AKADEMİK YAQUB MAHMUDOV HAQQINDA BİR NEÇƏ SÖZ

12:11 / 09.02.2019

Vasif Qafarov,

AMEA A.A.Bakıxanov adına Tarix İnstitutunun

“Azərbaycan Xalq Cümhuriyyəti tarixi” şöbəsinin

aparıcı elmi işçisi, tarix üzrə fəlsəfə doktoru, dosent

Azərbaycan Milli Elmlər Akademiyası A.A.Bakıxanov adına Tarix İnstitutunun direktoru, Əməkdar elm xadimi, Dövlət Mükafatı Laureatı, Milli Məclisin deputatı, görkəmli alim, akademik Yaqub Mahmudov haqqında söz söyləmək böyük məsuliyyət tələb edir. Ölkənin ictimai-siyasi həyatında yaxından iştirak etməklə yanaşı, ömrünü Azərbaycan təhsilinə və elminə həsr edən Yaqub müəllim obyektivliyi, qərəzsizliyi, prinsipiallığı və amalına görə özünün dəst-xətti ilə seçilən və məhz bu xarakterlərinə tələbələrin, magistrlərin, doktorantların, tarixçilərin və onu tanıyan hər bir şəxsin yaddaşında dərin izlər buraxmış böyük bir şəxsiyyətdir. Yaqub müəllim həm də Tarix elmində özünün məktəbini yaratmış bir alimdir. Yaqub müəllim onlarla fəlsəfə doktoru və elmlər doktoru yetişdirmişdir. Bu gün Tarix elmimizin yükünü öz çiyinlərində daşıyan alimlərin böyük əksəriyyəti məhz Yaqub müəllimin yaratdığı məktəbin münayəndələridir.

Yaqub müəllimin əsərlərini hələ orta məktəb illərində oxusam da, mənim Yaqub müəllimlə ilk tanışlığım 20 il bundan əvvələ - 1999-cu ilə təsadüf edir. Mən 1999-cu ildə Bakı Dövlət Universitetinin Tarix fakültəsinə qəbul olunmuşdum. Bu zaman Tarix fakültəsinin dekanı Yaqub Mahmudov idi. Tələbəlik illərindən Yaqub müəllimlə bağlı bir çox xatirələrim yaddaşımda qalmışdır. Onlardan biri haqqında bəhs etmək istəyirəm. Belə ki, mən üçüncü kursda oxuyan zaman Şərqi Avropa tarixindən imtahan verəndə müəllim mənə “yaxşı” yazırdı, amma mən “əla” qiyməti istədiyimdən bununla razılaşmadım, nəticə etibarilə müəllimlə mənə “qeyri-kafi” yazması və kəsrdən sonra təkrar imtahan verəcəyim haqqında razılaşdıq. Fikrim də o idi ki, təkrar imtahan verəndə mütləq “əla” qiyməti ala biləcəyəm. Nə isə, bu şəkildə müəllimlə razılaşdım və imtahan otağını tərk elədim. İmtahan bitdikdən sonra müəllim imtahan vərəqi ilə dekanın yanına girdikdə, Yaqub müəllim imtahan nəticələri ilə tanış olur. Bu zaman mənim qiymətlərimin hamısı “əla” olduğu halda bu imtahandan niyə “qeyri-kafi” almağımla maraqlanır. Müəllim də bildirir ki, Vasif Qafarova “yaxşı” qiyməti yazırdıq, lakin o, “əla” qiyməti istəyirdi deyə bununla razılaşmadı və kəsrdən sonra yenidən imtahan verməsi üçün bizə təkidlə özünə “qeyri-kafi” yazdırdı. Yaqub müəllim “belə tələbəyə “əla” qiyməti halaldır” deyib, dərhal imtahan vərəqinin dəyişdirilməsi və mənə “əla” qiymətinin yazılması haqqında göstəriş vermişdi. Bu hadisədən sonra Yaqub müəllim məni gördüyü halda bu barədə mənə heç nə deməmişdi. Bütün bunlardan xəbərsiz olan mən tətildən qayıtdıqdan sonra kəsr imtahanlarının verilməsi vaxtı dekanlıqda mənim adıma göndərişin olmadığını görüb bunun səbəbini soruşduqda, mənə “sənin kəsrin yoxdur” dedilər. Necə olur, mən Şərqi Avropa tarixindən “qeyri-kafi” almışam dedim. Mənə imtahandan sonra Yaqub müəllim sənin niyə “qeyri-kafi” aldığını bilib və dərhal həmin imtahan vərəqində sənin qiymətini “əla” yazdırıb deyib, bütün bu sadaladıqlarımı nəql etdilər. Bu Yaqub müəllimin mənə böyük dəstəyi və jesti idi. Bundan başqa, Yaqub müəllim özü bizdən Orta əsrlər tarixi fənnindən imtahan götürəndə mənim seminar qiymətlərimi nəzərə alıb məni imtahandan azad edib, “əla” qiyməti yazmışdı. Bu şəkildə Yaqub müəllim hər zaman oxuyan tələbələrin yanında olur, onlara hər cür dəstək olur və problemlərini həll edərdi. Yaqub müəllim sərt göründüyü qədər də mülayim, ürəyiyumşaq və xeyirxah bir dekan kimi yaddaşlarımızda qalmışdır.

