FETÖ-nün "alman ablası" Avropanı "Azərbaycanın qolları arasından" necə xilas edir? -Taleh Şahsuvarlı yazır

10:36 / 19.01.2019

Avropa Parlamenti nədən Tevton Ordeni sayaq toplandı?

“Biz Avropanı Azərbaycanın və Qazaxstanın qolları arasından xilas etməliyik”.

4 il əvvəl bu bəyanatla Almaniyanın Avropa Parlamentindəki təmsilçilərindən biri olan Rebekka Harms çıxış etmiş və doğrusu, xanım əfəndinin ismi-şərifi də diqqətimi ilk dəfə məhz o vədə cəlb etmişdi.

Açıqlamanın tonundan asanlıqla sezmək olar ki, xanım Harmsın düşüncə sistemində türklərə qarşı aqressiya mövcuddur və bu aqressiya həm də “məzlum erməni xalqına” rəğbətlə müşahidə olunur.

İndi sizinlə birlikdə qısaca bir açıqlama aparsaq görəcəyik ki, Türkiyənin və Azərbaycanın əleyhinə harada bir zəhərli aş hazırlanırsa, Rebekka Harms o qazanın başındadır.

Budur, Türkiyə mətbuatı onu Fətullah Gülən Terror Örgütü mənsublarının “alman ablası” adlandırır və onun tez-tez Türkiyə əleyhinə provakativ çağırışlar müəllifi olmasına diqqət çəkir.

Məlum olduğu kimi, dünən Avropa Parlamenti “Azərbaycanda Mehman Hüseynovu işi” ilə bağlı qətnamə qəbul edib. Heç də təəccübli deyil ki, həmin qətnamənin təşəbbüskarlarından biri məhz həmin Harms, yəni, FETÖ-çülərin alman ablasıdır.

Elə bu başdan deyək ki, Harms özünə əbəs əziyyət verib, üstəlik, Azərbaycan Respublikasının rəsmi və müvafiq qurumlarını məlumatlandırmadan, Milli Məclisə, Xarici işlər nazirliyinə, Azərbaycanın Brüsseldəki diplomatik korpusuna xəbər vermədən, xəlvətcə toplantı keçirərək qətnamə qəbul edənlər də hədər cəfa çəkiblər. Sanki Avropa Parlamentinin deyil, Tevton Ordeninin toplantısı imiş...

Əgər yadınızdadırsa, Avropa Parlamentində 2015-ci ildə də Azərbaycan əleyhinə bir qətnamə qəbul edilmiş və həmin qətnaməyə münasibət bildirən prezident İlham Əliyev belə demişdi: “Bizim üçün, bir prezident kimi mənim üçün Avropa Parlamenti tərəfindən qəbul edilmiş bu qətnamə kağız parçasından başqa bir şey deyil”.

Avropa Parlamentinin yeni qətnaməsi də Azərbaycan üçün fərqli dəyər və məzmun daşımır.

Bununla belə, qətnamə ilə bağlı xeyli sual yaranır.

Əvvəla, Avropa İttifaqının nümayəndələri bu günlərdə həbsxanada Mehman Hüseynova baş çəkmiş, onun aclıq aksiyasının davam etdirmədiyini öz gözləri ilə görmüş və məhbus barədə yayılan şayiələrin gerçəkliyi əks etdirmədiyinə bilavasitə əmin olmuş, heç şübhəsiz, bu barədə öz ölkələrinə və Avropa təsisatlarına da məruzə etmişdilər. Bu qədər dəqiq və açıq məlumatlardan sonra, “Mehman Hüseynovun işi”nin Avropa Parlamentində gündəmə gətirilməsi bəzi ehtimallar yaradır. Bu ehtimalların ən birincisi və ən mühümü budur ki, dekabrın sonlarından başlayan “Mehman Hüseynov şousu” xüsusi bir layihə olub və Avropa Parlamentinin məlum qətnaməsinin qəbul edilməsi də həmin layihədə nəzərdə tutulan addımlardan biri olub. Şou iflasa uğrasa da, layihənin müəllifləri qətnaməni elan etməkdən vaz keçməyiblər.

