AZƏRBAYCAN TARİXİNİN İNTİBAHINA HƏSR OLUNAN ŞƏRƏFLİ ÖMÜR

08:42 / 07.02.2019

Şəmsəddin Hacıyev,

Milli Məclisin deputatı,

YAP Səbail rayon təşkilatının sədri,

iqtisad elmləri doktoru, professor

Azərbaycan tarix elminin görkəmli nümayəndəsi, elmi ictimaiyyətimizin dəyərli ziyalılarından biri, dünyaşöhrətli alim-tədqiqatçı, böyük elmi məktəbin yaradıcısı, əziz dostum və deputat həmkarım Akademik Yaqub Mahmudovu şanlı və şərəfli 80 illik yubileyi münasibətilə ürəkdən təbrik edir, ona möhkəm cansağlığı, sağlam uzun ömür, bütün ömrünü həsr etdiyi doğma Vətənimizə xidmət naminə çoxşaxəli ictimai-siyasi və elmi-pedaqoji fəaliyyətində yeni-yeni nailiyyətlər arzulayıram.

Azərbaycan xalqı qədim dövlətçilik tarixinə və əsrlərlə yaşadılaraq nəsildən-nəsilə ötürülən zəngin mədəniyyətə, milli adət-ənənələrə malikdir. Bu qədim və zəngin tarixi irsin elmi əsaslarının fundamental şəkildə öyrənilməsi, bəşəriyyətin yaddaşına əbədi həkk olunması üçün yazılması və gələcək nəsillərə ötürülməsi tarixçi alimdən böyük zəhmət, yüksək savad, istedad, obyektivlik, ən əsası isə saf Vətən sevgisi, milli qeyrət tələb edir. Bu şərəfli və yüksək məsuliyyət tələb edən vəzifənin öhdəsindən gəlmək hər tarixçi alimə nəsib olmur. Yaqub müəllimin həyat yolunun ömür səhifələrini vərəqlədikcə Vətən tarixinin, türkçülük və azərbaycançılıq ideologiyasının intibahı uğrunda yorulmaz və fədakar mübarizələr aparan elə bir tarixçi-alim və vətəndaş taleyi ilə qarşılaşırıq ki, onun sanki bu ali vəzifə üçün dünyaya gəldiyinə, bunun bir alın yazısı olduğuna əmin olursan.

