M.Ə.Sabirin düz 108 il bundan əvvəl  "Molla Nəsrəddin" jurnalında çap etdirdiyi bir şeirin nüktələri - açılmayan və incələnməyən  sirləri 

11:01 / 09.03.2019

Nazim Nəsrəddinov

Azərbaycan Respublikasının Əməkdar müəllimi

M.Ə.Sabirin bu gün 108 yaşı tamam olan maraqlı bur şeiri var. 

Şeirin əsas ideyası xalqın milli təfəkkür tərzinin formalaşmasında əhəmiyyətli işlər görən insanların fəaliyyətinə layiqli qiymət verilməsinin vacibliyidir. Şeirin adı  "VAQİEYİ-YUBİLEYKARANƏ"dir. Şeir “Girdim yerimə başımda qayğu” misrası ilə başlayır.Şeir vahidi beytdir, aa,bb,ss,dd,...şəklində qayiyələnmişdir.Janrına  və məzmununa görə epik məsnəvidir Həcmi 37 beytdir. Beytlərdən birinin nəşrlərə düşməsi nədənsə məsləhət görülməmişdir. İlk dəfə “Molla Nəsrəddin” jurnalında (9 mart 1911, № 10) “Gözü yuхulu” imzası ilə çap olunmuşdur. Birinci nəşrdən başqa, bütün  nəşrlərə daхil edilmişdir. 

Yeri gəlmişkn qeyd edək ki,M..Sabirin yuxu ilə ilgili bir neşə şeiri vardır. Oxucuların diqqətinə ünvanlanan bu şeirin qısa məzmunu  belədir: Başında həyatın müəyyən qayğıları olan şair gecə qəribə bit yuxu görür. Yuxu görmək təbii bir proses olsa da, şair bu yuxunu ömrünün  çətin günlərində, həyatının sonuna təxminən

4 ay qalmış görür.(M.Ə.Sabir 1911-ciil iyulun 12-də ( yeni təqvimlə iyulun 24-də  vəfat etmişdir)..

Şair bu aylarda hətat uğrunda ölüm-dirim mübarizəsi aparırdı.

Şair yuxuda görür ki,elə  bir şəhərdədir ki, "cümlə dəhri ( bütün dünyanı-N.N.) gəzsən, bilamazsan (tapmazsan-N.N.) öylə şəhri".Bura elə bir şəhərdir ki,ləzzətli  suyu,gözəl havası,bəhcəti (gözəlliyi -N.N. ), zövqü-səfası var. Əhli bütün əhli-fəzlü insaf, mömini-pak,müslümü -safdır.Bura füzalə  (fazil adamlar-N.N.) şəhəridir, irfan diyarıdır.Möminləryatağı olan bu məkan-qədim Şirvandır.

Qısası şair bu şəhərin hər yerini gəzib,tamaşa edir.Qəribədir ki,gəzdiyi yerlərdə gözünə dəyən adam, demək olar ki, yoxdur.

Ancaq bir səmtdə  yığıncaq, ,izdiham görür.Şair bu fürsəti itirmək istəmir, izdihama axışan insanlara qoşulur.


Baxdm ki,əzim bir cəmiyyət,

Eyzən ürəfa,əvət ,həqiqət!

 


Lakin  nə üçündür işbu əhval?-

Sordum, birisi dedi bu minval:

 


"Rahi -mədəniyyəti tey etdik,

Bir şəxsi- əzizə yubley etdik".

 


Şair   camaatın seincini başa düşür, bir nəfərdən yuvileyi keşirilən bu əziz şəxsin kimliyini soruşur.

Ağlına gələn ilk yubiley səbəbkarının Xaqani olduğunu düşünür. Sonra yadına Şamaхıda doğulmuş Azərbaycan şairlərindən biri olan. Zülfiqar Şirvani düşür.


Z.Şirvani ХIV əsrin əvvəllərində Təbrizdə vəfat eimiş və məşhur Sürхab qəbristanında dəfn edilmişdir.Onun yubileyinin  keçirilməsi təəccüblü görünmür.Yuvileyə onun da haqqı çatır.

Yox,o da deyil.Həsən bəy Məlikov (Zərdabi) yada düşür.

Həsən bəy Zərdabinin yada düşməsi də  səbəbsiz deyil.

Mənbələrin birində Şamaxıdan köçüb, Zərdabda yaşayan  Şamaxılılar haqqında  məlumat verilir.

Çox güman ki,bu fakt Sabirə də məlum içiş.Məhz buna görə o,Həsən bəy Məlikovu da Şamaxılı

hesab edir. H.Məlikovun Şamaxı Ali İbtidai Məktəvində oxuması da bu faktı qüvvətləndirə bilər.