Biz magistraturada oxuyan zaman, 2004-cü ildə Yaqub müəllim AMEA A.A.Bakıxanov adına Tarix İnstitutuna direktor təyin edildi və Bakı Dövlət Universitetinin Tarix fakültəsinin dekanı vəzifəsindən ayrıldı. Mən 2005-ci ildə Bakı Dövlət Universitetinin Tarix fakültəsinin magistratura pilləsini fərqlənmə ilə bitirib, 2006-cı ildə doktoranturaya daxil oldum, 2009-cu ildə “Şimali Azərbaycan məsələsi Türkiyə-Rusiya münasibətlərində (1917-1922-ci illər)” mövzusunda dissertasiyanı müvəffəqiyyətlə müdafiə edib tarix üzrə fəlsəfə doktoru elmi

dərəcəsinə layiq görüldüm. Bir neçə il Bakı Dövlət Universitetində və Azərbaycan Universitetində pedaqoji fəaliyyətlə məşğul oldum. 2013-cü ildə Yaqub müəllim məni Akademiyaya dəvət etdi. 2011-ci ildə çapdan çıxmış “Türkiyə-Rusiya münasibətlərində Azərbaycan məsələsi (1917-1922)” adlı kitabımı çox yüksək qiymətləndirən Yaqub müəllim təkidlə məni elmi fəaliyyətlə məşğul olmağa və doktorluq dissertasiyası yazmağa dəvət etdi. Beləcə 2014-cü ildə Tarix İnstitutunda elmlər doktorluğu hazırlığı üzrə dissertanturaya qəbul olundum. Bundan sonrakı elmi fəaliyyətim Yaqub müəllimin nəzarəti altında, onun elmi məsləhətçiliyi ilə davam etdi. Məhz Yaqub müəllimin tövsiyəsi ilə “Birinci dünya müharibəsi illərində Osmanlı imperiyasının Azərbaycan siyasəti” mövzusunda doktorluq dissertasiyası üzərində işləməyə başladım. Dissertanturada oxuduğum zaman paralel olaraq həm də Azərbaycan Universitetində pedaqoji fəaliyyətlə məşğul olduğumdan dissertasiya işimi yazmağa çox vaxt sərf edə bilmirdim. Elmi işimin ləngidiyini görən Yaqub müəllim tövsiyə etdi ki, hələlik pedaqoji fəaliyyətdən ayrıl, elmi işini bitir. Çünki bu iş Tarix elmimiz üçün çox böyük aktuallıq kəsb edir. Pedaqoji fəaliyyətlə məşğul ola-ola bu işi yazıb bitirmək mümkün olmayacaq. Mən də Yaqub müəllimin tövsiyəsi üzrə hərəkət etdim, universitetdən ayrıldım və bütün diqqətimi dissertasiya işinə yönəltdim. Dissertasiyamı vaxtında bitirib müzakirəyə təqdim etdim. Əslində belə demək mümkünsə, Yaqub müəllim bu işi təkidlə mənə yazdırdı. Məni hər gördüyündə işin nə yerdə olduğunu soruşur və tezliklə işi yazıb bitirməyimi tövsiyə edirdi. Həmçinin elmi işimlə bağlı əsas arxiv sənədləri Türkiyə arxivlərində olduğundan ezamiyyətə getməli idim. Yaqub müəllim məni ehtiyac duyduğum ezamiyyətələrə göndərdi. Dissertasiya işimi yazıb başa çatdırmağım üçün nə dəstək lazımdırsa, Yaqub müəllim bu dəstəklərin hamısını mənə verdi. Bir sözlə, doktorluq dissertasiyamı yazıb başa çatdırmağımda mənə elmi məsləhətçilik etməklə, dəyərli tövsiyələr verməklə, yol göstərməklə yanaşı, həmçinin hərtərəfli dəstək olan, diqqət və qayğı göstərən Yaqub müəllimə borcluyam. Müşahidələrimdən gördüyüm odur ki, Yaqub müəllim bu münasibəti təkcə mənə qarşı deyil, elmi potensialı olan hər bir dissertanta, doktoranta və alimə qarşı göstərir. Ömrünü Azərbaycan tarix elminin inkişafına, cəmiyyətimizin tərəqqisinə həsr edən Yaqub müəllim əsl alim və əsl ziyalı kimi hamımıza örnəkdir.

Vətənini, millətini, dövlətini sevən, görkəmli alim, akademik Yaqub müəllimi 80 illik yubileyi münasibətilə ürəkdən təbrik edirəm və ona möhkəm cansağlığı, uzun ömür və həmişə indiki kimi uca olmağı arzu edirəm.