Sarsılmaz dərəcədə güclü və ülvi torpaq, yurd sevgisi, Türkün şanlı tarixinin milli çalarlarının obyektiv şəkildə, tarixi mənbələrə əsasən yenidən araşdırılması, XX əsrin sonlarında Azərbaycanda alovlanan milli dirçəliş hərəkatında cəsarətli ziyalı mövqeyinin nümayiş etdirməsi, azərbaycançılıq məfkurəsi uğrunda mübarizə və Azərbaycanın itirilmiş əzəli torpaqlarının tarixinin fundamental elmi faktlarla əsaslandırılması bu görkəmli tarixçinin elmi yaradıcılığında qırmızı xətlə keçir. Azərbaycanı işğal edərək uzun müddət əsarət altında saxlayan çar Rusiyasının, eləcə də Sovetlər  Birliyi tərəfindən əsrlərlə davam etdirilən Türk düşmənçiliyi zəminində təhrif olunaraq bizə sırınan tarixi Yaqub müəllim sözün əsl mənasında yenidən yazaraq özümüzə qaytarmaq kimi şərəfli bir missiyanı yerinə yetirən, bu amal uğrunda mərdliklə milli və beynəlxalq səviyyədə mücadələ aparan, prinsipial mövqeyi ilə erməni yalanlarını və saxta tarixşünaslıqlarını inkarolunmaz elmi faktlarla darmadağın  edən, müasir Türk dünyasının ən böyük tarixçi alimlərindən biridir. Vətənə, torpağa olan bu böyük sevgi və əsl Türk oğluna xas olan bu mərdlik və cəsarət əlbəttə ki, yalnız qan yaddaşı ilə gələ bilərdi. Yaqub Mahmudovun anadan olduğu Şəkinin Baş Göynük kəndi böyük Oğuz boyundan “Kınık”lara (http://olaylar.az/news/musahibe/70602) bağlı olan və Azərbaycanda qədim türklərin yaşadığı kənddir. Yaqub müəllimin atası Mikayıl Mahmud oğlu 1918-1920-ci illərdə Şəki bölgəsində, Göynük mahalında azərbaycanlıları kütləvi surətdə qırmağa çalışan daşnaklara qarşı fəal mübarizə aparmış, başçılıq etdiyi xalq könüllüləri ilə birlikdə Gəncədə Nuru Paşanın xilaskarlıq döyüşlərində yaxından iştirak etmiş, illərlə erməni-daşnak yuvalarının dağıdılması əməliyyatlarına rəhbərlik etmişdir. Belə bir qəhrəman atanın övladı olan və türk ənənələrinə bağlı olan obada böyüyüb boya-başa çatan Yaqub müəllim, 1966-cı ildə Azərbaycanın xalq şairi Rəsul Rzanın rəhbərlik etdiyi Azərbaycan Sovet Ensiklopediyasında işlədiyi dövrdə əsl milli təəssübkeşlik məktəbi keçmişdir. Taleyin qisməti olan bu faktlar onu göstərir ki, bu dünyaşöhrətli tədqiqatçının Vətən sevgisinin, yurd məhəbbətinin dərin kökləri vardır. Yaqub müəllimin türkçülüyə, azərbaycançılığa bütün varlığı ilə bağlı olmasını Azərbaycan tarixinin elmi araşdırılmasına həsr etdiyi bütün elmi əsərlərində, müxtəlif dillərdə çap etdirdiyi onlarca fundamental kitab və monoqrafiyalarında ifadə etdiyi – “Türk dünyasız, dünya türksüz ola bilməz”, “Tarixçilərimizin əsas vəzifəsi dünya ictimaiyyətini Azərbaycan reallıqları ilə tanış etməkdir”, “Milli Atlasın nəşr olunması milli dövlətçilik tariximizin çox mühüm hadisəsidir, xalqımızın zəngin tarixini və dövlət müstəqilliyini təsdiq edən ən qiymətli ilk mənbədir” və s. kimi müdrik kəlamlarından aydın görmək olar.

Akademik Yaqub Mahmudovun Azərbaycan üçün ən böyük xidmətləri sırasında ilk növbədə onun çoxşaxəli elmi-pedaqoji fəaliyyəti və Azərbaycan-Türk xalqının genezisinə həsr olunan elmi yaradıcılığı xüsusi qeyd olunmalıdır. Milli tariximizin türk mərkəziyyətli konseptual çərçivədə yenidən araşdırılmasına başlayan, Azərbaycanın dövlətçilik və diplomatiya tarixinin ən qədim köklərindən etibarən sistemli öyrənilməsi işini koordinasiya edən, ermənilərin Azərbaycan xalqına qarşı zaman-zaman törətdikləri soyqırımlarının, cinayətlərin tarixini dünya ictimaiyyətinə çatdıran, “Azərbaycanın itirilmiş əzəli torpaqlarının tarixi” konsepsiyası ilə xarici opponentlərin əsassız iddialarını puç edən və onlara ağır zərbə endirən, ensiklopedik biliyi və yorulmaz fəaliyyəti ilə Azərbaycan tarix elminə yeni nəfəs gətirən və bütün bu istiqamətlər üzrə böyük bir elmi məktəb yaradan Yaqub müəllim, bu mövzularda 1000-dən çox monoqrafiyanın, dərsliklərin, dərs vəsaitlərinin, orta və ali məktəblər üçün tədris planları və proqramların, tədris-metodiki vəsaitlərin, elmi və elmi-publisistik məqalələrin, dövri mətbuatda dərc olunmuş çoxsaylı yazıların müəllifi və yüzlərlə yüksəkixtisaslı, Azərbaycanı sevən, dövlətinə bağlı olan və xüsusi vətəndaş mövqeyi ilə seçilən yetirmələri ilə adını Azərbaycan tarix elminə əbədi həkk etdirmişdir.

