VƏTƏNİN QEYRƏTLİ OĞLU

11:00 / 16.02.2019

Həkimlik peşəsinin vurğunu olan Mahirin ən böyük arzusu, məhz insanlara şəfa əlini uzadaraq, xalqın sağlamlığının keşiyində dayanmaq idi...

VƏTƏNİN QEYRƏTLİ OĞLU

 

Həkimlik peşəsinin vurğunu olan Mahirin ən böyük arzusu, məhz insanlara şəfa əlini uzadaraq, xalqın sağlamlığının keşiyində dayanmaq idi...

 

Vətənimizin dücar olduğu ən ağır zamanlarda onun harayına səs verən qeyrətli oğul və qızlarımız silaha sarılaraq doğma yurdumuzun müdafiəsinə qalxdılar. Bu müqəddəs amal uğrunda minlərlə soydaşımız öz canını Vətən yolunda qurban verərək əbədi ölümsüzlüyə - şəhidlik zirvəsinə ucaldı...

Vətənin harayına səs verən və onun müdafiəsi uğrunda şəhid olan belə qeyrətli oğullarımızdan biri də gizir Mahir Nağıyevdir.

Gizir Mahir Şahin oğlu Nağıyev 1964-cü il iyul ayının 2-də respublikamızın füsunkar təbiətə malik olan Quba rayonunun Xaroşa kəndində anadan olub. Şahin dayının və Mariyə ananın böyüdüb tərbiyə etdiyi 7 övladdan (Mahir, Cəvahir, Mehdi, Şəhla, Aydın, Aygün və Azər) biri və eyni zamanda ailənin ilk nübarı idi. Hələ uşaq yaşlarından həkimlik sənətinə böyük maraq göstərən Mahir, doğma Talabıqışlaq kənd orta məktəbini bitirdikdən sonra Bakı şəhərindəki 2 saylı tibb məktəbində təhsilini davam etdirib.

M.Nağıyev tibbi təhsilini başa vurduqdan sonra Quba Rayon Hərbi Komissarlığı tərəfindən Sovet Ordusuna hərbi xidmətə çağırılıb. Sovet Sosialist Respublikaları İttifaqı Silahlı Qüvvələrinin uzaq Primorskidə yerləşən hərbi hissələrinin birində iki il müddətli həqiqi hərbi xidmət keçib. Hərbi xidmətini başa vurub Vətənə qayıdan Mahir ixtisası üzrə 3 il Yardımlı rayonunda feldşer işləyib. 1989-cu ildə iş yerini dəyişərək, Quba şəhərindəki təcili yardım məntəqəsində fəaliyyətini davam etdirib. Mahirin ən böyük arzusu isə sevimli peşəsi üzrə ali təhsil almaq və həkim kimi insanlara şəfa əlini uzadaraq xalqın sağlamlığının keşiyində dayanmaq idi. Lakin bu dövrdən başlayaraq Vətənimizin səmasında dolaşan qara buludlar, bir çox qeyrətli oğullarımız kimi, Mahirin də arzularını həyatı tək yarımçıq qoydu...

Qarabağdan gələn qara xəbərlərin ardı-arası kəsilmirdi. Vəhşi erməni faşistləri tərəfindən neçə-neçə yurd yerimiz viran edilir, soydaşlarımız dədə-baba torpaqlarından qovularaq, qaçqın və məcburi köçkünə çevrilirdilər. Vətənimizin məhz belə ağır bir dövründə M.Nağıyev müqəddəs torpaqlarımızın müdafiəsinə yollanır...

Bu barədə şəhidin bacısı Şəhla Nağıyevanın müəllifi olduğu və “Azərbaycan Ordusu” qəzetinin 22 iyun 1994-cü il tarixli 47-ci sayında işıq üzü görən “Bacı qardaş haqqında: Mahirin qətiyyəti” başlıqlı məqalədə maraqlı məlumatlar verilmişdir: “... Anam nə qədər təkid etdisə də, xeyri olmadı. Mahirin fikri qəti idi. Hökmən qeyrətli oğullarımıza qoşulub Vətən torpaqlarını müdafiə etməli idi. Çünki o, torpaqlarımızda müharibə getdiyi bir dövrdə heç vaxt arxada oturub hadisələrə müşahidəçi kimi baxa bilməzdi. Nəhayət, 1993-cü il iyulun 15-də rayon hərbi komissarlığından xüsusi təyinatlı tibb işçisi kimi cəbhəyə yollandı...”.

