XX əsrin möcüzəsi: Azərbaycan Dövlət Televiziyası da həmin möcüzələr sırasındadır

13:07 / 14.02.2019

Hafizə İmanova 

Beynəlxalq Münasibətlərin Araşdırılması Mərkəzi sədrinin müşaviri

 

 

         1956-cı il fevralın 14-ü... Azərbaycanda  televiziya məhz bu tarixdə yarandı. Xalq artisti Nəcibə Məlikova “Göstərir Bakı” kəlməsi ilə televiziyanın fəaliyyətə başlamasını elan etdi və bütün xalqa bu münasibətlə təbriklərini çatdırdı. Sonra “Bəxtiyar” filmi nümayiş olundu. Beləcə, Azərbaycanda ilk televiziya fəaliyyətə başladı. O gündən də əsas missiyası xalqa xidmət etmək oldu. İlk vaxlar böyük çətinliklərlə üzləşdi. Kadr çatışmazlığı olduğundan televiziyanın fəaliyyətini davam etdirmək üçünradio və qəzetlərdən mütəxəssislər dəvət olunurdu. Amma bu yetərli deyildi. Çünki, televiziya tam fərqli bir sahə olduğundan burada təcrübəli işçilərə ehtiyac duyulurdu. İlk televiziya olduğu üçün dəbu sahə üzrə ixtisaslaşan kadr demək olar ki yox idi. Amma vaxt keçdikcə milli televiziya öz simasını formalaşdıra bildi. Burada çalışan hər bir işçi çətin və məsuliyyətli işin öhdəsindən gəlməyi bacardı.

        Bakı studiyası əvvəlcə həftədə iki, sonra isə üç dəfə 2 saatlıq proqramla tamaşaçılar qarşısına çıxmağa başladı.Sonradan yayımın sayı artırıldı. 1957-ci ildən Azərbaycan televiziyası həftədə 5 dəfə efirə çıxdı və verilişlərin müddəti də 20 dəqiqə uzadıldı. Yəni efir vaxtı 2 saat 20 dəqiqə davam edirdi. 1962-ci ildə isə Milli televiziya gündəlik efirə çıxmağa başladıvə proqramların vaxtı 7 saata qədər uzadıldı. 70-ci illərdən etibarən Azərbaycan Televiziyasının gündəlik veriliş və proqramlarının yayım həcmi 10 saata, 80-ci illərdə 18 saata çatdırıldı. 2005-ci ilin yanvarından isə milli televiziya 24 saatlıq fasiləsiz yayıma keçdi. Mərhələlərlə inkişaf edərək bu günə qədər gəlib çatdı. İndi Azərbaycan teteviziyası xalqın təfəkkürünün formalaşmasında, onun maariflənməsində, mədəni irsinin təbliğində əhəmiyyətli rola malikdir. Bəlkə də elə bu səbəbdəndir ki, televiziyanın kəşfi  XX əsrin ən böyük möcüzəsi adlanır.Çünki televiziya mədəniyyət tarixinin tərkib hissəsi olmaqla yanaşı, bütövlükdə incəsənət növlərinin əyani təbliğat vasitəsi kimi də çıxış edir. Bu mənada mütəmadi olaraq dəyişən və təkmilləşən televiziyanın inkişaf yolu bütövlükdə aid olduğu cəmiyyətin tarixi mənzərəsini əks etdirir.

         Keçmiş Sovetlər Birliyində xalqın dünyagörüşü və bədii-estetik zövqünün formalaşmasında əsaslı rol oynamış televiziya Azərbaycanda da mürəkkəb inkişaf yolu keçərək, tədricən kütləvi əxlaq və xarakter psixologiyasından milli dirçəliş, oyanış düşüncəsinə manevr etmişdir. İlk əvvəl “ev kinosu” kimi dəyərləndirilən televiziya mərhələ-mərhələ irəlilədikcə cəmiyyətin ictimai-siyasi, eləcə də mədəni həyatının bir parçasına çevrildi. Xalqın məlumatlanması, maariflənməsi və əylənməsi funksiyalarını üzərinə götürdü.Bu məqsədlə tamaşaçılara “Retro” kinozalı, “Bayatı” ədəbi almanaxı, “Şahmat məşqçilərinin televiziya məktəbi”, məktəblilər üçün “Günəş”, “Yelkən” verilişləri, eləcə də “Bağçılıq”, “Qitələr, hadisələr” beynəlxalq proqramları təqdim edilirdi. Televiziyada “Səyahət”, “Gəncliyin səsi”, “Kəndimizin qayğıları”, “Qabaqcıl təcrübə məktəbi”, “Bazar münasibətləri: problemlər, perspektivlər”,“Əməkdaşlıq”, “Mahnı qanadlarında”, “Sənət yollarında”, “Palitra” incəsənət proqramı” kimi ən müxtəlif istiqamətli verilişlər hazırlanırdı. 1991-ci ilin diqqət çəkən verilişlərindən biri “Televiziya tamaşaçılarının suallarına cavab verirlər” adlanırdı. Bütün bunlarda milli televiziya xalqın həyatının bir parçasına çevrilirdi. İndi də eyni missiya və amalla xalqa xidmət göstərməyə davam edir. Bu gün də müxtəlif tele-debatlar, televiziya tamaşaları, talk-şoularlarla milli ruhun möhkəmlənməsinə xidmət edir.