Yaqub müəllim nəinki Azərbaycanın, yaxın coğrafiyanın, eləcə də Avrasiya ölkələrinin tarixini dərindən bilən və tədqiq edən görkəmli tarixçi-alim kimi öz əsərləri ilə ümumbəşəri tarixdə ənənəvi erməni tarixçi-ideoloqlarının uydurduqları və tarixdə heç vaxt mövcud olmayan “Böyük Ermənistan” konsepsiyasını tutarlı elmi faktlarla rüsvay etmiş, Azərbaycan tarix elminin uğurlarını dünya tarixşünaslığına yazdırmağı bacarmış, ilk dəfə Azərbaycanın tarixi xəritələrini hazırlayıb nəşr etdirmişdir. Bacarıqlı elm və tədris təşkilatçısı olan akademik Yaqub Mahmudov rəhbərlik etdiyi AMEA-nın Tarix İnstitutunu Azərbaycanda tarix üzrə elmi-metodoji mərkəzə çevirmiş, 50 ildən çox davam etdirdiyi pedaqoji fəaliyyəti dövründə Azərbaycan tarixi üzrə çoxsaylı ixtisas fənlərini tədris etməklə yüksəkixtisaslı tarixçi kadrların hazırlamasına böyük töhfələr vermişdir.

Yaqub Mahmudovun çoxşaxəli elmi yaradıcılığında ensiklopediyaçılıq fəaliyyəti də tarixi, elmi və siyasi əhəmiyyətinə görə xüsusi yer tutur. Azərbaycan tarixinin sistemli, obyektiv və dünyada qəbul olunmuş tarixi mənbələrə əsaslanaraq təsvir olunması kimi genişhəcmli və titanik zəhmət tələb edən son dərəcə ağır işi çiyinlərinə götürən ilk tarixçilərdən biri olan Akademik Yaqub Mahmudov, Azərbaycan tarix elminə “Azərbaycan Respublikasının tarixi” ikicildliyi, “Azərbaycan Xalq Cümhuriyyəti Ensiklopediyası” ikicildliyi kimi əvəzolunmaz əsərlər bəxş etmişdir.

Dünyaşöhrətli tədqiqatçının tarix elmindəki nəhəng xidmətləri respublika səviyyəsində ən yüksək dövlət mükafatları ilə və bir çox beynəlxalq diplomlar, ordenlər, medallarla qiymətləndirilmişdir. Belə ki, alim əzəli Azərbaycan torpaqlarının tarixinə dair obyektiv araşdırmalarının və tutarlı elmi dəlillərin əks olunduğu, həmmüəllifi olduğu, 12 dildə nəşr olunmuş “Qarabağ: real tarix, faktlar, sənədlər”, 3 dildə nəşr olunmuş “İrəvan xanlığı” və 2 dildə nəşr olunmuş “Naxçıvan: tarixi və abidələri” silsilə əsərlərinə görə Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin 2012-ci il 25 may tarixli Fərmanı ilə dövlət mükafatına layiq görülmüşdür. Eyni zamanda bu görkəmli Azərbaycan tarixçisi “Abbasqulu ağa Bakıxanov”, “Yusif Məmmədəliyev”, “Rəsul Rza”, “Qızıl qılınc”, “Qızıl qələm”, “Samir Əsgərxanov” mükafatları laureatıdır, Beynəlxalq Sokrat Komitəsinin mükafatı, “Kraliça Viktoriya” diplomu və medalı, “Ataman Anton Qolovatov” ordeni ilə təltif olunmuşdur. Bütün bu mükafatlar bu elm fədaisinin uzunmüddətli və gərgin elmi axtarışlarının, zəhmətinin həm milli, həm də beynəlxalq səviyyədə qiymətləndirilməsinin, tədqiqatlarının aparıcı elm mərkəzləri və görkəmli alimlər tərəfindən təsdiqlənməsinin bariz sübutudur. Beynəlxalq səviyyədə qazanılan bu uğurlar göstərir ki, Yaqub müəllimin milli təəssübkeşliyi onun elmi araşdırmalarında alim obyektivliyinin önünə keçməmiş və akademik əsərlərində yalnız tarixi həqiqətlərin üzə çıxarmasına üstünlük vermişdır.

