İctimai milli bədii təfəkkür tərzimizin şeirlə ifadəsi və yaxud Səid Ünsizadənin "Ziya" qəzetinin əsas oxucuları olan arif və üləmalara xitabən bir mənzumnaməsi  

09:21 / 03.04.2019

Nazim Nəsrəddinov

Azərbaycan Respublikasının əməkdar müəllimi

XIX əsrrin  ikinci yarısında  Azərbaycanın türkdilli  mətbuatında - "Əkinçi" (1875-1877), "Ziya"(1879-1884) və "Kəşkül"də (1883-1891)  sözün sətiraltı mənasından, fikrin dolayı yolla ifadə edilmə üsullarından ustalıqla istifadə olunmuşdur. Bəlkə də, bu, milli təfəkkür tərzinmiin folklordan gələn ənənələrindən qaynaqlanmışdır.Hər halda, bu,sözün  nəzm formasının informasiya xarakterli  adi sözdən daha çox cazibədar olması ilə əlaqədardır. 

"Ziya" qəzetində nəzm biçimli janrlara  dəfələrlə müraciət olunmuşdur.

S.Ə.Şirvaninin,müxtəlif vaxtlarda üç dəfə Türkiyənin maarif naziri olmuş Münif Paşanın, Şəkidə yaşayan əslən Şamaxılı olan İsmi Sədrəddinbəyovun (Nakamın), M.Şuxinin,eləcə də "Ziya"qəzetinin imtiyaz sahibi Səid  Ünsizadənin  o dövrün yeganə mətbu orqanında  işıqlandırılan şeirləri  qəzet dilində ədəbi üslubun maaqlı nümunələri kimi diqqəri cəlb edir.

Qəzet dilini sırf pulisistik üslub kimi  səciyyələndirmək düzgün deyil.

Qəzet dili özündə bir neçə  üslubun xarakterik xüsusiyyətlərini cəmləşdirə bilər.Burada   həm elmi , həm bədii  üslubun, eləcə də  tərcümə materiallarının üslubundan da danışmaq mümkündür.Başqa sözlə, bu üsluların hamısı publisistik sözün müxtəlif emosiya və çağırışlarının  ifadə vasitəsi kimi başa düşülməlidir.

XIX əsr Azərbaycan publisistik üslubu  milli ziyalıların  ədəbi dil uğrunda apardıqları  maraqlı mübarizəni formalaşdıran  ideya məktəbi idi. Bu, folklorumuzdakı söz və saz   birliyini xatırladan  münasibətləri yada salır.

"Əkinçi"dən sonra  meydana çıxan  "Ziya" qəzeti (25.01.1879 - 26.06.1884)  ədəbi dilimizin formalaşmasında,cilalanmasında əhəmiyyətli rol oynamışdır.Bu işin təşkilatçısı  görkəmli maarifçi və din xadimi,sonralar türk dünyasının fazillərindən biri kimi tanınan Hacı Səid Əfəndi Ünsizadə (1842,Şamaxı- 1903,İstanvul) idi.

O,"Ziya" adlı qəzeti  vasitəsilə xalqın milli düşüncə tərzində  inqilab yaratdı.

Səid Ünsizadə "Ziya"nın işinə bütün türk dünyasının işıqlı fikir adamlarını cəmləşdirə bildi."Ziya" özünəməxsus tərzdə dünyanın qaranlıqda qalan məqamlarını və məkanlarını  işıqlandırmağı bacardı.Bu qaranlıqların ən  dumanlı yerləri maarif,məktəb və mədrəsələr  idi.

"Ziya"nin baş yazarı  şikayətlənirdi ki,yeni qaydalı məktəb və mədrəsələrimiz yoxdur, ana dili əvəzində olan mətbuatımız hələ də xalqın bütün təbəqələrinin mütaliəsinə xidmət edə bilmir:

"Cümləmizə məlumdur ki,vətəni-əzizimiz olan Qafqaz qitəsində  millətimizə məxsus olan  rövnəqli və baqaidə  məktəb və mədrəsələrimiz yoxdur və mədrəsə və məktəblərimizin birövnəq və binizam  və pərişan halda olmağı belə heç bir tərəfdən  bu barədə və bu gunə ümdəlü mətləbə iktifa (kifayətlənmə-N.N.) və etina olunmamaq xeyli təəssüf və təəccüb olunası əhvalatlardandır".

