Zorakılıq  və  ya cinayətlərin təbliği

08:26 / 28.09.2019

Rəna Mirzəzadə

Fəlsəfə elmləri doktoru, professor

Rəna Mirzəzadə, 

AMEA, Professor

 

 

Qloballaşan dünya, müxtəlif ölkələr, yenidən düzənlənən dövlətlər, mədəni-mənəvi müxtəlifliyi ilə inteqrasiya olunan xalqlar, fərqliliyi ilə adaptasiya edilən millətlər və s. kimi politoloji epitetlər... və bu modernləşmələr mənzərəsində BÜTÜN YER üzündə baş alıb gedən, çoxalan, yüksələn Qadına qarşı zorakılığı, Qızlara təcavüz və bu fonda gedən müzakirə və maarifləndirici təbliğatlar… Çox istərdim yazmayım, danışmayım, dinməyim, susum… susa bilmədim...

Zorakılıq XXI əsrin «xərcəng bəlası» kimi sağalmaz «fəlakəti»dir. Zorakılıq əsil həqiqətdə mənəvi terrordur. Bu «terror aktının» törədilməsində «bəhanələr» guya ki, müxtəlif obyektiv səbəblərdən mey­dana çıxır (Bəhanələr: içkili olub, narkotik qəbul edib, ağıl çatışmamazlığı var, həyat yoldaşı, yaxud  bacısı qızı yalan deyir, qeyrisi ilə əlaqə də olub və s. və s. bəzəmələr…)

Məlumdur ki, yeniləşən dünyada istənilən sosiumun nüvəsi olan qadın-kişi qarşılıqlı münasibətləri GENDER adlanır- bu sivil mədəniyyətdir. Burada münasibətlər isə bərabərhüquqluluq üzərində köklənmiş dayaqlara əsaslanmalıdır. Azərbaycan Respublikası Konstitutsiyasının 25-ci maddəsi bərabərhüquqluq prinsipini özündə ehtiva edir. Konstitusiyanın 25-ci maddəsinin I bəndində «Hamı qanun və məhkəmə qarşısında bərabərdir», II bəndi «Kişi ilə qadın eyni hüquqları və azadlıqları vardır» kimi təsbit edilmiş,, III bənddə isə «İnsan və vətəndaş hüquqlarını və azadlıqlarını irqi, milli, dini, dil, cinsi, mənşəyi, əqidə, siyasi və sosial mənsubiyyətə görə məhdudlaşdırmaq qadağandır» və IV bənddə də «Heç kəsə bu maddənin III hissəsində göstərilən əsaslara görə zərər vurula bilməz» yazılmışdır.

Gender bərabərliyi, azadlıq və hüquqların təminatında cinsi bərabərlik prinsipial olaraq yuxarıda qeyd etdiyimiz maddələrdə əks olunmuşdur. Bu prinsip əksər demokratik cəmiyyətlərin Ali Qanunlarında öz təsbitini tapmışdır. Bu gün Modern Dünyanın 1№-li Əsas bəlasına çevrilmiş zorakılığa qarşı qanunlar, konseptual aspektdə hər ölkənin qanunvericiliyində nizamlanmışdır.

Belə ki, 1993-cü il 20 dekabrda BMT Baş Məclisində «Qadınlara qarşı zorakılığın bü­tün formalarının aradan qaldırılması haqqında» Bəyannamə qəbul edil­miş­dir ki, onun 1-ci maddəsində yazılıb: «qadınlara münasibətdə zorakılıq –bu cin­si əlamət daşıyan, qadına qarşı cinsi, fiziki və psixoloji zərər və işgəncə ve­ril­məsi və ya bu aktların təhlükəsi olan, onların şəxsi və ictimai həyatda azad­lıq­larının məcburi və ya könüllü məhdudiyyətlərinə səbəb olan halları əks etdirir»

Bu Bəyannaməyə görə, qadın zorakılığı kişilər tərəfindən qadına qarşı disk­ri­mi­nasiyadır. Bəs zorakılıq nədir? «Zorakılıq- özünə və ya digər insana, qrupa, icmaya, cəmiyyətə qarşı işlənən, bədən zədələri, ölüm, psixoloji travma, inkişafda qüsur, əyintilər, müxtəlif cür zərər ilə nəticələnən (və ya nəticələnə biləcək) fiziki gücün və ya hökmün real və ya hədələmək məqsədilə qəsdən tətbiq edilməsidir»

