Bayram gününün təəssüratı və yaxud Cəlal Ünsizadənin "Ulus"dakı matəm xəbəri

10:12 / 25.01.2019

Nazim Nəsrəddinov

Azərbaycan Respublikasının əməkdar müəllimi

Gənc dostumuz  Zaur Səmədovu -Unsizadəni  hələ üzbəüz görməmişəm. Ancaq rabitə qanunlarını pozaraq, bəzən uzun-uzadı telefonla  söhbətləşirik. Söhbətimizin əsas mövzusu Səid Ünsizadə və onun banisi olduğu "Ziya" ("Ziyayi-Qafqasiyyə") qəzetidir. Yazılarımı oxuduğuna görə, Zaur mənə inanır və mən bilən, bir az da güvənir. Hər ikimiz əslən Şamaxılıyıq, kqmeral təsvirləri araşdırsaq, bəlkə də aralıqda körpü məsələsi də var. 

Zaurun nənəsi  həkim idi; Bakıda köhnə univermağın yanında LEÇKOMİSSİYA adı ilə tanınan poliklinikanın 9-cu kabinetində müalicə həkimi işləyirdi. XIX əsr maarifçilri haqqında silsilə yazılar hazırlayanda  professor dostum  Xeyrulla Məmmədovun məsləhətilə bir dəfə onun hüzuruna getdum. 90-cı illərin söhbətidir. Sən demə, atamın özündən kiçik  dayısı- aptek müdiri işləyən dayısı Şahalının qızı da burada həkim imiş. 

Maraqlı söhbət alındı. Dostların və qohumların söhbəti....

Elmira xanım Ünsizadələr nəslinin təəssübkeşlərindən biri idi. Onda Xəzər Gəmiçilik İdarəsində rəhbər mühəndislik vəzifəsində işləyən qardaşı Ədhəm də, doktor Çingiz də sağ idilər. Doktor Elmira xanım Ünsizadələr nəslinin nəsil şəcərəsi ilə maraqlanan nümayəndəsi idi. Biz onunla Ünsizadələrlə bağlı xeyli söhbət elədik. Doktor mənə məlum olmayan faktlardan söz açdı. Amma hiss edirdim ki, Ünsizadələr hələ də 37-ci ilin qorxusunu hiss edirlər, hər nəsnədən danışmırlar, sözlərini ölçüb-biçirlər. Sonrakı  ünsiyyət günündə Elmira xanım ailə arxivindən mənə bir neçə sənəd göstərdi. Daha sonralar əlaqəmiz kəsildi: onlar GƏNCLİKdəki  evlərindən  başqa yerə köçmüşdülər. Zaur, deyəsən, mənim telefon nömrəmi də nənəsinin arxivindən tapıbmış. Zaur  ana tərəfin maarifpərvər qohumlarının fəallığına o qədər vurğundur ki, onların soyadını da öz  soyadına - Səmədovlara  yanaşdırmışdır. Zaur Ünsizadəlri soraqlaya-soraqlaya Amerikaya getməkarzusunda idi. Mən ona İstanbula  üz tutmağı məsləhət gördüm. Bu barədə Şahalı dayı söz açmışdı. Demişdi ki, İstanbulda Şirvanlılar məhəlləsi var.Bizimkilər oradadır. Onun vəfatından sonra bu məsələnin dəqiqləşdirilməsi çətinləşdi. Axrtarışlara başlasam da, İstanbulda Şirvanlılar məsələsindən xəbər verən  olmadı. Zaur gənc dostlarının köməyi ilə dünyanın bir neçə ölkəsinə soraq göndərdi. Bir gün zəng etdi ki, İstanbulda Səid Əfəndinin qohumlarını tapmışam.Elə sevinirdi ki...

Dedim, tələsmə, eşitdiklərini dəqiqləşdir, mümkünsə,  arxiv materiallarına diqqətlə bax, ailə arxivlərini icazə ilə araşdır. Belə də etdi. İstanbula getdi,Fatih Camiidə  Səid Ünsizadənin qəbrini tapdı. Burada  dəfn olunmaq hər adama müəssər olmur.

 Səid Ünsizadə Zaqafqaziya Əhli-Təsənni İdarəsinin üzvü olmuşdur. O,bir neçə dərslik, müntəxəbat və risalə müəllifidir. "Kəlilə və Dimnə"nin  ( "Hümayünnamə"nin ) tərcüməçisidir. Quranın türk dilində təfsirini yazmışdır. Bütün bunlar, eləcə də  üç dəfə Türkiyənin maarif naziri olmuş Münif Paşa ilə dostluğu Fatih Camiiyə düşməyə imkan  verirdi. Zaur  ziyarət zamanı şəkil çəkdirdi.