Təbii ki, bu mükafatların hər biri ayrı-ayrılıqda çox dəyərli olsa da, Azərbaycan xalqının dahi oğlu Heydər Əliyevin Yaqub müəllim haqqında fikirləri sözsüz ki, alimin ən yüksək mükafatı sayıla bilər. Belə ki, 10 noyabr 2002-ci il tarixində Şəki Olimpiya İdman Kompleksinin açılış mərasimində Ulu Öndər Heydər Əliyev Yaqub Mahmudovun Şəki torpağının ən görkəmli yetirmələrindən biri olduğunu vurğulayaraq Rəşid bəy Əfəndiyev, Salman Mümtaz, Sabit Rəhman, Bəxtiyar Vahabzadə kimi Azərbaycan mədəniyyətinin və elminin nəhəng nümayəndələri sırasında Yaqub müəllimin adını çəkmiş və onu “böyük tarixçi” adlandırmışdır. Hər zaman prinsipial vətəndaşlıq mövqeyi ilə seçilən Yaqub Mahmudov Azərbaycanın ölüm ya olum məsələsinin həll olunduğu 1992-1993-cü illərdə ölkənin qurtuluş yolunu məhz Heydər Əliyevin hakimiyyətə qayıdışında görən və bunu açıq şəkildə bəyan edən ziyalılardan olmuş, o ziddiyyətli və təhlükəli dövrdə əsl cəsarət nümayiş etdirərək çəkinmədən Heydər Əliyevin müdafiəsinə qalxmışdır. Ötən əsrin sonlarında Azərbaycanda başlayan milli dirçəliş hərəkatında bir ziyalı alim kimi fəal mövqe nümayiş etdirən Yaqub müəllim cəsarətli çıxışlar etmiş, mətbuatda publisistik yazıları ilə müstəqil ziyalı mövqeyini nümayiş etdirmiş, Heydər Əliyevin rəhbərliyi ilə yaradılan Yeni Azərbaycan Partiyasının sıralarına daxil olmuş, partiyanın I Qurultayında fəal iştirak etmiş və bu qurultayda YAP Siyasi Şurasının üzvü seçilmişdir.

Akademik gənc yaşlarından tanıdığı Heydər Əliyev haqqında ilk fundamental tədqiqat əsəri yazan müəlliflərdən biri olmuş və Heydər Əliyev şəxsiyyətini, Ulu öndərin Azərbaycanın müstəqil dövlətçiliyi və Azərbaycan xalqı qarşısındakı misilsiz xidmətlərini tarixin əbədi yaddaşına həkk edən ölməz əsərlər yaratmışdır.

Milli mənlik və özünüdərk şüurunu elmi yaradıcılığında uğurla təbliğ edən və “Azərbaycançılıq ruhunu uca tutmaq bizim ziyalılıq vəzifəmizdir” deyən Yaqub Mahmudov görkəmli alim olmaqla yanaşı, genişmiqyaslı ictimai-siyasi fəaliyyətində də daim əsl vətəndaş prinsipiallığı ilə seçilən, ölkədəki ictimai-siyasi hadisələrə biganə olmayan, ürək yanğısı ilə hər zaman sözünü, mövqeyini bildirən və müstəqil dövlətçilik ideyalarına qəlbən bağlı olan dəyərli ziyalılarımızdandır.

2000-ci ildən Milli Məclisin deputatı seçilən Yaqub Mahmudov II, III, IV və V çağırış Milli Məclisin fəaliyyətində yaxından iştirak edən, Azərbaycanın daxili və xarici siyasət məsələlərində obyektiv, prinsipal və vicdanlı vətəndaş mövqeyini bildirən, seçicilərinin problemlərinə xüsusi diqqət və qayğı ilə yanaşan millət vəkili kimi fəaliyyətini bu gün də uğurla davam etdirir. Görkəmli alimin daha bir ictimai fəaliyyəti onun ssenari müəllifi olduğu tarixi sənədli filmlərdə öz əksini tapmışdır. Yaqub müəllimin vətənpərvər tarixçi mövqeyini nümayiş etdirdiyi “Şuşa-Pənahabad”, “İrəvan xanlığı”, “Dahi Azərbaycanlı”, “Tariximizin keşiyində” kimi filmlər Azərbaycan dövlətçiliyinin, milli dəyərlərimizin təbliğinə xidmət edir. Yaqub Mahmudovun Azərbaycanın milli maraqlarının qorunmasına xidmət edən yorulmaz ictimai-siyasi fəaliyyəti dövlətimiz tərəfindən layiqli şəkildə qiymətləndirilmiş və o, tarix elminin inkişafındakı xidmətləri və ölkənin ictimai-siyasi həyatında fəal iştirakına görə “Şöhrət” və “Şərəf” ordenləri ilə təltif olunmuşdur.