Zorakılığın tipologiyasına diqqət edək:

a) Özünə qarşı. Bu intihar (suisid) və özünə müxtəlif cür zərər etmə, zərər vurmadır. b) Şəxsiyyətlərarası. Bu da iki yerə ayrılır: ailə (partnyorlararası) və icma daxili. Belə ki, ailə daxili zorakılıqda 1) uşaqlar; 2) partnyor (ər və arvad); 3) ahıllar (ata, ana, qaynana, qayınata və s.) 4) ailə üzvləri (qardaş, bacı, qayın, baldız və s.) daxildir. İcma deyəndə isə buraya (dayı, bibi, xala, əmi və s.) və yadlar (qonşu, dost və s.) aiddir. Zorakılığın bir tipologiyasına da «kollektiv» dairəsi də daxildir ki, o da məhz a) sosial; b) siyasi və c) iqtisadi tərəfə ayrılır. Beləliklə zorakılıq fiziki, cinsi, psixoloji, mənəvi zərər vurmalardır, hətta zərər vurduqdan sonra belə qayğı göstərməməkdir.

Niyə bunları açıqladıq... Çünki XXI əsrin ilk onilliyi də zorakılığın bir xərçəng, bir «quş qripi», bir bəlkə də «dəb» kimi tüğyanı zamanıdır. Aktual olduğu qədər də zorakılıq gah «gizlin», gah da daha aşkar gündəmdədir. Bir tədqiqatçı kimi, hesab edirəm ki, qadına və qızlara qarşı bütün zorakılıqlar aqressiyadır. Bu əks cinsin (Kişinin) qadına ziyan vurması (döyməsi, təhqir etməsi, təhdid etməsi, hədələməsi, müxtəlif fiziki mənəvi, psixoloji güc tətbiqidir). Bunun ən ağrılı tərəfi də məhz qadına cinsinə görə qüvvə, güc tətbiq edilməsidir. El arasında belə deyim var, «belə qolu zorlusan, get qolu güclü bir kişiyə güc göstər, zərif, incə qadını döyən pəhləvansanmı?»

Təbii ki, zorakılığın ən çox mənəvi sarsıntı verən forması seksual zorakılıqdır. Buraya da cinsi əlaqəyə girməyə məcburetmə və təcavüz daxildir.

Belə ki, 1995-ci il Pekin Fəaliyyət Platformasında da deyildiyi kimi «Cinsi zorakılıq və cinsi ünsiyyət yolu ilə keçirilən xəstəliklər, SPİD daxil olmaqla, vaxtsız cinsi əlaqəyə girmək üçün qızlara təzyiq göstərilir. Nəticədə cavanlıq, sosial təzyiq, qoruyucu qanunların olmaması, yaxud onlara riayət edilməməsi səbəbindən qızlar zorakılığın müxtəlif növlərnə, məsələn, zorlama, cinsi məcburiyyət, şəhvani istismar, qız alveri, əsasəndə qızların orqanları və toxumaları ilə alver, həmçinin məcburi əmək kimi zorakılığa məruz qalırlar». Bəs qanunvericilik nə göstərir? Zorlama, yəni zərər çəkmiş şəxsə və ya başqa şəxslərə qarşı zor tədbiq etməklə və ya belə zor tədbiq etmə hədəsi ilə və ya zərərşəkmiş şəxsin köməksiz vəziyyətindən istifadə etməklə onunla cinsi əlaqədə olmaqdır? Cinayət məcələsinin 149-cu maddəsi “zorlama” məsələsini əks etdirir. Bu maddəyə əsasən “zorlama 4 ildən 8 ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır. Müəyyən hallarda 5 ildən 10 ilədək və ya 8 ildən 15 ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır”.

