“Azercell” soyğunçuluq edir - Seymur Verdizadə yazır

10:29 / 26.12.2018

Telefon mənimçün qısa ünsiyyət vasitəsidir.

Xaricdə yaşamağın üstünlüyündən danışan həmsöhbətim ölkəmizdə mobil rabitə xərclərinin baha olmasından şikayətlənmişdi: "Bakıya gələndə cibimdəki pulun yarısından çoxu telefon danışıqlarına sərf olunur".

Jurnalist marağı güc gəldiyi üçün onu bir qədər sorğu-sual etmişdim. Beləliklə, məlum olmuşdu ki, Ukraynada mobil rabitə xərci Azərbaycanda hər gün istifadə etdiyimiz adi krant suyundan da ucuzdur. Soydaşımız həmin vaxt kiçik riyazi hesablama aparandan sonra belə demişdi: "Sizin pulla ayda 6 manat ödəməklə 30 saat şəbəkədaxili, 25 saat isə şəbəkəxarici danışıq limiti əldə edirik".

Telefon mənimçün qısa ünsiyyət vasitəsidir. Bu qayda həm mobil, həm də ev telefonları üçün keçərlidir. Buna görə də Azərbaycanda mobil rabitə xərclərinin ucuz və ya baha olması məni heç vaxt narahat etməyib. Mən həmişə canlı ünsiyyətə maraq göstərmişəm.

Bir neçə ay əvvəl "Bakcell" nömrəsi almışdım. Əvvəldən "Azercell" abunəçisi olduğum üçün yeni nömrəmi heç kimə vermədim. Həmin nömrənin indi rəfdə hansı kitabın arasında olduğunu heç cür xatırlaya bilmirəm...

İyul ayının 1-də dostlarımdan biri mənə "Nar" nömrəsi hədiyyə etdi. Dərhal da izahat verdi: "Şəbəkədaxili zənglərin dəqiqəsi 1 qəpikdir. Amma şəbəkəxarici zənglərin hər dəqiqəsi üçün 4 qəpik çıxılacaq. Bayramlarda, əlamətdar günlərdə şirkətin hədiyyəsi də olacaq".

Telefonum 2 nömrə daşımağa qadir olduğu üçün həmin gündən "Azercell"ə yanaşı, həm də "Nar Mobile" abunəçisi oldum. Özümün 5-10 manat irəli düşməyimi qoyaq bir tərəfə, "Nar" abunəçisi olan dostlarımın canı dincəlib. Onlar ehtiyac olanda məni arayıb, ürəkləri istədikləri qədər danışa bilirlər. Bəzən çaşıb, "Azercell" nömrəsi ilə digər mobil operatorların abunəçisi olan dostlarıma zəng vururam. Ağzımı açmağa macal tapmamış balansımdan 14 qəpik silinir. Bunun adı soyğunçuluqdur! Bilirəm ki, Rabitə və İnformasiya Texnologiyaları Nazirliyi şəbəkəxarici zənglərin qiymətini aşağı salmaq üçün dəfələrlə "Azercell"ə müraciət etsə də, bu günə kimi heç bir nəticə əldə olunmayıb.

On beş ildi ki, "Azercell" abunəçisiyəm. Amma son vaxtlar nəinki digər mobil operatorların abunəçilərinə, hətta "Azercell" abunəçilərinə də "Nar" nömrəmdən zəng vururam. Telefonumuzda "Azercell" nömrəsi ola-ola bu şirkətin abunəçilərinə digər mobil operatordan zəng vururuqsa, bunun adı biabırçılıqdır. Özünə hörmət edən heç bir şirkət bu rəzilliyə dözməməlidir.

"Azercell" nömrəmdən vurduğum zənglərin sayını son vaxtlar xeyli azaltmışam. Belə getsə, tezliklə "Azercell" abunəçisi olmaqdan imtina edəcəyəm. Məncə, "Azercell"i qiymətləri aşağı salmağa yalnız bu yolla məcbur edə bilərik...

