəsrəddinov

Azərbaycan Respublikasının əməkdar müəllimi

Bir dəfə yolum Şamaxıya düşmüşdü.Oğlum o vaxtlar Moskvada stomatoloji klinikaların birində işləyirdi;Moskva həkimlərindən  xarici tibbi yenilikləri öyrənməyə getmişdi. Odur ki, səyahətə onun Laçınlı dostu doktor  Elnurun təzə aldığı "Moskviç"lə çıxmışdıq. Bakıya qayıdanda yolda POLADLI kəndinin   göstəricisini görəndə həm ərklə, həm də utana-utana Elnura dedim ki, Elnur, bəlkə Poladlıya da dəyək. Bir tələbə yoldaşım orada yaşayır, çoxdandır görmürəm. Düzü, Elnurun maşınını 4-5 saat istismar etdiyimizdən xəcalət çəksəm də, incəvara,  o  bir söz demədi. Ürəyində Moskvaya Rəsulun ünvanına nə göndərdiyini deyə bilmərəm. Nə isə....

Yolda o tərəflərə avtobus gözləyən bir nənə və onun iki kiçik nəvəsini də özümüzə bələdçi etdik. Nənə eşidəndə ki, Ələkbər müəllimgilə gedirik, dedi ki, rəhmətlik yaxşı adam idi, Allah rəhmət eləsin. Bir az tutuldum, düşündüm ki, bəlkə səhv eləyir.  Bəlkə onu  başqa adamla qarışıq salır. ...Düz deyirmiş. Ələkbər müəllim bir neçə il bundan qabaq vəfat edibmiş.

...Onlar-bələdçilərimiz  Yekəxanada düşdülər, biz yolumuza davam etdik. Kənddə  məscidin yanında rəhmətliyin evinin yerini soruşanda  bir nəfər heç nə demədən maşınımıza əyləşdi. Sən demə bu, Ələkbər müəllimin dərs dediyi  şagirdlərdən biri imiş. Küçə qapısını döyməyə ehtiyac olmadı. Uşaqlar hansı yollasa, Ələkbər müəllimin oğlu Şəhriyar müəllimə xəbər çatdırıblarmış... Şəhriyar Ələkbərin böyük oğludur. Tarix müəllimidir. Onu birinci dəfə idi ki, görürdüm. Yolda eşitdiyimiz xəbərə görə  üzrxahlıq etdim, baçsağlığı verdik, həyatda var olanlarına uzun ömür arzuladıq. Molla gəldi, rəhmətliyi yada saldıq. Kənd adətinə görə, biz qonaqlarla salamlaşmağa, bizi  görməyə qohum-əqrəba yığışdı. Sağ olsunlar, Ələkbər müəllimi yaxşı insan, savadlı müəllim kimi  yaxşı qiymətləndirdilər. Məqsədimiz bir az əyləşəndən sonra geri qayıtmaq idi. İmkan vemədilər, belə məsləhətləşdik ki, axşamtərəfi yola çıxarıq. Həyətdə qohum-əqrəbaların köməyi ilə qonaqqarşılama tədbirinə hazırlığa başlamışdılar. Belə yerdə adam özünü naqolay vəziyyətdə hiss edir. Düşünürsən ki, ev yiyəsini çətinliyə salırsan. Şəhriyar mənim narahatçılığımı hiss edib, söhbəti atasının yaxın dostlarına yönəltdi. Mən onunla sonuncu dəfə 5-10 il  bundan əvvəl əlaqə saxladığıma görə, təbii ki, özümü bu sırada görmürdüm. Sən demə, Ələkbərin sağlığında bu evə tələbə yoldaşlarımızdan bir neçəsi gəlibmiş. Ən çox yadda qalanı Əbülfəz Məmmədov idi.  V  kursda oxuyanda ilk kitabı çıxan Əbülfəz Naxçıvanlı...

