Maarifçilik meydanı,dostlar qiraətxanası=Facebook

09:46 / 08.10.2019

Nazim Nəsrəddinov

Azərbaycan Respublikasının Əməkdar müəllimi

Yeni günün gecəsi başlandı.
Artıq vaxt  göstəricisi 00 :24-dür.

Dünən xeyli vaxtım FACEBOOK dostlarımın fəallığını aydınlaşdırmağa getdi.

Elələri var ki, dostlarının sayını 5000-ə çatdırıblar.Əhsən! Deməli, kimlərsə onların yazılarına sino gedirlər.Olsun! Lap yaxşı ...

Mənim cəmi 1273 dostum qeydə alınmışdı.Çoxları toy generalı kimi yerlərində oturub, aşağı mərtəbələrə nəzarət edirlər. Sakit-sakit...Səsləri də çıxmır.Bəlkə də kimlərəsə gülürlər.
Elələri də var ki,yazıya bir şəkil yapışdırmağına bəndirlər.

...Yazıya bir öküz şəkli bəndləmişdim.O dəqiqə 5-i birdən yazdı ki,bəs ,sənin şəklini bəyəndim. İstəyirəm deyəm ki, ay balam,bu, öküzdür.Onun mənə aiddiyyatı yoxdur.Bu öküz mövzu ilə ilgilidir.Amma nə fayda? ...Avtomatik cavablar baş alıb gedir...
Biri profilinə qara bəbir şəkli qoyur, amma adını yazmır.Mən nə yazıramsa, tıklayır,döyəcləyir. Maraq  üçün adını açmaq istyirəm, gah tərsinə oxuyuram, gah hərflərin yerini dəyişirəm.Yox alınmır.

Biri özünə Qaya, biri Ləvənd, biri Bağdagül ... adı yapışdırıb.Yox, mən bunların cərgəsində irəliləyə bilmirəm.Biri heç məni yaxından tanısa da,susur,  saymazlıq edir, yazılarıma adi rəyini belə bildirmir...

Axırda belə qərara gəldim ki, Facebook dostlarımın sayını bir az azaldım.
Adlardan və şəkillərdən başladım.Bir-iki cümlələrini oxudum. Getdilər...

Biri həddindən artıq ikibaşlı danışırdı.Onu da özümdən uzaqlaşdırdım,

o tərəflərə -onunla dostluq etmək istəyənlərin üstünə göndərdim.

Birinin məqsədi elə bil adamdan söz çəkmək idi.O da o söz..  

İndi qalıb 1035 nəfər.Yox, çoxdur.  İşgüzar və maraqlı  ünsiyyət üçün  dostlarımın sayını ya 1001,ya da 999 görmək istəyirəm.Niyə,nədən,nə səbəbə bu rəqəmləri seçirəm,heç özüm də bilmirəm.Bəlkə də güzgülü nömrələrdir,ona görə...

Bəs indi yoldaşlıqdan kimləri silim?...

 

Siyahıya baxıram.

Tapdım.Uzun illərin dostu professor Qulu Məhərəmli.4965 dostu var.Mənim yazılarıma bir dəfə də olsun münasibət bildirməyib.Başa düşər,inciməz. Onsuz da onun ən sədaqətli dostu mənəm.Dostları da dostumdur.

Bu-bir.

Reshad Mecid. Sorğu göndərilsə də, 5 aydır ki,cavab yoxdur.2015-ci ildən yazılarımı  baş redaktoru olduğu "525-сi qəzet"ə yaxın buraxmır.

Bir də ki məndən qabağa düşdü, FACEBOOK yazılarını janr kimi ədəbiyyata gətirdi.Özü də çox yaxşı alındı.Bunu mən də fikirləşirdim.Rəşad cəld tərpəndi.

Bu-iki.

Ziyadxan Əliyev.Məşhur sənətşünasdır.Amma mənim H.Z.Tağıyev haqqında yazılarımdan , deyəsən,xəbəri yoxdur. Bu da -üç.

Azər Abdulla.Maraqlı tədqiqatçıdır,türkşünasdır, Nazim Hikmətin ən yaxşı tədqiqatçılarındandır..

