Erməni vəhşiliyinin bu mənzərəsini görməmişdiniz - Dəhşətli şəkillər

20:42 / 12.08.2014

 

Rəssam Vaqif Ucatayla söhbətləşmək üçün saat altıya vədələşmişdik. Gecikməyi sevməyən rəssam deyilən vaxtda gəlib çıxdı. Üz tutduq Vaqif müəllimin emalatxanasına. Daha doğrusu, evində yerləşən kiçik bir guşəsinə. Yolda ondan yerin darlığının işləməyə mane olub-olmadığını soruşdum. Vaqif müəllim bəzi rəssamların yer məsələsinə önəm verdiyini, ancaq özünün bunu qəbul etmədiyini dedi: “Kim deyirsə yerim dardır, işləyə bilmirəm, deməli, o adamın deməyə sözü yoxdur. Rəssam balerina deyil ki, oynamaq üçün yeri dar olsun. Çəkməyə ideyam varsa, dizimin üstündə də çəkərəm”.

Evdə bizi Flora Kərimova qarşılayır. Daha doğrusu, Flora xanımın gözəl səsi. Vaqif müəllim işləyərkən “Azərbaycan” radiosuna qulaq asdığını deyir. Elə müsahibəyə Flora Kərimovanın “Yağma yağış” mahnısının sədaları altında başlayırıq.

– İstərdim ki, söhbətə indi üzərində işlədiyiniz “Sevda” əsəriylə başlayaq.

– Bu barədə geniş danışmaq istəmirəm. Əsər tamamlanandan sonra nəsə demək olar. Bu əsərin üzərində 33 ildir ki, işləyirəm. Hər bir portretin özünə məxsus mimikası, xarakteri var. Portretlər də dırnaq boydadır. Görün bunun üzərində işləmək nə qədər vaxt aparır. 

– Bəs əsərin ideyası necə yarandı?

– Mən əslən Şabran rayonundanam. Toy məni həmişə maraqlandırıb. Düzü, toyda nə oynamışam, nə də musiqi ifa etmişəm. Qardaşımla güləşə gedirdik. Bizə həmişə deyirdilər ki, toyda siz də güləşin. Mən həmişə utanmışam. Ancaq kənardan izləməyi sevmişəm. Uşaq vaxtı qonşunun qızları gəlin gedəndə, əyilib duvağın altından üzlərinə baxırdım. Toy, əslində, çox möhtəşəm hadisədir. Bu sanki yoxdan var olmaqdır, yaranışdır. Fikirləşirəm ki, toy bir növ həyatın davamıdır. Əsərə “Sevda” adını ruhu şad olsun,  Asif Ata qoyub. Mənə Ucatay adını da o vermişdi. Bir müddət bu adı daşımadım. Sonra Asif Ata dedi ki, mənə inanmırsan? Dedim sənə inanıram və bu adı götürdüm. Ucatay qədim türk dilində uca dağ deməkdir. Yəni ucalara, böyüklərə tay ol deməkdir. Mən özüm də maksimalistəm. Bir dənə xətti belə boşuna çəkmərəm. Hər biri mənaya xidmət edir. Təsvir xatirinə çəkmək yaramaz.

– Asif Ata ocağının toy adətləri tamam fərqlidir. Bəs “Sevda” da hansı toydur?

– Hamısı var. İstər Qərbdən, istər Cənubdan, istərsə də Güney Azərbaycandan detallar var. Bu əsər ümumtürk əsəridir. Azərbaycanın hər bölgəsindən insanlar, xalçalar, palazlar var.

– Bir çoxları düşünür ki, sənət kosmopolit olmalıdır. Bu barədə siz necə düşünürsünüz?