Qan Qohumluğu zorakılığı

Tayfalar arasında qadınların dəyişdirilməsi, (mübadiləsi) kişi hakimiyyətini və ailədə gender uyğnuluğu strukrurlarını təkrar istehsal edir. (Qeyl Rubin)

Bu mövzunu belə incələməkdə məqsəd nədir? Günümüzün ən ağrılı, ən dözülməz, insan hissini hiddətə gətirən Doğma, ən yaxın, eyni DNT tərkibli qan Qohumluğu zorakılığıdır. Sual oluna bilər ki, bu nədir? Yuxarıda sadalanan tipologiya, növ, forma içində bu açıqlanmadı axı… Bu yeni və Qədim formadır. Bu Əxlaqsız, Mənəviyyatsız Doğma Qan Qohumu tərəfindən törədilən ağrıdan ağır, dəhşətdən yüksək, bəlkə də bunu edənin öz Nəsil tarixinə qarşı qətliamıdır. KİV, TV, sosial şəbəkələr, saytlar və s. kimi müxtəlif informasiya ötürücüləri qadın-qız zorakılığından bəhs edərkən, zaman sanki XXI əsr deyil, matriarxatdır, bir çox az qisim üçünsə promiskuitet münasibətlər dövrüdür. Nədir matriarxat? Bu ailə və siyasi hakimiyyətin qadınlara məxsus olduğu ana hakimiyyəti güman edilən fərziyyəvi sosial quruluş formasıdır. Budur matriarxatın ictimai-siyasi anlamı. Bəs mənəvi- mədəni anlamı nədir? Antropoloqlar matriarxata - «ana+ qəbilə» cəmiyyəti kimi baxırlar. Bu cəmiyyət olub, ya mifdir, bu yox, bizi forma öz təsirinə çəkir. Cinslərarası münasibətin ilk forması promiskuitet (nizamsız) əlaqələr olmuşdur. Matriarxat cəmiyyətinin əsas xüsusiyyəti aşağıdakılar: ana ailə başçısıdır, anaxətlilik və matrilokallıq və ya avunkulokallıq (ananın qardaşı qrupunda məskən salma), hətta çox vaxt (epizodik nigah görüşləri və eyni zamanda ər-arvaddan hər birinin öz qrupunda yaşaması) və ya ambiolokallıq (ər-arvadın növbə ilə bu və ya digər qrupda yaşaması) xarakterikdir. İsveçli alim İ.Baxofen «Ana hüququ» kitabında göstərir ki, «patriarxal ənənələrdən əvvəl olan qohumluq ana qəbiləsi idi, varislik «ana xətti» üzrə idi». İ.Baxofen bu sosial quruluşu «ginekokratiya» adlandırmışdır. İ.Baxofenə görə, əvvəlla insanlar qeyri-məhdud cinsi əlaqədə yaşayırdılar, yəni bu «heterizm» idi. Sonrası, bu əlaqələr atanın kimliyini müəyyən etməyə qoymurdu. Daha sonra, ana doğulan uşağın tam sahibi idi, ona görə ki, qadının bir kişi ilə deyil, daha çox kişilərlə cinsi münasibətə girməsi səbəb idi. Nəhayət, qadın istədiyi kişi ilə əlaqəyə girə bilərdi”. (Bir haşiyə çıxacam... Bəlkə də bu gün «Qədim Sənət» adlanan əxlaqsızlığın ilkin dövrü...)

Antropoloq Q.Rubin «Qadınlar mübadiləsi» əsərində «Cins-qeyri bərabərliyin əsasını təşkil edən mədəni səviyyədə yozulan bir anlayışıdır» deyə yazır: «nigah – hədiyyələrin mübadiləsində ən qədim formalarının başlıcası, qadının özü isə ən qiymətli hədiyyə olub. Beləliklə, İNTEST olunan (qan qohumları arasında cinsi əlaqələrin qadağan edilməsi) qadağanın mənası aydın olur: a) onun məqsədiz seksin və uşağın doğulması kimi bioloji halları sosial akt halına, b) seksual və uşağın doğulması kimi bioloji halları sosial akt halına; c) seksin və uşağın doğulması kimi bioloji halları sosial akt halına; d) seksual aləmi qadağa edilmiş və icazəli olan partnyorlarla bölünməsi vasitəsinə çevirmək olar. Bacının və yaxud qızının seksual partnyor kimi istifadə edilməsinə qoyulan qadağa –İNTSEST- nəticəsində bacı-qız başqasına verilir (ərə vermək ifadəsi buradan yaranır), nəticədə ailələr arasında sosial (qohumluq) əlaqələr yaranır. Q.Rubin yazır ki, «qadınlar kişiləri, onlar qadınları əldə etdiyi kimi əldə edə bilmirlər, ona görə də sosial cins («gender» termini elə buradan yaranıb) müxtəlif imkanlarla bağlı olan sosial bölgü formasıdır».

