"Ziya" qəzetinin  qaranlıqda və alatoranlıqda qalan  tərcümeyi-halı

12:34 / 10.12.2018

Nazim Nəsrəddinov

Azərbaycan Respublikasının əməkdar müəllimi

"Ziya" qəzeti-140 (1879,yanvar,Tiflis-1884,iyun,Tiflis)

"Ziya"- "Əkinçi"nin kiçik qardaşıdır.  "Əkinçi" adı ilə türk dünyasında tanınan mətbu orqanın  1875-1877-ci illərdə Bakıda cəmi  56 nömrəsi çap olunub. 57- ci nömrə  isə senzuraya şübhəli görünən bir materiala görə çapa imzalanmayıb.Həmin yazı dəyişdiriləcəyi təqdirdə qəzet öz işini davam etdirə bilərdi. "Əkinçi"  öz nəşrini dayandırmağa məcbur ediləndən sonra da iki il  rəsmi sənədlərdə fəaliyyətdə olan qəzet kimi tanınmışdır.  Senzura qaydalarına əməl edəcəyi  təqdirdə Həsən bəy Zərdabi  "Əkinçi"nin ömrünü xeyli uzada bilərdi. "Əkinçi"dən bir il 3 ay sonra nəşrə başlayan  "Ziya" qəzetində Həsən bəy Zərdabinin qəzetçilik ənənələri uğula davam etdirilmişdir. Təəssüf ki, H.Zərdabi Səid Ünsizadənin  ona   təklif etdiyi istanbul və ya Tehran müxbirliyi vəzifəsini qəbul etməmişdir.


   Sovet dönəmində Əkinçi dövrün siyasətinə uyğunlaşdırılsa da,Ziya həmişə kölgədə qalmışdır. Qəzetin naşiri və redaktoru Zaqafqaziya Əhli-Təsənni idarəsini üzvi di. O,bu vəzifə çərçivəsində böyük maarifçilik işlər i görür,Azərbaycanda və türkdilli digər məkanlarda yeni tipli məktəblərin yaradılması yolunda əhəmiyyətli fəaliyyət göstərirdi.

Gün geçdi, ay gəldi, il gəldi. Hələ bundan sonra da günlər keçəcək, aylar gələcək, ay il olacaq, illər əsrlərın hörgüləri kimi tarıxdə bərqərar olacaq. 
  Məni belə danışdıran 139 il bundan əvvəl dünyaya Tiflisdə  göz açan,  göz açan kimi də sadə türki dilimizdə   maarifimiz, təhsilimiz, dinimiz və dilimiz , imanımız, gələcəyə gümanımız haqqında  gah şirin-şirin, gah da acı-acı danışırdıan, özünə həm dost, həm də düşmən tapan, nə az, nə çox- düz  yüz otuz beş yaşlı "Ziya" qəzetidir.

  Mən yazılarımın birində "Ziya" qəzetinin 18 yanvar 1879-cu ildə nəşrə başladığını yazmışdım.Sonrakı tədqiqatlar  göstərdi ki, "Ziya"nın tarixi 1879-cu il yanvarın 22-dən başlayır. Məsələ burasındadır ki,"Ziya" qəzetinin ilk iki nömrəsini tədqiqatçılardan heç biri görməyib. Mən Moskva, Leninqrad( indiki və lap əvvəlki Peterburq-N.N.), Tiflis arxivlərində bu nömrələri çox axtardım, tapmadım, təkcə gümanım gəldiyi yerlərdən birinə -Odessaya gedə bilmədim ki, oradakı arxivlərdə bu nömrələri arayıb axtarım. Məsələ burasındadır ki, Qafqaz canişininin əmri ilə Tıflisdə nəşr olunan bütün materrıallar məcburi nüsxə kimi Odessadakı arxivə də göndərilirdi.
  Kim bilir, bəlkə müharibə vaxtı bu materiallar itib-batıb. Oxuduğum materialların birində belə bir xəbərə rast gəlmişdim ki, 1917-ci ildə -hərc-mərclik  vaxtlarında Odessada arxiv materiallarını sobaya ataraq istisinə qızınanlar çox olub. Bu, Cəlil Məmmədquluzadənin öz əlyazmalarının  istisinə qızınmağına oxşasa da, birincilik bu məsələdə odessalılara məxsusdur.
  Nə isə...Arxiv və kitabxanalarımızda "Ziya"nın bizə məlum olan ilk nömrəsi  
8 fevral  (pəncşənbə günü)1879-cu il tarixli  üçüncü nömrədir. 
 Bəzi tədqiqatlar  heç bir fakt göstərmədən  "Ziya"nın ilk nömrəsinin 14 yanvar 1879-cu ildə çıxdığını  yazsalar da, bu birincilik tarixinin tarixi  düzgün görünmür.

