Həngamə qopacaq!

17:47 / 16.09.2019

Ayının min oyunu, bir armudun üstündə olduğu kimi, yaşadığımız həyatda da elə insanlar var ki, min hoqqadan çıxır və ya müxtəlif məzmunlu əlləm-qəlləm əməllər törədir ki, kimsə ona nəsə verəcək. Elə götürək, mütrüblərin kef edib, müxtəlif məzhəkələrlə gündəmə gəlməyə çalışdıqları şou dünyasını, eləcə də, qaz vurub, qazan doldurmaq üçün siyasətə gələn bəzi məxluqları. Bir də görürsən ki, Röya, Aygün, Faiq, Şəbnəm, Nadir, Tünzalə, Rəqsanə və bu kimi şou əhlinin yay kimi tarıma çəkilən nümayəndələri sosial şəbəkələrdə və saytlarda ən sərt söz və ifadələrlə bir-birini təhqir edirlər. Elə şeylər deyib, elə sözlər yazdırırlar ki, adamın dəymişi dura-dura, kalı tökülür. Əti ürpəşən, dodaqları büzüşən insanlar da olur. Bu mütrüblərin bir-birini söyüşə və təhqirə qonaq etmələrindən qeyzlənib, evində stəkan-nəlbəki sındıranlar da tapılır. Amma bir iş var ki, qeyzlənmək, haldan çıxmaq bir para əsəblərini cilovlaya bilməyən insanlara qalır. Nədən ki, bir də göürürsən ki, dünən həmkarı haqqında təhqiramiz ifadələr söyləyən mütrüb, bu gün heç nə olmamış kimi, həmin həmkarının evində süfrəsinin başında oturmuş olur. Bu yerdə özünü "ay səni xatakar" deməkdən güclə saxlayırsan. Siyasət aləmi də eynən mütrüblərin cövlan eylədikləri meydan kimidir. Görürsən ki, dünən, lap elə srağagün AXCP sədri Əli Kərimli Müsavat başqanı Arif Hacılı, ADP sədri Sərdar Cəlaloğolu, "Ümid" sədri İqbal Ağazadə və digərləri ilə yaxın dost və sirdaşdırlar. Bir-birilə sövdələşmələr aparır, müxtəlif tədbir və yığıncaqlarda müzakirələr qururlar. Ancaq az sonra, sanki bu məxluqların arasından qara pişik keçir. Səngərlər qazılır və bir-birini topa tuturlar. Bir-biri haqqında elə ifşaedici ittihamlar səsləndirirlər ki, adamın ayağının altından yer qaçır. Statistik məlumatlara istinadən, demək olar ki, Azərbaycan müxalifət başbilənlərinin bir-birilə savaşıb, sonra da heç nə olmamış kimi barışıb, işbirliyinə getmələri Ginneçin rekordlar kitabına düşəsi faktdır. Çünki bu ünsürlər siyasət meydanında olduqları dönəmdən, bu günə qədər dəfələrlə bir-birini söyüb, təhqir edib, sonra da barışıb, hansısa qurumda

masa arxasında əyləşiblər. Bunun da adını qoyublar, siyasi situasiyaya uyğun atılan addım. Hazırkı məqamda müxalifət düşərgəsində eyni mövqedən çıxış edən və ya eyni maraqları bölüşən iki partiya tapmaq mümkün deyil. Deyilənə görə, canavarlar bir-birinə etibar etmədiklərindən yatanda, ağız-ağıza yatırlar. Azərbaycan müxalifəti də bir-birilərinə etibar etmədiklərindən, iştirakçısı olmadıqları tədbirlərin qərarlarının icrasında iştirak etmək istəmirlər. Bu baxımdan, müxalif məxluqları dünyada analoqu olmayan sort hesab etmək olar. Amma real fakt ondan ibarətdir ki, bu sort həm yararsız, həm də çürük sortdur.

İ.ƏLİYEV


Etiket:

Strategiya.az

Xəbərlər
22.10.2019

Putin: “Rusiya və Türkiyənin Suriya ilə bağlı məsləhətləşmələrinə böyük tələb var”

22.10.2019

Gələn il üçün yaşayış minimumunun məbləği məlum olub

22.10.2019

Dünyanın ən qədim mirvarisi tapılıb

22.10.2019

ABŞ-ın hərbi gəmisi Batumi limanına daxil olub

22.10.2019

Mərkəzi Bank növbəti hərrac keçirib - Manat sabitdir

22.10.2019

ÇL-in oyunları bu kanallarda - siyahı

22.10.2019

Azərbaycanda övladlığa götürülən uşaqlarla bağlı YENİLİK - Milli Məclis təsdiq etdi

22.10.2019

Tramvay və trolleybuslar Bakı küçələrinə qayıda bilər: Gələn il açıqlanacaq – VİDEO

22.10.2019

Formula 1 Azərbaycan Qran Prisinin biletləri artıq satışda!