O, Bakıya qayıdandan sonra bu şəkillərdən bir neçəsini mənə də göndərdi. Mən Zaurun bu xidmətlərini bütöv bir elmi -tədqiqat institutunun illərlə görə bilmdiyi mühüm bir işin  görülməsi kimi qiymətləndirirəm. Zaur sonralar Səid Ünsizadənin ortancıl qardaşı Cəlal Ünsininn taleyiilə də maraqlandı, onunn  da şəklini tapdı.Mən bu xəbəri eşidəndə çox sevindim, amma şəkli  ondan güclə ala bildim. Sən dem, o, bu  şəkli başqa bir tədqiqatçıya veribmiş. O da nəyə görəsə şəklin oxuculara çatdırılmasına tələsmirmiş. Zaur məsləhət aldığı elm adamlarının dediklərini saf-çürük etməyi bacarır.Hamıya qulaq asır, nəticəni özü çıxarır. Bu, məncə, tədqiqatçı üçün yaxşı xasiyyətdir.O,elmdə tutuquşuluq edənləri  tanıyır, lakin yekəxanalıq etmədən  öz sözünü deməyi bacarır.Zaurun yaxşı cəhətlətindən biri də budur ki, o, üç dili- Azərbaycan dilini, eləcə də dünyaya açar olan rus və ingilis dillərini şeir yazmaq, lətifə söyləmək dərəcəsində bilir. Təəssüf ki, bizim dil bilməyən professor və akademiklərimiz çoxdur.

Zaur keçən il mənə şəkillərlə bir yerdə Cəlal Ünsi haqqında bir yazı da göndərmişdi. Elə bil ,mənim bu məsələdən hali olub-olmadığımı yoxlayırdı. Məktubda maraqlı faktlar olsa da, narahatlıq doğuran yanlış fikirlər də var idi. Mən buları Zaurun diqqətinə çatdırsam da , buradakı dolaşıq  məsələlər haqqında mətbuatda  söz açmaq  istəmədim. Amma yanlış fikirlərin elmə yol tapa biləcəyindn ehtiyat edib, "Ziya" qəzetinin 140 illik yubileyi günlərində onu sizlərin diqqətinə çatdırmaq istəyirəm. Yaxşı niyyətlə yazılmış bu yazıda bəzi faktlar dəqiqləşdirilməlidir. Zaurun mənə göndərdiyi bu yazınn üzə çıxmasında dostumuz professor Ədalət Tahirzadənin xidmətlərini çox yüksək qiymətləndirir, ona dərin təşəkkürümü bildirirəm. Burada Türkiyəli dostlarımız Yavuz Akpinarın və  Ömər Özcanın  Cəlal Ünsiyə- Cəlaləddin Ünsizadəyə  göstərdikləri  maraq və sevgi də unudulmur.Onlara da təşəkkür edirəm. 

From: Adalet Tahirzade
To: "[email protected]"  
Sent: Friday, June 28, 2013 9:34 PM
Subject: 

 

Günaydın, möhtərəm Yavuz bəy!

Bu gün Ömər bəy mənə məktub yazıb: “Celal Ünsi ile ilgili gazete haberi ektedir. Babasının adını öğrenebilirsek başka arama yapabiliriz. Serlamlar. Ömer Özcan”.

Ona öz adımdan və Sizin adınızdan təşəkkür etdim, həm də Cəlal Ünsizadənin Əbdürrəhman əfəndinin oğlu olduğunu yazdım.

Siz də ona məktub yaza bilərsiniz: [email protected]

Ömər bəyin göndərdiyi bilgi aşağıdadır.

Hörmətlə,

Ədalət Tahirzadə.

 

Ulus, 19.2.1933, s.5.