Ziyanın tədqiqatçılarından çoxo onun 1879-cu iln yanvarından noyabrınadək türkdilli oxuculara göndərildiyi 46 nömrəsindən bixəbr olmalarıdır.

Ziya qəzetinin 1879-cu il noyabrın 19-da çıxan  44-cü  nömrəsinin ilk 3 səhifəsi  bu mətbu orqanın tarixindən,üzləşdiyi abunə çətinliklərindən bəhs edir.Yaı naşirin dilindən yazllmışdır :"Tiflis. 17 noyabr. Ziya qəzetəsinin təb və nəşr olunmasını düüst dost tutan həzərata  məlum ola ki,həmin ildə qəzetəverməkligi öhdəmizəgötürəv vəqtdəniyyətimiz ona müncər ( sürüklənən-N.N.) olmuş idi ki,qəzetəmizi keçən mühərrəm ayının (ərəb qəməri ilinin birinci ayı-N.N.) ibtidasındn verək.Çünki səneyi -islamiyyənin (islam ilinin-N.N )ibtidası ondan başlanır və leykin işinin ibtidası  düşvar olmağə görə  bacara bilmədük ki, bir parə kəsr və nöqsanımızı cabəca (yerbəyer-N.N.) edüb, məzkur niyyətimizi əmələ gətürək.Ona görə naçar  olub, səfər ayının on dördündə əvvəlimci nömrəmizi  zühurə gətirib ahəstə-ahəstəsəy və hümmət göstərdik"

Deməli, Ziya qəzetinin əvvəlinci nömrəsi hicri qəməri təqvimi ilə 1296-cı ilin  səfər ayının  16-da çıxmışdır ki., bu da miladi təqviminin 1979-cu il yanvar ayının 25-nə uyğun gəlir. Təqvimlərin müqayisəsini yaxşı bilənlərdən bu hesablanmanı yoxlamağı xahiş edirməm. 

Aşkarda olan - 8 fevral 1879-cu ildə çıxan 3-cü nömrədə  qəzetin pəncşənbə günlərində  çıxdığı aydın-aşkar görünür. Əvvəcədən müəyyənləşdirilmiş qaydaya görə, Ziyanın birinci sənəsinin ilk iki nömrəsinin - 1879-cu il 8 fevral tarixli üçüncü nömrəsindən əvvəlki həftələrin pəncşənbə günləri i fevralın 1-i  və yanvarın 25-dir.   Deməli,  bu fakta  - "Ziya" qəzetinin  pəncşənbə günlərində çıxması faktına  əsaslanaraq, qəzetin ilk nömrəsinin tarixini 25  yanvar  1879-cu il  kimi göstərmək daha doğru görünür.Əlbəttə, şəraitdən asılı olaraq  bu nömrələr günləri həftənin başqa günlərinə də düşə bilər.

Hər halda dəqiqləşdirmə aparılmalıdır.

