"Meymun və çeşmək" təbdili

10:00 / 10.05.2019

Nazim Nəsrəddinov

Azərbaycan Respublikasının əməkdar müəllimi

İlk dərsliyini 1898-ci ildə İstanbulda çap etdirən Rəşid bəy Əfəndizadənin (24.05.1863-31.08.1942) bu kitabdakı "Meymun və çeşmək" təbdili 

Əvvəlcə, "təbdil" sözünün lüğəvi mənasını araşdıraq. Ərəb mənşəli sözdür.  (təbdil-.is. [ər.] köhn.

1. Dəyişmə, dəyişdirmə. □ Təbdil etmək - dəyişmək.

Havanın hər bir zərrəsi həmişə hərəkət edib yerini təbdil edər. H.Zərdabi. Təbdil olmaq - dəyişilmək, əvəz olunmaq. İyirmi beş il bundan irəli qəzet haqqında yazılan həcv və föhşlərin indi mədh və tərifə təbdil olması, əlbəttə, bizim üçün böyük bir mayeyi-iftixardır. F.Köçərli. 

2. xüs. Mövzusu başqa əsərdən götürülüb yeni mühitə, yeni şəraitə uyğun şəkildə işlənmiş ədəbi əsər. Bakı işçi teatrı [repertuar qıtlığını] ləğv etmək üçün, başlıca olaraq, tərcümə və təbdillərdən istifadə e.)

***


Rəşid bəy İsmayıl oğlu Əfəndizadə (24.05.1863,Şəki-31.08.1942,Şəki)

***

Məşhur rus şairi A.İ.Krılov  adı  rusca  "Мартышки и очки " (Meymun və çeşmək) olan əsərini 1812-ci ildə yazıb.Şeir rus dilində ilk dəfə  1815-ci ildə nəşr olunub. Şeirin əsas ideyası avamlığın və elmsizliyin tənqididir. Bu mövzu İ.A.Krılov üçün təzə deyildi.Avamlığın tənqidi İ.A.Krılovdan əvvəl də dünya ədəbiyyatının aparıcı mövzularından biri olmuşdur. Adətən belə  mövzular oxucuların yaddaşından uzun müddət silinmir, əsərdən çıxan həticəni ifadə edən zərbi məsəllərə, atalar sözlərinə çevrilir. Məsələn,"Meymundan dülgər olmaz" deyəndə yadımıza dərhal "Kəlilə və Dimnə" əsərindən maraqlı bir əhvalat düşür: dülgərin ağac yarmağını uzaqdan gizli-gizli seyr edən Meymun dülgər olmaq fikrinə düşür.

Dülgər iş yeridən bir neçə dəqiqə vacib İşdən ötrü aralananda Meymun tələsə-tələsə onun gördüyü işi davam etdirmək istəyir. O, dülgərdən fərqli olaraq, yrmaq istədiyi ağaca pazları səhv vurur. Ayaqlarını sallayaraq ikinci pazı vurmamış,birinci pazı çıxaranda yuxa yeri ağacın yarılmş yerində qalır. Meymunun bağırtısı  ətrafa yayılır.Dülğər gəlib Meymunu cəzalandırır.

İndi bir işi,sənəti bilmədən,ustalıq etmək istəyənlərə  ironiya ilə gülür,onlara elmi biliklərini və əməli vərdişlərini artırmaq tövsiyə olunur.

Həm İ.A.Krılovda,həm də ondan əvvəl yazılmış  nümunələrin  hamısında müəlliflər  həmişə  öz qəhrəmanlaının başının üstündə dayanırlar. Bu cəhətdən İ.A.Krılov da digərlərindən fərqlənmir.

İ.A Krılovun   "Meymun və çeşmək" şeini rus dilində  belədir:

Басня "Мартышка и очки " (1812)
Мартышка к старости слаба глазами стала;
А у людей она слыхала,
Что это зло еще не так большой руки:
Лишь стоит завести Очки.

*
Очков с полдюжины себе она достала;
Вертит Очками так и сяк:
То к темю их прижмет, то их на хвост нанижет,
То их понюхает, то их полижет;

*
Очки не действуют никак.
"Тьфу пропасть! — говорит она, — и тот дурак,
Кто слушает людских всех врак:
Всё про Очки лишь мне налгали;

*
А проку на-волос нет в них".
Мартышка тут с досады и с печали
О камень так хватила их,
Что только брызги засверкали.

