Babamın və atamın pedaqoji əhəmiyyətli məktubları

10:00 / 17.05.2019

Nazim Nəsrəddinov

Azərbaycan Respublikasının Əməkdar müəllimi

Biz uşaq olanda babamgildən uzaqlarda yaşayırdıq. Ünsiyyətimiz məktublarla olardı. Bu cəhətdən məktublar da bizə çox nəsnələrdən xəbər verərdi. Söhbət Nuh əyyamından yox, keçən əsrin 50-ci illərdən gedir.
Atam 14-15 yaşına qədər yazı-pozularını ərəb əlifbası ilə yazmışdır. Atam babamın oxuduğu məktəbdə - Şamaxı Məclis Məktəbində oxumuş, zəmanəsinin ən yaxşı milli müəllimlərindən dərs almışdır.
Nənəm məktəb təhsili görməsə də, dərin zəkası, yüksək mükalimə qabiliyyəti olan nənələrimizdən biri idi. Toyları olanda nənəmin 14 yaşı var imiş. Bunu qəbir daşının üstündəki yazıdan öyrənmişəm. Nənəm hər sözə, hər kəlməyə münasibət göstərən və bu sözləri nəvələri üçün  incələyən, izah edən  nənələrdən idi. Nənəm deyəndə ki, bu sözü demək olmaz, başa düşürdük ki, burada nə isə ikibaşlı anlayış var. Nənəm bu sözləri özü izah etmirdi. Biz nəvələr nəticəni özümüz çıxarardıq. Atam məktəbə gedənəcən onun ilk müəllimi, təbii ki, babam olmuşdu. Atam da, babam da üç əlifbaya sinə gərən ölkə vətəndaşı idi. Atam məktəbə gedəndə ölkədə ərəb əlifbasından istifadə olunurdu. Bu əlifbanın müəyyən çətinliklərlə yanaşı, düzgün yazı qaydaları üçün tarixi üstünlükləri də çox idi. Dilimizdə ərəb mənşəli elə  sözlər var ki, onların düzgün yazılışı məhz sözün lüğəvi (leksik) mənasını bilməkdən asılı idi.


  ...Əlifbamızın latın dövrü, daha sonra isə kiril dövrü gəldi. Atam ömrünün sonuna qədər (1977) sənədlərə qol çəkəndə soyadını göstərən Nəsrəddin sözünu latın qrafikası ilə dağ istiqamətində (25 -30 dərəcədə) yazar, altından da xətt çəkərdi. Mən hələ də təəccüb edirəm ki, buna görə- imzasını latın qrafikası ilə yazdığına görə -rusların hakimiyyəti dövründə latın qrafikasından bu cür nümayişkaranə istifadəyə görə, ona niyə bir söz deməyiblər? Bəlkə də deyiblər.


Atam əvvəlcə Qalağayında (indiki Sabirabadda-N.N.) türk dili və ədəbiyyatı müəllimi, 1942-ci ildə   Azərbaycan Dövlət Tibb İnstitutunu qurtarandan sonra isə, təbii ki,  həkim işləyib. Can həkimi idi. Onu məhz belə tanıyırdılar. O vaxtlar müalicə fakültəsində xüsusi ixtsaslaşdırmalar yox idi. İndi terapevt kimi tanınan həkimlər o vaxtlar  həm göz həkimi, həm diş həkimi, həm də ürək həkimi idilər.. Yeri gələndə onlar ginekoloji məsələlərlə də məşğul olurdular. O vaxtlarda kişilərin qadın xəstəlikləri ilə məşğul olmalarını cəmiyyət hələ qəbul edə bilmirdi. Amma atamdan sonra onun müdir işlədiyi xəstəxanaya baş həkim göndərilən  doktor sonralar respublikanın ən yaxşı ginekoloqlarından biri kimi tanındı, dərslik yazdı, institutda bu sahənin ən yaxşı mütəxəssilərindən biri kimi tanındı.