 Səid Ünsizadə daha sonra yazır ki, " bu dəfə Qafqazda neçə-neç şəhər və qəsəbələri seyr elədük və səyahət etdiyimiz yerlərdə mövcud olan məktəb və mədrəsələri  müayinə, müdərris  və   müəllimləri    ilə mükalimə elədük  və qazilər ilə uzun-uzun danışdıq, hansı ki,onlar barəsində dəxi bundan sonra fəqərə-fəqərə yazılacaqdır.

Nə isə...

Heç bir yerdə qaidəli və nizamlı bir məktəb və mədrəsəyə rast gəlmədük".

(26.11.1883,N 1).

"Ziya" qəzetindəki bir yazıda  xüsusilə vurğulanır ki,insanın cəmiyyətdəki rolu onun elmli və mərifətli olmasının vacibliyi ilə gündəmə gətirilir:

"İnsanın   əqlini və fərasətini və fəhmini və qanacağını  artıran  və dünya güzarının yaxşılığına bais olan elm və mərifətdir....Tərbiyəli adam heç vaxt həqqi nahaq eləməz və hərgah eləsə, o surətdə  biz ona elmli vətərbiyəli adam demərik." ( N 14,1883 ).

Səid Ünsizadəyə görə,  cəmiyyətin  maariflənməsi işində  yazı-pozudan az-çox xəbərdar olan   din xadimləri  fərqlənməlidirlər:

"Qazilərə borcdur ki,həmişə məktəb işində məxusi iltifat göstərələr".

("Ziyayi-Qafqasiyyə",03.12.1881,N 2), "məktəb və mədrəsə işində cəmaət ilə yekdil olub, həmişə onun rəftinə səy edələr". (28.05.1881,N 16.).

"Qazilərə borcdur ki,məscid mollalarının üstündə baxıcı olub nəsaih təlimat ilə onlara yol göstərələr". (N 6,1883).

Səid Ünsizadənin başqa bir yazısında da -11 bənlik dördlüyündə də xalqın maariflənməsi işində din xadimlərinə  mənzum müraciəti də diqqəti cəlb edir.

Mənfəətdən xali olmadığı üçün həmin şeiri bütünlüklə oxuculara təqdim edirik.

***

" "Ziyayi-Qafqasiyyə "qəzeti.  09.03.1883, N 7.

Mollaları cəhl'in (cəhalətin-N.N.) dəfinə  və elmin cəlbinə tərğib eləmək barəsində  bir

XİTABEYİ-MƏNZUMƏdir ki,məzaqi-ürəfa üçün  burada dərc olundu.

Mənzumə

Cəhl basur bizləri, ay mollalar,

Qədəm qoyun dəfinə himmət edün.

Axir edər bizləri bu, tarimar,

Qədəm qoyun dəfinə himmət edün.

***

Elm bizi validətək bəsləyər,

Harda olsoq təlim bizi gözləyər.

Cəhl bizi  axir edər dərbədər,

Qədəm qoyun dəfinə himmət edün.

***

Xəlq edir sizlərə çox etimad,

Vacib olur pəs sizə hifzi-ibad (bəndələrin hifzi,qorunması_N.N.),

Cəhl görürsünüz ki,çox edir fəsad,

Qədəm qoyun dəfinə himmət edün.

***

Bir-birini xəlq yeyər cəhldən,

Din gedər ,məzhəb itər cəhldən.

Yaman-yaman işlər olar cəhldən,

Qədəm qoyun dəfinə himmət edün.

***

Cəhl cəhalətdə dutubdur bizi,

Bağlayubdur hər tərəfdən gözümüzü,

Həqq bizə sərxeyl (sıravi dəstənin başçısı-N.N.) qoyubdur sizi,

Qədəm qoyun dəfinə himmət edün.

***

Amur (burada məqam,vaxt mənasına uyğn gəlir-N.N.  ) gəlib,edin ümumi tələb,

O barədə siz bizə olun səbəb.