Q.Rubinin «Qadınlar mübadiləsi» əsəri tam təsdiq edir ki, İNTEST –bəşər mədəniyyətinin yaranmasının müqəddəs şərti, Ailə İnstitutunun etik-əxlaqi formalaşmasının ən əsas göstəricisidir. Burada kişilərin ağalığı –üstünlüyü, yəni dominantlığı və qadınlarn asılılığı –diskriminasiyası- özü də sivil mədəniyyətin mövcudluğunun əsasıdır. Bu mədəniyyətdən başqa şəraitə (qardaş-bacı və ya ata-qız nigahı və s.) keçidin necə ola biləcəyini təsəvvür etmək belə demək özü mümkün deyil. Ona görə də yuxarıda matriarxatdan bəhs etdik. Bu gün patriarxal mədəniyyətin dəyişdirilməsi mümkün deyil, yəni doğma qan qohumluğunun ata-qız, qardaş-bacı evliliyi «qəti qadağalıdır». Bu təbiətdən deyil, sivill insan, bioloji cins tərəfindən cəmiyyətdə bərqərar olmuş Mədəniyyətdir… Doğma Qan qohumluğu (ata+qız+bacı və ya qardaşla nigah) isə vəhşilik, idrakın, düşüncənin əqlini itirməsi, heyvani münasibətdir.

Niyə döndük tarixə, niyə dünənə nəzər yetirdik…? Yox, deməzdim ki, bu terminlərin əhatə etdiyi hallar, yəni, «heterizm»  «ambiolokalıq» «avunkulokallıq»  «ginekokratiya» «İNTEST» bu gün mövcuddur. Bəlkə də qismən (məs: mikroneziya, malay-minanqkabua və s. tayfalarında) öz «izlərini» saxlayıbdır. Belə məqamlarda isə Ailə və qohumluq sistemi donur, Ailə- qohumluq sistemi mənəvi, mədəni, etik, əxlaqi və s. kimi nümunəvi dəyər ölçülərini itirir. Ailə İnstitutunun tənəzzülü də yox, sosiumda bu kimi hallar qəti qəbul edilməz qanunlarından biri olur. İNTEST-in təsdiqidir. Belə də deyim var ki, məhz bəzi hallarda «qanunlar da olanları pozmaq üçündür». Belə olumlar, olanlar, pozulmalı da yox, qətiyyətlə dəf edilməlidir. Bəs nədir bu doğma qan qohumları zorakılığı? Nədir bu sivil dünya qanunların da belə yazılmayanlara yeni maddə əlavə edilməsinə təhrik edən «yeni davranış» və ya «heterizm», «avunkulokallıq»… İNTEST ya da dəhşətli anonslar: Qardaş bacısına təcavüz edib... Bu bəs etmirmiş kimi, ikinci bacıya da təzyiqlər edərək, cinsi əlaqədə olub… Yaxud digər reallıq: Ata qızına təcavöz edib. (Yenə haşiyə: Beləsinə məhz ömürlük cəza tətbiq edilməlidir nəinki 4 və ya 5 il... Yaxud da bütün radikallığımla səslənirəm: bu faktlarda mən genderşunas politoloq yox, elə Feministəm!)

… Ata öz qızına, qardaş baciya, və yaxud əmi qardaş qızına və s. təcavüz edib, neçə illərdir zorla onunla cinsi münasibətdədir. Təcavüz… Hədə, Qorxutma, Təhdid, Yeniyetmə ikən həyati-mənəviyyatı-namusu öz doğma qan qohumu tərəfindən Yandırılmış, Söndürülmüş, mənən məhv edilmiş, parçalanmış həyat faciəsi… Bu Matrilokallığmı, matriarxatmı, nədir bu xərçəngin-zorakılığın Modern Zamanda resepti… (Loru dildə sorğulanır ki, eldə-obada –qohumda- yadda qızmı, qadınmı Yoxxx...). Elmi dildə yuxarıda sadalan terminologiya «izm»ləri tarixləşir, mifləşir, sosiallaşır.. Cəmiyyət dilində qadına qarşı zorakılıq sosiuma «ictimai rezonans», «ideoloji dissonans» gətirir. Bax, Hörmətli Kişilər budur kuluarların niyə «qadın hüququ», nə qədər danışılar bu «qadın məsələsindən» və s. kimi sorğulanmasının adekvat cavabı. 