Yaqub Mahmudov görkəmli alim və tanınmış ictimai-siyasi xadim olmaqla yanaşı yüksək şəxsi və insani keyfiyyətləri, əsl pedaqoq və ziyalıya xas olan yüksək mədəniyyəti, mərdliyi, cəsarəti, insanpərvərliyi, zəhmətsevərliyi, sədaqəti, sözübütövlüyü ilə də cəmiyyətdə, həmkarları, dostları və tələbələri arasında böyük hörmət qazanmış əsl dost, etibarlı həmkar və el ağsaqqalıdır. Yaqub müəllimin güclü xarakteri ən çətin məqamlarda özünü büruzə vermiş, elmi və ictimai fəaliyyətinin ilk illərindən paxıllıq, haqsızlıqlar, təqiblər, qərəzli yanaşmalarla üzləşmiş, sonrakı dövrlərdə isə xüsusilə, Azərbaycan tarixi ilə bağlı araşdırmalarına görə erməni və ermənipərəst dairələrin ciddi təzyiqlərinə məruz qalmış, lakin bunların heç birinə heç vaxt boyun əyməmiş, haqq mübarizəsini bu gün də davam etdirməkdədir.

1990-cı ilin noyabrında Bakı Dövlət Universitetinin Tarix fakültəsinin xalq hərəkatında fəal iştirak edən bir qrup tələbəsinin universitetdən xaric olunmasına etiraz əlaməti olaraq dekan vəzifəsindən istefa vermək cəsarəti və mərdliyini nümayiş etdirən Yaqub Mahmudov bu kimi bir çox əsl kişi xasiyyətləri ilə yanaşı çox gözəl ailə başçısı, övladlarına qarşı son dərəcə həssas və qayğıkeş ata, nəvələri üçün dayaq olan sevilən babadır. Yaqub müəllim bütün varlığı ilə bağlı olduğu və elmi araşdırmalarının ana xəttini təşkil edən türkçülük, azərbaycançılıq məfkurəsini, Vətənə, millətinə olan dərin məhəbbətini, sədaqətini və yüksək həyat prinsiplərini övladlarına, nəvələrinə də aşılamışdır.

Beləliklə, görkəmli alimin keçdiyi şərəfli həyat yoluna bir daha nəzər saldıqda onu milli tarix elminin inkişafında misilsiz xidmətləri olan vətənpərvər alim, ömrünü yüksəkixtisaslı kadr hazırlığına  həsr edən və bu yolda böyük bir elmi məktəbin yaradıcısı olan görkəmli pedaqoq, Azərbaycan dövlətçiliyinin ən keşməkeşli məqamlarında cəsarətlə prinsipial vətəndaşlıq mövqeyini nümayiş etdirən tanınmış ictimai-siyasi xadim, rəhbərlik etdiyi Tarix İnstitutunda yeni bir idarəçilik sistemi yaradan novator-islahatçı rəhbər və nəhayət, ən yüksək mənəvi keyfiyyətlərə malik olan gözəl insan və əsl şəxsiyyət kimi yenidən kəşf edirsən. Təkzibolunmaz faktdır ki, Yaqub Mahmudov dövrümüzün yaşayan elm korifeylərindən biridir.

