VƏTƏN SEVGİSİ

13:02 / 19.12.2018

Gizir Ariz Aslanov

DİN-in Daxili Qoşunlarının

 hərbi qulluqçusu

“Vətənpərvərlik insanın daxilindəki duyğulardır. Əgər bunlar yoxdursa, o insan mənəviyyatsızdır”.  Heydər Əliyev.

 

İnsan doğulduğu gündən ölənədək həyatı hislərlə müşayiət olunur. Hislər içində ən güclüsü sevgi hissidir. Sevginin isə ən dəyərlisi, ən önəmlisi, ən alisi Vətən sevgisidir. Heç nə ilə müqayisəyə gəlməyən Vətən sevgisi insanın millətinə, xalqına, doğma torpağının hər bir daşına, qayasına, çayına, bulağına sevgidir. Vətənə məhəbbət öz şəxsi maraqlarını el-oba yolunda qurban verməkdir.

Azərbaycan xalqı hər zaman Vətəninə bağlı olub, onun hər qarışı uğrunda canından keçməyə hazırdır. Xalqımız bunu tarixin hər səhifəsində sübut edib. Keçmişdə bu yurdun Koroğlu, Cavanşir, Babək kimi igid oğulları olub. Yaxın keçmişə, 90-cı illərə nəzər salsaq isə görərik ki, xalqımız əsl qəhrəmanlıq dastanı yazıb. Bu dastandan bir parça olaraq Daxili Qoşunların sıralarında xidmət etmiş beş cəngavərin, beş igidin adını çəkə bilərik. Şahin, Yalçın, Maqsud, Fərhad və Siyavuşun fədakarlığını xalqımız heç vaxt unutmayacaq. Onlar xalqımızın qəhrəmanlıq tarixinə yeni səhifələr əlavə etdilər. Bu beş döyüşçü nəinki ölümdən qorxmadılar, əksinə, ölümün üstünə getdilər. 1993-cü il 11 dekabrda Füzuli rayonunun Böyük Bəhmənli kəndi ətrafında gedən döyüşlər zamanı  dayandıqları səngərdə gələn düşmən tankının qarşısından çəkilmədilər. Vətən sevgisi ölümə qalib gəldi. Və onlar qəhrəmancasına, son damla qanlarınadək vuruşaraq şəhidlik zirvəsinə ucaldılar. Bu beş igid üzərlərinə gələn tankın qarşısından çəkilməyi, qaçıb canlarını qurtarmağı  ağıllarından keçirtmədilər. Çünki, Vətən sevgisi onların qəlbini bütünlüklə sarmışdı. Döyüşüb uğrunda canlarını verdikləri həmin yerdə onların abidəsi ucaldılıb.

Qarabağ müharibəsində soydaşlarımız bir qayə ətrafında-Vətəni qorumaq, xilas etmək ətrafında birləşdilər. Eyni hal 2016-cı il aprel döyüşlərində də təkrarlandı. Vətən övladları doğma yurd naminə canlarından keçməklə dünyaya əsl vətənpərvərlik nümunəsi göstərdilər, hərb tariximizdə şərəfli iz qoyub getdilər. Hər iki savaşda qəhrəman, igid, Vətən sevgisilə qəlbləri alışıb-yanan oğul və qızlarımız ölümləri ilə ölümsüzlüyə qovuşdular. Ən uca, ən ali zirvə olan şəhidlik zirvəsinə ucaldılar.

Qarabağ uğrunda gedən döyüşlər xalqımızın övladlarının Vətəni hər şeydən çox sevdiklərini, Azərbaycan adı gələndə canlarını heçə saydıqlarını dünyaya sübut etdi. Bu savaş xalqımızın qəhrəmanlıq salnaməsidir.

Bütöv bir millətin Vətəni sevməsi, vətənpərvər olması onun azadlığı, tamlığı, qurduğu dövlətin tanınması, müstəqil olması və suverenliyi deməkdir. Vətənpərvər olmaq həm də cəmiyyətə, xalqa yararlı şəxsiyyət kimi yetişmək, Vətən üçün çalışmaq, onun qüdrətli olması naminə əlindən gələni əsirgəməməkdir. Bu baxımdan hər kəs yiyələndiyi peşəni mükəmməl mənimsəməlidir ki, Vətənə, dövlətə  öz töhfəsini verə bilsin.

Hər bir Azərbaycan vətəndaşı ictimai mövqeyindən, ixtisasından, peşəsindən asılı olmayaraq,  lazım olduqda Vətəni müdafiə edən əsgər olmalıdır.


Etiket:

Strategiya.az

Xəbərlər
20.07.2019

İstanbulda keçirilən əməliyyat zamanı 217 cinayətkar saxlanılıb

20.07.2019

Gənc cüdoçularımız Avropa kuboku yarışına uğurla başlayıblar

20.07.2019

“Bakı-2019”-da iştirak edəcək ölkələrin nümayəndə heyətləri Atletlər Kəndində şənlik təşkil ediblər

20.07.2019

“Liverpul” Məhəmməd Salaha rekord məbləğdə məvacib təklif edir

20.07.2019

Cəlilabadda 4 evdən pul və qızıl əşyalar oğurlayan yeniyetmə saxlanılıb

20.07.2019

Britaniya tankerinin ələ keçirilməsinin kadrları yayımlandı

20.07.2019

Generallar Bakıda görüşür: qlobal təhlükəsizlik və əməkdaşlıq imkanları

20.07.2019

ATƏT-in yeni qətnaməsi: ərazi bütövlüyünə və beynəlxalq hüquqa hörmətin ifadəsi

20.07.2019

"Yeganə" şadlıq sarayında nə baş verir?

