Sait Ünsi Efendinin (Səid Əfəndi Ünsizadənin) məzar daşındakı yazıların tarixi məqamları 

09:35 / 11.02.2019

Nazim Nəsrəddinov

Azərbaycan Respublikasının əməkdar müəllimi

Bu il yanvarın 25-də "Ziya" qəzetinin ilk nömrəsinin türkdilli  oxuculara ünvanlanmasının 140 ili tamam oldu.

Bu, böyük və əzəmətli tarixdir.Onun təntənə ilə keçirilməsi yolunda əzəmətli işlər görülməli idi. Görüldü də...2013-cü ildə AMEA Nizami Gəncəvi adına Ədəbiyyat İnstitutunun xətti ilə "Ziya" qəzetinin 1879-1880-ci illərdə çıxan nömrələrinin ərəb qrafikalı orijinalından latın qrafikalı yazımıza transfoneliterasiyası bayram təntənəsi ilə  qeyd olundu. Nəfis tərtibatlı "Ziya kitabı"nın varlığı  haqqında oxuculara məlumat verildi. Təəssüf ki, bu kitabın oxuculara istiqamətlənən yolu hansı yoldasa ləngidi. Transfoneliterasiyanın elektron vatriantı internet vasitəsilə oxuculara çatdırıldı. Müəyyən qüsurlarına baxmayaraq, "Ziya kitabı" dünya oxucularına təqdim olunmağa layiqlı əsər kimi diqqəti cəlb etdi.Amma " Ziya" ilə az-çox tanışlığı olan tədqiqatçılardan biri kimi şəxsən mən çox pərt oldum, təəssüf hissi keçirdim; "Ziya"nın ilk 46 nömrəsi təqdimata düşməmişdi.Təqdimata və transfoneliterasiya kitabına düşən "Ziya"nın ikinci ilinin 30 nömrədən ibarət olan hissəsi idi.

Məsələ burasındadır ki, "Ziya" qəzetində onun islam qəzeti olduğu dəfələrlə yazılmışdır. Məhz buna görə də hər hicri ilinin əvvəlində qəzetin nömrələri təzələnməli, 1 rəqəmindən başlamalı idi.

"Ziya"  nın ilk nömrəsi 1296-cı ilin məhərrəm ayından başlamalı idi. Lakin müəyyən texniki çətinliyə görə "Ziya"nın ilk nömrəsi hicri qəməri ilinin ikinci ayının-səfər ayının 16-da çıxmışdır ki, bu da miladi təqvimlə 1879-cu  il yanvarın 25-nə  düşür. Bu məlumat  "Ziya" qəzetinin 19 noyabr 1879-cu il tarixli 44-cü nömrəsindəndir: "Ziya" qəzetəsinin tə'b və nəşr olunmağını dost tutan  həzəra məlum ola ki, həmin ildə qəzetə verilməkligi öhdəmizə götürək.Hərçənd niyyəimiz ona müncərr  olmuş idi ki, qəzetəmizi keçən məhərrəm ayının ibtidasından verək. Çünki səneyi-islamiyyənin ibtidası ondan başlanır... Lakin işimizin ibtidası düşvar olmağa görə bacara bilmədük ki, bir parə kəsir və nöqsanatımızı cabəca edüb, məzkur niyyətimizi əmələ gətürək.Ona görə naçar olub səfər ayının 16-da  əvvəlimci nömrəmizi zühurə gətirüb, ahəstə-ahəstə səy və himmət göstərdük". "Ziya"nın ikinci ilinin ilk nəmrəsi 6 dekabr 1879-cu ildə yenə də birinci nömrədən başlayaraq çıxmışdır. 1880-ci il  iyunun 26-da çıxan 30-cu nömrədən sonra  qəzət yeni mətbəə şriftlərinin hazırlamması
üçün   öz işinə 5 ay  fasilə vermiş, üçuncü ilin ilk nömrəsi 1880-ci il dekabrın 9-da yeni nömrə ilə  çıxmışdır.

"Ziya"nın  3-cü ilinin 1 və -ci və 2-ci nömrələri 1880-ci ildə,  sonrakı nömrələri isə 1881-ci ildə çıxmışdır.

Yeri gəlmişkən qeyd edək ki,25 yqnvar 1879-cu ildən 26 iyun 1884-cq ilədək  "Ziya" qzəztinin  "Ziya" adı ilə 76, "Ziyayi-Qafqasiyyə" adı ilə  104 nömrəsi  çap olunmuşdur.

