Təhsilin məzmunu və forması cəmiyyətin inkişafında  baş verəcək dəyişikliklərin fövqündə dayanmalıdır

11:02 / 27.09.2019

 

Bizim gələcəyimiz təhsillə bağlıdır,sivil  ölkələrin inkişafında ən aparıcı rol oynayan bilikdir,elmi-texniki tərəqqidir və biz də təhsilimizi bu istiqamətdə qururuq.Təhsil sahəsində aparılan islahatların vahıd konsepsiyası,aydın strategiyası və konkret dövlət proqramı hazırlandı.Milli təhsil quruculuğunda  yeniləşmə yeni məzmun və stuktur  dəyişilikləri ilə müşayət olundu.Hansı ölkənin ki,təhsili akademik dəyərlər üzərində qurulub,həmin ölkələr  beynəlxalq  rəqabətlə ayaqlaşa bilən təhsil sahəsində böyük islahatlar aparır.

 Milli təhsilimizin dünya ölkələrinin təhsilinə inteqrasiya prosesi sürətlə həyata keçirilir.Təhsilin məqsədi şəxsiyyətin hərtərəfli inkişafınıı,müvafiq bacarıqların  qazanılmasını təmin etməkdirsə,təlim bu məqsədə şatmaq üçün vasitədir.Təhsili millətin gələcəyi hesab edən böyük öndər təhsilin ən böyük məqsədini Azərbaycan vətəndaşı hazırlamaqda görürdü,bu məsələdə gənclərin hərtərəfli inkişafına özül olan orta təhsilə daha çox üstünlük verirdi.

İqtisadiyyatda, siyasətdə, mənəviyyatda tənəzzül,irəliləyiş, təkamül də özünü məktəbdə göstərir. Biz gələcəyin vətəndaşını, şəxsiyyətini yetişdiririk. İşimizin istiqaməti göstərir ki, Azərbaycanın xoş gələcəyinin qurucuları şərəfli yolu uğurla keçib gedəcək.İslahat proqramı ölkəmizin inkişafının yeni dövründə təhsil siyasətinin əsas istiqamətlərini müəyyən etməklə bu sistemin inkişafının,keyfiyyətinin və rəqabət qabiliyyətinin yüksəldilməsini təmin edir.

Cəmiyyət nəsil dəyişikliyinin səviyyəsi üçün narahatdır ki,çünki buna özü də cavabdehlik daşıyır.Cəmiyyət məktəbin hazırlığında maraqlıdır,məktəb də yetişdirdiklərinin gələcəyi üçün elə narahatdır,maraqlıdır.Vətəndaş cəmiyyətinin formalaşması buradan keçir...

Təhsilin inkişafı ona yaradıcı münasibətdən asılıdır, yaradıcı münasibət isə qarşıya qoyulan məsələdə nail olmağa təminat verir. Təhsilin məzmunu və forması cəmiyyətin inkişafında  baş verəcək dəyişikliklərin fövqündə dayanmalıdır. Prezident İlham Əliyevin sözləri ilə desək, bizim gələcəyimiz təhsillə bağlıdır, bu, ölkəmizin, millətimizin gələcəyi məsələsidir. Azərbaycanda təhsilin səviyyəsi artır və biz buna çox sevinirik. Təhsil inkişaf perspektivlərimizi müəyyən edən başlıca sahədir.

Sözgəlişi. Hazırda ölkənin təhsil sistemində çalışanların sayı 330 mindən, orta məktəblərdə çalışan müəllimlərin sayı isə 177 mindən çoxdur. Azərbaycanda bir müəllimə 9 şagird düşür. Müqayisə üçün Türkiyədə bu rəqəm 24, ABŞ-da 17, Yaponiya və Böyük Britaniyada 16, Gürcüstanda 11-dir. Təhlillər göstərir ki, kəndlərdə müəllim çatışmazlığı problemdirsə, şəhərlərdə, xüsusilə Bakı şəhərində müəllim artıqlığı problemdir. Dövlət büdcəsində ordudan sonra ən böyük vəsaitin məhz təhsil sahəsinə ayrılması Azərbaycanın intellektual gələcəyi naminə atılmış vətənpərvər addımdır.