BİR MATBUAT EMEKTARI MERHUM CELAL ÜNSİ BEY

Geçen gün vefat haberini yazdığımız merhum Celal Ünsi Bey aslı itibariyle Azerbaycanlı idi. Azerbaycan’da İslam medreselerinde  ulumi-şarkiye tahsilini ikmalden sonra bir müddet Rus mekteplerinden birinde Rusça tahsil etmiştir. Tahsilini bitirdikten sonra 1877 senesinde biraderi ve Şirvan’da Şamahi kadısı Sait Beyle beraber Tiflis şehrinde bir matbaa tesis ederek Ziyai-Kafkasya isimli bir Türkçe gazete neşrine başlamıştır. Ziyai-Kafkasya Rusya’da Azerbaycan’ın Türk lisanında çıkan gazetelerin ikincisi olmuştur (ondan önceki ilk Türkçe gazete olarak Melikzade Hasan Beyin Ekinci gazetesi çıkmıştır). Kafkasya Türklerini dünya ahvalinden haberdar etmeğe çalışan Ziyai Kafkasya gazetesinden başka bu gazetenin tesisinden on sene sonra Sait Beyle Celal Bey Keşkül isimli bir de mecmua çıkarmışlardır.

Bu mecmua da beş sene kadar devam etmiştir. Keşkülde Osmanlı, Azeri, Nogay ve Özbek lehçeleri gibi muhtelif Türk lehçelerinde yazılmış makaleler  üslupları değiştirilmeksizin olduğu gibi basılırdı. Ziyai-Kafkasya ve Keşkül gazete ve mecmualarının gayelerinden biri Azeri lehçesini Osmanlı lehçesine yaklaştırmak olmuştur. Türk lehçelerini yaklaştırmağa çalıştıkları için Ünsi biraderler Çar hükümeti tarafından takibata maruz kalmışlardır. Bu takibat neticesinde nihayet Rusya’yı terke mecbur olmuşlardır. 1299’larda[1] iki birader Türkiye’ye hicret etmişlerdir.

Türkiye’ye geldikten sonra Sait Beye Babı-Meşihat’te vazife verilmiştir. Merhum Celal Bey de Arabi ve Farisi lisanları mütercimi sıfatiyle Hariciye Nezareti tercüme kalemindeyerleşmiştir. Celal Bey bu vazifeyi üç sene evvel vaki olan tekaüde çekilmesine kadar ifa etmiştir. Celal Bey bir zaman İran’da Sine şehbenderliğine tayin edilmiş ise de  muhtelif sebepler yüzünden mahalli memuriyete gidememiştir.

Celal Bey şark lisanları ve edebiyatından başka Rus lisanına vakıf idi. Merhum resmi vazifesinden kalan vaktini şiir yazmağa hasreden münzevi, çok mütevazı, feylesof tabiatlı bir zat idi.

Şayanı-hürmet vasıflarından biri etrafındaki sefil, mahrum kimsesiz insanlara yardım etmek hususundaki ihtimamı idi. Öksüzlere, muhtaçlara, hamisizlere yardım etmek için vaktini, varsa parasını hiçbir zaman esirgememiştir. Celal Bey hakiki manasıyla iyiliği ve iyilik yapmağı seven bir Türktü. Vefatı günlerinde hem iyi bir insan, hem eski bir Türkçü, hem emektar bir matbuat hadimi olan Celal Beyin ismini yadederiz".


[1]1881/1882.

***

NAZİM NƏSRƏDDİNOV:

Bu, türk tədqiqatçısı Ömer Özcanın  Cəlal Ünsizadənin ölümü  haqqında İstanbulda nəşr olunan "ULUS" mətbu orqanında rast gəldiyi  və ya axtarıb tapdığı matəm  xəbəridir-nekroloqdur. Nekroloq "ULUS"un  19.02.1933-cü il tarixli  nömrəsində imzasız dərc olunmuşdur.

Nekroloqda

Cəlal Ünsinin 1933-cü il fevralın 17-də ( bəlkə də 16-da-N.N.) İstanbulda vəfat etdiyi xəbər verilir. "Bəlkə də" sözünü yazının ilk cümləsinə görə görə işlədirəm: 