Cəhl bizə çox verür axir təəb (zəhmət,əziyyət-N.N.),

Qədəm qoyun dəfinə himmət edün.

***

Cəhl bizi çox-çox edibdür xəcil,

Qılıb bizi xəlq içində münfəil  (xəcalətli-N.N.).

Cəhli gərək siz edəsiz məzməhlll ( büsbütün məhv edilmiş-N.N. ), 

Qədəm qoyun dəfinə himmət edün.

***

Siz özünüz elm ilə  olduz qərin (yoldaş,yaxın dost-N.N.),

Onun ilə cəhldən olduz amin (duaların axırında "ya Allah,qəbul et"

mənasında işlənən söz-N.N.).

Bizləri ki,cəhl tutubdur, yəqin,

Qədəm qoyun dəfinə himmət edün.

***

Cəhl... sizə olmuş bəyan,

Ançe (elə nəsnə ki-N.N.) əyan əst, çe hacət bəyan.

Qoyunları hifz edər axir çoban,

Qədəm qoyun dəfinə himmət edün.

***

Bu yoda biz mətləbə etdük kəşad  (geniş,açıqlıq-N.N.),

Niyə onu sizlər edirsüz kəsad (ticarətdə malın satılmaması-N.N.)?

Rəva degil bu işi bərq eləyə  bad ( bu iş puç ola- N.N.),

Qədəm qoyun dəfinə himmət edün.

***

Zadeyi--...(Üns...N.N.) sözünü guş edün,

Hə nə qərəz var isə, fəramuş edün,

Qeyrət edüb, səy ilə cuş edün,

Qədəm qoyun dəfinə himmət edün". 

***

Ünszadənin dər-öhdə aldığı əmr və niyyəti mətbuat vasitəsilə rus müsəlmanlarını yuxudan oнatmaq idi.(bax:  "Ziyayi -Qafqasiyyə" qəzeti,26.06.1884, N 11).

 
  Təəssüf ki,ki,Səid Ünsizadə rus müsəlmanlarını 1884-cü ildə "Ziyayi-Qafqasiyyə" qəzeti bağlanandan  sonra mətbuat vasitəsilə yuxudan oyada bilmədi.O,yaşadığı mühitin eybəcərliyindən bezib,1890-cı illərin əvvəllərində türk dünyasının baş şəhərinə-İstanbula köçdü,ömrünün qalan illərini burada maarif cəbrəsində yüksək vəzifədə  ləyaqətlə calışdı.

Mətbuat vasitəsilə rus müsəlmanlarını cəhalət yuxusundan oyatmaq işinin   davamı onun məslək və əqidə  dostu görkəmli tatar mütəfəkkiri İsmayıl bəy Qaspıralının öhdəsinə düşdü.

Səid Ünsizadə1903-cü ildə İstanbulda vəfat etdi,Fatih Camii bağçasında dəfn edildi.



Strategiya.az

Xəbərlər
20.04.2019

Azərbaycana qış geri döndü – Bakıya yağış, bölgələrə qar, dolu YAĞDI - VİDEO

20.04.2019

Yaxın Şərqdə iki təhlükəli proses: dağıdıcı trendlərin güclənməsi

20.04.2019

Sosial şəbəkə "bəyənmə"ləri yığışdırır - SƏBƏB

20.04.2019

3 alpinist İTKİN DÜŞDÜ: əşyaları tapıldı, özləri isə...

20.04.2019

Zakir Həsənov Türkiyə tərəfinə başsağlığı verib

20.04.2019

Elxan Ələsgərov: Ermənistan XİN rəhbəri işlətdiyi iki cümlədə azı yeddi səhvə yol verib

20.04.2019

DİQQƏT! Qaz sayğacınızda bu yazılar çıxırsa deməli...