                                                           ***

Meridian qütbləri birləşdirən xəyali xətdir.Bütün meridianlar qütblərdə birləşir.Qərb yarımkürəsində 180 dərəcə,Şərq yarımkürəsində 180 dərəcə.Meridian başlanğıcı həmişə mübahisə doğurub.Böyük Britaniyanın paytaxtı London şəhərində Qrinviç adına rəsədxana var,həmin rəsədxanadan günorta saat 12-də keçən xəyali xətt(meridian-“günorta xətti” deməkdir)başlanğıc meridian kimi,sıfırıncı meridian götürülür...Bizlər üçün bu meridian məktəbdir,qütbləri birləşdirən xəyali xəttt isə müəllim-şagird-valideyndir.

Rəhbərlik etmək çox mürəkkəb prosesdir,onu istənilən səviyyədə yerinə yetirmək üçün daim təkmilləşmək,özünü dəyişdirmək,mühitə və insanlara yaxından bələd olmaq,işçılərin psixoloji xüsusiyyətlərini,pedaqogika elminin son nailiyyətlərini,idarəetmənin elmi əsaslarını öyrənmək lazımdır.Direktorun şəxsi keyfiyyətləri,səviyyəsi,hazırlığı,təşkilatçılıq qabiliyyəti...müəllim üçün bir örnəkdir.Bəzi direktorları təsərrüfatçılıq meyli daha tez çəkir,nəinki dərs və müəllim qayğısı,diqqəti...Bəzən yeni təyin olunan direktor müsbət mənada həyata keçirilənlərin üstündən xətt çəkir və məktəbi öz ideya sisteminə salır.Məktəbin formalaşması onun ad-sanının artması üçün nə önəmlidirsə,bu ənənəni davam etdirilməsi vacibdir...

Məktəb bir mərkəzdən idarə olunur,öz-özlüyündə hamının ümdə işi,vəzifəsi budur və  bu cəhətdən müəllimin işi ağır və məsuliyyətlidir.Şagird özü müstəqil olmaq,özü hökm vermək,qərara öz ağlı və düşüncəsi ilə gəlmək istəyir,ona bu sahədə yaxın köməkçi həm də öz müəllimidir-peşə əxlaqının görünməyən tərəflərindən biri də budur.Məktəb,təhsil elə bir sahədir ki,hər gün müəllimin təkmilləşməyə,yeniləşməyə və həyatda olan yenilikləri öz dərslərinə tətbiq etməyə ehtiyac duyulur.Məktəb direktoru müəllimlərlə işləyərkən onlara həm məktəbin gözəl ənənələrini yaşatmağı tövsiyə edir,həm də yaxşı müəllim olmağın əsas məqamlarını aşılayır,təcrübəli müəllimlərin gənc həmkarlarını hamiliyə götürməsinə şərait yaradır,bir səzlə müəllimlər arasında işbirliyi yaratmağa səy göstərir.

İdarəetmənin keyfiyyətinə müsbət təsir göstərən “məktəb-valideyn” əlaqələrinin tənzimlənməsi sahəsində də vəziyyət qənaətbəxş deyildir. Hətta Valideyn-Müəllim Asossiasiyalarının təsis edilməsi də bu sahədə nəzərəçarpacaq dəyişikliklər edə bilməmişdir. İnkişaf etmiş ölkələrdə valideynlər məktəbin idarə olunmasında iştirak edirlər.Bu qurum idarəetmədə əsas amil hesab olunur və məktəb rəhbərliyi onları doğry-düzgün istiqamətə yönəltməlidir.İnzibati idarə və elmi-metodik xidmət müəssisəlkəri məktəbə gələrkən uşaq özünüidarə təçkilatları ilə yanaşı bu qurumla da maraqlanıb,onlarla görüşüb söhbət etməli,fəaliyyətlərinə dəstək verməlidir. Rəhbərlik üslubu sahəsində aparılan tədqiqatlar mahiyyətcə mübahisəli xarakter daşıyır,idarəetmədə kollegiyallıq prinsipinin gözlənilməsi demokratik dəyərlər baxımından əvəzsizdir.Hələ Sovetin dövründən qalan maarifyanı şura-təhsil şurası məktəblər üçün idarəetmə baxımından elə bir qurumdur ki,burada adam bu cəhətdən məktəblərdəki idarəetmənin struktur cəhətdən formalaşmasında mühüm rol oynayır.Pedaqoji şura məktəbdə daimi fəaliyyət göstərən kollegial orqandır.Məktəbin pedaqoji işçılərini əhatə edən şura iş planında məktəbin təlim-tərbiyə sahəsindəki bütün  problemlərini əhatə edir.