Yox,o da deyil.Güman  görkəmli maarifçi  Səid Ünsizadəyə (1842,Şamaxı-1903,İstanbul) - "Kəşkül"ün redaktoruna gəlir.

Əslində,S.Ünsizadə "Kəşkül"ün yox, "Ziya" qəzetinin  (1879,25 yanvar-1884,26 iyun) təsisçisi

və ikinci  redaktoru olub. Amma hər halda "Kəşkül" ( 1883-1891) Ünsizadə qardaşlarının çar hökuməti məmurlarını  aldadan layihəsi idi. Qardaşlar  milli türkdilli mətbuatı nə yolla olursa-olsun inkişaf etdirmək istəyirdilər.Cəlal Əfəndinin böyük qardaşından aralanıb, müstəql mətbuat açması bununla ilgili idi.

Daha sonra yubiley keçirilməsinə mənəvi hüquqları olan digər məşhur Şamaxılıların adları çəkilir:

S.Ə.Şirvani (1835-1888),S.M.Qəniyev (1866-1938) və onun ali məktəb yoldaşı  Həbib bəy Mahmudbəyov (1864-1928). Ən sonda  "Rəhbər" (1906,sentyabr-1907,yanvar)  uşaq jurnalının redaktoru Mahmud bəy Mahmudbəyovun (1863-1923) adı gəlir.

Müsahibi   "Lal ol!"  deyerək adları çəkilənlərin heç birinin belə şərəfli yubileyə layiq olmadıqlarını söyləyir, onların hər birinin  xidmətlərini ucuz sözlərlə dəyərləndirir,sorğuya və şairin gümanına

istehza ilə yanaşır:

 


Hər elmi -ufaq əsla,

Layiq olamaz bu feyzə illa.

 


Layiq belə yubleyə ziyada,

Əlhafiz əfəndi  Şeyxzadə...

 


 Hafiz əfəndi Şeyхzadə – Məshəti türki idi.O,bir müddət Şamaxıda müəllimlik etmiş,1902-ci il zəlzələsindən sonra Şamaxıdan Şəkiyə köşmüş, burada da  müəllimlik işini davam etdirmişdir.

Şeirdən hiss olnur ki,M.Ə.Sabirin Hafiz Əfəndi ilə münasibətləri yaxşı olmamışdır. Bu,hər nəsnədən əvvəl onların təhsilə fərqli münasibətləri ilə bağlı ola bilərdi.Bəlkə də bu şeir  Hafiz Əfəndini  bəyənməyən bəzi qələm əhlinin birinin sifarişi ilə yazılmışdır.M.Ə.Sabirin yaradıcılığında

sifarişlə yazılmış bir neçə şeir  də vardır ki,bunlar haqqında ucadan danışılmır.

"Vaqieyi-yubileykaranə" şeirində  M.Füzuliyə istinadən söylənilən  bir beyt    bu fikri

sööyləməyə əsas verir:

 


"Dinmə",- dedim, -oldu qissə məfhum,

Rumi ki dedin,qəziyyə məlum..."

 


Şair məsnəvinin sonunda maraqlı bir nəticəyə gəlir:

 


"İnsandakı  cəhldən ziyadə

  Həqsizlər edərlər istifadə ".

   ***

M.Ə.Sabirin bu şeiri  təsisçisi Səid Ünsizadə olan    "Ziya"  qəzetinin (25.01.1879-26,06.1884)

 140 illik  yubileyinin keçiriləsinin vacibliyini  bir daha yada salır 


    Məzkur şeiri - "VAQİEYI-YUBİLEYKARANƏ"

məsnəvisini oxuculara təqdim edirik. 

 


(M.Ə.Sabir.Hophopnmə. 

2 cilddə.II cild..Şərq-Qərb. Bakı -2004.Səh.32-35)

 


Girdim yerimə başımda qayğu, 
Gördüm gecə bir qəribə uyğu:

Bir şəhrdəyəm ki, cümlə dəhri 
Gəzsən, bulamazsan oylə şəhri;

Ləzzətli suyu, gözəl havası, 
Var behcəti, zövqü, həm səfası;

Əhli bütün əhli-fəzlü insaf, 
Həp mö’mini-pak, müslimi-saf;

Şəhri-füzəla, diyari-irfan, 
Mö’min yatağı, qədim Şirvan.

Əlqissə, gəzib bu şəhri yekca, 
Hər bir yerin eylədim tamaşa;

Gəzdikcə adam görünmür, ancaq 
Bir səmtdə vardı bir yığıncaq.

