Zosa qəbiləsi

20:40 / 11.02.2019

(Milli Şuranın Azərbaycan səmasında iki günəş çıxardacağına inananlar üçün)

 

1856-cı ilin may ayı idi.

Cənubi Afrikanın sahil bölgəsində məskunlaşmış Zosa qəbiləsi üçün sıradan bir gündü.

Heç Key çayı da daşmamışdı, sakit-sakit axırdı.

Qəbilənin gənc qızlarından biri çaydan su gətirməyə getmişdi.

Bütün obanı bir-birinə qatan xəbərlə qayıtdı.

Çayın qırağında indiyəcən heç zaman rast gəlmədiyi qiyafət və simada yad kişilər gördüyünə and içirdi. Dediyinə görə, həmin qeyri-adi libasda və simada olan qəribə adamlar Zosa qəbiləsindən cəsur və hörmətli bir adamı tək gəlmək şərti ilə yanlarına çağırırdılar.

Zosa qəbiləsində hər kəs özünə görə cəsur və hörmətli idi. Ancaq səhərin gözü açılmamış çayın qırağında peyda olmuş müəmmalı adamların şərti canlarına bir balaca üşütmə salmışdı. Bütün hallarda, gənc qızın söylədiklərinin doğru-olub olmadığını yəqinləşdirmək lazım idi. Odur ki, qabağa qızın əmisi Umhlakaza düşdü. Qayıdıb xalqı inandırdı ki, qardaşı qızı yalan demirmiş. Doğrudan da, çayın sahilində onun da indiyə qədər heç zaman görmədiyi adamlar varmış. O adamlar Umhlakazaya daxmasına dönməyi, gördüklərini camaata danışmağı, mərasimlər keçirməyi, mərasimin sonunda qəbilənin bütün dünyadan köçmüş nümayəndələrinin ruhunu şad etmək üçün bir yaxşı dana qurban kəsməyi, qurban kəsiləndən dörd gün sonra yenidən çayın qırağına gəlməsini əmr etmişdilər.

Umhlakaza və qəbiləsi əmri yerinə yetirmək qərarına gəldilər. Dörd gün sonra o, növbəti dəfə çayın sahilinə gedəndə yad adamlar yenə orada idilər.

Umhlakaza onlardan birini tanıdı. Çoxdan ölmüş, sümükləri artıq sürmə olmuş mərhum qardaşı idi. Xoş-beşdən sonra qardaşı və qardaşının yoldaşları gəlişlərinin məqsədini açıqladılar. Sən demə, onlar öləndən sonra yenidən dirilibmişlər və adı zosalılara məlum olmayan bir dənizin sahillərində ədalət üçün savaşırmışlar. O savaşda ədalətin lehinə zəfər qazanıb öz qəbilələrini xilas etmək üçün dönmüşdülər. Mistik və fövqəl gücləri itməsin deyə onları hər kəs görməməli idi, sözlərini-sovlarını qəbiləyə Umhlakaza çatdırmalı idi. İlk tapşırıqlar Zosa camaatının bir-birlərinə qarşı cadu etmələrinə son qoyulması və bəslədikləri buzovların, danaların kəsilməsi idi.

Zosa xalqı o gün çox xoşbəxt hiss elədi özünü, ruhlar dünyası ilə əlaqə qurmuş, bütün bəşəriyyətdən fərqli güc və dəstək qazanmışdılar. Qəbilədə ən önəmli ailənin rəisi olan Kreli bu olaya hər kəsdən çox sevinirdi. Bircə Sandilenin bu işdən ağlı bir şey kəsmirdi, dalağı sancmışdı ki, olayların arxasında elə Kreli özü dayanır. Kreli və camaat onu ingilislərə yaltaqlanmaqda ittiham edirdi. Sonda o da doğmaca atasının ruhunun doğmaca qardaşı ilə onun barəsində apardığı məzəmmət dolu söhbətdən sonra palaza büründü.

Zosa əhli ruhların tapşırıqlırını şövqlə icra edir, mallarını kəsir, ingilis təbəəsi olan soydaşlarına da ismarıc göndərərək yeni peyğəmbərlərini qəbul etməyi və bütün ölülərinin dirilərək qutsal savaşda onlara yardım edə bilmələri üçün bütün sığırlarını boğazlamağı tələb edirdilər. Həyacan getdikcə yüksəlir, həyacan yüksəldikcə Zosa müflisləşirdi. Ancaq bunlar müvəqqəti çətinlik idi. Qəbilənin sonuncu davarı kəsilən, sonuncu çörəyi yeyilən gün bir andaca hər yer yamyaşıl olacaq, torpağın altından sürü-sürü mal-qara çıxacaq, tarlalar məhsulla dolub-daşacaqdı.