Təlim-tərbiyə prosesini inkişaf etdirmək və təkmilləşdirmək,müəllimlərin və tərbiyəçilərin peşə ustalığını,yaradıcılıq meylini yüksəltmək məqsədilə pedaqoji şuralar yaradılıb ki, məktəb fəaliyyətinin  əsas məsələlərini demokratik prinsiplər əsasında həll etsin.Mütləq məktəblər bu qurumun fəaliyyətinə bu günün tələbləri gözü ilə baxıb,onda dəyişiklik etməlidirlər,hətta qoyulan məsələlərin də cəmiyyət üçün çıxarılmasını bəzən bir lüzum da görünür,bir ehtiyac hiss olunur.Cəmiyyət üçün məktəbdə baş verənləır maraqlıdır,pedaqoji şuralar cəmiyyətin bu marağı istiqamətində bəzi məqamlara diqqət yetirməlidirlər.

Respublika əhalisinin beşdən biri təhsilə bağlı insanlardır, çox böyük potensialdır, toplumdur, onların marağını təmin etmək üçün çox ciddi məsələdir. Azərbaycan təhsil sistemində həyata keçirilən islahat işləri, ilk növbədə şagird şəxsiyyətinin formalaşmasına yönəlmişdir. Bu məqsədlə yeni pedaqoji texnologiyaların tətbiqi vacibdir. Məktəbdə müəllimlərin qarşısına qoyulan tələblərin düzgün icrasına rəhbərlik tərəfindən nəzarət  həyata keçirilir

Kollektivin gənc müəllimlərinə rəhbərlik öz bacarıq və qabiliyyətlərini göstərmək üçün pedaqoji-psixoloji mühit yaratmalıdır,onların açıq dərslərini təşkil edərkən qarşılıqlı dərsdinləmə yolu ilə bir-birinin əməkdaşlığına zəmin yaradır,aralarında işbirliyini formalaşdırır.Direktorun ən ümdə bir arzu-istəyi də o olur ki,məktəbdə yaxşı müəllimin özünəməxsus nəfəsi,duyumu,dəsti-xətti görünsün.O,dərsi dinlənilən müəllimlə ən əvvəl fərdi söhbət edir,imkanı çatan metodik və pedaqoji tövsiyə xarakterli ədəbiyyatla onları tanış edir.

Metodik göstərişləri həyata keçirəndə tələsikliyə yol verilməməlidir,mühüm əhəmiyyət kəsb edən pedaqoji məqamlar formal xarakter almamalıdır.Bir də ən vacibi odur ki,dinlənilmiş dərsin  təhlili yubandırılmamalı,təhlil elə həmin günə təyin olunmalıdır,hüzrlü səbəbdən həmin gün bu baş tutmasa,onda  növbəti günə təyin etmək lazımdır.Təhlilin obyektiv,məzmunlu olması çox vacibdir,bu dərslər yaradıcı xarakterli,nümunəvi olduğundan xeyli yeniliklər,öyrəniləsi məqamlar olur və bu cəhətdən düzgün və obyektiv  təhlilə önəm verilməlidir.

Təhsil elmi və texnoloji innovasiyaların daimi, qüdrətli dəstəyi olmadan inkişaf mümkün ola bilməz. Buna görə də Azərbaycan gənclərinin intellektual potensialını yüksəltmək məqsədini güdən təhsil proqramlarının daimi təkmilləşməsi və keyfiyyətinin artırılması son dərəcə vacibdir. XXI əsr məktəbi qarşıya yeni tələblər qoyur. Bu tələblərin həyata keçirilməsində interaktiv metodların böyük əhəmiyyəti vardır. Şagirdlərin şəxsiyyət kimi formalaşmasında müasir dərsin imkanları daha çoxdur. Şagirdlər fəal düşünmə bacarığına yiyələnir, digər fikirləri təsdiq etməyi bacarır, daha yaradıcı olur, nitq qabiliyyəti inkişaf edir.