Beləliklə, M.Nağıyev Müdafiə Nazirliyinin Şəmkir rayonunun Seyfəli kəndi yaxınlığında yerləşən təlim-sınaq məntəqəsində bir müddət təlim keçdikdən sonra, döyüş bölgəsi olan Ağdam rayonu ərazisindəki “N” saylı hərbi hissəsinin tərkibində “gizir” hərbi rütbəsində döyüşçü-feldşer kimi Vətənə olan müqəddəs borcunu şərəflə

yerinə yetirməyə başlayır. Qısa bir zamanda tibbi kadr kimi vəzifələrini ləyaqətlə yerinə yetirməklə bərabər, həm də hərbi əməliyyatlar zamanı göstərdiyi cəsurluq və şücaətinə görə döyüşçü yoldaşlarının dərin hörmətini qazanmağa müvəffəq olur.

08 yanvar 1994-cü il. Ağdam rayonunun Güllücə kəndi uğrunda gedən döyüş gizir M.Nağıyevin son döyüşü oldu... Yaralı döyüşçü yoldaşına tibbi yardım göstərərək, onu güllə yağışı altından çəkib çıxararkən düşmən gülləsinə tuş gələn Mahir, gözlərini əbədi yumaraq, şəhidlik zirvəsinə yüksəldi...

Gizir M.Nağıyevin son döyüşü barədə məlumatlara vaxtilə onun yaxın dostu olmuş həmyerlisi, jurnalist İzmirağa İsgəndərovun müəllifi olduğu və “Quba” qəzetinin 11 fevral 1994-cü il tarixli 7478-ci sayında işıq üzü görən “Qubalı şəhidlər: Qara zurna çalınmayacaq” başlıqlı məqaləsində rast gəlinir. Müəllifin Mahirin Ağdamdan gəlimiş hərbçi yoldaşının axırıncı döyüşlə bağlı xatirələri əsasında qələmə aldığı fikirləri son dərəcə qürurvericidir: “... Qızğın döyüş gedirdi. Döyüş mövqeyində bir əsgərimiz ağır yaralanmışdı. Yanına sürünmək təhlükəli idi. Mahir iki dəfə komandirdən yaralıya ilk tibbi yardım göstərmək üçün yanına sürünməyə icazə istədi, üçüncü xahişdən sonra komandir ona ehtiyatlı olmağı tapşırdı. Mahir yaxınlığında vıyıldayan güllələrə məhəl qoymadan özünü yaralıya çatdırdı, yerindəcə qanaxmanın qabağını kəsdi və yaralını sürüyə-sürüyə səngərə yaxınlaşdı. Cəmi iki metr qalmış düşmən gülləsi Mahiri yaxaladı. Döyüş sahəsindən çıxardığı əsgərin vəziyyəti yaxşıdır. Sağalacaq. Mahir isə iki saat sonra keçindi...”.

Bundan əlavə, jurnalist İ.İsgəndərovun müəllifi olduğu və “Nur” qəzetinin mart 1994-cü il tarixli 41-ci sayında işıq üzü görən “Vətənin gözəl, əziz, unudulmaz oğulları” başlıqlı məqaləsində yer alan Mahir Nağıyevlə bağlı yazısında şəhid dostuna ithaf etdiyi və ürəkləri dağlayan şeirini sizə təqdim edirəm.

 

Ana torpaq, Vətən – deyir dərdimiz,

Öz başına ötən deyil dərdimiz,

Ağlamaqla bitən deyil dərdimiz,

Şan-şan olan ürəkləri dağlama.

Ağlama, şəhid anası, ağlama!

 

Kişilərin cərgəsində şax dayan,

Sən qılınc ol! Nizəyə dön! Ox dayan!

Şahin kimi məğrur otur, tox dayan,

Dərd eləyib ürəyində saxlama!

Ağlama, şəhid atası, ağlama!

 

Fikir çəkən dəli olar ən azı.

Kim unudar bu matəmi, bu yası.

Üç bacının alnındadır bu yazı.

Cavahir, Şəhla, Aygün! Qara yaylıq bağlama!

Ağlama, şəhid bacısı, ağlama!

 

Gizir M.Nağıyev 1994-cü il yanvarın 12-də Quba rayonunun Talabıqışlaq kəndində dəfn olunub. Subay idi.

Quba rayon Xaroşa kənd orta məktəbinə şəhid Mahir Nağıyevin adı verilib. Təhsil aldığı Xaroşa (ibtidai təhsilini burada alıb - A.Ə.), eləcə də Talıbıqışlaq kənd məktəblərində cəsur döyüşçünün büstü ucaldılıb.