   "Ziya" qəzetinin bizə məlum olan ilk nömrəsinin ( 08.02.1879,N 3) başlığının - "ZİYA" sözünün altında qəzetin  islam təqvimi ilə 1296-cı  ildə çıxdığı göstərilir. Yuxarıda ayrıca sətirdə bu tarixin miladi tarixlə  8 fevral 1879-cu ilə aid olması yazılmışdır. Qəzetin sonrakı  nömrələrin hamısı pəncşənbə günləri çıxmışdır: N 4 (15 fevral), N 5 (22 fevral) , N 6 (1 mart) , N7 (8 mart),   N 8(15 mart)...
  8  fevral 1879-cu il tarixli 3-cü nömrənin baş məqaləsinin sərlövhəsi belə adlanır:  "Oxumaq və yazmaq barəsində".
 Bu, proqram xarakterli yazıdır.Yazıdan nümunələr  gətiririk: 

"Bu zəmanələrdə bəni növ bəşərin cümləsinə (hamısına-N.N.) xətt və kitabiyyət sənətini  və qiraətə qadir olmaq qüdrətini təhsil eləməkdən  başqa, əvvəlimci və zimmə və laziməli iş yoxdur. Və hər kəs bundan  bibəhrə  və binəsib  qalıbdır". 

 Qəzetin  naşiri və sahibi-imtiyazı bu baş məqalədə daha sonra qəzetin məram və məqsədlərini vurğulayır:

"Ətfalımızın (uşaqlarımızın-N.N.) təlim və tərbiyəsindən  və  təlim və müəllim qaidəsindən və müəllim və şagirdlərin ədəbindən və bu vəqtəcən əksərimizin  bisavad qalmağından  və onun səbəblərindən  və xəttimizin  qüsur və nöqsanatından  və nə vəchlə  onu cəbr -nöqsan  edib, təğyir və təbdil ...eləməkdən qəzetimizin ibtidalarında söz danışılacaqdır"..


  Naşır dediyi sözlərə 4-cü nömrədə də (15 fevral ) əməl eedir.  4-cü nömrənin baş məqaləsi belə adlanır: "Uşaqlarımıza təlim və tərbiyə vermək barəsində".
  Burada oxuyuruq:

  "Oxumaq və yazmaq  barəsində olan əhvalatın  şəhri- bəyanı və insanlara məxsus olan nemətlərdən olub baisi-şərif  və iftixar olmağını üçüncü nömrədə yazmışdıq...Bu zəmanədə  mülk və millətin tərəqqisi  elm və mərifətə və növbənöv dillərə, xətlərə arif olmaqdadır"...


  Xatırladırıq ki,  "Ziya" qəzetinin  islam təqviminə görə 1879-cu ildə dekabr ayındakı nomrələri  də 1 rəqəmindən başlayır:


                 N1 -6 dekabr  1879-cu il
                 N2-13 dekabr 1879-cu il
                 N 3-20 dekabr 1879-cu il
                 N 4-27 dekabr 1879-cu il
                 N5-3 yanvar    1880-ci il 
                 N6-10 yanvar  1880-ci il
                 N7-15 yanvar  1880-ci il....


   "Ziya" qəzeti haqqında faktlara və ilk mənbəyə əsaslanan (de vize-N.N.)  yazılarımız çoxdur.Layihə çərçivəsində oxuculara bu materialları təqdim etməyə söz verirəm. Yazımın sonunda  oxuculara "Ziya" ("Ziyayi-Qafqasiyyə") qəzetinin   ümumilikdə sonuncu-187-ci nömrəsində (26 iyun 1884-cü il , N 11) soyadı qəzetdə  rus qrafikası ilə "АЛИБЕКОВЪ" göstərilən müəllifin   "Tərcümeyi-məktub"  adlı  yazısındakı  bu sözləri xatırladıram: 


"Səid Ünsizadənin dər-öhdə aldığı  əmr ( iş-N.N.)  və niyyət  mətbuat vasitəsilə  rus müsəlmanlarını (Rusiyada yaşayan müsəlmanları-N.N.) yuxudan oyatmaqdır".
( bax: "Ziyayi- Qafqasiyyə" qəzeti, 26 iyun 1884, N4,səhifə 2, sütun 3).