Pedaqoji təxəyyülə malik olan müəllim öz əməllərinin nəticəsini qabaqcadan görə bilir, şagirdin gələcəyini düzgün görüb onu istiqamətləndirməyi bacarır, onda hansı keyfiyyətləri inkişaf etdirməyin mümkün olduğunu görür.Müəllim əməyini təhlil edərkən bir sıra mühüm anlayışlara istinad etmək lazım gəlir. Bu cür anlayışlara pedaqoji fəaliyyət, pedaqoji ünsiyyət, pedaqoji məqsəd, pedaqoji situasiya, pedaqoji fəaliyyətin priyomları, şəxsiyyəti... aid edə bilərik.

Müəllim kollektivinin işindəki məqsədyönlülüyü və mütəşəkkililiyi məktəb işinin nəticəsi üçün ümumi məsuliyyətlilik doğurur. A.S.Makarenko dəfələrlə qeyd etmişdir ki, yalnız vahid məqsədə və əxlaqi münasibətlərə malik olan mütəşəkkil müəllim kollektivi, uşaqları tərbiyə etməyə və onların şəxsiyyətini formalaşdırmağa qabildir.

Müəllim dərsə hazırlıq prosesində vaxta qənaət etmək məqsədilə öz işini səmərəli təşkil etməlidir. Bundan ötrü isə o bütün daxili imkanlarından istifadə etməli, tədris materialları üzərində aparılan işi məqsədəmüvafiq ardıcıllıqla yerinə yetirməlidir. Müəllim müntəzəm surətdə hər dərsə qabaqcadan ciddi hazırlaşmalıdır.Öyrətməyin yollarının,üsullarının,metodlarının düzgün tətbiqini təmin edən texnologiyaları mənimsəmək günün reallığıdır.Pedaqoji prosesin bütün incəliklərini öyrənməklə bərabər,o, eyni zamanda öz təcrübəsini həmkar yoldaşları ilə də bölüşüb onların pedaqoji ustalığının təkmilləşməsinə kömək göstərməlidir.

Bugünün müəllimi öz işini yeni müstəvidə qurmalı, şagirdlərlə, valideynlərlə, həmkarları ilə yeni tərzdə qarşılıqlı fəaliyyətdə olmalıdır. Müəllim dərsini səmərəli qurmaq üçün ona təqdim edilən çoxsaylı və müxtəlif səviyyəli tapşırıqlardan məqsədyönlü istifadə etməklə bütün şagirdlərin dövlət standartlarına cavab verməsinə nail ola bilər.  Azərbaycan təhsilini hər hansı qanunu qəbul etməklə inkişaf etdirmək mümkün deyil. Burada əsas müəllimin təhsilə olan münasibətini dəyişmək lazımdır.

Müəllim isə o vaxt təhsilə münasibətini dəyişəcək ki, onun aldığı əməkhaqqı özünün və ailəsinin tələbatını yerinə yetirə biləcək. Məktəblərdə müəllimlərin peşə hazırlığı, attestasiyası, təhsilə olan tələb, məktəb nizam-intizamının səviyyəsinin artırılması yalnız bundan sonra mümkün olar. Çünki məktəbdə müəllim tədrisin səviyyəsində maarqlı deyilsə, məktəb direktorunun hansı üsullardan istifadə eməsindən asılı olamayaraq orada vəziyyəti arzuolunan səviyyəyə çatdıra bilməyəcək.         

Təhsil o zaman keyfiyyətli hesab edilər ki,tədris prosesinə istiqamət verən və onu inkişaf etdirən müəllimlərin bilikləri müasir tələblərə cavab versin.Təlimin səmərəliliyinin artırılması və keyfiyyətinin yüksəldilməsi təhsil işçilərinin başlıca vəzifəsidir,şagird milli,ümumbəşəri bilikləri və mənəvi keyfiyyətləri məktəbdə müəllimin köməyi ilə mənimsəyir.Yeni pedaqoji təfəkkür təkcə psixoloji deyil,ilk növbədə böyük əhəmiyyətə malik olan ictimai-siyasi hadisədir.Bu kontekstdə də müasir şəraitdə müəllimə,müəllim hazırlığına verilən tələblər köklü surətdə dəyişdirilməlidir.