Mənim bu görkəmli alimlə şəxsi tanışlığım, onunla deputat həmkarı olmağım isə daha bir uğurlu qismətimdir. Yaqub müəllimlə münasibətimiz Azərbaycan Respublikası Təhsil Nazirliyinin Elmi-Metodiki Şurasında yeni tədris planlarının və proqramlarının hazırlanması dövründən başlamış, “Təhsil haqqında” və “Elm haqqında” Azərbaycan Respublikası qanunlarının hazırlanmasında sıx əməkdaşlıq etməyimizlə möhkəmlənərək dostluq səviyyəsinə qədər yüksəlmişdir. Deputat həmkarlarından biri kimi Şəkidə bir çox tədbirlərdə xalqın ona olan hörmətinin, sevgisinin, Şəkinin və seçicilərinin problemlərinin həllinə necə həssaslıq və qayğıkeşliklə yanaşmasının dəfələrlə şahidi olmuşam. Yeni Azərbaycan Partiyası sıralarında siyasi həmfikir olaraq Yaqub müəllimin bu gün də partiyamıza, onun Liderinə sədaqətlə xidmət etdiyinin şahidiyəm. Yaqub müəllim görkəmli alim olduğu qədər, yüksək amallara xidmət edən zəngin və şərəfli həyat yolu ilə, Vətəninə, millətinə olan sevgisi və əsl vətəndaşlıq mövqeyi ilə bir çoxlarına nümunə olan, yetərincə ictimailəşmiş bir simadır, həm yaxşı günün, həm də pis günün dostudur.

Əziz dostumu bu şanlı və şərəfli yubileyi münasibətilə bir daha səmimi qəlbdən təbrik edir, ona möhkəm cansağlığı, uzun ömür, elmi-pedaqoji fəaliyyətində daha yüksək zirvələr arzu edirəm! Yaqub müəllim, biz Sizinlə fəxr edirik və qürur duyuruq! Siz erməni “tarixçilərinə” göstərdiniz ki, tarixi saxtalaşdırmaq, təhrif etmək olmaz və Azərbaycan alimi heç vaxt imkan verməz ki, yalançı, oğru və paslanmış erməni təfəkkürü ilə bəşər tarixini öz böhtanları və əsassız iddiaları ilə çirkləndirsinlər. Siz yorulmaz fəaliyyətiniz, fundamental elmi araşdırmalarınız və əsərlərinizlə Azərbaycan həqiqətlərini dünyaya təqdim etdiniz. Azərbaycan xalqı bu nəhəng işlərinizi heç vaxt unutmayacaq, əbədi olaraq yaşadacaqdır. Yubileyiniz mübarək olsun, şərəfli Vətən oğlu!

 


Etiket:

Strategiya.az

Xəbərlər
20.07.2022

Xarici valyutaların manata qarşı bugünkü məzənnəsi

20.07.2022

Ceyhun Bayramov ölkəmizin Avropanın enerji təhlükəsizliyində mühüm rol oynadığını bildirib

20.07.2022

İmtahanın nəticələri ilə əlaqədar müraciətlərə baxılması üçün Apellyasiya Şurasına ərizə qəbuluna başlanılıb

20.07.2022

Xarici işlər naziri Ceyhun Bayramov NATO-nun Baş katibi Yens Stoltenberq ilə görüşüb

20.07.2022

Avropa İttifaqı münaqişədən sonrakı dövrdə mühüm rol oynayır - Ceyhun Bayramov

20.07.2022

"Qarabağ" İsveçrə çempionuna qalib gəldi

20.07.2022

Tehranda Rusiya və Türkiyə prezidentlərinin görüşü olub

16.07.2022

Ceyhun Bayramov Gürcüstanın Baş naziri ilə bölgədə sülh prosesini müzakirə edib

16.07.2022

Mikayıl Cabbarov: Sənaye zonalarında istehsal 53 faiz, ixrac isə 2 dəfə artıb

16.07.2022

Ağalı kəndinə köçürülən ailələrin tibbi müayinələrinə başlanılıb

16.07.2022

Prezident İlham Əliyev: Bizim Xəzər dənizi kimi çox nəhəng bir enerji mənbəyimiz var