Qəzetin banisi,imtiyaz sahibi Səid Əfəndi Ünsizadə, ilk redaktoru və baş mühərriri isə onun ortancıl qardaşı Cəlal Ünsizadə olmuşdur.Cəlal Ünsizadə 1883-il yanvarın 31- də "Kəşkül" adlı jurnalın nəşrinə başladığına görə "Ziya"dakı işindən uzaqlaşmışdır.

Aparılan ciddi tədqiqatlar göstərir ki, "Ziya" da , "Kəşkül" də Ünsizadə qardaşlarının  birgə layihəsi idi.Həm Səid Ünsizadənin, həm də  Cəlal Ünsizadənin əsas məqsədi rus müsəlmanlarını mətbuat vasitəsilə yuxudan oyatmaq idi. "Ziya" qəzetinin bağlanmasının əsas səbəbi də  bu fikrin "Ziya" qəzetinin sonuncu-1884-cü il 26 iyun tarixli 11-ci nömrəsində açıq çəkildə ifadə olunması idi.

"Ziyayi-Qafqasiyyə" qəzeti bağlandı,  "Kəşkül" qəzet formasında öz işini 1891-ci ilin oktyabrınadək davam etdirdi.Səid Ünsizadə  1890-cı ildə "Ziya"nın  yenidən davam etdirilməsinə icazə istəsə də, istəyinə nail ola bilmədi.O, maarifçilik ideyalarını türk dünyasının baş şəhərində - İstanbulda davam etdirmək qərarına gəldi.Burada köhnə dostlarının köməyi ilə Maarif Məclisində yüksək vəzifədə ideoloji və pedaqoji çalışmalarını davam etdirdi, yeni təhsil proqramlarının yazılmasında və başqa dillərdən tərcümə olunmasında fəaliyyət göstərdi.

Səid Ünsizadə Osmanlı dövlətinin Məclisi Maarif əzalarından (üzvlərindən ) biri kimi türk egitim tarixində özünə şərəfli yer tutdu.O,İstanbulda Quranın türk dilində təfsirini yazdı.

1903-cü ildə dünyasını dəyişən Səid Ünsizadə İstanbuldakı Fatih Camii hazirəsində hörmətlə dəfn olundu.

Cəlal Ünsizadə  də qardaşının İstanbula hicrətindən təxminən iki il sonra İstanbula getdi,burada yüksək səviyyəli dövlət qurumlarında tərcüməçi,kitabxana müdiri,mətbuat müşaviri kimi vəzifələrdə çalışdı.

"Ulus" qəzetinin verdiyi xəbərə gərə o,1933-cü il  fevralın 17-də  Ankarada vəfat etmişdir.

Şəkli keçən il İstanbulda,Ünsizadələr nəslinin Arkun soyadını daşıyan qohumlarından taapılsa da, qəbrinin yeri hələlik məlum deyil.

***

Uzun illər Səid Ünsizadənin Türkiyə həyatı haqqında geniş oxucu kütləsinə, eləcə də elm

adamlarına, demək olar ki, heç nə məlum deyildi.Onun  ölüm xəbərini oxuculara 20-25 il bundan qabaq mən xəbər vermişdim."Həyat" qəzetinin  1905-ci il 21 -сi nömrəsinin axırıncı səhifəsinin axırıncı sütunundakı nekroloqda göstərilirdi ki, türk dünyasının fazillərindən biri olan Səid Ünsizadə İstanbulda ömrünün 80  sinnində  dünyasının dəyışmişdir.Nekroloqun altında "Həyat"ın rəhbərlərinin üçünün də-Əli bəy Hüseynzadə,Əhməd bəy Ağayev, Əlimərdan bəy Topşubaşovun imzaları var.

Sonralar məlum oldu ki, bu xəbəri Əli bəy Hüseynzadəyə S.Ünsizadənin qohumlarından biri Atamalıbəyov çatdırıbmış.Xəbərin doğruluğuna şübhə ola bilməzdi.Biz də məhz bu arxayınlığa görə

Səid Ünsizadədən bəhs edəndə 1905-ci ildə ölüm xəbəri verilən 80 yaşlı  görkəmli marifçinin və din xadiminin  1825-ci ildə Şamaxıda anadn olduğunu,1905-ci ildə dünyadan köçdüyünü  yazmışdıq.