XXI əsr İnkişaf edən İKT mədəniyyəti çərçivəsində İKT vasitəsi ilə aldığımız qadın zorakılıqlarının statistik çeşidli rəngarəngliyi mənzərəsinin qeyri-etik görünüşü... Hələ də Qara rənglidir.

Qeyd edək ki, 2013-cü il apreldə Azərbaycan Respublikası Milli Məclisində «İnsan alverinə qarşı mübarizə haqqında» Qanuna və «Cinayət Məcəlləsinə» əlavə və dəyişikliklər müzakirə olunaraq, qəbul edilib. Dəyişikliyə əsasən, “yetkinlik yaşına çatmayanların istismarı da insan alveri hesab olunacaq” və bu istismara yol verənlərə 12 ilədək həbs cəzası kəsiləcəkdir. İnsan alveri kimi köləliyə bənzər adətlər və ondan irəli gələn asılılıqlar, insanın daxili orqanının qanunsuz olaraq çıxarılması, insanın üzərində bio-tibbi tədqiqatların aparılması da insan istismarı sayılacaqdır. Bütün yuxarıda qeyd olunan hallar üzrə Cinayət məcəlləsinin 144-cü maddəsinə əlavə və dəyişikliklər edilən müvafiq cəzalarla da müəyyənləşəcəkdir. İnsan istismarına görə, müvafiq olaraq 4 ildən 12 ilədək azadlıqdan məhrumetmə cəzası da müəyyən olunub. Vətəndaşın şəxsiyyət vəsiqəsinin, pasportunun və ya şəxsiyyətini təsdiq edən digər sənədin, yaxud yol (sərhədkeçmə) sənədinin saxtalaşdırılması insan alveri fatktı kimi qeydə alınır və buna görə 1 ildən 3 ilədək azadlıqdan məhrumetmə cəzası nəzərdə tutulur. Həmçinin, insan alveri məqsədi ilə insan alverçisini və ya insan alveri qurbanını saxta şəxsiyyət vəsiqəsi, pasport və ya şəxsiyyət təsdiq edən digər sənəd, yaxud yol (sərhədkeçmə) sənədləri llə təminetmə, o cümlədən eyni məqsədlə insan alverçisini və ya insan alveri qurbanını saxta şəxsiyyət vəsiqəsi, pasport və ya şəxsiyyəti təsdiq edən digər sənəd, yaxud yol (sərhədkeçmə) sənədləri ilə təmin etmək üçün belə sənədləri əldə etmə faktları da insan alveri faktı kimi sayılaraq 1 ildən 3 ilədək azadlıqdan məhrumetmə cəzası tətbiq ediləcəkdir. Hər hansı bir şəxsin şəxsiyyət vəsiqəsini, pasportunu və ya şəxsiyyətini təsdiq edən digər sənədini, yaxud yol (sərhədkeçmə) sənədini götürmə, saxlama, gizlətmə, zədələmə və ya məhv etmə faktı da insan alveri kimi qiymətləndirilərək, 1 ildən 4 ilədək həbs cəzası ilə cəzalandırılacaqdır.

Bu baxımdan da Azərbaycanda yeniləşən, təkmilləşən qanunların təbliqi ilə bağlı çox ciddi maarifləndirməyə ehtiyac var. Hər hansı sahədə problemləri aradan qaldırmaq üçün qanunların dürüst tətbiq olunması ilə bahəm, bu qanunların zərərçəkənlərində bilməsi zərurətdir. İnsan alveri cinayətləri beynəlxalq sənədlərlə uzlaşdırılaraq, Azərbaycan qanunvericiliyində təsbit olundu. Əvvəllər, Azərbaycanda ümumiyyətlə, insan alveri kimi cinayət dəlillərinin törədilməsi məqbul hesab edilmirdi. Niyə? Çünki bir motivə diqqət edək. Qız qaçırma Qərbdə insan oğurluğu sayılır. Azərbaycanda isə bu adət-ənənədən irəli gələn haldır. Amma, beynəlxalq aləmin qəbul etdiyi qanunlar nəticəsində bu da qəbul olundu. 28 iyun 2005-ci il tarixdə «İnsan alverinə qarşı mübarizə haqqında» Qanun, 30 sentyabr tarixdə isə Cinayət Məcəlləsinə 144.1-ci maddə əlavə olunaraq, orada «insan alveri cinayəti» ifadəsi yazıldı. Yeni dəyişiklik də «insan alveri» sözü beynəlxalq sənədlərə uyğun uzlaşdırılıb. Belə ki, qanuna edilən əlavə və dəyişikliklər bu sahədə məhz dəqiqləşdirmələrin həyata keçirilməsidir. Məhz bu səbəbdən də, bu dəyişikliklərdən sonra Azərbaycanda da insan alveri cinayətlərinin daha dəqiq gender statistikası tətbiq olunacaqdır. Bəzən «seks işinə» cəlb etməklə insan alveri cinayətləri qarışdırılırdı. İndi isə, zor tətbiq etməklə, aldatmaqla, hədələməklə baş verən cinayətlər «insan alveri» cinayəti kimi qəbul olunacaq. Əgər bu dəyişikliklərin geniş maarifləndirmə işi aparılsa, əməl edilsə, insan alverinə qarşı mübarizədə olan neqativ hallar da azalmış olardı.