16.07.2022

Qubada içərisində 125 min manat olan seyf oğurlanıb

14.07.2022

İrəvan Dövlət Azərbaycan Dram Teatrının 140 illiyi qeyd edilləcək - SƏRƏNCAM

14.07.2022

Azərbaycan tarixinin şanlı səhifələrindən biri - 14 iyul 1969-cu il

14.07.2022

Şuşada Vaqif Poeziya Günləri başlayıb

14.07.2022

Təhsil Nazirliyi: 204 məktəbdə elektron jurnal və gündəlik sistemi tətbiq edilib

14.07.2022

Təhsil Nazirliyi məlumat yaydı

14.07.2022

FHN: Zəngilan rayonunda ağaclıq ərazidə baş verən yanğının tam söndürülməsi istiqamətində tədbirlər görülür

14.07.2022

Azərbaycan neftinin qiyməti 114 dolları ötüb

14.07.2022

Azərbaycan Ordusunun əsgəri həlak olub

14.07.2022

Baş Prokurorluq rəis müavininin intiharı ilə bağlı məlumat yaydı

13.07.2022

Respublika üzrə pensiyaların iyulun 15-də tam ödənilərək yekunlaşdırılması nəzərdə tutulub

13.07.2022

Qızıl təpə abidəsində arxeoloji tədqiqatlar davam edir

13.07.2022

Azərbaycan neftinin bir bareli 113,91 dollara satılır

13.07.2022

Bakı-Tbilisi-Ceyhan neft boru kəmərinin tam istismara verilməsindən 16 il ötür

12.07.2022

Partlayış zamanı “Baktelecom”un rabitə infrastrukturuna ziyan dəyməyib

12.07.2022

Dünyada "Premium Euro-95" benzinin bahalaşması gözlənilir - Azərbaycana necə təsir edəcək?

12.07.2022

Azərbaycan nefti ucuzlaşıb

12.07.2022

Böyük Britaniyanın yeni baş nazirinin adı sentyabrın əvvəlində açıqlanacaq

12.07.2022

Tovuz döyüşlərindən iki il ötür

12.07.2022

Bakının mərkəzində partlayış baş verib

12.07.2022

Cüdoçularımız Xorvatiyada Qran-Pri turnirində iştirak edəcəklər

12.07.2022

Ərdoğan yaxın zamanda Venesuelaya səfər edəcək - Maduro

11.07.2022

Türkiyə və Ukrayna prezidentləri arasında telefon danışığı olub

11.07.2022

Xaçmazdakı meşə yanğınının söndürülməsinə iki helikopter və amfibiya tipli təyyarə cəlb olunub 

11.07.2022

Ərdoğan və Paşinyan arasında telefon danışığı olub

11.07.2022

Saatlı stansiyası yaxınlığında qəzaya uğrayan qatar Gürcüstana məxsusdur - ADY

11.07.2022

FHN Xaçmazdakı meşə yanğınları ilə bağlı məlumat yayıb

11.07.2022

Vahid əlaqələndirmə mərkəzlərində 41 min şəxsə xidmətlər göstərilib

11.07.2022

Kino Agentliyi Mədəniyyət Nazirliyinin tabeliyində olan qurumların siyahısına əlavə edilib

09.07.2022

Gələn ilin sonunda Şuşa ilk sakinlərini qəbul edəcək - Aydın Kərimov

09.07.2022

Azərbaycan Ordusunun hərbçisi həlak olub

09.07.2022

DİN: Ötən gün ölkə ərazisində qeydə alınan cinayətlərdən 52-nin açılması təmin olunub

09.07.2022

Xocavənd rayonu ərazisində yeni hərbi hissənin açılışı olub

09.07.2022

Birinci vitse-prezident Mehriban Əliyeva Qurban bayramı münasibətilə xalqımızı təbrik edib

09.07.2022

Abeyə atəş açan şəxs əməlinin səbəbini açıqlayıb

09.07.2022

Zakir Həsənov Qurban bayramı münasibətilə Azərbaycan Ordusunun şəxsi heyətini təbrik edib

09.07.2022

XİN Azərbaycanın diplomatik xidmət orqanlarının əməkdaşlarını peşə bayramı münasibətilə təbrik edib

09.07.2022

Bu gün Azərbaycanda Qurban bayramı qeyd edilir

08.07.2022

Bərdədə avtomobil yolunun tikintisi ilə bağlı 3,1 milyon manat ayrıldı - SƏRƏNCAM