– Onu deyən adamlar zatıqırıq, kökü olmayan adamlardır. Mən öz valideynlərimi sevməsəm, sənin valideynlərini necə sevə bilərəm? Birini televizorda danışdırırlar, deyir, mənim müharibədən xoşum gəlmir. Elə deyil axı. Sən ya başqa millətdənsən, ya da əclafsan. Hər bir alçaqlığa don geyindirməyə nə var ki? Sənət millilikdən keçmirsə, beynəlmiləl ola bilməz.  Xaricilər mənim çəkdiklərimi nəinki anlayır, hətta ürəyi də gedir. Sən nə qədər milli olursansa, insanlara o qədər maraqlı gəlir. Kosmopolitizm özü zatıqırıqlıqdır. Mən Sankt-Peterburqda təhsil almışam. Bu o demək deyil ki, öz millətimin balaları ilə rus dilində danışım. Adamın birinci növbədə qeyrəti olmalıdır. Xüsusi olaraq yaradıcı adam daha çox təəssübkeş olmalıdır.

(Flora Kərimovanı Eyyub Yaqubov əvəzləyir: “Yağış yağır bu şəhərə”)

– Çoxları isə tam fərqli düşünür. Məsələn, bəziləri yaradıcı insanın ədəbli olmaq məcburiyyəti olmadığını düşünür.

– Yaradıcı adamın dəlilik kağızı var? Birinci növbədə sənətkarın əxlaqı olmalıdır. Bəzən olur ki, biz təbiətin qanunlarından kənara çıxa bilmirik. Ancaq bununla da mübarizə aparmaq lazımdır.

– Qarabağ haqqında silsilə rəsmlər çəkirsiniz. Bu əsərləri çəkmək çətin deyil?

– Cəhənnəm görmüşəm, əzablar çəkmişəm. Texniki çəkmək heç cür alınmazdı. Çox əzab çəkirdim. Xasiyyətim çox pis olmuşdu. Hamını acılayırdım. Mənəvi gücüm çatmırdı. 70 rəsm çəkdim sonrasına gücüm çatmadı.

Mənim tək rəsmim var ki, o, yetmiş əsərimdən daha artıqdır. Burada oğlan şəkli təsvir edilib, ancaq orada öz qızımın üzüdür.  Ancaq yetmiş əsərim illüstratik xarakterlidir. Biri var adi adamlar üçün, biri də var sənətdən başı çıxanlar üçün çəkəsən. Mən bu silsiləni adi adamlar üçün çəkmişəm. Bu yolla insanlara göstərirəm ki, ermənilər başımıza necə oyun açıblar. Özü də hamısının vaxtını, baş vermə yerini də qeyd etmişəm.

– Bəs bu rəsmləri çəkmək üçün Qarabağ hadisələrini görmüş insanlarla görüşmüsünüz?

– Bu rəsmləri çəkmək üçün müxtəlif insanlarla görüşmüşəm. On ildən çox vaxt sərf etmişəm bu işə. Təhlükəsizlik Nazirliyinə getmişəm ki, mənə material versinlər. Faktlara istinad edim ki, sonra yalan çıxmasın. İbrahim Hüseynov onda Əsir və Girovlar İşi üzrə sədr idi. O, mənim işlərimə baxmaq istədi. Baxandan sonra dedi ki, mən portretlərə sizin insan əzabını necə verdiyinizi görmək üçün baxıram. Qərar verdim ki, sizə o videoları göstərim. Evdən mənə yalvarırdılar ki, o videolara baxmayım. Hamı deyirdi ki, əgər baxsan, öləcəksən, heç cür dözə bilməyəcəksən.  Onları sakitləşdirdim. Mən emosional adamam. Ancaq  hər şeyi bilmək istəyirəm. Bu ağrılar millətimin başına gəlib. Bu, mənə çox pis təsir edir. Buna baxmayaraq, canımı dişimə tutub baxdım.

– Və bütün bunlara dözə bildiniz...

– Mən özümü faktiki millətimə qurban vermişəm. Bu, pafos deyil. Mənim təhsilim də, milli mənsubiyyətim də, qeyrətim də imkan verir ki, bu dəhşətləri  çəkim, yaddaş kimi gələcək nəsillərə ötürüm. Bu əsərlər yaddaş kimi qalsın, millətimin başına bir də belə işlər gəlməsin. Bu, mənim həyatımın ana xəttidir. Ona görə də özümü sıxıb o videolara baxdım.