İsmayıl bəy Qaspıralı haqqında bir yazımı qəzetində çap etmişdi.Amma yazının başlığını dəyişmişdi."Tərcüman"ın təcrübə məktəbi" başlığı xoşuna gəlməmişdi.Mən bu yazımda Səid Ünsizadəni  o vaxtlar-1879-cu ildə   gənc İsmayıl bəy Qaspıralıdan üstün tutur, "Ziya"(1879-1884) qəzetinin və "Ziya" mətbəəsinin İsmayıl bəyə örnək olduğunu yazırdım.İsmayıl bəyin "Toncuq" jurnalınin yeganə nımrəsi də, "Şəfəq" , "Qəmər" , "Ay" adlı kiçik məcmuələri də "Ziya" mətbəəsində çap olunmuşdur.Azər müəllimlə yaxşı tanışlığım olsa da, o,yazılarımı oxumur.

Bu da -dörd.

Xeyrəddin Qoca...Facebookda çox fəaldır,problemli məsələlərin həllinə çalışır.

Bir vaxtlar dost kimi idik. Hər ikimiz "Bakı"da - Nəsir İmanquliyevin redaktorluq etdiyi axşam qəzetində ştatdankənar müxbir idik.Maaşların az vaxtında Nəsir müəllimdən yaxşı qonorar alırdıq. Sonralar X.Qocayev qəzet rəhbəri oldu.Məni də bu mətbu orqana dəvət etdi.Mən getmədim.O da salam-kəlamı kəsdi.

Doğrudur,Xeyrəddin Qocayevlə çörək ksməmişik,amma bir dəfə bir yerdə çəngəllə BLİNÇİK yemişik. Jurnalist Fəxrəddin Rəsulov da bizimlə idi.

Bu da-beş.

Bəlkə kulturoloq Aydın Xan Əhmədovu yoldaşlıqdan silim. 4998 dostu var.Mən burada sonuncu yerdə olmaq istəmirəm.

Bağışla Aydın Xan. Sən də oldun - 6.

Onsuz da yazılarımı oxumağa sənin vaxtln heç yoxdur.

Salam!Sağ ol!

Beləliklə,daha bir neçə dostumu yoldaşlıqdan sildim.İnanıram ki,onların heç biri bunu hikkə ilə, narazılıqla qarşılamayacaqlar.Axı, Facebook dostların qiraətxanasıdır,

mütaliə məkanıdır.

Mənim fikrimcə, FACEBOOK - ən çevik ünsiyyət məktəbidir.Burada ədəbi dilimizin daha da inkişafı üçün maraqlı məqamlar çoxdur.Sözünü çəkinmədən deyə bilirsən.Elmin varsa, sübut etməyə ehtiyac duymursan.

Mən Facebookla dünya arxivlərini ələk-fələk  edə bilirəm. Araşdırma zamanı elə materiallar üzə çıxır ki, aspirant olanda onlardan istifadə üçün Leninqrada,Moskvaya,Tiflisə gedirdim.

Mən türk dünyasının fazillərindən biri olan Səid Ünsizadə haqqında vaxtilə topladığım arxiv materiallarını elmi jurnallardan daha çox  və daha tez Facebookda paylaşıram.

 Şamaxılı Ünsizadə nəslinin Türkiyədəki qohum-əqrəbasını məhz Facebook vasitəsilə arayıb axtarmışıq..İstanbulda və Ankarada yaşayan Ünsilərlə-Arkunlarla dostluğumuz məhz Facebook məkanında gündən -günə möhkəmlənir. İstanbulda Fatih Camii Haziresində Səid Ünsizadənin məzarının baş daşındakı qiymətli yazıları da  Facebooka istinadən oxumuşuq.

Mən Facebook dilini publisistikanın ən təsirli , ən mükəmməl  nümunəsi kimi dəyərləndirirəm.

 


Etiket:

Strategiya.az

Xəbərlər
19.10.2019

Radikal müxalifətin ikinci oktyabr iflası

19.10.2019

Azərbaycan xalqı onları artıq lazım olduqları yerə atıb, onlar arxivlərdədirlər

19.10.2019

"28 May", "Cəfər Cabbarlı" və "Xətai" stansiyalarının fəaliyyəti bərpa olunub

19.10.2019

BŞBPİ qanunsuz aksiya ilə bağlı məlumat yayıb

19.10.2019

UEFA “Real”ı bağışladı, kapitanı yox

19.10.2019

Azərbaycan kinosunun inkişafına ayrılan vəsait 5 dəfə artırılır

19.10.2019

BMT Baş Assambleyasının prezidenti Azərbaycana səfər edəcək

19.10.2019

Neftin qiyməti ucuzlaşır

19.10.2019

Vilayət Eyvazov polkovniki təqaüdə göndərdi

19.10.2019

Tbilisidə partlayış: yaralılar var

19.10.2019

Azərbaycanın axtardığı şəxs sərhəddə tutuldu

19.10.2019

Messidən vacib müqavilə açıqlaması

19.10.2019

DSX: Axtarışda olan şəxslər və narkotik alverçiləri saxlanılıb

19.10.2019

AQTA: Məktəb və uşaq bağçalarının yaxınlığında enerji içkilərinin satışına icazə verilməyəcək