"Geçen gün vefat haberini yazdığımız merhum Celal Ünsi Bey aslı itibariyle Azerbaycanlı idi". Matəm xəbərində Cəlal Ünsi oxuculara türk yox, Azerbaycanlı kimi tanıdılır.( Bəlkə də, bu, təqdimatçının fərdi yanaşmasıdır-N.N). Adətən,  belə materialların surətini çıxarmaq daha məqsədəuyğun görünür.Yazıdan oxuyuruq ki, Cəlal Ünsi bir müddət İslam mədrəsəsində oxumuş, sonra rus məktəblərinin birində rusca təhsil almışdır. Əslində Cəlal Ünsinin həyatın bilən yazar məsələni daha dəqiq göstərməli idi.Cəlal Ünsizadə Şamaxıdakı  mədrəsə təhsilindən sonra yeni təlim və tədris ocaqlarından biri olan Şamaxı Şəhər Rus Məktbində oxumuşdur. Bu məktəb XIX əsrin 30-cu illərində açılmışdır. Burada dərs deyən müəllimlərin hamısı ( dini təhsil müəllimlərindən başqa) Avropadakı  nüfuzlu ali məktəblərin məzunları idi. Onların bir  neçəsi sonralar Bakı Real Gimnaziyasında işləmişlər. Cəlal Ünsizadə Tiflisə qardaşından bir müddət sonra getmişdir.Səid Ünsizadə Şamaxıda qazı işləyərkən, 1874-cü ildə buradakı dini idarələrin səlahiyyətli nümayəndələri ilə birlikdə Məclis Məktəbi adı ilə tannanbir təhsil ocağı yaratmışdı. O, Tiflisə gedərkən məktəbin idarə olunmasını burada  müəllim işləyən qardaşı Cəlaləddinə  və  şair S.Ə.Şirvani Məhəmədzadəyə tapşırmışdı. Cəlaləddin Ünsizadə Tiflisə qardaşının yanına gedəndə məktəbin bütün ağırlığı  Seyid Əzimin üstünə  düşür.Məktəbdə rus dili dərsi keçən, S.Ə.Şirvaninin dili ilə desək, FİKRİ  BİKİR eyləyən E.Pirbudaqov da  Kutaisiyə köçür. Nekroloqda Səid  Ünsizadənin və qardaşının Tiflisdə  "Ziyayi-Kafkas" adl qəzet açdıqları yazılır. Əslində Ünsizadə qardaşlarınpn Tifiüdə açdıqları qəzetin ilk adı "Ziya" idi. "Ziya"nın ilk nömrəsi 25.01.1879-cü ildə çıxmışdır. Bu gün bu qəzetin düz 140 yaşı tamam olur. 76 nömrədən sonra "Ziya" qəzeti "Ziyayi-Qafqasiyyə" adı ilə 26 iyun 1884-cü ilədək  Tiflisdə nəşr olunmuşdur.

Nekroloqda "Kəşkül"ün nəşr tarixi də səhv göstərilmişdir.Oxucu bu tarixi 1894-cü il kimi başa düşə bilər. "Kəşkül "ün ilk nömrəsi 1883-cü il yanvarın 31-də çıxmışdır. O,1891-ci ilin oktyabrında bağlanmışdır. Cəlal Ünsizadə bundan sonra Tiflis Kadet Korpusu məktəbində  və  digər yerlərdə işləmiş, sonralar isə qardaşının dalınca İstanbula köçmüş,burada müxtəlif vəzifələrdə tərcüməçi və mətbuat əməkdaşıkimi çalışmı, ömrünü Ankarada mətbuat işində çalışdığı vaxt başa vurmuşdur. Yazıda bəradərlərin-qardaşların hicri tarixi ilə 1299-cu ildə (miladi tarixlə 1881-1882-ci illərdə)Türkiyəyə köçmələri  iddiası da əsassızdır. Yazıda  Cəlal Ünsinin şairliyinə və kimsəsizlərə qayğı göstərməsinə ayrılan sətirlər oxucuda  yaxşı təəssürat yaradır. Ən nəhayət, Cəlal Ünsinin təvəllüd tarixinin göstərilməməsi təəssüf doğurur. Bu tarix  bu gün də bilinmir. Cəlal Ünsinin təvəllüd tarixinin bəzi tədqiqatçılar tərəfindən 1840-cı illərə aid etmələri də inandırıcı görünmür.



Strategiya.az

Xəbərlər
21.04.2019

Azərbaycan komandası AGF Junior Trophy beynəlxalq turnirində beş halqa ilə qrup hərəkətlərində qızıl medal qazanıb

21.04.2019

Sabahın hava proqnozu

21.04.2019

Çaylarda sululuq səviyyəsi dəyişib

21.04.2019

Şri-Lankada törədilən partlayışlarda 25 nəfər ölüb

21.04.2019

Ermənistan silahlı qüvvələri atəşkəsi 22 dəfə pozub

21.04.2019

Ukraynada prezident seçkilərinin ikinci turunda səsvermə başlayıb

21.04.2019

Sabahdan Formula 1 ilə əlaqədar avtomobillərin hərəkəti məhdudlaşdırılacaq yolların SİYAHISI

21.04.2019

PSJ klubu "Monako" ilə oyuna 500 yanğınsöndürən dəvət edib

21.04.2019

Bu gün 29 şəhər və rayonda 22 min 748 şagird imtahan verəcək

21.04.2019

Türkiyədə son 117 ildə 210 güclü zəlzələ baş verib

21.04.2019

"Yuventus" vaxtından əvvəl İtaliya çempionu olub

21.04.2019

Sumoçumuz Avropa çempionatında qızıl medal qazanıb

20.04.2019

Qar 60-dan çox kəndin yolunu bağladı

20.04.2019

İndi də İsfəndiyar Axundovun qardaşı oğlu... 

