Yazılara  şərh  lazımdırmı?

09:15 / 07.01.2019

Nazim Nəsrəddinov

Azərbaycan Respublikasının əməkdar müəllimi

Professorlar mənim şərhlərimi də oxuyurlarmış....
və yaxud
Yazılara  şərh  lazımdırmı?


Qiyabi tanıdığım Facebook dostlarımdan biri ilə televiziyaların birində dil haqqında çəkiəcək verilişlərin birində foyedə rastlaşdım.  Etika xatirinə uzaqdan başımızla salamlaşdıq. Necə deyərlər, aramızda məsafə saxladıq. Mən fikirləşdim ki, professor adamdır, onunla mənim nə işim var. O isə yaxından tanıdığı adamlarla səmimi görüşədən sonra mənə də yaxınlaşdı. Əl-ələ görüşdü. Dediyi ilk sözlər bu oldu: "Şərhlərinizi  oxuyuram. Yaxşıdır". Doğrusu, bir az pərt oldum: "Məqalələrimi oxumur, şərhlərimi oxuyur ". Bir az söhbət edəndən sonra hiss etdim ki, professor  nə danışığını bilir. Bəzən şərhlərdəki fikir, yazıdakı fikrə qüvvət verir, onu aydınlaşdırır.
Yadıma A.S.Puşkin haqqında rus tənqidçilərinin birinin fikri düşdü. Adını unutduğum tənqidçinin fikrinə görə, görkəmli rus tənqidçisi Belinskinin yazılarını oxuyanlar A.S.Puşkini daha yaxşı başa düşürlərmiş. 
...Bir dəfə dostlarımdan birinin  M.Ə.Rəsulzadə haqqında bir yazısını oxudum.Yaxşı yazı idi.Lakin o, M.Ə.Rəsulzadı ilə XX əsrin məşhur türk şairi YURDAQULun şeirlərini   dəyişik salmışdı.Mən bilirdim ki,o,  bütün məqalələrini tez bir zamanda kitab şəklində öz oxucularına çatdıra bilir.İstəmədim ki,  yazıdakı səhv kitaba da düşsün.Odur ki,  kişik bir şərh yazdım.Müəllifi başa saldım ki, diqqətli olsun.O da,deyəsən,  başa düşdü.Yazının davamında səhvini düzəltdi, lakin mənə zəng eləmək yadına düşmədi.Hər halda səhv düzəldi.  Yaxşı bir münasibətlə yaazılan daha bir şərh.
Dostlarımızdan biri sovetlər dağılandan sonra uzun müddət könlü istəmədiyi sahələrdə işləməli oldu.Amma o, yaradıcı işlə məşğul olmaq istəyirdi.Təklif olunan işlərə uyğun SV-si yox idi. Əlacını,  nəhayət k, tapdı, doktorluq dissertasiyası yazmaq fikrinə düşdü. Bacarığı var idi. Yazdı da.  Məqalələrindəki bir neşə sənvi mən düzəltmişdim. O səhvər dissertasiyaya düşsə idi, yəqin ki, heç vaxt doktor ola biməzdi.Bilmirəm,  təzə doktor bunları dərk etdi, yoxsa yox. Hər halda indi o, elmlər  doktorudur. Yəqin ki, akademik də olacaq. Çünki deyilən sözü fəhm edir və nəticə də çıxarır. 

***Ədəbiyyat nəzəriyyəsində indi şərhi janr kimi qabartmırlar. Amma çox nahaq yerə.
Görkəmli ədəbiyyatşünas alimlərin yazdıqları ədəbiyyat dərsliklərində şərhin janr kimi izahına fərqli münasibətlər vardır.


Mən bir vaxtlar şərh kimi yazdığım  bu sözləri başa düşənləri alqışlayıram.

*****************
Nazim Nəsrəddinov
19.12.2013, 13:06

***Şərhimizin şərhi"**
və yaxud unudulmaz Ünsizadələr


Bəzən elə olur ki, kiminsə səhv şərhini izah  edirsən ki, səhvlər tarixə çevrilməsin. Tarixə düşən sərhi düzəltmək çox çətindir.

Sərh - Azərbaycan klassik ədəbiyyatında-filoloji araşdırmalarda aparıcı yer tutan janrlardan biridir.
Bu fikri izah edərkən  xeyli əziyyət çəkdim. Nəhayət ki, məni başa düşənlər tapıldı. Yəqin ki, onlara bu məzmunda olan bir şərhim kömək etmişdir. 

