S.Ə.Şirvaninin "Ziya" qəzetinə verdiyi ilk qiymət

09:57 / 18.01.2019

S.Ə.Şirvaninin "Ziya" qəzetinə verdiyi ilk qiymət və ya yenə də söz içində deyilən söz-nüktədanlıq....

"ZİYA" qəzetinə

İlahi, bu "Ziya" afaq ara gün tək ziyalənsin! Ziyai-tələtindən dideyi-aləm cilalənsin! Ona bani olan Haci Səidin kövkəbi-bəxti Səadət mətləindən zahir olsun, incilalənsin, İlahi, aləm içrə canişini -mülki-Qafqazın, Ədalət məsnədində yüz min il ömrü bəqalənsin. Qəzet bir hüdhüdi-ziba, qəzetxanlar Süleymandır, Yetib Bülqeysi- mənayə gərək onlar Səbalənsin. Qezetdir peyki-ruhani ki, söylər sirri-pünhani Nə lazım peyki-həq künci-xəfadə ixtitalənsin. Bu kari-xeyrə kim, bir paktiynət eyləyib iqdam, Gərək millət qıla himmət ki, ta mətləb ədalənsin. Məsəldir söyləyib aqil ki, tək əldən səda çıxmaz, Gərəkdir el-ələ vermək ki ta ol əl sədalənsin. Çıxan dəm ceybi-qeybi-məşriq-lareybdən ol əl, Yədi-Musa kimi ecaz üçün beyzanümalənsin. Təəssübdən uzaq olmaz, ianət vəqtidir, canım, Bilib əhvali-afaqı gərək millət səfalənsin. Həqiqət, yaxşı söz hər kəsdən olsa yaxşıdır, billah, Təəssüb əhli bu rəmzi-hədisə iktifalənsin. "Və la-tənzür ila mən qalə"yə qılsın nəzər hasid – Ki, ta "Vənzur ila məqalə"dən çeşmi ziyalənsin. Məhəbbət-töxmin ək sinəndə, ta versın səmər rahət, Fəzüət nəxlinə rəşk etmə, qoy nəşvü nümalənsin. Miləl beynində bir rəftar qıl qanuni-hikmətlə - Ki, ta biganələr görsün kəmalın, aşinalənsin. İlahi, bu qəzetdən şad eylə əhli-afaqı, Zəri-məskuki-dövlət tək rəvacında rəvalənsin. Ziyası çün onun xurşidi-bürci-Rusiyətdəndir, Onun təhtəş-şüaində qalıb "Əxtər" sühalənsin. Qəzet təbində məzun eyleyib bir əhli-idraki – Ki, ta pəndin görüb əhli-məarif iqtidalənsin.... Bu işlər dövləti-Rusiyyənin ədlilə naşidir, Xudavənda, bu dövlət günbəgündən etilalənsin.

O şahənşahi-adil, imperaturi-müəzzəm kim. Hümayi-səltənətdir zillinə dəhr ilticalənsin. Bizə bu izndən bihəd fəvaidlər ki, hasildir, Yetişməz intəhayə gər yazam dəhr intahalənsin. İlahi, seyyidin qıl bu duasın sən icabət kim, "Ziya" gün tək ziyalənsin, cahanə müncəlalənsin!

*******

Şeir İlk dəfə "Ziya" qəzetinin 01.03.1879-cu il tarixli

6-cı nömrəsində çap olunub,

sonralar isə şairin bütün seçilmiş əsərlərnin bütün nəşrlərində oxuculara çatdırılıb.

40 misralıq bu şeir yazılması barədə heç bir izahat verilmədən Seyid Əzim Şirvaninin latın qrafikalı

Seçilmiş Əsərlərinin II cildinin ilk nəşririnə də yol tapmışdır.Şeir nəzm ölçüsünə görə

20 beytdir.Qafiyələnməsi aa,ba,da,ea....şəklindədir.Müəllifin adı sonuncu beytdədir. (Bu fikri ona görə vurğulayıram ki,S.Ə.Şirvaninin bəzi qəsidələrində müəllifin adı sonuncu beytdə yox,ondan əvvəlki beytdə verilir).