Məktəbdə ideya-mənəvi hazırlıq işlərinin əsasını müəllimlərin yüksək pedaqoji ustalığı və şəxsi təhsili təşkil edir.Düşdüyü pedaqoji mühitin təsiri nəinki şərəfli peşəyə məsuliyyət hissi ilə yanaşmağa,bu sahədə daim axtarışlar aparmağa,müasir dövrlə ayaqlaşmağa,bilik və bacarığını savadlı şagirdlərin yetişdirməsinə sərf etməyə vadar edir.Yeni texnologiyalar əsasında dərs metodlarını təqdir etsək də,yaşlı müəllimlərin təcrübəsindən də tez-tez istifadə edilməsini,çətinliyə düşəndə onlardan öyrənməyi də lazım bilib gənc həmkarlarımıza tövsiyə edirik.

Dərs planının hazırlanması vacib mərhələdir.Onun həm müəllimin inkişafetməsi.həm də təlim prossesinin idarə olunması baxımından əhəmiyyəti vardır.Ona görə də dərs planının hazırlanmasına ciddi yanaşılmalıdır.Dərsin problem xarakterli olması onun hər hansı didaktik vəzifənin həllinə zəruri bir problem kimi yanaşılmasından irəli gəlir.Hər dərsin müvafiq məqsədinin həll olunması istiqamətində zəruri olan problem müəyyənləşdirir.Dərs didaktikanın mühüm obyekti kimi bu günə qədər öyrənilməkdə davam edir,mühüm pedaqoji məsələ kimi araşdırılır.Eləcə də dərsdə psixoloji tələblər,şagirdlərin mühüm xüsusiytyətləri psixologiyada öyrənilir.Pedaqoji psixologiya dərsin psixoloji məqamlarından danışmaqla onu daha çox araşdırmağa səy göstərir.

İslahatın ən böyük uğurlarından biri məktəblərimizdə təlim prosesinin yeniləşməsini təmin edən fənn kurikulumlarının hazırlanmasıdır. Kurikulum islahatının müvəffəqiyyətlə həyata keçirilməsi, ilk növbədə müəllimin nəzəri, pedaqoji, psixoloji hazırlığından asılıdır. Əsl müəllim hərəkəti, davranışı, münasibəti, savadı, intellekti ilə şagirdlərin rəğbətini qazanmalıdır.Təhsildə əsas sima, ən nüfuzlu şəxs olan müəllim adını daşımaq, bu ada layiq olmaq şərəfli və məsuliyyətli bir işdir. Xalqımız müəllimə böyük hörmət və ehtiram bəsləyir, ona elm, bilik, ədəb və mərifət daşıyıcısı kimi baxır.

                                              

                                                                              İslam Əsgəroğlu


Etiket:

Strategiya.az

Xəbərlər
05.06.2020

Azərbaycanda daha 338 nəfər koronavirusa yoluxdu, 134 nəfər sağaldı, 4 nəfər öldü

05.06.2020

Rusiyada ötən gün 8726 nəfər koronavirusa yoluxub

05.06.2020

Xəzərin suyu Kür çayına qarışdı - İçməli su təminatında problem yarandı

05.06.2020

Milli Məclis 2019-cu il dövlət büdcəsinin icrasını ilk oxunuşda təsdiq etdi

05.06.2020

Təhsil Nazirliyi tədrisin dayandırılması barədə: Bir çoxları tarixləri dəyişik salırlar

05.06.2020

icaze.e-gov.az portalının fəaliyyəti yenidən aktivləşdirilib

05.06.2020

Abşeron Dairəvi dəmir yolu fəaliyyətini müvəqqəti dayandırır

05.06.2020

AZƏRBAYCAN RESPUBLİKASININ GEOSİYASİ İNKİŞAF STRATEGİYASI

05.06.2020

Azərbaycan neftinin bir barreli 40,41 dollara satılır

05.06.2020

Neftin qiyməti bahalaşır

05.06.2020

Mətbuat Şurası həftəsonu məhdudiyyətlərlə bağlı jurnalistlərə müraciət etdi

05.06.2020

Həsən Ruhani: İranlılar koronovirusla birlikdə yaşamağı öyrənməlidirlər

04.06.2020

 Sərnişindaşımaları tam dayandırılacaq

04.06.2020

BDU-da “Azərbaycan regionlarının inkişafının coğrafi məsələləri” mövzusunda gənc tədqiqatçıların Respublika virtual elmi konfransı keçirilib