Görkəmli ədəbiyyatşünas alimlərin yazdıqları dərsliklərdə şərhlərin janr səviyyəsində öyrənilməsinə cəhd göstərilsə də, sonralar bu məsələ, demək olar ki, tamamilə unudulmuşdur.
Əlyar Səfərli və Xəlil Yusiflinin IX sinif üçün yazdıqları ədəbiyyat dərsliyinin VII nəşrində oxuyuruq:
"Bağdadda işlədiyi vaxtlarda o, ( Xətib Təbrizi- N.N.) özünün "Əbu Təmmam "Divanı"nın şərhi","Həmasə"nin şərhi","Əl-Müfəddəliyyatın şərhi","Səqt-əzzənd"in şərhi ... və sair əsərlərini yazmışdır". ( bax: Əlyar Səfərli, Xəlil Yusifli. Ədəbiyyat. IX sinif, VII nəşr,  Bakı, "Təhsil" nəşriyyatı, 2003, səh.75).

Bu gün jurnalistikada şərhlərdən, demək olar ki, çox səmərəli istifadə olunur. Bu cəhətdən ölkəmizin bir sıra saytları, eləcə də köşə yazarı olduğum Türkiyənin "Halduncezayirlioğlu" Koleksiyonunun şərhləri diqqəti cəlb edir.

Təəssüf ki, bir sıra universitetlərin jurnalistika fakültəsi diplomantlarına ŞƏRH mövzusunda diplom işi yazmaq, məncə, hələ heç kəsə təklif olunmayıb.

Bu, şox vacibdir.1990-cı ilin əvvəllərində öz təsdiqini rəsmi şəkildə tapmayan Azərbaycan Beynəlxalq Tətbiqi Elmlər Universitetində (Həsən müəllimin universitet ı- N.N.) işləyərkən mən bu məsələni rəhbərliklə məsləhətləşmişdim.
(O vaxtlar indi MƏTBUAT ŞURASININ sədri olan Əflatun Amaşov da burada işləyirdi-N,N.).

Universitet bağlandı, bu mövzu da ancaq xatirələrdə qaldı. Məncə, Mətbuat Şurasının təklifi ilə bu mövzuya qayıtmaq gərəkli görünür. 

Sözümün canı var: biz mətbuat tariximizi, etiraf edək ki, yaxşı bilmirik. Belə ki, tədqiqatçılarımızım çoxu ərəb qrafikalı yazıları oxumağı bacarmır. Mətbuat tariximizdə elə məqamlar var ki, onları bugünkü jurnalistikamıza gətirməliyik.
Bu cəhətdən "Ziya" qəzetinin də, bir sıra aydın niyyətli saytların da  təcrübəsi diqqətlə öyrənilməlidir.
Mən köşə yazarı olduğum bir neçə saytın  ən təəssübkeş şərhçilərindənəm. Heç bir sayt rəhbəri ilə üz-üzə gəlməmişəm. Bəlkə onları görsəm də tanımaram. Hərdən öz-özümə deyirəm ki,köşə yazılarıma qayğı göstərirlər, sağ olsunlar. Şərhlərimə  də səhifələrində yer tapırlar. Hələ ki, məccani işləyirəm.
Amma arada-bərədə yazarların yazılarına da qiymət verilməlidir ki, umu-küsü olmasın.
Mənim  bəzi şərhlərim bəzən şərh etdiyim yazıdan ətraflı olur.
Təəssüf ki, bu şərhləri oxuyanlar, deyəsən, azdır .... İndi əksər oxucular bir neçə cümləlik yazılarıdaha çox oxuyurlar. Amma hər hlda bir sıra məsələlərdə mənim fikirlərimlə razılaşan professor və akademik FACEBOOK dostlarım da var.Doğrudur,onların bəzisi mənim səviyyəmə enmək istəmirlər. Onların bəzilərinin o qədər akademik əlçalam=nları var ki...
Mən də hər akademikin səviyyəsinə qalxmıram. Çünki məni başa düşənlər, ancaq qələm çalmaq istəməyən o qədər nüktədan dostlarım  var ki...

Mətbuat tariximizə də, dərslik tariximizə də, məktəb tariximizə də yazdığım məqalə və şərhlərin az oxunması və ya diqqətdən kənarda qalması mənə çox təəccüblü görünür.


"Azərbaycan məktəbi" jurnalında məsul katib işləyəndə mən onlarla akademikin,professorun yazısını redaktə  etmişəm.  Hətta yeri düşəndə onlara bilmədikləri və ya unutduqları nəsnələri də izah etmişəm...