20.07.2019

Festivalın açılışına bilet alan tamaşaçıların daşınması 2 ekspress marşrut xətti üzrə həyata keçiriləcək

20.07.2019

KOBİA Koreyanın KOSME Agentliyi ilə əməkdaşlığın genişləndirilməsində maraqlıdır

20.07.2019

XXX Ümumdünya Yay Universiadasında medal qazanan Azərbaycan idmançıları və məşqçiləri üçün mükafatların məbləği müəyyən edilib

20.07.2019

Ərbildə türkiyəli diplomatı qətlə yetirən terrorçu dəstənin başçısı tutulub

20.07.2019

Kolleclərin xüsusi qabiliyyət tələb edən ixtisasları üzrə qabiliyyət imtahanları keçirilir

20.07.2019

Prezident İlham Əliyev Avropa Olimpiya Komitələrinin prezidentini qəbul edib

20.07.2019

Azərbaycanda avtomobil nəqliyyatı ilə yükdaşımalar artıb

20.07.2019

ƏDV məqsədləri üçün vergi tutulan əməliyyatın dəyəri necə müəyyən edilir?

20.07.2019

Məşhur rejissor Oliver Stoun Rusiya Prezidentindən qızının xaç atası olmağı xahiş edib

20.07.2019

“Azeri Light”ın bir barrelinin qiyməti 64 dolları ötüb

20.07.2019

Putin: Yorulsaydım, prezidentliyə namizədliyimi irəli sürməzdim

20.07.2019

Britaniya XİN: “İranın Hörmuz boğazında iki Britaniya gəmisini saxlamağından son dərəcə narahatlıq keçiririk”

20.07.2019

Pyer Rişar Yessentuki kinofestivalının fəxri qonağı olacaq

20.07.2019

Rezidenturaya qəbul üzrə 181 namizəd ixtisas seçimi ərizəsini təsdiqləyib
 

20.07.2019

Mərkəzi Bank 150 milyon manat cəlb edir

20.07.2019

İşə qəbul imtahanlarında növbəti yüksək bal toplayan namizədlər

20.07.2019

İki ölkə niyə Bakıda keçiriləcək EYOF-da iştirak etməyəcək? - SƏBƏBLƏR

20.07.2019

Hər kəs qocalır – Əyləncə, yoxsa təhlükə?  - VİDEO

20.07.2019

Pompeo Trampın İranla danışıqlara hazır olduğunu təsdiqləyib

20.07.2019

Azərbaycan və İran birgə peyk layihəsi ilə bağlı müzakirələr aparır - Nazir

20.07.2019

Neft yenidən bahalaşıb

20.07.2019

PSJ-dən Mbappeyə yeni müqavilə - gedəcəyindən çəkinir

20.07.2019

Titrəyən Merkel təcili məzuniyyətə çıxır 

20.07.2019

Artıq sarı zolaqlar qüvvədə - Bu yollarda diqqətli olun! (SİYAHI)

20.07.2019

Atəşkəs rejimi 19 dəfə pozulub

20.07.2019

“Artıq ödənilmiş vergilərin, faizlərin və maliyyə sanksiyalarının vergi ödəyicisinə qaytarılması Qaydaları”nda dəyişiklik edilib

20.07.2019

Bu gün hava dəniz istirahəti üçün əlverişsiz olacaq

20.07.2019

Hövsanda dava: Bıçaqlanan var

20.07.2019

“Atletiko” və “Barselona” arasında Qrizmann davası böyüdü

20.07.2019

Azərbaycanın dövlət büdcəsinə 6 ayda daxilolmalar 10 milyard manatı keçib

20.07.2019

FHN Şirvandakı kütləvi zəhərlənmə ilə bağlı məlumat yayıb

20.07.2019

Bu gün Ukraynada növbədənkənar parlament seçkiləri ilə bağlı sükut günüdür

20.07.2019

Leyla Abdullayeva: Ölkəmizin hazırda Ermənistan silahlı qüvvələrinin hərbi işğalı altında olan Dağlıq Qarabağ bölgəsi dünyanın heç bir suveren dövləti tərəfindən tanınmır

20.07.2019

Səudiyyə Ərəbistanı ölkədə ABŞ hərbi kontingentinin yerləşdirilməsinə hazırlaşır

20.07.2019

"Yuventus" 9 nömrəni kimə saxlayıb?

20.07.2019

İyulun 22-nə dolların məzənnəsi 

20.07.2019

Yasmal polisi reyd keçirdi: 45 avtomobil saxlanıldı - SƏBƏB

19.07.2019

DİM II və III ixtisas qrupları üzrə iyulun 7-də keçirilmiş qəbul imtahanlarının nəticələrini açıqlayıb 

19.07.2019

İnzibati və kommersiya məhkəmələrinin olacağı şəhərlər müəyyənləşdi - SİYAHI

19.07.2019

UEFA-dan "Fənərbaxça"ya sanksiya

19.07.2019

Dövlət Neft Fondunun büdcəsinin icrası təsdiq edilib