*

К несчастью, то ж бывает у людей:
Как ни полезна вещь, — цены не зная ей,
Невежда про нее свой толк все к худу клонит;
А ежели невежда познатней,

*
Так он ее еще и гонит.
Мораль басни Мартышка и очки
 *
К несчастью, то ж бывает у людей:
Как ни полезна вещь, — цены не зная ей,
Невежда про нее свой толк все к худу клонит;
А ежели невежда познатней,
Так он ее еще и гонит.

***
R.Əfəndizadə bu şeri ilk dəfə 1898-ci ildə İstanbulda nəşr etdrdiyi özünün "Uşaq bağçası" dərsliyinin 38-40-cı səhifələrində yerləşdirmişdir.

 

Haşiyə....."Uşaq bağçası" dərsliyi Azərbaycanın və türk dünyasının ilk milli dərsliklərindən biridir. Həcmi 137 səhifədir. Əsər giriş və 3 fəqərədən- hissədən ibarətdir. Dərslik "Müəllim Rəşid bəy  Əfəndizadə"  imzalı 7  səhifəlik müqəddimə ilə  başlayır. Birinci hissənin  materialları  25 səhifədə yerləşdirilib. İkinci hissə yenidən nömrələnib (səh.1-78 ). Üçüncü hissənin materialları 79-cu səhifədən başlayır, 105 cisəhifədə tamamlanır. Sonuncu-nömrəsiz  cəhifədə  Zaqafqaziya müftisi  Hüseyn Əfəndi Qayıbovun və şeyxülislam  Axund Əbdüssəlam Axundzadənin hərəsinin  ayrı-ayrılıqda  bir  cümləlik  müsbət  rəyi-icazəsi çap olunub:

  "Həmin kitabçanı Zaqafqazın cəmi sünniməzhəb  müsəlmanlarının   məktəblərində ümxaz (istifadə-N.N.)  olunmağa nafe (faydalı-N.N.) hesab edüb imza edirəm.    Zaqafqaz müftisi Hüseyn Əfəndi Qayıbov"

***


  " Həmin kitabçanı cəmi şiəməzhəb müsəlmanlarının ibtidai məkatibində şagirdlərin istifadəsi  üçün təlim kitabı əxz (əldə etmə, alma-N.N.) olunmağa mənfəətlü hesab edirəm.

  Zaqafqaz şeyxülislamı Axund Əbdüssəlam Axundzadə"

***

"Dərslikdə əxllaq və tərbiyə mövzusunda olan bir sıra materiallarla yanaçı, məktəb yaşlı uşaqlqrın mütaliəsinə yönəldilmiş tərcümə və təbdillər də diqqəti cəlb edir. Bu cəhətdən Məktəbə çağırış" adlı şeir çox maraqlı görünür.Bu şeir məşhur rus pedaqoqu  K.D.Uşinskinin "Ana dili"   dərsliyindəndir. Müəllifi K.D.Uşinskinin yaxın dostu, görkəmli təhsil mütəxəssisi, təcrübəli    pedaqoq, Zaqafqaziyanın təhsil tarixində əhəmiyyətli rol oynayan L.N.Modzalevskidir   (14.02.1837-  12.05.1896).

L.N.Modzalevskinin öz dərsliklərdə dəfələrlə yer tutan bu ibrətamiz şeiri  H.Qaracadaği də, R.Əfəndizadə də, M.Ə.Sabir də tərcümə və təbdil etmişlər.


***


"Uşaq bağçası"ndakı tərcümə və təbdillərin heç birində  müəllifin adı göstərilmir.Bu,çox güman ki, orta əsrlərdən başlayan tərcimə prinsipləri ilə ilgili məsələdir.Burada plagiat məsələsiində danışmaq da yersiz görünür.  Tərcümə prinsiplərinin müqayisə etmək baxımında  maraqlı ola biləcəyini nəzərə alaraq, kitabda  Rəşid bəy Əfəndizadənin tərcüməsi kimi fəhm olunan  "Meymun və çeşmək"  şeiini diqqətinizə çatdırırıq. Qeyd edək ki,R.Əfəndizadənin Seçilmiş əsərlərində (Bakı,2006) bu şeirin tərcüməsində  bir sıra fərqli məqamlar var.
Seçilmiş əsərlərin gələcək nəşrlərində bu dolaşıqlar mütləq açılmalıdır.Buradakı yanlışlıqların çoxu ayrı-ayrı şeirlərin yazılma tarixiinin səhv göstərilməsindədir.

Nə isə...
Rəşid bəy Əfəndizadənin tərcüməsi-"Meymun və çeşmək"-1898


Lap qocalmışdı bir günü Meymun,
Həm azalmışdı nuri-çeşmi omun.


O eşitmişdi belə dərdə dəva,
Yoxdu bir şeyi,məgər ki,çeşmək ala.