"Azərbaycan məktəbi" jurnalı -mənim təcrübə məktəbim, onun redaktoru hörmətli dosent, Azərbaycan Respublikasının  əməkdar müəllimi Nəcəf Nəcəfov mənim mətbuat tarixi müəllimim olub. "Azərbaycan məktəbi"  jurnalında, eləcə də Təhsil Nazirliyinin digər mətbu orqanlrında- "Kurikulum" və  "Sənətkar" jurnallarında,  "Təhsil probleməri" qəzetində  pedaqoji mətbuata, mətbuat  və məktəb tarixinə,ədəbi əlaqələrə, uşaq mətbuatına  aid yazılarım, çox təəssüf ki, müvafiq elmi qurumların  düqqət mərkəzindən kənarda qalıb.
 
Amma mən yazıram.Başa düşənlər üçün yazıram.Səhvləri düzəltmək üçün yazıram ..
Mən bəzi şərhlərimi unutqanlar üçün yazıram.

Mən hər dəfə mətbuat tarixinə aid yazılarda "Ziya" qəzetinin adını axtarır,onun yaradıcısı olan  görkəmli pedaqoq, naşir,pedaqoji mətbuat xadimi,  bir neçə dərslik və pedaqoji risalələr müəllifi  Hacı Səid Əfəndi  Ünsizadəyə layiq olduğu qiyməti görmək istəyirəm..Təəssüf ki,Səid Ünsizadə  mətbuat tariximizin maraqlı səhifələri haqqında danışılan yazılarda da tək-tək hallarda görünür.İlk pedaqoji mətbuatımız hesab etdiyimiz  "Ziya" qəzetinin yeri də  rəyasətdən kənarda qalıb. 
Bir dəfə  Mətbuat Şurasının "Milli mətbuatımız,istiqlal yolumuz" silsiləsindən filmlərin çəkilişi " layihəsi toplantısı haqqında informasiyanı həvəslə oxumağa başlayanda da  təəssüfləndim.Burada da 12 qələm əhlinin cərgəsində "Ziya" qəzetinin və "Kəşkül" jurnalının və "Kəşkül" qəzetinin redaktor və naşirlərinin adını
görmədikdə ,əlbəttə, çox  narahat oldum.
Onları gələcəkdə daha yaxşı işləməyə səsləmək üçün  şərhimdə maraqlı bir xatırlama verdim.

Səid Ünsizadənin (1825, Şamaxı- 1905,İstanbul) adı - ümummilli liderimiz Heydər Əliyevin 18 iyun 2001-ci il tarixdə imzaladığı
"Dövlət dilinin tətbiqi işinin təkmilləşdirilməsi haqqında"
Fərmanda Mirzə Kazım bəy Mirzə Şəfi Vazeh, Seyid Əzim Şirvani, Aleksey Osipoviç Çernyayevski, Mirzə Əbülhəsən bəy Vəzirov, Rəşid bəy Əfəndiyev, Sultan Məcid Qənizadə, Məmmədtağı Sidqi, Nəriman Nərimanov, Üzeyir bəy Hacıbəyov,Abdulla Şaiq ilə bir cərgədə- 12 nəfərin cərgəsində-7-ci yerdə çəkilir.
Səid Ünsizadənin və onun kiçik qardaşı Cəlal Ünsizadənin mətbuatımzın və mətbuat dilimizin, dərslik tariximizin inkişafında həddindən artıq rolu vardır. S.Ünsizadənin "Ziya" qəzeti və "Ziya" mətbəəsi İsmayıl bəy Qaspralının təcrübə məktəbi olmuşdur. İ.Qaspralının "Tərcüman"dan əvvəlki kiçik həcmlı jurnalları "Ziya" mətbəəsində çap olunmuşdur.
İ.Qaspralı Səid Ünsizadədən çox nəsnələri öyrənmişdir. İ.Qaspıralı "Tonğuc" jurnalında da,"Ziya" qəzetinə göndərdiyi məktublarda da bunu dönə-dönə etiraf etmişdir.
Nəticə. 2014-cü il yanvarın 22-də S.Ünsizadənin "Ziya" qəzetinin ilk nömrəsinin çapdan çıxmasının 135 yaşı ( beş il əvvəlin söhbətidir-N.N.) tamam olur. Gəlin Səid Ünsizadəyə ümummilli liderimiz Heyər Əliyevin verdiyi yüksək qiyməti yadımızdan çıxarmayaq.
Nə isə...