Əbülfəzin saatlarla bu evdə şeir oxuduğunu  başqaları da dedilər.Təsəvvür edirəm, Əbülfəz həmişə məclislərdə ən çox yaxşı söz deyənlərdən idi. Tələbə yoldaşımız Şamaxılı Ramiz Baxışov bu kəndlə qohum olub. Şəhriyar atasının tələbə yoldaşları ilə cəkdirdiyi şəkilləri gətirdi, onların çoxu haqqında  maraqlı söhbətlər etdi. Mənim də şəklim üzə çıxdı-Ağsulu  raykom işçisi Xəyyam Mirzəliyev, Ələkbər və mən. Şəkillərin bir neçəsi divardakı çərçivələrdən bizə tərəf boylanırdı. Mən bu şəkillərin cərgəsində yox idim.Bu da təbii idi,tələbə dostlar çox vaxt bir-birlərini tez unudurlar. Ünsiyyət insanların bütün ömrü boyu davam etməlidir. İnsanlar gərək bir-birlərini unutmasınlar. Şəhriyar atasının kitabxanasını sıliqə ilə saxlayır.Hiss edirsən ki,ixtisasca tarix müəllimi olan Şəhriyar Azərbaycan ədəbiyyatını da,Azərbaycan dilini də yaxşı bilir, o, dünyagörüşünə görə həmyaıdlarının çoxundan yaxşı mənada fərqlənir. Sonralar o, AMEA Şərqşünaslıq İnstitutunun  dissertantı olanda  mən o vaxt fikrimdə yanılmadığımı hiss etdim. Şəhriyarla axırıncı dəfə 2-3 il bundan qabaq zəngləşmişəm.oğlu olmuşdu. Sevinclə  xəbər veridi ki, əmi, oğlumuz oldu, adını da Ələkbər qoyduq...

Onda mən yolda idim...Səhv eləmirəmsə, kiçik qardaşımın qırx mərasiminə gedirdim.. Çətin məqamları yaşasam da,özümü  cəmləşdirdim,Şəhriyarı ürəkdən təbrik etdim:

 Adı ilə böyüsün,Şəhriyar.Deməli, indi Poladlıda  yenə də Ələkbər Əliyevin adı  çəkiləcək. Babasına layiq övlad olsun....

..Şəhriyar biz qocalara baxanda çox istiqanlı  ziyalıdır. Bakıya dostumuz, tələbə yoldaşımız İsa Əliyevin matəm mərasiminə gəlmişdi.Halbuki o məclisdə tələbə yoldaşlarımızın bir neçəsinə zəng etsək də, heç biri vaxt və sağlamlıq imkanı tapmamışdı. Olur da...Onsuz da insanların istəyindənasılı olmayaraq, həyat davam edir.Şəhriyar arayıb,axtarıb Əbülfəzi də tapmışdı.Bunu mənə deyəndə danışğından hiss etdim ki, əmi-bala yaxşı ünsiyyət qurublar. Əbülfəzin ölüm xəbərini mən çox gec eşitdim. Sonralar ailələrinə başsağlığı göndərdim. Mənə elə gəlir ki, Şəhriyar o məclisdə mütləq iştirak edib. O,Əbülfəzi  müasir şeirimizin nadir yaradıcılarından biri heab edirdi.Şəhriyar paylı-peşkəşli qonaqladandır. Hər dəfə bizə gələndə əlidolu gəlirdi. Mən  ona bu xasiyyəti  dəyişməyi, deyəsən, tərgidə bildim. Mənə elə gəlir ki,bəzən ünsiyyət elə bu əlidoluluğa görə yavaş-yavaş sönməyə başlayır.Ünsiyyətin qarşılıqlı olması üçün o qədər də utandırıcı   dəm-dəstgah olmamalıdır. İnsanlar, bir-birinizlə səmimi olun. Həyat  - gözəldir.Bu gözəlliyin də hamının ürəyincə  olannəsnələri var.  Sizi dostluğa,səmimiyyətə dəvət edirəm.Gəlin, hamımız  babalarımızın dostluğunu davam etdirək,bir-birimizi unutmayaq...