Strategiya.az

Xəbərlər
21.04.2019

Azərbaycan komandası AGF Junior Trophy beynəlxalq turnirində beş halqa ilə qrup hərəkətlərində qızıl medal qazanıb

21.04.2019

Sabahın hava proqnozu

21.04.2019

Çaylarda sululuq səviyyəsi dəyişib

21.04.2019

Şri-Lankada törədilən partlayışlarda 25 nəfər ölüb

21.04.2019

Ermənistan silahlı qüvvələri atəşkəsi 22 dəfə pozub

21.04.2019

Ukraynada prezident seçkilərinin ikinci turunda səsvermə başlayıb

21.04.2019

Sabahdan Formula 1 ilə əlaqədar avtomobillərin hərəkəti məhdudlaşdırılacaq yolların SİYAHISI

21.04.2019

PSJ klubu "Monako" ilə oyuna 500 yanğınsöndürən dəvət edib

21.04.2019

Bu gün 29 şəhər və rayonda 22 min 748 şagird imtahan verəcək

21.04.2019

Türkiyədə son 117 ildə 210 güclü zəlzələ baş verib

21.04.2019

"Yuventus" vaxtından əvvəl İtaliya çempionu olub

21.04.2019

Sumoçumuz Avropa çempionatında qızıl medal qazanıb

20.04.2019

Qar 60-dan çox kəndin yolunu bağladı

20.04.2019

İndi də İsfəndiyar Axundovun qardaşı oğlu... 

20.04.2019

Azərbaycana qış geri döndü – Bakıya yağış, bölgələrə qar, dolu YAĞDI - VİDEO

20.04.2019

Yaxın Şərqdə iki təhlükəli proses: dağıdıcı trendlərin güclənməsi

20.04.2019

Sosial şəbəkə "bəyənmə"ləri yığışdırır - SƏBƏB

20.04.2019

3 alpinist İTKİN DÜŞDÜ: əşyaları tapıldı, özləri isə...

20.04.2019

Zakir Həsənov Türkiyə tərəfinə başsağlığı verib

20.04.2019

Elxan Ələsgərov: Ermənistan XİN rəhbəri işlətdiyi iki cümlədə azı yeddi səhvə yol verib

20.04.2019

DİQQƏT! Qaz sayğacınızda bu yazılar çıxırsa deməli...

20.04.2019

Makron Türkiyəni qəzəbləndirdi

20.04.2019

Yeni tikililərin işıq problemi daha tez həll olunacaq - QƏRAR

20.04.2019

Əlilliyə görə pensiyaların da elektron qaydada təyinatına başlanıb

20.04.2019

Elçin Əhmədov: Anti-Azərbaycan qüvvələrin ölkəmizə təzyiq göstərmək, onu öz yolundan döndərmək cəhdləri əbəsdir

20.04.2019

Türkiyədə yenə zəlzələ oldu

20.04.2019

“Azərbaycan dilinin Orfoqrafiya Normaları” təsdiq edilib

20.04.2019

İsrail Qəzza zolağına zərbələr endirib

20.04.2019

Poroşenko rəqibindən Vaşinqtona şikayət etdi

20.04.2019

"İdeal olmaq mümkün deyil" -Qvardiola

20.04.2019

Şimal bölgəsinin dağlıq ərazilərində temperatur mənfi 8 dərəcəyədək aşağı düşüb

20.04.2019

Bəzi geyimlər sağalmaz xəstəliklər yarada bilər - XƏBƏRDARLIQ - VİDEO

20.04.2019

İranın təhlükəsizlik naziri: ABŞ-ın casus şəbəkəsi aşkar edilib

20.04.2019

Ermənistan silahlı qüvvələri atəşkəsi 21 dəfə pozub

20.04.2019

Ukraynada prezident seçkilərinin ikinci turu ilə bağlı sükut günüdür

20.04.2019

Dolların aprelin 22-nə olan məzənnəsi 

20.04.2019

Yaponiya Olimpiya Oyunları zamanı ABŞ aviabazasından istifadə etmək istəyir

20.04.2019

Superliqada 29-cu tur başladı

20.04.2019

Dövlət Dil Komissiyası yanında Monitorinq Mərkəzi yaradıldı

19.04.2019

Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyeva sağlamlıq imkanları məhdud uşaq və gənclərin, sosial müəssisə sakinlərinin sərgisi ilə tanış olub

19.04.2019

Mixail Qorbaçov İndoneziyada keçirilən seçkilərdə məğlub olub

19.04.2019

Göyərtəsində 5 ton narkotik maddə aşkarlanan gəmi İzmir limanına gətirilib

19.04.2019

Azərbaycan Respublikası Prezidentinin Fərmanı

19.04.2019

DİN: Külli miqdarda narkotik vasitə dövriyyədən çıxarılıb

19.04.2019

Azərbaycan Ordusunun nümayəndələri NATO-nun təlimində iştirak edib

19.04.2019

Aprelin 22-dən problemli krediti olan şəxslərə kompensasiya ödənişlərinin verilməsinə başlanacaq

19.04.2019

Müğənni Rüfət Axundov və Rəşad İlyasov məhkəməyə gəlmədi

19.04.2019

ABŞ Çavuşoğlunun təklifinə müsbət cavab verməyib

19.04.2019

Bakıda adam öldürməyə cəhddə təqsirləndirilən şəxsə ağır cəza

19.04.2019

Diqqət! Bu yollarda xətlənmə işləri aparılacaq