Keçən il uzun axtarışlardan sonra Səid Ünsizadənun axtarışını apardığımız  foto şəkli və  İstanbulda Fatih Camii  Məzarlığındakı qəbri  də tapıldı.Səid Ünsizadənin şəkli hörmətli dostumuz Akif Aşırlinının Mətbuat Muzeyinin eksponatlarını daha da zənginləçdirdi.Bu işdə Səid Əfəndinin Bakdakı qohumlarından biri Zaur Səmədovun (O,Ünsizadə soyadından da istifadə edir-N.N.) xidmətləri təqdirəlayiqdir.  Səid Ünsizadənin  Fatih Camiidəki qəbrinin internet səhifələrindəki  şəkli dünya türk mətbuatına yol tapdı.Qəbir daşındakı yazılar "Həyat" qəzetindəki nekroloqa  uyğun gəlmirdi.Burada görkəmli maarifçinin yaşı və ölüm tarixi bizi yeni axtarışlarar aparmağa məcbur etdi. Həhayət, şərqşünasların oxumağa ehtiyat etdikləri baş daşındakı yazını mətnini tapdıq və  qəbir daşında yaxşı oxunmayan  sözləri aydınlaşdıra bildik.

Evrika! Tapıldı!!!...Səid Ünsizadə həqiqətləri tapıldı....

 


Sait Ünsi Efendi Mezar taşı

Fatih Camii haziresinde bulunmaktadır.
Vefat tarihi 1903 yıl. 
Mezar taşı üzerindeki kitabe çok estetik olmamasına rağmen

kitabede bulunan ifade olarak çok önemlidir. 

Mezar baş ve ayak taşından oluşmaktadır. 
Baş taşı üzerinde sarık şeklinde bir serpuş bulunmaktadır.

Ayak taşı ise vazodan çıkan çiçek motifleriyle süslüdür.

61 yaşında vefat eden Sait Ünsi Efendi’nin hac farizasının

yerine getirmiş Meclisi Maarif azasından biri olduğu

ve Azerbaycan’da bir yer olan Semahi -Şirvan’da doğmuştur.

Teferruatlı malümat için kütüphanelerə baş vurun ifadesi yer almaktadır.

Taşın cinsinden kaynaklanan ve karıncalanma olarak bilinen tahribata

maruz kalan taşın üzerindeki harfler siyah renkle boyanmıştır.

Sekiz satır halinde ve celi talik hatla yazılan kitabe 1903 tarihlidir.

Kitabenin son iki satırı Farsça olarak yazılmıştır.

Sıdk ve yakin yolunda Hazreti Peygamber’in dininin tutkunu

Gül fidanından bir gül, 
ismi Ünsi Sadettin

RELATED POSTS

***

Nazim Nəsrəddinov,

Azərbaycan Respublikasının əməkdar müəllimi,türkoloq

Bakı.11.02.2019.

 


P.S."Həyat" qəzetindəki yazının-bəd xəbərin yanlışlığı-Səid Ünsizadənin ölüm xəbərinin

Azərbaycana iki ildən sonra  təzə xəbər kimi  çatdırılması Atamalıbəyovun günahı deyil.

"Həyat" - həyata təzə gəlmişdi.Qəzetin ilk nömrəsi 07.06.1905-ci ildə çıxmışdı.

Bu xəbər oxuculara başsağlığı kimi çatdırılmışdı.

Maraqlı burasındadır ki, "Həyat" Səid Ünsizadə haqqında  ətraflı yazı yazmağı

Səid Əfəndi Ünsizadəni daha yaxşı tanıyan   oxuculardan xahiş edirdi.

"Həyat"ın sonrakı 304 nömrəsində  redaksiyanın bu çağırıçına səs verən olmamışdır.

Bu barədə Əli bəy Hüseynzadənin arxivində maraqlı  materialların olacağına inanırıq.

Hər halda məsələ daha diqqətlə araşdırılmalı və incələnməlidir.



Strategiya.az

Xəbərlər
18.08.2019

Birinci vitse-prezident Mehriban Əliyeva: Azərbaycanın layiqli övladları, əsgər və zabitləri ilə fəxr edirəm

18.08.2019

Şəhriyar Məmmədyarov Hikaru Nakamura ilə mübarizə aparacaq

18.08.2019

Şəmkirdə ailə münaqişəsi zəminində baş vermiş hadisə ilə bağlı Prokurorluqdan rəsmi açıqlama