P.S.Mən bu yazını bu gün yazası deyildim.Fikirləşirdim, müəyyən bir forma,üsul axtarırdım. 1921-cidəBakıda yaradılmış Azərbaycan Ali Pedaqoji İnstitutunun 1926-cı il məzunları haqqında materialları  araşdırırdım.Birdən ağlıma gəldi ki, görəsən  AAPİ-nun 1926-cı il məzunlarından biri olan Çəbrayılli akademik  Mehdi Mehdizadənin tələbə yoldaşları kim olub? Aha...Tapdım və sevindim.Onlardan ikisini, yəqin ki,çoxlarınız da tanıyır; şair və tərcüməçi Mikayıl Rzaquluzadə, istiqlal şairimiz Əhməd Cavad-Cavad Axundazadə. Mehdi Mehdizadənin digər tələbə yoldaşlarının bir qrupunun siyahısını Sizlərə ünvanlatıram. Qobustanlı Şərriyar müəllim  Sizlərə görk olsun. Dostluğa,yaxşı ənənələrə sadiq insan kimi. yaxşı dost kimi...axıatanın yaxşı oğlu kimi... Nəsillərin dostluğunu davam etdirin. Vallah, dünyada ən böyük nemət can sağlığıdır,yaxşı adamlarln yaxşılığa xidmət edən ünsiyyət mədəniyyətidir.

*****

Görəsən, AKADEMİK MEHDİ MEHDİZADƏ nazir olanda tələbə yoldaşlarına qayğı göstəribmi ?

 

Mehdi Mehdizadənin tələbə yoldaşlarlnı siz də tanıyın

1926-ci ildə Azərbaycan Ali Pedaqoji İnstitutunu bitirənlərin  bir qrupunun siyahısı

FİZİKA - RİYAZİYYAT FAKÜLTƏSİni bitirənlər

1.Sahib Hüseynzadə-Lənkəran

2.Həsən Həsənzadə-Ağdam

3.Mehdi Mehdizadə-Cəbrayıl

4.Mustafa Cabbarzadə-Nuxa

5.Mustafa İsmayılzadə-Ağdaş

6.Nəsib Qasımzadə-Gəncə

7.Hüseyn Həmidzadə-Gəncə

8.Rəsul Rəhimli-Şamaxı

9.Firudin Mahmudbəyli-Şamaxı

10.Rizvan Kaşizadə-Nuxa

11.Əlişah Məhəmmədov -Nuxa

12.Səfər Ramazanov-Lənkəran

13.Tofiq Ağayev-Şamaxı

14.Kərim Kərimzadə-Göyçay

15.Hacıbala İsmayılzadə-Göyçay

16.Sadıq İbrahimzadə-Göyçay

17.Soltan Ağazadə-Göyçay

18.Bəhmən Məhəmmədzadə-Şuşa

19.Ələşrəf Hacızadə-Nuxa

20.Abbas Abbaszadp-Təbriz

21.Ziya Azaqbəyli-Nuxa

Təbiət aqronomluğu fakültəsini bitirənlər

1.Məmmədbağır Əlizadə-Göyçay

2.İdris Musazadə-Gəncə

3.Hacı Hacızadə-Gəncə

4.Əmin Abdullazadə-Şamaxı

5.Yusif Mahmudzadə-Göyçay

6.Yəhya İsmayılzadə-Göyçay

7.Musa Əfəndizadə-Ağdaş

8.Zahid Əlizadə-Nuxa

9.Həsən Əfəndizadə-Nuxa


Etiket:

Strategiya.az

Xəbərlər
19.04.2019

Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyeva sağlamlıq imkanları məhdud uşaq və gənclərin, sosial müəssisə sakinlərinin sərgisi ilə tanış olub

19.04.2019

Mixail Qorbaçov İndoneziyada keçirilən seçkilərdə məğlub olub

19.04.2019

Göyərtəsində 5 ton narkotik maddə aşkarlanan gəmi İzmir limanına gətirilib

19.04.2019

Azərbaycan Respublikası Prezidentinin Fərmanı

19.04.2019

DİN: Külli miqdarda narkotik vasitə dövriyyədən çıxarılıb

19.04.2019

Azərbaycan Ordusunun nümayəndələri NATO-nun təlimində iştirak edib

19.04.2019

Aprelin 22-dən problemli krediti olan şəxslərə kompensasiya ödənişlərinin verilməsinə başlanacaq

19.04.2019

Müğənni Rüfət Axundov və Rəşad İlyasov məhkəməyə gəlmədi

19.04.2019

ABŞ Çavuşoğlunun təklifinə müsbət cavab verməyib

19.04.2019

Bakıda adam öldürməyə cəhddə təqsirləndirilən şəxsə ağır cəza

19.04.2019

Diqqət! Bu yollarda xətlənmə işləri aparılacaq

19.04.2019

Salyanda ağır qəza baş verib

19.04.2019

56 min dollar təqaüd alacağı deyilən Yasinin atası danışdı, əslində...

