Ədəbi dilimizin və dilçiliyimizin fədaisi -professor Yusif Seyidov

09:43 / 22.04.2019

Nazim Nəsrəddinov

Azərbaycan Respublikasının Əməkdar müəllimi

Mətbuatdan oxudum ki,“Yusif Seyidov və Azərbaycan dilçiliyinin aktual problemləri”mövzusunda respublika konfransı keçiriləcək

Aprelin 29-da AMEA-nın Nəsimi adına Dilçilik İnstitutunda görkəmli dilçi, Əməkdar elm xadimi Yusif Seyidovun anadan olmasının 90 illiyi münasibətilə “Yusif Seyidov və Azərbaycan dilçiliyinin aktual problemləri” mövzusunda respublika  konfransı keçiriləcək. İnstitutdan bildirilib ki, konfransda “Yusif Seyidovun elmi-pedaqoji fəaliyyəti”, “Yusif Seyidov və Nəsimi”,  “Yusif Seyidovun Bakı Dövlət Universitetində fəaliyyəti”, “Yusif Seyidov unudulmaz müəllim kimi”
mövzularında məruzələr dinləniləcək" . Yadıma əziz müəllimimin ölümündən bir neçə gün sonra yazdığım bir məqaləm düşdü. Onu yenidən müəyyən əlavələrlə oxuculara ünvanlamağı lazım bildim. 


***

Ədəbi dilimizin və dilçiliyimizin fədaisi - professor Yusif Seyidov


Yusif Seyidovun  84 yaşında dünyadan köçməsi xəbərini eşidəndə günün günorta çağı idi.TQDK-nın növbəti (18.11.2013)seminarına getməyə  hazırlaşırdım. İş otağımda elektron  poçtumu  yoxladım, əməkdaşlıq etdiyim saytlara ötəri nəzər saldım. Vaxtilə Azərbaycanın ilk  və yeganə universiteti olan ADU-da mənə yaxşı dərs deyən  müəllimlərimdən birinin ölüm  xəbəri ilə rastlaşdım.

...Yusuf müəllim  dünyadan köçmüşdür. Son vaxtlar halının  o qədər də yaxşı olmadığını bilirdim. Gecəli- gündüzlü yazırdı, yaradırdı.  Ömrünün elə çağını yaşayırdıki,daha çox işlər görməyə tələsirdi. O, hər bir mövzuya mütləq öz filoloji münasibətini bildirməyə  meyilli idi. 

Biz  tələbələri ona həmişə  Yusif müəllim demişik, dosent olanda da, professor olanda da. 40-45 ilin professoru olsa da, professor  sözündən, deyəsən, xoşu gəlmirdi.

Oktyabın 21-də  15 cild kimi nəzərdə tutduğu Əsərlərinin XI cildini dekan müavininin oğlu ilə  mənə hədiyyə göndərmişdi. Münasibətini 8 sözlə ifadə etmişdi: "Hörmətli Nazim müəllimə can sağlığı arzusu ilə müəllifdən".

Qol da çəkmişdi, amma tarix yazmamışdı. Kitabı aldığım tarixi   müəllimimin sözlərinin altında yazdım.

 Yusif  müəllim  onu tanıdığım  vaxtdan bəri  hələ də imzasını  dəyişməmişdi. Yusif  müəllimin  imzası  rus qrafikası ilə  7 hərf  və  bir nöqtədən ibarət  idi.

  Bu kitabın işıq üzü görməsinin səbəbkarı və cəfakeşi   Yusif müəllimin ən yaxşı tələbələrindən biri  AMEA-nın müxbir üzvü (indi akademik-N.N.), pofessor NizamiCəfərovdur. XI cild Bakı Universitetinin nəşriyyatı tərəfindən 06.06.2013-cü ildə  çapa hazırlanmışdır. Həcmi 532 səhifədir. Sayı 500-dür. (Təəssüf ki, yenə də kimlərinsə şəxsi kitabxanasında   Yusif müəllimin bu kitabından olmayacaq).

