Vətən həsrətli sətirlərim

12:26 / 10.03.2019

 

    

           ...   hara gedir?

 Bu yollar hara gedir?

Vətən yolu bağlısa,

Hər yol məzara gedir.

             (Bayatılarımdan)

 

   Hələ ümidim var

       vətənə dönməyə,

 nə vaxtdır həsrət qaldığım

      dərələri, təpələri, dağları,

 viran qalmış bağçaları, bağları,

 cığırları küçələri, döngələri,

                   görməyə.

 

   Elə bilirəm nə vaxt

                 o yurda dönsək, 

           diz qoyub yerə,

        əyilib, üzündən öpsək,

illərdir bizdən  ayrı düşmüş,

 ana baladan küsən kimi,

    bir azca  incimiş, küsmüş,

ayağımızın toxunmadığı

                   o ana torpaq,

 unudub umu-küsünü,

            bizimlə barışacaq.

 

Elə bilirəm o evlər,

        o saraylar olmasa da,

o xaraba yurdların adamları

        bu gün dünyada qalmasa da,

çıxacaq qarşısımıza,

         ya  oğlu, qızı, ya nəvəsi.

Güləcək  köhnə qonşuların,

    tanışların, qohumların  üzü,

        bürüyəcək hər yanı,

    sevinc, gülüş səsi.

 

 

                              Elə bilirəm qurumuş bulaqlar,

           kor qalmış kəhrizlər,

                         batmış quyular,

bu çal-çağırdan canlanacaq,

paqqıldayıb, hər yana axacaq

buz kimi sərin su.

   Dadına həsrət qaldığımız,

ağzımızın ləzzəti,

             ürəyimizin arzusu. 

 

   Elə bilirəm şənliklər,

 toylar başlayacaq,

hər yerdə məşəllər,

tonqallar  alovlanacaq.

  Yayılacaq hər yerə

mahnı səsi, muğam səsi.

  Bir vaxtlar eşidəndə

 kövrəldiyimiz,

indisə, bizi sevindirən,

“Qarabağ şikəstəsi”

23 avqust 2018-ci il.

 

                           Mənim kəndim

                     (Belə bir romantik adda ikinci kənd adı eşitmədim, öz ləhcəmizlə Gejözülü dediyimiz, mənim Gecəgözlü kəndim.).

 

Qarabağda bir el vardı,

  şəhər kimi yaraşıqlı,

     imarətlər yan-yanaydı,

      eyvanları sarmaşıqlı.

Gecələri gündüz kimi,

      al-əlvandı, gur işıqlı,

                                         dörd bir yanı

                                                bağça-bağlı,

      geniş düzlü,

            Gecəgözlü.

 

     Qarabağda bir el vardı,

  harda olsa seçilərdi,

      sözü bütöv, özü bütöv,

 şir biləkli, şir ürəkli oğulları.

    Ağsaqqalı, ağbirçəyi

 dağ vüqarlı,

    gözəlləri qara telli,

           əsmər üzlü,

                Gecəgözlü.

 

                   Qarabağda bir el vardı,

                 bir aləmdi məclisləri,

                   dil-ağızda dolaşardı,

             neçə  müdrik məsəlləri.

              Camaatı hazırcavab,

                   şirin söhbət,

                       şirin sözlü,

                             Gecəgözlü.

 

 

 

Sözümün qüvvəti üçün kəndimizdən                             

yadigar əhvalatlar

 

    Biz uşaq olanda kənddə pəhləvanlıqdan, sağlamlıqdan söz düşəndə bir qayda olaraq  uşaq da, böyük də rəhmətlik Topuş kişini misal göstərərdilər. Həqiqətən də onun soyuqlayanda, xəstələnəndə, bir yeri ağrıyanda buzlu suda çimməyindən, erkəyi kəsəndə quyruğundan çiy-çiy kəsib, yeməyindən, duru sarı yağı kasa ilə içməyindən, ata minəndə atın belinin əyilməyindən danışardılar. Qəzada ölməsəydi, rəhmətlik bəlkə 100 il yaşayacaqdı.

