İlham Əliyevə sosial dəstəyin anketləşməsi

20:20 / 12.04.2019

“Opinion Way”in elmi araşdırmasından müxalifət, əslində, hansı nəticələr çıxarmalıdır?

 

Bu günlərdə Fransanın məşhur “Opinion Way” İnnovativ Araşdırma Şirkəti Azərbaycanda keçirdiyi sosioloji tədqiqatın nəticələrini açıqladı.

Naxçıvan Muxtar Respublikası istisna olmaqla, Azərbaycanın bütün bölgələrini əhatə edən elmi sorğunun nəticələri, əslində, gözlənilməz olmadı.

Azərbaycan prezidenti İlham Əliyevin ölkədə ən nüfuzlu siyasi lider olması, son prezident seçkilərindən sonra intensivləşən islahatların cəmiyyət tərəfindən təqdirlə qarşılanması, o cümlədən dövlət başçısının dayanıqlı elektoratının və ona siyasi dəstək verən sosial qrupların daxili strukturunun genişlənməsi heç kimə sirr deyildi.

“Opinion Way” şirkətinin öz tədqiqatı ilə açıqladığı rəqəmlər isə məsəlinin elmi tərəflərini və Azərbaycan vətəndaşlarının prezidentin yürütdüyü siyasət müqabilində sərgilədiyi sosial davranış modellərini açıqlamaq baxımından faydalı oldu.

Öncə rəqəmlərə nəzər salaq:

Həmin araşdırmaya görə, respondentlərin 80,1 faizi ölkədəki mövcud ictimai-siyasi və sosial-iqtisadi sabitliyin qorunub-saxlanılmasını Prezident İlham Əliyevin fəaliyyətinin ən uğurlu nəticəsi kimi dəyərləndirib. Sorğu zamanı vətəndaşlara ünvanlanan “prezident İlham Əliyevin son bir ildə gördüyü işləri necə qiymətləndirirsiniz?” sualına respondentlərin 85,1 faizi bütövlükdə müsbət cavab verib. Bu sualı onların yalnız 6,8 faizi “mənfi”, 8,1 faizi “bilmirəm” kimi cavablandırıb. Prezident İlham Əliyevin seçkiqabağı vədlərinin yerinə yetirilməsinin qiymətləndirilməsinə dair “Opinion Way”in sualına respondentlərin bütövlükdə 75,6 faizi müsbət cavab verib. “Opinion Way”in “Azərbaycanda həyata keçirilən sosial-iqtisadi fəaliyyəti və bu sahədə Prezident İlham Əliyevin son ildə apardığı islahatları necə qiymətləndirirsiniz?” sualına sorğuda iştirak edənlərin 90,5 faizi bütövlükdə müsbət cavab verib, onlardan 64 faizi bu istiqamətdə hökumətin fəaliyyətini “tam bəyəndiyini”, 26,5 faizi “əsasən bəyəndiyini” vurğulayıb, rəyi soruşulanların yalnız 6,0 faizi bu suala “bəyənmirəm”, 3,5 faizi isə “bilmirəm” cavabını verib. Prezident İlham Əliyevin kadr islahatları da sorğuda iştirak edən vətəndaşlar tərəfindən yüksək qiymətləndirilib. Bununla bağlı sualları cavablandıran respondentlərin 78,8 faizi həyata keçirilən kadr siyasətinə birbaşa öz müsbət rəyini bildirib, onlardan 43,3 faizi bu sahədəki dəyişikliklərdən tam razı qaldığını, 35,5 faizi isə əsasən razı qaldığını nümayiş etdirib. Ümumiləşmiş orta nəticələr onu göstərir ki, əgər bu gün yenidən prezident seçkiləri keçirilsə, İlham Əliyev ölkə seçicilərinin mütləq çoxluğunun, təxminən 83-85 faizinin səsini qazana bilər.

Bəli, ilk baxışdan quru rəqəmlər kimi görünən bu nəticələrin arxasında üç böyük uğur hekayəsi dayanır.