04.06.2020

DSX: Keşikçidağda təxribat xarakterli hər hansı hadisə qeydə alınmayıb

04.06.2020

Sabah qısa iş günü olacaq

04.06.2020

Su təsərrüfatı və meliorasiya işçilərinə fəxri ad verildi - SƏRƏNCAM

04.06.2020

Baş Nazir koronavirusa yoluxma hallarının kəskin artması ilə bağlı əhaliyə müraciət etdi

04.06.2020

Qalmaqal: Berlini solçu ekstremistlər idarə edirmi?

04.06.2020

AZƏRBAYCAN RESPUBLİKASI DÖVLƏT SƏRHƏD XİDMƏTİNİN və HƏRBİ PROKURORLUĞUNUN MƏTBUAT XİDMƏTLƏRİNİN BİRGƏ MƏLUMATI

04.06.2020

“Azeri Light”ın bir barreli 40,45 dollara satılır

04.06.2020

İyunun 4-də xarici valyutaların manata qarşı məzənnələri

04.06.2020

Londonda minlərlə insan küçələrə axışıb

04.06.2020

Azərbaycanda içməli suyun tərkibi 24 saat yoxlanılır - "Azərsu"

04.06.2020

DSX sərhəddə təxribat xarakterli hərəkətlərin törədiləcəyi barədə məlumatlar əldə edib

03.06.2020

Prezident İlham Əliyev: Biz güc toplayırıq, daha da güclü olmalıyıq və olacağıq

03.06.2020

Bakı, Sumqayıt, Gəncə şəhərlərində və Abşeron rayonunda küçəyə çıxmaq qadağasının tətbiq olunması gözlənilir

03.06.2020

 Mağazalar da bağlana bilər

03.06.2020

Azərbaycanda daha 325 nəfər koronavirusa yoluxdu, 101 nəfər sağaldı, 5 nəfər öldü

03.06.2020

Prezident İlham Əliyevin Ağcabədi rayonuna səfəri

03.06.2020

Prezident İlham Əliyev Ağdam rayonu ərazisində yerləşən “N” saylı hərbi hissədə olub

03.06.2020

Tərtərin Xoruzlu kəndində yeni ümumtəhsil məktəbi tikiləcək - SƏRƏNCAM

03.06.2020

Tərtər Olimpiya İdman Kompleksinin açılışı olub

03.06.2020

Prezident İlham Əliyev Tərtər rayonuna səfərə gəlib 

03.06.2020

Azərbaycandan bu il Həcc ziyarəti olmaya bilər

03.06.2020

Koronavirusa qarşı peyvənd uzunmüddətli immunitet yaradaca biləcəkmi?

03.06.2020

DİM həftə sonunda imtahan verəcək abituriyentlərə müraciət edib

03.06.2020

Türkiyə və Azərbaycan vətəndaşları üçün 90 günlük viza tələbi aradan qaldırıldı

03.06.2020

Bibiheybət yolu gələn həftə açılır

03.06.2020

Azərbaycan neftinin qiyməti 40 dolları ötüb

03.06.2020

Sabunçuda gözətçini qətlə yetirib 40 min manat oğurlayan dəstə tutuldu

02.06.2020

Bu yerlərdə maskadan istifadə edilməlidir - SİYAHI

02.06.2020

Azərbaycan Respublikasının Vergi Məcəlləsində dəyişiklik edildi

02.06.2020

Azərbaycanda daha 273 nəfər koronavirusa yoluxdu, 56 nəfər sağaldı, 3 nəfər öldü

02.06.2020

Prezident İlham Əliyev uşaqlarla bağlı 2020-2030-cu illər üçün Strategiyanı təsdiq etdi

02.06.2020

Azərbaycan Respublikası Prezidentinin Sərəncamı

02.06.2020

Nazirlik: Azərbaycanın 34 rayonunda çəyirtkə qışlaqları qeydə alınır

02.06.2020

Tramp orduya təlimat verdi: "Bunlar daxili terror aktlarıdır"

02.06.2020

Mərkəzi Bankdan dollarla bağlı AÇIQLAMA

02.06.2020

Koronavirusdan ölənlərin sayı 371 mini keçdi - ÜST