«Seks işi»nin leqallaşdırılması məsələnin həlli deyildir. Elə ölkələr var ki, leqallaşma orada ciddi problemlərə səbəb olubdur. Məsələn, Hollandiyada hesab edirlər ki, «seks işini» leqallaşdırdıqlarına görə vaxtından qabaq addım atmışlar. Çünki bu, özü ilə daha böyük, daha yeni problemlər yaratdı. Belə ki, ölkəyə turist axını çoxaldı, müxtəlif ölkələrdən Hollandiyaya «seks işi» ilə məşğul olmaq üçün axın başladı və cəmiyyətin ümumi həyat normaları öz sabit və mədəni axarından çıxaraq, pozuldu. Əgər respublikada da «seks işi» leqallaşsa, həmin Hollandiyadakı analoji vəziyyət Azərbaycanda da baş verəcəkdir. Unutmayaq ki, həm də bizim ölkə İran, Ərəb ölkələrinə yaxın qonşudur. Şərqdəki konservativ qadağalar, sərt rejim, burada isə azad, sərbəst, tolerant həyat tərzi bu axına səbəb olar. Yəni, bir müddət keçəndən sonra «seks işi» də bir peşəyə çevrilə bilər.

Bir vacib məsələyə də diqqət edək. Gender zorakılığı nədir… Gender zorakılığı qadınlara münasibətdə hüquq pozuntularının bütün növlərinə aiddir. Zorakılığın bütün fiziki və psixoloji forması, qadınların imkanlarının onların qeyri- ənənəvi davranışları üzərində nəzarəti məhdudlaşdırır. Ona görə də zorakılığa qarşı mübarizə qadınlara münasibətdə hüquq pozulmalarının bütün formalarının aradan qaldırılması üzrə Qlobal proqramın bir hissəsidir. Bütün dünyada qadınlara qarşı zorakılığın müxtəlif növ formaları elə miqyas almışdır ki, BMT hər il 25 noyabr gününü «Beynəlxalq Qadınlara qarşı zorakılıqla mübarizə» günü kimi qeyd edilməsini elan etmişdir.

Yuxarıda Azərbaycan Respublikasının Konstitusiyasından bəhs etdik. Azərbaycan Respublikası Konstitusiyasının 25-ci maddəsinin prinsiplərinə riayət etməyən ölkə vətəndaşı Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 154.1 maddəsini pozmuş olur. Həmin maddədə yazılıb ki, “… irqindən, milliyyətindən, dinindən, dilindən, qulluq mövqeyindən, əqidəsindən və s. mənsubiyyətlərdən (R.M.- bu qanunda hər cəhət var, ailə daxili, qan qohumluğu, yaxın qohum ifadəsindən savay…) asılı olmayaraq şəxsin hüquq və qanuni mənafelərinə zərər vurmaq şəxsin bərabərlik hüququnun pozulması deməkdir və bu hərəkət qanunla təqib olunandır».

Bu kimi yuxarıda sadalanan qanunvericilik və sosiumda baş verən hallardan irəli gələn təhlilə belə yekun vuraq:

1) Hesab edirik ki, Azərbaycan Respublikasının Cinayət Məcəlləsi Ailə Məcəlləsi, hətta Konstitusiyaya zamandan asılı olaraq yeni dəyişiklik və əlavələr ediləndə, mütləq halda bu «Zorakılıqlar növləri və metodu» öz qanuni təsbitini yenidən yeniləşmiş formada tapmış olacaqdır.