         Hazırda Azərbaycan televiziyasında ən aparıcı sahə “Xəbərlər” departamentidir. Ölkədaxili və dünyada baş verən hadisələr barədə xalqın məlumatlandırılmasına xidmət edən “Xəbərlər” proqramı ilk dəfə 1960-cı ildə “Günün yenilikləri” adı ilə ekrana çıxmağa başladı. Sonra “Son xəbərlər”, 1967-ci ildən isə “Günün ekranı” adı ilə efirdə yayımlandı. Adlar müxtəlif olsa da strategiya eyni idi. Məqsəd ölkədə və dünyada baş verən ən mühüm hadisələri, rəsmi məlumatları, görüşləri tamaşaçılara çatdırmaq idi. İndi “Xəbərlər” adı ilə yenə də eyni missiyaya xidmət edir, əhalini ən son siyasi yeniliklərlə tanış edir. Bu şərəfli və məsuliyyətli işin öhdəsindən də layiqincə gəlməyi bacarır.

         Cənab Prezident İlham Əliyevin diqqət və qayğısı nəticəsində Azərbaycan Televiziyası bu gün nəinki ölkə daxilində eyni zamanda dünyanın bir çox ölkələrində yayımlanır. Verilən operativ və şəffaf informasiyası ilə özünə çoxsaylı tamaşaçı kütləsi toplamış Dövlət Televiziyamız daima öz izləyicilərini istər dünya xəbərlərindən istərsə də ölkə daxilində baş verən ən son hadisələrdən məlumatlandırır və maarifləndirir. Cənab Prezidentin qayğısı nəticəsində Azərbaycan Dövlət Televiziyası öz örnək fəaliyyəti ilə missiyasını layiqincə davam etdirir və televiziya, radio sahəsində peşəkar kadrlar yetişdirməklə dünyanın qabaqcıl televiziya mütəxəssisləri ilə rəqabətə girə biləcək işlər ortaya qoyur. Ümid edirəm ki, Dövlət Televiziyamız örnək fəaliyyəti ilə Azərbaycan tarixinə adını əbədi həkk etdirəcək və Müasir Azərbaycanın yalnız xoşbəxt, firavan günlərini yayımlayacaq. Bayramınız mübarək!

 

 

 

 

 


Etiket:

Strategiya.az

Xəbərlər
23.05.2019

Ramazanın 19-cu gününün duası, imsak və iftar vaxtı

23.05.2019

Prezident İlham Əliyev müqəddəs Ramazan ayı münasibətilə iftar mərasimində iştirak edib

23.05.2019

Soydaşımız Ulyanovsk avtomobil zavodunun baş direktoru təyin edilib

23.05.2019

DİN-in idmançı əməkdaşı kikboksinq üzrə dünya kuboku turnirinin qalibi olub

23.05.2019

Bakıda cibgirlik edən narkoman qadın həbs olundu

23.05.2019

Prezident bu şəxslərin pensiyasını artırdı

23.05.2019

Gənclər Fondu “Xaricdə təhsilin maliyyələşdirilməsi üzrə Müsabiqə” elan edir

23.05.2019

MN: Ermənistanın bütün ərazisi tamamilə Azərbaycan Ordusunun nəzarəti və müşahidəsi altrındadır

23.05.2019

Azərbaycan-Rumıniya oyununu çexiyalı baş hakim idarə edəcək

23.05.2019

İran Milli Ali Təhlükəsizlik Şurasının sözçüsü: "ABŞ-la heç bir danışıq olmayacaq"