XI cilddə əsasən  dilçi  alim  kimi tanıdığımız Yusif Seyidovun  tənqidçi-ədəbiyyatşünas   kimi  elmi bacarığını və elmi-bədii təfəkkürünü əks   etdirən  iki monoqrafiyası yerləşdirilmişdir. 

314 səhifəlik birinci monoqrafiya  oxuculara "Xalq yazıçısı Elçin " adı  təqdim olunur. Cildin ikinci əsəri  isə akademik İsa Həbibbəylinin  yaradıcılığına həsrolunmuşdur.(səh.316-530).

Yusif Seyidov 2013-cü  il fevralın 28 -də mənə  Əsərlərinin X cildini göndərmişdi."Çaşıoğlu " nəşriyyatının  ərsəyə gətirdiyi bu nəşr müəllifin  VI-IX sinif dərsliklərinintoplusudur. Dərsliklərin toplu şəklində nəşri, məncə,kitab nəşri tariximizdə ilkin hadisədir.İki hissəli bu nəşrin birinci bölməsi VI-VII siniflərin, ikinci bölməsi isə VIII-IX siniflərə aid dəfələrlə nəşr olunmuş dərsliklərin materiallarıdır.Cəmi 100 nüsxə ilə buraxılan bu cild 19.04.2011-ci ildə çapa hazırlanmışdır.Nəşrin  redaktoru professor Nizami Cəfərovdur. Annotasiyada  dərsliklərin yeganə müəllifi  olduğuna birbaşa işarə vardır:

"Çap olunmuş dərsliklərə metodist müəllimlər kimi Qənirə Əmiraslanovanın və Təhminə Əsədovanın adları da əlavə edilmişdir".

Annotasiyada əlavənin kim tərəfindən edildiyi  göstərilməmişdir

Cildin "Yeni dövrün dil dərslikləri" adı ilə verilən "Ön söz"ünün  müllifi AMEA-nın  müxbir üzvü,əməkdar elm xadimi, professor Nizami Cəfərovdur. 

Ön söz   "Yeni dövrün dil dərslikləri" adı ilə kitabın çapından əvvəl ayrıca məqalə kimi də  çap etdirmişdir.

Orta məktəb  dərsliklərinin toplu şəkildə  heç bir  dəyişiklik edilmədən  cildlərə salınması faktı göstətir ki,orta məktəb dərslikləri  diqqətlə təhlil ediməli,  dərsliklər şagirdlərin dünyagörüçü və düşüncə tərzinə  uyğun olmalıdır.Elmi mübahisəli elmi məsələlər dərsliklərə yol tapmamalıdır. 

Cildə dilçiliyin qrammatika bölməsinin materiallarının tədqiqi və  bu tədqiqin təqdimatı  nəzəri materiallar və çalışmalar vasitəsilə oxuculara çatdırılır.  Burada əsasnitq hissələrinin münasibətini göstırən sxemin  verilməsi maraqlı görünür (s.24). Mənsubiyyət şəkilçilərinə aid paradiqma cədvəli də müəllimlərin metodiki ustalığını yüksəltməyə xidmət edə bilər (45).

Y.Seyidov mətn anlayışını  morfologiya   bölməsində izah etməyə çalışmış, bədii, elmi və rəsmi-əməli üslublardan ümumi şəkildə söz açmışdır.

Y.Seyidov da bir çox həmkarları kimi  "qəsdən" sözünü  səbəb zərfi hesab edir, lakin onu zərflərin məna qruplarında göstərmir. 

Yusif müəllimin tədqiqatçı tələbələri bu məsələdə öz sözlərini deməli, zərfin problemli məsələlərinə aydınlıq gətirilməlidir.