Mənim bir əsərim var idi, sərgiyə vermişdim. Sonra pis günə qoyub üstümə qaytardılar. Məcburam ki, yenidən işləyim. Bu, mənə çox əzab verir. Əsər gələcəyə gedib çatmalıdır. Bu əsərdə kişiləri canını vətəndən əsirgəməməyə, qadınları da bu cür kişilərlə ailə qurmaya çağırmışam.

Gördüyüm işin mahiyyətini dərk edirəm. Bilirəm ki, bunu etməliyəm.

(Yay olmasına baxmayaraq, rəssamla müsahibə zamanı “Azərbaycan” radiosunda ancaq yağışla bağlı mahnılar gedir. Söhbətin bu yerində radiodan Tünzalə Ağayevanın səsi gəlir: “İslandı bir parça azadlıq arzum”)

– Bir dəfə sizin əsəriniz müsabiqədən qeyri-etik adı ilə geri qaytarılmışdı. O rəsm əsərinin axırı necə oldu?

– Mən on ildən çoxdur ki, müharibə mövzusuna həsr edilən əsərlər çəkirəm. Kiminlə görüşürdümsə, xatirələrini yazırdım. Atam xəstəxanada yatanda, orada yaralı əsgərlər də vardı. Mütəmadi olaraq onlarla söhbət edirdim. Əsgərlərdən biri danışdı ki, hücum təşkil edib, məntəqələrimizdən birini yenidən geri qaytardıq. Gördük ki, orada çılpaq bir qız var. Yaxınlaşdıq, məlum oldu ki, Şuşalıdır. Əsgərlər tez onun üstünü örtdülər. Üstü tamamilə döymələrdən ibarət idi. Sən demə, erməni əsgərlərdən kim ona təcavüz edibsə, öz adını döymə ilə onun üstünə əks etdirib. Qız axırıncı dəfə oranın komendantının əlində olub. Ona görə də silah-sursatın yerini bilirmiş. Qız bələdçilik edib, silahların yerini göstərib. Sonra qıza deyiblər ki, bizimlə gedək. O, bu cür gedə bilməyəcəyini deyib və özünü öldürüb. Bu hadisə mənə çox pis təsir etmişdi? Belə bir şəkil çəkdim. Sonra İçərişəhərdə sərgidə nümayiş etdirdim. Bu şəkli də aparıb qoymuşdular bir küncə. Məni bu rəsmə görə tənqid etdilər. Bu rəsmi necə çəkməyim axı. Deyirlər açıq-saçıqdır. Zorlanan qadını kürkdə çəkəsi deyildim ki.

Qızın uşaqlığına pişik qoyublarmış. Bizim əsgərlər çayın o tərəfində bir paltar yuyan qız görüblər. Qız yeriyə bilmirmiş. Onu Bakıya göndəriblər. Əməliyyatda məlum olub ki, ermənilər qızın uşaqlığına pişik qoyub.

– Səhv etmirəmsə, siz karikatura da çəkirdiniz.

– Karikatura lağ-lağıdır. Mən isə satira ilə məşğul oluram. Satira dərd-ələmdir, karikatura kimi deyil. Mən natura etibarı ilə biganə adam deyiləm. Sadəcə, özümü bilərəkdən sağlam saxlayıram. Mənim tez ölməyim sərfəli deyil. Bu hadisələrin hamısını çəkməliyəm.  Hər səhər saat altıda durub qaçıram. Yeməyimə də çox ciddi fikir verirəm.

– Asif Ata ilə münasibətləriniz barədə danışmağınızı istərdik.