Vəqta ki, bu izdihamı gördüm, 
Mən də o yerə qoşub yüyürdüm;

Baхdım ki, əzim bir cəmaət, 
Eyzən ürəfa, əvət, həqiqət!

Lakin nə üçündür işbu əhval? – 
Sordum, birisi dedi bu minval:

“Rahi-mədəniyyəti tey etdik, 
Bir şəхsi-əzizə yubley etdik”.

“Əhsən, – dedim, – ən gözəlcə bir şey,

Хaqani üçünmü işbu yubley? 

 

Ya seyyidi-paki-Zülfüqari

Yad etdiz o şairi-diyari?

Yoхsa Məlikov Həsənbəyi-pir 
Əlyövm olunur vətəndə təqdir?

Əkdikləri danələr göyərdi, 
Bəh, bəh, necə dadlı meyvə verdi!

Yaхud, de görüm, müdiri-“Kəşkül”
Ünsizadə Səidi-mə’qul

Etdikləri ictihadə nisbət 
Millətdən alır bu gündə qiymət?

Yainki o Seyyidi-Əzimi
Şad etdiz o şairi-nədimi?

Yoхsa Qəniyev Məcidi- təbcil 
Etmək səbəbincədir bu təşkil?

Məhmudbəyov ol Həbibi yoхsa, 
Alqışladız ol ədibi yoхsa?

Yaхud, de görüm, müdiri-“Rəhbər”
Məhmudbəyəmi bu e’tinalər?”

“Lal ol, – dedi, – Zülfüqar kimdir?! 
Хaqaniyi-namdar kimdir?!

Kimdir Məlikov Həsənbəyi-pir? 
Millət onu çoхdan etdi təkfir!

Kimdir, nəçidir o Ünsizadə? 
Həp dinimizi verirdi badə!

Ya Seyyid Əzim kimdir, oğlan? 
Bir şair idi yazırdı hədyan!

Məhmudü Həbib, ya Məcidin 
Çəkmə adını o üç pəlidin!

Ömründə belə niyaz qılmaz, 
Bunlar üçü də nəmaz qılmaz

Yubleydir bu, həba deyildir, 
Var qiyməti, kəmbəha deyildir;

Hər elmi ufaq müəllim əsla 
Layiq olamaz bu feyzə, illa.

Layiq belə yubleyə ziyadə
Əlhafiz əfəndi Şeyхzadə”


İşbu sözü söyləyib də təkrar, 
İstərdi edə bir az da göftar.

“Dinmə, – dedim, – oldu qissə məfhum, 
Rumi ki, dedin, qəziyyə mə’lum ...” 
. . . . . . . . . . . . . . . . . . . . . . . . 
Dərpərdə olan rümuzu qandım, 
Bu halda хabdən oyandım.

Gördüm bu rübaiyi mükərrər 
Təb’im ediyor dəmadəm əzbər:

Qanunü qəvaidi-təbiət 
Qoymuş bu cəhanda boylə adət:

“İnsandakı cəhldən ziyadə
Həqsizlər edərlər istifadə”.



Strategiya.az

Xəbərlər
22.11.2019

Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyeva Moskvada ikitərəfli görüşlər keçirib

22.11.2019

Rusiya telekanalları Azərbaycanın Birinci vitse-prezidenti Mehriban Əliyevanın bu ölkəyə rəsmi səfərindən reportajlar yayımlayıb

22.11.2019

"Mən heç vaxt PSJ-də oynamayacağam" - Hazard

22.11.2019

Dəniz limanlarında 6,7 milyon tonluq yükləmə-boşaltma işləri həyata keçirilib

22.11.2019

Hansı səbəblərdən itkin düşürlər? – Ekspertdən açıqlama

22.11.2019

“İranlı etirazçılardan xahiş etdim ki…” – Pompeodan şok etiraf

22.11.2019

Xəstəxanalarda vətəndaşların qeydiyyatının aparılması üçün şəxsiyyət vəsiqəsi tələb olunur

22.11.2019

Qarabağda tək arvadlı kişini necə ələ saldılar? - Yeni hekayə

22.11.2019

Cənubi Koreya Yaponiya ilə kəşfiyyat məlumatlarının mübadiləsi haqqında müqavilənin şərtlə uzadılmasına razılıq verib

22.11.2019

   Səfirlik kitabxanaya kitablar hədiyyə etdi

22.11.2019

Mikayıl Cabbarov: Rusiya indiyədək Azərbaycan iqtisadiyyatına 5 milyard dollar investisiya yatırıb