İlk uğur hekayəsi bir dövlət başçısı və siyasi lider olaraq İlham Əliyevə məxsusdur. Tədqiqat sübut etdi ki, Azərbaycan prezidenti ilə vətəndaşlarımız arasındakı emosional bağı zədələmək üçün xaricdən maliyyələşən ən müxtəlif layihələr iflasa uğrayıb. Əhalimiz rasional bir şəkildə dövlət başçısının elan etdiyi hədəfləri mənimsəyir, bir idarəçi kimi onun proqram və qararlarını mənimsəyir, yüksək fəallıq və təşəbbüskarlıqla prezidentə inam və dəstək nümayiş etdirir. Bu inam və dəstəyi qazanmaq üçün İlham Əliyev böyük intellektual və fiziki əmək sərf etdiyindən üzə çıxan nəticələri ilk növbədə onun zəhmətinin bəhrəsi hesab edilməlidir.

İkinci uğur hekayəsi sadə vətəndaşlarındır. Azərbaycan prezidentinin siyasi və diplomatik manevrləri, gerçəkləşdirdiyi proqram və islahatlar ölkəmizdə sabitlik mühitini qorumaqla sosial qruplar arasındakı ziddiyyətləri minumum həddə endirib. Formalaşan mühit vətəndaş təşəbbüskarlığını genişləndirir və hər bir fərd öz maddi imkanlarını artırmaq, sosial statusunu gücləndirmək üçün mövcud şəraitdən bəhrələnmək imkanı əldə edir. Nəticədə cəmiyyətdə marginallaşma əmsalı sıfıra yaxınlaşır və təşəbbüskar vətəndaşın uğur hekayəsi yazılır.

 

Üçüncüsü, Azərbaycan cəmiyyəti bütövlükdə öz uğur hekayəsini genişləndirir. SSRİ-nin dağılması ərəfəsində cəmiyyətin müəyyən bir qismində bir dövlət olaraq müstəqil yaşamaq imkanlarımızla bağlı müəyyən tərəddüdlər mövcud idisə, bu gün həmin şübhələr tamamilə aradan qalxıb. Azərbaycanın bir dövlət olaraq müstəqilliyi çoxsayda sosial-iqtisadi nailiyyətlərə, ölkə infrostrukturunun yenilənməsinə, beynəlxalq layihələrə çevrilib.

Bu istiqamətlərin hər biri üzrə günlərcə müzakirə aparmaq, faktlar sadalamaq, nümunələr gətirmək mümkündür. Ancaq bütün müzakirələrdə üç açar söz üzərində dayanmalı olacağıq: “təşəbbüskarlıq”, “məqsədyönlülük”, “elmilik”. Azərbaycan prezidenti İlham Əliyevin son sosioloji tədqiqatla da isbatlanmış yüksək reytinqi paralel olaraq onun müxaliflərinin ictimai dəstəkdən məhrum olmasının da göstəricisidir. Azərbaycan müxalifətinin bu cür ağır böhran içində olmasının əsas səbəblərini də elə həmin açar sözlərin antonimlərində axtarmaq lazım gəlir. Bunu vaxtilə Azərbaycan dövlətinə qarşı təzyiq mexanizmi kimi yaradılmış Milli Şuranın sədri Cəmil Həsənlinin “Opinion Way”in sorğusu ilə bağlı səsləndirdiyi banal bəyanatdan da açıq sezmək mümkündür.

Birlikdə nəzər salaq:

İlham Əliyevin yenidən prezident seçildiyi bir il boyunca Cəmil Həsənlinin sədri olduğu qurum Azərbaycan cəmiyyətinə hansı yeni ideya verib, hansı proqram hazırlayıb, hansı konkret təşəbbüslə çıxış edib? Siz Milli Şuranın cəmiyyətə və dolayısı ilə hakimiyyətə təqdim etdiyi və ölkədəki irili-xırdalı problemlərdən ən bəsitinin həlli yollarını əhatə edən hər hansı zərf görmüsünüzmü? Siyasət bir ölkədə vətəndaşların azadlığı, təhkükəsizliyi və rifahı ilə bağlı problemlərin çözüm yolunu tapmaq, həmin yolların effektivliyinə xalqı inandırmaq sənətidir. Əgər Milli Şura ölkədəki problemlərin həlli yolları ilə bağlı yazılı layihələrə malik deyilsə, problemlərin kökləri, miqyası, maraqlar konflikti barədə təsəvvürləri belə yoxdursa, hansı ağlı başında olan insandan, demokratiyanın dayağı olan rasional vətəndaşdan dəstək ala bilər? Sosial şəbəkələrdə trend olan mövzular ətrafında laqqırtı vurmaqdan başqa əllərindən bir şey gəlməyən Milli Şura üzvləri istənilən prosesə ya kənardan baxır, ya da olub-bitənlərin arxasınca deyinirlərsə, “məqsədyönlülük” kəliməsinin onların fəaliyyətinə zidd bir anlayış olduğunu söyləmək də haqsız olmaz.

Nəhayət, elmilik barədə! Cəmil Həsənli guya tarixçidir, bir düjün akademik titulu var. Onun elmi dünyagörüşə sahib olması, ictimai-siyasi olayların axarında qanunauyğunluqlar axtarması, proseslərə reaksiyasında məntiqə söykənməsi ən azı həmin titullar baxımından vacibdir. Zira, zehniyyətini his-pas basmış xəfənək təsiri bağışlayan Cəmil Həsənli kimyagər Molla İbrahimxəlilin ağzı üslubu ilə danışır. Hər halda azacıq elmi dünyagörüşü olan bir şəxsin demoqrafik parametrləri bəlli olmayan və təhlil üçün heç bir oyketiv indikator əks etdirməyən virtual seqmentə sığınaraq gerçək elmi tədqiqatın nəticələrini şübhə altına alması mümkün deyil. Hərçənd, Cəmil Həsənli gerçəkdən elmi dünyagörüş sahibi olsaydı, elə həmin sorğudan önündə getdiyi siyasi kəsimi uğursuzluq zolağından çıxartmaq üçün müəyyən qənaətlər hasil edərdi. Ən azı gec də olsa anlayardı ki, Azərbaycandakı mövcud sosial diferensiallaşma Milli Şuranın çağırışlarına nədən etinasızdır.

İstənilən sosioloji araşdırmanın ən böyük məqsədi də, faydası da “nədən” sualına cavab tapmaqdır.

Taleh ŞAHSUVARLI
AzNews.az xəbər portalının Baş redaktoru


Etiket:

Strategiya.az

Xəbərlər
20.04.2019

Yaxın Şərqdə iki təhlükəli proses: dağıdıcı trendlərin güclənməsi

20.04.2019

Sosial şəbəkə "bəyənmə"ləri yığışdırır - SƏBƏB

20.04.2019

3 alpinist İTKİN DÜŞDÜ: əşyaları tapıldı, özləri isə...

20.04.2019

Zakir Həsənov Türkiyə tərəfinə başsağlığı verib

20.04.2019

Elxan Ələsgərov: Ermənistan XİN rəhbəri işlətdiyi iki cümlədə azı yeddi səhvə yol verib

20.04.2019

DİQQƏT! Qaz sayğacınızda bu yazılar çıxırsa deməli...

20.04.2019

Makron Türkiyəni qəzəbləndirdi

20.04.2019

Yeni tikililərin işıq problemi daha tez həll olunacaq - QƏRAR

20.04.2019

Əlilliyə görə pensiyaların da elektron qaydada təyinatına başlanıb

20.04.2019

Elçin Əhmədov: Anti-Azərbaycan qüvvələrin ölkəmizə təzyiq göstərmək, onu öz yolundan döndərmək cəhdləri əbəsdir