20.04.2019

Azərbaycana qış geri döndü – Bakıya yağış, bölgələrə qar, dolu YAĞDI - VİDEO

20.04.2019

Yaxın Şərqdə iki təhlükəli proses: dağıdıcı trendlərin güclənməsi

20.04.2019

Sosial şəbəkə "bəyənmə"ləri yığışdırır - SƏBƏB

20.04.2019

3 alpinist İTKİN DÜŞDÜ: əşyaları tapıldı, özləri isə...

20.04.2019

Zakir Həsənov Türkiyə tərəfinə başsağlığı verib

20.04.2019

Elxan Ələsgərov: Ermənistan XİN rəhbəri işlətdiyi iki cümlədə azı yeddi səhvə yol verib

20.04.2019

DİQQƏT! Qaz sayğacınızda bu yazılar çıxırsa deməli...

20.04.2019

Makron Türkiyəni qəzəbləndirdi

20.04.2019

Yeni tikililərin işıq problemi daha tez həll olunacaq - QƏRAR

20.04.2019

Əlilliyə görə pensiyaların da elektron qaydada təyinatına başlanıb

20.04.2019

Elçin Əhmədov: Anti-Azərbaycan qüvvələrin ölkəmizə təzyiq göstərmək, onu öz yolundan döndərmək cəhdləri əbəsdir

20.04.2019

Türkiyədə yenə zəlzələ oldu

20.04.2019

“Azərbaycan dilinin Orfoqrafiya Normaları” təsdiq edilib

20.04.2019

İsrail Qəzza zolağına zərbələr endirib

20.04.2019

Poroşenko rəqibindən Vaşinqtona şikayət etdi

20.04.2019

"İdeal olmaq mümkün deyil" -Qvardiola

20.04.2019

Şimal bölgəsinin dağlıq ərazilərində temperatur mənfi 8 dərəcəyədək aşağı düşüb

20.04.2019

Bəzi geyimlər sağalmaz xəstəliklər yarada bilər - XƏBƏRDARLIQ - VİDEO

20.04.2019

İranın təhlükəsizlik naziri: ABŞ-ın casus şəbəkəsi aşkar edilib

20.04.2019

Ermənistan silahlı qüvvələri atəşkəsi 21 dəfə pozub

20.04.2019

Ukraynada prezident seçkilərinin ikinci turu ilə bağlı sükut günüdür

20.04.2019

Dolların aprelin 22-nə olan məzənnəsi 

20.04.2019

Yaponiya Olimpiya Oyunları zamanı ABŞ aviabazasından istifadə etmək istəyir

20.04.2019

Superliqada 29-cu tur başladı

20.04.2019

Dövlət Dil Komissiyası yanında Monitorinq Mərkəzi yaradıldı

19.04.2019

Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyeva sağlamlıq imkanları məhdud uşaq və gənclərin, sosial müəssisə sakinlərinin sərgisi ilə tanış olub

19.04.2019

Mixail Qorbaçov İndoneziyada keçirilən seçkilərdə məğlub olub

19.04.2019

Göyərtəsində 5 ton narkotik maddə aşkarlanan gəmi İzmir limanına gətirilib

19.04.2019

Azərbaycan Respublikası Prezidentinin Fərmanı

19.04.2019

DİN: Külli miqdarda narkotik vasitə dövriyyədən çıxarılıb

19.04.2019

Azərbaycan Ordusunun nümayəndələri NATO-nun təlimində iştirak edib

19.04.2019

Aprelin 22-dən problemli krediti olan şəxslərə kompensasiya ödənişlərinin verilməsinə başlanacaq

19.04.2019

Müğənni Rüfət Axundov və Rəşad İlyasov məhkəməyə gəlmədi

19.04.2019

ABŞ Çavuşoğlunun təklifinə müsbət cavab verməyib

19.04.2019

Bakıda adam öldürməyə cəhddə təqsirləndirilən şəxsə ağır cəza

19.04.2019

Diqqət! Bu yollarda xətlənmə işləri aparılacaq