Nazim Nəsrəddinov,
Azərbaycan Respublikasının əməkdar müəllimi,
Azərbaycan Respublikasının Sərəncamı ilə keçirilən 
ƏN YAXŞI MÜƏLLİM müsabiqəsinin qalibi.
Bakı, 19.12.2013-cü il. s.13:09.

P.S. Demək istəmədiyi sözlərin yerində "NƏ İSƏ"dən istifadə etmək Səid Ünsizadənin üslubudur.
Nazim Nəsrəddinov.

26.01.2014, 19:05

Bir həftənin etirafı
Mən bəzən əvvəlki şərhlərimdə buraılan səhvlərimi etiraf etməyi bacarıram.
Şərhlərimn birində  "Ziya" qəzetinin ilk nömrəsinin 25 yanvar 1879-cu ildə çıxdığını yazmışdım. Sonrakı tədqiqatlar, incələmələr və dəqiqləşdirmələr göstərdi ki,"Ziya" qəzetinin ilk nömrəsi 22 yanvar 1879-cu ilə aiddir.

"Ziya"nın aşkarda olan ilk nömrəsi 08.02.1879-cu ildə pəncşənbə günü çıxan 3-cü nömrədir. Proqram xarakterli bu nömrənin baş məqaləsi "Oxumaq və yazmaq barəsində bir neçə söz" adlanır.
"Ziya"nın ikinci sənəsinin ( ilinin-N.N.) 1-ci nömrəsi 1879-cu il dekabrın 6-da çıxmışdır Bir sıra tədqiqatçılar məsələdən hali olmadıqları üçün bu nömrəni "Ziya" qəzetinin nəşrə başladığı ilin ilk nömrəsi hesab edirlər.
Bu, yanlışlıq sonrakı tədqiqatlarda mütləq və mütləq nəzərə alınmalıdır. Necə deyərlər, deyilən söz tarixdə yanlışlıq kimi də qala bilər.
"Ziya"nın 6 dekab1879-cu il tarixli nömrəsinin mündəricatı belədir:
* Məbaddi-mündəricat*(maddələr mündəricatı-N.N.) *Teleqrafnamələr *Məmləkət əhvalatı *Məskudan bir məktub ( bu məktub paytaxt qəzetlərinin birnin - "...BEDOMOSTİ" qəzetinin 296-cı nömrəsində dərc olunmuş iri həcmli bir xəbərin tərcüməsidir. Onu redaksiyaya "25 mah noyabr 1879-cu il" qeydləri ilə Moskvadan ƏLİSƏFA adlı bir oxucu göndərib. Bu yazı tərcümə sənətkarlığını öyrənmək baxımından maraqlı görünür. "Ziya" qəzeti tərcümə adı ilə bəzən Ezop maneralı yazılar yazmağın ustasıdır. Mən elmi yazılarımın birində bundan ətraflı söz açmışam -N.N.). * Paytaxt qəzetələrinin tazə xəbərləri * Elan


Nazim müəllim
26.01.2014 s.19:07.

 

Şərh yaz...(Bu,Facebook əmridir-N.N.)
P.S.Təəsüf ki o vaxtlar bu şərhə şərh yazan olmadı. Ya oxumadılar, ya da şərhi əməmiyyətli bir janr hesab etmədilər.

_____________________________________________
Ad və Soyadınız E-mail ünvanınız Şərh mətni
______________________________________________
Du...DU...Du....Du....
______________________________________________
Şərh yoxdur.Deməli,münasibət də yoxdur..



Strategiya.az

Xəbərlər
19.03.2019

Ermənistanda saxlanılan Qazax sakini ilə bağlı məlumat

19.03.2019

Nursultan Nazarbayev istefa verib

19.03.2019

Sabunçu sakininin evində narkotik aşkarlanıb

19.03.2019

Dünyanın ən bahalı şəhərlərinin adları açıqlanıb

19.03.2019

ABŞ prezidentliyinə namizəd Beto O’Rurk ilk 24 saat ərzində 6,1 milyon dollardan artıq vəsait toplayıb

19.03.2019

AFFA üç klubu cərimələdi - Deviçə bir oyunluq cəza

19.03.2019

Bakıda əcnəbi vətəndaşın pulunu oğurlayan qadın saxlanılıb

19.03.2019

Novruz qarı: Ləzədə 17, Qırızda 11 santimetr

19.03.2019

Ləzədə 17, Qırızda 11 santimetr

19.03.2019

Bakıda əcnəbi vətəndaşın pulunu oğurlayan qadın saxlanılıb

19.03.2019

Avstraliyanın Baş naziri G20 liderlərini sosial şəbəkələrə nəzarəti gücləndirməyə çağırıb