19.10.2019

Tramp 50 il sonra açıq kosmosla əlaqə quran ilk ABŞ prezidenti oldu

19.10.2019

Atəşkəs iriçaplı pulemyotlarla pozuldu - 22 dəfə

19.10.2019

Lavrov və MDB ölkələrinin səfirləri beynəlxalq problemləri müzakirə etdilər

19.10.2019

Yerə nəhəng asteroid yaxınlaşır

19.10.2019

İstirahət günləri üçün hava proqnozu

19.10.2019

VÖEN-i onlayn qaydada bağlamaq mümkündür?

19.10.2019

"Molla Nəsrəddin" jurnalına istinadən deyilən söz

19.10.2019

Rusiya və Kosovo eyni qrupda olmayacaq - UEFA açıqladı

19.10.2019

Azərbaycan Respublikasında seçki keçiriləcək bələdiyyələrin siyahısı

19.10.2019

Bəstəkarlar İttifaqı “Yuxarı Gövhər Ağa” məscidi ilə bağlı bəyanat yayıb

19.10.2019

Bakıda 15 yaşlı məktəbli qız itkin düşdü

19.10.2019

Masazırda evdən pul və qızıl oğurlayan şəxs saxlanılıb

18.10.2019

Leyla Abdullayeva: Azərbaycan bütün sənədlər əsasında substantiv danışıqların davam etdirilməsini hər zaman dəstəkləyib

18.10.2019

Mədəniyyət naziri və müavini bölgələrdə vətəndaşları qəbul edəcək

18.10.2019

Azərbaycan hüquq mühafizə orqanlarının gənc əməkdaşlarının birinci Forumu keçirilib

18.10.2019

Azərbaycan Respublikası Prezidentinin Sərəncamı

18.10.2019

ARDNF Milandakı ofis binasını satıb

18.10.2019

Dövlət müstəqilliyimiz - Əbədi, dönməz və sarsılmaz olacaq

18.10.2019

Heydər Əliyev Fondu ilə UNİSEF arasında Anlaşma Memorandumu imzalanıb

18.10.2019

UEFA "Ayaks"ı cəzalandırdı

18.10.2019

Gürcüstandan gələn avtomobildə qanunsuz yolla gətirilən pirotexniki vasitələr aşkarlanıb

18.10.2019

BMT İnsan Haqları Şurasına 14 yeni üzv seçilib

18.10.2019

Azərbaycanın dövlət müstəqilliyi: uğurlar və tarixi nailiyyətlər

18.10.2019

Azərbaycanda saxta şpirislər satılır - TƏHLÜKƏ

18.10.2019

Şarm verilişi yenidən qayıdır - VİDEO

18.10.2019

Prezident İlham Əliyev Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinin sədrini qəbul edib

18.10.2019

Millimizin Slovakiyaya qarşı oyununun yeri dəyişdirildi

18.10.2019

Türkiyə ordusunun əsgəri şəhid olub

18.10.2019

Azərbaycanda “Yol Polisinə dəstək” qrupları yaradıldı

18.10.2019

32 nəfər saxlanıldı

18.10.2019

NATO-nun İdarə rəisi: "FHN-nin beynəlxalq axtarış-xilasetmədə iştirakından məmnunuq" 

18.10.2019

Sabaha olan hava proqnozu

18.10.2019

Azərbaycana partlayıcı maddə keçirmək istədilər

18.10.2019

Türkiyə XİN başçısı Azərbaycanı Dövlət Müstəqilliyi Günü münasibətilə təbrik edib

18.10.2019

Yaşıl dalğa” ekoloji hərəkatının növbəti aksiyası keçirilib

18.10.2019

Nazirlik Bakıda küçəyə atılan birgünlük körpə ilə bağlı məlumat yaydı