20.04.2019

Makron Türkiyəni qəzəbləndirdi

20.04.2019

Yeni tikililərin işıq problemi daha tez həll olunacaq - QƏRAR

20.04.2019

Əlilliyə görə pensiyaların da elektron qaydada təyinatına başlanıb

20.04.2019

Elçin Əhmədov: Anti-Azərbaycan qüvvələrin ölkəmizə təzyiq göstərmək, onu öz yolundan döndərmək cəhdləri əbəsdir

20.04.2019

Türkiyədə yenə zəlzələ oldu

20.04.2019

“Azərbaycan dilinin Orfoqrafiya Normaları” təsdiq edilib

20.04.2019

İsrail Qəzza zolağına zərbələr endirib

20.04.2019

Poroşenko rəqibindən Vaşinqtona şikayət etdi

20.04.2019

"İdeal olmaq mümkün deyil" -Qvardiola

20.04.2019

Şimal bölgəsinin dağlıq ərazilərində temperatur mənfi 8 dərəcəyədək aşağı düşüb

20.04.2019

Bəzi geyimlər sağalmaz xəstəliklər yarada bilər - XƏBƏRDARLIQ - VİDEO

20.04.2019

İranın təhlükəsizlik naziri: ABŞ-ın casus şəbəkəsi aşkar edilib

20.04.2019

Ermənistan silahlı qüvvələri atəşkəsi 21 dəfə pozub

20.04.2019

Ukraynada prezident seçkilərinin ikinci turu ilə bağlı sükut günüdür

20.04.2019

Dolların aprelin 22-nə olan məzənnəsi 

20.04.2019

Yaponiya Olimpiya Oyunları zamanı ABŞ aviabazasından istifadə etmək istəyir

20.04.2019

Superliqada 29-cu tur başladı

20.04.2019

Dövlət Dil Komissiyası yanında Monitorinq Mərkəzi yaradıldı

19.04.2019

Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyeva sağlamlıq imkanları məhdud uşaq və gənclərin, sosial müəssisə sakinlərinin sərgisi ilə tanış olub

19.04.2019

Mixail Qorbaçov İndoneziyada keçirilən seçkilərdə məğlub olub

19.04.2019

Göyərtəsində 5 ton narkotik maddə aşkarlanan gəmi İzmir limanına gətirilib

19.04.2019

Azərbaycan Respublikası Prezidentinin Fərmanı

19.04.2019

DİN: Külli miqdarda narkotik vasitə dövriyyədən çıxarılıb

19.04.2019

Azərbaycan Ordusunun nümayəndələri NATO-nun təlimində iştirak edib

19.04.2019

Aprelin 22-dən problemli krediti olan şəxslərə kompensasiya ödənişlərinin verilməsinə başlanacaq

19.04.2019

Müğənni Rüfət Axundov və Rəşad İlyasov məhkəməyə gəlmədi

19.04.2019

ABŞ Çavuşoğlunun təklifinə müsbət cavab verməyib

19.04.2019

Bakıda adam öldürməyə cəhddə təqsirləndirilən şəxsə ağır cəza

19.04.2019

Diqqət! Bu yollarda xətlənmə işləri aparılacaq

19.04.2019

Salyanda ağır qəza baş verib

19.04.2019

56 min dollar təqaüd alacağı deyilən Yasinin atası danışdı, əslində...

19.04.2019

Zelenskiyə şok Rusiya təklifi: “Yenidən öpüşüb qucaqlaşmaq...”

19.04.2019

Buraxılış imtahanlarında iştirak edən 9-cu sinif şagirdlərinin nəzərinə!

19.04.2019

Bakıda “ərəb” ləqəbli narkotacir saxlanılıb

19.04.2019

Avstriyalı diplomat BMT-də yüksək vəzifəyə təyin edilib

19.04.2019

Sabah aramsız yağış gözlənilir

19.04.2019

“Böyük fəlakətin astanasındayıq” – NASA-dan qorxunc xəbərdarlıq

19.04.2019

İstintaq təcridxanasına narkotik maddə keçirilməsinin qarşısı alınıb

19.04.2019

XİN: Ermənistan rəhbərliyi anlamalıdır ki, mövcud status-kvo qəbuledilməzdir və bu proses həmişəlik davam edə bilməz

19.04.2019

Həftənin ən yaxşısı adına namizədlər - Avroliqada

19.04.2019

BP “Azəri-Çıraq-Günəşli” blokunun platformalarının birində işi dayandırdı

19.04.2019

Şimali Koreyanın raket sınaqlarına Pentaqondan ŞƏRH

19.04.2019

Formula 1: Daxili Qoşunlarda yoxlama keçirildi