– Mən anama, atama və Asif Ataya minnətdaram. Valideynlərim məni dünyaya verdi, Asif Ata isə dünyanı mənə verdi. Onu görən kimi qəbul etdim. Onun tələbələri qabağında mil dururdular. Mənə də demişdi ki, ocağa gəl. Ancaq sıradan biri olmaq istəmirdim, ona görə boyun qaçırdım. Dedim ki, mən nizamsız adamam, qorxuram ki, istədiyiniz vaxt yanınızda ola bilməyim. Axırda bəlli oldu ki, mən haqlıymışam. Ocaqçılar ayrıldılar. O, kişinin ruhuna hörmətsizlik etdilər.

(Biz müsahibəni yekunlaşdıranda radiodan Brilyant Dadaşovanın səsi gəldi: “Yağış yağır bu gecə, hay verən yox harayıma”.)

 

Evini qoyub gələnlər ən çox qapının itini aça bilmədiklərinə təəssüf edirdilər. Bu, məqam məni sarsıtmışdı. Yəqin ki, bu rəsmi yağlı boya ilə yenidən işləyəcəyəm.

         

 

Ermənilər qəbrin üstündə baş kəsirlər.

         

 

Onlarda adam yeyən də var imiş. Kariney Arutyan adlı bu hannibal əsirləri yeyirmiş.

    

 

Burada uşaqları götürüb hasara çırpırlar.

    

 

Qıza təcavüz edirlər. Kim təcavüz edirsə, corabını çıxarıb onun ayağına geyindirir. Sonra onu ölümcül vəziyyətdə tapırlar, ayağında altmış corab olur.

      

 

Uşağı ananın əlindən alıb iki yerə bölüblər. Uşağın yarısı ilə ananı döyüblər. Ana başlayıb qəhqəhə çəkib gülməyə. Bunu rus snayperçi danışıb.

 

Bu şəkildə kişinin başını gəlininin gözü qabağında kəsiblər.

      

 

Bu uşağa o qədər təcavüz etmişdilər ki, xəstəxanadakı həkimlərdən də qorxurdu.

       

 

Bütün ailəni soyundurub, bir-birinin yanında ələ salırlar.

     

 

Ramil Səfərovun şəklini nişangah ediblər. Atış təlimi keçirlər.

     /1937.az


Etiket:

Strategiya.az

Xəbərlər
20.07.2022

Xarici valyutaların manata qarşı bugünkü məzənnəsi

20.07.2022

Ceyhun Bayramov ölkəmizin Avropanın enerji təhlükəsizliyində mühüm rol oynadığını bildirib

20.07.2022

İmtahanın nəticələri ilə əlaqədar müraciətlərə baxılması üçün Apellyasiya Şurasına ərizə qəbuluna başlanılıb

20.07.2022

Xarici işlər naziri Ceyhun Bayramov NATO-nun Baş katibi Yens Stoltenberq ilə görüşüb

20.07.2022

Avropa İttifaqı münaqişədən sonrakı dövrdə mühüm rol oynayır - Ceyhun Bayramov

20.07.2022

"Qarabağ" İsveçrə çempionuna qalib gəldi

20.07.2022

Tehranda Rusiya və Türkiyə prezidentlərinin görüşü olub

16.07.2022

Ceyhun Bayramov Gürcüstanın Baş naziri ilə bölgədə sülh prosesini müzakirə edib

16.07.2022

Mikayıl Cabbarov: Sənaye zonalarında istehsal 53 faiz, ixrac isə 2 dəfə artıb

16.07.2022

Ağalı kəndinə köçürülən ailələrin tibbi müayinələrinə başlanılıb

16.07.2022

Prezident İlham Əliyev: Bizim Xəzər dənizi kimi çox nəhəng bir enerji mənbəyimiz var

16.07.2022

Qubada içərisində 125 min manat olan seyf oğurlanıb

14.07.2022

İrəvan Dövlət Azərbaycan Dram Teatrının 140 illiyi qeyd edilləcək - SƏRƏNCAM

14.07.2022

Azərbaycan tarixinin şanlı səhifələrindən biri - 14 iyul 1969-cu il

14.07.2022

Şuşada Vaqif Poeziya Günləri başlayıb

14.07.2022

Təhsil Nazirliyi: 204 məktəbdə elektron jurnal və gündəlik sistemi tətbiq edilib

14.07.2022

Təhsil Nazirliyi məlumat yaydı

14.07.2022

FHN: Zəngilan rayonunda ağaclıq ərazidə baş verən yanğının tam söndürülməsi istiqamətində tədbirlər görülür