Eh, hələ bu harasıdır?

Vəd olunan gün qəbilənin əsrlər öncə yaşamış bütün bilgələri və savaşçıları diriləcək, bütün xəstələr sağalacaq, bütün qocalar cavanlaşacaq, bütün problemlər anidən çözülərək səadət dövrü başlayacaqdı. Bu deyilənlərə inanmayan olarsa, onu əbədi peşimançılıq və cəza gözləyirdi: göydən daş yağacaq və o daşlar yalnızca şübhəçilərin başını əzəcəkdi.

Bəli, bir həyacana qapılaraq yaşamaq Zosa xalqı üçün onları gözləyən təhlükəni görməkdən daha cazibədar idi. Zosa xalqı ətrafdakı icmalardan, xristian missonerlərindən, ingilis hökumətinin nümayəndələrindən gələn heç bir çağırışı qəbul etmir, heç bir etirazı dinləmir, o günün gəlməyəcəyini, gələ bilməyəcəyini düşünən, deyən hər kəsi söyür, təhdid və daş-qalaq edirdilər.

O günün gəlişi isə uzanırdı, günlər keçdikcə adamlar,- biri də elə Krelinin əmisi- aclıq və səfalət içində ölür, ancaq öz fanatik inamlarına quş qondurmurdular. Bəziləri günahkar olaraq Sandileni göstərir, BÖYÜK GÜNün onun “haqqın yoluna” gec qoşulması üzündən gecikdiyini iddia edirdilər.Arıqlamış, zəifləmiş və bir qismi iş başında acından ölən adamlar süd göllərinə dönməsi üçün çuxurlar qazır, sürüləri saxlamağa tövlə, zəmilərdən yığılacaq məhsulu mühafizə etməyə anbarlar tikirdilər.

Nəhayət, o gün yetişdi. Ruhlar Zosa xalqına müjdə verərək artıq evlərində oturmamağı, gecə şərqdəki iki təpənin üzərinə çıxıb doğacaq iki qan qırmızı günəşi- bəli, o gün bir deyil, iki günəş çıxacaqdı- gözləməyi əmr etdilər.

Dan yeri söküldü və ...

YENƏ BİRCƏ GÜNƏŞ DOĞDU!

Yenə ümidlərini üzmədilər, günortanı gözlədilər.

Günorta da göylər yenə göydə, yerlər də öz yerində qaldı.

Yenə Key çayı öz məcrası ilə sakitcə axırdı...

Axşamçağı da sevinə bilmədilər. Ölənlərdən səs-soraq çıxmırdı.

Zosa xalqı artıq acından bir-birini didirdi. Ümid dolu günlərdə ruhlarla birlikdə o dünyadan gələcək pendirləri doldurmaq üçün hazırlanmış tulumların bir parçasını yemək uğrunda qardaş qardaşla, ata oğulla, arvad əri ilə boğuşurdu. Köklərini, qabıqlarını yemək üçün ağaclar da kəsilmişdi. Gölməçələrdə qurbağa tapan günün ən şanslı adamı sayılırdı. Ayağı yer tutanlar ətrafdakı digər qəbilələrdən dilənməyə gedirdilər. Qocalar, xəstələr və zəiflər zarıyırdı, vecinə alan yox idi. Sadəcə, bir ağacın altında bir nəsildən 25 adam ölmüşdü. Bir il içində Zosa icması üzvlərinin sayı 105 min nəfərdən 37 min nəfərə düşmüşdü, 68 min insan tələf olmuşdu.

Tamamən gerçək olan bu hadisə Elias Canettinin məşhur “Kütlə və iqtidar” adlı əsərində təsvir olunub.

Azərbaycanda iqtidara can atan kütlənin sosial-psixoloji məziyyətlərini izah edəcək hadisədir.

Zosa icması- Milli Şura və digər müxalif qruplar;

Umhlakaza- Cəmil Həsənli;

Umhlakazanın qardaşı qızı- Gültəkin Hacıbəyli;

Umhlakazanın çoxdan ölmüş qardaşı və qardaşının çay qırağındakı yoldaşları- Rüstəm İbrahimbəyov, Mehman Əliyev, Arif Əliyev, Elçin Şıxlı və başqaları;

Kreli- Əli Kərimli;

Sandile- İlqar Məmmədovdur.