19.04.2019

Zelenskiyə şok Rusiya təklifi: “Yenidən öpüşüb qucaqlaşmaq...”

19.04.2019

Buraxılış imtahanlarında iştirak edən 9-cu sinif şagirdlərinin nəzərinə!

19.04.2019

Bakıda “ərəb” ləqəbli narkotacir saxlanılıb

19.04.2019

Avstriyalı diplomat BMT-də yüksək vəzifəyə təyin edilib

19.04.2019

Sabah aramsız yağış gözlənilir

19.04.2019

“Böyük fəlakətin astanasındayıq” – NASA-dan qorxunc xəbərdarlıq

19.04.2019

İstintaq təcridxanasına narkotik maddə keçirilməsinin qarşısı alınıb

19.04.2019

XİN: Ermənistan rəhbərliyi anlamalıdır ki, mövcud status-kvo qəbuledilməzdir və bu proses həmişəlik davam edə bilməz

19.04.2019

Həftənin ən yaxşısı adına namizədlər - Avroliqada

19.04.2019

BP “Azəri-Çıraq-Günəşli” blokunun platformalarının birində işi dayandırdı

19.04.2019

Şimali Koreyanın raket sınaqlarına Pentaqondan ŞƏRH

19.04.2019

Formula 1: Daxili Qoşunlarda yoxlama keçirildi

19.04.2019

Bakıda əsən güclü külək fəsadlar yaratdı

19.04.2019

“Azeri Light”ın bir barreli 74,5 dollara satılır

19.04.2019

Mübariz insanlardan biri-Qəşəm Aslanov

19.04.2019

Notr-Dam kilsəsində çıxan yanğının səbəbi BƏLLİ OLDU

19.04.2019

Dövlət qulluğuna qəbulla bağlı müsahibələrin vaxtı məlum oldu

19.04.2019

Avroliqada yarımfinalçılar müəyyənləşdi

19.04.2019

Neftin qiyməti bahalaşır

19.04.2019

Donald Tramp mayda Yaponiyaya səfər edəcək

19.04.2019

Atəşkəs rejimi 25 dəfə pozulub

19.04.2019

Peşə təhsili pilləsinin bir səviyyəsindən növbəti səviyyəsinə keçid qaydası təsdiq edilib

19.04.2019

Aprelin 19-da xarici valyutaların manata qarşı məzənnələri

19.04.2019

Zakir Həsənov HHQ-nin təlim-məşq mərkəzinin açılışında iştirak edib (VİDEO)

19.04.2019

Bu gün Bakının bu rayonlarında qazın verilişi dayanacaq

19.04.2019

"Arsenal" "Napoli"ni turnirdən belə kənarlaşdırdı - Video

19.04.2019

Gürcüstan hökumətində yeni kadr dəyişikliyi olub

19.04.2019

"Formula 1": "Bulvar" tribunasının adı dəyişdiriləcək

19.04.2019

ABŞ Prezidenti Notr-Dam kilsəsinin bərpası üçün yerli mütəxəssislərin yardımını təklif edib

19.04.2019

Beynəlxalq Muğam Mərkəzi növbəti konfransını Azərbaycanın milli musiqi aləti olan tara həsr edəcək

19.04.2019

Qurban Qurbanov: “Qarabağ” qələbə ilə yanaşı, həm də yaxşı oyun göstərdi

19.04.2019

Həftənin ən yaxşı oyunçusu adına namizədlər açıqlanıb

19.04.2019

Bakının Baş planı nə vaxt hazır olacaq?

19.04.2019

Pekində ikinci “Bir kəmər, bir yol” beynəlxalq forumu keçiriləcək

18.04.2019

Cənub Ərazi Baş Gömrük İdarəsinin qarşısında qeydə alınan videotəsvirlərdəki iddialar tamamilə əsassızdır

18.04.2019

Bakıda 51 yaşlı qadın itkin düşdü

18.04.2019

“Bölgələrdən Bölgələrə” Yaradıcılıq Festivalı Ağcabədidə