23.05.2019

Saakaşvili Zelenskidən vətəndaşlığının qaytarılmasını istəyib

23.05.2019

Tərtərdə raket mühərriki tapılıb

23.05.2019

İsrailin İ24 xəbər telekanalı: Dağlıq Qarabağ Azərbaycan Respublikasının beynəlxalq aləmdə tanınmış ərazisidir

23.05.2019

Rusiya XİN: ATƏT Minsk qrupunun həmsədrləri əsirlərlə bağlı təklifləri Dağlıq Qarabağ münaqişəsinin tərəflərinə təqdim edəcək

23.05.2019

Azərbaycanda bu maşınların istifadəsi qadağan ediləcək

23.05.2019

"Fənərbaxça"dan ayrılıb, "Olimpiakos"a keçir - Rəsmi

23.05.2019

ABŞ-ın sanksiyaları nəticə verdi: Artıq İran...

23.05.2019

Olimpiadanın final mərhələsinin vaxtı açıqlanıb

23.05.2019

Sabah havanın hərarəti 30 dərəcəni keçəcək və...

23.05.2019

Dövlət qulluğunda işləmək istəyənlər! Qeydiyyat başladı

23.05.2019

Bugünkü hərracda dolların məzənnəsi məlum olub

23.05.2019

Biləsuvarda polis külli miqdarda narkotik aşkarladı

23.05.2019

Prezident İlham Əliyev Almaniya Bundestaqının nümayəndə heyətini qəbul edib

23.05.2019

Ali məktəbə bu il sənəd verməyən kollec məzunları üçün ƏLAVƏ QƏBUL elan ediləcək

23.05.2019

Azyaşlı oğlundan narkotik əldə etmək üçün istifadə edən ata saxlanılıb

23.05.2019

KİV: Britaniyanın Baş naziri Tereza Mey cümə günü istefa verə bilər

23.05.2019

Prezident İlham Əliyev Çinin Xarici İşlər nazirini qəbul edib

23.05.2019

Samboçumuz erməniyə qalib gəlib, “bürünc” qazandı

23.05.2019

Yevlaxda avtobus qəzasında 2 nəfər ölüb, 24 nəfər xəsarət alıb - SİYAHI

23.05.2019

Birjalarda neftin qiyməti

23.05.2019

162 nömrəli tam orta məktəbin direktoru vəzifəsi yeni şəxsə həvalə olunub

23.05.2019

Kolleci bitirənlərin ali məktəbə qəbulu qaydası müəyyənləşdi

23.05.2019

Azərbaycan ordusu Türkiyədə təlimlərdə - VİDEO

23.05.2019

Beynəlxalq Olimpiya Komitəsi boksu Olimpiya proqramında saxlayıb

23.05.2019

Azərbaycan neftinin bir barreli 74,2 dollara satılır

23.05.2019

Magistratura səviyyəsinə qəbul imtahanının II mərhələsi keçiriləcək

23.05.2019

Cinayət törətməkdə şübhəli bilinən 33 nəfər saxlanılıb

23.05.2019

Kolleclərə də imtahansız qəbul mümkün olacaq - KİMLƏRƏ?

23.05.2019

Atəşkəs 21 dəfə pozulub

23.05.2019

DÇ-2022-də 32, yoxsa, 48 komanda? - FİFA açıqladı

23.05.2019

Mayın 23-də xarici valyutaların manata qarşı məzənnələri

23.05.2019

İNSAN RESURSLARININ İDARƏ EDİLMƏSİ SİSTEMİNİN TƏKMİLLƏŞDİRİLMƏSİ YOLLARI

23.05.2019

Əməkdar artist vəfat etdi

23.05.2019

Neftçala rayonu ərazisində ağır yol-nəqliyyat hadisəsi baş verib

23.05.2019

Türkiyənin Ali Seçki Komissiyası ölkədə keçirilmiş seçkilərə dair son qərarını açıqlayıb

23.05.2019

Azərbaycanda bu məkanlara giriş pulsuz oldu - RƏSMİ

23.05.2019

Qarqar çayı daşması təhlükə yaratdı - Köməksiz qalan çobanlar xilas olundu - VİDEO

23.05.2019

Beyləqanda məcburi köçkünlərin məskunlaşdığı binada yanğın olub

23.05.2019

Türkiyədə daha bir təhlükəli PKK terrorçusu həbs olunub

22.05.2019

Ramazanın 18-ci günü: dua, imsak və iftar vaxtı