Bir düjün çeşmək o gedib aldı,
Özünü gör nə zəhmətə saldı.


Onları gah düzürdü quyruğuna,
Hərəsin ki,asırdı bir buğuna.


Yalayıtdı ki,əlliyirdi (səğallayırdı-N.N.) onu,
Axırı təngə gətirdi Meymunu.


Qaldı meymun məlul,bidərman,
Dedi: Çox hiyləgərdir insan!!


Tuf !Bu dünyanın etibarına,
Lənət olsun onun düçarına.


Çeşməyin yoxdur xetri bir misqal,
Götürüb daşa çaldı o dərhal.


Elədi parə-parə onları,
Qaldı baqi bunun o azarı.


Çeşmək almaq çətin degil hər hal,
Müşkili eləməkdir istemal.
***
Hər iki şeirin qafiyələnməsi aa,bb,dd,ee... kimidir.İ.A.Krılovda misraların
sayı 32-dir.Azərbaycan variantında misralar məsnəvi düzumundə verilmişdir.Burada fikir bəzi beytlərdə bitməmiş,sonrakı beytdə tamamlanmışdır.
R.Əfəndizadə demək istədiyi fikirləri 10 beytlik-20 misralıq qəlibə yerləşdirmişdir.Burada təmsillər üçün lazım olan nəticə  hissəsinə də lüzum görülməmişdir.
Amma hər iki şeirdən çıxan nəticə budur ki,Rəşid bəy Əfəndizadəyə  və onun gənc dostlarına həmişə qayğı göstərən 1882-ci ildə   ilk türkdilli milli dərsliklərimizi Tiflisdə  oz şəxsi mətbəəsində ərsəyə gətirən Səid Ünsizadə (1842-1903) demişkən, indi dünyanın gücü zər və sor  ilə yox, elmlədir.
Onu da xüsusilə qeyd etmək istəyirəm ki,R.Əfəndizadə "Meymun və çeşmək" şeirini dərsliyində  bir silsilənin üç halqasından biri kimi  təqdim etmişdir.Burada əvvəlcə  "Çeşmək" adlı nəsrlə yazılmış   kiçik bir hekayə verilmişdir.Bu hekayə bir vaxtlar Azərbaycan dili dərsliklərində şagirdlərə təqdim olunurdu.
Mənə elə gəlir ki, bu nəsr əsəri elmi və məntiqi dəyərinə görə yenidən dərsliklərimizə yol tapmalıdır.
Bu hekayədən sonra müəllif sanki sözlə deyə bilmədiyini sazla deyir.Dərslikdə şagirdlərə məzkur şeir--haqqında söz açılam şeir təqdim olunur.Silsilə  "Uşaq gözlüyü"adlı  üç sətirlik  bir mətnlə qurtarır:
Bir uşaq atasına yalvardı ki, ağa, mənə də bir çeşmək al.Sənin kimi mən də çeşmək taxub, oxumağa və yazmağa məşğul olacağam.
Atası gedib oğluna əlifba kitabçası aldı.


Ədəbiyyat siyahısı
1.Rəşid bəy Əfəndizadə.  Uşaq bağçası.İslambul(yazılışı belədir-N.N.),1898,137 səhifə.
2. Rəşid bəy Əfəndizadə.  Seçilmiş əsərləri.Bakı,2006,120 səhifə
3.Nazim Nəsrəddinov.  Maarif carçısı. "Novruz" qəzeti.04.02.1993,N5
4.Nazim Nəsrəddinov. Rəşid bəyin "Uşaq bağçası"-1898.(Araşdırma)
 Modern. az.17.10.1911


Etiket: "Uşaq bağçası" dərsliyi, ilk milli dərsliklərdən biri,tərcümə,təbdil,Ezop manerası,
söz içində söz demək, Qori Seminariyası, Hüseyn Əfəndi Qayıbov, Əbdüssəlam Axundzadə

 



Strategiya.az

Xəbərlər
21.05.2019

Müdafiə Nazirliyinin nümayəndə heyəti “BOO-2019” növbəti konfransında iştirak edib

21.05.2019

Prezident İlham Əliyev Rusiya Elmlər Akademiyasının prezidentini qəbul edib

21.05.2019

"Arsenal" Mxitaryanla bağlı qərarını bu gün açıqlayacaq

21.05.2019

Avtomobildə dərman preparatları və mobil telefonlar aşkarlanıb

21.05.2019

Prezident İlham Əliyev Sabunçu dəmir yolu vağzalı kompleksinin açılışında iştirak edib