Bu məqamda başqa bir sual da yaranır: Həmin layihənin əsl müəllifləri, prosesin arxasındakı “xaç ataları” kimlərdir?

Bu suala cavab tapmaq istəyirsinizsə, lütfən aşağıdakı şəkilə diqqətlə baxın, kimi görürsünüz?

Bəli, Corc Soros özüdür ki, var! Yanındakı isə “bizim” Rebekka xanımdır! Bu xanım Corc Sorosun “rəngli inqilablar” dizisində əsas aktrisalardan biridir və onun illər öncə Ukraynanın paytaxtı Kiyevdə oynadlığı rol da hər kəsə bəllidir. Gəlin, bir də məsələnin Azərbaycan cəmiyyətinə hələ tam bəlli olmayan bəzi detallarına da nəzərə salaq.

Mehman Hüseynovun qardaşı Emin qətnamənin qəbul edildiyi səsvermədən az öncə Avropa Parlamentinin üzvlərinə təşvişlə elektron namə yazıb və “Mehman Hüseynov aclıq keçirmir” deyən komissar Malstromun çıxışınının onu “şoka saldığını” ifadə edib. Əcəba, nədir bu "şok"un səbəbi?Malstromun həqiqəti söyləməsimi, yoxsa Mehman Hüseynovun qardaşının təlimatını yerinə yetirməyib aclıq aksiyasını uzatmamasımı? Bəli, Mehman Hüseynovun aqibəti Avropada heç kimi, hətta onun doğmaca qardaşı Emini də maraqlandırmır! Bu qətnamənin çıxarılmasında güdülən əsas maraq Avropa qurumları ilə Azərbaycan arasında gözlənilən yaxınlaşmanın qarşısının alınmasıdır və əsas sual da elə budur: Avropa İttifaqı ilə Azərbaycan arasındakı münasibətlərin korlanması kimə sərf edir?

Heç şübhəsiz, Ermənistana!

Bəli, Qərbdəki erməni lobbisi diqqəti Ermənistanda dekabrda keçirilmiş seçkilərdən yayındırmaq və hədəfə Azərbaycanı gətirmək, Azərbaycanı “Avropa ilə inteqrasiyaya layiq olmayan” bir ölkə kimi təqdim etmək və bununla da Qarabağ danışıqlarında Paşinyana diplomatik “kozır”lar qazandırmaq üçün daha bir dəfə rebekkalardan, xədicələrdən, eminlərdən istifadə etdilər!

Taleh ŞAHSUVARLI


Etiket:

Strategiya.az

Xəbərlər
25.08.2019

“Avro 2019”: Voleybol üzrə Azərbaycan millisi Hollandiya yığması ilə qarşılaşıb

25.08.2019

Türkiyə ordusu İraqın şimalında üç şəhid verib
 

25.08.2019

Türkiyə təhlükəsizlik qüvvələri 24 terrorçunu məhv edib

25.08.2019

Sabahın hava proqnozu açıqlanıb

25.08.2019

Xaçmazda 2 nəfər bıçaqlanıb

25.08.2019

Oğuzda dağlıq ərazidə meşə yanır - 2 helikopter və təyyarə cəlb edilib

25.08.2019

Atəşkəs iriçaplı pulemyotlarla 21 dəfə pozulub

25.08.2019

“WordPress”in avtomatik yenilənmə siyasəti barədəXƏBƏRDARLIQ

25.08.2019

Şamaxıda yanğın olub

25.08.2019

Azərbaycandan Həcc ziyarətinə gedən zəvvarların sonuncu qrupu bu gün Vətənə dönəcək