"Ziya"nın qeyb olmasınını əsas səbəblərindən biri də məhz bu açıq-aşkər deyilən sözlər oldu.Bu nömrədən sonra "Ziya"  bir də ayaq üstə dura bilmədi.
  Çar hökumətinin  qazdan ayıq məmurları Səid Ünsizadənin  hələ İsmayıl bəy Qaspralıdan, Məhəmməd ağa Şahtaxtlidan, Əli bəy Hüseynzadədən, Əhməd bəy Ağayevdən,Əlimərdan bəy Topçubaşovdan xeyli əvvəl öhdəsinə görürdüyü böyük vəzifənin -rus müsəlmanlarını  yuxudan oyadılması işinin  yerinə yetirilməsinə imkan vermədilər. Səid Ünsizadə 1890-cı ilin əvvəllərində  hamıdan inciyib   doğma ölkəsindən baş götürüb İstanbula getdi,orada yaxın dostu, üç dəfə Türkiyənin maarif naziri olan Münif Paşanın köməyi və qayğısı ilə təhsil  və maarif işlərində çalışmış,Quranın türk dilində təfsirini yazmışdır.
  "Ziya" qəzetinin redaktoru və imtiyaz sahibi , bir neçə dərsliyin müəllifi, "Hümayunamə" 

( "Kəlilə və Dimnə" ) əsərinin Azərbaycan dilinə tərcüməçisi  Səid Əfəndi Ünsizadə ömrünün 80 sinnində - 1905-ci ildə  İstanbulda vəfət etmişdir.O, nekroloqda  türk dünyasının fazillərindən biri kimi dəyərləndirilmişdir.
   Bakıda  nəşr olunan "Həyat" qəzetində (1905, N 21) bu acı xəbərin altında türk dünyasının üç böyük şəxsiyyətinin adı yazılmışdır:  Əli bəy Hüseynzadə, Əhməd bəy Ağayev, Əlimərdan bəy Topçubaşov.

 
Əlbəttə,  yazımın əvvəlində adlarını böyük hörmətlə çəkdiyim mətbu orqanların hamısın öz adı,cəmiyyətdə öz yeri var.  Onların nə qədər yaşayacaqlarını söyləmək çətindir. Amma "Ziya" - ziyadır. Onun tarixinin daha uzun olacağı şübhəsizdir. Nə vaxtsa mənim bu sözlərimi dərk edəcəklər, "Ziya"ya ən hühdüt yerlərin birində abidə qoyacaqlar. Onda çox güman ki, bizim heç birimiz bu dünyada olmayacayıq. Heç bizlərin adımızı, bəlkə də, dəftərə də yazmayacaqlar.Amma "Ziya" ziyalılığını göstərəcək.

Mən çoxunuz üçün darıxdırıcı olan bu sözlərimi yazıram.

Sərt reaksiya olacaöını da bilirəm.Amma nə etməli ? 

Sabah biz olmayacayıq,amma "Ziya" olacaq.Mütləq, olacaq.

Olmayanlar boynu qalstuklu bizlər olacayıq.

Məsələ burasındadır ki,onda danışmağa halımız olmayacaq.Axı 

o dünyanın sakinləri məskunlaşdığı yerdən Yer üzünə qayıda bilmirlər.

Əlhəd daşı başlarına dəysə də,uzaq başı qəbirlərində bir az çevrilə bilərlər.

Hörmətli "Ziya" tədqiqatçıları, hörmətli ziyalılar, aydınlar, dosentlr, doktorlar, akademiklər! "Ziya"nı quyudan çızxarmalıyıq. Bu bizim, alimlik, elmi
tədqiqatçılıq bir tərəfə, vətəndaşlıq borcumuzdur. Bizim bu halımız
mütləq tarixə düşəcəhkdir.Bizdən sonra dünyaya gələnlər bizi,işər belə
getsə, yel dəyirmanı ilə döyüçənlərin qiyafəsndə görəcəklər. Şəxsən mən indidən bizim bu halımıza inanıram.

Gəlin, papağımızı başımıza qoyub,fikrimizi cəmləşdirək,fikirləşək,

"Ziya" qəzeti (1879,yanvar,Tiflis-1884,iyun,Tiflis) ictimi fikir tariximizin

XIX əsrinbir neçə ilinin güzgüsüdür.Bu güzgüdən çox nəsnələr 

görünür."Ziya" qəzetinin bütün nömrələri MÜTLƏQ müasir əlifbaya
transliterasiya edilərək? hər bir ziyalı ailəsinin stolüstü kitabı olmalıdır.

