Mübariz insanlardan biri-Qəşəm Aslanov

10:46 / 19.04.2019

Nazim Nəsrəddinov

Azərbaycan Respublikasının Əməkdar müəllimi

Ümummilli liderimiz Heydər Əliyevin etimad göstərdiyi mübariz insanlardan biri - Qəşəm Aslanov  (10.04.1934,Göyçə,Kəsəmən kəndi-1984,Bakı )

Böyük Britaniya universitetlərində rus dilini öyrənən tələbələr Azərbaycan Dövlət Universiteti tələbə və məzunlarının bir qrupunu 1972-ci ilin fevralında öz ölkələrinə dəvətli görüşə çağırmışdılar. Görüş "Sputnik" təşkilatının xətti ilə təşkil olunmuşdu. Moskvada üç günlük ideoloji hazırlıqdan sonra qrupa Kalininqrad, Tibilisi ( indiki Tiflis)  və Kiyedən də 12 nəfər tələbə qoşulmuşdu. Nümayəndə heyətinin başçısı, Moskva Ali Partiya Məktəbinin məzunu, "Azərbaycan gəncləri" qəzetinin redaktoru Qəşəm Aslanov idi. Mən də bu dəvətli görüşdə iştirak edirdim.
Onda leytenant Şmidt adına neft maşınqayırma zavodunda tokar işləyirdim. İstehsalatdan ayrılmadan respublikanın ilk universitetində-Azərbaycan Dövlət Universitetinin qiyabi filologiya fakültəsinin sonuncu kursunda oxuyurdum.  Diplom işi yazan vaxtlarım idi. "Müasir türk dillərində rus dili və rus dili vasitəsilə yaranan feillər" mövzusu üzərində işləyirdim. Bəlkə də məni elə bu mövzuya görə  Londona gedən nümayəndə heyətinə daxil etmişdilər. Hər halda mənə inanmışdılar. Bu, elə vaxtlar idi ki, SSRİ-nin Böyük Britaniyadakı səfirliyinin bir neçə əməkdaşını
hansı əməllərinə görə isə  Londondan geri -Moskvaya göndərmişdilər. Biz bu ölkədən  çıxarılma işindən sonra "Dumanlar ölkəsi"nə üz tutan birincilər idik. Səfərə  hazırlıq çərçivəsində  Moskvada keçirilən  üçgünlük ideoloji hazırlıq bununla əlaqədar idi: biz verilən dolaşıq suallara yaxşı cavab verməli idik.
Səfər zamanı-14 gün ərzində Böyük Britaniyanın London, Qlazqo, Edinburq  və Aberdin şəhərlərinin qədim universitetləri, muzeyləri, tarixi yerləri ilə tanış olduq, ingilis təhsilinin mötəbər təşkilatçıları və tələbələri ilə ünsiyyət qurduq, keçirilən tədbirlərdə fəal iştirak etdik.