22.10.2019

Daha 121 şəhidin 177 vərəsəsinə birdəfəlik ödəmə veriləcək

22.10.2019

Həftə sonuna qədər bu küçə və prospektlərdə avtomobillərin hərəkətinə məhdudiyyət qoyulacaq - SİYAHI

22.10.2019

AFFA “Xəzər Lənkəran” azarkeşlərinin stadiona girişinə qadağa qoyub

22.10.2019

Təmas xəttində keçirilən monitorinq insidentsiz başa çatıb

22.10.2019

Bakıda Qoşulmama Hərəkatının sammitində dörd sənəd qəbul olunacaq

22.10.2019

Ərdoğan: “Makron Suriyada atəşkəsin uzadılmasını bizimlə yox, terrorçularla müzakirə edir”

22.10.2019

Milli Məclisin növbəti plenar iclası keçirilir

22.10.2019

Bakıda avtobus piyadanı vuraraq öldürüb

22.10.2019

Bəzi rayonlarda şimşək çaxacaq, qısamüddətli yağış yağacaq

22.10.2019

Falkao "Real"a qarşı oynamayacaq

22.10.2019

Qusarda hündürlükdən dərəyə düşən şəxsin axtarışları aparılır

22.10.2019

Pekində Azərbaycan və Çin Müdafiə nazirlərinin görüşü keçirilib

22.10.2019

Cinayət törətməkdə şübhəli bilinən 21 nəfər saxlanılıb

22.10.2019

Abşeron yarımadasında hansı növ ağaclar əkilə bilər?

22.10.2019

ABŞ-da skandal görüş – Terrorçuları qəbul etdilər, üstəlik…

22.10.2019

Şahzadə Harri qardaşı ilə münasibətlərini şərh etdi: “Yollarımız ayrıldı”

22.10.2019

İmtahanlarda zal nəzarətçisi sertifikatı əldə etmək üçün 518 namizəd qeydiyyatdan keçib

22.10.2019

Təhsil Nazirliyində YENİ TƏYİNATLAR

22.10.2019

ABŞ-da Türkiyəyə qarşı müharibəni mümkün hesab edirlər

22.10.2019

Baş prokuror Siyəzəndə vətəndaşları qəbul edəcək

22.10.2019

"Qızıl top"a bütün namizədlər açıqlandı - siyahı

22.10.2019

Facebook monoloqu və yaxud Nə xəbər var, dostlar?

22.10.2019

"Azeri Light" nefti ucuzlaşıb

22.10.2019

Cinayətkar aləmin iyerarxiyası: “Leş”, “Beluqa”, “Bala”, “Volk” – VİDEO

22.10.2019

Oktyabrın 22-də xarici valyutaların manata qarşı məzənnələri

22.10.2019

Atəşkəs yenidən pozuldu - 20 dəfə

22.10.2019

Prezident İlham Əliyev: Gənc kadrlara yer vermək üçün hesab edirəm ki, siz yaxşı nümunə göstərirsiniz

22.10.2019

Suriyalılar ABŞ hərbçilərini daş və yumurta atəşi ilə yola salıblar - VİDEO

22.10.2019

Zelenski “Kvartal 95”in prodüserini yüksək vəzifəyə təyin etdi

22.10.2019

"Qalatasaray" "Real"a, "Yuventus" "Lokomotiv" qarşı 

22.10.2019

Azərbaycan Prezidenti İlham Əliyev MDBMİ-ni yubiley münasibətilə təbrik edib

22.10.2019

Bakıda yaddaş pozuntusu olan 58 yaşlı kişi itkin düşdü

21.10.2019

Prezident İlham Əliyev: Bəzi indiki dırnaqarası özünü lider adlandıran qorxaqlardan fərqli olaraq, Heydər Əliyev hər bir təhlükəyə, məhrumiyyətə getməyə hazır idi

21.10.2019

Mərkəzi Bank depozit hərracının nəticələrini açıqlayıb

21.10.2019

Masazır su anbarında faciə

21.10.2019

9 ayda narkotikə görə 2618 nəfər həbs edildi: 199 fəhlə, 69 qadın

21.10.2019

AFFA danışılmış oyunlara görə iki oyunçunu futboldan kənarlaşdırdı

21.10.2019

Prezident İlham Əliyev Qüdrət Qurbanovu ordenlə təltif edib

21.10.2019

XİN Avropa Şurasının İnsan hüquqları üzrə Komissarının bəyanatına cavab verib

21.10.2019

Estrada ifaçılarına “Xalq artisti” fəxri adı verilib (SİYAHI)

21.10.2019

Avtomobili narkotik təsiri altında sürən və oğurluqla məşğul olan şəxslər saxlanılıb