Yusif müəllim zərfin mənasındakı nisbilikdən danışanda öz fikrini  maraqlı mülahizələr sübut edir , zaman zərfləri ilə zaman bildirən isimlərin sərhəddini aydın göstərir:

"Zaman zərfləri konkret bir zamanın, dövrün adını bildirmir. Məsələn,DÜNƏN  konkret bir vaxtı bildirmir,danışdığımız  gündən əvvəlki gündeməkdir.Danışdığımız  vaxtdan  sonrakı gün sabahdır. İsimlər isə müəyyən bir zamanı bildirir  (söhbət zaman anlayışı bildirən  isimlərdən gedir-N.N.).Məsələn,fəsillərin adları (yaz,yay,payız,qış), ayların adları (yanvar,fevral), sutkanın hissələrinin adları(gecə, gündüz), günün hissələrinin adları (səhər,günorta,axşam) və s.

Biz hər əvvəlki günə dünən deyə bilərik,dünən bu günə nisbətdə zaman bildirir.Həftənin,ayın,ilin hər bir günü dünən  və ya sabahola bilər.Ancaq biz qış əvəzinə yay,səhər əvəzinə axşam işlədə bilmərik"( səh.198-199).

Yusif müəllim   nədən yazmasına baxmayaraq,biz həmişə onu sintaksisin ən fəal, ən işgüzar tədqiqatçısı kimi xatırlayacayıq. Yusif Seyidovdan əvvəl də söz birləşmələri tədqiqat obyekti olub, bundan sonra da olacaq.Amma söz birləşnmələrinin tədqiqində Y.Seyidov birincilərin cərgəsində olacaq. O yazırdı:

"Söz birləşməsi iki sözdən ibarətdirsə, onların hər biri müstəqil mənalı söz olmalıdır.Əgər onlardan biri  köməkçi nitq hissəsinə aid sözdürsə, belələri söz birləşməsihesab olunmur".

Yeri gəlmişkən qeyd edək ki,Y.Seyidov  dilçilik məktəbinin yetirmələri onun axıra çatdıra bilmədiyi işləri ləyaqətlə davam etdirməlidirlər. Bu ocaq sönməməli, daha dagur yanmalıdır.

Bizə elə gəlir ki,biz  birinci tərəfi buraxılmış təyini söz birləşmələrinə ciddi münasibət bildirməıliyik.  (  ... bəzisi,    .... kimisi, birisi , ...nənəsi   tipli    sözlər birincitərəfi buraxılmış    söz birləşmələri kimi izah oluna bilər.  Bunları   ONLARIN BƏZİSİ,  BUNLARDAN KİMİSİ,  ƏHMƏDİN NƏNƏSİ   kimi başa düşmək oqədər də çətin deyil.  Əlbəttə, kimsə bunu məntiqlə dilçiliyin qarşılaşdırılması, bərabərləşdirilməsi kimi   başa düşə bilər. O ki qaldı bu tipli sözlərin  istifadəolunduğu cümlə üzvlərinə,  onları quruluşca sadə üzv kimi izah etmək  elmi və  metodiki cəhətdən daha önəmli görünür.

Y.Seyidov -kosmosa yol, əlində kitab, dağlardan uca, əsgərlərdən biri, durna gözlü  formalı söz birləşmələrini Əsərlərinin  X cildində də, dərsliklərində də qeyri-təyini söz birləşməsi kimi izah edir.Məsələnin belə təqdimatı elmi mübahisələri kəsir, dilin tədrisində ortaya çıxarılan süni problemləri aradan qaldırır.

Bu gün dilçiliyimizdə ən mübahisəli məsələlərdən biri sintaktik əlaqələr məsələsidir. Tabesizlik əlaqəsinin  təqdimində problem,  demək olar ki, yoxdur.Əsas çaşqınlıqyaradan məsələ idarə əlaqəsi ilə  bağlıdır.

Y.Seyidov idarə əlaqəsini  belə izah edir: "Əsas sözün tələbi ilə sözün ismin adlıq halından çıxıb başqa hala  düşməsinə idarə əlaqəsi deyilir"(  X cild,səh.314).Deməli, idarə əlaqəsində hal şəkilçisi görünməyə də bilər.Başqa sözlə, qeyri-müəyyən yiyəlik halda olan söz də, təsirlik halda olan söz də idarə olunansözdur. Məsələn," Tar məktəbinin ən  yaxşı nümayəndəsi odur";  "Əhməd tar şalır" cümlələrindəki tar  sözü birinci cümlədə qeyri-müəyyən yiyəlik halda,"tarçalır"dakı tar-qeyri-müəyyən təsirlik haldadır,"məktəbinin" sözü müəyyən yiyəlik halda isimdir. Bu sözlər adlıq haldan çıxıbsa, deməli,idarə olunmuşlar.