22.11.2019

Bu gün X Azərbaycan-Rusiya Regionlararası forumu öz işinə başlayır

22.11.2019

Putinin böyük mətbuat konfransının tarixi açıqlandı

22.11.2019

SOCAR yeraltı anbarlardan qazın götürülməsinə başlayıb

22.11.2019

Tramp Əfqanıstan prezidentini Amerikaya dəvət etdi

22.11.2019

Yağıntılı hava şəraiti sabah gündüzədək davam edəcək

22.11.2019

Sumqayıt-Bakı elektrik qatarlarının gecikmə səbəbi AÇIQLANDI

22.11.2019

DİN: Borclu şəxs qismində axtarılan 13 nəfər saxlanılıb

22.11.2019

Ev alarkən bunlara diqqət yetirmək lazımdır - ALDANMAMAQ ÜÇÜN - VİDEO

22.11.2019

Qaxın İlisu və Sarıbaş kəndlərində qarın qalınlığı 10-15 santimetrə çatır

22.11.2019

ABŞ Senatı müvəqqəti büdcəni qəbul etdi

22.11.2019

Komitə sədri rayon sakinləri ilə görüşə hərbi helikopterlə gedib - SƏBƏBİ açıqladı

22.11.2019

ABŞ Türkiyəni “S-400”lərə görə şantaj edir

22.11.2019

Bu şadlıq saraylarında manqalların istifadəsinə qadağa qoyuldu - SİYAHI

22.11.2019

Bakıda havanın temperaturu iqlim normasından 2 dərəcə aşağıdır - FAKTİKi HAVA

22.11.2019

Sentyabr ayında Azərbaycanda ÜDM təxminən 3 faiz artıb

22.11.2019

Pley-off mərhələsinin püşkü atılır - Avro-2020

22.11.2019

"Azeri Light" markalı neftin bahalaşması davam edir

22.11.2019

Yağış səbəbindən elektrik enerjisi təchizatında ciddi problem yaranmayıb - "Azərişıq" ASC

22.11.2019

Kobud pozuntularla bağlı 41 hakim barəsində intizam icraatlarına baxılıb

22.11.2019

Fransalı sədəqə verdiyinə görə 100 avro cərimələndi

22.11.2019

Səudiyyə şahzadəsi itkin düşüb: Baş verənlərin gizli təfərrüatı açıqlandı

22.11.2019

Məktəb bufetlərində övladlarımızın qidaları təhlükəsizdirmi? – VİDEO

22.11.2019

Zəhərlənən tələbə qızların vəziyyəti ağır-stabildir - Səhiyyə Nazirliyi

22.11.2019

Noyabrın 22-də xarici valyutaların manata qarşı məzənnələri

22.11.2019

Neft ucuzlaşmaqda davam edir

22.11.2019

Erməni vandalizmini tarixi faktlarla faş edən nəşr - Fotolar

22.11.2019

"Kaspi" Təhsil Şirkəti gənclərə iş imkanı yaradır - VİDEO

22.11.2019

Almaniya klubu "Barış pınarı"na dəstək olan futbolçu ilə yolları ayırdı

22.11.2019

Cəbhədən son xəbər

22.11.2019

Bakıda 19 yaşlı qız itkin düşdü

22.11.2019

Bakıda “Türk filmləri həftəsi” keçiriləcək

22.11.2019

Bələdiyyə seçkilərində namizəd olmaq istəyənlər üçün SON GÜN

22.11.2019

İran XİN: Yaxşı olar ki, Avropa İttifaqı ölkələri öz problemlərinin həli ilə məşğul olsun

22.11.2019

Birinci vitse-prezident Mehriban Əliyeva: Azərbaycan Rusiya ilə qarşılıqlı münasibətlərə müstəsna dərəcədə böyük əhəmiyyət verir

21.11.2019

Azərbaycanın Birinci vitse-prezidenti Mehriban Əliyeva Rusiya Hökumətinin sədri Dmitri Medvedevlə görüşüb

21.11.2019

Azərbaycan Prezidenti: Sumqayıt bu gün müasir sənaye şəhəridir, Cənubi Qafqazın ikinci sənaye şəhəridir

21.11.2019

Azərbaycan Prezidenti: Bizi bəzən insan hüquqlarını kobud şəkildə pozanlar və dinc nümayişçiləri qəddarcasına dağıdanlar ittiham etməyə cəhd göstərirlər

21.11.2019

Ali xüsusi rütbələrin verilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin Sərəncamı

21.11.2019

Zakir  Fərəcov 1-ci dərəcəli “Vətənə xidmətə görə” ordeni ilə təltif edildi - Sərəncam