14.07.2022

Azərbaycan neftinin qiyməti 114 dolları ötüb

14.07.2022

Azərbaycan Ordusunun əsgəri həlak olub

14.07.2022

Baş Prokurorluq rəis müavininin intiharı ilə bağlı məlumat yaydı

13.07.2022

Respublika üzrə pensiyaların iyulun 15-də tam ödənilərək yekunlaşdırılması nəzərdə tutulub

13.07.2022

Qızıl təpə abidəsində arxeoloji tədqiqatlar davam edir

13.07.2022

Azərbaycan neftinin bir bareli 113,91 dollara satılır

13.07.2022

Bakı-Tbilisi-Ceyhan neft boru kəmərinin tam istismara verilməsindən 16 il ötür

12.07.2022

Partlayış zamanı “Baktelecom”un rabitə infrastrukturuna ziyan dəyməyib

12.07.2022

Dünyada "Premium Euro-95" benzinin bahalaşması gözlənilir - Azərbaycana necə təsir edəcək?

12.07.2022

Azərbaycan nefti ucuzlaşıb

12.07.2022

Böyük Britaniyanın yeni baş nazirinin adı sentyabrın əvvəlində açıqlanacaq

12.07.2022

Tovuz döyüşlərindən iki il ötür

12.07.2022

Bakının mərkəzində partlayış baş verib

12.07.2022

Cüdoçularımız Xorvatiyada Qran-Pri turnirində iştirak edəcəklər

12.07.2022

Ərdoğan yaxın zamanda Venesuelaya səfər edəcək - Maduro

11.07.2022

Türkiyə və Ukrayna prezidentləri arasında telefon danışığı olub

11.07.2022

Xaçmazdakı meşə yanğınının söndürülməsinə iki helikopter və amfibiya tipli təyyarə cəlb olunub 

11.07.2022

Ərdoğan və Paşinyan arasında telefon danışığı olub

11.07.2022

Saatlı stansiyası yaxınlığında qəzaya uğrayan qatar Gürcüstana məxsusdur - ADY

11.07.2022

FHN Xaçmazdakı meşə yanğınları ilə bağlı məlumat yayıb

11.07.2022

Vahid əlaqələndirmə mərkəzlərində 41 min şəxsə xidmətlər göstərilib

11.07.2022

Kino Agentliyi Mədəniyyət Nazirliyinin tabeliyində olan qurumların siyahısına əlavə edilib

09.07.2022

Gələn ilin sonunda Şuşa ilk sakinlərini qəbul edəcək - Aydın Kərimov

09.07.2022

Azərbaycan Ordusunun hərbçisi həlak olub

09.07.2022

DİN: Ötən gün ölkə ərazisində qeydə alınan cinayətlərdən 52-nin açılması təmin olunub

09.07.2022

Xocavənd rayonu ərazisində yeni hərbi hissənin açılışı olub

09.07.2022

Birinci vitse-prezident Mehriban Əliyeva Qurban bayramı münasibətilə xalqımızı təbrik edib

09.07.2022

Abeyə atəş açan şəxs əməlinin səbəbini açıqlayıb

09.07.2022

Zakir Həsənov Qurban bayramı münasibətilə Azərbaycan Ordusunun şəxsi heyətini təbrik edib

09.07.2022

XİN Azərbaycanın diplomatik xidmət orqanlarının əməkdaşlarını peşə bayramı münasibətilə təbrik edib

09.07.2022

Bu gün Azərbaycanda Qurban bayramı qeyd edilir

08.07.2022

Bərdədə avtomobil yolunun tikintisi ilə bağlı 3,1 milyon manat ayrıldı - SƏRƏNCAM