4) Ailə daxili qan qohumu (ata, qardaş) tərəfindən törədilən zorakılıq xüsusi cəza-ömürlük həbsə bərabər tutulması müzakirə olunmalı faktdır. Bu halla üzləşən, mənən öldürülən qadın (qızlar) tədqiqatlar da, aşkar edir ki, cismani olumu daha üstün tutur.

5) Bu kimi halların ictimailəşdirilməsində hədsiz həssaslıq olmalıdır. KİV dayanmadan təbliq etməməli, TV gün (həftə) ərzində təkrar-təkrar nümayiş etməməlidir. Bu cinayətin təbliğidir, məlumat deyil. Bu ailələrdə yadlaşma, özgələşmə, bacı-qardaş-ata-baba münasibətlərində çəkingənlik, qorxu, hiddət, ailə daxilində XOF yaratmaqdır.

6) Nümunə çox deyildir! Lap olsun Birdənədir, lakin bu kimi mənəviyyatsızlıq günümüzün görünən reallığıdır. Reallıq isə yalnız xüsusi qanunlar olarsa fakt olmaz. Burada heç bir insan hüququnu pozmaq yoxdur, burada səhv yoxdur, burada daxili, namusu, mənəviyyatı əbədi öldürülmüş cismən məhv olmuş «qınaq obyektinə» çevrilən qız (qadın) var! Və ona təcavüz edən ömürlük cəza almalıdır.

2) 1995-ci il Ümumdünya Pekin Platformasının da 12 problem istiqamətlərindən biri «Qızlar» məsələsidir. (Bu orta məktəbdə təbliğ olunmalıdır).

3) Cinayət Məcəlləsinin 173.1 maddəsində «… yetkinlik yaşına çatmayanın alqı-satqısı və ona sahibliklə əlaqədar digər əqdlərin bağlanması cinayət» sayılır. Lakin bu maddənin də əlavə dəyişikliyə ehtiyacı vardır.

Və sonda fikirlərimi gender üzrə məşhur tədqiqatçı Sulamif Fayerstounun bir kəlamı ilə bitirmək istərdim: «Təbiət qadını kişidən fərqli yaradıbsa, cəmiyyət onu insandan fərqli edib».


Etiket:

Strategiya.az

Xəbərlər
11.08.2020

Müdafiə Nazirliyi: Xaricdə məskunlaşan bəzi üzdəniraq şəxslər yüksək rütbəli zabitlərə qarşı qarayaxma kampaniyası aparırlar

11.08.2020

Nazirlər Kabineti ictimai iaşə müəssisələrinə müştəri qəbulu ilə bağlı qərarına dəyişiklik edib

11.08.2020

Mövlud Çavuşoğlu: Azərbaycan Dağlıq Qarabağ münaqişəsi ilə bağlı hansı həll yolunu seçərsə, biz onun yanında olacağıq

11.08.2020

Ankarada Azərbaycan və Türkiyə Xarici İşlər nazirlərinin görüşü keçirilib

11.08.2020

"Qarabağ" neft yatağının üst modulları hazırlanır

11.08.2020

Rusiyada daha 130 nəfər pandemiyanın qurbanı oldu

11.08.2020

Neboyşa Stefanoviç: Serbiya ilə Azərbaycan arasında güclü dostluq münasibətləri mövcuddur

10.08.2020

“Bu gün ən böyük problemimiz səriştəli, bacarıqlı müəllimlərimizin çox az olmasıdır” – MÜSAHİBƏ

10.08.2020

Prezident İlham Əliyev: Azərbaycanın o vaxtkı rəhbərliyi – AXC-Müsavat cütlüyü torpaqlarımızın işğal altına düşməsinə imkan yaratdı

10.08.2020

Beyrutdakı partlayışların Bakıdakı əks-sədası

10.08.2020

Prezident İlham Əliyev Belarus Prezidenti Aleksandr Lukaşenkonu təbrik edib

10.08.2020

Gələn həftə Məhərrəm ayı başlayır

10.08.2020

Azərbaycan Ordusunun generalı vəfat edib

10.08.2020

Ermənistan atəşkəsi 35 dəfə pozub

10.08.2020

Sərt karantin rejiminin tətbiq edildiyi rayonlarda fəaliyyətinə icazə verilən sahələr - SİYAHI

10.08.2020

Azərbaycanda koronavirusla əlaqədar süni tənəffüs cihazına qoşulan xəstələrin sayı azalıb