21.05.2019

“Azeri Light”ın bir barreli 75,53 dollara satılır

21.05.2019

Azərbaycan Ordusunun genişmiqyaslı əməliyyat-taktiki təlimləri davam edir

21.05.2019

DİN: axtarışda olan 28 nəfər saxlanılıb

21.05.2019

Bakıda 4 qəsəbədə iki gün su olmayacaq - SİYAHI

21.05.2019

TÜRKİYƏ-FRANSA SİYASİ ƏLAQƏLƏRİNƏ ERMƏNİ AMİLİNİN TƏSİRİ

21.05.2019

"ABŞ-ın qadağaları bizi qorxutmur" - "Huawei"in yaradıcısı

21.05.2019

Neft yenidən bahalaşıb

21.05.2019

Əfsanəvi Tu-134 təyyarəsi sonuncu reysini uçub

21.05.2019

Atəşkəs 20 dəfə pozulub

21.05.2019

Mayın 21-də xarici valyutaların manata qarşı məzənnələri

21.05.2019

Messi rekorda şərik oldu

21.05.2019

Mədəniyyətlərarası dialoq və Azərbaycançılıq

21.05.2019

Sabirabadda ev yanıb

21.05.2019

Formula 1 üzrə üçqat dünya çempionu Niki Lauda vəfat edib

21.05.2019

Məktəblinin intiharı ilə bağlı qalmaqal böyüyür

21.05.2019

Türkiyə Prezidenti Türk Şurasının nümayəndə heyətini qəbul edib

21.05.2019

Final oyununa görə əlavə avtobuslar xəttə buraxılacaq 

21.05.2019

İran regionda geosiyasi faktor kimi: ABŞ-Aİ-Rusiya "üçbucağı"nın ziddiyyətləri fonunda

21.05.2019

Ağsuda irigövdəli ağac yaşayış binasının üstünə düşüb

20.05.2019

Ramazanın 16-cı gününün duası, imsak və iftar vaxtı

20.05.2019

Güclü külək İsmayıllıda ağaclara ziyan vurub

20.05.2019

Azərbaycan boksçuları Çexiyada beynəlxalq turnirdə iştirak edəcəklər 

20.05.2019

“Qızıl Kəlmə” ədəbi mükafatının qalibləri təltif olunub

20.05.2019

Həsən Ruhani ABŞ Prezidentinin dialoq təklifinə cavab verib

20.05.2019

Prezident İlham Əliyev Kürdəmirdə "ASAN xidmət" mərkəzinin tikintisinin başa çatdırılmasına 20 milyon manat ayırıb

20.05.2019

Elmi iclasda iqlim dəyişmələrinin çay axınına təsiri müzakirə olunub

20.05.2019

Zərifdən Trampa TARİXİ CAVAB: "İsgəndərin, Çingiz xanın..."

20.05.2019

Tovuzda kütləvi zəhərlənmə: Bir ailənin 5 üzvü

20.05.2019

Şuranın dəstəyi ilə QHT-lərin fəaliyyəti haqqında həftəlik xəbərlər proqramı hazırlanacaq

20.05.2019

Vurğun Vəkilovun solo konserti keçiriləcək

20.05.2019

Bu telefon və kompüterlərdən istifadə edənlərin DİQQƏTİNƏ:artıq işləməyəcək

20.05.2019

"Qolf da oynasam, "Real"da qalacam" - Beyl getmir

20.05.2019

Ərdoğan Azərbaycan Hərbi Hava Qüvvələrinin təlimlərini izləyəcək

20.05.2019

Taekvondoçumuz ardıcıl ikinci dəfə dünya çempionu oldu

20.05.2019

Rufiz Qonaqov: Prezident İlham Əliyevin daxili və xarici siyasətinin əsasını xalqımızın milli maraqları təşkil edir

20.05.2019

Hicabla bağlı DAHA BİR QADAĞA: bundan sonra...

20.05.2019

Bakı-Sumqayıt şosesində hərəkət məhdudlaşdırılır

20.05.2019

Mbappe PSJ-dən ayrılır? - Özü açıqladı

20.05.2019

Buzovna sakinində 5 kq-dan artıq marixuana aşkar olunub

20.05.2019

Sabah Bakıda və rayonlarda yağış yağacaq

20.05.2019

Zelenski: "Ukrayna itirdiyi əraziləri qaytaracaq"

20.05.2019

“AzerGold” QSC Finlandiya təcrübəsini nəzərdən keçirir

20.05.2019

“Exxon Mobil” İraqdakı neft yatağında çalışan işçilərini evakuasiya edir

20.05.2019

UEFA Avropa Liqasının final günü xəttə əlavə avtobuslar buraxılacaq

20.05.2019

“Alyans” “viki”çiləri təltif etdi