Mən professor Yusif Seyidovla bir sıra qurumlarda fəaliyyət göstərmişəm; Yusif müəllim Azərbaycan Resrublikası Təhsil Nazirliyinin Elmi-Metodik Şurasının sədrmüavini (sədr professor N.Cəfərovdur) idi.Mən isə hələ -10 ildən artıqdır ki,bu qurumun  üzvüyəm.(Deyilənə görə ən fəal üzvüyəm,son bir ildə bu EMŞ-nın adı ilə maarifçilik məsələləri ilə ilgili ölkədə və  xaricdə 100-dən artıq elmi, elmi- metodiki məqalələrlə çıxış etmişəm).

Y.Seyidovla birlikdə bir müddət TQDK-nın  Azərbaycan dili fənni üzrə (rus bölməsi) ekspert şurasında  da işləmişəm.Yusif müəllim Azərbaycan Respublikasınn    təlim rus dilində olan   ali məktəb tələbələri   üçün  "Azərbaycan dili" dərsliyinin  də müəllifidir. Bu dərslik təkmilləşditilərək  bir neçə dəfə nəşr olunmuşdur. Mənbu dərslikdən   Azərbaycan  KP Nərimanov RK -da işləyəndə də, orta və orta ixtisas məktəblərində işləyəndə də istifadə etmişəm.Y.Seyidovun şeir yazıb-yazmadığnı bilmirəm, ancaq bu, çox maraqlı faktdır ki, o,  mövzulara aid dil materiallarının seçimində poeziya nümunələrinə və dramatik əsərlərdən seçilmiş  dil faktlarınameyilli dilçilərdən idi.

Y.Seyidovun Əsərlərinin 10-cu cildinə  onun özünün  və metodist müəllimlərdən  Qənirə Əmiraslanova və  Təhminə Əsədovanın  ümumtəhsil orta məktəblərinin VI-IX sinifləri  üçün hazırladıqları "Azərbaycan dili " dərsliklərinin bütün materialları daxildir.Başqa sözlə,bu 4 sinif üçün (VI,VII,VIII,IX siniflər) hazırlanmış dərsliklərin toplusudur. 

Qənirə Əmiraslanova və Təhminə Əsədova bu dərsliklərə metodist-müəllim kimi əlavə olunduğuna görə Yusif Seyidov  əsas müəllif kimi tanınır. 

X cildin ən maraqlı cəhətlərindən biri də budur ki, elmi mübahisələrə aydınlıq gətirmək üçün cildə  "Çaşıoğlu "nəşriyatı tərəfindən Y.Seyidovun həmişə elminə və elmisadiqliyinə inandığı filologiya elmləri doktoru, Hüseyn Əsgərovun  "Yeni Azərbaycan" qəzetinin  05.03.2005-ci il tarixli nömrəsində dərc olunmuş iri həcmli məqaləsi də əlavə edilmişdir. (səh.256-271). Bu yazının elmi əsərlərə daxil edilməsi , çox güman ki,məqsədəuyğun şəkildə düşünülmüşdür: nəşriyyat dərslik siyasətində  elmipolemikaya hazır olduğunu nümayiş etdirmişdir.

Yusif Seyidov bir neçə ildir ki,dünyasını dəyişmişdir.Lakin onun dərslikləri və elmi əsərləri bu gün də    elmi içtimaiyyətin inamla  və arxayınlıqla istifadə etdiyiensiklopedik mənbələrin  cərgəsindədir.

 


Ədəbiyyat siyahısı

1.Yusif Seyidov.Azərbaycan ədəbi dilində söz birləşmələri. Bakı: Maarif, 1966, 340 səh.