18.08.2019

Sabah hava küləkli olacaq

18.08.2019

Bakıda ağırçəkili şəxs xilasedicilərin köməyi ilə mənzildən çıxarılıb

18.08.2019

Türkiyədə ağır yol-nəqliyyat hadisəsi baş verib

18.08.2019

Batma təhlükəsi ilə üzləşən 3 nəfər xilas olunub

18.08.2019

Ermənistan silahlı qüvvələri atəşkəsi 21 dəfə pozub

18.08.2019

İsrailin Baş Naziri Ukraynaya səfər edəcək

18.08.2019

Zaur Əliyev dünya çempionatında gümüş medal qazanıb

18.08.2019

Türkiyənin Orduya Kömək Təşkilatı “British Steel” şirkətini satın alır

18.08.2019

Azərbaycan Sərhəd Mühafizəsinin yaranmasından 100 il ötür

18.08.2019

Müdafiə naziri “Beynəlxalq Ordu Oyunları - 2019” yarışlarının bağlanış mərasimində iştirak edib

18.08.2019

Qazaxıstanda zəlzələ baş verib

18.08.2019

Bu gün dövlət qulluğuna qəbul üçün test imtahanı keçirilir

18.08.2019

Teleaparıcı təyyarə qəzasında həlak oldu

17.08.2019

Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyeva dünya şöhrətli müğənni Müslüm Maqomayevin anım mərasimində iştirak edib

17.08.2019

Qazaxıstan hərbi gəmisi Bakı limanını tərk edib

17.08.2019

Tərtər sakini həmkəndlisini maşınla vurub öldürdü

17.08.2019

Məktəbli formalarının qiyməti açıqlandı

17.08.2019

Prezident İlham Əliyev əfqanıstanlı həmkarını təbrik edib

17.08.2019

Güləşçilərimiz dünya çempionatının dörddəbir finalına vəsiqə qazanıblar

17.08.2019

Gömrükdən keçən avtomobildə qanunsuz mobil telefonlar aşkarlanıb

17.08.2019

Azərbaycan bitki və heyvan mənşəli piy və yağların ixracını artırıb

17.08.2019

Xocəsən poçt şöbəsində quldurluq: İşçini bıçaqla vurub qaçdılar

17.08.2019

ABŞ-da yüngülmotorlu təyyarənin qəzaya uğraması nəticəsində 2 nəfər ölüb

17.08.2019

Oğuzda qətl: Münaqişə zəminində bıçaqlanma olub

17.08.2019

Cəlilabadda keçmiş məhkumun evindən narkotik və psixotrop maddələr aşkarlanıb

17.08.2019

"28 may" stansiyasında istifadəsi dayandırılan eskalatorda təftiş yekunlaşıb

17.08.2019

İstanbulda güclü partlayış: ölən var

17.08.2019

Dövlət Gömrük Komitəsi şirkətlərdən imtahan götürür

17.08.2019

Rusiya-ABŞ nüvə müharibəsi: Günəşə həsrət qalacağıq

17.08.2019

Sabah havanın temperaturu 40 dərəcəyə yüksələcək

17.08.2019

Əhalinin Siyahıyaalınmasına Yardım Komissiyasının iclası keçirilib

17.08.2019

Abşeronda 20-yə yaxın evdən oğurluq edən şəxslər tutulub

17.08.2019

Qeydiyyatdan keçməyənlər qəbul olunanlar siyahısından xaric ediləcəklər

17.08.2019

Messinin rekordu təkrarlanıb, "Barselona" son 11 ildə ilklə üzləşib

17.08.2019

Bakıda 7 otaqlı evdə yanğın olub

17.08.2019

Məktəbli formaları ilə bağlı direktorlara -XƏBƏRDARLIQ

17.08.2019

"Qalatasaray" fransalı futbolçunu transfer edib

17.08.2019

Yaponiya Müdafiə Nazirliyi ABŞ-dan “F-35B” qırıcılarının alınması planını təsdiqləyib

17.08.2019

Zaur Əliyev dünya çempionatının finalında

17.08.2019

3 rayonun qaz təhizatı 2 gün müddətinə dayandırılır - SƏBƏB?

17.08.2019

“Qarabağ” klubu Azərbaycan Premyer Liqasının yeni mövsümünə qələbə ilə başlayıb

17.08.2019

Düşmən atəşkəs rejimini 21 dəfə pozub

17.08.2019

BMT Cammu və Kəşmirdəki vəziyyətdən narahatdır

17.08.2019

Kiyevin "Dinamo" klubunda yeni baş məşqçi

17.08.2019

Tərlan İbrahimovun üzərində zorakılıq əlamətləri olan meyiti tapılıb

16.08.2019

Arktikada 35 dərəcə isti qeydə alınıb

16.08.2019

Onkoloji xəstəliklərlə “vuruşan” ərzaqların siyahısı hazırlanıb