Mən Qəşəm Aslanovu ilk dəfə bu dəvətli səfərdə yaxından tanıdım. Qəşəm Aslanov bu səfər haqqnda redaktoru olduğu gənclər qəzetində "Təzadlar ölkəsində"adı ilə iki nömrədə  yol qeydlərində ətraflı söhbət açmışdır. Bu yol qeydləri  Qəşəm Aslanovun 2017-ci ildə  Almaz Ülvinin tərtibçiliyi və redaktorluğu ilə nəşr olunmuş Seçilmiş əsərlərində, yəqin ki, öz yerini tapmışdır.
Mən də "Bakı" qəzetinin və  leytenant Şmidt adına zavodun  "Qabaqcıl texnika uğrunda" çoxtirajlı qəzetinin  fəhlə müxbiri kimi, respublikanın ən  ən çox oxucusu olan çoxtirajlı qəzetinin  yeddi nömrəsində "London görüşləri" adlı səfərnaməmi  Azərbaycan oxucularina ünvanlamışdım.
Sonralar eşitdim ki, jurnalist Osman Mirzəyev də yol qeydlrimi bəyənib, onu tərcümə edərək, rusdilli  "Vışka" qəzetində çap etdirmək fikrində imiş. Lakin tərcümə son mərhələdə senzuradan keçməyibmiş. Hər hala bu tərcümənin  jurnalistin arxivində qaldığına inanıram Londona gedərkən artıq hamımız özümüzü Qəşəm müəllimin dostu hesab edirdik. Qəşəm müəllim hərtərəfli və yüksək təfəkkürlü ziyalı, şair təbiətli insan idi. O, hamı ilə ünsiyyət qurmağı, insanları yaradıcı fəaliyyətə ruhlandırmağı  bacarırdı. Səfərdən qayıdandan bir neçə ay sonra Qəşəm Aslanov Azərbaycan KP Şuşa Rayon Partiya Komitəsinə birinci katib vəzifəsinə təyin olundu. Sonralar İsmayıllı və Abşeron rayonlarında birinci katib işlədi. Qəşəm Aslanovun bu vəzifələrə təyinatı Azərbaycan KP Mərkəzi Komitəsinin birinci katibi möhtərəm Heydər Əliyevin ona göstərdiyi etimad idi. Qəşəm müəllim bu etimadı şərəflə doğrultdu. Qəşəm müəllim öz vəzifə borcunu yaxşı başa düşən partiya işçisi, ləyaqətli dost idi. Mən hələ də onun "Təzadlar ölkəsində" adlı yol qeydlərində məni - adi tokarı, universitetin qiyabi şöbəsinin  tələbəsini  ingilislərin alim adlandırmalarını Azərbaycanın gənc oxucularına çatdırmasını minnətdarlıqla xatırlayıram.
Bu yazınn çapından iki ay sonra mən universiteti uğurla bitirdim, fakültə elmi şurasının qərarı ilə aspiranturaya oxumağa göndərildim.


Allah Qəşəm müəllimə rəhmət eləsin....



Strategiya.az

Xəbərlər
31.05.2020

Azərbaycanda daha 248 nəfər koronavirusa yoluxdu, 101 nəfər sağaldı, 2 nəfər öldü

31.05.2020

Müdafiə Nazirliyi: Silah gücü düşmənlə danışılacaq yeganə dildir

31.05.2020

Azərbaycana 90 günədək səfər edən Türkiyə vətəndaşları üçün viza ləğv olunub

31.05.2020

Həvəsləndirmə yerlərinin tətbiq olunduğu müəllim yerlərinin sayı açıqlandı

31.05.2020

Bu gündən Azərbaycanda xüsusi karantin rejiminə dair məhdudiyyətlərin bir qismi aradan qaldırılıb

31.05.2020

Mayın 31-də xarici valyutaların manata qarşı məzənnələri

30.05.2020

Gənc riyaziyyatçılara çağırış - BDU-da Elmi Konfrans olacaq

30.05.2020

Azərbaycanda daha 257 nəfər koronavirusa yoluxdu, 202 nəfər sağaldı, 3 nəfər öldü

30.05.2020

Azərbaycan-Rusiya sərhədindəki sıxlıqla bağlı DGK açıqlama yaydı

30.05.2020

 SALAM, SERGEY YESENİN!

30.05.2020

Azərbaycan neftinin qiyməti 37 dolları ötüb

30.05.2020

Neftin qiyməti bahalaşır

30.05.2020

Vətəndaşların nəzərinə! Kafe və restoranlar bu qaydalar əsasında işləyəcək

29.05.2020

Azərbaycanda xüsusi karantin rejiminin müddəti uzadıldı

29.05.2020

Dövlət qurumlarında işçilərin say həddinin məhdudlaşdırılması ləğv olunur

29.05.2020

İyunun 15-dək uzadıldı

29.05.2020

Müştəri ilə təmasın minimuma endirilməsi məqsədilə ofisiantların çağırılması üçün onlayn idarəetmə sisteminin yaradılması vacibdir

29.05.2020

Cavanşir Feyziyev öz seçiciləri ilə görüşüb - Fotolar

29.05.2020

“Millət dininə, dilinə sahib çıxmalıdır...Torpağımızı, millətimizi sevməliyik”