 

Taleh Şahsuvarlı


Etiket:

Strategiya.az

Xəbərlər
25.08.2019

“Avro 2019”: Voleybol üzrə Azərbaycan millisi Hollandiya yığması ilə qarşılaşıb

25.08.2019

Türkiyə ordusu İraqın şimalında üç şəhid verib
 

25.08.2019

Türkiyə təhlükəsizlik qüvvələri 24 terrorçunu məhv edib

25.08.2019

Sabahın hava proqnozu açıqlanıb

25.08.2019

Xaçmazda 2 nəfər bıçaqlanıb

25.08.2019

Oğuzda dağlıq ərazidə meşə yanır - 2 helikopter və təyyarə cəlb edilib

25.08.2019

Atəşkəs iriçaplı pulemyotlarla 21 dəfə pozulub

25.08.2019

“WordPress”in avtomatik yenilənmə siyasəti barədəXƏBƏRDARLIQ

25.08.2019

Şamaxıda yanğın olub

25.08.2019

Azərbaycandan Həcc ziyarətinə gedən zəvvarların sonuncu qrupu bu gün Vətənə dönəcək

25.08.2019

“Nur” şadlıq sarayında baş verən yanğın söndürülüb

25.08.2019

Çin lideri orduya döyüş hazırlığını yüksəltməyi tapşırıb

25.08.2019

"OPEC+" formatı: Azərbaycanın enerji siyasətinin növbəti uğuru

25.08.2019

“Qarabağ” – “Linfild” oyununun hakim təyinatları açıqlanıb

25.08.2019

Batmaq təhlükəsi ilə üzləşən iki nəfər xilas olunub

24.08.2019

Putin-Makron: Rusiya ilə Aİ münasibətlərinin ziddiyyətləri azalmır

24.08.2019

Avropa İttifaqı Amazonda yanğınların söndürülməsinə köməyini təklif edib

24.08.2019

Şamaxıda "Toyota"nın vurduğu piyada xəstəxanada öldü

24.08.2019

İran yeni raketini sınaqdan keçirib

24.08.2019

Bakıda narkobaronlara qarşı xüsusi əməliyyat - "Bibixanım" saxlanıldı (FOTO)

24.08.2019

Bazar gününə olan hava proqnozu

24.08.2019

Prezident İlham Əliyev İslam Əməkdaşlıq Təşkilatının Baş katibini qəbul edib

24.08.2019

Xərə Zirə adasının palçıq vulkanı elementləri tədqiq edilib

24.08.2019

Azərbaycan millisi İsrail, Ukrayna və Latviya yığmaları ilə qarşılaşacaq

24.08.2019

Bakıda iki nəfər 18 manata görə bir nəfəri döydü - Polis isə...

24.08.2019

“Soyuz MS-14” Beynəlxalq Kosmik Stansiyaya birləşə bilməyib

24.08.2019

Şəkidə dağlıq ərazidə baş verən yanğın söndürülüb

24.08.2019

Neftin qiyməti ucuzlaşıb

24.08.2019

Moskva aeroportlarında 40-dan çox reys təxirə salınıb və ya ləğv edilib

24.08.2019

Kiçikhəcmli gəmilərin təhlükəsiz istismarı diqqət mərkəzində saxlanılır

24.08.2019

8 min manata yaxın pul və qızıl əşyalar oğurlayan Masallı sakini ələ keçdi

24.08.2019

Donald Tramp Çin mallarının idxal tariflərini yenidən qaldırıb

24.08.2019

Hirkan Milli Parkında yanğın tam söndürülüb

24.08.2019

İstirahət günlərində hava necə olacaq?

24.08.2019

Xəzər dənizində zəlzələ baş verib

24.08.2019

Atəşkəs snayper tüfənglərlə 19 dəfə pozulub

23.08.2019

Moskvada Putin və Ərdoğan arasında danışıqlar keçiriləcək

23.08.2019

"İnterpol" narkotik alverçisi olan azərbaycanlı barədə axtarış elan etdi

23.08.2019

Azərbaycanda bu məhsulların QİYMƏTLƏRİ ucuzlaşdı - SİYAHI

23.08.2019

Mərkəzi Bank depozit hərracı keçirəcək - Məbləğ yüz milyon manat

23.08.2019

Göyçayda evdən külli miqdarda pul oğurlanıb

23.08.2019

Şəhriyar Məmmədyarov amerikalı Uesli So ilə qarşılaşacaq

23.08.2019

Azərbaycanın xarici dövlət borcu açıqlanıb

23.08.2019

Mərdəkan körpüsündən avtomobil aşıb

23.08.2019

Rusiyadan gələn maşında 67 ədəd mobil telefon və dərman preparatları aşkarlandı

23.08.2019

Ümumi təhsil müəssisələrində vakansiya seçimi başa çatır

23.08.2019

Ötən gün törədilmiş 32 cinayətin üstü “isti izlər”lə açılıb

23.08.2019

Sabah 40 dərəcə isti olacaq

23.08.2019

Hava hücumundan müdafiə vasitələri döyüş atışları icra edib

23.08.2019

Bəyanat: İşğal olunmuş əzəli Azərbaycan torpaqlarında dini abidələr vandal münasibətlə üzləşib