Şəhid döyüşçünün qardaşı, Daxili Qoşunların Baş İdarəsinin mənəvi-psixoloji hazırlıq şöbəsində baş zabit, polkovnik-leytenant Aydın Nağıyev Vətənin azadlığı uğrunda həlak olan igid oğullarımızla qürur duyduğunu və onlarla fəxr etdiyini deyir:

“Şəhidlərimizlə ancaq qürur duyur və fəxr edirəm. Onlar Vətən uğrunda öz canlarını qurban verdilər. Mahir haqqında onu deyə bilərəm ki, xarakter baxımından açıq ürəkli, təmiz vicdanlı, sakit, mehriban, eyni zamanda da vətənpərvər bir oğul idi. Həm də öz sevimli peşəsinin – həkimlik sənətinin vurğunu idi...

Cəbhəyə də öz arzusu ilə, könüllü olaraq getmişdi. Gözündə qətiyyən qorxu hissi yox idi. Güllə yağışı altında düşmən mərmisinə tuş gələrək ağır yaralanmış necə-neçə əsgərimizi döyüş meydanından çıxararaq, tibbi yardım göstərmişdi. Sonuncu döyüşdə də məhz vəzifə borcunu yerinə yetirərkən qəhrəmancasına şəhid oldu...”.

Polkovnik-leytenant A.Nağıyev bu arada Mahirin yazmış olduğu və şəhid qardaşından yadigar olaraq saxladığı məktubu mənə göstərib; “Bilirsən necə vətənpərvər oğul idi?” – deyərək, sözünə davam edir: “...Mahir bu məktubu məzuniyyətinin son günündə - 1993-cü il dekabrın 27-də mən o zaman Belarus Respublikasının paytaxtı Minsk şəhərində Ali Hərbi Məktəbdə oxuyarkən yazmışdı. Məktubda da qeyd etdiyi kimi, onun xidmət etdiyi tabor Ağdamın Güllücə kəndində mövqe tutmuşdu. Taborun baş feldşeri kimi gizir hərbi rütbəsində xidmət edirdi. Yazır ki, Allah qoysa müharibə qurtarandan sonra, səninlə bu barədə geniş söhbət edərik...

Mütaliə etməyi xoşlayardı. Xüsusilə də dahi filosof və ədiblərin əsərlərini oxumağı, həmçinin, hikmətli və ibrətamiz fikirlər barədə öz dəftərində qeydlər aparmağı çox sevirdi. Elə bu məktubda mənim üçün yazdığı şeir parçası da dahi şairimiz Məhəmməd Füzulidəndir”.

Məlumat üçün qeyd edək ki, şəhid döyüşçümüzün həyat və döyüş yolundan bəhs edən yazılara, həmçinin, görkəmli ziyalımız Şixəmməd Seyidməmmədovun müəllifi olduğu və 1996-cı ildə Bakıda nəşr olunan “Quba şəhidləri” kitabında, eləcə də Azərbaycan Respublikası Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin rəsmi internet saytının Şəhidlərimiz bölməsinin Quba şəhidləri səhifəsində (http://seferberlik.gov.az/rgminfoall/4221.html) rast gəlmək olar.

Mahir kimi igid oğullarımız Silahlı Qüvvələrimizin tərkibində xidmətlərini bu gün də şərəflə davam etdirirlər. Sıralarında vətənpərvər oğulların xidmət etdiyi qüdrətli Azərbaycan Ordusu işğal altında olan müqəddəs torpaqlarımızı düşməndən azad etməyə hər zaman hazırdır.

Allah şəhidlərimizə rəhmət eləsin!  

 

kapitan Anar Əhmədov,

Daxili İşlər Nazirliyinin

Daxili  Qoşunlarının zabiti


Etiket:

Strategiya.az

Xəbərlər
24.03.2019

Gömrük nəzarətindən gizlədilən Siqaret, mobil telefon aksesuarları və kürü aşkarlanıb

24.03.2019

Sabah hava buludlu olacaq, arabir yağış yağacaq

24.03.2019

Müdafiə naziri Zakir Həsənov ABŞ-a səfər edəcək

24.03.2019

Füzuli rayonunda qatarla minik avtomobili toqquşub, ölən var

24.03.2019

Şirin içkilərin təhlükəsi aşkarlandı

24.03.2019

Prezident İlham Əliyev yunanıstanlı həmkarını təbrik edib

24.03.2019

Daha bir ölkə paytaxtın adını dəyişir

24.03.2019

Cənubi Qafqaz ölkələrində su ehtiyatlarının inteqrasiyalı idarə edilməsi problemləri