29.05.2020

Ləğv prosesində olan bankların kreditorlarına yenidən müraciət edildi

29.05.2020

“Azeri Light”ın bir barreli 35,84 dollara satılır

29.05.2020

Dünyada COVID-19-dan sağalanların sayı 2,5 milyonu ötüb

28.05.2020

Prezident İlham Əliyev: Dağlıq Qarabağ probleminin həlli tarixi məsələdir və biz bu məsələni birdəfəlik və tam həll etməliyik

28.05.2020

Azərbaycanda daha 191 nəfər koronavirusa yoluxdu, 125 nəfər sağaldı, 2 nəfər vəfat etdi

28.05.2020

AİHM erməni “zinvor”un həyatına 15 min funt qiymət qoyub

28.05.2020

Rusiya portalı Paşinyanın babasına görə özünə bəraət qazandırmaq üçün göstərdiyi uğursuz cəhdlərdən yazır

28.05.2020

Sona Vəliyevanın miniatür şeirlər kitabı çap olunub

28.05.2020

Prezident İlham Əliyev və birinci xanım Mehriban Əliyeva məcburi köçkünlər üçün salınmış “Qobu Park-3” yaşayış kompleksinin açılışında iştirak ediblər

28.05.2020

“Azeri Light”ın bir barreli 35,13 dollara satılır

28.05.2020

Prezident İlham Əliyev Azərbaycan Xalq Cümhuriyyətinin şərəfinə ucaldılmış abidəni ziyarət edib

28.05.2020

Birjalarda neftin qiyməti

28.05.2020

Azərbaycan Respublika Gününü qeyd edir

28.05.2020

Milli dövlətçilik tariximizin qürur mənbəyi: Azərbaycan Xalq Cümhuriyyəti

28.05.2020

Birinci vitse-prezident Mehriban Əliyeva: Qoy müstəqilliyimiz əbədi olsun! Uca Tanrı doğma Azərbaycanımızı qorusun!

27.05.2020

Prezident İlham Əliyev: Əminəm ki, Azərbaycanın dövlət müstəqilliyi əbədi yaşayacaq

27.05.2020

Azərbaycanda daha 165 nəfər koronavirusa yoluxdu, 78 nəfər sağaldı, 2 nəfər öldü

27.05.2020

28 MAY - TARİXİMİZİN VƏ MİLLİ YADDAŞIMIZIN HƏLLEDİCİ MƏQAMI

27.05.2020

Təhsil nazirinin müavini  ümumi təhsil müəssisələrinə məktub göndərib

27.05.2020

Azərbaycan neftinin bir barreli 36 dollara satılır

27.05.2020

Türkiyədə koronavirusla bağlı bir sıra məhdudiyyətlər aradan qaldırılacaq

27.05.2020

ABŞ-ın paytaxtında Azərbaycan Milli Günü bəyan edildi

26.05.2020

Azərbaycanda daha 132 nəfər koronavirusa yoluxdu, 78 nəfər sağaldı, 1 nəfər öldü

26.05.2020

Milli Məclis deputatların maaşı ilə bağlı məsələyə aydınlıq gətirdi

26.05.2020

Koronavirus pandemiyası Almaniya iqtisadiyyatına ağır zərbə vurub

26.05.2020

BNA və Baş Polis İdarəsi birgə əhalini maarifləndirmə tədbirlərinə başlayıb

26.05.2020

Ermənistanda koronavirusa yoluxanların sayı kəskin artıb

26.05.2020

Sumqayıtda ağır qəzada 4 hərbçi dünyasını dəyişib

26.05.2020

Balakənə diametri 12 millimetr olan dolu düşüb

25.05.2020

Prezident İlham Əliyev və birinci xanım Mehriban Əliyeva Şamaxıda Pir Ömər Sultan ziyarətgahında bərpa-konservasiya işləri ilə tanış olublar

25.05.2020

Prezident İlham Əliyev və birinci xanım Mehriban Əliyeva Heydər Əliyev Fondunun təşəbbüsü ilə Şamaxıda inşa olunan körpələr-evi uşaq bağçasının açılışında iştirak ediblər