2.Yusif Seyidov.Azərbaycan  ədəbi dilində söz birləşmələri. Bakı: Maarif, 1966, 340 səh.

3. Yusif Seyidov. Müasir Azərbaycan dili. Sintaksis. Bakı: Maarif, 1972, 476 səh. (şərikli).

4.Yusif Seyidov.Yazıçı və dil (XIX-XX əsrlər). Bakı: Yazıçı, 1979, 288 səh.

5.  Yusif Seyidov.  Müasir Azərbaycan dili. Sintaksis. Bakı: Maarif, 1985, 467 səh.

6. Yusif Seyidov.Azərbaycan dili. Bakı: Maarif, 1987, 288 səh.

7.  Yusif Seyidov. dilinin qrammatikası, Morfologiya, Bakı Universiteti nəşriyyatı, 2002, 370 səh.

8.Yusi Seyidov.Azərbaycan dilinin qrammatikas.Morfəlogiya.Bakı Universiteti nəşriyyatı,2002.ci ll, 369 səh.

9.Yusif Seyidov..Əsərləri.15 cilddə.XI cild."Bakı."Bakı Universitetш" nəşriyyatı,2013. 532 cəh.

10.Nazim Nəsrəddinov.Yusif. Seyidov-dilimizin və dilçiliyimizin fədaisi Olaylar.az.21.11.2013.

11.Nazim Nəsrəddinov.  Yusif Seyidov - sintaksisimizin ən birinci söz birləşməsi Strategiya az 21.11.2013  az.strategiya.az/old/index.php?m=xeber&id=26065


Etiket:

Strategiya.az

Xəbərlər
31.05.2020

Azərbaycanda daha 248 nəfər koronavirusa yoluxdu, 101 nəfər sağaldı, 2 nəfər öldü

31.05.2020

Müdafiə Nazirliyi: Silah gücü düşmənlə danışılacaq yeganə dildir

31.05.2020

Azərbaycana 90 günədək səfər edən Türkiyə vətəndaşları üçün viza ləğv olunub

31.05.2020

Həvəsləndirmə yerlərinin tətbiq olunduğu müəllim yerlərinin sayı açıqlandı

31.05.2020

Bu gündən Azərbaycanda xüsusi karantin rejiminə dair məhdudiyyətlərin bir qismi aradan qaldırılıb

31.05.2020

Mayın 31-də xarici valyutaların manata qarşı məzənnələri

30.05.2020

Gənc riyaziyyatçılara çağırış - BDU-da Elmi Konfrans olacaq

30.05.2020

Azərbaycanda daha 257 nəfər koronavirusa yoluxdu, 202 nəfər sağaldı, 3 nəfər öldü

30.05.2020

Azərbaycan-Rusiya sərhədindəki sıxlıqla bağlı DGK açıqlama yaydı

30.05.2020

 SALAM, SERGEY YESENİN!

30.05.2020

Azərbaycan neftinin qiyməti 37 dolları ötüb

30.05.2020

Neftin qiyməti bahalaşır

30.05.2020

Vətəndaşların nəzərinə! Kafe və restoranlar bu qaydalar əsasında işləyəcək

29.05.2020

Azərbaycanda xüsusi karantin rejiminin müddəti uzadıldı

29.05.2020

Dövlət qurumlarında işçilərin say həddinin məhdudlaşdırılması ləğv olunur

29.05.2020

İyunun 15-dək uzadıldı

29.05.2020

Müştəri ilə təmasın minimuma endirilməsi məqsədilə ofisiantların çağırılması üçün onlayn idarəetmə sisteminin yaradılması vacibdir

29.05.2020

Cavanşir Feyziyev öz seçiciləri ilə görüşüb - Fotolar

29.05.2020

“Millət dininə, dilinə sahib çıxmalıdır...Torpağımızı, millətimizi sevməliyik”