    Cavanlıq dövrü, qaranlıq bir yay gecəsində Topuş kişinin yolu  qonşu kəndin bostanının yanından düşür. Xurcununu qarpızla doldurub, getmək istəyəndə, bostançı xəbər tutur, haray-həşirlə kişin vurmaq və xurcunu almaq istəyir. Topuş kişi tanınmasın deyə, səsini çıxarmır, çoban papağını da basır gözünün üstünə, aralanmaq istəyir. Bostançı işi belə görüb, ağacla qaldırıb, onu vurmaq istəyəndə Topuş kişi qolunu bəlgə kimi qabağa verir, ağacı tutur və bostançıya bir yumruq ilişdirir, bostançı tirrənir yerə.

    Topuş kişi də dolu xurcunu götürüb, evə gəlir. Səhərsi gün bostançı əhvalatı kəndçilərinə danışır. Hərə bostana gələnin kim ola biləcəyi barədə şübhələrini deyir. Axırda bostançı deyir:

    -heylə yumuruğu ancaq Gejözülü Topuş vura bilərdi.

                                           # #

    Kəndimizin camaatının xeyrində, şərində hamının dadına yetən,   traktoru, su çəni, mağar üçün ləvazimatı ilə dərhal özünü çatdiran, Şahverdi əmi həm də incə yumorulu, yaxşı həmsöhbət insan idi. Günlərin bir günü qonşunun evinin yanından keçəndə çağırırlar ki, təzə simavar çayı dəmləmişik, sən Allah, gəl çay iç.      

   Şahverdi əmi qonşularının sözünü yerə salmır, gəlir çay süfrəsinə. Çay gəlir və qəndin qıt vaxtı pesoxdan (şəkər tozundan) özlərinin evdə hazırladıqları şirnini qoyurlar süfrəyə. Şahverdi kişi sirnidən birini qoyur ağzına, o üzə, bu üzə hərləyir, görür ki, əriyən şeyə oxşamır. Bu qayda ilə hərləyə-hərləyə 3-4 stəkan çay içir. Durub, getmək istəyəndə ev yiyəsinə deyir:

         - maa bir kağız qırığı verə bilərsiniz?

         - Şahverdi əmi, kağızı neyniyirsən?

         -bu şirnini mən əridə bilmədim, aparıb verim, Xanoğlana, 2-3 stəkan çay da o içsin.

                                          # #

   Rəhmətlik Balay dayı bəlkə də, kəndimizdən milisdə işləyən ilk adam idi. Amma onun kiməsə pislik etməsini görən, eşidən olmayıb, hamıya düz yol göstərər, haqsız yerə incidilənlərə kömək durardı. Danışığı da, yerişi də onun xeyirxahlığını göstərirdi.

   Bir gün yaxınlarından biri soruşur:

       -Balay qağa hey, sən Allah milisyədə işdiyirsən, paqonun da var, səndən heç qorxub, eləyən olur?

   Cavabında, Balay dayı sakit-sakit gülümsəyir:

      -Niyə yoxdu, Çərəkən arxının körpüsünə yaxınlaşan kimi, arxın qırağında nə qədər  qurbağa var, hamısı tappa-tupunan, özün atır suya.

Rafiq Yusifli

 


Etiket:

Strategiya.az

Xəbərlər
26.05.2019

Əli Həsənov: “Azərbaycan-İsrail strateji münasibətləri bütün regionda sülhə və təhlükəsizliyə xidmət edir”

25.05.2019

“Qadın güldür, bacarsan güldür” 