Atam uzun illər respublikamızın Mərkəzi Aran və şimaldakı dağlıq rayonlarında tibb məntəqə müdiri, baş həkim, poliklinika müdiri vəzifələrində işləmişdir. Rəhbər vəzifədə olan dostları çox idi. Səhiyyə naziri Vəli Axundov onun ən yaxın tələbə dostlarından biri idi. Atam həm yaxşı həkim kimi , həm də geniş dostluq əlaqələrinə güvənərək, paytaxtda yüksək vəzifə də tuta bilərdi. Lakin o, paytaxtın səsli-küylü mühitində işləməyi xoşlamırdı. O, kənd rayonlarında işləməsinə baxmayaraq, dünyanın ən yeni tibb yenilikləri ilə tanış olurdu. Hər dəfə Bakıya müşavirə və kurslara çağrılanda evə bir çemodan rusdilli  tibbi ensiklopedik kitablarla qayıdardı. Rus və alman dillərində geniş mütaliəsi var idi. Türk, rus və dünya ədəbiyyatının ən yaxşı bilicilərindən biri kimi tanınırdı. Əlbəttə, bu həvəs onda orta məktəbdə yaranmışdı. O vaxtlarda orta məktəblərdə ədəbiyyatı tədrisində indikindən fərqli cəhətlər var idi. Ədəbiyyat müəllimləri şagirdlərin dünya görüşünün formalaşmasında dünya ədəbiyyatının tədrisinə xüsusi önəm verirdilər. Azərbaycan dili onda türk dili adı ilə tanınırdı. Bu ad da türk ədəbiyyatını dərindən öyrənməyə imkan verirdi.

Nə isə....Yenə də məktublara qayıdırıq.


Biz uşaq olanda ərazi uzaqlığı bizi doğmalarımıza məktularla yaxınlaşdırırdı. Yeganə ünsiyyətimiz məhz məktublar idi. Biz məktubları bibimdən, bibim uşaqlarından, bir də ki babamdan alardıq. Babamdan gələn gələn məktublar evimizdə həmişə qorunub saxlanardı. Babamdan həftədə 2-3 dəfə məktub alardıq. O, öz məktublarını təbii ki, təhsil aldığı illərin əlifbası ilə - ərəb əlifbası ilə yazardı. Belə çıxır ki, mənim gördüyüm ilk məktublar Şamaxıda məşhur şair Seyid Əzim Şirvanidən dərs almış babamın ərəb yazılı məktubları olub. Babam məktubları üçün tarixi hadisələri əks etdirən zərflərə üstünlük verərdi. Zərflərin üstündəki şəkillər maraqlı tarixləri əks etdirirdi. Bu cəhərdən məkrublar bizə çox nəsnələrdən xəbər verərdi. Çox təəssüf ki, indi məktubları mobil telefonlar məhv etməkdədir. İnanmıram ki, indi kiməsə atasından, bacı və qardaşından məktub gələ. Gəlsə, bu, indi maraqlı hadisə kimi qarşılanar.

Babamın məktubları, atamın qalın ensiklopedik kitabları sonralar itib-batdı; bir kitab HIRSIZ'ININ-oğrusunun əlinə keçdi. Gözlərim hələ də o kitabları və yazıları axtarır. Ən ürəkağrıdanı budur ki, HIRSIZ'ın apardığı kitabların arasında babamın ərəb əlifbalı nadir kitabları və məktubları da var idi. Bu məktublar atama müraciətlə  (nuri-didəm oğlum -gözümün işığı olan oğlum) sözləri ilə başlayardı. Atam-babamın tək oğul övladı idi. Atam- babamın məktublarınındakı bu  sözləri bizə xüsusi şövqə oxuyurdu. Atam yazıda çox səliqəli idi. Hər sözə diqqət yetirərdi. Sözün sətirdən sətrə keçirilməsində də əndazəni və dəyəri gözləyirdi.
Atam, mənim 27 yaşımda əsgərlikdən yazdığım məktunlarımı da redaktə edərdi. Hər dəfə cavab məktununda bunları izah edər və incələyərdi. Hərçənd ki, mən əsgərlikdə olanda Nəsimi adına Dilçilik İnstitutunun qiyabiçi aspirantı idim. Türk dilləri ixtisası üzrə təhsil alırdım.
Mayın 19-u atamın anım günüdür. Heyif ki, atamın mənə yol göstərən məktuları da hırsızın apardığı kitablara   bir yerdə yoxa çıxdı. Amma atamın hər sözü, hər pəndi, öyüdü və nəsihəti yadımdadır.


Etiket:

Strategiya.az

Xəbərlər
18.10.2019

Yaşıl dalğa” ekoloji hərəkatının növbəti aksiyası keçirilib

18.10.2019

Nazirlik Bakıda küçəyə atılan birgünlük körpə ilə bağlı məlumat yaydı

18.10.2019

Bakı-Tbilisi-Ərzurum kəməri ilə cari ildə 7,4 milyard kubmetrdən çox təbii qaz göndərilib

18.10.2019

ABŞ səfirliyindən Azərbaycanın Müstəqillik Günü ilə bağlı paylaşım

18.10.2019

Azərbaycan boksçusu Məhəmmədrəsul Məcidovun ikinci görüşdəki rəqibi dəqiqləşib

18.10.2019

UEFA "Qarabağ"ın oyunlarında baş verənlərlə bağlı qərarları təxirə salıb

18.10.2019

Yenilənmiş Azərbaycana yeni müxalifət lazımdır: radikal və dağıdıcı müxalifətdən qurtuluşun zamanı yetişib