24.03.2019

Azərbaycan təhlükəsizlik orqanlarının yaranmasının 100 illiyinə həsr olunmuş videoçarx hazırlanıb -VİDEO

24.03.2019

Bakıda güclü külək olacaq - XƏBƏRDARLIQ

24.03.2019

Yaşayış məntəqəsinə silahlı hücum - 110 çoban öldürülüb

24.03.2019

Atəşkəs 23 dəfə pozulub

24.03.2019

Qəbələdə yaşayış evində partlayış: 4 nəfər xəsarət alıb

24.03.2019

Ankarada birinci Türk Dünyası Qurultayı təşkil olunub 

24.03.2019

UNICEF rəsmisi: Azərbaycanda erkən uşaqlıq dövrü ilə bağlı görülən işlər müsbət nəticə verəcək

24.03.2019

Ərəb koalisiyası husilərin mövqelərini bombalayıb

24.03.2019

Norveçdə mühərriki dayanmış gəmidən sərnişinlərin təxliyəsi davam etdirilir

24.03.2019

Azərbaycan neftinin son qiyməti

24.03.2019

Həkimlərdən ciddi xəbərdarlıq - 5-6 qramdan artıq...

24.03.2019

Mata "Mançester Yunayted"in təklifini rədd etdi

24.03.2019

Ərdoğan Rusiyaya gedəcək - Tarix AÇIQLANDI

24.03.2019

Evlərə qənim kəsilən sabiq məhkum tutuldu

24.03.2019

Güclü külək Tərtərdə yüz yaşlı çinar ağacını aşırdı - VİDEO

24.03.2019

Somalidə terrorçular nazir müavinini qətlə yetiriblər

24.03.2019

Maraq qrupları və onların funksional təbiəti

24.03.2019

Məşhur menecer Poqbanı "Real"a aparır

24.03.2019

Tailandın altı əyalətində sunami xəbərdarlığı elan edilib

24.03.2019

Braziliyada bəndin dağılması nəticəsində ölənlərin sayı 212-yə çatıb

24.03.2019

Nazir Kristof Kastaner: “Sarı jiletlər” aksiyasının 19-cu aktında 40 mindən çox nümayişçi iştirak edib

24.03.2019

Avro-2020 seçmə mərhələsində növbəti oyunlar keçirilib (NƏTİCƏLƏR)

23.03.2019

Astana şəhəri Nur-Sultan oldu

23.03.2019

Gəncə-Bakı reysinə dəyişiklik

23.03.2019

Bakı-Ankara-Bakı xətti ilə hərəkət edəcək sərnişin qatarı Türkiyə ərazisinə çatıb

23.03.2019

Türkdilli milli irsimiz, pedaqoji fikir tariximiz həssaslıqla öyrənilməlidir

23.03.2019

Polşanın oyunu Əliyar Ağayevə həvalə edildi

23.03.2019

"Mətbuat məni öldürmək istəyir" 

23.03.2019

Putin 2024-cü ilə necə hazırlaşır: QAZAX SSENARİSİ, YOXSA YENİ DÖVLƏT?

23.03.2019

Şinzo Abe: Yaponiya G20 sammitində qadınların təhsili məsələsini də qaldıracaq

23.03.2019

Evinizdəki ÖLÜM TƏHLÜKƏSİ - Onlardan XƏBƏRDARSINIZMI?

23.03.2019

Ukraynada seçkiləri 2 minə yaxın xarici müşahidəçi izləyəcək

23.03.2019

Messinin milliyə qayıdışı uğursuz oldu

23.03.2019

Mafiya şəbəkələrinin 30 milyon avro dəyərində aktivləri müsadirə edilib

23.03.2019

Düşmən silahı susmur

23.03.2019

Xətai rayonunda ev yanıb: meyit aşkarlanıb

23.03.2019

Müstəqil Azərbaycanın Avropa məkanına inteqrasiyası və bu prosesin tarixi aspektləri

23.03.2019

Britaniya Qolan yüksəkliklərini İsrail ərazisi kimi tanımır

23.03.2019

Fərdi evlərin sənədləşdirilməsi sığorta və vergi yığımını artıracaq 

23.03.2019

Axtarışda olan Balakən sakini saxlanılıb

23.03.2019

Neftçilər prospektinə alternativ avtomobil tunelinin yeni üsulla inşası təklif olunur - VİDEO

23.03.2019

Suriya İŞİD terrorçularından tam azad edilib