25.05.2019

Heydər Əliyev Fondu son anda şəhid atasının harayına çatdı

25.05.2019

Mayın 25-30-da bu şəxslər ictimai nəqliyyatdan ödənişsiz istifadə edəcək

25.05.2019

XƏBƏRDARLIQ! Azərbaycanın bəzi ərazilərinə yenidən dolu düşəcək

25.05.2019

 Azərbaycan Respublikası Prezidentinin Sərəncamı

25.05.2019

İstanbulda 28 May Respublika günü və Azərbaycan XİN-in 100 illiyi qeyd olunub

25.05.2019

Heydər Əliyev Mərkəzində “Tarixin şah əsərləri” sərgisi açılacaq

25.05.2019

“Azeri Light”ın bir barreli 70,95 dollara satılır

25.05.2019

Salyanda yol-nəqliyyat hadisəsi nəticəsində iki nəfər xəsarət alıb

25.05.2019

Cinayət törətməkdə şübhəli bilinən 42 nəfər saxlanılıb

25.05.2019

Bakıda kafe sahibi qətlə yetirildi

25.05.2019

Avtomobili olanlar DİQQƏTLİ OLUN: Etibarnamə qaydası elə olacaq

25.05.2019

Bakıda binanın zirzəmisində öldürülmüş kişi meyiti tapılıb

25.05.2019

Xərçəngin geniş yayılmasının səbəbi tapıldı

25.05.2019

Neftin qiyməti bahalaşıb

25.05.2019

İsmayıllıda avtomobil ustaları emalatxanalarında heroinlə tutuldular

25.05.2019

Türkiyədə 4 terrorçu zərərsizləşdirilib

25.05.2019

Heydər Əliyev Fondu növbəti iftar süfrəsini Ağsuda açıb

25.05.2019

Qardaşlaşan məktəblər və yaxud Məclis Məktəbinin işıqları

25.05.2019

Birinci Dünya müharibəsinə aid qəbiristanlıqda motokros yarışları üçün salınan yol narazılıq yaradıb

25.05.2019

UEFA prezidentindən Bakıdakı finala dəstək

25.05.2019

Binəqədidə doqquzmərtəbəli yaşayış binası yanıb

25.05.2019

Cəbhədə son vəziyyət

25.05.2019

"Qafqazda Azərbaycan və erməni məsələsi" kitabının müzakirəsi keçirilib

25.05.2019

Dollar 3 gün bu qiymətə olacaq 

25.05.2019

Lyonda partlayış nəticəsində yaralananların sayı 13-ə çatıb

25.05.2019

Avtomobilin salonunda 3 yandırılmış meyit tapılıb

25.05.2019

Şenol Günəş "Beşiktaş"dan ayrıldı

25.05.2019

AZƏRBAYCANIN SƏNAYE MÜƏSSİSƏLƏRİNDƏ MARKALAŞMA PROSESİNİN MÖVCUD VƏZİYYƏTİ VƏ ONUN TƏKMİLLƏŞDİRİLMƏSİ İSTİQAMƏTLƏRİ

24.05.2019

Ramazanın 20-ci gününün duası, imsak və iftar vaxtı

24.05.2019

Bakıda 2 dost küçədə tanışları tərəfindən qarət olundu

24.05.2019

Azərbaycanın BMT yanında daimi nümayəndəsi Təhlükəsizlik Şurasında silahlı münaqişələr zamanı  mülki şəxslərin müdafiəsindən danışıb

24.05.2019

QAYĞIKEŞ HƏKİM VƏ MÜƏLLİMİN ÖMÜR YOLU . . .

24.05.2019

Silahlı Qüvvələrin genişmiqyaslı əməliyyat-taktiki təlimlərinin yekunları müzakirə olunub

24.05.2019

Prezident İlham Əliyev Azərbaycanda dini qurumlara maliyyə yardımının göstərilməsi haqqında Sərəncam imzalayıb

24.05.2019

"Azarkeşlər Bakıdakı finaldan zövq alacaqlar" - Kepa Arrisabalaqa

24.05.2019

“Polisə təhvil verilir” - Avtobusda yük daşıyanlar cərimələcək? – VİDEO 

24.05.2019

Təhsil Nazirliyi Baş Prokurorluğa müraciət etdi - Müəllimlərin ləyaqətinin alçaldılması ilə bağlı yazı yazan KİV-lərə görə

24.05.2019

Azərbaycan Prezidenti: Bizim gücümüz birliyimizdədir

24.05.2019

Türkiyədə təhlükəli terrorçu ələ keçirilib, biri isə məhv edilib

24.05.2019

Gürcüstandan gələn avtomobildə qanunsuz yolla keçirilən siqaretlər aşkarlandı

24.05.2019

Neftin qiyməti ilin ən böyük həftəlik itkisinə yönəlib

24.05.2019

BAKIDA MÜƏMMALI CİNAYƏT - Evində yatan kişinin başını kim kəsib? - TƏFƏRRÜAT

24.05.2019

"Liverpul"dan UEFA-ya etiraz -biletlərə görə

24.05.2019

QHT bəyanat yaydı: "Beynəlxalq Konvensiya normalarının ayaq altına atılmasıdır"

24.05.2019

DİQQƏT! Bu yolda rənglənmə işləri aparılacaq

24.05.2019

Tereza Mey istefasını elan edib

24.05.2019

Dövlət Miqrasiya Xidməti işə qəbulla əlaqədar müsahibə elan edir

24.05.2019

Şənbə günü hava necə olacaq?