S.Ə.Şivanuinin məzkur-haqqında danışılan şeiri tərif və öymə məzmunludur.Janrına görə

qəsidənin mədhiyyə məzmunlu şəklindədir.

Seyid Əzim Şirvani şeirini Allaha müraciət şəklində ,ona xitabən başlamışdır:

İlahi, bu "Ziya" afaq ara gün tək ziyalənsin! Ziyai-tələtindən dideyi-aləm cilalənsin!

Şair "Ziya" qəzetinin tülu etməsini alqışlayır, onun aləmin gözünüişıqlandlracağına inanır.

Seyid Əzim qəzetin banisi Hacı Səid Əfəndi Ünsizadənin (1825,şamaxı-1905,İstanbul) bəxt ulduzunun daha da işıqlannmasını arzulayır.Bu arzuların cərgəsində Qafqaz canişinini də unutdulmur:

Ona bani olan Haci Səidin kövkəbi-bəxti Səadət mətləindən zahir olsun, incilalənsin, İlahi, aləm içrə canişini -mülki-Qafqazın, Ədalət məsnədində yüz min il ömrü bəqalənsin.

Qəsidönin sonrakı misralarında şair əvvəllər yazdığı bir şeirdəki "Qəzet nədir?" sualına yenidən cavab verir:

Qəzet bir hüdhüdi-ziba, qəzetxanlar Süleymandır, Yetib Bülqeysi- mənayə gərək onlar Səbalənsin. Qezetdir peyki-ruhani ki, söylər sirri-pünhani Nə lazım peyki-həq künci-xəfadə ixtitalənsin.

Bu misralar S.Ə.Şirvaninin "Əkinçi" qəzetinin 1877-ci ildəki 18-ci nömrəsində çap edilmiş "Qəzet nədir?" məsnəvisindəki ideyaların davamı kimi səslənir.

Hamı millətdə var qəzetlər çox,

Demə kim,bunda hiç faidə yox.

Qəzetin çoxdu xəlqə mənfəəti...

Nə bilir kim ki,yoxdur mərifəti...

S.Ə.Şirvani Ziyadakı qəsidəsində mətbu sözün cəmiyyətdəki rolunu yüksək qiymətləndirərək,

abunə işində meydana çıxan çətinlikləri aradan qaldırmaqdan ötrü oxuciları əlbirliyə və dilbirliyə çağırır:

Bu kari-xeyrə kim, bir paktiynət eyləyib iqdam, Gərək millət qıla himmət ki, ta mətləb ədalənsin. Məsəldir söyləyib aqil ki, tək əldən səda çıxmaz, Gərəkdir el-ələ vermək ki ta ol əl sədalənsin. Çıxan dəm ceybi-qeybi-məşriq-lareybdən ol əl, Yədi-Musa kimi ecaz üçün beyzanümalənsin.

Şair qəsidənin sonuncu beytində də Allaha müraciətlə dediyi sözlərin içində mətbuatın rolunu bir daha xatırladır,duasının müstəcəb olmasını arzulayır:

İlahi, seyyidin qıl bu duasın sən icabət kim, "Ziya" gün tək ziyalənsin, cahanə müncəlalənsin!

 


Etiket:

Strategiya.az

Xəbərlər
25.08.2019

“Avro 2019”: Voleybol üzrə Azərbaycan millisi Hollandiya yığması ilə qarşılaşıb

25.08.2019

Türkiyə ordusu İraqın şimalında üç şəhid verib
 

25.08.2019

Türkiyə təhlükəsizlik qüvvələri 24 terrorçunu məhv edib

25.08.2019

Sabahın hava proqnozu açıqlanıb

25.08.2019

Xaçmazda 2 nəfər bıçaqlanıb

25.08.2019

Oğuzda dağlıq ərazidə meşə yanır - 2 helikopter və təyyarə cəlb edilib

25.08.2019

Atəşkəs iriçaplı pulemyotlarla 21 dəfə pozulub

25.08.2019

“WordPress”in avtomatik yenilənmə siyasəti barədəXƏBƏRDARLIQ

25.08.2019

Şamaxıda yanğın olub

25.08.2019

Azərbaycandan Həcc ziyarətinə gedən zəvvarların sonuncu qrupu bu gün Vətənə dönəcək