19.03.2019

Elxan Süleymanov şamaxılı Qarabağ şəhidlərinin ailələrini Novruz münasibətilə təbrik etdi

19.03.2019

Yaz fəsli Azərbaycana martın 21-i saat 01.58-də daxil olacaq

19.03.2019

ETSN: Qızılğac Milli Parkında 3000-4000 flaminqo qışlayır

19.03.2019

Bayram günü hava yağışlı və qarlı olacaq

19.03.2019

Varan "Real"dan ayrılmaq istəyir

19.03.2019

Əli Həsənov: Bob Woodwardın "Fear: Trump in the White House" kitabında yayılan məlumat yalan və saxtadır

19.03.2019

Akademik Nərgiz Paşayeva Oksford Universitetiniin Bodleyn Kitabxanasının banisinin şərəfinə təşkil olunan təntənəli tədbirdə iştirak edib

19.03.2019

Bakıda yeniyetmə qızı döyən Ağstafa sakini saxlanılıb

19.03.2019

Sumqayıtda faciə: Kişi daşların altında qalaraq öldü

19.03.2019

"Arsenal" Suaresi "Barselona"ya qaytarır

19.03.2019

Bakıda avtomobillərdən oğurluq edənlər saxlanılıblar

19.03.2019

Şahmat üzrə Avropa çempionatının ikinci turunun oyunları keçirilir

19.03.2019

Gürcüstandan Azərbaycana qanunsuz yolla gətirilən spirtli içkilər və siqaretlər aşkarlanıb

19.03.2019

Türkiyə sahillərində 54 qaçqın saxlanılıb

19.03.2019

Prezident İlham Əliyev və birinci xanım Mehriban Əliyeva Novruz bayramı münasibətilə ümumxalq şənliyində iştirak edirlər

19.03.2019

Mərkəzi Bank 350 milyon manat cəlb edir

19.03.2019

Baş Prokurorluğunun Mətbuat Xidmətində kadr dəyişikliyi olub

19.03.2019

Cinayət törətməkdə şübhəli bilinən 39 nəfər saxlanılıb

19.03.2019

Yeni informasiya dövründə ənənəvi mətbuat və yeni media: perspektiv hansı sahədə olacaq?

19.03.2019

Keyfiyyətsiz və saxta dərman gətirənlərin işi çətinləşir

19.03.2019

Zakir Həsənov Azərbaycan Ordusunun şəxsi heyətini təbrik edib

19.03.2019

Daşınmaz əmlakla bağlı dövlət reyestrindən çıxarışlar yalnız elektron qaydada veriləcək

19.03.2019

Silsilə oğurluq edən əvvəllər məhkum olunmuş şəxslər saxlanılıb

19.03.2019

"Real"ın Hazard üçün təklifi rədd edildi

19.03.2019

Atəşkəs 21 dəfə pozulub

19.03.2019

I sinfə sənəd qəbulu sistemi bayram günlərində işləməyəcək

19.03.2019

Martın 19-da xarici valyutaların manata qarşı məzənnələri

19.03.2019

Bakıda bir sıra yollarda avtomobillərin hərəkət istiqaməti dəyişdirilib

19.03.2019

Dembele və Menye Rusiyaya qarşı oynamayacaq

19.03.2019

Azərbaycan ədəbiyyatında işlənmiş alınma lirik şeir janrlarından biri-sonet

19.03.2019

BÖHRAN ŞƏRAİTİNDƏ SIĞORTA ŞİRKƏTLƏRİNİN MALİYYƏ SABİTLİYİNİN TƏMİN EDİLMƏSİ STRATEGİYASI

19.03.2019

Ordubad rayonunun tunc və ilk dəmir dövrü arxeoloji abidələrinə həsr edilən tədqiqat əsəri nəşr olunub

19.03.2019

Əlcəzair hava məkanında “Boeing 737 MAX” təyyarələrinin uçuşuna qadağa qoyub

19.03.2019

“Osmanlı imperiyasında erməni məsələsi problemi”

19.03.2019

Bakıda bu qəbiristanlıqlar zibilxanaya çevrilib - VİDEO

19.03.2019

Qaxda reyd keçirilib - VİDEO

19.03.2019

Dünyanın ən təhlükəsiz ölkəsi

19.03.2019

 “Laçında xalq oyunları və meydan tamaşaları”   

19.03.2019

Bu gün ilaxır – Torpaq çərşənbəsidir