18.10.2019

AMEA-nın doktoranturasına qəbul şərtləri dəyişdirilib

18.10.2019

Metropolitendə telefon oğurlayan Masallı sakini saxlanılıb

18.10.2019

Qorbaçov Putinə müraciət etdi

18.10.2019

Bakıda birgünlük körpəni küçəyə atdılar 

18.10.2019

"Azeri Light" nefti ucuzlaşıb

18.10.2019

Bu şəxslərin maaşları 25 faiz artırıldı

18.10.2019

Ərdoğan və Pensin bu görüntüsü izlənmə rekordu qırır - VİDEO

18.10.2019

“Brexit” reallaşmaq üzrədir – Britaniya Avropaya 33 milyard funt odəyəcək

18.10.2019

Postmodern oyun - “Müəmmalı bir qətlin üç versiyası”

18.10.2019

Ukrayna bu ifaçıların “Eurovision”da iştirakına icazə verməyəcək

18.10.2019

Oktyabrın 18-də xarici valyutaların manata qarşı məzənnələri

18.10.2019

Atəşkəs cəbhənin müxtəlif istiqamətlərində 21 dəfə pozuldu

18.10.2019

Bu rayonlarda qaz olmayacaq 

18.10.2019

"El Klassiko"nun vaxtı dəyişdirildi

18.10.2019

Neftin ucuzlaşması davam edir

18.10.2019

Birinci vitse-prezident Mehriban Əliyeva Dövlət Müstəqilliyi Günü münasibətilə Azərbaycan xalqını təbrik edib

18.10.2019

Bir adamın dərd yükü = hər adamın - dərd yükü...

18.10.2019

Azərbaycanın dövlət müstəqilliyini bərpa etməsindən 28 il ötür

17.10.2019

Sona Vəliyevanın səssiz nəğməsi - Akademik Dusko M.Petroviç

17.10.2019

Mətbuat bütün hallarda dövlətin və xalqın milli maraqlarını müdafiə etməlidir

17.10.2019

Mərkəzi Bank növbəti hərrac keçirib - Manat sabitdir

17.10.2019

Qazaxda 2 ədəd top mərmisi aşkarlanıb

17.10.2019

Türkiyə Prezidenti Ankarada ABŞ-ın vitse-prezidenti ilə görüşüb

17.10.2019

Azərbaycan əhalisinin sayı açıqlanıb

17.10.2019

Gənclər üçün 13-cü qrant müsabiqəsinin nəticələri açıqlanıb

17.10.2019

ATƏT Minsk qrupunun həmsədrləri regiona səfərləri ilə bağlı bəyanat yaydı

17.10.2019

Azərbaycanın Müdafiə naziri Çinə işgüzar səfərə gedir

17.10.2019

Azərbaycan Prezidenti: Bakının həm qəsəbələrarası, həm də qəsəbədaxili yolları təmir olunmalıdır, yeni yollar çəkilməlidir

17.10.2019

18 oktyabr- Müstəqillik haqqında Azərbaycan Respublikasının Konstitusiya Aktının qəbuluna dair 5 tezis

17.10.2019

Rusiya XİN: Suriyanın şimalında həbsdə olan İŞİD-çilərin mühafizəsindən narahatıq

17.10.2019

İran yeni reaktiv təyyarəsini təqdim edib

17.10.2019

“Rosneft” İraqdakı yataqda işlərini dayandırıb

17.10.2019

“Traktor” “Barış Pınar”ına dəstək olan futbolçuya sahib çıxdı

17.10.2019

Problemli krediti olanların nəzərinə: Siyahı hazırlandı

17.10.2019

Böyük Britaniya və Aİ arasında “Brexit” üzrə yeni razılaşma əldə olunub

17.10.2019

Prezidentin media həssaslığı: islahatlara alternativ yoxdur

17.10.2019

2020-ci ildən Azərbaycanda müəllimlərin mərhələli şəkildə sertifikasiyasına başlanılacaq

17.10.2019

Angela Merkel: Aİ İrlandiya adasında sərt sərhədə yol verə bilməz

17.10.2019

Nazirdən vahid məktəbli forması ilə bağlı - AÇIQLAMA

17.10.2019

Sabahın hava proqnozu

17.10.2019

Narkotik alveri ilə məşğul olan "Volk Qədir” tutuldu - Meşədə

17.10.2019

Gürcüstandan Azərbaycana qanunsuz yolla gətirilən pirotexniki vasitələr aşkarlanıb

17.10.2019

Özil qərarını açıqladı