İlk 46 nömrəsi unudulan "ZİYA" kitabı nöqsanlıdır, bizə baş ucalığı
gətirməyən nəşrdir.
 
"Ziya"nın təsisçisi,naşiri və redaktoru ümummilli liderimiz 

Heydər Əliyev . cənablarının marifçilik fəaliyyətini çox yüksək
qiymətləndirdiyi görkəmli publisist,din xadimi,pedaqoq,naşir,
tərcüməçi, Quranın türk dilində təfsirini yazan

Hacı Səid Əfəndi Əbdürrəhman Əfəndi Ünsizadədir.
(1825,Şamaxı-1905,İstanbul).
...Türk dünyasının hər yerində-İstanbulda da, Ankarada da,
Təbrizdə də,Şamaxıda da,Bakıda da,Şəkidə də,Bağçasarayda da..
Ziya qəzeti və onun qələm əhli haqqında  ciddi elmi axtarışlar aparılmalı,
dünyaya səpələnmiş Ünsizadələr,Ünsilər,Berksanlar,Şirvanilər 
  gələn il yanvarın 22-də Ünsizadələrin ata ocağında  "Ziya" qəzetinin
 140   illik yubileyinə-hamımızın bu işdəki hesabat  təntənəsinə
ciddi hazırlaşmalıyıq.


Nazim Nəsrəddinov,

Azərbaycan Respublikasının əməkdar müəllimi,
Azərbaycan Respublikası Prezidentinin Sərəncamı ilə keçirilən
ƏN YAXŞI MÜƏLLİM müsabiqəsinin qalibi,
türkoloq.

Bakı,08.12.2018.


Ədəbiyyat siyahısı

1.Dövlət dilinin tətbiqi işinin təkmilləşdirilməsi  haqqında

Azərbaycan Respublikası Prezidentinin Fərmanı (18.06.2001-ci il).

2."Ziya" qəzetinin komplektləri.(1879,yanvar-1884,iyun).

3. İ.Qaspirinski."Tonğuc" jurnlı Tiflis,1881.

4.Azərbaycan Respublikasl  Dövlət Tarix  Arxivi. Fond 291.Siyahı 1.,iş 31.

5.Nazim Axundov.Azərbaycanda  dövri mətbuat.(1832-1920).Bakı,1965.

6.Nazim Nəsrəddinov."Ziya" qəzetində işlənən bəzi terminlər haaqında.

Azərbaycan SSR Elmlər Akademiyasının aspirantlarının

Elmi Konfranslarının  materilları. Bakı,1977.səhifə 308-313.

7.Nazim Axundov.Sənədlərin dili ilə.Bakı,1980.

8.Nazim Nəsrəddinov. Unudulmuş Ünsizadə. "Həyat "  qəzeti, 09.02.1993,N 13(7748) .

9.Ağarəfi Zeynalzadə.  Azərbaycan mətbuatı vəçar senzurası.Bakı,2004

10.Nazim Nəsrəddinov. "Ziya"lı ziyalı, Strategiya.az  20.02.2014.


Etiket:

Strategiya.az

Xəbərlər
24.01.2019

Atəşkəs 26 dəfə pozulub

24.01.2019

Qrenlandiyada buz təbəqəsinin sürətlə əriməsi təbii fəlakətlərə səbəb olacaq

24.01.2019

Mərziyə Haşemi sərbəst buraxılıb

24.01.2019

Ağstafada sərnişin avtobusu yanıb

24.01.2019

Məktəblərdə növbədənkənar tətillər başlayıb

24.01.2019

Bakıda yaşayış binasında yanğın 

24.01.2019

Sammit Rusiyada keçiriləcək

23.01.2019

İki rayonun polis şöbəsində kadr dəyişiklikləri olub

23.01.2019

“İlham Əliyev. İnkişaf - məqsədimizdir” çoxcildliyinin 76-cı kitabı çapdan çıxıb

23.01.2019

Həsən Ruhani: Neftimizi satmaq üçün müxtəlif yollar axtarırıq

23.01.2019

İraqın şimalında 21 terrorçu zərərsizləşdirilib

23.01.2019

Tərtərdə həmyerlisini bıçaqlayan şəxs saxlanılıb

23.01.2019

Daha 300 məcburi köçkün ailəsinə ev verildi

23.01.2019

Mingəçevirdə əl qumbaraları tapılıb

23.01.2019

Gürcüstanda qrip virusu daha iki nəfərin həyatına son qoyub

23.01.2019

Bakıda 134 işıqfor vahid mərkəzdən idarə olunur

23.01.2019

“Məxməri inqilab”ın birinci mərhələsi: Ermənistan dalanda

23.01.2019

Yaxın saatlarda liderlərin görüşü start götürəcək

23.01.2019

Dolların sabaha olan məzənnəsi açıqlandı

23.01.2019

Yakutiyada keçirilən Beynəlxalq konfransda Yasamal rayon M.Ş.Vazeh adına Mərkəzi Kitabxanasının iştirakı gözlənilir

23.01.2019

Qazaxıstanın adı dəyişdirilə bilər

23.01.2019

Bakıda itkin düşən yeniyetmə tapıldı - 2 həftə küçələrdə qalıb

23.01.2019

Məktəbdən oğurluq olub

23.01.2019

İrandan Azərbaycana narkotik və psixotrop maddə keçirmək istəyən şəxslər saxlanılıb

23.01.2019

Azərbaycanda yanvarın 24-nə gözlənilən hava proqnozu açıqlanıb

23.01.2019

Milli valyutadakı əmanətlər 32,2 faiz artıb

23.01.2019

Prezident İlham Əliyev “Suez Group”un beynəlxalq inkişaf üzrə icraçı vitse-prezidenti ilə görüşüb

23.01.2019

AzTV-də kadr islahatına və audit yoxlamalara başlanılıb

23.01.2019

Respublika fənn olimpiadalarının ilk mərhələsi keçiriləcək

23.01.2019

Neft quyusunun borusunu oğurlamaq istəyən 3 nəfər saxlanılıb

23.01.2019

Prezident İlham Əliyevin “The Boston Consulting Group” şirkətinin prezidenti ilə görüşü olub

23.01.2019

Vakant vəzifələrə müsabiqə elanı

23.01.2019

Sülhməramlıların bir qrupu Əfqanıstana yola salındı

23.01.2019

Cinayət törətməkdə şübhəli bilinən 30 nəfər saxlanılıb

23.01.2019

Şahtaxtı-Poldəşt sərhəd-keçid məntəqəsinin iş saatı artırılıb

23.01.2019

Novruz Məmmədov bu qərarları ləğv etdi

23.01.2019

“Qoyya” baleti nümayiş ediləcək

23.01.2019

Dövlət qulluğuna qəbulla bağlı yanvarın 27-də imtahan keçiriləcək

23.01.2019

Birjalarda neftin qiyməti

23.01.2019

Prezident İlham Əliyev: Biz böyük enerji şirkətlərini Azərbaycana sərmayə yatırmaq üçün cəlb etdiyimizə görə çox böyük tərəqqiyə nail olmuşuq

23.01.2019

Azərbaycan nefti yenidən ucuzlaşdı

23.01.2019

Yunanıstanlı yarımmüdafiəçi "Neftçi"də

23.01.2019

Atəşkəs 29 dəfə pozulub

23.01.2019

Yanvarın 23-də xarici valyutaların manata qarşı məzənnələri

23.01.2019

Bakıda taxta bazarında baş verən yanğın söndürülüb

23.01.2019

Əlverişsiz hava şəraiti Biləsuvar və Cəlilabadda nəqliyyatın hərəkətini çətinləşdirib
 

23.01.2019

Goranboyda Alban kilsəsindən  nə tapıldı?

23.01.2019

Dövlət İmtahan Mərkəzi şagirdlər üçün faydalı layihəyə başlayıb 

23.01.2019

Şərur sakinindən narkotik götürülüb

23.01.2019

Yaponiya və Rusiya liderlərinin sammitində konkret irəliləyiş əldə edilməyib