Seymur Verdizadə


Etiket:

Strategiya.az

Xəbərlər
24.01.2019

Karateçilərimiz "Paris Open" turnirində güclərini sınayacaq

24.01.2019

Atəşkəs 26 dəfə pozulub

24.01.2019

Qrenlandiyada buz təbəqəsinin sürətlə əriməsi təbii fəlakətlərə səbəb olacaq

24.01.2019

Mərziyə Haşemi sərbəst buraxılıb

24.01.2019

Ağstafada sərnişin avtobusu yanıb

24.01.2019

Məktəblərdə növbədənkənar tətillər başlayıb

24.01.2019

Bakıda yaşayış binasında yanğın 

24.01.2019

Sammit Rusiyada keçiriləcək

23.01.2019

İki rayonun polis şöbəsində kadr dəyişiklikləri olub

23.01.2019

“İlham Əliyev. İnkişaf - məqsədimizdir” çoxcildliyinin 76-cı kitabı çapdan çıxıb

23.01.2019

Həsən Ruhani: Neftimizi satmaq üçün müxtəlif yollar axtarırıq

23.01.2019

İraqın şimalında 21 terrorçu zərərsizləşdirilib

23.01.2019

Tərtərdə həmyerlisini bıçaqlayan şəxs saxlanılıb

23.01.2019

Daha 300 məcburi köçkün ailəsinə ev verildi

23.01.2019

Mingəçevirdə əl qumbaraları tapılıb

23.01.2019

Gürcüstanda qrip virusu daha iki nəfərin həyatına son qoyub

23.01.2019

Bakıda 134 işıqfor vahid mərkəzdən idarə olunur

23.01.2019

“Məxməri inqilab”ın birinci mərhələsi: Ermənistan dalanda

23.01.2019

Yaxın saatlarda liderlərin görüşü start götürəcək

23.01.2019

Dolların sabaha olan məzənnəsi açıqlandı

23.01.2019

Yakutiyada keçirilən Beynəlxalq konfransda Yasamal rayon M.Ş.Vazeh adına Mərkəzi Kitabxanasının iştirakı gözlənilir

23.01.2019

Qazaxıstanın adı dəyişdirilə bilər

23.01.2019

Bakıda itkin düşən yeniyetmə tapıldı - 2 həftə küçələrdə qalıb

23.01.2019

Məktəbdən oğurluq olub

23.01.2019

İrandan Azərbaycana narkotik və psixotrop maddə keçirmək istəyən şəxslər saxlanılıb

23.01.2019

Azərbaycanda yanvarın 24-nə gözlənilən hava proqnozu açıqlanıb

23.01.2019

Milli valyutadakı əmanətlər 32,2 faiz artıb

23.01.2019

Prezident İlham Əliyev “Suez Group”un beynəlxalq inkişaf üzrə icraçı vitse-prezidenti ilə görüşüb

23.01.2019

AzTV-də kadr islahatına və audit yoxlamalara başlanılıb

23.01.2019

Respublika fənn olimpiadalarının ilk mərhələsi keçiriləcək

23.01.2019

Neft quyusunun borusunu oğurlamaq istəyən 3 nəfər saxlanılıb

23.01.2019

Prezident İlham Əliyevin “The Boston Consulting Group” şirkətinin prezidenti ilə görüşü olub

23.01.2019

Vakant vəzifələrə müsabiqə elanı

23.01.2019

Sülhməramlıların bir qrupu Əfqanıstana yola salındı

23.01.2019

Cinayət törətməkdə şübhəli bilinən 30 nəfər saxlanılıb

23.01.2019

Şahtaxtı-Poldəşt sərhəd-keçid məntəqəsinin iş saatı artırılıb

23.01.2019

Novruz Məmmədov bu qərarları ləğv etdi

23.01.2019

“Qoyya” baleti nümayiş ediləcək

23.01.2019

Dövlət qulluğuna qəbulla bağlı yanvarın 27-də imtahan keçiriləcək

23.01.2019

Birjalarda neftin qiyməti

23.01.2019

Prezident İlham Əliyev: Biz böyük enerji şirkətlərini Azərbaycana sərmayə yatırmaq üçün cəlb etdiyimizə görə çox böyük tərəqqiyə nail olmuşuq

23.01.2019

Azərbaycan nefti yenidən ucuzlaşdı

23.01.2019

Yunanıstanlı yarımmüdafiəçi "Neftçi"də

23.01.2019

Atəşkəs 29 dəfə pozulub

23.01.2019

Yanvarın 23-də xarici valyutaların manata qarşı məzənnələri

23.01.2019

Bakıda taxta bazarında baş verən yanğın söndürülüb

23.01.2019

Əlverişsiz hava şəraiti Biləsuvar və Cəlilabadda nəqliyyatın hərəkətini çətinləşdirib
 

23.01.2019

Goranboyda Alban kilsəsindən  nə tapıldı?

23.01.2019

Dövlət İmtahan Mərkəzi şagirdlər üçün faydalı layihəyə başlayıb 

23.01.2019

Şərur sakinindən narkotik götürülüb