20.04.2019

Türkiyədə yenə zəlzələ oldu

20.04.2019

“Azərbaycan dilinin Orfoqrafiya Normaları” təsdiq edilib

20.04.2019

İsrail Qəzza zolağına zərbələr endirib

20.04.2019

Poroşenko rəqibindən Vaşinqtona şikayət etdi

20.04.2019

"İdeal olmaq mümkün deyil" -Qvardiola

20.04.2019

Şimal bölgəsinin dağlıq ərazilərində temperatur mənfi 8 dərəcəyədək aşağı düşüb

20.04.2019

Bəzi geyimlər sağalmaz xəstəliklər yarada bilər - XƏBƏRDARLIQ - VİDEO

20.04.2019

İranın təhlükəsizlik naziri: ABŞ-ın casus şəbəkəsi aşkar edilib

20.04.2019

Ermənistan silahlı qüvvələri atəşkəsi 21 dəfə pozub

20.04.2019

Ukraynada prezident seçkilərinin ikinci turu ilə bağlı sükut günüdür

20.04.2019

Dolların aprelin 22-nə olan məzənnəsi 

20.04.2019

Yaponiya Olimpiya Oyunları zamanı ABŞ aviabazasından istifadə etmək istəyir

20.04.2019

Superliqada 29-cu tur başladı

20.04.2019

Dövlət Dil Komissiyası yanında Monitorinq Mərkəzi yaradıldı

19.04.2019

Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyeva sağlamlıq imkanları məhdud uşaq və gənclərin, sosial müəssisə sakinlərinin sərgisi ilə tanış olub

19.04.2019

Mixail Qorbaçov İndoneziyada keçirilən seçkilərdə məğlub olub

19.04.2019

Göyərtəsində 5 ton narkotik maddə aşkarlanan gəmi İzmir limanına gətirilib

19.04.2019

Azərbaycan Respublikası Prezidentinin Fərmanı

19.04.2019

DİN: Külli miqdarda narkotik vasitə dövriyyədən çıxarılıb

19.04.2019

Azərbaycan Ordusunun nümayəndələri NATO-nun təlimində iştirak edib

19.04.2019

Aprelin 22-dən problemli krediti olan şəxslərə kompensasiya ödənişlərinin verilməsinə başlanacaq

19.04.2019

Müğənni Rüfət Axundov və Rəşad İlyasov məhkəməyə gəlmədi

19.04.2019

ABŞ Çavuşoğlunun təklifinə müsbət cavab verməyib

19.04.2019

Bakıda adam öldürməyə cəhddə təqsirləndirilən şəxsə ağır cəza

19.04.2019

Diqqət! Bu yollarda xətlənmə işləri aparılacaq

19.04.2019

Salyanda ağır qəza baş verib

19.04.2019

56 min dollar təqaüd alacağı deyilən Yasinin atası danışdı, əslində...

19.04.2019

Zelenskiyə şok Rusiya təklifi: “Yenidən öpüşüb qucaqlaşmaq...”

19.04.2019

Buraxılış imtahanlarında iştirak edən 9-cu sinif şagirdlərinin nəzərinə!

19.04.2019

Bakıda “ərəb” ləqəbli narkotacir saxlanılıb

19.04.2019

Avstriyalı diplomat BMT-də yüksək vəzifəyə təyin edilib

19.04.2019

Sabah aramsız yağış gözlənilir

19.04.2019

“Böyük fəlakətin astanasındayıq” – NASA-dan qorxunc xəbərdarlıq

19.04.2019

İstintaq təcridxanasına narkotik maddə keçirilməsinin qarşısı alınıb

19.04.2019

XİN: Ermənistan rəhbərliyi anlamalıdır ki, mövcud status-kvo qəbuledilməzdir və bu proses həmişəlik davam edə bilməz

19.04.2019

Həftənin ən yaxşısı adına namizədlər - Avroliqada

19.04.2019

BP “Azəri-Çıraq-Günəşli” blokunun platformalarının birində işi dayandırdı

19.04.2019

Şimali Koreyanın raket sınaqlarına Pentaqondan ŞƏRH

19.04.2019

Formula 1: Daxili Qoşunlarda yoxlama keçirildi

19.04.2019

Bakıda əsən güclü külək fəsadlar yaratdı