25.08.2019

“Nur” şadlıq sarayında baş verən yanğın söndürülüb

25.08.2019

Çin lideri orduya döyüş hazırlığını yüksəltməyi tapşırıb

25.08.2019

"OPEC+" formatı: Azərbaycanın enerji siyasətinin növbəti uğuru

25.08.2019

“Qarabağ” – “Linfild” oyununun hakim təyinatları açıqlanıb

25.08.2019

Batmaq təhlükəsi ilə üzləşən iki nəfər xilas olunub

24.08.2019

Putin-Makron: Rusiya ilə Aİ münasibətlərinin ziddiyyətləri azalmır

24.08.2019

Avropa İttifaqı Amazonda yanğınların söndürülməsinə köməyini təklif edib

24.08.2019

Şamaxıda "Toyota"nın vurduğu piyada xəstəxanada öldü

24.08.2019

İran yeni raketini sınaqdan keçirib

24.08.2019

Bakıda narkobaronlara qarşı xüsusi əməliyyat - "Bibixanım" saxlanıldı (FOTO)

24.08.2019

Bazar gününə olan hava proqnozu

24.08.2019

Prezident İlham Əliyev İslam Əməkdaşlıq Təşkilatının Baş katibini qəbul edib

24.08.2019

Xərə Zirə adasının palçıq vulkanı elementləri tədqiq edilib

24.08.2019

Azərbaycan millisi İsrail, Ukrayna və Latviya yığmaları ilə qarşılaşacaq

24.08.2019

Bakıda iki nəfər 18 manata görə bir nəfəri döydü - Polis isə...

24.08.2019

“Soyuz MS-14” Beynəlxalq Kosmik Stansiyaya birləşə bilməyib

24.08.2019

Şəkidə dağlıq ərazidə baş verən yanğın söndürülüb

24.08.2019

Neftin qiyməti ucuzlaşıb

24.08.2019

Moskva aeroportlarında 40-dan çox reys təxirə salınıb və ya ləğv edilib

24.08.2019

Kiçikhəcmli gəmilərin təhlükəsiz istismarı diqqət mərkəzində saxlanılır

24.08.2019

8 min manata yaxın pul və qızıl əşyalar oğurlayan Masallı sakini ələ keçdi

24.08.2019

Donald Tramp Çin mallarının idxal tariflərini yenidən qaldırıb

24.08.2019

Hirkan Milli Parkında yanğın tam söndürülüb

24.08.2019

İstirahət günlərində hava necə olacaq?

24.08.2019

Xəzər dənizində zəlzələ baş verib

24.08.2019

Atəşkəs snayper tüfənglərlə 19 dəfə pozulub

23.08.2019

Moskvada Putin və Ərdoğan arasında danışıqlar keçiriləcək

23.08.2019

"İnterpol" narkotik alverçisi olan azərbaycanlı barədə axtarış elan etdi

23.08.2019

Azərbaycanda bu məhsulların QİYMƏTLƏRİ ucuzlaşdı - SİYAHI

23.08.2019

Mərkəzi Bank depozit hərracı keçirəcək - Məbləğ yüz milyon manat

23.08.2019

Göyçayda evdən külli miqdarda pul oğurlanıb

23.08.2019

Şəhriyar Məmmədyarov amerikalı Uesli So ilə qarşılaşacaq

23.08.2019

Azərbaycanın xarici dövlət borcu açıqlanıb

23.08.2019

Mərdəkan körpüsündən avtomobil aşıb

23.08.2019

Rusiyadan gələn maşında 67 ədəd mobil telefon və dərman preparatları aşkarlandı

23.08.2019

Ümumi təhsil müəssisələrində vakansiya seçimi başa çatır

23.08.2019

Ötən gün törədilmiş 32 cinayətin üstü “isti izlər”lə açılıb

23.08.2019

Sabah 40 dərəcə isti olacaq

23.08.2019

Hava hücumundan müdafiə vasitələri döyüş atışları icra edib

23.08.2019

Bəyanat: İşğal olunmuş əzəli Azərbaycan torpaqlarında dini abidələr vandal münasibətlə üzləşib