29.05.2020

Ləğv prosesində olan bankların kreditorlarına yenidən müraciət edildi

29.05.2020

“Azeri Light”ın bir barreli 35,84 dollara satılır

29.05.2020

Dünyada COVID-19-dan sağalanların sayı 2,5 milyonu ötüb

28.05.2020

Prezident İlham Əliyev: Dağlıq Qarabağ probleminin həlli tarixi məsələdir və biz bu məsələni birdəfəlik və tam həll etməliyik

28.05.2020

Azərbaycanda daha 191 nəfər koronavirusa yoluxdu, 125 nəfər sağaldı, 2 nəfər vəfat etdi

28.05.2020

AİHM erməni “zinvor”un həyatına 15 min funt qiymət qoyub

28.05.2020

Rusiya portalı Paşinyanın babasına görə özünə bəraət qazandırmaq üçün göstərdiyi uğursuz cəhdlərdən yazır

28.05.2020

Sona Vəliyevanın miniatür şeirlər kitabı çap olunub

28.05.2020

Prezident İlham Əliyev və birinci xanım Mehriban Əliyeva məcburi köçkünlər üçün salınmış “Qobu Park-3” yaşayış kompleksinin açılışında iştirak ediblər

28.05.2020

“Azeri Light”ın bir barreli 35,13 dollara satılır

28.05.2020

Prezident İlham Əliyev Azərbaycan Xalq Cümhuriyyətinin şərəfinə ucaldılmış abidəni ziyarət edib

28.05.2020

Birjalarda neftin qiyməti

28.05.2020

Azərbaycan Respublika Gününü qeyd edir

28.05.2020

Milli dövlətçilik tariximizin qürur mənbəyi: Azərbaycan Xalq Cümhuriyyəti

28.05.2020

Birinci vitse-prezident Mehriban Əliyeva: Qoy müstəqilliyimiz əbədi olsun! Uca Tanrı doğma Azərbaycanımızı qorusun!

27.05.2020

Prezident İlham Əliyev: Əminəm ki, Azərbaycanın dövlət müstəqilliyi əbədi yaşayacaq

27.05.2020

Azərbaycanda daha 165 nəfər koronavirusa yoluxdu, 78 nəfər sağaldı, 2 nəfər öldü

27.05.2020

28 MAY - TARİXİMİZİN VƏ MİLLİ YADDAŞIMIZIN HƏLLEDİCİ MƏQAMI

27.05.2020

Təhsil nazirinin müavini  ümumi təhsil müəssisələrinə məktub göndərib

27.05.2020

Azərbaycan neftinin bir barreli 36 dollara satılır

27.05.2020

Türkiyədə koronavirusla bağlı bir sıra məhdudiyyətlər aradan qaldırılacaq

27.05.2020

ABŞ-ın paytaxtında Azərbaycan Milli Günü bəyan edildi

26.05.2020

Azərbaycanda daha 132 nəfər koronavirusa yoluxdu, 78 nəfər sağaldı, 1 nəfər öldü

26.05.2020

Milli Məclis deputatların maaşı ilə bağlı məsələyə aydınlıq gətirdi

26.05.2020

Koronavirus pandemiyası Almaniya iqtisadiyyatına ağır zərbə vurub

26.05.2020

BNA və Baş Polis İdarəsi birgə əhalini maarifləndirmə tədbirlərinə başlayıb

26.05.2020

Ermənistanda koronavirusa yoluxanların sayı kəskin artıb

26.05.2020

Sumqayıtda ağır qəzada 4 hərbçi dünyasını dəyişib

26.05.2020

Balakənə diametri 12 millimetr olan dolu düşüb

25.05.2020

Prezident İlham Əliyev və birinci xanım Mehriban Əliyeva Şamaxıda Pir Ömər Sultan ziyarətgahında bərpa-konservasiya işləri ilə tanış olublar

25.05.2020

Prezident İlham Əliyev və birinci xanım Mehriban Əliyeva Heydər Əliyev Fondunun təşəbbüsü ilə Şamaxıda inşa olunan körpələr-evi uşaq bağçasının açılışında iştirak ediblər