25.08.2019

“Nur” şadlıq sarayında baş verən yanğın söndürülüb

25.08.2019

Çin lideri orduya döyüş hazırlığını yüksəltməyi tapşırıb

25.08.2019

"OPEC+" formatı: Azərbaycanın enerji siyasətinin növbəti uğuru

25.08.2019

“Qarabağ” – “Linfild” oyununun hakim təyinatları açıqlanıb

25.08.2019

Batmaq təhlükəsi ilə üzləşən iki nəfər xilas olunub

24.08.2019

Putin-Makron: Rusiya ilə Aİ münasibətlərinin ziddiyyətləri azalmır

24.08.2019

Avropa İttifaqı Amazonda yanğınların söndürülməsinə köməyini təklif edib

24.08.2019

Şamaxıda "Toyota"nın vurduğu piyada xəstəxanada öldü

24.08.2019

İran yeni raketini sınaqdan keçirib

24.08.2019

Bakıda narkobaronlara qarşı xüsusi əməliyyat - "Bibixanım" saxlanıldı (FOTO)

24.08.2019

Bazar gününə olan hava proqnozu

24.08.2019

Prezident İlham Əliyev İslam Əməkdaşlıq Təşkilatının Baş katibini qəbul edib

24.08.2019

Xərə Zirə adasının palçıq vulkanı elementləri tədqiq edilib

24.08.2019

Azərbaycan millisi İsrail, Ukrayna və Latviya yığmaları ilə qarşılaşacaq

24.08.2019

Bakıda iki nəfər 18 manata görə bir nəfəri döydü - Polis isə...

24.08.2019

“Soyuz MS-14” Beynəlxalq Kosmik Stansiyaya birləşə bilməyib

24.08.2019

Şəkidə dağlıq ərazidə baş verən yanğın söndürülüb

24.08.2019

Neftin qiyməti ucuzlaşıb

24.08.2019

Moskva aeroportlarında 40-dan çox reys təxirə salınıb və ya ləğv edilib

24.08.2019

Kiçikhəcmli gəmilərin təhlükəsiz istismarı diqqət mərkəzində saxlanılır

24.08.2019

8 min manata yaxın pul və qızıl əşyalar oğurlayan Masallı sakini ələ keçdi

24.08.2019

Donald Tramp Çin mallarının idxal tariflərini yenidən qaldırıb

24.08.2019

Hirkan Milli Parkında yanğın tam söndürülüb

24.08.2019

İstirahət günlərində hava necə olacaq?

24.08.2019

Xəzər dənizində zəlzələ baş verib

24.08.2019

Atəşkəs snayper tüfənglərlə 19 dəfə pozulub

23.08.2019

Moskvada Putin və Ərdoğan arasında danışıqlar keçiriləcək

23.08.2019

"İnterpol" narkotik alverçisi olan azərbaycanlı barədə axtarış elan etdi

23.08.2019

Azərbaycanda bu məhsulların QİYMƏTLƏRİ ucuzlaşdı - SİYAHI

23.08.2019

Mərkəzi Bank depozit hərracı keçirəcək - Məbləğ yüz milyon manat

23.08.2019

Göyçayda evdən külli miqdarda pul oğurlanıb

23.08.2019

Şəhriyar Məmmədyarov amerikalı Uesli So ilə qarşılaşacaq

23.08.2019

Azərbaycanın xarici dövlət borcu açıqlanıb

23.08.2019

Mərdəkan körpüsündən avtomobil aşıb

23.08.2019

Rusiyadan gələn maşında 67 ədəd mobil telefon və dərman preparatları aşkarlandı

23.08.2019

Ümumi təhsil müəssisələrində vakansiya seçimi başa çatır

23.08.2019

Ötən gün törədilmiş 32 cinayətin üstü “isti izlər”lə açılıb

23.08.2019

Sabah 40 dərəcə isti olacaq

23.08.2019

Hava hücumundan müdafiə vasitələri döyüş atışları icra edib

23.08.2019

Bəyanat: İşğal olunmuş əzəli Azərbaycan torpaqlarında dini abidələr vandal münasibətlə üzləşib