09.08.2020

Aleksandr Lukaşenko seçkilərdə qalib gəlib

09.08.2020

Belarusda prezident seçkiləri baş tutmuş hesab olunur

09.08.2020

Azərbaycanda gün ərzində koronavirusa yoluxanların sayı 87-yə düşdü

09.08.2020

Taktiki təlimlərin birinci mərhələsinə xüsusi təyinatlı bölmələr də cəlb edilib

09.08.2020

Koronavirus xəstələrinin olduğu oteldə yanğın baş verib

09.08.2020

Ermənistan sutka ərzində atəşkəsi 28 dəfə pozdu

08.08.2020

COVID-19 səbəbindən yerli xalqların bəzi icmaları yer üzündən sadəcə yox ola bilər

08.08.2020

Azərbaycanda koronavirusa yoluxanların sayı rekord sayda azalıb

08.08.2020

MÜSTƏQİL DÖVLƏTİN MÜSTƏQİL LİDERİ

08.08.2020

“ЛІГАБізнесІнформ”: Azərbaycan ilə Ermənistan arasında münaqişənin eskalasiyası: bir düyün, iki çıxış yolu

08.08.2020

TƏBİB həkimlərə məzuniyyət verilməməsi məsələsinə aydınlıq gətirdi

08.08.2020

Kaspi Abituriyent hazırlığı kursları növbəti tədris ilinə necə hazırlaşır?
Müsahibə

08.08.2020

Prezidentin köməkçisi: Hələ ki, heç bir ölkə virusa qalib gəlməyib

08.08.2020

ELMƏ VƏ TƏHSİLƏ HƏSR OLUNMUŞ ÖMÜR

08.08.2020

Karantin rejimindən hamımız yorulmuşuq, bu bir əziyyətdir - Şahmar Mövsümov

08.08.2020

2006-cı ildən etibarən Xəzərin səviyyəsi enir - RƏSMİ

07.08.2020

Operativ Qərargah sərt karantin rejiminin yumşaldılması istiqamətində növbəti tədbirlər paketini qəbul edib

07.08.2020

Prezident İlham Əliyevin həyata keçirdiyi müstəqil və qətiyyətli siyasət dünyanın əsas güc mərkəzləri tərəfindən ehtiramla qarşılanır

07.08.2020

Kənd Təsərrüfatı Nazirliyində yeni təyinat

07.08.2020

Azərbaycan İnvestisiya Holdinqinin yaradılması haqqında
Azərbaycan Respublikası Prezidentinin Fərmanı

07.08.2020

Milli Məclisin növbədənkənar sessiyası başa çatdı

07.08.2020

İki tarixin əbədi qəhrəmanı-FOTOLAR

07.08.2020

2020-ci il dövlət büdcəsinə dəyişiklik son oxunuşda qəbul edildi

07.08.2020

Azərbaycanda koronavirusla mübarizə sahəsində həyata keçirilən effektli tədbirlər öz müsbət nəticələrini verməkdədir!

07.08.2020

Müdafiə Nazirliyi: Ermənistan atəşkəsi 34 dəfə pozub

07.08.2020

Beyrutda liman administrasiyasının 16 məmuru saxlanılıb

07.08.2020

Ermənistana məxsus növbəti taktiki PUA məhv edilib

06.08.2020

COVID-19: Avropada vəziyyət pisləşir

06.08.2020

Prezident İlham Əliyev: Biz hamımız yaxşı başa düşürük ki, insanlar yorulub, karantin rejimi hamımızı yorur

06.08.2020

Prezident İlham Əliyev: biz bu çətin dövrdə hər bir Azərbaycan vətəndaşına dəstək vermək istəyirik

06.08.2020

Azərbaycan Prezidenti: Bütün layihələrin icrasında ictimaiyyət nümayəndələri iştirak etməlidirlər

06.08.2020

Daşkəsən dəmir filizi yatağının istismara verilməsi ilə bağlı tədbirlər haqqında Azərbaycan Respublikası Prezidentinin Sərəncamı

06.08.2020

Prezident İlham Əliyev: Koronavirusa qarşı mübarizədə müsbət dinamika bizi çox sevindirir

06.08.2020

Prezident İlham Əliyev koronavirusla mübarizə sahəsində görülən tədbirlər və sosial-iqtisadi vəziyyətlə bağlı videoformatda müşavirə keçirib